Məhkəmə qərarları › İş №2(102)-3595/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3595/2020

28.07.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3595/2020 28.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili Əliyev Novruz Əfrasiyab oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddianın qismən tə min edilməsi, İddiaçı ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış LM-0008 saylı, xx xxxxx 2015-ci il tarixli mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi və 24120 manat pulun cavabdeh “xxxx” MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər S.Qafari (sədrlik edən, məruzəçi), F.Məmmədov və L.Məmmədova, 2(105)533/2020 saylı mülki iş) Abşeron rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC ilə arasında bağlanmış LM-0008 saylı, xx xxxxx 2015-ci il tarixli “mənzilin alqı-satqı müqaviləsi”nin ləğv edilməsi və onun tərəfindən “xxxx” MMC-yə ödənilmiş 25 120 (iyirmi beş min yüz iyirmi) manat pulun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC ilə aralarında LM-0008 saylı, xx xxxxx 2015-ci il tarixli “mənzilin alqı-satqı müqaviləsi” bağlanmış və həmin müqaviləyə əsasən “xxxx” MMC Abşeron rayonu, ünvanında “X” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, mərtəbə 5, ümumi sahəsi (balkon və eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığmaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 35,4 kv.metrdən ibarət, 1 otaqlı, 30 saylı, təmirli və mebel ilə təchiz olunmuş mənzili ona təhvil verməyi, o isə bunun qarşılığında cəmiyyətə razılaşdırılmış pul vəsaitini yəni 44250 manatı müəyyən edilmiş müddət ərzin də ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. İş üzrə cavabdehlə müqavilə bağlayarkən cavabdehin nümayəndəsi tərəfindən bildirilmişdir ki, müqavilədə göstərilən mənzil tam təmirli və mebellə təchiz olunmuş halda 30-36 ay müddətində təhvil veriləcəkdir. Lakin sonradan müqavilənin bütün bəndlərini diqqətlə oxuduqdan sonra ona məlum olmuşdur ki, müqavilədə binanın, konkret olaraq ona təhvil verilməli olan mənzilin təhvil veriləcəyi vaxt göstərilməmişdir. Alqı-satqı müqaviləsinin 4-cü-bəndin müqavilənin qüvvəyə minməsi və müddəti bölümünün 4.1 -ci bəndində qeyd edilmişdir ki, müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflər öhdəliklərini yerinə yetirənə qədər qüvvədədir. Hər bir şəxsə məlumdur ki, yeni inşa edilən binalarda mənzil almaq istəyən ş əxs həmin mənzilin maksimum 2-3 il ərzində təhvil veriləcəyini ümidlə gözləyir. O, xəstə valideynləri və xəstə nənəsi ilə birlikdə kirayədə yaşayır və ilkin ödənişi edərək alqı-satqı müqaviləsi bağladığı vaxtdan artıq 4 il 3 ay vaxt keçmişdir, lakin ona verilməli mənzilin yerləşdiyi 16 mərtəbəli tikiləcək binanın hələ 7-8-ci mərtəbəsinin karkası tikilməkdədir və həmçinin də tikinti işləri çox gec gedir, hal-hazırda isə demək olar ki, bütün tikinti işləri dayandırılmışdır. Alqı-satqı müqaviləsindən məlum olduğu kimi müqavilənin bütün bəndləri satıcının, yəni iş üzrə cavabdehin hüquqlarının qorunmasına hesablanmışdır. Müqavilənin 2.2.7-ci, 2.2.8-ci, 2.2.4-cü, 2.4.5-ci və 5.5-ci bəndlərində alıcının ödənişi 2-3 ay gecikdirdiyi halda müqavilə predmeti olan mənzilin əlindən alınacağı nəzərdə tu tulsa da, satıcının, yəni işüzrə cavabdehin mənzili təhvil verməni gecikdirəcəyi halda hansı sanksiyalara məruz qalacağı göstərilməmişdir. Sözügedən müqavilənin məzmunundan belə məlum olur ki, satıcı mənzilin təhvil verilməsini on illərlə gecikdirə bilər və bu gecikdirməyə görə heç bir məsuliyyət daşımaz, alıcı isə on illərlə kirayədə qalaraq kirayə haqqı ödəməlidir. Sözügedən alqı-satqı müqaviləsinin 2.3.1-ci bəndinə əsasən müqavilə ilə müəyyən edilmiş öhdəlikləri cəmiyyətdən tələb etmək alıcının hüquqlarından biridir. Tərəflər arasında bağlanmış müqavilədən və ödəniş qəbzindən məlum olduğu kimi onun tərəfindən cavabdehə ilkin ödəniş kimi 11500 (on bir min beş yüz) manat ödənildikdən sonra aylıq ödənişləri də vaxtlıvaxtında ödənilməklə əsas borcdan cəmi 24792 (iyirmi yeddi min yeddi yüz d oxsan iki) manat ödənilmiş, habelə 1% komision xərci olaraq 328 (üç yüz iyirmi səkkiz) manat da ödənilməklə, cavabdehə bu günə qədər cəmi 25120 (iyirmi beş min yüz iyirmi) manat ödənilmişdir. O, hazırki işlə bağlı məhkəməyə müraciət edənədək hər ay vaxtlı-vaxtında ödəniş etmiş, heç bir gecikməsi olmamışdır. Hər ay 273 manat ödəniş etmişdir. Mənzil üçün 48 ay tam şəkildə ödəniş etmişdir. Sonuncu dəfə may ayında ödəniş etmişdir. Aprel ayında o, cavabdeh təşkilata müqavilədən imtina etməsi ilə bağlı poçt vasitəsilə məktub göndərmişdir. O, cavabdeh təşkilata ona hazır mənzillərdən birinin verilməsini təklif etsə də, cavabdeh buna razı olmamışdır. Artıq həmin mənzilin tikilib ona təhvil veriləcəyi vaxtı gözləməkdən yorulmuş və həmin müqavilə və mənzil onun üçün öz əhəmiyyətini itirmişdir. İş üz rə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh “xxxx” MMC apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx xxxxx 2015-ci il tarixli LM-0008 saylı Mənzilin alqı-satqısı müqaviləsinin 2.2.2-ci bəndinə görə, satıcı qismində çıxşı edən Cəmiyyət sözügedən mənzilin təmirli və mebel ilə təchiz olunmuş qaydada Alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Hazırda cavabdeh Cəmiyyət xx xxxxx 2015-ci il tarixli LM0008 saylı Mənzilin alqı-satqısı müqaviləsi üzrə satılmış mənzilin inşa edilməklə təhvil verilməsi öhdəliyindən yayınmır və cari dövrdə icrasını həyata keçirir. Bildiririk ki, alıcı İddiaçı xx xxxxx 2015-ci il tarixli LM-0008 saylı Mənzilin alqı-satqısı müqaviləsi üzrə qalıq borc əsas məbləğ 19458 manat və 5000 cərimə məbləği olmaqla cəmi 24458 manat təşkil edir. Həmin Müqavilənin 4.2-ci bəndinə görə, müqavilə ilə işlərin görülmə müddəti tərəflərin qarşılıqlı razılığı ilə müqavilə müddətinin istənilən dövründə qarşılıqlı razılıq əsasında artırıla və ya azaldıla bilər. Həmin Müqavilənin 3.5-ci bəndinə əsasən, müqavilədən imtina edildiyi (mənzilin geri qaytarılması) halında, Alıcı müqavilənin 3.1 maddəsində razılaşdırılmış məbləğin 2(iki)%-i həcmində minimum 1000 (bir min) manat olmaqla Cəmiyyətə dəbbə pulu ödəyəcək. Həmin Müqavilənin 10.1-ci bəndinə əsasən, Alıcı tərəfindən hər hansı bir səbəbə gör ə müqavilə şərtləri (bir və ya bir neçə maddənin tələbləri tam və ya qismən) pozularsa Cəmiyyətin müqaviləni birtərəfli qaydada ləğv etmək və həmin mənzilə dair üçüncü şəxslərlə yeni şərtlərlə müqavilə bağlamaq hüququ var. Alıcı bununla bağlı Cəmiyyətə qarşı heç bir pretenziya irəli sürə bilməz. Həmin Müqavilənin 10.2-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi halında, Alıcı tərəfindən Cəmiyyətə ödənilmiş vəsait müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr və Cəmiyyətə dəymiş ziyan (o cümlədən bu mənzillə əlaqədar “xxxx” MMC ilə bağlanılmış kredit müqaviləsi ilə əlaqədar Cəmiyyətin birbaşa və dolayın bütün məsrəfləri və “xxxx” MMC-nin tələbləri) çıxıldıqdan sonra həmin mənzilə dair üçüncü şəxslərdən müqavilə üzrə ödəniş qəbulundan sonrakı 7 (yeddi) iş günü ərzin də Alıcıya qaytarmalıdır. Sadalanan müddəalardan göründüyü kimi iddiaçı və cavabdeh tərəflər arasında yaranmış müqavilə münasibətlərində müqavilənin ləğv edilməsi proseduru göstərilmişdir. İddiaçı iddia tələbində ödədiyi pul vəsaitinin geri qaytarılması tələbini əsassız hesab edirik. Belə ki, İddiaçı Cəmiyyət ödədiyi vəsait saxlanca verilməmiş, sözügedən mənzilin yerləşdiyi yaşayış binasının inşasına xərclənmişdir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş vəsaitin həmin mənzilin satışı qaydasında həyata keçirilməsini şərtləndirir. Mülki Məcəllənin 575.1-ci maddəsinə əsasən, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Halbuki hazırki vəziyyətdə satıcı - cavabdeh Cəmiyyət Alıcı-iddiaçıya münasibətdə mənzilin tə hvil verilməsinndan imtina etmir, əksinə mənzilin inşa edilib təhvil verilməsindən ibarət öhdəliyini icra ertməkdə davam edir. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Əliyev Novruz Əfrasiyab oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə icla sına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki hallar ı araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx xxxxx 2015-ci il tarixli, LM-0008 №-li mənzilin alqı-satqı müqaviləsindən görünür ki, «xxxx» MMC ilə alıcı İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanılmış və bu müqaviləyə əsasən «xxxx» MMC Abşeron rayonu, ünvanında “X” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, mərtəbə 5, ümumi sahəsi (balkon və eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığmaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın cöl hissəsindən hesablanmaqla) 35,4 kv.m-dən ibarət, 1 otaqlı, 30 saylı, təmirli və mebel ilə təchiz olunmuş mənzili İddiaçı təhvil verməyi, İddiaçı isə bunun qarşılığında Cəmiyyətə razılaşdırılm ış pul vəsaitini, yəni 44250 manatı müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli, LM-0008-6.2019 saylı maliyyə arayışından görünür ki, İddiaçı ümumi dəyəri 44250 manat olan Abşeron rayonu, ünvanında “AAAF- Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 5, ümumi sahəsi 35,4 kv.m-dən ibarət, 1 otaqlı, 30 saylı mənzil üçün cəmi 24792 manat ödəniş etmiş, 19458 manat borc qalığı qalmışdır. xx.xx.2015-ci il tarixli kassa mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən «xxxx» MMC-yə komision xərc kimi 328 manat pul ödənilmişdir. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (Mülki Məcəllənin 389.1. və 390.1. maddələri). Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (Mülki Məcəllənin 421.1. və 421.2. maddələri). Mülki hüquq münasibətlərin yaranma əsaslarından biri müqavilədir. Müqavilə iki tərəfin iradə ifadəsi ilə şərtləri müəyyən edilən və hər iki tərəfin iradə ifadəsini əks etdirən əqddir. Əqdlərin digər növlərində olduğu kimi bu müqavilə də mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına səbəb ola bilər. Alqı-satqı müqaviləsinə əsasən bir tərəf (satıcı) digər tərəfə (alıcıya) mülkiyyətində olan əmlakı verir, alıcı isə həmin əmlakın dəyərini ödəməklə həmin əmlak üzərində mülkiyyət hüququ əldə edir. Tərəflərin iradə ifadəsi ilə bağlanan müqavilədə hər hansı bir qeyd şərt müəyyən edilə bilər. Bu zaman müqavilə şərtlə bağlanmış müqavilə hesab olunur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlamaqla düzgün nəticəyə gəlmişdir. Əvvəla, tərəflər arasında mənziltikintisi ilə bağlı müqavilə atıq beş ildir ki, bağlanmasına baxmayaraq ev tikilib başa çatmamış, iddiaçıya satılmış mənzilin yerləşdiyi mərtəbənin insaına başlanmamışdır. İddiaçıya vəd edilmiş mənzilin belə uzun müddətə təhvil verilməməsi ağlabatan müddət anlayışından kənara çıxır. Müqavilədə müddət nəzərdə tutulmasa da, bu sahədə formalaşmış praktikaya görə iki-üç il yüksək mərtəbəli evin tikintisi üçün ağlabatan müddət hesab oluna bilər. Lakin artıq beşə il müddət keçsə də, mənzilin karkası inşa edilməmişdir. Ona görə iddiaçı müqavilənin ləğv olunması və pulunun geri tələb edilməsini tələb etməkdə haqlıdır. Kassatorun dəlilləri açıq-aşkar əsassızdır. Müqavilə şərtlərini pozan cavab deh şikayətində mənzilin dəyərinin ödənilməsinin gecikdirilməsindən, iddiaçının cərimə ödəməli olmasından söhbət açır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar