Məhkəmə qərarları › İş №2(102)-3596/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3596/2025

13.01.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3596/2025 13.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı; müstəqil tələb irəli sürən şəxs X1 cavabdeh İddiaçı qarşı iddia tələblərinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər:hüquqdan sui-istifadə; digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-85/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. 1998-ci ildə İddiaçı mülkiyyətinə Qəbələ rayonunun Vəndam qəsəbəsində 0.15 ha torpaq sahəsi verilmişdir; 3. 2013-cü ildə iddiaçı həmin torpaq sahəsindən 0.05 ha hissəsini 7500 manata Cavabdeh satmışdır;

4. Bundan sonra, elə həmin il, iddiaçı və cavabdeh müvafiq olaraq 0.10 və 0.05 ha torpaq sahələri üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində rəsmiləşdirmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan 0,10 ha həyətyanı torpaq sahəsinin ərazisində inşa edilm iş qanunsuz tikililərin cavabdehin hesabına sökülərək torpaq sahəsinin geri qaytarılması və torpaq sahəsinin qanunsuz istifadə olunduğu 13 il müddətində mülkiyyətindən məhrum edilməsi nəticəsində ona vurulan 46.800 manat məbləğində maddi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2015-ci ildə cavabdeh torpaq sahəsinin iddiaçıya aid 0.03 ha hissəsində fərdi yaşayış evi tikmişdir. Dəfələrlə cavabdehə həmin torpaq sahəsindən çıxması barədə xəbərdarlıq etmiş, lakin cavabdeh çıxmayacağını bildirmişdir. O həmin torpaq sahəsində abadlıq işləri aparmaq istəmiş, lakin cavabdeh buna mane olmuş və onun mülkiyyətində olan torpaq sahəsindən mülkiyyətçi olduğu halda istifadə etməyə, yaşamağa və ya digər hərəkətlər etməyə qərəzli olara q icazə verməmişdir. Cavabdeh tikdiyi evi gündəlik kirayə verərək oradan aylıq 300-500 manat gəlir götürür. Cavabdehin kirayə verməklə aylıq gəliri aylıq təxmini 300-500 manat olur. Beləliklə cavabdehin 13 il qanunsuz istifadəsi ildə 3600 manat olmaqla cəmi 46800 min manat maddi ziyan vurmuşdur.

7. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, o, 2013-cü ildə 0.05 ha torpaq sahəsini iddiaçıdan aldıqdan sonra, iddiaçı həmin torpaq sahəsinə bitişik sahədən 2-ci dəfə ona 0.03 ha torpaq sahəsini də qeyri-rəsmi olaraq satmışdır. Torpaq sahəsinin, yəni 0.015 ha hissənin pulunu nağd şəkildə ödəsə də, rəsmiləşmə işini gecikdirmişdir. Dəfələrlə sahənin onun adına rəsmiləşdirməsini xahiş etsə də, şübhə doğurmayan tərzdə boyun qaçırmışdır. Cavabdeh 0.05 + 0.015 ha, cəmi 0.065 ha sahəni aldıqdan son ra, yəni 2013cu il tarixdə ev tikməzdən əvvəl sahənin ətrafına hasar çəkmişdir. İddiaçı ilə öz arasında olan sərhəd torpağına hasar çəkərkən özü şəxsən iştirak etmiş, ipin bir ucundan özü tutub və işarə qoyulmuşdur. Hətta həmin vaxt onun öz aralarında hasar çəkmək üçün bünövrə quyusunu hasar boyu 20 santimetr iddiaçı öz tərəfinə çəkərək cavabdehə bildirmişdir ki, hasarı çəkmək üçün heç bir yardım edə bilmir. Ona görə də hasar boyu cavabdehə 20 sm güzəştə gedir. Cavabdeh öz hesabına hasar çəkdirmiş, sonra isə evi tikdirmişdir. 20132015-ci illərdə hasarı, 2017-ci ildə isə evi tikdirmişdir. Onun həyəti 0.067 ha torpaq sahəsindən ibarətdir. İddiaçı qərəzli olaraq ondan pul almaq istəyir. Ona görə də tikintinin sökülməsi tələbi ilə müraciət etmişdir. Ancaq onun canlı şahidləri vardır.

8. Müst əqil tələb irəli sürən üçüncü şəxs X2 məhkəməyə müraciət edərək, 57.000 manat pulun və ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia belə əsaslandırılmışdır ki, o, cavabdehin arvadıdır. Birgə nikah dövründə əldə etdikləri vəsait hesabına sözügedən torpaq sahəsini almışlar. Belə ki, əvvəl 0.05 ha, daha sonra isə 0.013 ha torpaq sahəsinin dəyərini ödəməklə satın almışdırlar. Sonradan alınmış torpaq sahəsinə görə 2000 manat pul ödəmişlər. İddiaçı pul vəsaitini onlardan aldığından, müqavilə bağlamaq üçün tələb olunan pulu ödəməyə hələlik imkanları olmadığından, eyni zamanda qonşu olduqlarından rəsmiləşdirmə qalmışdır. Sonradan iddiaçının özünün iştirakı ilə hazırda həyətləri arasında olan mişar daşından hasarın çək ilməsini həyata keçirmişlər. Hasarın xərci tamamilə onlar tərəfindən həyata keçirildiyi üçün İddiaçı təyin etdiyi sərhədi 20 santimetr də əlavə olaraq öz həyətinə doğru çəkərək hasarın çəkilməsinə göstəriş vermişdir. Həmçinin göstərilən sərhədlər daxilində onlar öz ailələri üçün fərdi yaşayış evi tikmiş, onu tam təmirli hala gətirmişdirlər. Hazırkı müddətədək aralarında heç bir mübahisə olmadan torpaq sahəsindən istifadə etmişdirlər. Hazırda iddiaçı məlum iddia tələbi ilə məhkəməyə müraciət etsə də, o tərəf olaraq göstərilməmişdir. İddiaçı məhkəmədə həmin torpaq sahəsini özü ölçüb verdiyini, torpaq sahəsi üçün ondan 2000 manat məbləğində pul aldığını, həmin torpaq sahəsində fərdi yaşayış evi tikilməsindən xəbərdar olduğunu göstərmişdir. Əgər doğrudan da iddiaçının həmin torpaqda onların fə rdi yaşayış evi tikməyinə etirazı olardısa, onlar həmin vaxt tikinti işlərini dayandırardılar. 2017ci ildə həmin torpaq sahəsində fərdi yaşayış evi tikib orada yaşamağa başlamışar. Hazırda İddiaçı onun torpaq sahəsinə düşən hissədə tikilmiş tikilinin sökülməsini tələb edir. Bu isə tikdikləri evin bir hissəsidir. Evin bir hissəsinin sökülməsi onun tam yararsız hala düşməsi ilə nəticələnmiş olacaqdır ki, bununla da iddiaçı onun əmlakına zərər vurulmasına gətirib çıxaran hərəkətlər törətmiş olur.

10. İddiaçı məhkəmə iclasında iddia tələbinə uyğun izahat verməklə bərabər, onu da bildirmişdir ki, cavabdehə əvvəlcə 0.5 ha, sonradan isə 2000 manat müqabilində 0.015 ha torpaq sahəsini satmış, lakin rəsmiləşmə olmamış, həmçinin satılan torpaqlardan əlavə cavabdehə qonşu divarın - hasarın tikintisi üçün 20 sm enində torpaq sahəsi də güzəştə gedmişdir.

11. DƏDRX PHŞ 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-342/2-2948/2023 nömrəli mütəxəssis rəyində qeyd olunmuşdur ki, iddiaçıya məxsus 0,10 ha həyətyanı torpaq sahəsinin 0,0165 ha hissəsi (1;2;3;4;5;6;7 rəqəmləri ilə işarələnmiş döngə nöqtələrini əhatə edən ərazi) cavabdehin istifadəsindədir. Həmin ərazidə (qeyd olunmuş 1;2;3;4;5 rəqəmləri ilə işarələnmiş döngə nöqtələrini birləşdirən xətt boyunca) daş hasar tikilmiş, dəmir qapı qoyulmuşdur. Cavabdehə məxsus olan fərdi yaşayış evinin bir hissəsi həmin torpaq sahəsinin üzərində tikilmişdir. 12. “Məhkəmə Ekspertizası Mərkəzi” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-1616/2-10/6076 nömrəli ekspert rəyinin nəticə hissəsi də yuxarıda qeyd olunan mütəxəs sis rəyi ilə eynilik təşkil etmişdir.

13. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)-13/2024 nömrəli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, ona məxsus olan 0,10 ha həyətyanı torpaq sahəsində DƏDRX PHŞ 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-42/2- 2948/2023 saylı mütəxəssis rəyinə əlavə edilmiş 5 nömrəli planda qeyd olunmuş 1;2;3;4;5 rəqəmləri ilə işarələnmiş döngə nöqtələrini birləşdirən xətt boyunca tikilmiş daş hasarın cavabdehin öz hesabına sökülməsi, 1;2;3;4;5;6;7 rəqəmləri ilə işarələnmiş döngə nöqtələrini əhatə edən 0,0165 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin altında qalmayan hissəsinin cavabdehdən alınıb iddiaçının özünə verilməsi, digər iddia tələbinin təmin edilməməsi qət edilmiş, məhkəmə xərcləri bölüşdürülmüşdür (hakim: Ülvi Qənbərov).

14. Məhkəmə qeyd etmişdir ki, iddiaçı mülkiyyətində olan 0,15 ha həyətyanı torpaq sahəsindən 0,05 ha torpaq sahəsini yerdə sərhədləri müəyyən edilmədən cavabdehə satmış və eyni zamanda əldə edənin mübahisəli 0,0165 ha torpaq sahəsi üzərində tikinti aparmasına indiyədək heç bir etiraz bildirməyərək icazə verdiyinə dair iradəsini ifadə etmişdir. Cavabdeh 0,10 ha həyətyanı torpaq sahəsinin tikdiyi fərdi yaşayış evinin altında qalan hissəsindən AR Mülki Məcəlləsinin 157.8, 240.1 və 243.1-ci maddələrinə nəzərdə tutulan əsaslarla istifadə hüququ əldə etmişdir. Onun tərəfindən inşa edilən daş hasar mülkiyyətdə olan torpaq sahələrinin ərazi sərhədlərinin heç bir əsas olmadan faktiki surətdə dəyişməsinə səbəb olduğundan qanunsuz olmuşdur.

15. Məhkəmə müəy yən etmişdir ki, 0,15 ha həyətyanı torpaq sahəsindən 0,05 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqaviləsi özgəninkiləşdirilən torpaq sahəsinin yerdə sərhədləri (naturada) müəyyən edilmədən və səlahiyyətli orqan tərəfindən təsdiq edilmiş yerquruluşu planı əlavə edilmədən notarial qaydada təsdiq olunmuş və əldə olunan hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı da eyni qaydada aparılmışdır.

16. Məhkəmə qeyd etmişdir ki, iddiaçı 0,15 ha həyətyanı torpaq sahəsinin ərazisindən 33,80mx14,70m ölçülərdə cavabdehə satıldığına dair dəlillərini təsdiq edən heç bir sübut təqdim edə bilməmişdir. İddiaçı özgəninkiləşdirilən torpaq sahəsinin ərazi sərhədlərini 2022-ci ildə DƏDKR PHŞ 8 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək bilmişdir. Müqavilə bağlandıqdan sonra 0,10 ha həyətyanı torpaq sahəsinin 0,0165 ha hissəsi faktiki olaraq Cavabdeh sahibliyində qalmış və üzərində fərdi yaşayış evi tikilərək fasiləsiz və etirazsız olaraq istifadə olunmuşdur.

17. Məhkəmə hesab etmişdir ki, İddiaçı mülkiyyətində olan 0,15 ha həyətyanı torpaq sahəsindən 0,05 ha torpaq sahəsini yerdə sərhədləri müəyyən edilmədən Cavabdeh satmış və eyni zamanda əldə edənin mübahisəli 0,0165 ha torpaq sahəsi üzərində tikinti aparmasına indiyədək heç bir etiraz bildirməyərək icazə verdiyinə dair iradəsini ifadə etmişdir.

18. Beləliklə, Cavabdeh 0,10 ha həyətyanı torpaq sahəsinin tikdiyi fərdi yaşayış evinin altında qalan hissəsindən AR Mülki Məcəlləsinin 157.8, 240.1 və 243.1-ci maddələrinə nəzərdə tutulan əsaslarla istifadə hüququ əldə etmişdir. Cavabde h tərəfindən inşa edilən daş hasar mülkiyyətdə olan torpaq sahələrinin ərazi sərhədlərinin heç bir əsas olmadan faktiki surətdə dəyişməsinə səbəb olduğundan qanunsuz olmuşdur. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs birgə qaydada apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddaçının tələbinin təmin edilən hissəsində ləğv edilərək həmin hissədə iddia tələbinin rədd edilməsini, üçüncü şəxsin iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayətinin ilkin dəlilinə görə, iddiaçı 0.15 ha torpaq sahəsi üçün cavabdehdən 2000 manat məbləğində pul almasını məhkəmə iclasında təsdiqləmiş, bu aparılan fasiləsiz audio-video yazı vasitəsilə qeydə alınmışdır. L akin işə baxan birinci instansiya məhkəməsi işin bu halına düzgün hüquqi qiymət verməmişdir.

21. Şikayətin digər dəlilinə görə, iddiaçının məlum torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə etiraz etməməsi əsası ilə evin sökülməsinə dair hissədə iddia tələbinin təmin edilmədiyi halda, eyni razılıqla tikilmiş hasarın sökülməsinə dair gəlinən nəticə haqlı olmamışdır. Apellyatorlar hesab etmişdir ki, bu qənaətə gələn məhkəmə Mülki Məcəllənin 157.7-ci maddəsinin tələbini pozmuşdur. Halbuki, hasar iddiaçının razılığı ilə inşa olunmuş, sözügedən torpaq sahəsi iddiaçının razılığı ilə cavabdehin qanuni sahibliyinə və istifadəsinə verilmişdir. Odur ki, iddiaçı cavabdehə vurduğu ziyanı ödəməlidir.

22. Apellyasiya icraatı zamanı alınmış xx.xx.2024-cü il tarixli, 3-21-3-42/2-6967/2024 nömrəli müt əxəssis rəyində qeyd olunmuşdur ki, iddiaçı mülkiyyətinə verilmiş 0,10 hektar torpaq sahəsinin 0,0165 ha hissəsi cavabdehin istifadəsindədir. Mübahisəli torpaq sahəsinin cavabdehin istifadəsində olan 0,0165 hektar hissəsində, onun tərəfindən inşa edilmiş yaşayış evinin 44,0 kv.m hissəsi və 33,7 metr uzunluqda mişar daşı ilə inşa edilmiş hasar yerləşir. Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin 44,0 kv.m hissəsi, 33,7 metr uzunluqda hasar iddiaçının mülkiyyətinə aid torpaq sahəsində yerləşir. İddiaçının xüsusi mülkiyyətində olan 0,1 hektar torpaq sahəsinin 0,0835 hektar hissəsi özünün istifadəsindədir. 0,0165 hektar hissəsi cavabdehin istifadəsindədir. Qalan 0.0053 hektar torpaq sahəsi Vəndam bələdiyyəsinin mülkiyyətinə aiddir. Yəni iddiaçının istifadəsində olan 0,0888 hektar torpaq sahəsinin 0,0835 hissəsi öz mülkiyyəti ilə qalan 0,0053 hektar hissəsi Vəndam bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsi ilə üstüstə düşür. 23. “Məhkəmə Ekspertizası Mərkəzinin” xx.xx.2025-ci il tarixli, 10/963 nömrəli ekspert rəyinin nəticə hissəsi yuxarıda qeyd olunan mütəxəssis rəyi ilə eynilik təşkil etmişdir.

24. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(107)85/2025 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni “iddiaçıya məxsus 0,10 ha həyətyanı torpaq sahəsinin DƏDRX PHŞ 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 321-3-42/2- 2948/2023 nömrəli mütəxəssis rəyinə əlavə edilmiş 5 nömrəli planda qeyd olunmuş 1;2;3;4;5 rəqəmləri ilə işarə lənmiş döngə nöqtələrini birləşdirən xətt boyunca tikilmiş daş hasarın cavabdehin öz hesabına sökülməsi və 1;2;3;4;5;6;7 rəqəmləri ilə işarələnmiş döngə nöqtələrini əhatə edən 0,0165 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin altında qalmayan hissəsinin cavabdehdən alınıb onun özünə verilməsi və cavabdehdən 50 manat ekspertiza xərcinin tutulub dövlət büdcəsinə keçirilməsi” hissəsində ləğv edilməsi və ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilərək iddia tələbinin həmin hissədə təmin edilməməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmiş, məhkəmə xərcləri bölüşdürülmüşdür (hakimlər Əyyub Kərimov - sədrlik edən və məruzəçi, Zamin Tahirov və Zülfüqar Sadiqov).

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı mübahisə torpaq sahəsinin zəbti ilə bağlıdır. İddiaçı və cavabdehin hüquqmüəyyənedici sənədlər əsasında əldə etdikləri torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və onların reyestr qeydlərinə etiraz edilməmiş və həmin qeydlər qüvvədədir.

26. Belə olduğu halda, hər hansı əmlakın, o cümlədən torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən alınması tələblərinə baxılarkən aşağıdakı halların mövcudluğu araşdırmalıdır: a) əmlakın iddiaçıya mülkiyyət və ya başqa əşya hüququ ilə məxsus olması; b) əmlakın cavabdehin faktiki sahibliyində və istifadəsində olması (cavabdeh həmin əmlakı qaytarmaqdan imtina etməli); c) cavabdehin sahibliyinin (istifadəsinin) qanunsuz olması.

27. Kollegiya bildirmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətində olarsa və həmin sahədən cavabdehin istifa dəsinin qanunsuz olduğu müəyyən edildiyi halda iddia əsaslı hesab edilə və təmin edilə bilər. Yəni, iddianın təmin edilməsi şərtlərindən biri ondan ibarətdir ki, iddiaçının iddia etdiyi sahənin məhz cavabdehin sahibliyində olan ərazidə yerləşdiyi sübut edilməlidir.

28. Odur ki, iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilibedilməməsini müəyyən etmək üçün müvafiq ekspertizalar keçirilmişdir. Həmin rəylər hüquqi qiymət verilərək sübut növü kimi qiymətləndirilməlidir. Məhkəmə ekspert rəyləri əsasında qeyd etmişdir ki, iddiaçının mülkiyyətinə verilmiş 0,10 hektar torpaq sahəsinin 0,0165 ha hissəsi cavabdehin istifadəsindədir. Eyni zamanda, mübahisəli torpaq sahəsinin cavabdehin istifadəsində olan 0,0165 hektar hissəsində, sonuncu tərəfindən inşa edilmiş yaşayış evinin 44,0 kv.m hissəsi və 33,7 metr uzunluqda mişar daşı ilə inşa edilmiş hasar yerləşir.

29. Qeyd edilmişdir ki, 0.10 və 0.5 ha torpaq sahələri üzərində tərəflər mülkiyyət hüquqlarını rəsmiləşdirdikdən sonra iddiaçı ilə cavabdeh yenidən iddiaçıya məxsus 0.015 ha torpaq sahəsinin cavabdehə 2000 manata satılması ilə bağlı şifahi razılığa gəlmişlər. Həmin tarixdən də 0.015 ha torpaq sahəsi istifadə üçün cavabdehə təhvil vermişdir. Sonuncu isə həmin sahədə ev və digər tikililər tikməyə başlamışdır. Bundan başqa, İddiaçı tərəflərin torpaq sahələri arasında tikiləcək hasarın tikintisi üçün cavabdehə əlavə olaraq 20 sm enində torpaq sahəsi vermişdir və razılaşmada belə olmuşdur ki, hasarı cavabdeh öz hesabına tikəcək. İş üzrə alınmış rəylərdən görünür ki, qeyd edilən divar cavabdeh tərəfindən inşa edil mişdir. Lakin, İddiaçı notariat orqanına getməməsi səbəbindən 0.015 ha torpaq sahəsinin alğı-satqısı rəsmiləşməmişdir.

30. İşin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş bu halları tərəflərin həm birinci instansiyada,həm də apellyasiya məhkəməsində verdikləri izahatlarla tam olaraq öz təsdiqini tapmışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclasının audio-video yazısından görünür ki, İddiaçı həmin tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh əvvəlcə 5 sot torpaq satdığını, daha sonra isə 2000 manata əlavə olaraq 1.5 sotda torpaq satdığını bildirmişdir (audio-video yazı 8:10 dəq.). xx.xx.2023-cü il tarixli məhkəmə iclasında İddiaçı daha sonra bildirmişdir ki, əlavə olaraq satdığı torpaq sahəsini cavabdehin adına rəsmiləşdirməmişdir. Əl avə olaraq satılan 1.5 sot torpağın dəyəri olan 2000 manatın bir qismini 2019-cu ilədək pul şəklində qalan 650 manatını isə taxta materialı olaraq almışdır (audio-video yazı 14:50 dəq.). xx.xx.2023cü il tarixli məhkəmə iclasında İddiaçı daha sonra bildirmişdir ki, satılan torpaqlardan əlavə cavabdehə qonşu divarı (hasarı) tikintisi üçün 20 sm enində torpaq sahəsi də vermişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının vəkili də olmuşdur. Yəni, iddiaçı yuxarıda qeyd edilən izahatı verərəkən məhkəmə iclasında vəkillə təmsil edilmişdir.

31. Göründüyü kimi, İddiaçı özü etiraf etmişdir ki, o, cavabdehə iki dəfə, birinci dəfə rəsmi qaydada beş sot, daha sonra qeyri-rəsmi qaydada bir sot yarım torpaq sahəsi satmış və hər ikisinin pulunu tam olaraq almışdır.

32. Bundan başqa, İddiaçı eyni zamanda etiraf etmişdir ki, o, cavabdehə qonşu divarı (hasarı) tikintisi üçün 20 sm enində torpaq sahəsi vermişdir.

33. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hal-hazırda istifadə etdiyi və mülkiyyət hüququ ilə iddiaçıya məxsus torpaq sahəsi cavabdeh tərəfindən qanunsuz (yəni, zəbt edilməmiş) əldə edilməmiş, faktiki olaraq iddiaçı tərəfindən könüllü olaraq (qeyri-rəsmi qaydada) ona verilmişdir.

34. Kollegiya daha sonra mübahisəli torpaq sahəsində olan tikililərlə bağlı qeyd etmişdir ki, torpaq sahələri qonşuluqda yerləşir. İddiaçı kollegiyanın iclasında verdiyi izahatdan müəyyən edilmişdir ki, o, cavabdehin tikinti aparmasından məlumatlı olmuşdur. Belə ki, iddiaçı Bakı şəhərində işlədiyini, ailəsinin isə rayonda cavabdehlə qonşuluqda yaşadığını bildirmişdir.

35. Beləliklə məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı Cavabdeh qeyd edilən ərazidə aparılan tikintilərdən məlumatı olmuş lakin, buna heç bir etiraz bildirməmiş və faktiki olaraq bəyənmişdir.

36. Kollegiya bir məqamı da qeyd etmişdir ki, ekspert rəyləri ilə mübahisəli torpaq sahəsinin cavabdehin istifadəsində olan 0,0165 hektar hissəsində, sonuncu tərəfindən inşa edilmiş yaşayış evinin 44,0 kv.m hissəsinin və 33,7 metr uzunluqda mişar daşı ilə inşa edilmiş hasarın yerləşməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi isə, cavabdehin 0,0165 ha torpaq sahəsinin üzərində yerləşən lakin, fərdi yaşayış evinin altında qalmayan hissəsindən çıxarılması nəticəyə gəlmişdir. Yəni, məhkəmə faktiki olaraq cavabdehə mülkiyyət hüququ ilə məxsus olan torpağın bir hissəsini alıb iddiaçıya vermi şdir. Belə ki, ekspert rəylərinə əsasən cavabdehin istifadəsində olan 0,0165 hektar hissəsində sonuncu tərəfindən inşa edilmiş yaşayış evinin 44,0 kv.m hissəsi düşür. Həmin hissə iddiaçıya qatarılmalı olan torpaqdan çıxılanda isə gərək cavabdehə mülkiyyət hüququ ilə məxsus olan eyni ölçüdə torpaq sahəsi iddiaçıya verilmiş olsun.

37. Bundan başqa, İddiaçı 0.05 ha, sonradan qeyri-rəsmi satılan 0.015 ha və divar tikintisi üçün könüllü verilmiş 20 sm enində torpaq sahələrindən əlavə cavabdehin ona məxsus başqa torpaq sahəsini də zəbt etdiyini, bu səbəbdən də o cavabdehə qarşı məhkəmədə iddia qaldırdığını bildirsə də bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Yəni, İddiaçı cavabdehə rəsmi və qeyri-rəsmi satdığı (6.5 sot) və tikinti üçün könüllü verdiyi 20 sm enində torpaq sahələri ndən əlavə ərazinin zəbt edilməsilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir.

38. Əksinə, iş üzrə keçirilmiş ekspertiza rəylərindən müəyyən edilir ki, Cavabdeh iddiaçıya məxsus ancaq 0,0165 hektar hissəsindən istifadə edir. Hansı ki, həmin sahədə qeyri-rəsmi olaraq iddiaçı tərəfindən cavabdehə satılmış və divar (hasar) tikilməsi üçün cavabdehə (20 sm enində) könüllü (qonşu divarının cavabdeh tərəfindən tikilməsi şərtilə) verilmişdir.

39. Kollegiya eyni zamanda qeyd etmişdir ki, müvafiq ekspert rəyləri ilə, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0.0053 ha hissəsinin Vəndam bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Həmin ərazinin isə hazırkı iş üzrə cavabdehə heç bir aidiyyəti olmamışdır.

40. Kollegiya bir məqamı da əlav ə etmişdir ki, hətta iddiaçının ona məxsus olduğunu hesab etdiyi əlavə torpaq sahəsi varsa da həmin ərazinin cavabdeh tərəfindən zəbt edilməsi sübuta yetmir. Belə olan halda, yalnız iddiaçı tərəfin bildirdikləri əsasında onun qeyd etdiklərini əsaslı hesab etmək mümkün deyil.

41. Kollegiya qeyd etmişdir ki, mütəxəssis rəyinə əlavə edilmiş sxemdəndən görünür ki, cavabdehin istifadəsində olan ümümilikdə 0,0165 hektar torpaq sahəsinin tikinti altında qalan sahədən başqa digər hissəsini ən azı qonşu hasar (divar) sökülmədən iddiaçıya qaytarmaq mümkün deyildir. Hasarın (divarın) və digər tikililərin tikilməsinə isə iddiaçı vaxtılə dözümlülük göstərmiş, hətta hasarın tikintisinə özü icazə vermiş və qalan hissəni də qeyri-rəsmi də olsa satmışdır.

42. Qeyd edilənlərə əsasən cavabdeh tərəfin apardığ ı tikintilərə çəkdikləri xərclər ödənilmədən, iddiaçının yalnız özünün mülkiyyət hüququna istinadən tikililərin sökülməsini tələb etməsi dürüstlük qaydasına uyğun deyildir.

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının təmin edilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayət həmin hissədə təmin edilə bilməz. Belə ki, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası o halda təmin edilə bilərdi ki, iddiaçının iddiası təmin edilmiş olsun və tikilinin sökülməsi qərara alınsın. Hazırkı halda isə, iddia təmin edilməmiş və heç bir tikili sökülməsi qərarlaşdırılmamışdır. Belə olan halda isə, kompensasiya ödənilə bilməz.

44. Məhkəmə kollegiyası mövqeyini Konstitusiyanın 13, 29, 60-cı, Mülki Məcəllənin 5.3, 16.1, 139.1, 152.1, 152.2, 157.1, 157.2, 157.4, 157.5, 157.6, 157.7, 157.8, 180.1, 180.4, 238.1, 239.2, 240.1, 241.1, 241.3, 243.1, 560.1, 560.2, 560.3.4-cü, Torpaq Məcəlləsinin 49.1, 49.2, 55, 66.1, 66.2, 82, 84.1, 111.1, 111.2, 111.3-cü, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 97.1, 101.3, 103.1, 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

45. İddiaçı (vəkil: Vəkil4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

46. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, işə baxan məhkəmə kollegiyası MPMin 14.2-ci maddəsinin tələblərini pozaraq, iddiaçının təqdim etdiyi sübutları araşdırmamış, yalnız qarşı tərəfin təqdim etdiyi sübutlarla kifayətlənərək qətnamə qəbul etmişdir.

47. Belə ki, məhkəmə iclaslarında cavabdeh MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq öz tələbinin əsasını təsdiq edəcək heç bir sübut təqdim etməmiş, iddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları kifayət qədər sübut etsə də, məhkəmə bunları görməzdən gələrək əsassız qətnamə qəbul etmişdir.

48. Kassator bildirmişdir ki, apellyasiya məhkəməsi MPM-in 88-ci maddəsinin tələblərini pozaraq ümumiyyətlə işin mahiyyətini araşdırmamış, sadəcə Konstitusiyanın tələblərini əsas götürərək, cavabdehin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ olduğunu, dövlətin hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verdiyini, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verildiyini əsas gətirərək iddiaçı tərəfindən verilən sübutları isə ümumilikdə nəzərə almadan sözü gedən qətnaməni çıxarmağa nail olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

49. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

50. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

51. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsi nə yol verilmir.

52. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

53. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

54. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

55. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

56. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

57. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutla rı araşdırmalı və onlardan istifadə etməlidir.

59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

60. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

61. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli s ürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

63. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

64. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhk əməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

66. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddianın tələbinin təmin olunması üçün əsaslar mövcud deyil. Belə ki, İddiaçı özü etiraf etmişdir ki, o, cavabdehə iki dəfə, birinci dəfə rəsm i qaydada beş sot, daha sonra qeyri-rəsmi qaydada bir sot yarım torpaq sahəsi satmış və hər ikisinin pulunu tam olaraq almışdır. Bundan başqa, İddiaçı eyni zamanda etiraf etmişdir ki, o, cavabdehə qonşu divarı (hasarı) tikintisi üçün 20 sm enində torpaq sahəsi vermişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hal-hazırda istifadə etdiyi və mülkiyyət hüququ ilə iddiaçıya məxsus torpaq sahəsi cavabdeh tərəfindən qanunsuz (yəni, zəbt edilməmiş) əldə edilməmiş, faktiki olaraq iddiaçı tərəfindən könüllü olaraq (qeyri-rəsmi qaydada) ona verilmişdir. Kollegiya daha sonra mübahisəli torpaq sahəsində olan tikililərlə bağlı qeyd etmişdir ki, torpaq sahələri qonşuluqda yerləşir. İddiaçı kollegiyanın iclasında verdiyi izahatdan müəyyən edilmişdir ki, o, cavabdehin tikinti aparmasından məlumatlı olmuşdur. Belə ki, iddiaçı Bakı şəhərində işlədiyini, ailəsinin isə rayonda cavabdehlə qonşuluqda yaşadığını bildirmişdir. Beləliklə məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı Cavabdeh qeyd edilən ərazidə aparılan tikintilərdən məlumatı olmuş lakin, buna heç bir etiraz bildirməmiş və faktiki olaraq bəyənmişdir.

67. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

68. Belə ki, Mülki Məcəllənin 5.3-cü və 152.5-ci maddələrin ə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

69. Həmin Məcəllənin 560.1, 560.2 və 560.3.4-cü maddələrinə görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir.

70. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlill ərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

72. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

73. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-85/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar