Məhkəmə qərarları › İş №2(102)-3599/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3599/2021

18.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3599/2021 18.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi; sübutların qiymətləndirilməsi; qətnamənin əsaslandırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və cavabdeh X oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-661/2020 nömrəli iş üzrə 22 yanvar 2020-ci il tarixli qətnaməsindən cavabde h X oğlu və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı

1. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 15.04.1999-cu il tarixli 096 saylı qərarı ilə ünvan ünvanında yerləşən 27 nömrəli ev İddiaçı2 adına mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmışdır.

2. Xəzər RPİ-nin 03.11.2017-ci il tarixli və 12.12.2017-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarlarının surətindən görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir.

3. Respublika Prezidenti İşlər İdarəsinin nəzdində olan, Buzovna qəsəbəsində yerləşən Abşeron rayonunda uçota alınmış tərəvəzçilik-südçülük sovxozunun fəhlə və mütəxəssislərinə maliyə vəziyyətinin çətinliyi ilə əlaqədar sovxozun öz vəsaiti hesabına işçiləri mənzillə təmin etməyə imkanının olmamasını uzun illər təsərrüfatda işləyən və yaşayan vətəndaşlara ünvanyolunun şimalından, BAİB-nə gedən asfaltın qərbindən BAİB-nın yaşayış evinin cənubundan hər ailə üçün 0.10 ha hesabı ilə 50 ailəyə 5 ha həyətyanı torpaq fondu ayrılmışdır.

4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin 11.05.2017-ci il tarixli məktubuna əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair verilmiş 3490 inventar-38429 reyestr nömrəli qeydiyyat vəsiqəsinə dair məlumatlar arxivdə olmadığı və elektron kadastr məlumatına əsasən ayrılmış torpaq sahəsinin isə Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş əraz ilərə aid olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh X oğluna qarşı pul tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək, cavabdeh X oğlundan 125 000 ABŞ dolları əsas, 100 000 ABŞ dolları əldən çıxmış fayda, 30 000 manat mənəvi ziyan, 11.5 manat etibarnamə üçün, dövlət rüsumu üçün 30.40 manat və vəkilə verilmiş 400 manat pulun alınıb verilməsini, X oğlunun barəsində cinayət tərkibinin olmasını nəzərə alaraq, xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7565/2018 saylı, 27 noyabr 2018-ci il tarixli qətnaməsi (hakim A.Z.Rzayev) ilə iddia ərizəsi qismən təmin edilərək, cavabdeh X oğlundan 125 000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etd iyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində pul və 1000 manat mənəvi zərərə görə pulun alınaraq, iddiaçı İddiaçı2 xeyrinə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, X oğlu İddiaçı2 8 torpaq sahələsinin alınaraq rəsmiləşdirilməsi ilə əlaqədar əvvəlcə iki torpaq sahəsi üçün 15.000 ABŞ dolları, sonra bir torpaq sahəsi üçün 15.500 ABŞ dolları, daha sonra isə beş torpaq sahəsi üçün 16.000 ABŞ dolları, cəmi 125.500 ABŞ dolları məbləğində pul alsa da, öhdəliyini icra edə bilməyərək qeyd olunan torpaq sahələrini iddiaçının göstərdiyi şəxslərə satılaraq rəsmiləşdirilməsini təmin edə bilməmişdir. Belə ki, qeyd olunan torpaq sahələrinin elektron kadastr məlumatına əsasən ayrılmış torpaq sahəsinin Dövlət Neft Şir kətinin istifadəsinə verilmiş ərazilərə aid olduğu müəyyən edilmişdir. Bundan başqa məhkəmə iddiaçı iddia ərizəsində 100.000 ABŞ dolları əldən çıxmış fayda tələb etsə də, qeyd olunan halları təsdiq edən sübutlarını məhkəməyə təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Cavabdeh X oğlunun hərəkətləri nəticəsində iddiaçıya maddi zərərin vurulmasının sübut edildiyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, vurulmuş mənəvi zərərə görə 1000 manat məbləğində pul ağlabatan məbləğ kimi qiymətləndirilərək həmin cavabdehdən İddiaçı2 xeyrinə tutulmalıdır.

8. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 442, 445.2, 448.1, 448.2, 449.1, 449.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

9. Qətnamədən narazı qalan cavabdeh X oğlu ape llyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7565/2018 saylı, 27 noyabr 2018-ci il tarixli qətnaməsinin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 yanvar 2020-ci il tarixli 2(103)-661/2020 saylı qətnaməsi ilə (hakimlər İ.S.Şirinov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və E.C.Kazımov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7565/2018 saylı, 27 noyabr 2018-ci il tarixli qətnaməsinin apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılması qət edilmişdir.

11. Apellyasiya qaydasın da işə baxan məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

12. Apellyasiya kollegiyası iş üzrə gəldiyi nəticələrin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1, 217.4, 385.2-ci maddələrinə istinad etmişdir.

13. Cavabdeh X oğlu və vəkili Vəkil kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 yanvar 2020-ci il tarixli 2(103)-661/2020 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün müvafiq apellyasiya instansiyası məh kəməsinə göndərilməsi badərə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, dostluq münasibətinə görə İddiaçı2 8 müxtəlif torpaq sahələri almaq məqsədi ilə kömək edib vasitəçilik edərək ondan 125500 ABŞ dolları pul alaraq müvafiq olaraq torpaq sahələrini satan şəxslərə vermiş, həmçinin torpaq sahələrinin sənədlərini ona təhvil vermişdir. Qeyd edirlər ki, hərəkətində aldatma və qanunsuz hərəkətlər olmamışdır və pullar torpaq sahiblərinə verilmişdir. Torpaq sahələrinin alınması, pul məbləğlərinin verilərək bu sahələrə aid sənədlərin alınıb iddiaçıya təhvil verilməsi işə əlavə edilmiş sənədlər əsasında öz təsdiqini tapsa da, apellyasiya instansiyası məhkəməsi buna hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi zamanı satılmış torpaqların, yəni 15 və 27 nömrəli sahələrə İddiaçı2 mülkiyyət hüquqlarının tanınması, digər sahələrə aid sənədlərin cavabdehlərə verilməsi müəyyən olunmasına baxmayaraq həmin xüsusatlara hüquqi qiymət verilməmişdir. Hesab edirlər ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüququn tətbiq edilməsində səhv buraxılmaqla, tətbiq edilməli olan qanun və ya digər normativhüquqi akt tətbiq edilməklə qətnamə qəbul edilmişdir.

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçılar İddiaçı1, İddiaçı2 və cavabdeh X oğlu məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin t ələbinə uyğun olaraq iş üzrə onların izahatı dinlənilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

19. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

20. Maddə 77.1 Hər bir tərəf öz tə ləblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 77.3 İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

22. Maddə 80 Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

23. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılm amasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

25. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

26. Maddə 417.1.3 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

27. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təc rübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

28. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (§24).

29. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (§25).

30. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır (§24). Lak in apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Cavabdeh X oğlu kassasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsini iddianın qismən təmin edilən hissəsində yoxlayan apellyasiya kollegiyasının qətnaməsinin tamamilə ləğv edilməsini istədiyindən və bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyasının mövqeyi on dan ibarətdir ki, apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, tətbiq edilməli olan qanun tətbiq edilməmiş və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

33. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir.

34. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən s übutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.

35. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəb ul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

36. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə ed ilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

37. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

38. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə gös tərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

39. Baxılan iş üzrə iddiaçılar səkkiz torpaq sahəsinin alınaraq rəsmiləşdirilməsi üçün cəmi 125.500 ABŞ dollarını cavabdehə ödəsələr də, cavabdehin torpaqları onların adına sənədləşdirə bilməməsinə istinad edərək həmin pul məbləğinin ödənilməsini cavabdehdən tələb edirlər.

40. Cavabdehin iddiaya etirazının dəlillərindən görünür ki, cavabdeh səkkiz torpaq sahəsi üçün cəmi 125.500 ABŞ dolla rı məbləğində pulu İddiaçı2 aldığını qəbul etmiş, lakin həmin torpaq sahələrini bilavasitə özünün satmadığına, sadəcə vasitəçilik edərək aldığı pulları torpaqları satan şəxslərə ödədiyinə və həmin torpaq sahələrini rəsmi sənədləri ilə birlikdə təhvil verdiyinə istinad etmişdir.

41. Apellyasiya instansiyası məhkəməsi iş üzrə 125.500 ABŞ dolları məbləğində pulun cavabdehə verilməsini işin mübahisə olunmayan halı kimi müəyyən etsə də, iddiaçının istinad etdiyi 8 torpaq sahəsi üzrə tərəflər arasında alqı-satqı müqavilələrinin olmasını, habelə həmin torpaq sahələrinin hər biri üzrə müvafiq dövlət orqanı tərəfindən qeydə almadan imtinanın olub-olmamasını işdə olan sübutlarla müəyyən etmədən mübahisəni həll etmişdir.

42. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində, hər hans ı maddi hüquq normasına istinad edilməmiş, iddia tələbinin və cavabdehin etirazının qanuni əsasının hansı hüquq norması olduğu, iş üzrə hansı halların müəyyən edildiyi və bu halların tələbin və ya etirazın dispozisiya şərtlərinə uyğun olub-olmadığı əsaslandırılmamışdır.

43. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi mübahisəni hazırkı işin həlli baxımından mühüm olan tərəflər arasında hansı hüquqi münasibətlərin mövcudluğuna qiymət vermədən həll etmişdir.

44. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır (§27).

45. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılm aq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər (§26).

46. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün yuxarıda qeyd edilən bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir.

47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X oğlunun kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(10 3)-661/2020 nömrəli iş üzrə 22 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar