Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3598/2021 07.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Cavabdeh1nə, həmin nazirliyin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə və Əlilliyi olan şəxslər üçün Şağan müalicə pansionatına qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa, məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili X13, Ca vabdeh Əlilliyi olan şəxslər üçün Şağan müalicə pansionatınıən vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7996/2020 nömrəli iş üzrə 01 dekabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh Əlilliyi olan şəxslər üçün Şağan müalicə pansionatı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 19 fevral 2014-cü il tarixli əmək müqaviləsi əsasında İddiaçı cavabdeh “Cavabdeh1 yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Əlilliyi olan şəxslər üçün X6 tam ştat “kompüter üzrə operator" işinə qəbul olunmuşdur. X7 baş həkimi tərəfindən verilmiş 24 fevral 2020-ci il tarixli 26 saylı əmrə əsasən əmək fəaliyyəti zamanı yol ver diyi kobud səhvlərə görə Azərbaycan Respublikası Cavabdeh1 yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tabeliyindəki Əlilliyi olan şəxslər üçün X7 inzibati idarəetmə heyətində kompyuter operatoru iştində işləyən İddiaçı 24 fevral 2020-ci il tarixindən tutduğu vəzifədən azad edilmiş və onunla 19 fevral 2014-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Reabilitasiya Xidməti və Əlililiyi olan şəxslər üçün X7 Həmkərlar İttifaqı təşkilatının 19 fevral 2020-ci il tarixli protokoluna əsasən, Reabilitasiya Xidməti və Əlililiyi olan şəxslər üçün X6 kompyuter operatoru vəzifəsində çalışan İddiaçı öhdəsinə düşən vəzifələri yerinə yetrimədiyinə görə, kollektiv ilə kobud rəftarına görə lazımi tədbirlərin görülməsi qərara alınmışdır. Reabilitasiya Xidməti və Əlilil iyi olan şəxslər üçün X7 Həmkərlar İttiafaqı təşkilatının 21 fevral 2020-ci il tarixli protokoluna əsasən, Reabilitasiya Xidməti və Əlililiyi olan şəxslər üçün X6 kompyuter operatoru vəzifəsində çalışan İddiaçı öhdəsinə düşən vəzifələri yerinə yetrimədiyinə görə, əmək funksiyalarının icrasında buraxdığı nöqsanlara görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Azərbaycan Respublikası Cavabdeh1nə, həmin nazirliyin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə və Əlilliyi olan şəxslər üçün Şağan müalicə pansionatına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə X7 baş həkimi tərəfindən verilmiş 24 fevral 2020-ci il tarixli əmrin etibarsız hesab edilməsi, həmin pansionatda kompyuter üzrə operator vəzifəsinə bərpa olunması, 24 fevral 2020-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər məcburi işburaxma müddəti üçün orta aylıq əmək haqqının ödənilməsi, pansionatın baş həkimi tərəfindən vurulmuş mənəvi və maddi ziyana görə 10000 manat məbləğində pulun kompensasiya olaraq cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, X7 yeni baş həkimi onunla işləmək istəmədiyini, öz kadrları ilə işləmək istədiyini bildirərək ona öz ərizəsi ilə işdən azad çıxmasını təklif etmiş, əks halda onu başqa əsasla işdən azad edəcəyini bildirmişdir. Bundan sonra pansionatın baş həkiminin 24 f evral 2020-ci il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən birtərəfli qaydada xitam verilmiş və tutduğu vəzifədən azad edilmişdir. Həmin əmrlə tanış edilməmiş, əmrin surəti ona təqdim edilməmiş, əmr verilərkən onun izahatı alınmamış, əmrin məzmunu Əmək Məcəlləsinin tələblərinə uyğun olmamış, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamış, müəssisə həmkarlar ittifaqı təşkilatının iclası keçirilməmişdir. 24 fevral 2020-ci il tarixində o bütün günü işdə olmuş, tabel cədvəlini imzalamışdır. 25 fevral 2020-ci il tarixdən 6 mart 2020-ci il tarixədək isə əmək qabiliyyəti olmadığına görə bülletendə olmuşdur. Beləliklə, pansionatın rəhbərliyi o, işdə olduğu gün qanunsuz olaraq onu işdən azad etmişdir. Qanunsuz olara q işdən azad olunması iddiaçının maddi və mənəvi zərərə məruz qalmasına səbəb olmuşdur. Cavabdeh1 yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 19 may 2020-ci il tarixdə iddia ərizəsinə yazılı etirazla müraciət edərək, iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yazılı etiraz belə əsaslandırılmışdır ki, İddiaçı əmək fəaliyyətində yol verdiyi kobud səhvlərə, habelə pansionatın rəhbərliyi və əməkdaşları ilə kobud davranışına görə tutduğu vəzifədən azad olunmuş, işdən azad olunması barədə ona məlumat verilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün müəssisə həmkarlar təşkilatının iclası keçirilərək müvafiq razılıq alınmışdır. İddiaçı işdən azad olunması barədə əmrin surətini və əmək kitabçasını almaqdan imtina etmişdir. İddiaçı tər əfindən təqdim olunmuş 18.02.2020-ci il tarixli aktda qeyd edilmişdir ki, Pansionatda 18.02.2020-ci il tarixdə pansionatın inzibati-idarəetmə heyətində kompüter operatoru vəzifəsində çalışan İddiaçı direktor-baş həkimə 3 gün müddətinə yazılı ərizə ilə müraciət edərək icazə istəmişdir. Lakin direktor-baş həkim ona ödənişsiz məzuniyyət götürməyini bildirmişdir. İddiaçı direktor-baş həkimin dediyi sözləri saymayaraq baş həkimin otağına daxil olub subardinasiya qaydaların gözləmədən X11 qarşı hədə-qorxu gələrək təhqir edib, kobud rəftar etmişdir. Bununla kifayətlənməyən İddiaçı direktor-baş həkimin otağından çıxaraq yazdığı ərizəni cırıb “DOST Mərkəzinin” işçisi olan X1 üstünə atmışdır. İddiaçı tərəfindən təqdim olunmuş X3 tərəfindən Reabilitasiya Xidməti və Əlililiyi olan şəxslər üçün X7 baş həkimi Jalə Həsənovaya ünvanlanmış 18.02.2020-ci tarixli ərizədə qeyd olunmuşdur ki, Pansionatın inzibati-idarəetmə heyətində kompüter operatoru vəzifəsində çalışan İddiaçı 18.02.2020-ci il tarixdə saat 13:00-da onun otağından çıxdıqdan sonra onun otağında baş həkim haqqında təhqiramiz sözlər işlədərək onu oradan qovacağını demişdir. Daha sonra əlindəki ərizə kağızını cıraraq onun üzünə atmış və qapını üzünə bərk çırpıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadə verərək bildirmişdir ki, iddiaçı ilə uzun illər bir yerdə işləmişlər. İşdə onu məcbur ediblər ki, iddiaçının əleyhinə olan sənədə imza etsin. Deyiblər ki, əgər imza etməsə onu işdən çıxardacaqlar. Halhazırda o da pansionatda işləmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 göstərmişdir ki, Reabilitas iya Xidməti və Əlililiyi olan şəxslər üçün X6 baş tibb bacısı vəzifəsində çalışır. Bir neçə dəfə iddiaçıya yaxınlaşıb ki, dərmanların adını kompüterə yazsın, ancaq o, imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 göstərmişdir ki, Reabilitasiya Xidməti və Əlililiyi olan şəxslər üçün X6 anbar müdiri vəzifəsində çalışır. Fevral ayının 13də avadanlıqların siyahısını yazmaq üçün Adilə xanıma müraciə etmiş, ancaq Adilə xanım siyahını yazmaqlan imtina etmişdir. İkinci dəfə gedəndə yenə eyni hərəkəti etmiş, demişdir bu onun işi deyil. Niyə belə etdiyini bilmir. Ona xəbərdarlıq edib ki, bu barədə müdiriyyətə məlumat verəcəkdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X4 göstərmişdir ki, Reabilitasiya Xidməti və Əlililiyi olan şəxslər üçün X6 baş mühasib vəzifəsində çalışır. 4 de kabr 2019-cu ildən işləyir. İddiaçıya bir neçə dəfə müraciət etmişdir, ancaq o, onun dediklərini yerinə yetirməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Günay Axundova) 27 avqust 2020-ci il tarixli 2(004)-2679/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən olundu ki, iddiaçı kompüter operatoru işinə uyğun olan vəzifə öhdəliklərini lazımınca yerinə yetirməmiş və bununla da əmək intizamının normal ahəngini pozmuşdur. Həmkarlar İttifaqının qabaqcadan razılığı alındıqdan sonra iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmr kifayət qədər əsaslandırılmışdır. İddiaçının əmrin əsaslandırılmaması, həmkarlar ittifaqının iclasının keçirilməməsi kimi dəlilləri əsassızdır. İddiaçının dəvət etdiyi şahid X5 ifadəsini məhkəmə mötəbər sübut kimi qiymətləndirməyərək qeyd etmişdir ki, həmin şahid özü etiraf edir ki, hal-hazırda onunla da cavabdeh tərəfindən əmək münasibətlərinə xitam verilmişdir və iddiaçı ilə əvvəllər yaxın münasibətdə olmuşdur. İddiaçının digər dəlili isə odur ki, o, tam iş günü işdə olduğu halda və növbəti gün isə xəstəliklə bağlı məzuniyyətdə olduğunu nəzərə almadan onunla əmək münasibətlərinə xitam verilmişdir. Məhkəmə iddiaçının bu dəlilini də əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçı ilə əmək münasibətlərinə onun bütün günü işə gəlməməsi əsası ilə deyil, əmək funksiyalarını yerinə yetirməməsi əsası ilə xitam verilmişdir. Cavabdeh də etiraf edir ki, iddiaçı 24 fevral tarixdə işdə olmuşdur, hətta iş materiall arında olan aktdan da müəyyən olunur ki, həmin gün iddiaçı işəgötürənin otağına çağrılaraq işdən çıxarılması haqqında xəbərdar edilmişdir. İddiaçının 24 fevral tarixindən sonra xəstəliklə bağlı məzuniyyətdə olmasının iş üçün heç bir əhəmiyyəti yoxdur. Çünki, iddiaçı ilə əmək münasibətlərinə 24 fevralda artıq xitam verilmişdir və Əmək Məcəlləsinin 8-ci maddəsinin 2-ci bəndinə əsasən müddətin axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi gündən hesablanır. Yəni 24 fevralda iddiaçı ilə əmək münasibətlərinə xitam verildiyinə görə iddiaçı 25 fevralda artıq işçi deyildi və onun xəstəlik üçün məzuniyyətdə olmasının işəgötürənə heç bir aidiyyəti olmamışdır. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: İlham Kərimli - sədrlik edən və məruzəçi, Akif İsgəndərov, Elşən Kazımov) 01 dekabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Əlilliyi olan şəxslər üçün X7 baş həkimi tərəfindən verilmiş 24 fevral 2020-ci il tarixli 26 saylı əmrin etibarsız hesab edilməsi, iddiaçının Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Əlilliyi olan şəxslər üçün X7 inzibati idarəetmə heyətində kompyuter üzrə operator vəzifəsinə bərpa edilməsi, ona işdən çıx arıldığı 24 fevral 2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqı hesablanmaqla ödənilməsi qət edilmiş, iddia tələbi maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi hissəsində rədd olunmuşdur. Məhkəmə mübahisələndirilən hissədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçının qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci m addəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə aşağıdakı şərtlər daxilində yol verilir: işçi öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməlidir; işçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalıdır; işçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. Məhkəmə qeyd etmişdir ki, əgər göstərilən şərtlərə əhəmiyyət vermədən əmək müqaviləsi ləğv edilərsə, bu zaman əmək müqaviləsinin ləğv edilməsi hüquqauyğun olmayacaqdır və həmin işçi ilə əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi yolverilməzdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin müəyyən etmişdir ki, cavabdeh müəssisə iddiaçının öz əmək funksiyasına daxil olan hansı vəzifələri yerinə yetirmədiyini və əmək müqaviləsi üzrə hansı öhdəlikləri icra etmədiyini əmrdə göstərməmiş, bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdə onun “əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlərə görə” işdən azad olunması qeyd olunmuşdur. Halbuki, işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlər digər intizam tənbehi tədbirinin tətbiqinə də əsas ola bilərdi. Bunda başqa apellyasiya instansiyası məhkə məsi müəyyən etmişdir ki, işəgötürən tərəfindən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimat verilməmiş, X7 Həmkarlar ittifaqı təşkilatının 19 fevral və 21 fevral 2020-ci il tarixli protokollarında da belə bir təqdimata baxılması qeyd olunmamışdır. Müəssisə həmkarlar təşkilatının 143 üzvü olduğu halda, 19 fevral 2020-ci il tarixli protokolda 7 nəfər, 21 fevral 2020-ci il tarixli protokolda isə 8 nəfər şəxsin iclasda iştirakı qeyd olunmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X14 ifadəsində müəssisə həmkarlar təşkilatının iclasının keçirilmədiyini, İddiaçı əleyhinə tərtib olunmuş akta işdən çıxarılmaqdan qorxduğu üçün imza etdiyini göstərmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən şahid qismində dindirilmiş pansionatın həmkarlar ittifaqı komitəsinin sədri X9 isə ifadəsində iddiaçının işdən çıxması ilə bağlı iclasların yanvar və fevral aylarında keçirilməsini, bundan əlavə, İddiaçı baş həkimin üstünə qışqırmaması, ona qarşı nalayiq ifadələr işlətməməsini, yalnız səs tonunu yüksəltdiyini göstərmişdir. Halbuki, cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi iclas protokollarında iclasların fevral ayında keçirilməsi qeyd olunmuş, pansionatın bir qrup əməkdaşının, o cümlədən K.Ağasiyevanın özünün də imza etdiyi 18.02.2020-ci il tarixli aktda İddiaçı baş həkimi təhqir etməsi qeyd olunmuşdur. Bundan əlavə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi üçün həmkarlar ittifaqı təşkilatının ard-arda iki iclasının keçirilməsinin zəruriliyi əsaslandırılmamış, müəssisə həmkarlar təşkilatının 1 9 fevral 2020-ci il tarixli iclasına iddiaçının da dəvət olunması barədə iş materiallarına heç bir sübut əlavə olunmamışdır. İşdən çıxarılmamışdan əvvəl iddiaçının yazılı izahat alınmaması barədə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlili yoxlanılarkən apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçıya intizam tənbehi verilməmişdən əvvəl ondan yazılı izahat alınmamış, onun yazılı izahat verməkdən imtina etməsi barədə birinci instansiya məhkəməsinə heç bir sübut təqdim olunmamışdır. Yalnız apellyasiya icraatı qaydasında işə baxılarkən cavabdeh tərəf iddiaçının həmkarlar ittifaqı təşkilatının iclasında iştirak etməkdən və izahat verməkdən imtina etməsi barədə 21 fevral 2020-ci il tarixli aktın surətini məhkəməyə təqdim etmişdir. Aktdan görünür ki, həmin aktı pansionatı n 4 tibb bacısı və sanitar qadın imzalamış, iddiaçıdan izahat almaq səlahiyyətinə malik olan pansionatın vəzifəli şəxslərindən hər hansı biri aktı imzalamamışdır. Bundan başqa apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən əmrin məzmunundan göründüyü kimi əmrdə müəssisənin hüquqi ünvanı, onu imzalayan işəgötürənin atasının adı göstərilməmiş, habelə əmək müqaviləsinin ləğv edilməsi üçün əsas hesab olunan müəssisə həmkarlar ittifaqı təşkilatının qərarı əmrin məzmununa daxil edilməmiş, bununla da Əmək Məcəllənin 84-cü maddəsinin tələbləri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi həmçinin müəyyən etmişdir ki, mübahisələndirilən əmrin surəti iddiaçıya verilməmiş və ünvanına göndərilməmişdir. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisələndir ilən hissədə iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir Cavabdeh Əlilliyi olan şəxslər üçün Şağan müalicə pansionatı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən əmr kifayət qədər əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində əsassız olaraq iddiaçının həmkarlar ittifaqının iclasına dəvət olunmadığını bildirmişdir. Lakin həmkarlar ittifaqının iclasında əmək müaviləsinə xitam verilməli olan şəxsin də iştirak etməli olduğuna dair əmək qanunvericiliyində hər hansı bir müddəa yoxdur. Məhkəmə işəgötürən tərəfındən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatın verilmədiyi göstərilmişdir. Qeyd etmək lazımdır ki, işəgötürən tərəfindən müəssisənin həmkarlar ittifaqı təşkilatına şifahi formada təqdimat verilmişdir və həmin təqdimata müvafiq olaraq həmkarlar ittifaqı təşkilatının iclası 19 fevralda deyil, 21 fevralda keçirilmişdir. Bu cür prosessual pozuntulara görə işəgötürənin əmrinin ləğv edilməsi tam əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh Əlilliyi olan şəxslər üçün Şağan müalicə pansionatınıən vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzm ununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı və onun vəkili X18 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə
70. Bənd "ç". İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhd əliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə
71. Bənd
2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə
71. Bənd
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasl arın hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə
72. Bənd “e”. Əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi halları işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Maddə
186. Bənd
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən onunla bağlanmış əmək müqaviləsini bu Məcəllənin 70ci maddəsinin “ç” bəndi ilə ləğv etmək kimi inzibati tənbeh verə bilər. Maddə
84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əks halda, əmək müqaviləsinin ləğv olunması ilə bağlı təərəflər arasında fərdi əmək mübahisəsi yaranarsa, digər əlavə araşdırma aparılmadan işə baxan məhkəmə tərəfindən əmrin (sərəncamın, qərarın) etibarsız hesab edilməsi barədə qətnamə (qərar) çıxarıla bilər. Maddə
300. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş burax ma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Baxılan işdə iddia tələbi apellyasiya instansiyası məhkəməsi tərəfindən qismən təmin edilmiş, iddiaçı tələbin rədd edilən hissəsini mübahisələndirməmişdir. Qətnamədən yalnız cavabdeh Əlilliyi o lan şəxslər üçün Şağan müalicə pansionatı kassasiya şikayəti verdiyindən qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə - düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbini qismən təmin edib cavabdehin əmirini etibarsız hesab edərkən təkcə iddiaçının Həmkarlar İttifaqının iclasında iştirak etməməsi əsası ilə deyil, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən digər əsaslarla da iddia tələbini qismən təmin etmişdir. Xüsusi olaraq qeyd edilməlidir ki, İddiaçı etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməməsi ilə işəgötürən üçün hansı mənfi nəticələrin baş verməsi göstərilməmiş, işəgötürən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verərkən həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hisssinin tələblərini diqqətdən qaçırmışdır. İş materiallarına görə isə İddiaçıanın hərəkətləri (hərəkətsizliyi) ilə onun iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulması, mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə cavabdeh tərəf hər hansı sübut təqdim etməmişdir. Təqdimatın şifahi olması ilə məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci bəndinə görə, Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. G öründüyü kimi, təqdimatın yazılı olması Əmək Məcəlləsində bilavasitə təsbit olunmuşdur. İddiaçı ilə əmək müqaviləsinə xitam verilən zaman işəgötürən tərəfindən yol verilmiş pozuntuların əhəmiyyətsiz, işəgötürənin əmrinin ləğvi üçün kifayət olmaması barədə kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin pozuntuların əksəriyyəti Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılması üçün əsasdır. Həmin maddəyə görə əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Əlilliyi olan şəxslər üçün Şağan müalicə pansionatı tərəfindən verilmiş kassasiy a şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7996/2020 nömrəli iş üzrə 01 dekabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.