Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3593/2023 11.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı ilk, Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia tələbləri barədə iş üzrə QƏRARİ (Açar sözlər: müqavilədən irəli gələn öhdəliyin icrası, müqavilənin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), X1 və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı müqavilə üzrə öhdəliyin icrası tələbinə dair ilk, Cavabdeh2 MMC-nin İddiaçı qarşı İddiaçı ilə Cavabdeh1 MMC-nin arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 97A nömrəli müqavilənin etibarsız hesab edilməsi qarşılıqlı iddia tələbi barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2428/2023 nömrəli, 17 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş kassasiya şikayətinə 11 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 267 saylı sərəncamına əsasən, Bakı şəhəri Nərimanov rayonu Təbriz, Əliəşrəf Əlizadə və Əliağa Vahid küçələrinin kəsişməsində pilot layihə çərçivəsində qəzalı binaların yerləşdiyi sahədə yaşayış binalarının tikintisi üçün Cavabdeh1 MMC-nə icazə verilmişdir. Cavabdeh1 MMC ilə sözügedən ərazidə yüksəkmərtəbəli yaşayış binasının tikilməs inin Cavabdeh2 MMC-yə həvalə edilməsinə dair 25 dekabr 2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş müqavilə imzalanmış, Nərimanov rayon icra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli, 161 saylı sərəncamı ilə həmin ərazidə yaşayış binalarının tikintisi üçün 0,884 ha torpaq sahəsi Cavabdeh2 MMC-nin daimi istifadəsinə verilmişdir.
2. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh1 Məhdud MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 97 və 97a saylı müqavilələrə əsasən, Cavabdeh1 MMC ünvan 1 ünvanda yerləşən “Mülkiyyətçi”nin mülkiyyətində olan 3 saylı mənzilin sökülməsini və həmin mənzilin əvəzinə dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 25% əlavə etməklə tam təmirli 3 otaqlı, 100 kv metr olan və tam təmirli 2 otaqlı, 50 kv metr mənzilləri iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. 3. 97 saylı müqavilənin 2.1.2-ci bəndinə əsasən, yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 3 otaqlı mənzil üçün aylıq 500 manat kirayə haqqını almaq “Mülkiyyətçi”nin hüququdur.
4. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən Cavabdeh1 MMC-nin hüquq və vəzifələri aşağıdakılardır: 2.2.3. Müqavilənin 2.1.2. bəndində nəzərdə tutulmuş ödənişin rübdə 1 (bir) dəfə hər rübün birinci ayının 1-də “Mülkiyyətçi”yə ödənilməsini təmin etmək; 2.2.3. Müqavilənin 2.1.2. bəndində nəzərdə tutulmuş ödənişin rübdə 1 (bir) dəfə hər rübün birinci ayının 01-də “Mülkiyyətçi”yə ödənilməsini təmin etmək; 2.2.5.Binanın tikintisi başa çatdırıldıqda aşkar olunmuş nöqsanları, görülməyən işləri tamamlamaq; 2.2.6. Yaşayış binasını müvafiq qaydada dövlət Komissiyasına təhv il vermək və 2.2.7. Bina tikilib təmir edildikdən sonra “Mülkiyyətçi”dən mənzilin təhvil alınmasını tələb etmək.
5. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-nə pretenziya məktubu göndərərək, 7 gün müddətində mübahisəli mənzillərin ona təhvil verilməsi, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi, sonradan ərizə və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 MMC-nin cavabdeh kimi işə cəlb edilməsini və İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 20 noyabr 2018-ci il tarixli 97 və 97a saylı müqavilələrin şərtlərinə əsasən Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində Cavabdeh2 MMC tərə findən inşa edilmiş hündürmərtəbəli, çoxmənzilli yaşayış binasından tam təmirli ümumi sahəsi 100 kv metr olan 3 otaqlı və ümumi sahəsi 50 kv metr olan 2 otaqlı mənzillərin iddiaçıya verilməsi öhdəliyinin Cavabdeh2 MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda sadalanan hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, müqavilələr bağlandıqdan sonra ona məxsus ev tikinti şirkətinə təhvil verilərək sökülmüş, həmin ərazidə hündürmərtəbəli binanın tikintisi başlanmış və hər ay ona kirayədə qalmaq üçün 500 manat kompensasiya ödənilmişdir. Lakin həmin ərazidə binanın inşası başa çatsa da, cavabdeh təşkilat müqavilələr üzrə öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçıraraq bir neçə aydır kı, mənzilləri ona təqdim etməkdən imtina edi r. O, bir neçə dəfə tikinti şirkətinin rəhbərliyi ilə görüşüb mənzillərin verilməsini tələb etsə də, hər dəfə müəyyən bəhanələr gətirərək mənzilin verilməsini uzatmış, sonuncu görüşdə isə mənzilin verilməsindən imtina etmişlər.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-2626/22 nömrəli, 9 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim S.Ədilova) iddia təmin olunmuşdur.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2018-ci il tarixdə 97 və 97a saylı müqavilələr bağlanmış, sonradan iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 2 mərtəbəli, 3 saylı mənzilin yerləşdiyi ərazidə hündürmərtəbəli yaşayış binasının tikilməsi Cavabdeh2 MMC-nə həvalə edilmiş, bun unla da xx.xx.2018-ci il tarixli 97 və 97a saylı müqavilələr üzrə iddiaçının mülkiyyətində olan - 3 otaqlı, 80 kv metr mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 25% əlavə etməklə tam təmirli 3 otaqlı 100 kv metr mənzilin və 2 otaqlı, 40 kv metr mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 25% əlavə etməklə tam təmirli 2 otaqlı 50 kv metr mənzilin iddiaçının mülkiyyətinə verilməsi öhdəliyi Cavabdeh1 MMC-dən Cavabdeh2 MMC-nə keçmişdir. Lakin Cavabdeh2 MMC xx.xx.2018-ci il tarixli 97 və 97a saylı müqavilələrin 1.1ci bəndi ilə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, habelə həmin öhdəliklərin icrasına dair hər hansı sübutlar təqdim etməmişdir.
10. Mülki qanunvericiliyin normaları baxımından Cavabdeh2 MMC-nin hərəkətləri öhdəliyin lazımınca icra edil məməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh2 MMC müqavilələrlə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, müqavilələrlə nəzərdə tutulan hərəkətləri tam icra etməyərək, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh2 MMC özünün risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyır. Buna görə də iddia təmin olunmalıdır.
11. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Konstitusiyasının 13cü maddəsinin 1-ci hissəsi, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 385.1, 386.1, 442, 404.1 və 404.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1, 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellya siya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh2 MMC apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni 20 noyabr 2018-ci il tarixli, 97a nömrəli müqavilənin şərtinə əsasən iddiaçıya Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində hündürmərtəbəli, çox mənzilli yaşayış binasında tam təmirli ümumi sahəsi 50 kv metr olan 2 otaqlı mənzilin verilməsi öhdəliyinin Cavabdeh2 MMC-nin üzərinə qoyulması hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin radd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçıya məxsus olan eyni mənzilə dair iki müqavilə bağlanılması faktını, bu səbəbdən də iddiaçıya 2 otaqlı 50 kv metr mənzilin verilməsinə dair xx.xx.2018-ci il tarixli, 97A nömrəli müqavi lənin əhəmiyyətsiz əqd olmasını nəzərə almamışdir. Qeyd olunan ünvanda iddiaçının mülkiyyətində iki deyil, yalnız bir mənzil olmuşdur. Belə ki, iddiaçıya xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli mülkiyyət hüququ haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 3 saylı, ümumi sahəsi 38,5 kv metr olan mənzil iddiaçının mülkiyyətindədir. Həmin mənzilə dair tərtib edilmiş 10 noyabr 1995-ci il tarixli Texniki Pasportun surətindən görünür ki, qeyd olunan mənzil 12 və 15 kv metr olmaqla, ümumi sahəsi 27 kv metr yaşayış sahəsindən, 10 kv metr giriş (dəhliz) və 1,5 kv metr sanitar qovşaqdan ibarət olmaqla yalnız bir mərtəbədən ibarətdir. Göründüyü kimi həmin ünvanda iddiaçının xüsusi mülkiyyətində 80 kv metr sahəsi olan ikimərtəbəli mənz il mövcud olmamışdır. İddiaçı tərəfindən mülkiyyətində olan ümumi sahəsi 38,5 kv metr olan mənzildə əlavə tikillilər aparılmaqla, həmin 38,5 kv metr mənzil üstündə əlavə tikili inşa olunmaqla həmin mənzil 80 kv metr ümumi sahədən ibarət olmaqla ikimərtəbədən ibarət tikili vəziyyətinə gətirilmişdir. Buna görə də iddiaçının mülkiyyətində olan və əlavə tikililərə görə sahibliyində və istifadəsində olan 38 saylı evin, 3 saylı mənzilinə dair Cavabdeh1 MMC ilə xx.xx.2018-ci il tarixli, 97 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqavilə bağlanarkən iddiaçı tərəfindən şirkətə xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli mülkiyyət hüququ haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış təqdim edilmişdir. Həmçinin iddiaçı həmin mənzilə dair tərtib edilmiş 10 noyabr 1995-ci i l tarixli Texniki Pasportun surətini şirkətə təqdim edərək, həmin ünvanda ona məxsus başqa bir mənzilin mövcud olduğunu inandıraraq xx.xx.2018-ci il tarixli, 97a nömrəli müqavilə bağlanılmasına nail olmuşdur. Cavabdeh1 MMC-nin əməkdaşlarının diqqətsizliyi və səhlənkarlığı nəticəsində təqdim edilmiş texniki pasportda qeyd olunan mənzil ilə, xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli mülkiyyət hüququ haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda göstərilən mənzillərin eyni olması müəyyən edilməmiş və iddiaçı ilə 97a nömrəli müqavilə bağlanılmışdır. Göründüyü kimi, iddiaçıya məxsus olan eyni mənzilə dair iki müqavilə bağlanılmışdır ki, iddiaçı da əsassız olaraq həmin müqavilə əsasında mənzilin ona verilməsini tələb edir. Belə ki, tərəflər arasında bağlanmış 97 və 97a saylı hər iki müqavilənin 1.1-ci bəndində Təbriz küçəsi ev 38, mənzil 3 ünvanda yerləşən yaşayış üçün qəzalı vəziyətdə olan mənzilə görə inşa olunacaq binada yeni mənzilin verilməsi nəzərdə tutulmuşdur. İddiaçı ilə bağlanmış müqavilələrin 1.1-ci bəndində sökülməsi nəzərdə tutulan mənzillər fərqli deyil, eyni mənzil olaraq göstərilmişdir. Bu hal onu təsdiq edir ki, iddiaçıya məxsus olmuş eyni mənzilə görə iki müqavilə bağlanılmışdır.
14. Apellyasiya icraatı gedişində cavabdeh Qaya Qala” MMC iddia ərizəsi verərək İddiaçı ilə Cavabdeh1 MMC-nin arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 97A nömrəli müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, qarşılıqlı iddia ərizəsini apelyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandıraraq qeyd etmişdir ki, 97 saylı müqavilədə kirayə haqqının verilməsi nəzərdə tutulsa da, 97A saylı müqavilədə kirayə haqqının verilməsi nəzərdə tutulmayıb. Həmçinin, ilkin iddiaçının dəlillərinə əsasən onun qeyd olunan ünvanda ümumi sahəsi 120 kv metr olan mənzili qeyd olunsa da, ilkin iddiaçı tərəfindən bu halı təsdiq edəcək sübutlar təqdim olunmamışdır.
15. İddiaçının nümayəndəsi məhkəmə iclasında izahat verərək göstərmişdir ki, cavabdeh ev söküldükdən sonra iddiaçıdan ona məxsus sökülən evin 120 kv metr olduğunu sübut etməsini tələb edir. Bu heç bir məntiqə sığmır. 97 və 97A saylı müqavilələr cavabdehə 21 iyun 2019-cu il tarixdə təhvil verilib. Müqavilənin etibarsızlığı ilə bağlı iddia isə 1 illik müddət keçəndən sonra irəli sürülüb.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya insta nsiyası məhkəməsi) 2(103)-2428/2023 nömrəli, 17 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – X.Sarıyev (sədrlik edən və məruzəçi), F.Abdıyev və X.Qasımov) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın 20 noyabr 2018-ci il tarixli 97a saylı müqavilə üzrə ümumi sahəsi 50 kv metr olan 2 otaqlı mənzillə bağlı təmin edilən hissədə ləğv olunmuş, həmin hissədə yeni qətnamə qəbul edilməklə, ilk iddia həmin hissədə təmin edilmiş, iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 20 noyabr 2018-ci il tarixli 97a saylı müqavilənin şərtlərinə əsasən iddiaçıya Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında tam təmirli ümumi sahəsi 50 kv metr olan 2 otaqlı mənzilin verilməsi öhdəliyi Cavabdeh2 MMC-nin üzəri nə qoyulması, qarşılıqlı iddia tələbinin rədd olunması qət edilmişdir.
17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq, hesab etmişdir ki, məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh2 MMC-yə ünvanlanmış məhkəmə bildirişlərinin qanunvericiliklə müəyyən olunmuş qaydada ona göndərildiyi və çatdırıldığı barədə iş materiallarında hər hansı bir sübut olmamasına baxmayaraq, birinci instansiya məhkəməsi onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsi ilə əsaslandırmışdır. Həmin norma, cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir. İş mat eriallarından isə cavabdehin birinci instansiya məhkəməsində keçirilən iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış olduğu müəyyən edilmir. Beləliklə də, məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh2 MMC lazımi qaydada məlumatlandırılmadan işə baxılmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur.
18. Məhkəmə kollegiyası həmçinin, 97a saylı müqavilə bağlanarkən cavabdeh tərəfin aldadılması ilə bağlı dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, bu halı təsdiq edəcək hər hansı bir mötəbər sübut təqdim edilməmiş, həmçinin tərəflər arasında bağlanmış müqavilə daşınmaz əmlakla bağlı tərəflərin sərbəst iradə ifadələri əsasında bağlanmış, müqavilə üzrə tərəflərin öhdəlikləri aydın şəkild ə göstərilmişdir.
19. Cavabdeh 97A saylı müqaviləsinin etibarsızlığı tələbini irəli sürərkən həmin əqdin bağlanması zamanı iddiaçı tərəfindən cavabdehin aldadılmasını, yəni iddiaçının cavabdehi ona məxsus başqa bir mənzilin mövcud olduğuna inandırdığını qeyd etmişdir. Lakin, müəyyən olunur ki, iddiaçının mülkiyyət sənədinə əsasən 38,5 kv metr ümumi sahəsi olan evi olsa da, onun artırmalarla iki mərtəbəli evi olmuşdur. 97 saylı müqaviləyə əsasən cavabdeh iddiaçıya 3 otaqlı, 80 kv metr mənzilin əvəzinə 3 otaqlı 100 kv metr olan mənzil, 97A saylı müqavilə üzrə 2 otaqlı, 40 kv metr mənzilin əvəzinə 2 otaqlı 50 kv metr mənzilin verilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Hər iki müqavilə eyni evə görə bağlanmışdır. Göründüyü kimi, iddiaçının artırmalarla birlikdə 120 kv metr sahəsi olan evi ol muşdur.
20. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, iddiaçının mülkiyyət sənədinə əsasən 38,5 kv metr ümumi sahəsi olan evi olsa da, onun artırmalarla iki mərtəbəli evi olmuşdur. 97 saylı müqaviləyə əsasən cavabdeh iddiaçıya 3 otaqlı, 80 kv metr mənzilin əvəzinə 3 otaqlı 100 kv metr olan mənzil, 97A saylı müqavilə üzrə 2 otaqlı, 40 kv metr mənzilin əvəzinə 2 otaqlı 50 kv metr mənzilin verilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Hər iki müqavilə eyni evə görə bağlanmışdır. Göründüyü kimi, iddiaçının artırmalarla birlikdə 120 kv metr sahəsi olan evi olmuşdur. Müqavilələrdən sonra iddiaçı tərəfindən ev cavabdehə təhvil verilmiş, cavabdeh tərəfindən ev sökülmüş, hazırda həmin evin yerində hündürmərtəbəli bina tikilmişdir.
21. Apellyasiya məhkəməsi həmçinin cavabdehin iddiaçının 120 kv metr ev inin olmasını sübut etməsi ilə bağlı dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, cavabdeh iddiaçı ilə razılaşmadan sonra, iddiaçının evinin söküntüsünü həyata keçirmiş, yerində hündürmərtəbəli bina tikmişdir. 4 ilə yaxın müddət keçəndən sonra əmlakından məhrum olmuş iddiaçının üzərinə belə bir sübutetmə yükünün qoyulması, prosessual qanunvericiliyin tələbinə zidd olmaqla yanaşı ədalətsiz olardı. Tərəflər arasında xx.xx.2018-ci ildə bağlanmış 97A saylı müqavilənin etibarsızlığı üçün əsaslar-iddiaçı tərəfindən cavabdehin aldadılması halı müəyyən olunmur.
22. Digər tərəfdən məhkəmə cavabdeh MMC-nin 97 saylı müqavilədə kirayə haqqı nəzərdə tutulduğu halda, 97a saylı müqavilədə kirayə haqqının nəzərdə tutulmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd etmişdir ki, həmin dəlil 97a say lı müqavilənin etibarsızlığı üçün əsas yaratmır, əksinə 97a saylı müqavilədə kirayə haqqının nəzərdə tutulmaması onu deməyə əsas verir ki, 97 və 97a saylı müqavilələr eyni evə görə bağlanılmış, iddiaçının mənzil söküləndən sonra kirayə haqqının verilməsi bir müqavilədə nəzərdə tutulmuşdur.
23. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 MMC-nin hüquqları Cavabdeh2 MMC-yə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin 21 iyun 2019-cu il tarixli Sərəncamına əsasən keçmişdir. Cavabdehin də nümayəndəsinin qeyd etdiyi kimi həmin vaxtdan bütün müqavilələr Cavabdeh2 MMC-yə təhvil verilmişdir. Cavabdeh isə hazırkı iddianı xx.xx.2023-cü il tarixdə irəli sürmüş, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən mübahisələndirilən əqdlər üzrə 1 illik müddəti də keçirmişdir.
24. Qarşılıqlı iddia tələbinə münasibətd ə məhkəmə qeyd etmişdir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir.
25. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2, 339.3 və 354.2-ci, və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh2 MMC (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin 20 noyabr 2018-ci il tarixli, 97a nömrəli müqavilənin şərtinə əsasən ilkin iddiaçıya Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində hündürmərtəbəli, çox mənzilli yaşayış binasında tam təmirli ümumi sahəsi 50 kv m etr olan 2 otaqlı mənzilin verilməsi öhdəliyinin Cavabdeh2 MMC-nin üzərinə qoyulması hissəsində rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
27. Kassasiya şikayəti apelyasiya şikayəti və qarşılıqlı iddia ərizəsi ilə eyni dəlillərlə əsaslandırılmış və göstərilmişdir ki, xx.xx.2018-ci il tarixli, 97 nömrəli müqavilənin 2.1.2-ci bəndində yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə mülkiyyətçinin 3 otaqlı mənzil üçün aylıq 500 manat kirayə haqqı alması müəyyən edilsə də, 97A nömrəli müqavilənin qeyd olunan bəndində isə mülkiyyətçinin hər hansı məbləğdə kirayə haqqı alması müəyyən edilməmişdir. Əgər 97 nömrəli müqavilənin 1.1-ci bəndində sökülməsi göstərilən mənzil ilə, 97A saylı müqavilənin 1.1-ci bəndində sö külməsi göstərilən (Təbriz küçəsi ev 38, 3 saylı mənzil) mənzillər eyni olmasaydı, o zaman 97A nömrəli müqavilənin 2.1.2-ci bəndində 2 otaq üçün alınmalı olan kirayə haqqının məbləği müəyyən edilərdi. Qeyd olunan xüsusata münasibət bildirən apellyasiya instansiyası qətnamədə qeyd etmişdir ki, apellyatorun 97a saylı müqavilədə kirayə haqqının nəzərdə tutulduğu halda, 97A saylı müqavilədə kirayə haqqının nəzərdə tutulmaması ilə bağlı dəlili əsassızdır, həmin dəlil 97A saylı müqavilənin etibarsızlığına əsas yaratmır, əksinə 97A saylı müqavilədə kirayə haqqının nəzərdə tutulmaması onu deməyə əsas verir ki, 97 və 97A saylı müqavilələr eyni evə görə bağlanılmış, iddiaçının mənzili söküləndən sonra kirayə haqqının verilməsi bir müqavilədə nəzərdə tutulmuşdur. Göründüyü kimi məhkəmə 97 və 97A sayl ı müqavilələrin eyni evə görə bağlanılmış olmasını bir tərəfdən qəbul edərək qarşılıqlı iddia tələbinin və apellyasiya şikayətinin dəlillərini faktiki olaraq qəbul etmiş, digər tərəfdən isə həmin dəlilin müqavilənin etibarsızlığına əsas yaratmadığına dair səhv nəticəyə gəlmişdir.
28. Digər tərəfdən, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin 21 iyun 2019-cu il tarixli Sərəncamına əsasən Cavabdeh1 MMC-nin hüquqlarının Cavabdeh2 MMC-yə keçməsi, Cəmiyyətin həmin müqavilənin mövcudluğundan məlumatlı olmasını ehtiva etmir. Belə ki, təhvil verilən sənədlər tək müqavilələrdən ibarət olmamış, eləcədə təhvil verilmiş müqavilələrin sayı bir neçə yüz müqavilədən ibarət olmuş, belə olan halda isə təhvil verilmiş bütün müqavilələrin məzmunu ilə ayrı-ayrılıqda tanış olmaq isə mümkün deyildir. Hal h azırda mübahisələndirilən müqavilənin mövcudluğundan və müqavilənin məzmunundan birinci instansiya məhkəməsi tərəfindən mübahisə ilə bağlı Cavabdeh2 MMC-yə xx.xx.2023-cü il tarixli sorğu verilən zaman məlumatı olmuşdur. Buna görə də cavabdeh tərəfindən iddia müddəti ötürülməmişdir. b)
29. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
30. Maddə 337.1.Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
31. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu halla rda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
32. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisə ləndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
33. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
34. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
35. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
36. Maddə 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəs i irəli gəlməsin.
37. Maddə 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir.
38. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
39. Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilmə si şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Cavabdeh və qarşılıqlı ididaçı Cavabdeh2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kas sasiya instansiya məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər ilk iddia ərizəsinə e tirazda, qarşılıqlı iddia ərizəsində və apellyasiya şikayətində də irəli sürülmüş, tam hüquqlu məhkəmə kimi işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmşidir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. 49. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
50. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Məhkəmə kollegiyası hesab edir ki, ap ellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabbeh Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2428/2023 nömrəli iş üzər 17 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.