Məhkəmə qərarları › İş №2(102)-3595/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3595/2025

17.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3595/2025 17.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: müqavilə münasibətlərindən irəli gələn mübahisələr, müqavilə növləri, podrat müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-112/2025 nömrəli, 27 avqust 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tə rəflər İddiaçı məxsus olan, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 12 (təzə ünvan 154) ünvanında yerləşən fərdi yaşayış evində 1 və 2-ci mərtəbənin parketinin vurulması, cilalanması, laklanması, kantlarının (plintusları) vurulması, evin pilləkənlərının taxta materialından yığılması, kənarlarının fiqurlarının, tutacaqlarının vurulması, cilalanması və laklanması, evin mansartının taxta işləri və saunanın taxta işlərinin görülməsi barədə şifahi razılığa gəliblər.

2. Bu razılaşma üzrə tərəflər arasında mübahisə yaranmışdır. Belə ki, İddiaçı, cavabdehin ondan hissə-hissə işləri görüləcəyi vədini verərək razılaşdıqları məbləğin dəyərini artırmaqla ümumilikdə ondan 55000 manat pul aldığnı, həmin məbləğdən 22000 (iyirmi iki min) manat məbləğində təmir işləri gördüyünü, sonra isə aralarındakı s övdələşmənin pozulduğunu və cavabdehin iddiaçıya 33000 (otuz üç min) manat borcu qaldığını bildiri. İddiaçı bildirir ki, cavabdeh həmin məbləği ödəyəcəyini bildirsə də bu günə qədər üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təmir işlərinə görə qabaqcadan ödənilmiş puldan işin yerinə yetirilməmiş hissəsinə görə qalıq qalmış 33.000 manatın, həmçinin vəkilə göstərdiyi xidmət üçün ödənilmiş 200 manatın və ödənilmiş 186 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə pr-ti 12 ünvanında (təzə ünvan 154) yerləşən fərdi yaşayış evini əsaslı təmir etdirmək istəmiş, bu məqsədlə İntiqam adlı qonşusunun yeznəsi Cavabdeh ilə təmir işləri barədə 2023-cü ilin mart-aprel aylarında sövdələşmişlər. Aralarındakı razılığa görə cavabdeh usta kimi ona məxsus evin qapılarını, pilləkənlərini, parket işlərini, evin zirzəmisində olan sauna işlərini görməli idi. Görüləcək işlərin qiyməti olaraq evin 11 qapısına, hər bir qapı 700 manat olmaqla 7.700 manat, parket işlərinin görülməsi üçün, birinci mərtəbə üçün 6.500 manat, ikinci mərtəbə üçün 4.500 manat, sauna üçün materiallarla birlikdə 2.000 manat, iki mərtəbənin pilləkənlərı üçün 13.000 manat, cəmi bütün təmir işləri üçün 35.700 manata razılaşmışlar. İşə başlamazdan əvvəl cavabdeh ona bildirmişdir ki, onun başqa yerdə görüləsi işləri var, həmin işlər üçün ona 7.500 manat pul lazımdır, 7.500 manat pulu ona versin, həmin işləri yerinə yetirdikdən sonra onun işlərinə başlayacaqdır. Etiraz etməmiş və işə başlamazdan qabaq 2023-cü ilin martında cavabdehə 7.500 manat pul vermiş, bir müddət sonra, işlərinə başlamaq üçün razılaşdıqları məbləğdən ona əlavə olaraq pul verməyini istəmiş, inandığı üçün etiraz etməmiş, hissə-hissə üst-üstə razılaşdıqları məbləği aşmaqla, başqa işlərin də görüləcəyi vədini verərək 2023-cü ilin aprel ayına kimi ondan 55.000 manat pul aldıqdan sonra işə başlamışdır. Razılaşdıqları işlərdən heç birini tam olaraq yerinə yetirmədən, işləri yarımçıq qoyaraq, müxtəlif bəhanələrlə işi yerinə yetirməkdən yayınmağa başlamışdır. Etdiyi bütün cəhdlər nəticə verməmiş, aralarındakı səs yazıları vardır, həmin səs yazılarında başqa yerdə olan işl ərini qurtarıb, evində yarımçıq qalmış işləri görəcəyini bildirmiş, lakin gəlməmiş, işləri yarımçıq qoymuşdur. İşlərin yarımçıq qalmasını əks etdirən foto şəkillər çəkilmiş, yarımçıq qalmış işləri başqa usta yerinə yetirmişdir. Cavabdehə verdiyi 55.000 manatdan cəmi 22.000 manatlıq təmir işləri görülmüş və qalan işlər üçün cavabdehin hazırda ona 32.000 manat borcu qalmışdır. Aralarındakı münasibətlər pozulduğundan və üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ondan artıq aldığı 33.000 manat pulu qaytarmağa əvvəl söz versə də, sonradan vədinə əməl etməyərək 2023-cü ilin noyabr ayından ondan gizlənməyə başlamışdır və telefon zənglərinə cavab vermir. Cavabdeh aralarındakı şifahi razılaşmanın şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliyi qüsurla, yarımçıq yerinə yetirmiş, artıq ödənilmi ş 32.000 manat pulun qaytarılmasını tələb etsə də pulu qaytarmaqdan müxtəlif bəhanələr gətirərək əvvəllər yayınmış, sonra isə imtina etmiş, məcburiyyət qarşısında qalaraq məsələ ilə məhkəməyə müraciət etməli olmuşdur. Görülmüş təmir işlərinin yarımçıq qalması barədə cavabdehlə aralarındakı danışıqları özündə əks etdirən telefon mesajları, pulun verilməsində iştirak etmiş və bu işdən xəbərdar olan şəxslər sübut növü kimi məhkəməyə təqdim olunacaqdır. Təmir işlərinin aparılması üçün tərəflərin hüquq və vəzifələrin müəyyən edilməsi barədə cavabdehlə aralarında yazılı müqavilə olmasa da, şifahi razılaşmaya əsasən üzərinə düşən öhdəliyi yerinə yetirməkdən boyun qaçırdığından, təmir işlərinə görə ondan qabaqcadan aldığı puldan qalıq qalmış 33.000 manat məbləğində pul cavabdehdən tutulmalıdır.

5. Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə2 məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddia ərizəsi böhtan və yalan məlumatlarla doludur. Ümümilikdə gördüyü işlərə görə ona zəhmət haqqı kimi ayrı-ayn vaxtlarda 3500, 2400, 1000, 200, 700 və 500 manat ödənişlər etmişdir. Yuxarıda göstərdiyi qalan pullar isə evə işlənən mal-materiallar üçün iddiaçı tərəfindən edilmiş ödənişlər olmuşdur. İddia ərizəsində göstərildiyi kimi təmir işləri üçün 35700 manat razılaşmaqla bağlı göstərilənlər tamamilə əsassız və yalandır. Qeyd etdikləri ilə bağlı kifayət qədər şahidləri vardır və zərurət olarsa məhkəmə iclasında dindirilmələri tərəfindən təmin ediləcəkdir.

6. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək oxşar məzmunda izahat verərək bildirmişdir k i, iddiaçının evində təmir işi görmək barədə razılığa gəlmişlər. Görülməli işlərə qapılar, parket, pilləkən, mansart, sauna daxil olub. Nüsrət demişdir ki, iş hələ başlamayacaq, başlayanda özü xəbər edəcəkdir. Kafedə oturub söhbət edəndə iddiaçı ona 3500 manat pul vermişdir ki, başqa iş götürməsin, lazımdırsa özünə xərcləsin. 1 ay sonra təmirə başlamışdır. Aralarında böyük münasibət olduğuna görə ümumi xərci razılaşdırmamışlar. İşə parketlə başlamışdır. Nüsrət ona demişdir ki, parketi alıb gətirsin, o pulunu həll edecəkdir. Birinci dəfə 100 kvadrat metr parket gətirmiş, buna görə ona 5500 manat pul verilmiş, o isə həmin pulu parketi gətirdikləri sürücüyə vermişdir. Daha sonra işə başlayıb 1-ci mərtəbənin parketini vurmuşdur. Aralarında olan münasibətə görə demişdir ki, zalın parketinin nax ışlarını ona hədiyyə edəcəkdir. Parketin naxışlarının hər birini salmışdır. Təkcə cilalama etməmişdir. Ola bilsin ki, 1-2 xırda detal qalsın. Amma kantları, lüstur altlarınadək hər bir yeri işləmişdir. Daha sonra 1-ci mərtəbə 120 kvadrat metr olduğuna görə 2-ci dəfə 20 kvadrat metr parket gətirmişdir. Onun üçün də 1000 manat pul vermişdir. 20 kvadrat metr parketi də vurduqdan sonar 2-ci mərtəbənin parketini vurmağa başlamışdır. Ora da 120 kvadrat metr olub. Lakin 2-ci mərtəbədə parketi diaqonaldandiaqonala vurduğu üçün parket çatmamış və əlavə 18 kvadrat metr parket də gətizdirmişdir. Bunlar üçün ümumilikdə 6000 manat pul vermişdir. Həmin parketin qiyməti əslində 80 manatdır. Sadəcə o qiymətə təşkil etmişdir. Qardaş kimi olduqları üçün 2-ci mərtəbənin parketini vurarkən təklif etmişdir ki, bu mərtəbənin otaqlarına da kant vursunlar. Onun qiyməti də həmin pulun içərisində imiş. 2-ci mərtəbənin də parketlərini kant vuraraq tamamlamışdır. İşlər gedərkən bir gün Nüsrət zəng etmiş ki, onun pula ehtiyacı var, onsuz da işləyir, 2600 manat lazımdır. Pulu verəndə 2400 manat vermişdir. Nüsrətə demişdir ki, onun 2600 manatla işi düzəlir. Çıxarıb 200 manat da vermişdir. Pilləkən işi başlamadığı üçün 1-ci və 2-ci mərtəbədə yalnız cilalama işi qalmışdır. Bundan sonra 3-cü mərtəbəyə keçmiş. 3-cü mərtəbədə laminatı özü almışdır. Ona görə və bir də mansardın bütün kantları üçün ona 1000 manat pul vermişdir. Parket işi qurtardıqdan sonra 2-ci mərtəbənin ortasına 1 ədəd lüsturaltı gətirib vurmuşdur. Bundan sonra pilləkən işinə keçmişdir. Pilləkənin ancaq pillələrinin materialını gətirmişdir. Onun üçün də 4000 manat pul vermişdir. 1-ci mərtəbədən 3-cü mərtəbəyə qədər pillələri hazırlayıb yerinə yığmışdır. Qıraqların kalonlarını, naxışları yığmışdır. Təkcə bariskalar və perilanın qoyulması qalmışdır. İşləyən müddətdə xırda-xırda pullar da alırdı. 2 dəfə 500 manat, bir dəfə 200 manat, bir dəfə 300 manat lazım olduqca pul almışdır. Pilləkənın pillələri bitdikdən sonra demişdir ki, balyaskalar hazırlanmalıdır. Balyaskaların müxtəlif modellərini gətirmiş və hər birinin qiymətini söyləmişdir. Seçdiyi balyaskanın bahalı olduğunu demişdir. Nüsrət isə demiş ki, narahat olma, onluqdur. Hazırlayıb gətirdikdən sonra demişdir ki, qabaq tumbalar çox qəşəng tumbalar olsun. Tumbaları 1600 manata danışmışlar. Baleskalar üçün də 2000 manat vermişdir. Penaları özü hazırlamışdır. Pilləkəni yığdı qdan sonra saunaya keçmişdir. Demişdir ki, saunanı onun üçün neçəyə yığarsan, o da bildirmişdir ki, 2000 manat hələ materialı edir. Nüsrət isə demişdir ki, o, material ilə birlikdə1500 manat pul verə bilər. Saunanı 1500 manata danışmışlar. Saunanın cökə taxtasını gətirmişdir. Materialı gətirdikdən sonra şəkillərdə görmüşdür ki, ensiz material daha gözəl görünür. Demişdir ki, bu materialda həm düyün var, həm də ensiz daha gözəl görünür, sonra təzə material gətirsin. Gətirdikdən sonra əlavə pul almamışdır. Sonradan gətirdiyi materialı vurmuşdur. 1-ci gətirdiyi sauna materialı isə qalmış, qaytarmamışdır. Onu da özü besetkasına işlətmişdir. Onun üçün də əlavə pul almamışdır. Saunanı yığdıqdan sonra ona demişdir ki, onun Gəncədə oğlunun işi var. Neçə ildir ordan çörək yeyir, gedib onun işini gö rüb gəlsin, onun işini davam edəcəkdir. Gedib həmin adamın işini görmüş, lakin bitirə bilməmişdir. Ona zəng edəndə demişdir ki, 3 günə, 5 günə gələcəkdir. Sonra Nüsrətə demişdir ki, əgər bunu yarımçıq qoyub gəlsə, onun yanında fikirli-fikirli işləyəcəkdir. İşini bitirib gəldikdən sonra Nüsrət onunla mübahisə etmişdir. O da səhvini başa düşmüşdür. Nüsrətə demişdir ki, bir səhvdir etmişdir, axı onlar qardaşdır, o da onun balasıdır. İşini görməsə, problemə düşə bilərmiş. Kafedə söhbət edərkən Nüsrət ona demişdir ki, onun işini yarımçıq qoyduğuna görə polis çağırar. Başqa bəzi ifadələr işlətmiş və demişdir ki, lazım gəlsə ayağına zəncir bağlayıb onu işlədəcəkdir. Bundan sonra özözünə demişdir ki, gündəlik pul almamış işləməyəcəkdir. Mağazaya borcu olduğu üçün, yanında işləyən işçilərə çörək pu lu vermək üçün pul istəmişdir. Bir dəfə 180 manat pul vermis, sonradan pul verməmişdir. İddiaçının tələbi əsassızdır. Bu səbəbdən iddianın rədd olunmasını xahiş etmişdir.

7. Məhkəmə iclasında şahid qismində X3 verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı onun qonşusudur. Arif onun yanında Nüsrətdən pul almışdır. Bir günün içində sauna üçün 2000, yoldaşının onkologiya xəstəliyinə görə 3000 manat pul almışdır. 2023-cü ilin may ayı idi. Onların arasında mübahisə yarananda kafedə oturmuşlar. Nüsrət Arifə demişdir ki, onun pullarını geri qaytarsın, qalan işləri başqası görəcəkdir. O, 55 min manat pul hesablamış və demişdir ki, gördüyün işlərin pulunu çıxıb qalanını qaytar. Arif də demişdir ki, pulu yoxdur, gəlib qalan işləri görəcəkdir. Nüsrət isə razılaşmamışdır. O isə Nüsrətə demişdir ki, Arif in pulu yoxdur, gəlib işləri görsün.

8. Məhkəmə iclasında şahid qismində X4 verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı onun tanışıdır. O, Nüsrət müəllimin evində qalan işləri görən ustadır. Baleskalar, malyarka, parketin yarımçıq içləri və digər işlər onun tərəfindən görülmüşdür. Qapılar, pilləkənlərlə birlikdə 22000 manat pul almışdır.

9. Məhkəmə iclasında şahid qismində X5 verdiyi ifadəsində göstərmişdir ki, o, Nüsrət bəyin maliyyə işlərini görür. Ona 2000 manat vermişdir ki, Arif usta ilə birlikdə qapılar üçün getsin. Rasim ustanın yanına çatanda 2000 stolun üstünə qoymuş və institutdan çağırdıqları üçün getməli oldmuşdur. Bundan sonra Arif usta 1000 manat yenidən istəmişdir. Sonradan məlum olmuşdur ki, Arif usta həmin pulları Rasimə verməmişdir.

10. Məhkəmə iclasında şahid qismində di ndirilmiş X1 verdiyi ifadəsində göstərmişdir ki, Cavabdeh onun qohumudur. Arifin yanında İddiaçı evində 1 ay 20 gün işləmişdir. Onun oğlu Xaqani ilə birlikdə parketləri vurmuşlar. Arifdən gördüyü işə görə 1970 manat pul almışdır. 11. "Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xİdməti” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 42 nömrəli hesabatda göstərilmişdir ki, yarımçıq qalmış təmir işinin tam başa çatdırılmasında görüləcək işlərin siyahısı:

1. Parketin alınması - 20 kv.m.;

2. Parketin vurulması zəhmət haqqı - 20 kv.m.;

3. Parketin 165 kv.m. üzərində naxışların işlənməsi;

4. Parketin cilalanması zəhmət haqqı;

5. Parketin dolğusu və laklanması zəhmət haqqı;

6. Parketin doğusu (material);

7. Parketin plintusları (material);

8. Parketin plintuslarının vurulması zəhmət haqq ı;

9. Pilləkən qəfəsinin əl tutacağının və tumbalar böyük tumba - 11 ədəd balaca tumba - 126 ədəd (material); 10.Pilləkən tumbalarının başlığı (2 ədəd);

11. Pilləkən qəfəsinin əl;

12. Daxili qapıların alınması və quraşdırılması (12 ədəd) tutacağının quraşdırılması və boyalanması;

13. Sauna otağının qapısının alınması və quraşdırılması (1 ədəd) tikinti materiallarının dəyəri və zəhmət haqqı -

1. Parket 20 kv.m x 65 manat = 1300 manat;

2. Parketin vurulması 20 kv.m x 50 manat = 1000 manat;

3. Parketin üzərində naxışların işlənməsi (165 kv.m zəhmət haqqı) - 5500 manat;

4. Parketin cilalanması, dolğulanması və laklanması (material və zəhmət 220 kv.m - 5300 manat haqqı);

5. Parketin plintusları (material və zəhmət haqqı) 25 metr - 1900 manat;

6. Pilləkən qəfəsinin tumbaları, böyük tumba-11 əd əd, balaca tumba-126 ədəd, 2 ədəd tumba başlığı quraşdırılması və boyalanma işləri (material zəhmət haqqı) - 10500 manat;

7. Daxili qapılar (material zəhmət haqqı) - 1 ədədi 1000 manat x 12 ədəd = 12000 manat);

8. Sauna otağının qapısının dəyəri quraşdırılması ilə birlikdə (zəhmət haqqı) 1 ədəd - 550 manat təşkil edir.

12. Qəbələ Rayon Məhkəməsinin 26 avqust 2024-ci il tarixli, 2(025)-711/2024 nömrəli qətnaməsi ilə Cavabdeh 33000 (otuz üç min) manat məbləğində pulun, 200 manat vəkil xidmət haqqı və 186 manat dövlət rüsumu olmaqla, ümumilikdə 33386 (otuz üç min üç yüz səksən altı) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir (hakim A. Əliyev).

13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işin halları ilə birmənalı olaraq sübuta yetirilir ki, iddiaçı ilə cavabdeh ara sında xidmətlər göstərilməsi ilə bağlı aralarındakı şifahi razılıq (müqavilə) mövcud olmuş, həmin şifahi razılığa (müqaviləyə) əsasən də iddiaçı tərəfindən cavabdehə evin təmiri üçün müəyyən məbləğdə pul verilmişdir. Cavabdeh isə iddiaçıdan evin təmiri üçün ümumilikdə 55000 manat aldığını etiraf etməsə də, ondan mal material ilə birlikdə 30980 manat pul aldığını, lakin iddiaçıdan aldığı pulların çox hissəsini evin təmiri üçün alınan materiallarına verdiyini qeyd etmişdir. Həmçinin məhkəməyə bununla bağlı çoxlu şahid dəvət edə biləcəyini qeyd etsə də, məhkəməyə cavabdeh tərəfindən bir şahid dəvət edilmiş, həmin şahid X1 ifadəsində işinə görə Cavabdeh ümumilikdə 1970 manat aldığını qeyd etsə də, Cavabdeh İddiaçı aldığı pulları materiallara xərcləməsi barədə heç nə deməmişdir. Əksinə, X3 şahi d qismində verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı 2023-cü ilin mayın ayında Cavabdeh ilə onunla birlikdə görüşən zaman İddiaçı Cavabdeh ümumilikdə 55000 manat verdiyini qeyd etmiş, işlədiyi işin əvəzini çıxmaqla qalan pulunun qaytarılmasını tələb etmişdir. Lakin həmin vaxt Cavabdeh 55000 manat qiymətə etiraz etməmiş, ancaq pulu qaytara bilməyəcəyini, əvəzində işlərin yekunlaşdırmasını istədiyini bildirmişdir.

14. Göründüyü kimi məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən cavabdehə evin təmiri üçün 55000 manat verildiyi müəyyən edilmişdir. Eyni zamanda cavabdeh üzərinə götürdüyü evin təmiri barədə öhdəliyi qismən yerinə yetirməsini də həm məhkəməyə göndərdiyi etiraz ərizəsində, həm də məhkəmə zamanı ifadəsində etiraf etmişdir. Cavabdeh iddiaçı tərəfindən ona verilən pulların xeyli hi ssəsini evin materialları üçün xərclədiyini qeyd etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.

15. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 427.2, 427.4, 442, 443.1, 448.1, 448.2, 739.1 və 739.2-ci maddələrinə, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarına və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cаvаbdеhin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasi ya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamədə göstərilmiş nəticələr işin həqiqi hallarına uyğun gəlmir. Məhkəmə düzgün olaraq tərəflər arasında podrat münasibətlərinin olduğu qənaətinə gəlsə də, həmin münasibətləri tənzimləyən mülki qanunvericilik normalarını mübahisəyə düzgün tətbiq etməmişdir. Məhkəmə elektron kabinetə yerləşdirilməyən, məhkəmədə hər hansı müzakirəsi aparılmayan, iddiaçı tərəfindən məhkəməyə xəbəri olmadan hansısa formada təqdim edilmiş mütəxəssis rəyinə istinad edərək qətnamədə evin təmirinə çəkilən və çəkiləcək xərclərlə bağlı rəyi sübutlar siyahısında qeyd etmişdir. Cavabdeh iddiaçı ilə aralarında olan razılığa əsasən öhdəsinə götürdüyü işlərin görülməsini başa çatdırmış yalnız evin pilləkənlərının baleska və perilaları qalmışdır. Ona qədər olan hissələri isə tam yerinə yığmışdır. İşin həmin hissədə qalmasının səbəbi isə iddaçının ödəniş etmək istəməməsi və cavabdehə qarşı qeyri-etik ifadələr işlətməsi olmuşdur ki, bundan sonra da aralarındakı münasibət pozulmuşdur. Beləliklə də iddiaçı nəinki cavabdehin gördüyü işin dəyərini, həmçinin gündəlik tələbatlarını da ödəməmişdir. Məhkəmə iddiaçının cavabdehə 55000 manat məbləğində pul ödəməsini şahid ifadəsinə əsaslanaraq sübuta yetirildiyi qənaətinə gəlmişdir. Arifin ondan yoldaşının xəstəliyi ilə bağlı 3000 manat pul alması faktını iddiaçı heç vaxt dilinə gətirməmişdir. 55000 manat pulla bağlı verdiyi ifadəsi isə tamamilə yalan məlumat olmaqla, işin obyektiv halı kimi deyil, iddiaçının dostu olduğundan onun mənafeyi xeyrinə verilmiş ifadə kimi qiymətləndirilməlidir. Ümumiyyətlə şahidin ifadəsi işin faktiki halları, həmçinin iddiaçının izahatı ilə ziddiyyət təşkil etdiyindən onun ifadəsi mötəbər sübut hesab edilə bilməz. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında cаvаbdеh Cavabdeh bildirmişdir ki, İddiaçı məxsus olan fərdi yaşayış evində 1 və 2-ci mərtəbənin parketinin - vurulması, cilalanması (şlifovka), laklanması, kantlarının (plintusları) vurulması, evin pilləkanlarının - taxta materialından yığılması, kənarlarının fiqurlarının, tutacaqlarının (perilasının) vurulması, cilalanması (şlifovka) və laklanması, evin mansartının - taxta işləri və saun anın - taxta işləri görülməsi ilə bağlı razılığa gəlmişlər. İddiaçıdan 31000 manat pul almışdır. Bundan başqa, pilləkanların tutacaqlarının vurulması işi qalmışdır. İşlərin, demək olar ki, hamısını görmüşdür. Sadəcə bir-neçə cüzi işlər qalmışdır. Belə ki, evdə görülməmiş ancaq pilləkanların tutacaqlarının (perilasının) vurulması, hər iki mərtəbənin parketlərinin və pilləkanların cilalanması (şlifovkası) və hər iki mərtəbənin parketlərinin və pilləkanların laklanması işi qalmışıdır. Suallara cavab olaraq bildirdi ki, saunaya görə 1500 manat və əlavə olaraq 850 manat icarə pulu almışdır. Odur ki, nəzərə alınmasını xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasında İddiaçı оğlu apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdehə ümu milikdə evinin bəzi hissələrinin təmiri üçün 55000 manat pul vermişdir. Onlar razılaşmışlar ki, cavabdeh onun evində 1 və 2-ci mərtəbənin parketinin vurulması, cilalanması, laklanması, kantlarının (plintuslarının) vurulması, evin pilləkənlərının taxta materialından yığılması, kənarlarının fiqurlarının, tutacaqlarının (perilasının) vurulması, cilalanması və laklanması, evin mansartının taxta işləri və saunanın taxta işləri görəcəkdir. Bundan başqa, cavabdeh evin 11 ədəd qapısını və 1 ədəd də saunanın qapısını qoymalı idi. Bundan başqa, o, cavabdehə əlavə olaraq sexinin 3 aylıq icarə haqqını vermişdir. Odur ki, nəzərə alınmasını xahiş etmişdir.

20. Məhkəmə kollegiyası tərəfindən görülmüş işlərin dəyərini müəyyən etmək üçün məhkəmə mühəndis tikinti-texniki ekspertizası təyin edilmiş, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/9816 nömrəli ekspert rəyi ilə evdə təmir işlərinin tam şəkildə aparılması qeyd edilsə də, material və xidmətlərin qiymətləri müəyyən edilməmişdir. Bu səbəbdən kollegiya tərəfində yenidən iş üzrə məhkəmə mühəndis tikintitexniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. 21. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, MB 18/0979 nömrəli rəyinə görə Gəncə prospekti 12 (təzə ünvan 154) ünvanında yerləşən və İddiaçı məxsus olan fərdi yaşayış evində 1 və 2-ci mərtəbənin parketinin - vurulması, cilalanması, laklanması, kantlarının (plintusları) vurulması, evin pilləkanlarının - taxta materialından yığılması, kənarlarının fiqurlarının, tutacaqlarının (perilasının) vurulması, cilalanm ası və laklanması, evin mansartının - taxta işləri və saunanın - taxta işləri görülməsinin dəyəri 28624 manat təşkil etmişdir.

22. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-112/2025 nömrəli, 27 avqust 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, 2(025)-711/2024 nömrəli qətnaməsi 33000 (otuz üç min) manat məbləğində pulun və rüsumun alınması hissəsində qismən ləğv edilməsi və ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilərək Cavabdeh 13950 (on üç min doqquz yüz əlli) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 131.85 manatı alınaraq İddiaçı ödənilməsi qət edilmişdir (hakimlər Ə.Kərimov (sədrlik edən və məruzəçi), Z.Tahirov və Z.Sadıqov).

23. Məhkəmə kollegiyası tərəflər arasında ya ranan münasibətləri podrat müqaviuləsindən yaranan münasibətlər kimi qiymətləndirmiş və gəldiyi nəticəni belə əsaslandırmışdır ki, podtar müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir. Podrat müqaviləsini xidmətlərin göstərilməsi haqqında müqavilələrdən fərqləndirən başlıca meyar təqdim edilən nəticə il ə bağlıdır və podrat müqaviləsi üzrə sifarişçiyə mütləq qaydada görülən işin nəticəsi təqdim edilməlidir.

24. Hazırki işdən isə görünür ki, tərəflər arasında yazılı müqavilə bağlanmamışdır. Mülki Məcəllədə podrat müqaviləsi üçün forma tələbi müəyyən edilməmişdir. Ona görə də, podrat müqaviləsi Mülki Məcəllənin 406.1-ci maddəsinə əsasən əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər. Belə olan halda kollegiya hesab edir ki, iddia tələbinə təqdim edilmiş sübutlar və tərəflərin izahatları əsasında qiymət verilməlidir.

25. Beləliklə mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 12 (təzə ünvan 154) ünvanında yerləşən və İddiaçı məxsus olan fərdi yaşayış evində 1 və 2-ci mərtəbənin parketinin vurulması, cilalanması (şlifovka), laklanması, kantlarının (plintusları) vurulması, evin pilləkənlərinin - taxta materialından yığılması, kənarlarının fiqurlarının, tutacaqlarının (perilasının) vurulması, cilalanması (şlifovka) və laklanması, evin mansartının - taxta işləri və saunanın - taxta işləri görülməsi ilə bağlı şifahi razılığa gəlmişlər. Razılığa əsasən, iddiaçı pulu (material və usta pulu birlikdə) cavabdehə verməli (beləki tərəflər arasında usta pulunun dəqiq nə qədər olması ilə bağlı ayrıca razılaşma olmamışdır), cavabdeh isə həmin puldan həm mal-material almalı, həm istifadə ediləcək bəzi hissələri özü hazırlamalı, həm də zəhmət haqqını (usta pulunu) götürməli idi.

26. İş materiallarından Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 12 (təzə ünvan 154) ünvanında yerləşən və İdd iaçı məxsus olan fərdi yaşayış evində Cavabdeh tərəfindən müəyyən təmir-tikinti işlərinin görülməsi müəyyən edilmişdir.

27. Bundan başqa, məhkəmə kollegiyasının iclasında cаvаbdеh Cavabdeh bildirmişdir ki, iddiaçıdan 31000 manat pul almışdır. Bundan başqa, pilləkənlərin tutacaqlarının vurulması işi qalmışdır. İşlərin demək olarki hamısını görmüşdür. Sadəcə bir-neçə cüzü işlər qalmışdır. Belə ki, evdə görülməmiş ancaq - pilləkənlərin tutacaqlarının (perilasının) vurulması, hər iki mərtəbənin parketlərinin və pilləkənlərin cilalanması (şlifovkası) və hər iki mərtəbənin parketlərinin və pilləkənlərin laklanması işi qalmışıdır.

28. Məhkəmə kollegiyasının iclasında İddiaçı оğlu bildirmişdir ki, cavabdehə ümumilikdə evinin bəzi hissələrinin təmiri üçün material və zəhmət haqqı olaraq ümumilikdə 55000 manat pul vermişdir. Onlar razılaşmışlar ki, cavabdeh onun evində 1 və 2-ci mərtəbənin parketinin vurulması, cilalanması (şlifovka), laklanması, kantlarının (plintuslarının) vurulması, evin pilləkənlərinin taxta materialından yığılması, kənarlarının fiqurlarının, tutacaqlarının (perilasının) vurulması, cilalanması (şlifovka) və laklanması, evin mansartının taxta işləri və saunanın taxta işləri görəcəkdir. Bundan başqa, cavabdeh evin 11 ədəd qapısını və 1 ədəddə saunanın qapısını qoymalı idi. Bundan başqa, o, cavabdehə əlavə olaraq sexinin 3 aylıq icarə haqqını vermişdir.

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin material və zəhmət haqqı olaraq ümumilikdə 55000 manat pulun cavabdehə verilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edib ki, şikayətin dəlilləri həmin hi ssədə qismən əsaslıdır.

30. Belə ki, iddiaçı evin təmiri üçün Cavabdeh ümumilikdə 55000 (əlli beş min) manat pul verdiyini bildirərək tələbinin əsası kimi istinad etdiyi halları şahidlərin verdiyi ifadələrlə əsaslandırmağa çalışmışdır. Cavabdeh tərəf isə məhkəməyə təqdim etdiyi etiraz ərizəsində və məhkəmə zamanı ifadəsində iddiaçıdan 55000 manat pul almadığını pildirmişdir.

31. Belə olan halda kollegiya hesab edib ki, iddiaçının 55000 manat pulu cavabdehə verdiyi bildirdiyi halda, həmin halı sübutetmə vəzifəsi cavabdeh tərəfin üzərinə qoyula bilməz. Lakin iddiaçı tərəf 55000 manat pulun cavabdehə verilməsi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir.

32. Məhkəmə kollegiyası şahid ifadələri ilə bağlı ilkin olaraq qeyd edib ki, şahidlərdən Mahmudov Namiq iddiaçının qonşusu, Məmmədov Emil isə iddiaçının maliyyə işlərini görən şəxs olmuşdur. Göründüyü kimi, hər iki şahid işin nəticəsində kifayət qədər maraqlı olmuşlar.

33. Kollegiya həm də qeyd edib ki, iddiaçı iddia ərizəsində cavabdehin ondan 55000 manat pulu aldıqdan sonra işə başladığını qeyd etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında isə iddiaçı 55000 manat pulu cavabdehə hissə-hissə verdiyini bildirmişdir (iclas protokolunun audio-video yazısı 13:19 dəq.).

34. Göründüyü kimi, iddiaçı iddia qaldıran zaman iddiaçı cavabdehə ilkin olaraq 55000 manat pul verdiyini bildirsədə, sonrada fikrini dəyişərək həmin məbləği cavabdehə hissə-hissə veridiyini bildirmişdir. Qeyd olunan halları nəzərə alan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının pulun verilməsi ilə bağlı dəlilləri özü-özlü yündə ziddiyyət doğurur.

35. Məhkəmə kollegiyası iddiaçının cavabdehə verdiyi pulları özünə məxsus dəftərdə qeyd etməsi ilə bağlı isə bildirib ki, cavabdeh tərəf ifadəsində belə bir dəftərdən məlumatı olmadığını bildirmişdir. İddiaçı tərəfin özü də həmin dəftərdə cavabdehin imzası və ya qeydi olmadığını bildirmişdir. Belə olan halda, yalnız iddiaçının iradəsi ifadə olunmaqla həmin qeydlər birtərəfli qaydada yazılmış hesab edilir. Həmin dəftərdə cavabdehin imzası olmamış və iradəsi ifadə olunmamışdır (iddiaçı bu halı özü də təsdiq edir). Odur ki, qeyd edilən sənəd də 55000 manat pulun tam olaraq cavabdehə verilməsi hissəsində sübut kimi qəbul edilə bilməz.

36. Məhkəmə kollegiyası əlavə olaraq vurğulayıb ki, iddiaçının istinad etdiyi halları təsdiq edən sənədlər dolayı sübutlar kimi qiymətlə ndirildikdə də 55000 manat pulun verilməsi öz təsdiqini tapmır. Belə ki, yalnız dolayı sübutlar əsasında nəticəyə gəlmək üçün bir yox, bir neçə dolayı sübut olmalıdır, sübutların heç birinin etibarlığı şübhə doğurmamalıdır, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır, bu sübutlar birlikdə dəyərlənməlidir, bu sübutlar birlikdə sübut olunan faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verən sistem yaratmalıdır.

37. Məhkəmə kollegiyası 11 ədəd qapıya görə cavabdehə pul verilməsi ilə bağlı qeyd edib ki, həmin hal da iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, cavabdeh izahatlarında iddiaçıdan qapılara görə pul almadığını bildirmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş şahid Emil Məmmədov cavabdehə qapılara görə pul verdiyini bildirsə də həmin hal iş mat erialları ilə öz təsdiqini tapmamışdır. Eyni zamanda, həmin şahidin iş üzrə iddiaçının tabeliyində çalışan şəxs olduğu da müəyyən edilmişdir.

38. Məhkəmə kollegiyası daha sonra iddiaçı tərəfindən evin təmiri məqsədilə cavabdehə tam olaraq nə qədər pul verilməsi və hansı işlərin görülməsi ilə bağlı qeyd edib ki, iş materialları ilə cavabdehin iddiaçıdan ümumilikdə 36530 manat pul alması öz təsdiqini tapmışdır. Belə ki, cаvаbdеh iddia tələbinə qarşı verdiyi etirazda iddiaçıdan evin təmiri məqsədilə ümumilikdə (material, usta pulu və bəzi əlavə xərclərlə birlikdə) müəyyən məbləğlər aldığını bildirmişdir. Həmin məbləğlər toplananda 31000 manat edir.

39. Daha sonra cаvаbdеh birinci instansiya məhkəməsində verdiyi izahatında bəzi məbləğləri fərqli bildirmişdir. Belə ki, cavabdeh birinci mərtəbən in parketinə görə 5500 manat (halbuki, etirazda 5000 manat qeyd etmişdir), birinci mərtəbənin parketindən yarımçıq qalmış 20 kv.m görə əlavə 1000 manat, ikinci mərtəbənin parketinə görə 6000 manat (halbuki, etirazda 5500 manat qeyd etmişdir), zəhmət haqqı olaraq iki dəfə 500 manat (halbuki, etirazda bir dəfə 500 manat aldığını qeyd etmişdir), zəhmət haqqı olaraq bir dəfə 2600 manat (halbuki, etirazda 2400 manat qeyd etmişdir), əlavə 300 manat və ərzaq mağazasına vermək üçün 180 manat pul aldığını bildirmişdir.

40. Göründüyü kimi, cаvаbdеhin birinci instansiya məhkəməsində verdiyi izahatlardan iddiaçıdan ümumilikdə 34180 manat məbləğində pul aldığını müəyən edilmişdir.

41. Daha sonra cаvаbdеh apellyasiya instansiyasında məhkəmə baxışı zamanı yenə də iddiaçıdan 31000 manat pul aldığını bil dirsə də, saunaya görə 1500 manat və əlavə olaraq 850 manat icarə pulu aldığını da bildirmişdir.

42. Məhkəmə kollegiyası iddiaçının cavabdehə sexinin üç aylıq icarə haqqını ödəməsilə bağlı isə qeyd edib ki, həmin hal iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, iddiaçı üç aylıq icarə haqqının cavabdehə verməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh isə icarə pulu olaraq iddiaçıdan ancaq 850 manat pul aldığını bildirmişdir. Belə olan halda isə cavabdeh ancaq 850 manat pul tutula bilərdi. Kollegiya hesab edib ki, həmin pullarda yuxarıda qeyd edilmiş məbləğin üzərinə hesablanmalıdır.

43. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 və 106-cı maddələrinə istinadla bildirib ki, iddia tələbinə qarşı verdiyi etiraz ərizəsi həmçinin, birinci və a pellyasiya instansiya məhkəmələrində vermiş olduğu izahatları ilə cаvаbdеhin iddiaçıdan ümumilikdə (təmir və digər xərclər üçün) 36530 manat məbləğində pul aldığı müəyyən edilmişdir.

44. Kollegiya eyni zamanda qeyd edib ki, cаvаbdеh iddiaçıdan 31000 manat aldığı ilə bağlı ifadə versə də, yenə onun öz izahatları ilə həmin məbləğin ümumilikdə 36530 manat olması müəyyən edilmişdir.

45. Məhkəmə kollegiyası bildirib ki, tərəflər Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 12 (təzə ünvan 154) ünvanında yerləşən və iddiaçıya məxsus olan fərdi yaşayış evində 1 və 2-ci mərtəbənin parketinin - vurulması, cilalanması (şlifovka), laklanması, kantlarının (plintusları) vurulması, evin pilləkənlərinin - taxta materialından yığılması, kənarlarının fiqurlarının, tutacaqlarının (perilasının) vurulması, cilal anması (şlifovka) və laklanması, evin mansartının - taxta işləri və saunanın - taxta işləri görülməsi ilə bağlı şifahi razılığa gəlmişlər. Bu halı hər iki tərəf öz izahatları ilə təsdiq etmişlər.

46. Görülməli işlərlə bağlı hər hansı layihə smeta sənədi olmamış və məhkəməyə təqdim edilməmişdir. Kollegiya tərəfindən görülmüş işlərin dəyərini müəyyən etmək üçün məhkəmə mühəndis tikinti-texniki ekspertizası təyin edilmişdir.

47. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/9816 nömrəli ekspert rəyi ilə, evdə təmir işlərinin tam şəkildə aparılması qeyd edilsə də material və xidmətlərin qiymətləri müəyyən edilməmişdir.

48. Bu səbəbdən kollegiya tərəfində yenidən iş üzrə məhkəmə mühəndis tikintitexniki ekspertizası təyin edilmiş və eks pertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, MB 18/0979 nömrəli rəyindən görə, Gəncə prospekti 12 (təzə ünvan 154) ünvanında yerləşən və İddiaçı məxsus olan fərdi yaşayış evində 1 və 2-ci mərtəbənin parketinin - vurulması, cilalanması (şlifovka), laklanması, kantlarının (plintusları) vurulması, evin pilləkənlərinin - taxta materialından yığılması, kənarlarının fiqurlarının, tutacaqlarının (perilasının) vurulması, cilalanması (şlifovka) və laklanması, evin mansartının - taxta işləri və saunanın - taxta işləri görülməsinin dəyəri 28624 manat təşkil etmişdir.

49. Göründüyü kimi, tərəflər Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 12 (təzə ünvan 154) ünvanında yerləşən və İddiaçı məxsus olan fərdi yaşayış evində 1 və 2-ci mərtəbənin parketinin - vurulması, cilalanması (şlifovka), laklanması, kantlarının (plintusları) vurulması, evin pilləkənlərinin - taxta materialından yığılması, kənarlarının fiqurlarının, tutacaqlarının (perilasının) vurulması, cilalanması (şlifovka) və laklanması, evin mansartının - taxta işləri və saunanın - taxta işləri görülməsi ilə bağlı şifahi razılığa gəlmişlər. Mütəxəssis rəyinə əsasən həmin işlərin dəyəri 28624 manat təşkil etmişdir.

50. Bundan başqa, xx.xx.2024-cuil tarixdə məhkəmə kollegiyasının iclasında cаvаbdеh izahat verərək “iddiaçıya məxsus evdə pilləkənlərin tutacaqlarının (perilasının) vurulması, hər iki mərtəbənin parketlərinin və pilləkənlərin cilalanması (şlifovkası) və hər iki mərtəbənin parketlərinin və pilləkənlərin laklanması” işlərinin yarımçıq qaldığını bildirmişdir.

51. Göründüy ü kimi, iddiaçı konkret olaraq hansı işlərin yarımçıq qalması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməsədə, cavabdeh yuxarıda sadalanan işlərin yarımçıq qaldığını bildirmişdir. 52. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, MB 18/1046 nömrəli məktubunda isə qeyd edilmişdir ki, “iddiaçıya məxsus evdə pilləkənlərin tutacaqlarının (perilasının) vurulması, hər iki mərtəbənin parketlərinin və pilləkənlərin cilalanması və hər iki mərtəbənin parketlərinin və pilləkənlərin laklanması” işlərinin dəyəri cəmi 6044 manat təşkil etmişdir.

53. Kollegiya hesab edib ki, tərəflərin razılaşmasına uyğun olaraq – iddiaçıya məxsus olan fərdi yaşayış evində 1 və 2-ci mərtəbənin parketinin - vurulması, cilalanması, laklanması, kantlarının (plintusları) vurulması, evin pilləkənlərinin - taxta materialından y ığılması, kənarlarının fiqurlarının, tutacaqlarının (perilasının) vurulması, cilalanması və laklanması, evin mansartının - taxta işləri və saunanın - taxta işlərinin görülməsinin ümumi dəyəri 28624 manat təşkil etsədə, cavabdeh faktiki olaraq özüdə etiraf etmişdir ki, “iddiaçıya məxsus evdə pilləkənlərin tutacaqlarının (perilasının) vurulması, hər iki mərtəbənin parketlərinin və pilləkənlərin cilalanması və hər iki mərtəbənin parketlərinin və pilləkənlərin laklanması” işləri görülməmişdir

54. Belə olan halda tərəflərin razılaşmasına əsasən görülməli işlərin ümumi dəyərindən cavabdeh tərəfindən görülməyərək yarımçıq qalmış işlərin dəyəri (pulu) çıxılmalıdır (28624-6044=22580).

55. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edib ki, cаvаbdеh Cavabdeh iddiaçıdan ümumilikdə aldığı 36530 m anat puldan 22580 manat məbləğində pul çıxılmalı, yerdə qalan 13950 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

56. Bundan başqa, məhkəmə kollegiyası iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş rəyi tədqiq edərək qeyd edib ki, həmin rəy mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən ümumiyyətlə hansı işlərin görülməli olması və hansı işlərin yarımçıq qalması məsələsi aydınlaşdırılmamışdır. Həmin hallar aydınlaşdırılmadığından mütəxəssis qarşısında da müvafiq suallar qoyulmamışdır. Həmçinin, görülməli işlərlə bağlı layihə smeta sənədləri olmamışdır. Belə olan halda mütəxəssis tərəfindən verilmiş rəy heç bir müvafiq sənədə və ya tərəflərin izahatına istinad edilmədən formal olaraq (sadəcə iddiaçı tərəfin qey d etdiklərinə əsasən) verilmişdir.

57. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 329.2, 385.1, 386.1, 390.1, 398.1, 398.2, 405.1, 406.1, 406.2, 425.1, 442, 443.1, 448.1, 459.1, 459.5, 752.1, 752.2, 752.3, 753.1, 753.2, 753.3, 753.4, 754.1, 754.2, 759.1, 759.2, 760.1, 760.2, 762.1, 762.2, 763.1, 763.2, 1096.1, 1097.1, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarına və MPM-nin 14.2, 77.1, 88, 217.2, 217.3, 372.1, 372.2, 372.6, 372.7, 384.0.2, 385.1.1-385.1.4, 119.1, 119.2, 119.5, 402.1-ci maddələrinə isti nad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

58. İddiaçı (vəkili Nümayəndə1) kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv olunması və işdəki ziddiyyətli sübutların hərtərəfli araşdırılması, cavabdehin məsuliyyətinin düzgün müəyyən olunması və obyektiv qərar qəbul edilməsi üçün işin yeni baxışa qaytarılmasını xahiş etmişdir.

59. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli MB 18/0979 nömrəli rəyinə istinad edərək, ona məxsus adı çəkilən fərdi yaşayış evinin (tərəflər arasındakı razılaşmaya görə) 1-ci və 2-ci mərtəbənin parketinin vurulması, cilalanması, laklanması, kantların vurulması, evin piləkənlərinin taxta ma teriallarından yığılması, kənarlarının fiqurlarının, tutacaqlarının vurulması, cilalanması və laklanması, evin mansardanın - taxta işləri və saunanın taxta işləri görülməsinin dəyərinin 28.624 manat, görülmüş işlərin dəyərinin 22.580 manat təşkil etməsi, yarımçıq qalmış işlərin yerinə yetirilməsinin dəyərinin 6.044 manat təşkil etməsi, Cavabdeh ümumilikdə məndən 36.530 manat alması, qalan məbləğin, yəni 36.53022.580=13.950 manatın ondan alınaraq qaytarılması qənaətinə gəlməkdə düzgün nəticəyə gəlməmişdir. Rəydə göstərilmiş 28.624 manat vəsait yuxarıda qeyd olunan malmaterialın və işlərin dəyəridir, lakin zəhmət haqqı kimi Cavabdeh ondan əlbəəl aldığı 20.000 manat nəzərə alınmamışdır.

60. Cavabdeh təmirə görə ondan 31.000 manat almış olduğunu birinci instansiya məhkəməsində etiraf etmiş, ap elyasiya instansiyası məhkəməsində onun təmirə görə aldığı məbləğin 36.530 manat olduğu müəyyən olunmuşdur. Qətnamədə istinad olunan və cavabdehin imzasının olmadığı üçün kollegiyanın sübut növü kimi qəbul etmədiyi və işin materiallarında olan, 2023-cü ilin mayında kafedə görüş zamanı ortaya çıxan dəftərdə təmirə çəkiləcək mal-materialın qiyməti cavabdehin istəyinə uyğun qeyd olunmuş və həmin malların alınma tarixləri də qeyd olunmuş, ümumi xərc 48.380 manat göstərilmişdir. Bu qeydlər cavabdehin yanında onun göstərdiyi qiymətlə yazılmış, həmin vaxt cavabdeh onu qəbul etmiş, lakin pulu qaytarmaq deyil, işi icra edəcəyini bildirmiş, artıq ona inanmadığı üçün razı olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

61. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

62. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

63. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

64. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tən zimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir.

65. Maddə 398.2. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir.

66. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

67. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

68. Maddə 406.2. Əgər tərəflə r müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır.

69. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

70. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşd irilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

71. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

72. Maddə 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir.

73. Maddə 459.5. Əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər.

74. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

75. Maddə 752.2. Əgər podratda hər hansı mə mulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

76. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

77. Maddə 753.2. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağla ndıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır.

78. Maddə 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir.

79. Maddə 754.1. Əgər podratçı təqribi smetadan əhəmiyyətli dərəcədə kənara çıxarsa, yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə bilər, amma artıq xərci qabaqcadan nəzərdə tutmağın mümkün olmadığı hallar istisna təşkil edir.

80. Maddə 754.2. Müqavilə bağlanarkən nəzərdə t utulması mümkün olmayan təqribi smetadan bu cür kənaraçıxma barəsində podratçı ləngimədən sifarişçiyə məlumat verməlidir. Əgər sifarişçi smetadan kənaraçıxma nəticəsində müqaviləyə xitam verərsə, icra olunmuş işi təqribi smeta üzrə ödəməyə borcludur.

81. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.

82. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.

83. Maddə 760.1. Əgə r podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun.

84. Maddə 760.2. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

85. Maddə 762.1. P odratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

86. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

87. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.

88. Maddə 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. Azər baycan Respublikasının Mülki Prosessual Məcəlləsi

89. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

90. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

91. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

92. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

93. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

94. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

95. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

96. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmaması nı yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

97. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

98. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması hall arı müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

99. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

100. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qa ydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddianı rədd edən brinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırmasını təşkil edirdi və apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən ləğv edilməsi və ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilərək cavabdehdən 13950 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə nəticəyə gəlməklə, həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

101. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

102. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə ilə bağlıdır.

103. Çünki iddiaçı öz tələbinin faktiki əsası kimi, cavabdehlə evində təmir işlərinin görülməsi üçün razılaşdıqlarını, sifariş verdiyi işlərin görülməsi üçün cavabdehə 55000 manat pul verdiyini, lakin cavabdehin öhdəliyini tam ic ra etmədiyini, işi yarımçıq icra edərək cəmi 22000 manatlıq iş gördüyünü bildirmişdir.

104. MPM-in 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

105. Qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tə ləblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2016-cı il 12 iyul tarixli Qərarı).

106. Eyni zamanda nəzərə alınmalıdır ki, iş üçün əhəmiyyət kəsb edən sübutların qiymətləndirilməsi iş üzrə toplanmış sübutetmə materialının qanunun tələbinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir.

107. İşə baxmış apelyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi sübutları MPM-in 88-ci maddəsinə əsasən yoxlayaraq müəyyən etmişdir ki, iddiaçı cavabdehə 55000 manat pulu verdiyini bildirməsinə baxmayaraq, iddiaçı tərəf 55000 manat pulun cavabdehə verilməsi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Cаvаbdеhin iddiaçıdan ümumilikdə 36530 manat aldığı müəyyən edilmişdir.

108. Habelə apelyasiya instansiyası məhkəməsi görülməli işlərlə bağlı hər hansı layihə smeta sənədi olmadığına və məhkəməyə təqdim edilmədiyinə görə, görülmüş işlərin dəyərini müəyyən etmək üçün məhkəmə mühəndis tikinti-texniki ekspertizası təyin etmiş, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, MB 18/0979 nömrəli rəyi əsasında müəyyən etmişdir ki, iddiaçıya məxsus olan fərdi yaşayış evində 1 və 2-ci mərtəbənin parketinin vurulması, cilalanması, laklanması, kantl arının vurulması, evin pilləkənlərinin - taxta materialından yığılması, kənarlarının fiqurlarının, tutacaqlarının vurulması, cilalanması və laklanması, evin mansartının - taxta işləri və saunanın - taxta işləri görülməsinin dəyəri 28624 manat təşkil etmişdir.

109. Həmçinin "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, MB 18/1046 nömrəli məktubunda qeyd edilmişdir ki, “iddiaçıya məxsus evdə pilləkənlərin tutacaqlarının vurulması, hər iki mərtəbənin parketlərinin və pilləkənlərin cilalanması və hər iki mərtəbənin parketlərinin və pilləkənlərin laklanması” işlərinin dəyəri cəmi 6044 manat təşkil etmişdir.

110. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunub ki, tərəflərin razılaşmasına uyğun olaraq - iddiaçıya məxsus olan fərdi yaşayış evində 1 və 2-ci mərtəbənin parketinin - vurulması, cilalanması, laklanması, kantlarının vurulması, evin pilləkənlərinin - taxta materialından yığılması, kənarlarının fiqurlarının, tutacaqlarının vurulması, cilalanması və laklanması, evin mansartının - taxta işləri və saunanın - taxta işlərinin görülməsinin ümumi dəyəri 28624 manat təşkil etsə də, cavabdeh faktiki olaraq iddiaçıya məxsus evdə pilləkənlərin tutacaqlarının vurulması, hər iki mərtəbənin parketlərinin və pilləkənlərin cilalanması (şlifovkası) və hər iki mərtəbənin parketlərinin və pilləkənlərin laklanması işləri görülməmişdir.

111. Buna görə də işə baxmış apelyasiya instansiyası məhkəməsi tərəflərin razılaşmasına əsasən görülməli işlərin ümumi dəyərindən cavabdeh tərəfindən görülməyərək yarımçıq qalmış işlərin dəyəri (pulu) çıxılmaqla cаvаbdеhin iddiaçıdan ümumilikdə aldığı 3 6530 manat puldan 22580 manat məbləğində pulu çıxmaqla, iddiaçı qarşısında öhdəliyini 13950 manat məbləğdə müəyyən etmişdir.

112. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

113. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, i şin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

114. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

115. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-112/2025 nömrəli, 27 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar