Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3594/2022 16.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər X3 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3594/2022 (Açar sözlər: istifadə hüququnun tanınması, evə köçürülmə) Bakı şəhəri 16 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Maraqlarına toxunan şəxs Maraqlı şəxs vəkili Vəkil iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər X3 və Cavabdeh2 qarşı yaşayış sahəsin dən istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-366/2021 nömrəli, 30 mart 2021- ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə 16 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Vİ-ЖГ 450875 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən Rəcəbov Xəqani Oqtay oğlu ilə X1 arasında 3 avqust 1997-ci il tarixdə nikah bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 125 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Rəcəbova soyadı verilmişdir.
2. AZ-İ 990168 seriya nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən Rəcəbov Xəqani Oktay oğlu xx.xx.2 019-cu il tarixdə Şəki şəhərində vəfat etmişdir.
3. Şəki şəhər “Pirimlər” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 21 avqust 2020-ci il tarixli, 224 nömrəli arayışa əsasən İddiaçı1 ünvan 1 ünvanında yaşayır və onun X5, Cavabdeh2, İddiaçı2 və X4 adlı ailə üzvləri vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, Ə.Cəfərov küçəsi, ev 3/2 nömrəli evə istifadə hüququqlarının tanınması, ümumi istifadə qaydalarının müəyyən edilməsi və onların həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
5. İddiaçı1 işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, ərinin vəfatından sonra qaynanası Cavabde h2 onları orada yaşamalarına ciddi şəkildə maneələr yaratmaqla onları evdən çıxaracağı ilə hədələmiş və nəhayət 2020-ci ilin iyun ayının 21-də məqsədinə nail olmuşdur. Onu və övladlarını həmin evdən zorla çıxarmışdır. Onlar məcburən başqa yerdə kirayədə yaşamalı olmuşlar. Lakin kirayə və kommunal xərcləri və digər zəruri xərcləri qarşılamağa heç cür maddi imkanları olmamışdır.
6. Şəki Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(075)1309/2020 nömrəli iş üzrə 1 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Cahid İmanov) iddia qismən təmin edilərək, İddiaçı1, İddiaçı3 və İddiaçı2 Şəki şəhəri, Ə.Cəfərov küçəsi, dalan 3, 2 nömrəli evə istifadə hüququqlarının tanınması və onların Şəki şəhəri, Ə.Cəfərov küçəsi, dalan 3, 2 nömrəli evə köçürülmələri, iddia tələbinin qalan h issədə təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçılar mübahisə predmeti olan evdə mülkiyyətçisinin oğlu ilə birlikdə yaşayıb onunla birlikdə ümumi təsərrüfatı idarə etmiş və onların həmin yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququ yaranmışdır.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 146.1-146.3, 152.1-ci, 1 sentyabr 2000-ci il tarixindən əvvəl qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 123-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyu l 2001-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Maraqlarına toxunan şəxs Maraqlı şəxs Oqtay qızı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya baxışı zamanı Maraqlı şəxs Oqtay qızı tərəfindən təqdim edilmiş 28 iyul 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini qızı Maraqlı şəxs bağışlamışdır.
11. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-366/2021 nömrəli mülki iş üzrə 30 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəç i), Ələddin Məcidov və Ayaz Mahmudov) işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Maraqlı şəxs mübahisə predmeti olan evi yüklü şəkildə qəbul etdiyindən, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 33, 43, 71ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 146.1-146.3, 152.1-ci, 1 sentyabr 2000-ci il tarixindən əvvəl qüvvədə olan Azərbaycan Resp ublikası Mənzil Məcəlləsinin 53, 54, 123-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, proses iştirakçıların izahatları a) Kassasiya şikayətinin dəlilləri
14. Maraqlarına toxunan şəxs (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi və ya mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmələr fərdi yaşayış evinin kassatora bağışlanmasını nəzərə almamış, köhnə Çıxarışa əsaslanaraq iddianı təmin etmişlər.
16. Kassator şikayətini “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2ci Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 kassasiya şikayətinə etiraz edərək bildirmişlər ki, kassasiya şikayətinin dəlilləri əsassız və formal mülahizələrdən ibarət olmuşdur. Hər iki instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiy a şikayətini təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. c) Tərəflərin izahatları
18. Maraqlarına toxunan şəxsin vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi.
19. Digər tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
20. Maddə
33. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.
21. Maddə
43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
22. Maddə
71. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və mə hkəmə hakimiyyəti orqanlarının borcudur. 1 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
23. Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
24. Maddə
54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz validey nlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
25. Maddə
123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçürülməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarı 26. 2001-ci ilin sentyabrı n 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edil miş qüvvəsi yoxdur.
30. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 417.1.1. Kassasiya məhkəmə si işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi nin ləğvi üçün qanuni əsas ola bilməz.
38. Maraqlarına toxunan şəxsin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
39. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq norm aları düzgün tətbiq olunmuş, iddianın qismən təmin edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-366/2021 nömrəli, 30 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər İlqar Xələfov Ələsgər Əliyev İsmayıl Xəlilov