Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3590/2024 21.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (“X24” Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ Açar sözlər: əsassız varlanma (əmlakda edilmiş yaxşılaşdırmalara çəkilmiş xərclərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (“X24” MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismi ndə cəlb edilməklə) “pul tələbinə dair” mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)3398/2024 nömrəli iş üzrə 2 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları 1. “X24” MMC və X7 arasında bağlanmış xx.xx.2007-ci il tarixli 1644 nömrəli müqaviləyə görə, satıcı “X24” MMC Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942-1 saylı məhəllədə inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının 1 bina 4 blok, 15-ci mərtəbəsində 237A saylı mənzili “alıcı” X3, alıcı isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən edilmiş qaydada satıcıya ödəyir. Müqavilənin 2.2.1-ci bəndinə əsasən alıcı mənzilin sahəsinin hər kvadrat metri üçün 990 manat olmaq la, cəmi 67587,3 manat ödəyir. 2. xx.xx.2010-cu il tarixli,1233AKNİ/10 saylı girov müqaviləsinə əsasən “girovqoyan” Cavabdeh “X24” MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942-1 saylı məhəllədə inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının 1 bina 4 blok, 15-ci mərtəbəsində inşa edilən mənzilə dair 001313 nömrəli mənzil sertifikatını onunla "xxxx" Kommersiya Banksı ASC ilə bağlanmış xx.xx.2010-cu il tarixli, 1233AKN/10 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı olaraq “girovsaxlayan” "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə yüklü etmişdir. 3. "xxxx" KB ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 1233AKN/10 saylı kredit müqaviləsinə görə, borcverən 137 ay müddətinə xx.xx.2022-ci il tarixədək illik 15 faizlə 24300 manat kredit vermiş, kreditin təy inatı Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942-1 saylı məhəllədə inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının 1 bina 4 blok, 15-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 68,27 kv.m, o cümlədən yaşayış sahəsi 28,18 kv.m və qeyri-yaşayış sahəsi 40,09 kv.m təşkil edən 1 otaqlı mənzilə dair “X24” MMC-nin emissiya etdiyi və Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin xx.xx.2007-ci il tarixində dövlət qeydiyyatına alınmış 001313 nömrəli mənzil sertifikatının alınması təşkil edir. 4. xx.xx.2012-ci il tarixdə verilmiş etibarnaməyə müəyyən olunmuşdur ki, X7 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq özünün bütün əmlaklarını idarə etməyi və onun üzəridə sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti v ə digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri bağlamağı və etibarnamədə qeyd edilmiş digər hərəkətlər etməyi İddiaçı1 etibar etmişdir. Etibarnamə xx.xx.2012-ci il tarixədək qüvvədə olmuşdur. 5. 25.10.2013, xx.xx.2015, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2021, xx.xx.2021 tarixli ödəniş qəbzlərinə görə, Cavabdeh tərəfindən "xxxx" KB ASC-yə kredit borcu olaraq 372 manat; xx.xx.2011-ci il tarixli qəbzə əsasən 485 manat ödəniş edilmişdir. 6. 27.07.2011, xx.xx.2011, xx.xx.2011, xx.xx.2011, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2016, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 tarixli ödəniş qəbzlərinə görə, Əliyev Vaqif adlı şəxs Cavabdeh "xxxx" KB ASC-də olan bank hesabına 372 manat, xx.xx.2012, xx.xx.2012, xx.xx.2012, xx.xx.2012, xx.xx.2012, xx.xx.2018, xx.xx.2018, xx.xx.2012-ci il tarixli qəbzlərə görə 400 manat köçürmə etmişdir. 7. 05.01.2010, xx.xx.2010, xx.xx.2010, xx.xx.2010, xx.xx.2010, xx.xx.2010, xx.xx.2010, xx.xx.2010, xx.xx.2010, xx.xx.2010, xx.xx.2010, xx.xx.2010 tarixli qəbzlərdən görünür ki, Əliyev Vaqif adlı şəxs X4 "xxxx" KB ASC-də olan bank hesabına 376 manat köçürmə etmişdir. 8. 29.09.2009, xx.xx.2009, xx.xx.2009 tarixli qəbzlərə görə, Əliyeva X2 "xxxx" KB ASC-də olan b ank hesabına 376 manat köçürmə etmişdir. 9. 28.02.2011, xx.xx.2011, xx.xx.2011, xx.xx.2011, xx.xx.2011, xx.xx.2011, xx.xx.2011 tarixli qəbzlərə əsasən, İddiaçı2 tərəfindən Cavabdeh "xxxx" KB ASC-dəki bank hesabına 372 manat; xx.xx.2015-ci il tarixli qəbzə görə 242.65 manat köçürmə etmişdir. 10. “X24” MMC tərəfindən verilmiş 14 iyun 2022-ci il tarixli arayışa əsasən, AMS 001313 saylı mənzil sertifikatı xx.xx.2010-cu il tarixdə Cavabdeh adına indossament olunmuşdur. Cavabdeh 1233AKN/10 saylı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi xx.xx.2021-ci il tarixdə tam olaraq yerinə yetirmiş və 14 iyun 2022-ci il tarixinə həmin kredit müqaviləsi üzrə bank qarşısında borcu qalmamışdır. 11. “X24” MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942-1 saylı məhəllədə inşa ediləcək yüksək m ərtəbəli yaşayış binasının 1 bina 4 blok, 15-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 68,27 kv.m olan 237A saylı mənzilin 1644 saylı xx.xx.2007-ci il tarixli müqaviləyə dair Cavabdeh heç bir borcu olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 151.200 manat pulun, 410 manat dövlət rüsumunun alınıb iddiaçılara verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, 2009-cu ilin sentyabr ayının əvvəllərində Nuri Əliyev İddiaçı1 demişdir ki, onun tanışı var, “X24” MMC- tərəfindən yeni tikilən çoxmərtəbəli evdə mənzil alıb, lakin aylıq ödənişi ödəməyə imkanı olmadığından ödənişi gecikdirmişdir. Həmin mənzil ünv an 1 ünvanında yerləşmişdir. Oğlu Nuri və qızı Səidə ilə birlikdə həmin mənzilə baxıb bəyənmişlər. Mənzilin sahibi X7 olmuşdur. Aynur mənzilin pulunu geçikdirdiyinə görə ödəyə bilmədiyini bildirmişdir və Nuri razılaşmışdır ki, Aynurun onlara qədər ödədiyi məbləğ, yəni 19.000 manat təşkil etdiyindən İddiaçı1 kürəkəni Nümayəndə1 İddiaçı1 borc kimi vermiş olduğu pulu Aynura ödəmişdir. Sonra da razılaşmışdılar ki, mənzilin hər ay pulunu İddiaçı1 ödəyəcəyək. Beləliklə, 67.587,30 qəpik pul tam ödənildikdən sonra mənzil İddiaçı1 adına keçiriləcəkdi. 2009-cu ilin dekabr ayının 1-dən 2011-ci ilin yanvar ayının 28-nə kimi o hər ay 376 manat ödəmiş, 2011-ci ilin yanvar ayının 28-də etibarnamənin vaxtı azaldığına görə oğlu Nuri Əliyevin yaxın dostu olan, özünə qardaş bildiyi cavabdehlə, yəni Cavabdeh ilə razılaşmışdır ki, mənzil müvəqqəti olaraq onun adına keçirilsin və yeni qrafik tutulsun. Aybaay cavabdehin adından 372 manat pul ödənilməli idi. Qeyd edilən mənzil "xxxx"a girov qoyulduğundan 372 manat "xxxx"a pul ödənilməli idi. O həmin vaxtdan etibarən 2-3 ay pulu özü ödəmişdir, pul qəbzlərində onun imzaları olmuşdur. Sonrakı ayları həyat yoldaşı X21, bir neçə dəfə də İddiaçı2 ödəmişdir. Qəbzlərdə onların da imzaları olmuşdur. Əri 2021-ci ilin iyul ayının 5-də vəfat etdiyindən qəbzlər formal olaraq cavabdehin adından sənədləşdirilmişdir. Lakin pulu ozü, əri və qızı ödəmişdir. Mənzilin pulunu 2021-ci ilin dekabr ayının əvvəllərində tam ödəmişdir. Belə ki, hər ay 372 manat deyil, 400 manatdan ödədiyindən vaxtından əvvəl ödəmişdir. Həmin vaxt o cavabdehə müraciət etmişdir ki, mənzili öz adına keçirsin. O isə mənzili onun adına sənədləşməsindən yayınaraq öhdəliyini icra etməmişdir. O ailəsi ilə həmin mənzildə 2010-cu ildən yaşamışdır. Mənzili kürəkəni Nümayəndə1 təmir etmiş və 30.000 manatadək pul xərcləmişdir. Bundan əlavə cavabdeh ona bildirmişdir ki, bank tərəfindən mənzil satışa çıxarılacaq, onun qarşısını almaq üçün 1200 manat pul lazımdır. Ona həmin 1200 manatı 2022-ci ilin dekabr ayının 22-də metronun Koroğlu stansiyasının yaxınlığında yerləşən “Asan xidmət”-in qarşısında verəndə yanında qızı və kürəkəni də olmuşdur. Sənədlər üzrə mənzilin qiyməti 67587,30 təşkil etsə də, hazırkı bazar qiymətlərinə uyğun olaraq mənzilin qiyməti 120.000 manat təşkil edir. Beləliklə, cavabdeh tərəfindən onlara 151.200 manat pulu ödənilməlidir.
14. Məhkəmə iclasında Cavabdeh iddiaçı lar tərəfindən mənzilin dəyəri olaraq ödənilmiş pulu iddiaçının mərhum oğlunun ona olan borcunun qarşılığı olaraq ödədiyini bildirərək iddianın əsassız olduğundan rədd edilməsini xahiş etmişdir.
15. Məhkəmə iclasına iddiaçılar tərəfindən şahid qismində çağırılmış X11 ifadəsində bildirmişdir ki, tərəfləri tanıyır, onlarla qohumluq əlaqəsi olmamış, iddiaçıların yaşadığı Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942-1 saylı məhəllədə inşa edilmiş binanın komendantı olmuş, “X24” MMC-də 2009-cu ildən işləmişdir. İddiaçını və onun qızı İddiaçı2, kürəkənini, Samiri tez-tez görmüşdür, cavabdehi isə iki dəfə görmüşdür. Mənzilin kommunal xərclərini Samir ödəmiş, mənzildə təmir işləri aparılarkən cavabdehi görməmişdir.
16. Məhkəmə iclasına iddiaçılar tərəfindən şahid qismində çağırılmış X19 ifadəsin də bildirmişdir ki, iddiaçıların yaşadığı Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942-1 saylı məhəllədə inşa edilmiş binanın mənzilində santexnik işləri aparan zaman iddiaçıları mənzilin sahibi kimi tanımışdır. cavabdehi görməmişdir.
17. Məhkəmə iclasına iddiaçılar tərəfindən şahid qismində çağırılmış X10 ifadəsində bildirmişdir ki, həmin mənzilə baxış keçirilməsi üçün tərəflərə birlikdə əraziyə getmiş, mənzilin təmirində 2013 və 2020-ci illərdə işləmişdir. Cavabdeh mənzillə bağlı mübahisələrdən tanımış, onun qardaşı Səbuhi və Nuri birlikdə işləmişlər. Mənzildə apardığı təmir işlərinə görə pulu ona İddiaçı2 atası Vaqif ödəmişdir.
18. Məhkəmə iclasına iddiaçılar tərəfindən şahid qismində çağırılmış X13 ifadəsində bildirmişdir ki, İddiaçı2 onun atasının xalası nəvəsi olmuşdur. Əhmədlidə y erləşən evlərinə bir neçə dəfə getmişdir. Mənzili Nuri 2008 ya 2009-cu ildə 19000 manat ilkin ödəniş etməklə almışdır. Cavabdeh Nurinin işi ilə əlaqədar tanımışdır. Evə dair ipoteka ödənişini İddiaçı2 ödəmişdir.
19. Məhkəmə iclasına iddiaçılar tərəfindən şahid qismində çağırılmış X12 ifadəsində bildirmişdir ki, 2013-cü il tarixdən “X24” MMC-nin binasında yaşamış və Nümayəndə1 onun qonşusu olmuşdur. Bloklar ayrı olsada axşamlar binanın həyətində toplaşan zaman bir-birlərini görmüşlər.
20. Məhkəmə iclasına cavabdeh tərəfindən şahid qismində çağırılmış X8 ifadəsində bildirmişdir ki, İddiaçı1 oğlu Nuri onun şərik iş yoldaşı olmuşdur. Nuri onu çox pis vəziyyətə salmış və nəticədə X5 bir evini itirmişdir. Nuri ondan borc pul götürmüş və həmin məbləği ödəyə bilmədiyi üçün hazırda mübahisələndiril ən mənzili qardaşının adına keçirtmişdir. Sonradan Nurinin xahişi ilə onun anasının mənzildə yerləşməsinə və aylıq ipoteka haqqını ödəmələrinə razılıq vermişdir. Həmin mənzil həm iddiaçılar tərəfindən, həm də X8 və onun qardaşı tərəfindən təmir edilmişdir. Mənzil üçün 19000 manat bir ödəniş, sonradan da ödənişlər etmişdir. Cəmi 30000 manatdan çox ödəniş etmişdir. Buna dair qəbzlər uzun müddət keçməsi səbəbindən onda qalmamışdır.
21. Məhkəmə iclasına iddiaçılar tərəfindən şahid qismində çağırılmış X9 ifadəsində bildirmişdir ki, Nümayəndə1 ilə qiymət danışdıqdan sonra 2010-cu ilin axırı və 2011-ci ilin əvvəli həmin mənzilə işıq çəkilməsi işini aparmışdır. Bu işi 1 həftə ərzində görüb bitirmişdir. Cavabdeh tanımamışdır.
22. Məhkəmə iclasına iddiaçılar tərəfindən şahid qismində çağırılmış X14 ifadəsində bildirmişdir ki, 2012-ci ildə əvvəl Nümayəndə1, sonradan evin sahibi olan İddiaçı2 tanımışdır. Nümayəndə1 ona təmirsiz evinin olduğunu, 2 ildir ki evin təmirsiz qaldığını və təmirə ehtiyacı olduğunu bildirmişdir. Xətai rayonunda yerləşən mənzildə divarların hörülməsi və qaydasına salınması ilə məşğül olmuş, 3 aya işini yekunlaşdırmışdır. Təmir xərcini ona Nümayəndə1 və İddiaçı2 hissə-hissə ödəmişdir. O işini bitirdikdən sonra mənzilin təmirini davam etmək üçün Zaur adlı şəxs mənzilə gəlmişdir. Cavabdeh görməmişdir.
23. Məhkəmə iclasına iddiaçılar tərəfindən şahid qismində çağırılmış Nümayəndə1 Məhyəddin oğlu ifadəsində bildirmişdir ki, Nümayəndə1 onun əmisi nəvəsi olmuşdur. 2010-cu ilin sentyabr-oktyabr aylarında onlara məxsus evdə arakəsmə divarlarını inşası ilə məşğul olmuşdur. Həmin vaxt bu mənzildə X14 da iş görmüşdür. Başqa iş yerinin olması səbəbindən mənzildə təxminən 10 gün işləmişdir.
24. Məhkəmə Ekspertiza Mərkəzinin 11 dekabr 2023-cü il tarixli rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942-1 saylı məhəllədə inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının 1 bina 4 blok, 15-ci mərtəbəsində yerləşən 237A saylı mənzil üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 20136 manat məbləğində müəyyən edilmiş, həmin mənzilin orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 119000 manat müəyyən olunmuşdur.
25. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 9 fevral 2024-cü il tarixli 2(005)111/2024 nömrəli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia qismən təmin edilmiş, Cavabdeh təmir xə rcinə görə 20136 manat, mənzilə görə ödənilmiş 74823,17 manat, cəmi 94959,17 manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumundan iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 258,3 manat pulun iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, aparılmış məhkəmə ekspertizasının xərci olaraq 100 manatın Cavabdeh tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
26. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mənzilə dair həm ilkin, həm də aylıq ödənişlərin iddiaçılar tərəfindən edilməsi cavabdeh tərəfindən qəbul olunduğundan bu hissədə əlavə araşdırma aparılmasına zərurət mövcud deyil, bu hal sübuta yetirilmiş hesab olunmalıdır. Eyni zamanda, mənzilə dai r ödənişlərin cavabdehə olan borc qarşılığında edilməsi barədə cavabdehin etirazları ilə bağlı Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə iddiaçıların mənzilə dair ödənişlərin onlar tərəfindən edilməsi ilə bağlı əsaslandırmaları öz təsdiqini tapmışdır. Mənzil cavabdehin mülkiyyəti olsa da, bu mənzilə dair ödənişlər iddiaçılar tərəfindən edilmişdir. İddiaçıların 2010-cu il tarixdən həmin mənzildə yaşamaları, bu mənzili təmir etmələri, iddiaçıların mənzilə hüquqlarının olması düşüncəsi ilə hərəkət etmələrinin, mənzilin cavabdehin adına formal olaraq keçirilmiş olmasının göstəricisi olmuşdur. İddiaçılar mənzildə cavabdehin etirazında qeyd etdiyi kimi müvəqqəti yaşamış olsaydılar, mənzilə dair ilkin ödənişi və 2010-cu ildən 2022-ci il tarixədək olan aylıq ödənişləri etməzdilər. Həmçinin mülki iş üzrə alınmış ekspert rəyindən də görünür ki, iddiaçılar nəinki həmin mənzildə 14 ilə yaxın müddət ərzində yaşamış, həmçinin bu mənzili əsaslı təmir etmişlər.
27. Məhkəmə hesab etmişdir ki, ağlabatanlıq prinsipi əsas götürülməklə sadalanan bu hallar iddiaçıların mənzil mülkiyyətiçi kimi hərəkət etdiklərini göstərmişdir. İddiaçıların mənzili hansı niyyətlə cavabdehin adına keçirmələri iş materialları ilə sübuta yetirilməsə də, iş materialları ilə sübut edilmiş hallar iddiaçıların mənzilin mülkiyyətçiləri kimi hərəkətlər etməsini təsdiq etmişdir. Cavabdehin göstərdiyi yeganə hal X15 ona olan borcu qarşılığında mənzilin mülkiyyətə verilməsi barədə əsaslandırması olmuşdur ki, bu əsaslandırma öz təsdiqini tapmamışdır. Eyni zamanda, iddiaçıların 2010-cu il tarixdən mənzildə yaşamalarına baxmayaraq cavabdeh onların mənzildən çıxmasını tələb etməmiş (belə bir hal məhkəməyə bildirilməmişdir), onlara qarşı mənzilə dair hər hansı iddiası olmamış, hətta məhkəmə iclasında iddiaçılara mənzilə görə 30000 manat ödəniş etməyə hazır olduğunu bildirmişdir. Daha əvvəlki izahatlarında X15 on a 120000 manat borcu olduğunu bildirən cavabdehin hansı səbəbdən 30000 manat ödəməyə razı olduğu araşdırıldıqda, bu ödənişi xoş niyyət olaraq edəcəyini bildirmişdir. Qeyd edilən bu hal cavabdehin maddi imkanı və işin halları nəzərə alınmaqla ağlabatan mühakimə əsasında məntiqli deyildir. Cavabdehin etirazını əsaslandıran yeganə sübut onun qardaşının məhkəmə iclasında şahid qismində verdiyi ifadəsi olmuşdur. Lakin şahidin cavabdehin doğma qardaşı olması, iddiaçılar tərəfindən məhkəmə iclasına çağırılmış digər şahidlərin əksəriyyətinin isə iddiaçılarla heç bir qohumluqlarının olmaması və ifadələri ilə eyni halları təsdiq etmələri halında cavabdeh tərəfdən ifadə verən yeganə şahidin ifadəsi iş üzrə həlledici və mötəbər sübut hesab edilə bilməz.
28. Məhkəmə onu da qeyd etmişdir ki, iş materi allarının araşdırılması zamanı mübahisənin mahiyyətinin əsassız varlanma olmasına dair əlamətlər ortaya çıxmışdır. Belə ki, iddiaçıların hazırda yaşadıqları mənzil cavabdehin mülkiyyəti olmuş, cavabdeh mənzilə dair ödənişlər etməli olduğu halda bu ödənişlər iddiaçılar tərəfindən edilmiş, bununla da cavabdeh əsassız varlanmışdır.
29. Məhkəmə cavabdehin əsassız varlandığı məbləğlə bağlı qeyd etmişdir ki, cavabdeh mənzilə görə 19000 manat ilkin ödənişin, həmçinin mənzilə görə bütün aylıq kredit iddiaçı tərəfindən edildiyini qəbul etmiş, iddiaçı da öz növbəsində mənzilə görə 2009-cu ilin dekabr ayının 1-dən 2011-ci ilin yanvar ayının 28-nə kimi 376 manat ödədiyini bildirmişdir. Hesablama yolu ilə iddiaçı tərəfindən ödənilmiş bu məbləğin cəmi 5264 (beş in iki yüz altmış dörd) manat (14 ay x 376 manat) təşkil etdiyi müəyyən olunur. Məhkəmə hesab edir ki, cavabdehin əsassız varlandığı məbləğ mənzilə dair edilmiş ilkin ödəniş, iddiaçı tərəfindən 2009-cu ilin dekabr ayının 1-dən 2011-ci ilin yanvar ayının 28-nə kimi edilmiş aylıq ödəniş və xx.xx.2011- ci il tarixli, 1233AKN/10 saylı kredit müqaviləsi üzrə edilmiş bütün ödənişlərin cəmindən, yəni 50559,17 manatdan ibarətdir. İlkin ödənişin 19000 manat, 2009-cu ilin dekabr ayının 1-dən 2011-ci ilin yanvar ayının 28-nə kimi aylıq ödənişlərin cəmi 5264 manat, kredit müqaviləsi üzrə kredit ödənişlərinin isə cəmi 50559,17 manat təşkil etdiyi müəyyən olunmuşdur. Yəni mənzili mülkiyyətində saxlayan cavabdeh bu məbləğlər həcmində cəmi 74823,17 manat və təmir xərci olan 20136 manat həcmində əsassız varlanmışdır.
30. Məhkəmə öz mövqeyini Azərb aycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2, 135.2, 386.1, 439.4, 1091.2, 1092.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
31. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
32. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddia tələbini sübut etmək vəzifəsini daşımamışdır. Onun gətirdiyi dəlillər işin digər halları ilə öz təsdiqini tapmışdır. Əgər iddiaçıların borcu yox idisə bankın pulunu nəyə görə ödəyirdilər. Bu heç bir məntiqə sığmır. Tərəflərin arasında hər hansı müqavilə öhdəlikləri olmamışdır. O ki qaldı mənzilin təmir edilməsinə, həmin mənzildə uzun müddət yaşayıbsa, təbii ki, öz r ahatlığı üçün mənzili təmin edə bilərdi. İddiaçıları buna heç kim məcbur etməmiş, pulun ödənişləri və mənzlin təmiri də onların tərəfindən könüllü icra edilmişdir. Bu faktların özü də bir daha iddia tələbinin əsassız və qanunsuz olduğunu göstərmişdir.
33. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər-Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Məhəmməd Rüstəmli və Akif İsgəndərov) 2 iyul 2024-cü il tarixli, 2(103)-3398/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
34. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarına görə “X24” MMC və X7 arasında bağlanmış müqaviləyə əsasən MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942-1 saylı məhəllədə inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının 1 bina 4 blok, 15-ci mərtəbəsində 237A saylı mənzil 67587,3 manata X1. Daha sonra X7 ona məxsus əmlakı idarə etməyi və bu əmlaklara dair qanunla icazə verilən bütün növ əqdləri bağlamağı İddiaçı1 etibar etmişdir. Həmin mənzil Cavabdeh mülkiyyətinə verilmiş və mənzilin qalan ödənişlərini etmək üçün Cavabdeh və "xxxx" Kommersiya Bankı ASC arasında kredit müqaviləsi bağlanmış və Cavabdeh adına xx.xx.2022-ci il tarixədək illik 15 faizlə 24300 (iyirmi dörd min üç yüz) manat kredit verilmişdir. Kredit borcu üzrə ödənişlər X21, İddiaçı2 və Cavabdeh adından edilmişdir.
35. Mənzil hazırda cavabdehin mülkiyyətindədir. Lakin mənzildə 2010-cu ildən ailə üzvləri birlikdə iddiaçılar yaşayır, mənzili təmir etdirmişlər.
36. Müəyyən edilmişdir ki, mənzilə görə ilkin ödəniş və aylıq kredit ödənişləri iddiaçılar tərəfindən edilmişdir.
37. Cavabdeh birinci instansiya məhkəməsində göstərmişdir ki, iddiaçılar evə görə kredit ödənişlərini ona borclu olduqlarına görə ödəyiblər. Lakin iş materiallarına əsasən iddiaçıların cavabdehə borclu olması kimi bir hal müəyyən edilməmiş, nə də ki cavabdeh tərəfindən bu hala dair hər hansı sübut təqdim edilməmişdir.
38. Həmçinin mənzilin iddiaçılar tərəfindən təmir edildiyi müəyyən edilmişdir. Məhkəmə tərəfindən keçirilmiş ekspertiza nəticəsində çəkilmiş təmir xərcinin 20136 manat təşkil etdiyi müəyyən edilmişdir.
39. Məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçıların 2010-cu il tarixdən həmin mənzildə yaşamaları, bu mənzili təmir etmələri, iddiaçıların mən zilə hüquqlarının olması düşüncəsi ilə hərəkət etmələrinin, mənzilin cavabdehin adına formal olaraq keçirilmiş olmasının göstəricisidir.
40. Beləliklə, mənzilə görə ilkin ödənişin 19000 manat, 2009-cu ilin dekabr ayının 1dən 2011-ci ilin yanvar ayının 28-nə kimi aylıq ödənişlərin cəmi 5264 manat, kredit müqaviləsi üzrə kredit ödənişlərinin isə cəmi 50559,17 manat təşkil etdiyi müəyyən olunmuşdur. Məhkəmənin mənzili mülkiyyətində saxlayan cavabdehin bu məbləğlər həcmində cəmi 74823,17 manat və təmir xərci olan 20136 manat həcmində əsassız varlanması barədə qənaəti qanuni və əsaslı olmuşdur, cavabdehin dəlilləri əsassızdır.
41. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386, 439.4, 1091.1, 1091.2 və 1092.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14, 77.1, 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
42. Cavabdeh (vəkili Vəkil2) kasasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3398/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsini ləğv edib, iddia tələbinin təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
43. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Mülki Məcəllənin 439.4-cü maddəsinin tələblərini düzgün tətbiq etməmiş, eyni zamnda səhv təsfir etmişdir. Məhkəmə heç bir öhdəliyi olmadığı halda ondan qanunsuz olaraq, külli miqdarda pulun tutulması barədə qətnamə çıxarmaqla iddiaçının əsassız varlanmasına yol vermişdir. Məhkəmə də öz növbəsində buna düzgün qiymət verməməklə maddi və prosessual hüquq normalarının tələbini kobud pozmuşdur.
44. Cavabdeh olaraq iddiaçıların hesabına varlanmamışdır və onların hesabına heç bir əmlak əldə etməmişdir. Əksinə iddiaçılar onun mənzilində uzun müddət yaşayaraq mənzili yarasız vəziyyətə salmış, kirayə haqqının əvəzi olaraq mənzili sadəcə əvvəlki vəziyyətinə salmışlar. Hər iki məhkəmə instansiyaları nəzərə almamışdır ki, iddiaçılar 13 ildə nədən mübahisəli mənzili adlarına keçirmək və ya cavabdehin adından çıxarılması barədə iddia qaldırmamışlar. Məhkəmə iddiaçıların mübahisəli mənzili hansı məqsədlə cavabdehin adına keçirmələrinə hüquqi qiymət verməməiş, iddiaçılar isə bu suala ağlabatan izah verə bilməmişlər. Məhkəmənin apardığı riyazi hesablamalar isə tamamilə əsasız və absurddu r. Belə ki, Cavabdeh və "xxxx" Kommersiya Bankı ASC arasında kredit müqaviləsi bağlanmış və Cavabdeh adına xx.xx.2022-ci il tarixədək illik 15 faizlə 24300 (iyirmi dörd min üç yüz) manat kredit verilmişdir. Hatta hesab etsək ki, bu kredit iddiaçılar tərəfindən ödəlilib o zaman məhkəmənin gəldiyi nəticə ilə heç uyğun gəlmir. Məhkəmə qətnaməsində cavabdehin 24300 manat kreditinin iddiaçılar tərəfindən 50559,17 manat kredit ödədiklərini göstərərək səhv nəticəyə gəlmişdir. Digər tərəfdən məhkəmə qətnaməsində yanlış olaraq onun izahatı təhrif edilmişdir. Belə ki, qətnamədə göstərilir ki, “cavabdeh mənzilə görə 19000 manat ilkin ödənişin, həmçinin mənzilə görə bütün aylıq kredit iddiaçı tərəfindən edildiyini qəbul etmişdir”. Halbuki dəfərlərlə bildirmişdir ki, mənzilin ilkin ödənişin şəxsən öz ü etmişdir. Məhkəmə hətta onun adına olan ödəniş qəbzlərin belə iddiaçının adına hesablamışdır.
45. Məhkəmə cavabdehlərin verdiyiizahatı və iddiaçının təqdim etdiyisübut və dəlillərə birgəəlaqəlişəkildə yolxlamamış və hüquqi cəhətdən düzgün qiymətləndirməmişdir. 46.
47. Məhkəmə işə bir tərəfli yanaşaraq, hüquqi faktlara düzgün qiymət verməmiş və nəticədə iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmə ən əsas suala yəni “başqasının evinə görə uzun illər aylıq ödənilər etməyə sizi nə məcbur edirdi? “sualına aydınlıq gətirməmişdir. Halbuki, işin ədalətli və qanuni həlli həmin sualın cavabındadır. İddiaçı məhkəməyə üzərindən on il keçdikdən sonra evi təmir edən ustaları gətirir və məhkəmədə həmin şəxslərin həqiqətən usta olduqlarını qəbul edərək onların ifadələrinə istinad etmişdir. Lakin c avabdehin gətirdiyi dəlilləri isə araşdırıb hüquqi qiymət verməmişdir. Cavabdeh iddia tələbini sübut etmək vəzifəsini daşımır. Onun gətirdiyi dəlillər işin digər halları ilə öz təsdiqini tapır. Əgər iddiaçıların borcu yox idisə bankın pulunu nəyə görə ödəyirdilər. Bu heç bir məntiqə sığmır. Tərəflərin arasında hər hansı müqavilə öhdəlikləri olmamışdır. O ki qaldı mənzilin təmir edilməsi həmin mənzildə uzun müddət yaşayıbsa təbii ki öz rahatlığı üçün mənzili təmin edə bilərdi. İddiaçıları buna heç kim məcbur etməmiş, pulun ödənişləri və mənzlin təmiri də onların tərəfindən könüllü icra edilmişdir. Bu faktların özü də bir daha iddia tələbinin əsassız və qanunsuz olduğunu göstərir. Odur ki, qətnamə ləğv edilməlidir. Məhkəmə mülkiyyətçinin hüquqlarının kobud pozuntusu ilə nəticələnən qətnamə q əbul etmişdir. Məhkəmə iddiaçıların cavabdehə məxsus mənzildə uzunmüddət yaşamalarını əvəzli olmasını nəzərə almamış və həmin müddətə görə cavabdehə ödəniş etmələri olduğunun üzərindən keçmişdir. İş materiallarından da aydın olur ki, iddiaçılar cavabdehə ödəməli olduğu məbləğləri banka ödəməklə mənzildə qalmış, tərəflərin buna heç bir etirazı olmamışdır. Cavabdehin bu barədə məhkəmədə gətiridyi dəlillər isə məhkəmədə araşdırılmamışdır.
48. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.4, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.3. 106.1-ci maddələrinə də istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
49. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Mə cəlləsi
50. Maddə
386. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
51. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 52..Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
53. Maddə 1091.2. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
54. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublika sının Mülki Prosessual Məcəlləsi
55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
57. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
58. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
59. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
60. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunm amasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
62. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
63. Maddə 418.3. Prosessual hüquq norm alarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
64. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
65. Hazırkı kassasiya şikayə tinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
67. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkəmənin qətnaməsində yanlış olaraq onun izahatının təhrif edildiyi, qətnamədə cavabdehin mənzilə görə 19000 manat ilkin ödənişin, həmçinin mənzilə görə bütün aylıq kreditin iddiaçı tərəfindən edildiyini qəbul etdiynin göstərildiyi, halbuki dəfərlərlə mənzilin ilkin ödənişin şəxsən özü etdiyini bildirdiyi, məhkəmənin hətta onun adına olan ödəniş qəbzlərin belə iddiaçının adına hesabladığı barədə dəlilləri ilə əlaqədar bildirir ki, həmin dəlillər əsassızdır.Belə ki, iş üzrə birinci instansiya məhkəməsinin 16 yanvar 2024-cü il tarixli məhkəmə iclas protokolu ilə təsdiq edilir ki, Cavabdeh izahatında iddiaçıların evə görə kredit ödənişlərini etdiyini, bu halı etiraf etdiyini, ancaq ona borclu olduqlarına görə ödədiklərini bildirmişdir. Eləcə də iş üzrə birinci instansiya məhkəməsinin 06 fevral 2024-cü il tarixli məhkəmə iclasının protokolu ilə təsdiq edilir ki, Cavabdeh nümayəndəsi Nümayəndə2 izahatında hazırkı evin ilkin ödənilən 20000 manatını oğlu Səbuhinin i ddiaçıya verdiyini və onun da (yəni iddiaçının) ödədiyini bildirib.
68. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən digər hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq norm aları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
70. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
71. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 iyul 2024-cü il tarixli 2(103)3398/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.