Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3599/2020 10.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: mənzildən çıxarılma Açar sözlər: mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, XXX Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-464/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Satıcı qismində “X6 İnvestisiya Korporasiyası” X4 ilə alıcı qismində İddiaçı (bundan sonra – iddiaçı) arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 17049 №-li mənzilin alqı-satqı müqaviləsinə əsasən satıcı Abşeron rayonu ərazisində XXX qəsəbəsi, XXX şossesi 7 km, 1 saylı binanın, 78 blok, 4 mərtəbə, 15 saylı 1 otaqdan ibarət, ümumi sahəsi 49.72 kv.m olan mənzili (bundan sonra – mübahisəli mənzil) alıcıya satmışdır. Cavabdeh (bundan sonra – cavabdeh) iddiaçının oğlu ilə 2017-ci ildə ailə quraraq mübahisəli mənzilə köçmüşdür. Cavabdeh (bundan sonra – cavabdeh) Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ona məxsus olan mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onu nla əsaslandırılmışdır ki, mənzil müqavilə əsasında ona məxsusdur və onun mülkiyyətindədir. Oğlu cavabdehlə ailə münasibətinlərinə son verərək Azərbaycandan getmişdir. Lakin cavabdeh mənzildə yaşamağa davam edərək onun qanunla qorunan hüquqlarını pozur. Cavabdeh Şəmkir rayonu, Kür qəsəbəsində qeydiyyatdadır və ailəsi də orada yaşayır. Dəfələrlə cavabdehdən evdən çıxmasını tələb etsə də, o, evdən çıxmayacağını bildirmişdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək bildirmişdir ki, heç kəsin mülkünə iddiası yoxdur. Əri gəlib boşanma ərizəsi yazdığı halda etiraz bildirmədən evdən çıxacaq. İddiaçının öz evinə getməsinə heç vaxt mane olmayıb. Cavabdeh əri tərəfindən boşanma ərizəsi yazılanadək ona mənzildə müvqqəti yaşamaq hüququ verilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməs inin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(012)-2858/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5 və 157.2-ci maddələrinə əsaslanaraq qeyd etmişdir ki, cavabdeh iddiaçıya məxsus mənzildə heç bir hüquqi əsas olmadan yaşayır və bu hal iddiaçının qanuni maraqlarının pozulması kimi qiymətləndirilməlidir. Belə olan halda iddiaçının öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etmək hüququ vardır. XXX Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(105)-464/2020 nömrəl iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Rəhimov (sədrlik edən və məruzəçi), G.Tağızadə və T.Qu liyev) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, məhkəmə iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən kooperativ üzvünün əmlak üzərində mülkiyyət hüququnun yaranması əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anla deyil, pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir. İddiaçı məzilin pay haqqını ödəməklə mənzil üzərində mülkiyyət hüququ yaranmışdır. Ona görə də, o mülkiyyətini cavabdehin qanunsuz sahibliyindən müdafiə etmək hüququna malikdir. Kassas iya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh (vəkil X2) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, işin faktiki halları tam araşdırılmamış, mübahisəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı nəzərə alınmamışdır. Məhkəmə onun cehiz əşyalarını yığmağa yerinin olmamasına, yaşamağa başqa mənzilinin olmamasına əhəmiyyət verməyərək iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Kassasiya şikayətinə qarşı etiraz da xil olmamışdır. İddiaçının vəkili məhkəmə iclasında kassasiya şikayəti əsassız hesab edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdeh hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməy ə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmam asını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə yeganə cavabdeh olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilə r, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, p ay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiya). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, baxılan iş üzrə ca vabdehin mübahisəli mənzildən istifadə hüqunun itirilməsi tələbi irəli sürülməmiş, iddiaçı cavabdehin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia təmin olunmuşdur. Məhkəmələr tərəfindən istinad olunan maddi hüquq normalarının tələbləri baxımından mübahisəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması iddianın təmin olunmasına mane olan hal kimi qiymətləndirilə bilməz. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir k i, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehkassasiya şikayəti təmin edilməsin. XXX Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-464/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3599/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3599/2020
10.08.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver