Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3598/2022 21.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6, Cəlilabad rayon Üçtəpə Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma, çıxarışların plan ölçü sənədlərinin etibarsız hesab edilməsi, qanunsuz tikilinin və hasarın sökülməsi və.s) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6, Cəlilabad rayon Üçtəpə Bələdiyyəsinə qarşı torpaq sahəsindən çıxarılma, çıxarışların plan ölçü sənədlərinin etibarsız h esab edilməsi, qanunsuz tikilinin və hasarın sökülməsi tələblərinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-191/2022 nömrəli, 27.01.202-ci il tarixli qətnaməsindən verilmiş cavabdehin kassasiya şikayətinə 21 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları 1. 29 avqust 2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cəlilabad rayonu Cəfərxanlı Bələdiyyəsinin mülkiyyətindəki (uzunluğu 40 metr, eni 30 metr) 0,12 ha həyətyanı torpaq sahəsi İddiaçı satılmışdır. 2. 30 aprel 2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cəlilabad rayonu Cəfərxanlı Bələdiyyəsinin mülkiyyətindəki (uzunluğu 40 metr, eni 30 metr) 1200 kv.metr (0,12) ha həyətyanı torpaq sahəsi Cavabdeh1 satılmışdır.
3. Daşınm az Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad rayon Ərazi İdarəsi tərəfindən verilmiş 19 sentyabr 2019-cu il tarixli, **********86-10301 reyestr nömrəli çıxarışına əsasən Cəlilabad rayonu Cəfərxanlı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi Cavabdeh1 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır.
4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad rayon Ərazi İdarəsi tərəfindən verilmiş 13 avqust 2019-cu il tarixli, **********86-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportuna əsasən Cəlilabad rayonu Cəfərxanlı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi və tikililərə dair Cavabdeh1 adına tərtib edilmişdir. Həmin texniki pasportun planında qeyd: Btikilisi yarımçıq tövlə bin asıdır, binanın bir hissəsi zəbt sahəsinə düşdüyü üçün hesabata alınmamışdır. 5. 30 aprel 2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cəlilabad rayonu Cəfərxanlı Bələdiyyəsinin mülkiyyətindəki (uzunluğu 40 metr, eni 25 metr) 1000 kv.metr (0,10) ha həyətyanı torpaq sahəsi Cavabdeh2 satılmışdır.
6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad rayon Ərazi İdarəsi tərəfindən verilmiş 22 may 2019-cu il tarixli, **********08 reyestr nömrəli çıxarışına əsasən Cəlilabad rayonu Cəfərxanlı kəndində yerləşən 0,10 ha torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. 7. 12 aprel 2016-cı il tarixli, AZ-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən Cəlilabad rayonu Cəfərxanlı Bələdiyyəsinin mülkiyyətindəki 0,10 ha həyətyanı torpaq sa həsi X1.
8. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad rayon Ərazi İdarəsi tərəfindən verilmiş 13 aprel 2016-cı il tarixli, ******* seriyalı çıxarışa əsasən, Cəlilabad rayonu Cəfərxanlı kəndində yerləşən 0,10 ha torpaq sahəsi X3 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır.
9. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad rayon Ərazi İdarəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədə əsasən Cəlilabad rayonu Cəfərxanlı kəndində yerləşən 0,10 ha torpaq sahəsinə dair X3 adına tərtib edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6 və Cəlilabad rayon Üçtəpə bələdiyyəsinə qarşı cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh2 zəbt edilmiş torpaq sahəl ərindən çıxarılmaları və torpaq sahəsinin üst-üstə düşən hissəsində cavabdehlərin adına olan çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbi üzrə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı 10 avqust 2020-ci il tarixdə məhkəməyə iddia həcminin artırılmasına dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh2 zəbt edilmiş torpaq sahələrindən çıxarılmaları, torpaq sahəsinin üst-üstə düşən hissəsində cavabdehlərin adına olan çıxarışların etibarsız hesab edilməsinə dair qətnamə, qanunsuz əməllərinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşlarının barəsində xüsusi qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
12. İddiaçı 13 oktyabr 2020-ci il tarixdə məhkəməyə iddia həcminin artırılmasına dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh2 zəbt edilmiş torpaq sahələrindən çıxarılmaları, torpaq sahəsinin üst-üstə düşən hissəsində cavabdehlərin adına olan çıxarışların və plan ölçü sənədinin etibarsız hesab edilməsinə dair qətnamə, qanunsuz əməllərinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşlarının barəsində xüsusi qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
13. İddiaçı 16 may 2021-ci il tarixdə məhkəməyə iddia həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh1 tərəfindən qanunsuz inşa edilmiş 40 metr uzunluğunda hasarın, 52 kv.metr ölçüdə tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cəlilabad rayonu Cəfərxanlı bələdiyyəsinin 29 avqust 2005-ci il tarixli, 0 8 saylı qərarı ilə Cəfərxanlı bələdiyyəsinin perspektiv inkişafı üçün ayrılmış torpaqlardan 0,12 hekatar həyətyanı torpaq sahəsi ayrılaraq ona verilmişdir. Həmin torpaq sahəsinin ona ayrılması barədə bələdiyyə tərəfindən onun adına torpağın mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsi, həmin torpağın alqı-satqısına dair akt, təhkim aktı və sxemi tərtib olunmuşdur. Sonradan ona məlum olmuşdur ki, bələdiyyənin ona satdığı torpaq sahəsinin bir hissəsi, yəni 135 kv.metri qonşusu Cavabdeh1 satılmış torpaq sahəsi ilə, digər hissəsi, yəni 22 kv.metri isə Cavabdeh2 satılmış torpaq sahəsi ilə üst-üstə düşür. Üst-üstə düşən hər iki torpaq sahələri cavabdehlər tərəfindən hasarlanmışdır. O, bundan sonra cavabdehləri zəbt etdikləri torpağın qaytarılması barədə xəbərdar etməsinə baxmayaraq cavabd ehlər ona heç bir əhəmiyyət verməyərək qanunsuz əməllərini davam etdirmişlər.
15. Məhkəmə iclasında Cavabdeh1 və nümayəndəsi iddianı etiraf etməyərək bildirmişdir ki, sözügedən mübahisəli torpaq sahəsi Cəlilabad rayonu Cəfərxanlı Bələdiyyəsinin qərarı əsasında onlara satılmış və torpaq sahəsinin dəyərini nəğd şəkildə ödəmişlər. Daha sonra həmin torpaq sahələri onların mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Onlar heç kimin torpağını zəbt etməmişlər. Cavabdeh2 torpaq sahəsinə yol olmadığı üçün Vüsal öz həyətinin torpaq sahəsindən Həşimə yol vermiş və həmin yola hasar çəkmişdir. Belə ki, digər halda Həşimin həyətinə gediş gəliş mümkün deyil.
16. Cəlilabad Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(073)-94/2021 saylı qətnaməsi ilə (sədrlik edən Elxan Əmrəliyev) iddia qismən təmi n edilərək cavabdehlər X6, Cavabdeh2 və Cəlilabad rayon bələdiyyəsinə münasibətdə əsassız olduğundan iddia təmin edilməmiş, Cavabdeh1 29 avqust 2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cəlilabad rayonu Cəfərxanlı bələdiyyəsi tərəfindən İddiaçı satılmış 0,12 ha həyətyanı torpaq sahəsinin zəbt etdiyi 149 kv.metr hissəsindən çıxarılması və cavabdeh tərəfindən həmin torpaq sahəsində inşa edilmiş 40 metr uzunluğunda hasar və 52 kv.metr ölçüdə olan tikilinin Cavabdeh1 vəsaiti hesabına sökülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
17. Məhkəmə öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-cı il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan **********86-10301 reyestr nömrəli çıxarışın texniki pasportunda zəbt kimi göstərilmiş torpaq sahəsinin eni 5 metr və 3 metr, uzunu 40 metr ölçüsündə qeyd olunmuşdur və sxemi rəyə əlavə olunmuş planda göstərilmişdir. İddiaçı Cavabdeh3 tərəfindən 29 avqust 2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satılmış 0,12 ha həyətyanı torpaq sahəsinin planında döngə nöqtələrinin koordinatları olmadığından həmin torpaq sahəsinin cavabdehlər X9, Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edildiyini təyin etmək mümkün deyil. Hazırda Cavabdeh1 mülkiyyətində olan **********86-10301 reyestr nömrəli çıxarışın texniki pasportunda zəbt kimi göstərilmiş torpaq sahəsində mişar daşından hörülmüş yarım tikili mövcuddur.
18. Bundan başqa məhkəmə qeyd etmişdir ki, i şdə olan Hüquq və X8 Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 29 aprel 2021-ci il tarixli, 37 nömrəli mütəxəssi rəyindən görünür ki, Cavabdeh1 adına tərtib edilmiş 13 avqust 2019-cu il tarixli texniki pasportda zəbt kimi göstərilmiş torpaq sahəsinin ölçüsü 149 kv.metrdir. (X 275799.85, 275803.50, 275826.18, 275823.76, Y 4356688.00, 4356690.64. 4356657,69, 4356656,00) Cəlilabad rayonu Cəfərxanlı bələdiyyəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planına əsasən Cavabdeh1 həyətyanı torpaq sahəsi ilə (Cavabdeh1 zəbt etdiyi torpaq sahəsi nəzərə alınmamaqla) İddiaçı bələdiyyə qərarı ilə satılmış 0,12 ha həyətyanı torpaq sahəsinin həmsərhəd olması nəzərə alınmaqla İddiaçı həyətyanı torpaq sahəsinin koordinatları rəyə əlavə edilmiş sxemdə qeyd edilir. (X=275779.14, 275803.49, 275826.17, 2758 01.83) Cavabdeh1 adına tərtib edilmiş 13 avqust 2019-cu il tarixli texniki pasportda zəbt kimi göstərilmiş torpaq sahəsində 52 kv.metr ölçüdə tikili və hasar işləri aparılmışdır. 29 avqust 2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cəlilabad rayonu Cəfərxanlı bələdiyyəsi tərəfindən İddiaçı satılmış 0,12 ha həyətyanı torpaq sahəsi Cavabdeh1 tərəfindən və digər qonşu tərəfindən zəbt edilmişdir.
19. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında müqavilə ilə Cavabdeh1 0,12 ha, Cavabdeh2 0,10 ha, Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən X6 0,10 ha torpaq sahəsi qanuni əsaslarla satılmışdır. Həmin alqı-satqı müqavilələri əsasında Cavabdeh1 hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrind ən çıxarış və texniki pasport, Cavabdeh2 hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, X6 hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və plan ölçü sənədi tərtib edilmişdir və hər hansı qanun pozuntusuna yol verilməmişdir.
20. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 plan ölçü sənədi tərtib edilməmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, Cavabdeh1, Cavabdeh2, X6 və Cavabdeh3nə qarşı çıxarışların yə plan ölçü sənədlərinin etibarsızlığı tələbində İddiaçı haqlı deyildir. Həmçinin mülki ış materiallarında olan mütəxəssis rəyləri ilə müəyyən edilmişdir ki, Cavabdeh1 adına tərtib edilmiş 13 avqust 2019-cu il tarixli texniki pasportda zəbt kimi göstərilmiş torpaq sahəsinin ölçüsü 149 kv.metrdir. (koordinatlar: X=275799.85, 275803.50, 275826.18, 275823.76, Y 4356688.00, 4356690.64. 4356657,69, 4356656,00) Cəlilabad rulonu Cəfərxanlı bələdiyyəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planına əsasən Cavabdeh1 həyətyanı torpaq sahəsi ilə (Cavabdeh1 zəbt etdiyi torpaq sahəsi nəzərə alınmamaqla) İddiaçı bələdiyyə qərarı ilə [satılmış 0,12 ha həyətyanı torpaq sahəsinin həmsərhəd olması nəzərə alınmaqla İddiaçı həyətyani torpaq sahəsinin koordinatları rəyə əlavə edilmiş sxemdə qeyd edilir, (koordinatları: X=275779.14, 275803.49, 275826.17, 275801.83, Y 4356673.11, 4356690.63, 4356657.68,4356640.15) Cavabdeh1 adına tərtib edilmiş 13 avqust 2019-cu il tarixli texniki pasportda zəbt kimi göstərilmiş və İddiaçı satılmış torpaq sahəsində 52 kv.metr ölçüdə tikili və 40 metr uzunluğunda hasar işləri aparılmışdır. Ona görə də məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdeh1 qarşı zəbt torpaq sahəsindən çıxarılması və qanunsuz inşa edilmiş 40 metr uzunluğunda hasarın və 52 kv.metr ölçüdə İkilinin sökülməsi tələbində əsaslıdır.
21. Məhkəmə eyni zamanda bildirmişdir ki, DƏDRX-nin əməkdaşlarının barəsində xüsusi qərardad qəbul edilməsi ilə bağlı iddiaçının tələbi əsassızdır və təmin edilə bilməz.
22. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13, Mülki Məcəllənin (bundan sonra M) 152.1, 157.2, Torpaq Məcəlləsinin (bundan sonra TM) 11, Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Cəlilabad Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(073)-94/2021 saylı qətnaməsindən Cava bdeh1 apellyasiya şikayəti vermişdir.
24. Cavabdeh Apellyasiya şikayətində Cəlilabad Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(073)-94/2021 saylı qətnaməsinin tamamilə ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir
25. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, rəylər arasında ziddiyət mövcud olmuşdur. Birinci rəydə İddiaçı Ədər oğluna Cavabdeh3 tərəfindən 29 avqust 2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satılmış 0.12 ha həyətyanı torpaq sahəsinin planında döngə nöqtələrinin koordinatları olmadığından həmin torpa sahəsinin cavabdehlər tərəfindən istifadə edildiyini təyin etmək mümkün olmamışdır. Digər rəydə isə iddiaçıya satılmış 0,12 ha həyətyanı torpaq sahəsi Cavabdeh1 tərəfindən və digər qonşu tərəfindən zəbt edilmişdir. İkinci rəydə iddi açının nə qədər torpaq sahəsinin zəbt edilməsi və digər qonşunun kim olması müəyyən edilməmişdir. Mübahisəli torpaq sahəsi digər şəxs tərəfindən yol kimi istifadə edilir. Yəni o, heç kimin torpaq sahəsini zəbt etməmiş, həmin torpaq sahəsi əvvəldən yol kimi istifadə olunub.
26. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X4, (sədrlik edən, məruzəçi) X5 və X2) 2(106)-191/2022 saylı 27 yanvar 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən qətnamə dəyişdirilmədən saxlanılmışdır.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini araşdırıb müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir edilməsi ilə qəbul edildiyi üçün qanuni və əsaslıdır, məhkəmənin gəldiyi nəticə nin mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi məhkəmənin iddianı ətraflı araşdırmaması, iddiaçıların birtərəfli sübutlarına əsaslanması, sübutlara birtərəfli qiymət verməsi barədə apelyasiya şikayətinin dəlilləri əsassız hesab edilməlidir.
28. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, MM-in 152.1, 152.5, 157.2, 158.4, 239, TM-in 67, 111, MPM-in 14.2, 77.1, 217.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının2(106)-191/2022 saylı, 27 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdeh (vəkil X7) kassasiya şikayəti vermişdir.
30. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, iddiaçıya aid hər hansı bir ölçüdə torpaq sahəsi onun tərəfindən zəbt olunmamışdır. Ümumilikdə isə iddiaçının torpaq sahəsi zəbt edilməsi barədə onun tərəfindən möhtəbər sübut məhkəməyə təqdim olunmamışdır. Belə ki, işə əlavə olunmuş Azərbaycan Respublikası Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastri Xidmətinin tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən də görmək olar ki, İddiaçı Cavabdeh3 tərəfindən xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satılmış 0.12 ha həyətyanı torpaq sahəsinin planında döngə nöqtələrinin koordinatları olmadığından həmin torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə olunması mümkün olmamışdır. İddaçıya məxsus torpaq sahəsinə aid reyestrdən çıxarışın ol maması, eləcədə iş materiallarında ona məxsus torpaq sahəsinin ölçüləri barədə hər hansı bir sənədin olmaması halı olduğundan heç kimə əsas verə bilməz ki, iddiaçıya məxsus olan torpaq onun tərəfindən zəbt olunmuşdur. Belə olan halda iddiaçıya aid torpaq sahəsinin sərhədlərinin müəyyən olunmasına ehtiyac vardır. Bunu müəyyən etmək üçün məhkəmə müvafiq ekspertizanın keçirilməsi barədə qərar qəbul etməli olduğu halda bunu etməmişdir. DƏDRX-nin 8 saylı Cəlilabad rayon ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli texniki pasportda göstərilmiş “B” tikilisinin yarımçıq binasının bir hissəsinin zəbt edilmiş əraziyə düşdüyü üçün hesabata alınmaması göstərilmişdir. Həmin zəbt kimi göstərilmiş ərazi onlara məxsus həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yoldur. Onl arın həyətyanı sahələrə giriş-çıxışı ata həyətindən etdikləri üçün yola ehtiyac olmamış, həmin ərazi həyətyanı torpaq sahəsinə qatılmışdır. Bütün bu məsələlərin həlli ilə bağlı mütəxəssis rəyinin olmaması göstərir ki, apellyasiya məhkəməsi işə hərtərəfli yanaşmamış, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarı formal olaraq təsdiq etməklə, onun mülkiyyət hüququ pozulmuşdur.
31. Kassator öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, MM-in 152.5, TM-in 84-cü maddələrinə istinad etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
32. Maddə 13. 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
33. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və da şınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi
34. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
35. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
36. Maddə
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerində müəyyən edilməsindən, onların yer quruluşu planlarının və tə svirlərinin tərtib edilməsindən torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
37. Maddə
84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
38. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi h alları sübut etməlidir.
41. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassa siya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamənin tam ləğv olunmasına yönəlmiş olsa da dəlillər iddianın təmin olunan hissəsi ilə bağlıdır. Bu halda apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətinin dəlilləri əsasında yoxlanır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyiş dirilməsi üçün əsas yoxdur.
49. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir.
50. Məhkəmə kollegiyası bir daha da qeyd edir ki, Cavabdeh1 iddiaçının torpaq sahəsinin 149 kv.m. hissəsini zəbt etməsi, həmin sahədə 40 metr uzunluğundan hasar və 52 kv.m. ölçüdə tikili tikməsi məhkəmə araşdırmaları zamanı, o cümlədən keçirilmiş ekspertizanın rəyləri ilə sübut olunmuşdur.
51. Eyni zamanda işdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad rayon Ərazi İdarəsi tərəfindən verilmiş 13 avqust 2019-cu il tarixli, **********86-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportuna əsasən Cəlilabad rayonu Cəfərxanl ı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi və tikililərə dair Cavabdeh1 adına tərtib edilmişdir. Həmin texniki pasportun planında qeyd: B-tikilisi yarımçıq tövlə binasıdır, binanın bir hissəsi zəbt sahəsinə düşdüyü üçün hesabata alınmamışdır.
52. Məhz cavabdehin özünə aid olan sənədlə istifadəsində olan torpaq sahəsinin bir hissəsinin zəbt olunması və tikilinin bir hissəsini isə məhz zəbt olunmuş torpaq sahəsində yerləşməsi müəyyən olunur.
53. Bununla yanaşı cavabdeh istifadəsində olan torpaq sahəsinin bir hissəsinin zəbt edilməsini, lakin həmin torpaq sahəsinin yol kimi istifadə edildiyini və iddiaçıya aid olan torpaq sahəsinə aid olmadığını göstərsə də, bununla bağlı hər hansı sübuta istinad etməmişdir.
54. Əksinə müəyyən olunmuşdur ki, c avabdehin tikinti işləri apardığı və zəbt etdiyi torpaq sahəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsinin daxilində yerləşir.
55. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
56. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilm əsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 yanvar 2022-ci il tarixli, 2(106)-191/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir