Məhkəmə qərarları › İş №2(102)-3590/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3590/2022

05.11.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3590/2022 05.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, X qızı, İddiaçı3 və X2 Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3590/2022 (Açar sözlər: mülkiyyətin müdafiəsi, bu hüququn məhdudlaşdırılması) Bakı şəhəri, 05 noyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)-17/2022 nömrəli iş üzrə 18 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı ic raat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. Babək Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli 29 nömrəli qərarı ilə İddiaçı1, X3, İddiaçı3 və X4 Babək rayonu Tumbul kəndində torpağın mülkiyyətə verilməsinə dair JN299a 10307028 kodlu şəhadətnamə ilə 0.11 hektar torpaq sahəsi verilmişdir. 3. ünvan 1 ünvanında yerləşən, 0.1127 ha ölçüdə olan torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 16/22 nömrəli reyestr kitabının 4049 nömrəli vərəqində qeydiyyata alınmışdır.

4. Cavabdeh sözügedən torpaq sahəsi üzərində 160 kv.metr yaşayış evi və 72.56 kv.metr tövlə tikililəri inşa etmiş və uzun müddətdir ki, hə min evdə yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı1, X qızı, İddiaçı3 və X6 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində **********24 reyestr və ********** qeydiyyat nömrəli çıxarışla onların mülkiyyətində olan və Naxçıvan şəhəri Tumbul kəndində yerləşən 0.1127 kv.metr torpaq sahəsində Cavabdeh tərəfindən tikilmiş qanunsuz tikililərin sökülməsi və Cavabdeh onun mülkiyyətində olan həmin torpaq sahəsindən məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

6. İddianı onunla əsaslandırmışlar ki, İddiaçı1 1995-ci ildə bacısı qayınatası və qayınanası onu yola vermədiklərindən həmin torpaq sahəsini Elnurəyə verm işdir ki, özünə ev tikib yaşasın, lakin gələcəkdə həmin torpaq sahəsinə görə başqa torpaq sahəsi və ya pul verəcəyini demişdir. Elnurə torpaq sahəsində ev tikib yaşamışdır. Ailə üzvləri ilə birlikdə 2003-cü il tarixdə işləmək üçün Türkiyə Respublikasına getmiş, beş il orada qalmışdır. Qayıtdıqda artıq Elnurədən torpağının pulunu və ya başqa torpaq sahəsi verməsini tələb etsə də, Elnurə razı olmamışdır. Bundan sonra şifahi qaydada məhkəməyə müraciət etmişdir. Hakim onu və bacısını qəbul etdikdən sonra atasından qalan miras torpaqla bağlı sənədlərin araşdırılacağını bildirdiyi üçün artıq məhkəməyə müraciət etməmişdir. 2016-cı ildə yenidən ailə üzvləri ilə birlikdə Türkiyəyə getmişdir. İki il orada işləyib qayıtmışdır. Qayıtdıqdan sonra bacısından torpaq sahəsinin pulunu tələb etsə də bir nət icə alınmamışdır. Qızı Tovuza sənədləşmə aparılması üçün etibarnamə vermişdir və torpaq sahəsinin çıxarışını almışdır. 2018-ci ildə qızı Tovuzu bacısı ilə danışmaq üçün evə göndərmiş, lakin cavabdeh onu söyüb qovmuşdur. O bilir ki, bacısı həmin torpaqda ev tikibdir. Artıq başqa torpaq və pul tələb etmir. Bacısının tikdiyi evin yerləşdiyi torpaq sahəsini ona verir. Evin sökülməsini istəmir. Lakin qalan torpaq sahəsi onundur və ona verilməlidir. Həyətin aşağısında cavabdehin tikdiyi tövlə də sökülməlidir.

7. Birinci instansiya məhkəməsinn iclasında Cavabdeh izahatında 1995-ci ildə ailə qurduğu evdə olan narazılıqlara görə qardaşı Habilin torpaq sahəsini ona verdiyini, həmin torpaq sahəsində ev tikib yaşamaları üçün torpağı verdiyini, əvəzində bacısı ərinin Habilə 200 ABŞ dolları pul verdiyin i, ev tikib yaşamağa başladığını göstərmişdir.

8. Birinci instansiya məhkəməsində mübahisəli torpaq sahəsinə naturada baxış keçirilmişdir. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mütəxəssisi Həsən Mahmudovun xx.xx.2021-ci il tarixli, 172 saylı rəyinə əsasən, baxış zamanı müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən 1127.39 kv.metr torpaq sahəsi (torpağın mülkiyyətə verilməsinə dair JN 299A nömrəli şəhadətnamə əsasında) Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində **********24 nömrəli reyestrlə İddiaçı1 adına dövlət qeydiyyatına alınmışdır. Qeydiyyata alınmış 1127.39 kv.metr torpaq sahəsi üzərində tikinti altı sahəsi 160 kv.metr yaşayış evi və tikinti altı sahəsi 72.56 kv.metr tövlə tikilisi aşkarlanmışdır. Həmin tikililər Naxç ıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində qeydiyyata alınmamışdır.

9. Naxçıvan Şəhər Məhkəməsinin (hakim G.Səfərəliyeva) 09 sentyabr 2021-ci il tarixli, 2(078)-643/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçılar Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışına əsasən hazırki vəziyyətdə zəbt olunmuş torpaq sahəsi üzərində olan tikilinin sökülməsi və mülkiyyətlərində olan torpaq sahəsindən məcburi çıxarılma ilə əlaqədar tələb etmək hüququna malik olmamaqla bu cür subyektiv hüququn daşıyıcısı deyillər. Ona görə də iddia tələbinin iddiaçılar X6, X5 və İddiaçı3 aid hissəsi iddia qaldırmaq üçün subyek tiv hüququn olmaması əsası ilə rədd edilməlidir.

11. Məhkəmə iddia tələbinin İddiaçı1 Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsi üzərində olan tikilinin sökülməsi və mülkiyyətlərində olan torpaq sahəsindən məcburi çıxarılma tələbinə dair hüquqi qiymət verərək həmin hissədə tələbin rədd edilməsi qənaətinə gəlmiş və qənaətini belə əsaslandırmışdır ki, tərəflərin izahatından aydın olur ki, mübahisəli torpaq sahəsi ilə bağlı tərəflər arasında 1995-ci ildə hüquq münasibətləri yaranmışdır. Həmin dövrdə 11 sentyabr 1964-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsi qüvvədə olmuşdur. Buna görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə uyğun olaraq mübahisənin həllində 11 sentyabr 1964-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş maddi hüquq normaları tətbiq edilməlidir.

12. Babək rayonu Tumbul kəndində 0.11 hektar torpaq sahəsi iddiaçıların mülkiyyətinə 10 aprel 1999-cu il tarixdə verilmişdir. Tərəflər arasında hüquq münasibəti torpağın iddiaçının mülkiyyətinə verilməsindən təxminən dörd il əvvəl yaranmışdır. Həmin vaxt ölkədə torpaq islahatı aparılana qədər torpaq sahələri dövlətin mülkiyyətində olmuş, vətəndaşlara istifadə hüququ əsasında verilmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında cavabdehə məxsus torpaq sahəsinin bağışlama və ya alqı-satqı ilə verilərkən İddiaçı1 mülkiyyətində torpaq sahəsi olmamışdır. Həmin vaxt İddiaçı1 mülkiyyətində torpaq sahəsi olmamış və belə olan halda onun mülkiyyətində olmayan torpaq sahəsi alqısatqının və ya bağışlanmanın predmeti ola bilməzdi.

13. Birinci instansiya məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, iddia tələbi zəbt olunmuş torpaq sahəsi üzərində olan tikilinin sökülməsi və torpaq sahəsindən məcburi çıxarılması tələbi olsa da, İddiaçı1 torpaq sahəsində cavabdehin tikdiyi evin sökülməsini istəmədiyini və belə olan halda cavabdehin məcburi çıxarılmasını istəmədiyini bildirmişdir. İddiaçı1 öz tələbini dəqiqləşdirməsi məhkəmə tərəfindən təklif edilsə də, iddiaçı tələbini dəqiqləşdirməmişdir. Belə olan halda məhkəmə iddiaçının izahatına əsaslanaraq tələbin rədd edilməsi nəticəsinə gəlmişdir.

14. Məhkəmə öz mövqeyini 11 sentyabr 1964-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 90, 100, 228, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddi açılar İddiaçı1, Şeyxəliyeva (Nəbiyeva) Xatirə Əkbər qızı, İddiaçı3 və X6 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, İddiaçı1 adına dövlət qeydiyyatına alınmış 1127.39 kv.metr torpaq sahəsi üzərində tikinti altı sahəsi 160 kv.metr yaşayış evi və tikinti altı sahəsi 72.56 kv.metr tövlə tikilisi aşkarlanmışdır. Həmin tikililər Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində qeydiyyata alınmamışdır. Mübahisəli torpaq sahəsi ilə bağlı münasibətlər 1995-ci ildə yaranmışdır, həmin dövrdə 1964-cü ilin Mülki Məcəlləsi qüvvədə olmuşdur və iş üzrə həmin Məcəllənin 228-ci maddəsi tətbiq olunur. Halbuki cavabdeh tərəfindən sahənin satın alınması, pulun ödənilməsi ilə bağlı məhkəməyə hər hansı bir yazılı sübut təqdim olunmadığı halda məhkəmənin olmayan əqdə münasibət bildirməsi yanlış bir nəticədir. Məhz həmin dövrdə də özbaşına aparılmış tikili barədə müddəalar qanunvericilikdə nəzərdə tutulmuşdu. Məhkəmə yalnız İddiaçı1 izahatına istinad edərək iddia tələbini rədd etmiş, bununla da yanlış bir nəticəyə gəlmişdir. Digər mülkiyyətçilərin razılığı olmadığı halda Habilin torpaq sahəsində evin tikilməsinə bacısına razılıq verməsi absurddur. Digər tərəfdən, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə mübahisə olunan torpaq sahəsi paylı mülkiyyət olaraq iddiaçıların-dörd nəfərin mülkiyyətinə verilməsi göstərilsə də, məhkəmə qətnamə qəbul edərkən iddia tələbinin iddiaçılar X6, X5 v ə İddiaçı3 münasibətdə qeyd etmişdir ki, iddiaçılar iddia qaldırmaq üçün subyektiv hüququn daşıyıcısı ola bilməzlər.

17. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – İ.Mirzəyev (sədrlik edən və məruzəçi), V.Quliyev və Y.Qurbanov) 2(108)-17/2022 nömrəli mülki iş üzrə 18 fevral 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “İddiaçı1 Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsi üzərində olan tikilinin sökülməsi və mülkiyyətlərində olan torpaq sahəsindən məcburi çıxarılma tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin” hissəsində ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində **********24 reyestr və ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı1 mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən 1127.39 kv.metr torpaq sahəsində Cavabdeh tərəfindən tikilmiş qanunsuz tikililərin sökülməsi və Cavabdeh İddiaçı1 mülkiyyətində olan həmin torpaq sahəsindən məcburi çıxarılması qət edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq, hesab etmişdir ki, mülki işin mübahisələndirilən halını İddiaçı1 Cavabdeh ünvan 1 ünvanında yerləşən 1127.39 kv.metr torpaq sahəsində tikililər tikməsinə razılıq verməsi təşkil edir.

19. Cavabdeh İddiaçı1 şifahi razılığı əsasında İddiaçı1 mülkiyyətində olan mübahisəli torpaq sahəsində tikililər tik məsini qeyd etsə də, bunu təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

20. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mütəxəssis rəyi ilə də bu tikililərin özbaşına tikililər olması və cavabdeh tərəfindən tikilməsi bir daha təsdiq olunur. Buna görə də iddiaçının cavabdehdən qanunsuz tikililərin sökülməsini və cavabdehin həmin torpaq sahəsindən məcburi çıxarılmasını tələb etmək hüququ var.

21. Birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh Babək rayonu Tumbul kəndində 0.11 hektar torpaq sahəsi üzərində hüququnun olmaması, onun tərəfindən İddiaçı1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1127.39 kv.metr torpaq sahəsində tikilmiş tikililərin özbaşına tikililər olması nəzərə alınmamış, İddiaçı1 b irinci instansiya məhkəməsindəki izahatında şifahi olaraq cavabdehə 1995-ci ildə ünvan 1 ünvanında yerləşən 1127.39 kv.metr torpaq sahəsində ev tikməsinə razılıq verməsini bildirməsi əsas gətirilərək iddia tələbi rədd edilmişdir. Halbuki bu cür razılıq yazılı formada olmamış, bu razılığı təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmiş, iddiaçı tərəfindən iddia tələbindən həmin hissədə imtina olunmasına dair məhkəməyə hər hansı ərizə verilməmişdir. Bu da İddiaçı1 cavabdehə ünvan 1 ünvanında yerləşən 1127.39 kv.metr torpaq sahəsində ev tikməsinə razılıq verməsini şübhə altına qoyur. Bu yalnız cavabdehin subyektiv xarakterli mülahizəsidir, məhkəmə tərəfindən tərəflərin subyektiv mülahizələri sübut kimi qiymətləndirilə bilməz. Məhkəməyə faktı təsdiq edəcək obyektiv sübutlar təqdim edi lməlidir.

22. Apellyasiya şikayətində qeyd olunan iddiaçılar X2, X1 və İddiaçı3 zəbt olunmuş torpaq sahəsi üzərində olan tikilinin sökülməsi və mülkiyyətlərində olan torpaq sahəsindən məcburi çıxarılma ilə əlaqədar tələb etmək hüququna malik olmamaqla bu cür subyektiv hüququn daşıyıcısı ola bilməməsi dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq çıxardığı qətnaməsində iddiaçılar X2, X1 və İddiaçı3 iddia tələbi ilə bağlı subyektiv hüququnun olmadığını qeyd etmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq belə hesab edir ki, Naxçıvan Şəhər Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2(078)-643/2021 nömrəli qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.

23. Apellyasiya instansiya məhkəməsi Mülki M əcəllənin 146.1, 146.2, 152.1, 178.1, 180.1, 180.3, Mülki Prosessual Məcəlləsinin 77.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edib, ləğv edilərək i şə yenidən baxılması üçün apelyasiya baxışına göndərilməsini xahiş etmişdir.

25. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin mübahisəsiz halı kimi torpaq sahəsinin iddiaçıya məxsus olduğunu və cavabdehin həmin torpaq sahəsi üzərində qanunsuz tikili aparmasını göstərir. Mübahisəli halı kimi isə İddiaçı1 cavabdehə, yəni bacısı Cavabdeh 1995-ci ildə həmin torpaq sahəsində tikililər tikərək yaşamasına razılıq verməsidir. Burda nəzərə almaq lazımdır ki, torpaq sahəsinin mülkiyyətdə olması, həmin torpağın üzərində olan tikilinin qanunsuz və ya başqasına məxsus olması qənaətinə gəlməyə əsas vermir. İş materiallarından da görünür ki, iddiaçı özünə məxsus torpaq sahəsini cavabdehə-bacısına öz razılığı ilə ev tikib yaşaması üçün vermişdir.

26. Mü lki Məcəllənin 241.3-cü maddəsindən də göründüyü kimi mülkiyyətçinin razılığı ilə torpaq sahəsində digər şəxsin tikinti aparması qanunla qadağan edilmir. Aydın şəkildə ifadə edilən hüquq normasına görə cavabdeh olduğum işdə, qardaşına məxsus torpaq sahəsində onun razılığı ilə 27 il əvvəl tikdiyi yaşayış binası qanunsuz adlandırıla biməz. Lakin kollegiya həmin tikililərin qanunsuz olması qənaətinə gəlmişdir. Halbuki, iş materiallarına görə torpaq sahəsi üzərində yaşayış binasının və digər yardımçı binaların cavabdeh tərəfindən tikilməsi mübahisəsiz hal kimi qiymətləndirilir. Həmin tikililərin iddiaçının razılığı olmadan tikilməsi ağlabatan deyil və iddiaçının özü də bunu etiraf edir. Etiraf etməsə belə, 27 il müddətində tikilib yaşanan və istifadə edilən tikililərdən xəbərsiz olmaq inandırı cı deyil. Belə olan halda iddia tələbində göstərilən və apellyasiya kollegiyasının da qəbul etdiyi qanunsuz tikili kəlməsi məntiqlə uzlaşmır. Məhkəmə Cavabdeh tikililərini birtərəfli qaydada qanunsuz və özbaşına tikili kimi qiymətləndirmişdir. Bununla Mülki Məcəllənin 228.2-ci maddəsinin tələbləri nəzərə alınmamışdır.

27. Məhkəmə kollegiyası qətnamə qəbul edərkən cavabdehin istifadə hüququna xitam verilməklə onun öz vəsaiti hesabına tikilmiş yaşayış və yardımçı binaların dəyəri əvəzinə kompensasiya almalı olduğuna belə toxunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyə ti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

30. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.

31. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əş yanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.

32. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

33. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

34. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd ed əndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

35. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.

36. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

37. Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icaz ələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

38. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

39. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

40. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə et ibarsızdır.

41. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir.

42. Maddə 562.1. Əgər bu Məcəlləyə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilər (ləngitmə hüququ).

43. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

44. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

45. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

46. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

47. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə

88. Məhk əmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

53. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi büt övlükdə yoxlanılır.

54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, iş üzrə maddi və prosessual hüquq nortmaları düzgün tətbiq edilməmişdir.

56. Belə ki, İddiaçı1, mübahisəli tikililərin yerləşdiyi torpaq sahəsi üzərin də özünün mülkiyyət hüququna istinad edərək, cavabdeh tərəfindən inşa olunmuş tikililərin sökülməsini və cavabdehin sahədən məcburi çıxarılmasını tələb edir (§ 5-6).

57. Cavabdeh isə mübahisəli tikililəri 1995-ci ildən iddiaçıların razılığı əsasında inşa etdiyini və son 27 il ərzində orada yaşadığını, çıxarılacağı təqdirdə isə öz vəsaiti hesabına tikilmiş binaların dəyəri əvəzinə kompensasiya almalı olduğunu bildirir (§ 7, 25-27).

58. Belə olan halda, tərəflərin bildirdikləri faktiki hallarla iddianın və ona etirazın qanuni əsası ola biləcək maddi hüquq normalarının şərtləri arasında uyğunluq (uyğunsuzluq) müəyən edilərək iddia həll edilməlidir.

59. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapıl masından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin olunur, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələri əsaslıdırsa) rədd edilir.

60. Qanunvericiliyə əsasən, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiy yətçisidir (§ 30-31).

61. Baxılan işdə mübahisəli tikililər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bununla belə, həmin tikintililərin iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşməsi mübahisəsiz haldır.

62. Apellyasiya instansiyası məhkəməsi iddiaçının torpaq sahəsinin mülkiyyətçisi olmasını, cavabdehin inşa etdiyi binaların dövlət reyestrində qeydə alınmamaqla qanunsuz və özbaşına tikililər sayıldığını nəzərə alaraq, Mülki Məcəllənin 152.1, 178.1 və 180-cı maddələrinə əsasən iddianı qismən təmin etmişdir (§ 18-23).

63. Kollegiya qeyd edir ki, torpaq sahəsində mülkiyyətçinin razılığı olmadan və ya onun iradəsi əlehinə başqası tərəfindən tikili inşa edildikdə, mülkiyyətçinin öz hüququnun müdafiəsi çərçivəsində həmin özbaşına tikilinin sökülməsini və torpaq sa həsinin geri qaytarılmasını tələb etmək hüquqları qanunla tanınır (§ 33-34).

64. Çünki, mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə torpaq sahəsində inşşat aparılması mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır.

65. Nəzərə alınmalıdır ki, mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri-mülkiyyətçinin iradəsidir. Bu baxımdan binanı torpaq mülkiyyətçisinin razılığı əsasında inşa və ondan istifadə edən şəxsin hərəkətləri mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır.

66. Bu razılıq açıq şəkildə bəyan edilə biləcəyi kimi, qapalı formada da ifadə oluna bilər (torpaq mülkiyyətçisinin tikilini inşa edəndən pul alması, onu n köçərək həmin binada yaşamasına şərait yaratması və s.).

67. Bununla belə, torpaq mülkiyyətçisi öz hüququna əsaslanıb verdiyi razılığı sonradan geri götürərək, tikililəri inşa etmiş şəxsin torpaq sahəsindən çıxarılmasını tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla tikinti inşa etmiş şəxsin əmlak mənafeləri gözardı edilməməlidir.

68. Çünki, mülkiyyətçinin icazəsi ilə inşa edilmiş binaların sökülməsi nəticəsində qarşı tərəfin maddi zərərə düşəcəyi, binalar sökülmədən şəxs oradan çıxarılacağı halda isə torpaq mülkiyyətçisinin onu n hesabına əsassız varlanacağı şübhəsizdir.

69. Məlum olduğu kimi, hüquqi əsas olmadan, həyata keçirilməmiş və ya sonralar aradan qalxmış əsasa görə başqa şəxsin hesabına əmlak əldə etmək əsassız varlanma sayılır. Varlanmış şəxs isə əldə etdiklərini, bu mümkün olmadıqda isə onların dəyərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (§ 43-46).

70. Beləliklə, mülkiyyətçinin və vicdanlı sahibin göstərilən əmlak hüquqları arasında tarazlaşdırma aparılması ədalətin təmin olunması üçün vacibdir. Məhz bu məqsədlə qanunverici, mülkiyyətçinin öz əşyasını qanunsuz sahiblikdən geri istəmək imkanı ilə yanaşı, əşyaya vicdanlı sahiblik edənin qoyduğu yaxşılaşdırmaları götürmək, bu mümkün olmadıqda isə çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarını eyni normada nəzərdə tutmuşdur (§ 33 -34, 35-36).

71. O da nəzərə alınmalıdır ki, hər iki tərəf verməli olduqlarını eyni anda icra edərsə qeyd olunan qarşılıqlı mənafelər arasında tarazlıq vaxtında, real və ədalətli şəkildə təmin oluna bilər. Bu səbəbdən sahibin daşınmaz əşyaya etdiyi yaxşılaşdırmaların əvəzi ödənilmədiyi təqdirdə, onun çıxarılması barədə tələbə qarşı ləngitmə formasında müdafiə vasitəsinə (§ 42) malik olduğu mülki hüquq ədəbiyyatında da qəbul edilir.

72. Beləliklə, göstərilən mövqelərdən bu nəticə hasil olur ki, vicdanlı sahibin çəkdiyi xərclər ödənilmədən mülkiyyətçinin öz hüquqlarını birtərəfli qaydada həyata keçirməsi yuxarıda göstərilən normaların mahiyyəti və məqsədi ilə uzlaşmır.

73. Yeri gəlmişkən, Kollegiya onu da vurğulayır ki, şəxsin əvvəl öz verdiyi razılığı, buna etimad etməklə qarşı tərəfin çə kdiyi xərci nəzərə almadan, yalnız özünün mülkiyyət hüququna istinadən tikililərin sökülməsini tələb etməsi dürüstlük qaydasına da uyğun gəlmir.

74. Məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğ un gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir.

75. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır (§ 32). Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir.

76. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (§ 29, 39-41).

77. Kassasiya kollegiyası yuxarıda göstəri lənlərə əsasən qeyd edir ki, hazırkı işin düzgün həlli üçün cavabdeh tərəfindən mübahisəli tikililər inşa edilərkən iddiaçının buna açıq və ya qapalı şəkildə razılıq verib-verməməsi tərəflərin təqdim etdikləri sübutlar və işdəki məlumatlar əsasında aydınlaşdırılmalıdır. Bu zaman inşaatın aparıldığı il, tərəflərin o vaxtkı münasibətləri, aralarında hər hansı sövdələşmə olub-olmaması, iddiaçının tikintiyə etiraz edib-etməməsi, əgər etməmişsə səbəbi, etmişsə bunun hansı sübutlarla təsdiqlənməsi, cavabdehin orada yaşadığı müddət və həmin xüsusatın düzgün müəyyənləşdirilməsi üçün zəruri olan digər hallara dair sübutlar çəkişmə prinsipinə əməl edilməklə araşdırılmalı və birgə qiymətləndirilməlidir.

78. Bu araşdırmanın nəticəsindən asılı olaraq cavabdehin torpaq sahəsindən çıxarıldığı təqdirdə hə min tikililərin ərsəyə gəlməsinə sərf etdiyi xərcin əvəzinin ödənilməsi barədə tələbi nəzərə alınmalıdır.

79. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünür ki, Cavabdeh belə bir tələbi vardır və bu barədə iddia rəsmi şəkildə Naxçıvan Şəhər Məhkəməsinə təqdim olunmuşdur.

80. Belə olan halda, göstərilən iddia tələblərinə dair mülki işlərin eyni icraatda birləşdirilməklə baxılması imkanları da müzakirə olunmalı, bu mümkün olduqda iddiaçının və cavabdehin göstərilən tələbləri birlikdə dəyərləndirilməli, iddiaçıların tələbi mülkiyyətin müdafiəsinə dair normalar əsasında təmin edildiyi halda, cavabdehin müvafiq yaxşılaşdırmalara çəkdiyi xərcin əvəzinin əsassız varlanma qaydaları çərçivəsində ödənilməsi tələbi də həll edilməklə, mübahisəyə yuxarıda göstərilən hüquqi mövqelərə uyğun yekun hüquqi qiymət verilməlidir.

81. Baxılan işdə isə apellyasiya məhkəməsi tərəfindən qeyd olunan hallar nəzərə alınmamışdır. Bu isə nəticə etibarilə sadalanan maddi hüquq normalarının düzgün tətbiq olunmadığına, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılması, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi, habelə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarının pozulmasına dəlalət edir (§ 47-51).

82. Ona görə də kassasiya şikayəti təmin olumalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və mübahisəyə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır.

83. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)-17/2022 nömrəli iş üzrə 18 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar