Məhkəmə qərarları › İş №2(102)-3596/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3596/2023

11.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3596/2023 11.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi və Cavabdeh4 ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3596/2023 (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X20 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Döv lət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi və Cavabdeh4 qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2628/23 nömrəli, 15 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinə 11 sentyabr 2023cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı ilə Cavabdeh1 xx.xx.2012-cü il tarixdə ailə quraraq rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü Elif adlı uşaqları anadan olmuşdur.

2. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Nağıyev küçəsi, 7-ci dalan, 2A saylı torpaq sahəsi 1 saylı “ASAN Xidmət” mərkəzinin notariat kontorunun 4ə-1383 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli bağışlanma müqaviləsinə və torpağın bölgüsü sxeminə əsasən X10 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir.

3. Həmçinin ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının 1/3 hissəsi (272,54 kv.m.) 9 saylı notariat kontorunun 4ə-244 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən X10 adına qeydiyyata alınmış, lakin xx.xx.2020-ci il tarixli, 56 nömrəli hərracın yekunu barədə protokoldan çıxarış və eyni tarixli müqavilə əsasında digər fiziki şəxsin adına özgəninkiləşdirilmişdir. 4. xx.xx.2012-ci il tarixindən xx.xx.2021-ci il tarixədək Bakı şəhəri üzrə X10 adına qeydiyyata alınmış digər daşınmaz əmlak aşkar edilməmişdir. 5. ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının X13 məxsus 1/3 hissəsi “Hərrac Təşkilatının hərrac yekunları barədə 56 nömrəli, xx.xx.2020-ci il tarixli protokolu”na və eyni tarixli müqaviləyə, habelə Bakı şəhəri Nərİmanov Rayon Məhkəməsinin 2(005)-1123/2020 nömrəli, 27 fevral 2020-cı il tarixli icra vərəqəsinə əsasən Cavabdeh4 adına qeydiyyata alınmışdır. Sözügedən protokolda və müqavilədə əmlakın (obyektin) alış qiymətinin 412.986 manat olması qeyd edilmişdir. Barəsində soruşulan qeyri-yaşayış binasını əldə edən alıcının Cavabdeh4 olduğu həmin sənədlərdə göstərilmişdir.

6. Bakı şəhəri 9 saylı notariat ofisinin xx.xx.2017-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, “satıcı” X15 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1/3 hiss əsini “alıcı” X3 556.650 manata satmışdır.

7. Bakı şəhəri 9 saylı notariat ofisinin xx.xx.2017-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, “satıcı” X15 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1/3 hissəsini “alıcı” X6 556.650 manat satmışdır.

8. Bakı şəhəri 9 saylı notariat ofisinin xx.xx.2017-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, “satıcı” X15 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1/3 hissəsini “alıcı” X13 556.700 manata satmışdır.

9. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 1/3 hissədə X11, 1/3 hissədə X17 və 1/3 hissədə X4 adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır.

10. İddiaçı 1 saylı Bakı “ASAN xidmət” mərkəzində verdiyi xx.xx.2017-ci il tarixli ərizəsinə əsasən, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasından paylı mülkiyyət hüququ üzrə arvadı X13 məxsus olan 1/3 hissənin icarəyə verilməsinə heç bir etirazı olmamışdır.

11. İddiaçı 3 saylı Bakı “ASAN xidmət” mərkəzində verdiyi xx.xx.2018-ci il tarixli ərizəsinə əsasən, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasından paylı mülkiyyət hüququ üzrə arvadı X13 məxsus olan 1/3 hissənin icarəyə verilməsinə heç bir etirazı olmamışdır.

12. Bakı şəhəri Nərİmanov Rayon Məhkəməsinin 2(005)-1123/2020 nömrəli, 27 fevral 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh X7 400.000 manat məbləğində borcun Cavabdeh4 xeyrinə tutulması qət edilmi şdir. 13. “X9” MMC-nin (yeni adı "xxxx" MMC) xx.xx.2020-ci il tarixli, 56 saylı “Hərracın yekunları barədə” protokolunun surətinə əsasən, X13 məxsus ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1/3 hissəsi Bakı şəhəri Nərİmanov Rayon Məhkəməsinin 2(005)-1123/2020 nömrəli, 27 fevral 2020-ci il tarixli icra vərəqəsi və Cavabdeh2 xx.xx.2020-ci il tarixli sifariş məktubuna əsasən açıq hərracda tələbkar Nəbiyev Əbil oğlu tərəfindən 412.986 manat məbləğində əldə edilmişdir.

14. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 1/3 hissədə X11 və 1/3 hissədə X4 adına xx.xx.2017-ci il tarixdə, 1/3 hissədə Cavabdeh4 adına xx.xx.2021-ci il tarixdə qeydiyyata al ınmışdır.

15. Bakı şəhəri Nərİmanov Rayon Məhkəməsinin 2(005)-245/2022 nömrəli, 12 yanvar 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə X17 arasında xx.xx.2012-ci il tarixdə bağlanmış nikahın pozulması qət edilmişdir.

16. Bakı şəhəri Nərİmanov Rayon Məhkəməsinin 2(005)-1504/2022 nömrəli, 17 may 2022-ci il tarixli qətnaməsi ilə, İddiaçı cavabdeh X13 qarşı birgə nikah dövründə əldə olunmuş 8.142 manat dəyərində Yamaha JU 109-Silent PE/SG2.L markalı pianinonun, Freywille brendinin 683 manat qızıl üzüyünün, 1.530 manat dəyərində qızıl qolbağın, 1.119 manat dəyərində kulonun, 235 manat dəyərində sepin, 1.750 manat dəyərində qızıl sırğanın, 1.500 manat dəyərində qızıl saat və “yoloçka” qızıl qolbağınln 1/2 hissəsi miqdarında, cəmi 7.479,5 manat və ona məxsus X19 brendinin 2.000 manat dəyərində ol an brilyant qaşlı kişi nişan üzüyünün özü və ya dəyəri, ümumilikdə 9.479,5 manat dəyərində əmlakın və ya onun dəyərinin cavabdeh X7 alınaraq ona verilməsi barədə iddia tələbi rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5973/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə, İddiaçı apellyasiya şikayətinin təmin edilməmiş və Bakı şəhəri Nərİmanov Rayon Məhkəməsinin 2(005)-1504/2022 nömrəli, 17 may 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

17. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası DƏDRX-nın Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən sahəsi 272,54 kv.m. olan qe yri-yaşayış binasının 1/3 hissəsinin hərrac təşkilatının xx.xx.2020-ci il tarixli, 56 nömrəli yekun protokolunun və eyni tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bu sənədlər əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. İddiaçı sonradan Cavabdeh4 cavabdeh qismində cəlb edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, ünvan 2 ünvanında yerləşən, sahəsi 817,6 kv.m. olan qeyri-yaşayış binasının 1/3 hissəsinin "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli, 56 nömrəli hərracın yek unları barədə protokolunun və eyni tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi, həmin sənədlər əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDK yanında DƏDRX-in Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh4 adına verilmiş çıxarışın ləğv edilməsi, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 817,6 kv.m. olan qeyri-yaşayış binasının 1/3 hissəsində onun 1/2 payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə birgə nikah dövründə, 2017-ci ilin aprel ayında, ünvan 5 ünvanında yerləşən sahəsi 272,54 kv.m. olan qeyri-yaşayış binasının 1/3 hissəsini almışlar. Həmin sahə sabiq həyat yoldaşı - cavabdeh X10 ad ına rəsmiləşdirilmişdir. Sahə bir neçə il icarədə olmuş, icarəyə verilməsi ilə cavabdeh məşğul olmuşdur. İcarə müqavilələri bağlandığı zaman əmlakın icarəyə verilməsinə dair notariat kontorunda rəsmi qaydada razılıq vermişdir. 2021-ci ilin noyabr ayında vəkil sorğusu əsasında cavabdehlə birgə nikah dövründə əldə olunmuş qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi barədə məlumat əldə etmişdir. Sorğuya verilən cavab məktubu natamam olduğundan, daha ətraflı məlumat almaq üçün DƏDRX Bakı Ərazi İdarəsinə yeni sorğu göndərilmiş və reyestr xidmətinin xx.xx.2021-ci il tarixli cavab məktubundan məlum olmuşdur ki, sözügedən qeyri-yaşayış sahəsi, 56 nömrəli hərrac təşkilatının yekunu barədə xx.xx.2020-ci il tarixli protokoluna və eyni tarixli müqaviləyə, habelə Bakı şəhəri Nərİmanov Rayon Məhkəməsi nin 2(005)-1123-2020 nömrəli, 27 fevral 2020-ci il tarixli icra vərəqəsinə əsasən digər fiziki şəxsin adına qeydiyyata alınmışdır. Nərİmanov Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmişdir ki, cavabdeh İmanova Nigar, guya hansısa bir şəxsdən aldığı borcu qaytarmaq üçün yenidən Cavabdeh4 adlı şəxsdən 400.000 manat məbləğində borc almış və onu qaytara bilmədiyi üçün borcun ödənilməsi birgə mülkiyyətlərində olan əmlaka yönləndirilmişdir. Cavabdeh İmanova Nigar onun xəbəri və razılığı olmadan öz “şəxsi maliyyə problemini” birgə mülkiyyətdə olan əmlak hesabına həll etmişdir. İxtisalaşdırılmış hərrac təşkilatı əmlakın alğı-satqı müqaviləsini təsdiq edərkən, əmlakın paylı mülkiyyət olmasını, əmlakın bir hissəsinin satışa çıxarılması və digər mülkiyyətçinin əmlakın özgəninkiləşdirilməsinə razı lığının verilməsi zəruriliyini nəzərə almamışdır. Digər cavabdeh DƏDRX Bakı Ərazi İdarəsi, birgə nikahda əldə edilmiş daşınmaz əmlakı başqa şəxsin adına dövlət qeydiyyatına alarkən, qeyri-yaşayış sahəsi üzərində olan əmlak hüququnu nəzərə almamışlar. Cavabdehlərin hərəkətləri nəticəsində mülkiyyət hüququ pozulmuşdur. Nərİmanov rayon icra məmuru tərəfindən məhkəmə qətnaməsi icra edildiyi zaman, eyni qanun pozuntularına yol verilmişdir. Həmin qeyriyaşayış binasının 1/3 hissəsi cavabdeh Nigar İmanova ilə birgə nikah dövründə əldə etdikləri əmlak olmaqla, hər ikisinin həmin əmlak üzərində mülkiyyət hüququ vardır. Cavabdeh kimlərəsə “külli miqdarda borclu olduğundan, sonradan həmin borcun ödənilməsi üçün yenidən borc alıb və borcun birgə əmlaka yönləndirilməsindən nə xəbəri, nə razılığı olmamış dır. Cavabdehin hər hansı “borcu” olmamış, əmlakın icarəsindən kifayət qədər gəlirləri var idi, sadəcə məqsədi əmlakı bu yolla satıb (yəni yazılı razılığı tələb olunmadan), əldə olunan pul vəsaitini tam şəkildə, payı nəzərə alınmadan özününküləşdirmək olmuşdur.

20. Birinci instansiya məhkəməsində Cavabdeh1 vəkili və nümayəndəsi iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı cavabdeh X17 ilə xx.xx.2012-ci il tarixdə nikah bağlamış, Bakı şəhəri Nərİmanov Rayon Məhkəməsinin xx.xx.2022-cİ il tarixli qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdə nikaha xitam verilmişdir. ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binası xx.xx.2017-ci ildə cavabdeh X10 atası mərhum Murad Məmmədov tərəfindən onun vəsaiti hesabına hədiyyə şəklində əvəzsiz olaraq ailəsinin adına - həyat yoldaşı X3 1/3 hiss ə, qızı - İmanova (boşanmadan sonra Məmmədova) Nigar Murad qızına 1/3 hissə və qızı - X6 1/3 hissə olmaqla alınmış və hər birinin adına 1/3 hissə olmaqla mülkiyyət hüququ qeydə alınmışdır. Nərİmanov Rayon Məhkəməsinin 2(005)-1123/2020) nömrəli, 27 fevral 2020-ci il tarixli icra vərəqəsi və Cavabdeh2 xx.xx.2020-ci il tarixli, 9185-68998/20-15-7 saylı sifariş məktubunun icrası əsasında ixtisaslaşmış hərrac təşkilatı olan "xxxx" MMC tərəfindən xüsusi mülkiyyət hüququ ilə X13 məxsus olan ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış binasının 1/3 hissəsinə dair xx.xx.2020-ci il tarixdə hərrac keçirilmiş və başa çatdırılmışdır. Hərrac keçirilərkən mövcud qanunvericilik normaları və iddiaçının subyektiv hüququ pozulmadığından “hərrac keçirilərkən onun razılığının alınmaması” və “qeydiyyat orqanı tərəfi ndən daşınmaz əmlakın başqa şəxsin adına dövlət qeydiyyatına alınarkən onun əmlak hüquqlarının pozulması” ilə bağlı iddia tələbində iddiaçının istinad etdiyi formal mülahizələr əsassızdır. Hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun qanuni keçirilərək sənədləşdirilmiş, Cavabdeh2 və "xxxx" MMC tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 61.2-ci maddəsinin tələblərinə riayət olunmuş, hərracı udmuş Cavabdeh4lə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.1ci maddəsinə uyğun müqavilə bağlanılmışdır. İddiaçının iddia tələbində qeyd etdiyi ixtisaslaşdırılmış hərrac təşkilatı tərəfindən əmlakın alğı-satqı müqaviləsini təsdiq edərkən, əmlakın paylı mülkiyyət olmasını, əmlakın bir hissəsinin satışa çıxarılması və digər mülkiyyətçinin əmlakın özgəninkiləş dirilməsinə razılığın verilməsi zəruriliyinin nəzərə alınmaması” barədə formal dəlili də qanuna uyğun deyildir. Qanunvericilikdə məhkəmə qərarının icra edilməsi ilə əlaqədar borclunun mülkiyyətində olan əmlakla bağlı keçirilən hərracda müqavilə bağlanarkən digər şəxslərin razılığının alınması nəzərdə tutulmamışdır. Hərrac İddiaçı ilə Cavabdeh1 birgə nikah müddətində keçirilmişdir. Hərracın keçirilməsinə əsas verən məhkəmə qətnaməsi üzrə yaranmış borc da nikah müddətində olmuş, hərrac da nikah müddətində keçirilmiş, hərracın keçirilməsindən təxminən 17 ay sonra tərəflərin nikahına xitam verilmişdir.

21. Birinci instansiya məhkəməsində Cavabdeh1 məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixli, 56 nömrəli yekun protokolunun və ey ni tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia irəli sürmüşdür. İddiaçı iddia ərizəsini xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etmişdir. İddiaçının hazırki iddia tələbi üzrə məhkəməyə müraciət hüququ üçün 1 illik iddia müddəti keçmişdir.

22. Birinci instansiya məhkəməsinin iclasında "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək qeyd etmişdir ki, 56 nömrəli yekun protokol və alğı-satqı müqaviləsi xx.xx.2020-ci il tarixdə imzalanmış, lakin protokol və müqavilənin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə 2 il sonra (qanunvericilikdə nəzərdə tutulmuş 1 il müddəti ötürməklə) müraciət edilmişdir.

23. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X16 ifadəsində bildirmişdir ki, Nigar xanımın atasını uzun müddətdir ki, tanımışdır. Eyni zamanda Nigar xanım onun qızı ilə rəfiqə olmuşdur. Murad müəllim ona müraciət edərək, Nigar xanıma əmlak almaq istədiyini və onu almaq üçün pulunun çatmadığını bildirmiş və ondan borc pul istəmişdir. Murad müəllim dəyəri hardasa bir milyondan çox olan əmlakı qızlarının və arvadının adına almışdır. Nigar xanımın evləndiyi oğlanın imkanı çox da yaxşı deyildi və bunu onları tanıyan hər kəs bilirdi. Murad müəllimi 2000-ci ildən tanıyır, uzun müddət münasibətləri olmuşdur. Murad müəllim ondan borc pulu 2017-ci ilin yanvar ayının sonu və ya fevral ayının əvvəlləri götürmüşdür. Murad müəllim pulu istədiyi vaxtdan bir ay sonra manat şəklində ona borc vermişdir. O, borcu imkan olan kimi verəcəyini bildirmişdir. Ona güvəndiyi üçün borcun qaytarılmasına görə hər h ansı vaxt qoymamış və pulu şifahi şəkildə vermişdir. Özü audit fəaliyyəti ilə məşğuldur, həm də digər sahibkarlıq fəaliyyətini həyata keçirir. Arpa əkini mövsumi dövründə biznes fəaliyyəti ilə əlaqədar pul lazım olduğundan Nigar xanımdan pulunu istəmiş, artıq həmin dövrdə atası vəfat etmişdir. Həmin borc ona 2019-cu il tarixində Nigar xanım tərəfindən qaytarılmışdır. Pulu necə qaytardığını dəqiq deyə bilməsə də, kimdənsə borc alaraq qaytardığını eşitmişdir.

24. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X14 ifadəsində bildirmişdir ki, cavabdehin dayısı oğludur. Nigar xanımın və Elşad müəllimin gəliri çox az idi və Murad müəllim həmişə Nigargilə maddi yardım göstərirdi. Həmin əmlakı Murad müəllim almışdır. Əmlak səhv etmirsə Hüseynzadə küçəsində yerləşirdi. Sadəcə borc alın dığını bilir, lakin borcun məbləği barədə məlumatı yoxdur. Murad müəllimin əmlakları və gəliri barədə də dəqiq məlumatı yoxdur. Onu deyə bilər ki, sahibkar kimi fəaliyyət göstərirdi, kolbasa məmulatlarının istehsalı ilə məşğul idi, imkanları yaxşı idi, bir neçə əmlakları var idi.

25. Bakı şəhəri Nərİmanov Rayon Məhkəməsinin 2(005)-182/2023 nömrəlı, 13 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim Nərgiz Tağıyeva) iddia təmin edilməmişdir.

26. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş, xx.xx.2022-ci il tarixdə məhkəmə qətnaməsi ilə nikahları pozulmuşdur. xx.xx.2017-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1/3 hissəsi X10 adına rəsmiləşdirilmişdir. Məhkəmənin qanuni qüvv əyə minmiş xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh X7 400.000 manat məbləğində borcun Cavabdeh4 xeyrinə tutulması qət edilmişdir. xx.xx.2020-ci il tarixində həmin əmlak məhkəmənin icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra icraatı qaydasında hərrac keçirilməklə özgəninkiləşdirilmiş və Cavabdeh4 adına rəsmiləşdirilmişdir. Hazırda iddiaçı sözügedən əmlakın birgə nikah dövründə əldə edilməsinə, hərracdan satılarkən onun razılığının alınmamasına istinad etməklə keçirilmiş hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsini, həmin hərracda əmlakı əldə etmiş Cavabdeh4 adına verilmiş çıxarışın ləğv edilməsini və əmlak üzərində onun payının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir.

27. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, hazırkı işdən göründüyü ki mi, cavabdeh mübahisələndirilən daşınmaz əşyanın tərəflərin birgə nikah dövründə əldə etdikləri gəlirlər hesabına deyil, atası tərəfindən, hədiyyə kimi onun vəsaiti hesabına alındığını iddia edərək, bunları təsdiq edən sübut kimi şahid ifadələrini və digər dəlilləri əsas gətirir. ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1/3 hissəsinin paylı mülkiyyət hüququ üzrə tərəflərin nikahda olduqları dövrdə əvəzli əqd əsasında əldə edildiyi işin mübahisələndirilməyən halıdır. Mövcud vəziyyətdə həmin əmlakın birgə əmlak hesab edilmədiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, ünvan 2 ünvanında yerləşən, sahəsi 272,54 kv.m. olan qeyri-yaşayış binası mərhum atası tərəfindən, atasının vəsaiti hesabına, vəsaitin bir qismi borc götürülməklə ona, anasına və bacısına hədiyyə kimi alınmışdır. Atası vəfat etdikdən sonra atası tərəfindən həmin əmlakın alınması üçün götürülmüş 400.000 manat borcun qaytarılması zərurəti yaranmışdır. Həmin borcu atası Rəsət adlı tanışlarından almışdır. O, isə öz pulunu tələb etdiyindən məcbur qalaraq Cavabdeh4 ilə kredit müqaviləsi bağlamış, ondan 400.000 manat borc götürmüş və atasının borcunu bağlamışdır. Daha sonra Cavabdeh4 onu məhkəməyə verərək 400.000 manat pul tələb etmiş, iddiası təmin edilmiş və məhkəmənin qətnaməsinin icrası zamanı onun adına olan və hazırda iddia predmeti olan qeyri-yaşayış sahəsi hərrac vasitəsi ilə satılmışdır.

28. Qeyd olunmalıdır ki, Nərİmanov Rayon Məhkəməsinin cavabdeh X7 400.000 manat məbləğində borcun tutulmasını müəyyən edən xx.xx.2020-ci il tar ixli qətnaməsində də cavabdeh verdiyi izahatlarında bildirmişdir ki, Cavabdeh4 xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 54 saylı Notariat Kontorunda bağlanmış kredit müqaviləsinə əsasən ona 400.000 manat məbləğində borc pul vermişdir. Həmin borc məbləğini başqa şəxsə borcu olduğu üçün götürməyə məcbur olmuşdur. Belə ki, onun X12 pul borcu var idi. Buna görə də, Cavabdeh4 borc götürdüyü 400.000 manat pulu X12 verərək, ona olan borcunu qaytarmışdır. Hazırda Cavabdeh4 olan 400.000 manat məbləğində borc pulu qaytarmağa maddi imkanı yoxdur.

29. Cavabdehin etirazında istinad etdiyi diqqətəlayiq məqamlardan biri də odur ki, Bakı şəhəri 9 saylı notariat ofisində xx.xx.2017-ci il tarixində bağlanmış daşınmaz əşyanın alğı-satqı müqavilələrinin surətindən görünür ki, “satıcı” X15 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsini eyni tarixdə, eyni ailənin üzvlərinə, hər birinə 1/3 hissə olmaqla cavabdeh X17, onun anası X11 və bacısı X1 və onların adına paylı mülkiyyət hüququ ilə rəsmiləşdirilmişdir. Bir əmlakın eyni vaxtda bir ailənin üzvləri tərəfindən paylı mülkiyyət hüququ ilə satın alınması və adlarına qeydiyyata alınması isə mövcud vəziyyətdə həmin əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmasını müəyyən mənada şübhə altına alır. Bundan başqa iş materiallarından göründüyü kimi, İddiaçı cavabdeh X13 qarşı birgə nikah dövründə əldə olunmuş 8.142 manat dəyərində markalı pianinonun, Freywille brendinin 683 manat qızıl üzüyün, 1.530 manat dəyərində qızıl qolbağın, 1.119 manat dəyərində kulonun, 235 manat dəyərində sepin, 1.750 manat dəyərində qızıl sırğanın, 1.500 manat dəyərində qızıl saat və “yoloçka” qızıl qolbağının 1/2 hissəsi miqdarında, cəmi 7.479,5 manat və ona məxsus X19 brendinin 2.000 manat dəyərində olan brilyant qaşlı kişi nişan üzüyünün özü və ya dəyəri, ümumilikdə 9.479,5 manat dəyərində əmlakın və ya onun dəyərinin cavabdeh X7 alınaraq onun xeyrinə verilməsi barədə iddia qaldırmış, müvafiq iddia Nərİmanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə rədd edildikdən sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, onlar evləndikdən sonra ona məxsus mənzilə köçmüş və orada yaşamışlar. 2018-ci ildə münasibətləri pisləşdiyindən iddiaçı əşyalarını götürüb onun mənzilindən çıxmışdır. Bu halı iddiaçı məhkəməyə ünvanladığı yazılı müla hizələrində təsdiq etmişdir. Cavabdeh göstərilən halın iddiaçının dörd yüz mindən çox əmlakı almaq imkanına malik olmaması barədə dəlillərini təsdiq edən hallardan biri olduğuna istinad etmişdir.

30. Məhkəmə cavabdehin dəlillərinə, şahid ifadələrinə, əmlakın bir ailə üzvləri tərəfindən eyni gündə paylı mülkiyyət hüququ ilə əldə edilməsinə, əmlakın cavabdeh tərəfindən uzun müddət icarəyə verilməsinə və tərəflərin izahatına əsasən gəliri təkbaşına əldə etməsinə, eləcə də işin digər diqqətəlayiq hallarına (nikah bağlandıqdan sonra cavabdehin mənzilində yaşamaları və s.) məcmu halda qiymət verərək belə qənaətə gəlmişdir ki, iddiaçının mübahisələndirdiyi əmlak ər-arvadın ümumi gəlirləri hesabına əldə edilmədiyindən həmin əmlak barəsində bağlanmış əqdin etibarsız hesab edilməsi tələbi, eyni zama nda hərracın nəticələrinin etibarsız hesab olunması və əmlak üzərində payının müəyyən edilməsi tələbləri təmin edilə bilməz. Belə ki, hazırkı iddianın predmeti kimi çıxış edən daşınmaz əşya iddiaçı ilə birgə nikah dövründə alınsa da, ailənin birgə gəlirləri hesabına əldə olunmamışdır. Bu hal isə həmin daşınmaz əşyanın ər-arvadın ümumi birgə mülkiyyəti hesab olunmasını istisna edir. Bu isə öz növbəsində iş üzrə müəyyən edilmiş faktiki halların iddia tələbinin qanuni əsası kimi nəzərdən keçirilə bilən normaların dispozisiya şərtləri ilə uyğun gəlmədiyi qənaətinə gəlməyə əsas verir.

31. Məhkəmə cavabdehlərin müvafiq iddia tələbinin irəli sürülməsi üçün iddia müddətinin ötürülmüş hesab edilməsinə dair ərizəsi ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə istinad edərək qeyd e tmişdir ki iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı aradan qalxır.

32. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə təmin edilmədiyindən iddia müddətinin tətbiqi məsələsinin araşdırılması zərurəti aradan qalxmışdır.

33. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2, 33.3, 33.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225, 225.6, 337.4, 337.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun L.Bünnətova nın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

34. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

35. Apellyasiya şikayəti iddia ərizəsində qeyd olunanlarla əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə cavabdehin istinad etdiyi birinci “borc” müqaviləsinə qiymət verərkən nəzərə almamışdır ki, alınan əmlakın ümumi dəyəri 1.670.000 manat təşkil etmiş, həmin məbləğin yalnız 400.000 manat hissəsi borc alınmışdır. Belə çıxır ki, cavabd ehin digər qohumları – bacısı və anası həmin əmlakı öz vəsaitləri hesabına almış, yalnız X10 adına alınmış hissəsinin pulu atasının “borc” aldığı vəsait hesabına əldə edilmişdir. Məhkəmə, əmlakın digər hissələrinin də eyni vaxtda bir ailənin üzvləri tərəfindən paylı mülkiyyət hüququ ilə satın alınması faktını əmlakın “ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmasını müəyyən mənada şübhə altına alan” fakt kimi qiymətləndirsə də, məhz hansı səbəbdən həmin borcun məhz cavabdehin adına alınan hissəsi üçün ödənildiyinin iddia edilməsinə şübhə ilə yanaşmamışdır. Bununla bağlı şahid qismində ifadəsi alınmış X16 da əvvəlcədən qurulmuş ssenariyə uyğun olaraq belə ifadə vermişdir ki: “Murad müəllim ona müraciət edərək, Nigar xanıma əmlak almaq istədiyini və onu almaq üçün pulunun çatmadığını bi ldirmişdi və ondan borc pul istəmişdi.” Yəni, şahidin ifadəsindən belə çıxır ki, guya, mərhum Murad Məmmədov ümumi dəyəri 1.670.000 manat olan əmlakın yalnız Nigar İmanovaya aid olan hissəsini borc hesabına almaq istəmişdir və bunu həmin şəxsə (şahid Miriyevə) xüsusi olaraq bildirmişdir. Cavabdehin qanunsuz hərəkətlərinə haqq qazandırmaq məqsədi daşıyan belə “dəqiqləşdirilmiş” ifadəsi əslində şahidin əvvəlcədən öyrədilmiş ifadə verdiyini açıq-aşkar təsdiq edir. Hazırkı işdə mübahisəli daşınmaz əmlak ər-arvadın hər birinin mülkiyyəti hesab edilən əmlak deyildir və birgə mülkiyyətin qanuni rejimi prezumpsiyası tətbiq edilir. Bu çərçivədən kənara çıxılması üçün cavabdeh (həmçinin iddianı rədd edən məhkəmə) elə konkret dəlillərə, sübutlara və buna uyğun qanunvericilik normalarına istinad etməl i idi ki, belə kənarlaşmanın qanuni olmasına şübhə yaranmasın. Digər tərəfdən, cavabdehin özünün də etiraf etdiyi kimi, 2018-ci ildən iddiaçı ilə münasibətləri pozulmuşdur. Belə olan halda, 2019-cu ildə cavabdehin özünü süni surətdə borclandırması da nikahın pozulmasından əvvəl gələcək əmlak bölgüsündə iddiaçını ona məxsus paydan məhrum etmək cəhdindən başqa bir şey olmamışdır.

36. Hazırkı işdə mübahisəli əmlakın yalnız cavabdehə aid ola biləcəyi sübut olunmamışdır. Göründüyü kimi, məhkəmənin həmin əmlakın birgə mülkiyyət olmadığına dair dəlillərinin əsassız olduğu və bununla da tətbiq edilən maddi hüquq normasının səhv təfsir edildiyi aşkardır. Hazırkı işdə cavabdehin adına qeydə alınmış əmlakın bütövlükdə hamısının hərracda icra sənədi üzrə “tələbkar” şəxsə satılmasına (hərracın nəticələ rinə görə ona verilməsinə) dair alğı-satqı müqaviləsi istinad edilən normanın imperativ tələblərinin pozulması ilə həyata keçirilmişdir və belə əqdin etibarsızlığı birbaşa təsbit edilmişdir. Hətta apellyasiya şikayətinin yuxarıda istinad edilən dəlillərinin nəzərə alınıbalınmamasından asılı olmayaraq, həmin alğı-satqı, nikahda olan cavabdehin əmlakının satılması ilə bağlı olduğundan əmlakın yalnız yarısına tələb yönəldilə və satıla bilərdi. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, iddiaçı ilə cavabdehin nikahı yalnız xx.xx.2022-ci il tarixli qətnamə ilə pozulmuş, lakin əmlakın hərracdan satılması bundan təqribən 14 ay əvvəl, yəni, xx.xx.2020-ciil tarixdə baş tutmuşdur.

37. Əmlakın hərracda satışa çıxarılması və satılması zamanı cavabdehin hazırda istinad etdiyi “dəlillər”, yəni əmlakın ata sının aldığı borc hesabına alınması və s. icra məmuruna məlum ola bilməzdi və ya məlum olsaydı belə, həmin münasibətlərə qiymət vermək onun səlahiyyətinə aid deyildi. Belə ki, icra hərəkətləri həyata keçirilən zaman hüquqi həqiqət ondan ibarət idi ki, (1) əmlakın əldə edilməsi həmin vaxt icra sənədinə görə “borclu” qismində çıxış edən cavabdehin birgə nikah dövründə əldə edilmişdir; (2) “borclu” həmin vaxt iddiaçı ilə rəsmi nikahda olmuşdur; (3) birgə əmlakdakı öz payı barədə iddiaçının hər hansı iradə ifadəsi olmamışdır. Belə olan halda həm Mülki Məcəllənin 225.6cı maddəsinin, həm də “İcra haqqında” Qanunun 45.8-ci maddəsinin tələbləri pozulmuşdur. İcra məmuru borclunun adına olan əmlakın ümumi mülkiyyətdə olubolmamasını müəyyən etmək vəzifəsi də daşıyır, belə ki, “borclunun əmlakı” dedik də yalnız borcluya məxsus əmlak nəzərdə tutulur ki, hazırkı işdə cavabdehin adına olan əmlakın hamısı ona məxsus olmamışdır. Rəsmi nikah mövcud olduğu halda icra məmuru əmlakın kimin vəsaiti hesabına əldə edilməsini müəyyən etmək səlahiyyəti yoxdur. Hazırkı işdə mübahisələndirilən alğı-satqı subyekt tərkibi və bağlanan əqdə dair iddiaçının iradə ifadəsini bildirmədiyi səbəbindən etibarlı olmamışdır.

38. Qətnamədən də göründüyü kimi, Cavabdeh1 atasını uzun müddət tanıyan və qızı onunla (Cavabdeh1 ilə) rəfiqə olan şahid X16 bildirmişdir ki, guya, Murad müəllim ona müraciət edərək, Nigar xanıma əmlak almaq istədiyini və onu almaq üçün pulunun çatmadığını bildirmişdi və ondan borc pul istəmiş, o, da 400.000 manatı Cavabdeh1 mərhum atası Murada vermişdir. Halbuki, sübutlara, guya məcmu halında qiymət verən məhkəmə nəzərə almalı idi ki, X8 ifadələrinə tənqidi yanaşılması üçün kifayət qədər əsas var idi. Belə ki, hazırkı işdə Rəsəd Miriyev cavabdehin ailəsi ilə uzun müddət yaxın münasibətlərdə olduğunu ona külli miqdar pul vəsaitlərinin heç bir rəsmi sənəd (müqavilə, qəbz, öhdəlik) tərtib edilmədən verilməsinə inandırıcı faktor kimi istinad etsə də, məhkəmə nəzərə almalı idi ki, onun belə ifadə verməsinin əsl məqsədi cavabdehə qarşı qaldırılmış iddiadan müdafiə edilməsi cəhdindən başqa bir şey deyildir. Bununla bağlı qeyd edilməlidir ki, mərhum Murad Məmmədovun kifayət qədər böyük maddi imkana malik olması və uzun müddət nəhəng biznes subyektinin "xxxx" MMC kolbasa məmulatlarının istehsalı ilə məşğul şirkətin sahibi (təsisçisi) olmaqla gəlirlərinin kifayət qədər böyük olması işi n mübahisələndirilməyən hallarına aiddir və onun Rəsəd Miriyevdən, yəni, maddi vəziyyəti və gəlirləri ondan dəfələrlə aşağı olan şəxsdən qeyri-müəyyən müddətə külli miqdar pulu borc alması və Rəsəd Miriyevin də heç bir sənəd tələb etmədən bu qədər pulu ona verməsi kənar müşahidəçini inandıracaq qədər tutarlı sübut hesab edilə bilməz.

39. Bundan əlavə, xüsusilə qeyd etmək lazımdır ki, Rəsəd Miriyev iddiaçını təhdid edərək, hər şeydən imtina etməyi və bu barədə sənədə imza etməyi ondan tələb etmişdir. Onun iddiaçını görüşə çağırması ilə bağlı səs yazısı da mövcuddur. X2 ifadələrinə də tənqidi yanaşılması üçün kifayət qədər əsas var. Belə ki, o, Nigar İmanovanın dayısı oğludur. Onun ifadəsi isə bundan ibarətdir ki: “Elşad müəllimin gəliri çox az idi və Murad müəllim həmişə Nigargilə maddi yar dım göstərirdi. Həmin əmlakı Murad müəllim almışdır. Əmlak səhv etmirsə Hüseynzadə küçəsində yerləşirdi. Sadəcə borc alındığını bilir, lakin borcun məbləği barədə məlumatı yoxdur. Murad müəllimin əmlakları və gəliri barədə də dəqiq məlumatı yoxdur. Onu deyə bilər ki, sahibkar kimi fəaliyyət göstərirdi, kolbasa məmulatlarının istehsalı ilə məşğul idi, imkanları yaxşı idi, bir neçə əmlakları var idi”. Göründüyü kimi, bu şahidin də ifadələrində ziddiyyət var. Belə ki, bir tərəfdən Murad müəllimin kifayət qədər böyük maddi imkanının olmasını o, da təsdiqləyir, digər tərəfdən isə onun “borc aldığı barədə məlumatının” olduğunu bildirir. Halbuki, külli miqdar pul vəsaitlərinin borc kimi verilməsini təsdiq edən hər hansı borc müqaviləsi və ya digər əqd (qəbz və s.) mövcud deyil.

40. Bundan əlavə, qeyd edilməlidir ki, məhkəmənin “şahid ifadəsinə” istinad edərək, iddiaçının guya, maddi vəziyyətinin aşağı olması və bu səbəbdən də əmlakın yalnız cavabdehin atasının aldığı borc hesabına əldə edilə bilməsi nəticəsinə gəlməyi düzgün hesab edilə bilməz. Belə ki, iddiaçının da ailəsi maddi cəhətdən kifayət qədər imkanlıdır. Mülkiyyətində külli miqdar dəyəri olan bir neçə daşınmaz əmlakın olması da bunu təsdiq edir. Həmçinin qeyd edilməlidir ki, “əmlakın bir ailə üzvləri tərəfindən eyni gündə paylı mülkiyyət hüququ ilə əldə edilməsi” də həmin əmlakın 1/3 hissəsinin birgə nikah dövründə əldə edilmiş pul vəsaitləri hesabına əldə edilməsini istisna edən fakt kimi çıxış edə bilməz.

41. Göründüyü kimi, məhkəmənin bu dəlili də tamamilə əsassız olmaqla, iddianın rədd edilməsinə əsas verən fakt kimi qiymətləndirilə bilməz. Həmçinin nəzərə almaq lazımdır ki, şahid X8 əvvəlcədən qurulmuş ssenariyə uyğun olaraq ifadə verməsi, ondan alınan borcun məhz Nigar İmanova üçün alınacaq əmlaka sərf ediləcəyi barədə “dəqiq” məlumat verməsi, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymətləndirilməmişdir. Belə ki, əmlakın digər hissələri də eyni tarixdə alınmışdı və alınması iddia edilən “borcun” konkret kimin əmlakının alınmasına ödənilməsi müəyyən edilə bilməzdi, çünki digər hissələri cavabdehin anasının və bacısının adına alınmışdı.

42. Göründüyü kimi, iddianın rədd edilməsinə əsas kimi istinad edilən “sübutların” heç biri konkret sənədə istinad etməyən, sübut edilməsi üçün göstərilən faktla məntiqi bağlılığı olmayan söz yığımından başqa bir şey olmamışdır. Halbu ki, iddiaçının istinad etdiyi sübutlar həqiqiliyi şübhə doğura bilməyən konkret rəsmi sənədlərdən, səs yazılarından ibarət olmaqla, iddianın tamamilə əsaslı olduğunu təsdiq edir.

43. Nikah bağlanandan sonra iddiaçının müəyyən müddət cavabdehin mənzilində yaşaması faktı da iddiaçının birgə nikah dövründə öz vəsaiti hesabına daşınmaz əmlak ala bilməsi imkanını istisna etməsi də tamamilə əsassız olmuşdur. Belə ki, birincisi, iddiaçının anasının, özünün və ailə üzvlərinin adına Bakı şəhərinin müxtəlif yerlərində daşınmaz əmlakları vardır və bu fakt müvafiq çıxarışlarla təsdiq edilir; ikincisi, mübahisə predmeti olan daşınmaz əmlakın alınmasından əvvəl və sonra iddiaçının kifayət qədər gəlirləri olmuşdur və bu fakt da aşağıda sadalanan müvafiq rəsmi sənədlərlə təsdiq edilir: “Obyektin qeydiyyat ı ərizəsinin qəbul olunması haqqında” xx.xx.2016-cı il tarixli Bildirişdən də göründüyü kimi, "xxxx" adlı obyektin dövlət qeydiyyatına alınmasına dair ərizə ilə də məhz iddiaçı müraciət etmişdir; - “Vergi ödəyicisinin Eyniləşdirmə nömrəsi” ilə təsdiq edilir ki, iddiaçı hələ 2016-cı ildən fərdi sahibkar kimi qeydiyyata alınmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, xx.xx.2016-cı il tarixdə notariat qaydada təsdiqlənmiş icarə müqaviləsi ilə ünvan 7 ünvanda yerləşən 2 mağazanı 5 il müddətinə icarəyə götürmüş; - "xxxx" QSCdə əmanət kimi 137.914 (90.000+ 39.090+ 8.824) pul vəsaitləri olmuşdur. Həmin faktlar da müvafiq rəsmi sənədlərlə təsdiq edilir. Lakin məhkəmə yalnız cavabdehin yaxın adamlarının ziddiyyətli ifadələrindən başqa heç nə ilə təsdiq olunmayan halları, həmçinin iddiaçının bi r müddət cavabdehə məxsus mənzildə yaşamasını elə tərzdə təqdim etməyə çalışmışdır ki, guya, iddiaçı maddi cəhətdən bütövlükdə cavabdehin atasından asılı olmuşdur və özünün də heç bir gəliri olmamışdır. Halbuki, məhkəmə belə nəticəyə gəlmək üçün, yəni ər-arvadın nikah dövründə əldə edilən əmlakın qanuni rejimi prezumpsiyasından çıxmaq üçün elə tutarlı və mötəbər sübutların mövcudluğuna istinad etməli idi ki, qanunvericinin müəyyən etdiyi imperativ qaydadan kənarlaşmanın qaçılmaz olduğu bütün şübhələrdən azad olsun. Hazırkı işdə cavabdeh belə sübutlar təqdim edə bilməmişdir.

44. Məhkəmə həmçinin nəzərə almamışdır ki, hazırkı işdə cavabdeh Nigar İmanovanın nümayəndəsi və vəkili olan Vəkil2, Cavabdeh4 Nigar İmanovaya qarşı borcun alınması iddiası üzrə borcverən Cavabdeh4 nümayəndəsi və vəkili olmuşdur. Qeyd edilən halın özü də “borc müqaviləsi”, həmin borcun məhkəmə qaydasında alınması və tələbin birgə mülkiyyətdə olan hissəsinə yönəldilməsi, əvvəlcədən düşünülmüş ssenari əsasında həyata keçirilmişdir.

45. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2628/2023 nömrəli, 15 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov və Məmməd Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

46. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri özü-özlüyündə ziddiyyət təşkil edərək şikayətin (iddianın) təmin edilməsini maddi və prosessual hüquq normaları baxımından da istisna edir. Belə ki, suallardan ibarət olan və iddianın əsasını təşkil edən mötəbər sübutlara istinad edilməyən şikayətdə bir tərəfdən qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmiş, habelə ondan əvvəl alınan borcun həqiqətən alınıb-alınmaması, borcun məhz cavabdehin adına alınacaq əmlakın alınması üçün sərf edildiyini işin müəyyən edilmiş həqiqi hallarına uyğun qiymətləndirməməsi, habelə külli miqdar pul vəsaitlərinin borc kimi verilməsini təsdiq edən hər hansı borc müqaviləsinin və ya digər əqdin (qəbz və s.) mövcud olmamasına, digər tərəfdən isə mərhum Murad Məmmədovun (cavabdehin atasının) kifayət qədər böyük maddi imkana malik olması və uzun müddət nəhəng biznes subyektinin "xxxx" MMC kolbasa məmulatlarının istehsalı ilə məşğul şirkətin sahibi (təsisçisi) olmaqla gəlirlərinin kifayə t qədər böyük olmasının işin mübahisələndirilməyən hallarına aid olmasına istinad edilmiş, Mülki Məcəllənin 225.6-cı maddəsinin, həm də “İcra haqqında” Qanunun 45.8-ci maddəsinin tələblərinin pozularaq icra məmurunun borclunun adına olan əmlakın ümumi mülkiyyətdə olub-olmamasını müəyyən etmək vəzifəsi də daşıdığını, şahid ifadələrinin sübut qismində mümkünsüzlüyü qeyd edilmişdir. Bundan əlavə, şikayətdə nikahın pozulmasının rəsmi tarixinə, gah da faktiki nikah münasibətlərinin pozulması tarixinə istinad edilərək, iddiaçının anasının, özünün və ailə üzvlərinin adına Bakı şəhərinin müxtəlif yerlərində daşınmaz əmlaklara və kifayət qədər vəsaitə malik olması, habelə Cavabdeh4 Nigar İmanovaya qarşı borcun alınması iddiası üzrə borcverən Cavabdeh4 nümayəndəsi və vəkili olmasının hazırda cavabde hin təmsil etməsinin işin mahiyyətinə aidiyyəti və hüquqi əhəmiyyəti baxımından izahı verilməmişdir.

47. Məhkəmə kollegiyası hesab etmişdir ki, hər hansı razılaşma (nikah kontraktı və s.) olmadığı, mübahisə olduğu və bu hüquqların mövcudluğuna dair təkzibedilməz sübutlar olmadığı halda ilkin olaraq şəxsin hüquqlarının tanınmasına dair tələblər olmalıdır ki, ondan irəli gələn (subyektiv) hüquqların müzakirəsi mümkün olsun. Belə ki, məhkəmənin tələbdən kənar müzakirələr aparması yalnız müstəsna hallarda mümkündür ki, hazırkı münasibətlərə müvafiq qanunla müəyyən edilmiş belə vəziyyət yalnız nikahın pozulması zamanı nəzərdə tutulmuşdur. İşin mübahisə edilməyən hallarından isə nikahın pozulduğu və ondan sonra da iddiaçının əmlak tələblərinin olduğu zaman hazırkı mübahisə predmeti olan əmlaka aid hüquqlarının tanınması tələblərinin olmadığı müəyyən edilir. İddiaçının özünün dediyinə əsaslanaraq onun mübahisə edilən əmlakın alınmasında və icarəyə verilməsində iştirakının olması, yəni əmlakdan xəbəri olduğu və digər əmlakları mübahisələndirdiyi halda hazırkı iş üzrə əmlak hüquqlarının müdafiəsini tələb etməməsi aydın deyildir.

48. Məhkəmə kollegiyası həmçinin qeyd edilmişdir ki, cavabdeh tərəfindən təqdim edilən sübutlara dair şübhələrin mümkün olduğu halında belə iddiaçının mötəbər sübutlar təqdim etməməsi məhkəmənin özünün sübutlar axtarmaq vəzifəsini müəyyən etmir və mövcud sübutlar əsasında işə baxılmasını müəyyən edir. Ümumiyyətlə, icra şöbəsinin cavabdeh kimi qoyulması və hərracın keçirilməsində onun cavabdehliyi, habelə hərraca məsul olan təşkilatın cavabdeh kimi qeyd edi lməməsi tələbin hər bir cavabdehə yönələn prosessual əsaslarını belə müəyyən etmir. Beləliklə, daşınmaz əşyaya birgə hüququn mövcudluğu, daşınmaz əşyanın tərəflərin birgə nikah dövründə əldə etdikləri (və ya iddiaçının) gəlirləri hesabına əldə edilməsi, habelə iddiaçının belə hüququnun sair (maddi və prosessual) əsasları müəyyən edilmir. Qeyd ediləndən əlavə diqqətə çatdırılmalıdır ki, hazırkı iddianın əsas hissəsi protokolun və müqavilənin etibarsızlığı olmuşdur ki, bunun əsası da iddiaçı tərəfindən mübahisələndirilməyən Nərimanov Rayon Məhkəməsinin cavabdeh X7 400.000 manat məbləğində borcun tutulmasını müəyyən edən xx.xx.2020-ci il tarixli qətnaməsi olmuşdur. Diqqətə çatdırılmalıdır ki, həracın keçirilməsi məhz həmin borcun tutulmasını və dövlətin adından qəbul edilən (mütləq icra məcbu riliyi qanunla müəyyən edilən) məhkəmə aktının icrasının təmin edilməsinə yönəlmişdir. İddiaçı tərəfindən birgə nikah dövründə əldə edilməsini ərz etdiyi əmlaka hüquqlarının mövcud olması üçün (və ya bu hüquqlarının mövcud olduğu təqdirdə belə) birgə nikah dövründə cavabdehə verilmiş borca dair vəzifələr müəyyən edilmiş olur. Belə olan halda, borcun mövcudluğu qanuni qüvvəyə minmiş qərarla təsdiq edildiyindən və cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, bu borc üzrə iddiaçının cavabdehlə birgə borclu olaraq ondan irəli gələn öhdəliklərin daşıyıcısı olması əsası ilə qeyd edilmiş əmlakın ona aid olması ehtimal etdiyi hissədə mülki hüquqi məsuliyyət daşımalıdır. Lakin qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş borc üzrə iddiaçı öhdəliklərin daşıyıcısı olaraq birgə borclu k imi müəyyən edilmədiyindən, ondan irəli gələrək qərarın icrası zamanı da icra məmurunun ona məlumat verməsi vəzifəsi olmamışdır. İddaçının nümayəndəsinin mövqeyinə görə hərrac təşkilatından (ona qarşı) tələbləri olmamış və tələbin birinci hissəsi icra məmurunun iddiaçını cəlb etməməsindən ibarət olmuşdur. Bu mənada diqqətə çatdırılmalıdır ki, iddiaçı müvafiq prosedurlara riayət etməklə icra məmurunun hərəkətlərini və ya onun qərarlarını mübahisələndirməmişdir. Belə tələblərin və müvafiq prosedur daxilində qanuni qüvvəsini almış məhkəmə qərarının olmaması səlahiyyətləri çərçivəsində hazırkı proses daxilində icra məmurunun hərəkətlərinin (qərarlarını) müzakirəsini (mülki prosessual əsaslar baxımından) yolverilməz edir. Göründüyü kimi, iddiaçının daşınmaz əmlaka birgə hüququ (Azərbaycan Respu blikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payı) müəyyən edilməmişdir. Hətta müəyyən edilmiş olsaydı belə, Mülki Məcəllənin 225.5-ci maddəsinin tələblərinə əsasən ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına (nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmadığı təqdirdə) yönəldilə bilər. İcra haqqında qanunda isə icra məmurunun borclu olmayan ərin (arvadın) məlumatlandırılması və ya onların ümumi mülkiyyətdə olan payının müəyyən edilməsi səlahiyyətləri (vəzifələri) təsbit edilməmişdir.

49. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə qərarlarının icrası məcburiliyi və sui-istifadənin yolverilməzliyi üzrə qanunvericiliyin göstərişləri iddiaçının ilk növbədə hərrac üz rə öz ehtimal edilən hüquqlarına müvafiq cavabdehlərdən kim tərəfindən vəzifələrinin vicdanla yerinə yetirilməməsini və bununla da onun hansı hüquqlarının pozulmasını sübut etməsi zəruridir ki, iddiaçı tərəf ümumiyyətlə öz ehtimal etdiyi hansı hüquqlarının müdafiəsi üçün hər bir cavabdehə yönələn tələbin nədən ibarət olmasını və mahiyyəti üzrə hərracın keçirilməsində onlara münasibətdə qanunvericilik tələblərinə müvafiq pozuntunun baş verdiyini sübut etmədiyindən, habelə mülkiyyətin ümumilik baxımından da hüquqlarını təsbit edən mötəbər sübutlar təqdim etmədiyindən, apellyasiya şikayəti (iddia) əsassızdır və hüquqlardan sui-istifadəyə xidmət edir.

50. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Ailə Məcəlləsinin 32.1, 32.2, 33.3, 33.4-cü maddələrinə, Mülki Məcəllənin 139, 139-1, 14 0, 144, 146, 148, 225, 225.6, 337.4, 337.5, 414-416, 560-cı maddələrinə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51.1, 53.2, 61, 62-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 15, 76.1, 77.1, 80-82, 119, 217.4, 372, 385-390-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun L.Bünnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarlarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

51. Qətnamədən iddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

52. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 157, 225, 337, 339, 340, Ailə Məcəlləsinin 31, 32, 33, 34, “İcra haqqında” Qanunun 45.8, MPM-in 88 və 106-cı maddələrinin tələblərini pozmuşdur. Belə ki, mülki iş üzrə mübahisə predmeti olan ər-arvadın birgə mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsində iddiaçının iradə sərbəstliyi və iradə ifadəsi mövcüd deyildir. Birinci instansiya məhkəməsi bu halları nəzərə almamış və bu hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmənin, mübahisəli əmlakın yalnız cababdehə aid etməsi, birgə mülkiyyətinin qanuni rejimi prezumpsiyası baxımından qanuna uyğun deyildir. Məhkəmə heç bir tutarlı sübut olmadan, cavabdehin ailəsinə yaxın olan şahidin ifadəsinə əsaslanaraq, mübahis əli əmlakın cavabdehin atası tərəfindən alınması qənaətinə gəlmişdir. Məhkəmə bu hüquq normalarının tətbiqində səhv buraxmışdır. Məhkəmə hər iki şahidin ifadələrinə qiymət verərək, ziddiyyətli və şübhəli məqamlara, sübutlara obyektivlik, qərəzsizlik baxımından düzgün və müqayisəli qiymət verməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

53. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

54. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

55. Maddə 225.3. Daş-qaş və digər zinət şeyləri istisna ol maqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır.

56. Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.

57. Maddə 225.5. Ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bi lər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın.

58. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

59. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

60. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

61. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

62. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.

63. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.

64. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə:

65. Maddə 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.)

66. Maddə 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

67. Maddə 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdi n iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər.

68. Maddə 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər.

69. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca m ülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

70. Maddə

35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.

71. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.

72. Maddə 36.2. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu i lə notariat qaydasında təsdiq edilə bilər.

73. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

74. Maddə 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər.

75. Maddə 36.5. Məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər.

76. Maddə 36.6. Yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir.

77. Maddə 36.8. Ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir.

78. Maddə 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur.

79. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

80. Maddə 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səb əbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.

81. Maddə 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu.

82. Maddə 61.2. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər.

83. Maddə 62.1. İcra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

84. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

85. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

86. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

87. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

88. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

89. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq edilməsini yoxlayır.

90. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

91. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

92. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

93. Kassasiya instansiyası məhkəməsi işin faktiki hal larını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

94. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

95. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tət biq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

96. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlillər i apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. İddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.

97. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassa siya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının kassasiya şikayəti ilə eyni məzmunda olan apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırma aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də həmin dəlilləri təkrar araşdırmağa lüzum olmadığından, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.

98. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hall arına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

99. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydı n görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

100. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

101. İşin f aktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

102. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

103. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

104. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddə lərini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2628/23 nömrəli, 15 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar