Məhkəmə qərarları › İş №2(102)-3595/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3595/2022

04.07.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3595/2022 04.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsinə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 sentyabr 2021-ci il tarixli, 2(102)5858/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Bakı şəhəri Qaradağ rayonu Qızıl-Daş Bələdiyyəsinin 14 sentyabr 2007-ci il tarixli qərarına əsasən həmin bələdiyyə ərazisində 600 kv.m torpaq sahəsi X1. 2. 04 avqust 2015-ci il tarixli etibarnamə ilə X7 həmin torpaq sahəsini sənədləşdirmək səlahiyyətini X4 vermişdir. X2 adından X10 tərəfindən imzalanmışdır.

3. X3 oğlu Cavabdeh və İddiaçı 20 avqust 2018-ci il tarixdə nikaha daxil olmuş, nikahlarından 20 avqust 2019-ci il təvəllüdlü X11 anadan olmuş, nikahları Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının azyaşlı uşağı 20 avqust 2018-ci il təvəllüdlü X1 1 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Şanqar qəsəbəsində yerləşən ünvansız fərdi evə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh ilə 20 avqust 2018ci il tarixdə nikaha daxil olmuş, evləndikləri vaxtlar iddiaçının atasının maddi vəsaiti hesabına Şanqar qəsəbəsində fərdi yaşayış evi tikdirilmiş, ailə qurarkən həmin evə gəlin gəlmiş və ona məxsus cehiz əşyalar da, həmin evə yerləşdirilmişdir. Sonra tərəflər müvəqqəti olaraq ünvan 2 ünvanında yaşamış və yenidən Şanqar qəsəbəsində olan evə qayıtmışlar. Bir müddətdən sonra aralarında mübahisə yarandığına görə, iddiaçı məcbur olub evi tərk etmişdir. 9 aydır ki, o, mübahisəli evə buraxılmır, cavabdeh evin açarını dəyişmişdir. Hazırda o bir uşaqla müvəqqəti olaraq atasının evində yaşayır. Mübahisəli ev özbaşına inşa edilmiş ev olmaqla rəsmi qeydiyyata alınmamışdır. Özbaşına inşa edilmiş mübahisəli ev onların yaşayış yeri olmuş, hazırda cavabdeh həmin evdə yaşamaqla istifadə edir. Bərabərlik prinsipinə uyğun olaraq onun da cavabdehlə eyni şərtlər daxilində mübahisəli tikilidən yararlanmaq hüququ vardır.

6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 aprel 2021ci il tarixli, 2(002)1208/2021 nömrəli qətnaməsi ilə (hakim G.İ.Əhmədova) iddia rədd edilmişdir.

7. Birinci instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisə predmeti olan yaşayış sahəsi cavabdehin anasına məxsus olduğundan, iddiaçı cavabdehin anasının “ailə üzvi” qismində çıxış etmədiyindən, habelə onlar arasında həmin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranmasına dair notarial qaydad a təsdiq edilmiş hər hansı razılaşmanın olması halı müəyyən edilmədiyindən iddiaçının mübahisə predmeti olan yaşayış sahəsinə dair istifadə hüququ yaranmamışdır. Ona görə də, iddia tələbi əsassız olmaqla, təmin edilməməlidir.

8. Həmçinin, məhkəmə iddia tələbinin azyaşlı uşağın mənzilə köçürülməsi hissəsi ilə bağlı hesab edir ki, hazırki iş üzrə iddiaçının mübahisə predmeti olan yaşayış sahəsinə köçürülməsinə dair iddia tələbi təmin edilmədiyindən və tərəflərin birgə nikahdan olan övladları müvafiq məhkəmə qətnaməsi əsasında iddiaçının himayəsində və yanında saxlanıldığından iddia tələbi bu hissədə də təmin edilməməlidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 aprel 2021ci il tarixli, 2(002)-1208/2 021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 sentyabr 2021-ci il tarixli, 2(102)-5858/2021 nömrəli qətnaməsi ilə (hakim İ.S.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər T.S.Səmədovdan və A.V.Tanrıverdiyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 aprel 2021ci il tarixli, 2(002)-1208/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

11. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməyən özbaşına tikilmiş evə köçürülmə və istifadəyə aiddir. Ona görə də, özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından məhkəmənin qənaətinə görə mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir.

12. Məhkəmə göstərmişdir ki, iddiaçının apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, köçürülməsini tələb etdiyi evi atası öz şəxsi vəsaiti hesabına, onların toyundan əvvəl bacısının adına almış və həmin torpaq sahəsində tikilmiş ev də atasının vəsaiti hesabına inşa edilmişdir. Cavabdeh iddiaçının həmin dəlilinə etiraz edərək, həmin torpaq sahəsinin etibarnamə əsasında anası Rəsmiyyə Hüseynovanın adına 14 avqust 2015-ci il tarixdə alındığını, sonra isə öz vəsaitləri hesabına həmin evi tikdirdiklərini, həmin evin tikilməsində iddiaçının atasının vəsait xərcləməsi barədə deyi lənlərin uydurma olduğunu, həmin ev tikiləndə iddiaçı ilə onların bir-birilərini heç tanımadıqlarını, iddiaçı ilə ailəli olduğu müddətdə isə başqa ünvanda yaşadıqlarını, iddiaçının həmin evdə ümumiyyətlə yaşamadığını göstərmişdir. Cavabdeh həmin etirazı ilə bağlı məhkəməyə “Torpaqların alqı-satqısına dair” aktı təqdim etmişdir ki, aktın surətindən görünür ki, Bakı şəhəri Qaradağ rayon Qızıldaş Bələdiyyəsinin 09-1 saylı, xx.xx.2007-ci il tarixli qərarına əsasən Qızıldaş bələdiyyə ərazisində 600 kv.m torpaq sahəsi X1. Cavabdehin həmçinin məhkəməyə təqdim etdiyi 04 avqust 2015-ci il tarixli etibarnamənin surətindən müəyyən olunur ki, torpaq sahəsinin alıcısı S.Rzayeva cavabdehin anası R.Hüseynovaya həmin torpaq sahəsinə dair bütün hüquqları həyata keçirməyi nəzərdə tutan və 2094-cü ilədək qüv vədə olan etibarnamə vermişdir. Həmin etibarnamədə etibar olunan kimi iddiaçının bacısı olduğunu bildirdiyi X8 da adı göstərilmişdir, lakin onun bacısı olduğu təsdiq olunsa belə, bu halın özü də iddiaçının hazırkı tələbinin təmin olunması üçün əsas ola bilməz.

13. Beləliklə, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərlə bağlı məhkəməyə əsaslı, şübhədənkənar və mötəbər sübutlar təqdim edilmədiyindən, əksinə cavabdehin etirazları ilə iddiaçının dəlilləri təkzib edildiyindən, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.

14. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2, 180.3-cü, Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

15. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellya siya Məhkəməsinin Mülki kollegiyasının 29 sentyabr 2021-ci il tarixli, 2(103)-5858/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Mülki Məcəlləsinin 27.1, 227.2, 158.4, 159, 178.7, 179.3, 180-ci, Torpaq Məcəlləsinin 67.4-cü, Mənzil Məcəlləsinin 30.4-cü, Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 106.1, 217-ci maddələri, Avropa İnsan Hüquqları Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarları pozulmuşdur.

17. Belə ki, məhkəmə mülkiyyətçi kimi iddiaçının keçmiş qayınananı nəzərdə tutsa da, sonuncunun heç bir hüququ olmamışdır. Mübahisəli ev iddiaçının atası tərəfindən inşa edilmiş, cavabdeh həmin evdə yaşamamış və yaşamır. Başqa şəxslərin həmin evə sahiblik etmələrinə dair sübutlar yoxdur. Mübahisəli ev faktiki olaraq mövcuddur, cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur, bərabərlik prinsipinə əsasən iddiaçının da bu evdə yaşamaq hüquq vardır.

18. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

19. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

20. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apel lyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

21. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Konstitusiyasının 43-c ü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

24. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət ve rir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq po zuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdiri lməsi üçün əsas yoxdur.

27. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına hüquqi qiymət verilmiş və məhkəmə gəlinən nəticə ilə tam razılaşır.

28. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən fərdi yaşayış evi hazırda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, apellyasiya məhkəməsi təqdim olunmuş sübutlarla həmin evin yerləşdiyi torpaq sahəsinin başqa şəxslərin istifadəsində olmasını müəyyən etmişlər.

29. İddiaçı evin onun atası tərəfindən cavabdehlə nikahlarından əvvəl inşa edildiyini və istifadələrinə verildiyini iddia etsə də, bunu təsdiq edən hər hansı mötəbər sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir.

30. Həmçinin iddiaçı ilə cavabdeh arasında nikah 2018-ci ildə bağlanaraq, iddiaçı mübahisəli yaşayış sahəsinə köçd üyündən məhkəmə düzgün olaraq mübahisəyə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarını tətbiq etmişdir.

31. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən veri lmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 sentyabr 2021-ci il tarixli, 2(102)-5858/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar