Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3599/2025 13.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaxşılaşdırma xərclərinin əvəzinin tələb edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1280/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin halların ı araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Mingəçevir şəhəri, V.Abdullayev küçəsi 5 nömrəli evin 35 nömrəli mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır; 3. 2017-ci ilin mart ayında İddiaçı ona məxsus mənzilin, cavabdeh isə ünvan 1 ünvanında ona aid hazırki iş üzrə mübahisəli fərdi yaşayış evinin dəyişdirilməsi barədə şifahi razılığa gəlmişlər. Razılaşma əsasında iddiaçı ailə üzvləri ilə birlikdə 17 nömrəli fərdi yaşayış evinə, cavabdeh isə ailə üzvləri ilə birlikdə 35 nömrəli mənzilə köçərək yaşamağa başlamışlar;
4. Mingəçevir şəhəri 20 Yanvar döngəsi 17 saylı ev mülkiyyət kimi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır;
5. Mingəçevir Şəhər Məhkəməsi nin 2(051)-62/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı (hazırkı iş üzrə cavabdeh) Cavabdehlər (hazırki iş üzrə iddiaçı) İddiaçı, onun arvadı (hazırki iş üzrə tərəf olmayan) Gülnar Nəsibova, (övladları) X2 və Fərid Nəsibova qarşı “fərdi yaşayış evindən çıxarılma tələbi barədə” iddiasının təmin edilməsi, İddiaçı, Gülnar Nəsibova, Ayla Nəsibova və X1 şəhəri, 20 Yanvar döngəsi, ev 17 ünvanında yerləşən Cavabdeh məxsus mübahisəli fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən evin təmiri üçün xərclədiyi 100000 manat pulun, 18000 manat verdiyi pulun və 408 manat dövlət rüsumunun cavabdehdən tutular aq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun və ailə üzvlərinin mənzildən çıxarılmağı barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh həmin həmin iddia ərizəsində göstərmişdir ki, özünə məxsus ünvan 3 ünvanda yerləşən mənzil ilə cavabdehə məxsus ünvan 4da yerləşən həyət evi dəyişmişlər və hal-hazırda o, ailəsi ilə cavabdehə məxsus ünvan 3 ünvanında köçüb yaşayır, cavabdeh isə ailəsi ilə ona məxsus ünvan 1 ünvanında yaşayir. Onların arasında dəyişmə müqaviləsi 2017-ci ilin ilk aylarında olmuş və onlar evləri dəyişmişlər. İddiaçı qeyd edir ki, sözügedən evləri dəyişdikləri zaman cavabdehin mülkiyyətində olan 20 Yanvar döngəsi ev 17 ünvanı təmirsiz və sənədsiz olmuş, ona məxsus Vaqif Abdullayev küçə si ev 5, mənzil 35 ünvanında yerləşən mənzil isə tam təmirli olmuşdur. Sözügedən mənzilə onlar evləri dəyişdikdən indiyə kimi cəmi 100.000 manatdan çox xərc çəkmişdir. Bunu təsdiq edən sənədləri, evin əvvəlki (təmirsiz) şəkilləri, hazırki (təmirli) şəkillərini təqdim etmişdir. Onun sözügedən evi təmir etməyini cavabdeh hər zaman bilmiş və buna etiraz etməmişdir. Çünki onlar cavabdehin də bildirdiyi kimi, evləri dəyişmişlər və ev faktiki olaraq iddiaçıya məxsus olduğu üçün təmir işlərini etdirməyində mübahisə olmamışdır. Cavabdehlə münasibətləri yaxşı olmuş və bir-birilərinin evinə gedib gəlmişlər. Təmir tam başa çatdıqdan sonra cavabdeh onu və ailəsini həmin mənzildən çıxarmaqla bağlı məhkəməyə müraciət etmiş və hazırda da onu həmin evdən çıxarmaq niyyətindədir. Bundan əlavə, cavabdehə m üxtəlif vaxtlarda hissə-hissə 18.000 manat pul vermişdir. Bu pulları verməkdə məqsədi evlərin arasında olan fərqi bağlamaq olmuşdur. Belə ki, o, tam təmirli evi verdikdən sonra əlavə olaraq 18.000 manat pul verməklə evləri dəyişmişlər.
8. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, ərizə məhkəmə tərəfindən qəbul edilməməli idi. Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının tələbinə görə hansı xərclər çəkilibsə, yəni nə düzəldilibsə, onun tərəfindən onların bir-bir adları, çəkdiyi xərclər və digər halları təsdiq edən halları iddia ərizəsində göstərməli idi. Bu halları sübut edən və iddia ərizəsində tələb olunan heç nə göstərilməmişdir. Məhkəmə heç bir hüquqi əsas olmadan iddia ərizəsini icraata qəbul etmiş, qarşı tərəfə vermədən işi icraata götürüb, ekspertiza təyin etmişdir və ekspertizanın təyin edilməsi ilə əlaqədar olaraq lazım olan məlumatlar qarşı tərəfə bildirilməmişdir. İddia ərizəsinin məzmunu düzgün tərtib olunmaması ekspertlərə səhv rəy vermək üçün əsas yaratmışdır. Bundan əlavə, iddiaçı onları aldadaraq ev bankda yüklü olduğu halda evi ona satdığını bildirmiş və qərəzli olaraq sənədləşməni gecikdirmişdir. Bütün göstərilən hallar iddiaçının qanunsuz əməllərindən xəbər verir və vicdanlı sahibdən bu halda söz gedə bilməz.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (bundan sonra - Məhkəmə Ekspertizası Mərkəzi) 7 iyun 2023-cü il tarixli, 10/174-9/251 saylı rəyində qeyd olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin təmirli vəziyyətdə hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 276000 manat məbləğində müəyyən olunur. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin təmirsiz vəziyyətdə hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 216000 manat məbləğində müəyyən olunur, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evin və onun həyətyanı torpaq sahəsində yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 59257 manat məbləğində olduğu müəyyən edilir.
10. Mingəçevir Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(e-2(051)-156/2023 nömrəli, 7 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ə.Hüseynov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 59.257 manat məbləğində təmir xərci, 240 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddia tələb inin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı öz sübutlarını təqdim etmiş, cavabdeh isə heç bir mötəbər sübut təqdim etməmişdir. Əksinə, cavabdeh məhkəmə iclasında və ərizələrində iddiaçı ilə evlərin dəyişməsini etiraf etmiş, lakin bu dəyişmənin etibarsız olmasını bildirmişdir. Buna səbəb kimi İddiaçı ona verdiyi evin yüklü olması barədə ona məlumat verməməsi kimi izah edir.
12. Ekspert rəyinə və evə baxış protokoluna əsasən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və onun həyətyanı torpaq sahəsində yaxın vaxtlarda təmir işləri aparılmış, sözügedən təmir iddiaçı tərəfindən aparılması tərəflər tərəfindən mübahisələndirilməmişdir.
13. Məhkəmə, cavabdehin təmirə razılıq verməməsi ilə bağlı fikirləri ni inandırıcı hesab etməyərək qeyd etmişdir ki, cavabdeh etirazlarında da evlərin dəyişdirilməsini bildirmiş və iddiaçının ailəsi ilə birlikdə həmin evdə yaşamasını bilmişdir. Evin tam olaraq təmirsiz olmasını və yaşanması qeyri-mümkün olmasını nəzərə alaraq təmir olunması aydın görünür. 2017-ci ildən evlərin dəyişməsinə razılığı olmayan cavabdeh buna bir neçə il ərzində etirazını bildirməli və həmin vaxtlar evin təmirinin qarşısının alınmasına çalışmalı idi. Bununla da Cavabdeh evi könüllü olaraq dəyişməsinə razılıq verməsi, 6 il ərzində evin təmir olunmasını bildiyi halda buna mane olmaması və əksinə, iddiaçının həmin evin təmirinə pul xərclənməsinə şərait yaratması iddiaçının vicdanlı sahib olmasına əsas verir.
14. Məhkəmənin qənaətinə görə, tərəflər arasında şifahi formada evlərin dəyi şməsi ilə bağlı razılıq olmuşdur. Onlar arasında bu cür razılaşma olarkən İddiaçı məxsus mənzil ipoteka yüklü, Cavabdeh evinin isə sənədi olmamışdır. İş materiallarında olan çıxarışdan görünür ki, Cavabdeh mübahisəli evi iddiaçının ailə üzvləri ilə həmin evdə yaşadığı və ev təmir olunduqdan sonra, yəni 2022-ci ildə mülkiyyətinə keçirmişdir. Cavabdehin evi təmirsiz verdikdən sonra hazırda iddiaçıdan təmirli halda tələb etməsi və onu ailə üzvləri ilə həmin evdən çıxarması onun əsassız varlanması ilə nəticələnməkdədir.
15. Məhkəmə mübahisə obyekti olan tərəflər arasında bağlanmış dəyişmə müqaviləsinə münasibət bildirərək hesab etmişdir ki, tərəflər iddia ərizələrində bu halı mübahisələndirməsələr də, məhkəmə tərəflər arasında olan əqdlərə qiymət verməlidir (Konstitusiya Məhkəməsinin xx.xx.2 021-ci il tarixli qərarı). Məhkəmə sözügedən əqdə qiymət verərək hesab edir ki, tərəflər arasında daşınmaz əmlakla bağlı bağlanmış müqavilələr notarial qaydada təsdiq olunmalıdır (Mülki Məcəllənin 394-cü maddəsi). Lakin tərəflər arasında müqavilə bağlanmamış və öz aralarında şifahi razılaşma olmuşdur. Ona görə də müqavilə bağlandığı vaxtdan etibarsızdır. Belə olan halda iddiaçı vicdanlı sahib olmaqla Mülki Məcəllənin 157-ci maddəsinə əsasən əmlakı yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsində haqlıdır.
16. Məhkəmə iddiaçının 18000 manat pul tələbinə dair hissədə hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı bununla bağlı heç bir mötəbər sübut təqdim etməmişdir. Cavabdehin isə sözügedən pul məbləğinin ona verilməsini sübut etmək kimi bir öhdəliyi olmadığı üçün iddia həmi n hissədə təmin edilməməlidir.
17. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6, 157.7, 1091.1, 1094-cü, və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
18. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti iddia tələbinə etirazın dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə təmin olunmuş təmir işlərinin kim tərəfindən aparılmasını və digər halları məhkəmə prosesində araşdırmalı idi. Ekspertizada göstərilən işlərin 90%-i cavabdeh tərəfindən aparılmış işlərdir. Misal üçün, qapının qoyulması, elektrik xəttinin çəkilməsi, sanuzellərin quraşdırılması, ayna pəncərələrin qoyulması və sairə halları iddiaçı öz adına çıxmışdır və bildirəndə ki, bunlar cavabdeh tərəfdən olunub və bunu təsdiq edən şahidlər var, məhkəmə bunlara əhəmiyyət verməmişdir. Məhkəmə Mülki Məcəllənin 157.6157.7-ci maddələrinə istinad edərək düzgün təfsir etmədən İddiaçı vicdanlı sahib hesab etmişdir. Bu bəndlər, istər Mülki Məcəllənin 157.6, istərsə də 157.7-ci maddələri vicdanlı sahibə aiddir. Burada isə iddiaçı vicdanlı sahib hesab edilə bilməz. Ona görə ki, onun mənzili V.Abdullayev küçəsi ev 5, mənzil 35 saylı ev 2012-ci ildən ipoteka müqaviləsi əsasında girov qoyulmuşdur. Tərəflər isə mənzilləri 2017-ci ildə dəyişməyə qərara gəlmişdir. Yəni, iddiaçı mənzili dəyişərkən evinin girovda olmasını bildirməmişdir. "xxxx" ASC İddiaçı bununla bağlı dəfələrlə mənzilin məhkəmə qaydasında hərraca çıxarılıb satılacağı barədə xəbərdarlıq etmişdir. Axırıncı xəbərdarlıq 2016-cı ilin fevralında verilmişdir. Bundan sonra iş məhkəməyə verilmişdir. 2017-ci ildə Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsi ilə Mingəçevir şəhəri, V.Abdullayev küçəsi 5 saylı evin 35 saylı mənzilinin hərracda satılması və iddiaçının borcunun ödənilməsinə yönəlmişdir. Həmçinin iddiaçının həmin ünvandan çıxarılması barədə qətnamə çıxarılmışdır və bu barədə icra vərəqəsi verilmişdir. Həmin ərəfədə, yəni 2017-ci ildə iddiaçı evini dəyişmək üçün cavabdehə müraciət etmişdir. Bir sözlə, ona məxsus olmayan məhkəmə qərarı olan evi dələduzluqla ona məxsus olmasını bildirmişdir və müxtəlif bəhanələrlə rəsmiləşmənin uzadılma sını xahiş etmişdir. Belə insan vicdanlı sahib ola bilməz. Evin qanunsuz mülkiyyətində olması onunla təsdiq olunur ki, iddiaçı aldadıb evi dəyişmək istəyib, yəni bilib ki, bu ev onun qanunsuz istifadəsindədir. Ona görə də iddiaçı vicdansız sahib hesab edilir. Bununla əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2004cü il tarixli Plenum qərarı vardır. Vicdanlı, vicdansız sahib anlayışının təfsiri orda verilmişdir. Cavabdeh evin girovda olduğunu 2022ci ildə daşınmaz əmlakın dövlət reyestrinə müraciət etdikdən sonra bilmişdir. Həmçinin ev girovda, icra vərəqəsi olduğu bir halda iddiaçı yenidən 2019-cu ildə həmin evə yenidən kredit götürmüşdür. Ondan sonra cavabdeh iddiaçının mənzildən çıxarmaq məsələsini qaldırmışdır. Beləliklə, qanunun tələbinə görə iddiaçı vicdansız sa hibdir. Ona görə də MMnin 157.5-ci maddəsi tətbiq edilə bilər.
20. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1280/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər G.Cavadova – sədrlik edən və məruzəçi, V.Məlikov və M.Əsədli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd etmişdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalı olan hüquqdur. Qeyd edilən qeydiyyatın aparılması üçün isə dəyişdirmə müqaviləsinin notarial formasına riayət edilməsi tələb olunur. İş üzrə tərəflər arasında dəyişdirmə müqaviləsi faktiki olaraq bağlanmışdır. Lakin həmin müqavilə qan unvericiliyin tələblərinə uyğun qeydə alınmadığı üçün özü-özlüyündə etibarsız müqavilədir.
22. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, tərəflər arasında bağlanmış dəyişdirmə müqaviləsi etibarsız müqavilə olması, iddiaçının vicdansız sahib olması anlamına gəlmir. Belə ki, tərəflər arasında sözügedən razılaşma əldə olunduğu vaxt iddiaçı, cavabdehə aid mübahisəli fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması, cavabdeh isə iddiaçıya məxsus 17 nömrəli mənzilin Bankın xeyrinə ipoteka ilə yüklü olması barədə məlumatlı olmuşlar. İddiaçı ailə üzvləri ilə birlikdə cavabdehin razılığı ilə mübahisəli fərdi yaşayış evində 6 il müddətində yaşamışdır. Bu halı cavabdeh həm hazırki iş üzrə, həm də 2(051)-62/2023 saylı mülki iş üzrə verdiyi izahatlarında təsdiq etmişdir. Həmin müd dət ərzində cavabdeh iddiaçının mübahisəli fərdi yaşayış evində yaşamasına və həmin evdə təmir işləri aparmasına hər hansı etiraz, şikayət etməmişdir. Cavabdeh yalnız 2022-ci ildə, yəni mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırdıqdan sonra, iddiaçının və onun ailə üzvlərinin mübahisəli fərdi yaşayış evindən çıxarılmaları barədə məhkəmədə iddia irəli sürmüş, məhkəmə qətnaməsi ilə həmin iddianın təmin edilməsi qət edilmişdir.
23. Məhkəmə, cavabdehin iddiaçıya məxsus mənzilin yüklü olmasını 2022-ci ildə bildiyi ilə bağlı dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, cavabdehin bu dəlili əsaslı deyil. Belə ki, 2(051)-62/2023 saylı mülki işin başlanmasına əsas olmuş iddia ərizəsində iddiaçı(hazırki iş üzrə cavabdeh) iddia ərizəsində mənzilin yüklü olma sı barədə məlumatın evləri dəyişdirdikdən bir müddət sonra bildiyini bildirmişdir.
24. Bundan başqa məhkəmə qeyd etmişdir ki, “iddiaçıya məxsus mənzilin ipoteka ilə yüklü olması haqqında cavabdehin 2022-ci ildə məlumatlı olması” barədə cavabdehin bildirdikləri həqiqət kimi qəbul edilsə belə, bu hal iddiaçının hazırki iş üzrə “vicdansız sahib” etmir. Çünki hazırki halda “vicdanlılıq” iddiaçının mübahisəli fərdi yaşayış evində yaşamasının əsaslarına münasibətdə müəyyən edilir. Cavabdehin özünün bildirdiklərindən və məhkəmələrin işin müəyyən etdikləri hallarından məlum olur ki, 2022-ci ilədək iddiaçının mübahisəli yaşayış evində yaşamasına cavabdeh şəxsən razılıq vermişdir.
25. Məhkəmə hesab etmişdir ki, mübahisəli fərdi yaşayış evində 2017-ci ildən 2022-ci ilədək ailə üzvləri ilə birlikdə ya şayan iddiaçı həmin evin qanuni (vicdanlı) sahibi olmuşdur. Buna görə də birinci instansiya məhkəməsinin qənaəti əsaslı, apelyasiya şikayətinin dəlilləri ilə əsassızdır.
26. Məhkəmə, iddiaçının mübahisəli fərdi yaşayış evi üzrə yerinə yetirilmiş təmirtikinti və yaxşılaşdırma işlərinə görə 100.000 manat vəsait sərf etməsinə və həmin vəsaiti tələb etməsinə münasibət bildirərək və Mülki Məcəllənin 157.6 və 157.7-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, iddiaçı 2022-ci il tarixədək mübahisəli fərdi yaşayış evinin qanuni sahibi, yəni vicdanlı olmuşdur. İddiaçı, mübahisəli fərdi yaşayış evində və evin həyətyanı sahəsində aparılmış təmir və yaxşılaşdırmaların onun tərəfindən aparılmasının təsdiqi kimi məhkəməyə fotoşəkillər təqdim etmişdir. Həmin fotoşəkillərdən görünür ki, mübahisəli fə rdi yaşayış evində və onun həyətyanı torpaq sahəsində təmir işləri, yaxşılaşdırmalar aparılmışdır. Fotoşəkillərin müqayisəli şəkildə təhlil nəticəsində müəyyən edilir ki, iddiaçının mübahisəli fərdi yaşayış evinə köçərkən və evin hazırki vəziyyəti arasında fərq mövcuddur, evin və həyətyanı sahəsində təmir, yenidənqurma və tikinti işləri görülmüşdür.
27. Cavabdehin iddia tələbinə və apellyasiya şikayətinə qarşı etirazı ondan ibarətdir ki, iddiaçı, mübahisəli fərdi yaşayış evinin cavabdeh tərəfindən ona yaşayış üçün yararsız, təmirsiz vəziyyətdə verməsini bildirsə də, bu məlumat həqiqəti əks etmir. Mübahisəli evin təmir işlərinin 90%-i (məsələn: qapının qoyulması, elektrik xəttinin çəkilməsi, sanuzellərin quraşdırılması, ayna pəncərələrin qoyulması və s.) cavabdeh tərəfindən aparılmışdır. Bu halları təsdiq edən şahidlərin olması barədə məhkəməyə bildirilsə də, məhkəmə buna əhəmiyyət verməmişdir. Lakin iş materiallarından görünür ki, işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən cavabdeh hər hansı bir şahidin dindirilməsi barədə məhkəməyə vəsatət verməmişdir.
28. Məhkəmə hesab edir ki, cavabdeh təmir-tikinti, yaxşılaşdırma işlərinin çox hissəsinin onun aparması barədə dəlilləri üzrə sübutetmə yükünün öhdəsindən gələ bilməmişdir. Sübuta söykənməyən dəlil əsaslı hesab edilə bilməz. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri müzakirə olunan hissədə də əsassızdır.
29. Mübahisəli fərdi yaşayış evinin və evin həyətyanı sahəsinin təmirinə və yaxşılaşdırmalarına iddiaçı tərəfindən vəsaitin sərf olunduğu iş materialları ilə təsdiq olunur. c) Kassasiya instansiyası m əhkəməsindəki birinci icraat
30. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişdir.
31. Şikayət onunla əsaslandırılmışdır ki, ekspertiza keçirilərkən bu barədə xəbər verilməmiş, Daşınmaz Əmlakın real bazar dəyərinin mənzilə verdiyi qiymət 85000 manat olduğu halda, ekspertiza tərəfindən evə 276000 manat qiymət qoyulmuşdur. Belə olan halda ekspertizanın təkrar keçirilməsi barəsində vəsatət vermiş, lakin hakim təkrar vəsatəti təmin etməmişdir. İşə baxılarkən ekspertin qiymət qoyduğu əmlakın çox hissəsini iddiaçı söküb aparmışdır. Yəni, mübahisəli mənzilin həyətində olan bütün ağacları kəsmiş, qapıları çıxarmış, döşəmənin yarısını sökmüş, eksperti zada göstərilən divara vurulmayan divar kağızlarını və digər əşyaları sökərək aparmışdır. Təyin olunmuş 59000 manatın içində bu materiallar hesablanmış və həmin məbləğ göstərilmişdir. Məhkəmə bunu nəzərə almadan 59000 manat məbləği saxlamışdır. Həmçinin, məhkəmə qeyd etmişdir ki, mənzil təmirsiz və yarımçıq olmuşdur. Bu da hakimin subyektiv mülahizəsidir. 2009-cu ildən köçənədək, yəni 2017-ci ilə qədər həmin mənzildə yaşamışlar. 8 il yaşadığı mənzil yarımtikili və təmirsiz olması qeyri-mümkündür. Məhkəmə göstərmişdir ki, evin sənədi olmamışdır. Torpağı 2009-cu ildə almış, ev tikdirmiş, ancaq torpağın sənədini 2015-ci ildə qeydiyyatdan keçirmişdir. Torpağı fərdi şəxsdən almış, 2009-cu ildən ev tikəndən sonra bələdiyyə bildirmişdir ki, torpaq onlara məxsusdur. Ona görə də 2015-ci ildə torpağ a sənəd almış və həmin sənədin üstündə tikilinin olması bildirilmişdir. Evinin və torpağının sənədləri qaydasında olmuşdur. Həmçinin qətnamədə göstərilmişdir ki, şifahi formada müqavilə bağlanmışdır. Bu müqavilənin etibarsız olmağını hakim özü təsdiq edir və məhkəmə prosesində müəyyən olunmuşdur ki, mənzil 2012-ci ildən girovdadır. Bundan sonra hakim tərəflər arasında müqavilə bağlandığını göstərmişdir. Bu sadəcə olaraq dələduzluq əlaməti kimi qiymətləndirilməli idi. 178.1-ci-maddəsinə müvafiq olaraq daşınmaz əmlak üzərində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda o şəxs bu barədə dövlət reyestrinə keçməyibsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməli idi. İddiaçının mənzili girovda olduğuna görə bunu etməmişdir. Buna görə də, heç bir şifahi müqavilənin bağlanmas ından söz gedə bilməz.
32. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
33. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Elşanə Vəliyeva - sədrlik edən və məruzəçi, Əhliman Xıdırov və Elşad Şamayev) 2(102)1559/2024 nömrəli 31 may 2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1280/2024 nömrəli, 14 dekabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
34. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, əmlakın təmirinə çəkilmiş xərclərin məbləği ilə bağlı kassasiya şikayətinin dəlillərini əsaslı hesab edir və bu hissədə məhkəmələr tərəfindən işdə olan sübutlara düzgün qiymət verilmədiyi, xərcin məbləğinin düzgün müəyyən edilməsi üçün aparılan araşdırmanın kifayət etmədiyi nəticəsinə gəlir.
35. Belə ki, təmir işlərinin dəyəri məhkəmə mühəndis-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir. Ekspertiza tədqiqatı zamanı mövcud vəziyyətdə evin ümumi təmirin dəyəri müəyyən edilmişdir. Cavabdeh ekspertin göstərdiyi işlərin bir hissəsinin ev iddiaçıya təhvil verilərkən mövcud olduğunu bildirsə də və bu işlərdən bəzilərinin (məsələn, seyf tipli metal qapının quraşdırılması) fərdi yaşayış evinin təmirdən əvvəlki və təmirdən sonra çəkilmiş fotoşəkillərinə baxmaqla müəyyən edilə bilsə də, məhkəmə həmin rəyi ətraflı tədqiq etməmiş, hər iki tərəfin iştirakı ilə evdə görülmüş təmirin hansı hissəsinin iddiaçı, hansı hissəsinin cavabdeh tərəfindən aparılmasını dəqiqləşdirməmiş, cavabdeh tərəfindən görülmüş işlərin dəyərini ümumi məbləğdən çıxmamışdır. Apellyasiya məhkəməsində cavabdeh təkrar ekspertiza keçirilməsi barədə vəsatət vermiş, həmin vəsatət isə təmin edilməmişdir.
36. Bundan başqa, iddiaçı kassasiya şikayətində ekspertin qiymət qoyduğu əmlakın çox hissəsinin iddiaçı tərəfindən sökülüb aparıldığını, mübahisəli mənzilin həyətində olan bütün ağacları kəsdiyini, qapıları çıxardığını, döşəmənin yarısını, ekspertizada göstərilən, lakin divara vurulmayan divar kağızlarını və digər əşyaları sökdüyünü göstərmişdir.
37. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş üzrə ekspertiza təyin edildikdən sonra eksp ert tərəfindən tədqiqat obyektinə xx.xx.2023-cü il tarixdə baxış keçirilmiş xx.xx.2023-cü il tarixdə rəy tərtib edilmişdir. İddiaçının həmin yaşayış evindən çıxarılması barədə məhkəmə qətnaməsi isə xx.xx.2023-cü il tarixdə qüvvəyə minmiş və icraya yönəldilmişdir. Kassasiya şikayətinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli qətnamənin icrasına dair icra məmuru və tərəflərin iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, borclu ailə üzvləri ilə evdən çıxarılarkən video çəkiliş aparılmış və evin sanitar qovşağının qismən yararsız olması, evin birinci mərtəbəsində mətbəxdən başqa digər otaqlarda divar kağızının olmaması, mənzildə olan 2-ci mərtəbənin istilik sisteminin panellərinin, ikinci mərtəbədə otaq qapılarının, 2-ci mərtəbədə parket döşəmənin, 2-ci mərtəbədə otaqların birindən başqa divar kağızının və hamam otağının hazır olmaması, mənzildə cərəyan yuvalarının olmaması, mənzildə ətək lövhələrinin yararsız olması və su qızdırıcısının olmaması müəyyən edilmişdir.
38. Bununla əlaqədar olaraq, cavabdeh kassasiya şikayətinə əlavələr təqdim edərək iddiaçı tərəfindən ev təhvil verilərkən evin darmadağın edildiyi göstərilmiş və fotoşəkillər təqdim edilmişdir.
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının iddiasının əsası, cavabdehin isə iddiaya olan etirazının əsası kimi istinad etdiyi hallara düzgün və müfəssəl hüququ qiymət verməyərək, iş üzrə ekspertiza rəyini işdə olan sübutlarla birlikdə araşdırmayaraq, rəydə göstərilən işlərin həqiqətən də mövcudluğunu yerli baxış keçirərək müəyyən etməyərək iş üzrə nəticəyə gəlməklə prosessual hüquq normalarının tələblərini pozmuşdur. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
40. İddiaçı apellyasiya şikayətinə etirazını onunla əsaslandırmışdır ki, iş materiallarından da görünür ki, tərəflər arasında mənzillə fərdi yaşayış evinin dəyişməsi barədə razılaşma olmuşdur. Cavabdeh məxsus ev tam olaraq təmirsiz və yarımtikili formada olsa da, İddiaçı məxsus mənzil isə tam təmirli olmuşdur. Bunu sübut edən bütün sübutlar, evlərin hazırki və əvvəlki halları barədə foto şəkillər, təmirə çəkilmiş xərclər barədə qəbzlər iş materillarında vardır. Bundan əlavə Cavabdeh da İddiaçı evdən çıxarılması barədə ərizəsində bunu etiraf edir. Belə ki, təqdim edilmiş iddia ərizəsindən də göründüyü kimi tərəflər arasında razılıq əsasında dəyişmə olsa da, bunun rəsmiləşdirilməməsinin səbəbi hər ik i evin sənədlərində olan problemlərdir. Belə ki, cavabdeh iddia edir ki, iddiaçıya məxsus mənzil girovda olmuş, ancaq Cavabdeh məxsus evin də sənədləri olmamış və evin çıxarışı 2022-cil ilin iyun ayında, yəni ev tam olaraq təmir olunduqdan sonra və istifadəyə yararlı olduqdan sonra alınmışdır. Belə olan halda apellyasiya şikayətinin əsassız olması iddia tələbinin tam olaraq əsaslı olmasına əsas verir. Ona görə apellyasiya şikayətinin təmin edilməməsi və Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanması barədə qətnamə çıxarılmasını xahiş edir.
41. Apellyasiya instansiyası məhkəməsinin 03 iyun 2025-ci il tarixli qərardadı əsasında aparılmış qiymətləndirmə işlərinə dair "xxxx" MMC tərəfindən tərtib edilmiş 07 iyul 2025-ci il tarixli hesabatda göstərilmişdir ki: - ünvan 4da yerləşə n fərdi yaşayış evinin cavabdehə təhvil verilməsinədək həmin evdə aparılmış işıq və su istilik xətlərinin çəkilməsi ilə bağlı xərclər, məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2023cü il tarixli, 10/174-9/251 saylı rəyi ilə müəyyən edilmiş cəmi 59257,0 manat məbləğində təmir xərclərinin tərkibinə daxil edilmişdir. İşıq sistemi və elektrik işlərinə ümumilikdə 1500 manat; ümumi su və kanalizasiya xətlərinin çəkilməsinə 1500 manat xərc göstərilmişdir. - ünvan 4da yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsindəki mətbəxdə (texniki pasportda 2 saylı otaq-16 m2) divarların təmirinə 1850 manat; evin ikinci mərtəbəsinə daxil olduqda sağ tərəfdəki birinci otağın (texniki pasportda 9 saylı otaq-16 m2) divarların təmirinə 1650 manat vəsait sərf edilmişdir. - ünvan 4da yerləşən fərdi yaşayış evini n birinci mərtəbəsindəki mətbəxin(texniki pasportda 2 saylı otaq-16 m2) divar kağızı olmadan təmirinə 6400 manat; evin ikinci mərtəbəsinə daxil olduqda sağ tərəfdəki birinci otağın (texniki pasportda 9 saylı otaq-16 m2) divar kağızı olmadan təmirinə 6100 manat; hər iki mərtəbədəki hamamlar istisna olmaqla 1-ci və 2-ci mərtəbədəki otaqların (texniki pasportda 1,3,5,6,7,8,11 və 12 saylı otaqlar-cəmi 183.7 m2) divar kağızı olmadan təmirinə 40400 manat vəsait sərf edilmişdir. - Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/174-9/251 saylı rəyi ilə müəyyən edilmiş hamam və ayaqyolunun kafel və metlaxla üzlənməsinə dair smetada nəzərdə tutulmuş xərclər evin hər iki mərtəbəsindəki sanitar qovşaqları əhatə edir. Belə ki, birinci mərtəbədəki (texniki pasportda 4 saylı otaq-6.4 m2) hamam və ayaqyolunun kafel və metlaxla üzlənməsinə 1834,5 manat; ikinci mərtəbədəki (texniki pasportda 10 saylı otaq-6.4 m2) hamam və ayaqyolunun kafel və metlaxla üzlənməsinə 1834,5 manat vəsaitin sərf olunduğu göstərilmişdir. - Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/174-9/251 saylı rəyi ilə müəyyən edilmiş laminatın və plintusun materialla birlikdə döşəməyə vurulması xərci evin hər iki mərtəbəsini əhatə edir. Belə ki, birinci mərtəbəyə sərf olunan vəsait 2565 manat; ikinci mərtəbəyə sərf olunan vəsait 2565 manat olaraq göstərilmişdir. - Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/174-9/251 saylı rəyi ilə müəyyən edilmiş istilik avadanlığı və radiatorların quraşdırılması xərci evin hər iki mərtəbəsini əhatə edir. Belə ki, birinci mə rtəbəyə sərf olunan vəsait 1550 manat; ikinci mərtəbəyə sərf olunan vəsait 1630 manat olaraq göstərilmişdir. - Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/174-9/251 saylı rəyi ilə müəyyən edilmiş taxta və MDF materialdan müasir tipli bir laylı keçid qapılarının quraşdırılması xərci evin hər iki mərtəbəsini əhatə edir. Belə ki, birinci mərtəbədəki 5 ədəd qapıya sərf olunan vəsait 2000 manat; ikinci mərtəbədəki 5 ədəd qapıya sərf olunan vəsait 2000 manat olaraq göstərilmişdir. - Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/174-9/251 saylı rəyində qeyd edilmiş elektrik razetkalarının (elektrik yuvaları) sayı 30 ədəddir. Bir ədədinin ayrılıqda dəyəri 6 manatdan hesablanaraq ümumilikdə 6 x 30=180 manat olmaqla göstərilmişdir. - Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/174-9/251 saylı rəyi ilə müəyyən edilmiş ünvan 4da yerləşən fərdi yaşayış evinin həyətindəki söhbətgahın quraşdırılmasına ümumilikdə tikinti materialları- 1400 manat; usta xərci-600 manat olaraq göstərilmişdir.
42. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər E.Mehdiyev – sədrlik edən və məruzəçi, E.İsayev və T.Musayev) 2(107)-74/2025 nömrəli, 12 avqust 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(051)-156/2023 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin edilmiş, Cavabdeh 17.039.5 manat məbləğində təmir xərcinin, 51.12 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi hissələrində ləğv edilməsi, həmin hissələrdə yeni qətnamə qəbul edilərək i ddia tələbinin rədd edilməsi, qətnamənin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
43. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin məhkəmənin təmin olunmuş təmir işlərinin kim tərəfindən aparılmasını araşdırmalı olmasına dair dəlili ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Mingəçevir şəhəri, 20 Yanvar döngəsində 0,06 ha torpaq sahəsində yerləşən 17 nömrəli fərdi yaşayış evinin cavabdeh tərəfindən iddiaçıya təhvil verildiyi vaxtdakı vəziyyətini, həmçinin İddiaçının həmin fərdi yaşayış evini tərk edərkən apardığı yaxşılaşdırmalardan hansının özü ilə götürülməsini, məhkəmə əmtəəşünaslıq ekspertizasının 07 iyun 2023-cü il tarixli, 10/174- 9/251 nömrəli rəyi ilə dəyərləri müəyyən edilmiş 59257 manat məbləğində yaxşılaşdırma işlərindən hamısının həmin fərdi yaşayış evinə sərf edilib-edilməməsini dəqiqləşdirməməklə MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinin tələblərini tam diqqətə almamışdır.
44. Belə ki, cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi fotoşəkillərdən müəyyən edildiyi kimi Mingəçevir şəhəri, 20 Yanvar döngəsində 0,06 ha torpaq sahəsində yerləşən 17 nömrəli fərdi yaşayış evi iddiaçıya təhvil verilərkən həmin fərdi yaşayış evinin bir ədəd seyf qapısı evin üzərində olmuş, həmin 1 ədəd seyf qapısının cavabdeh tərəfindən qoyulması, iddiaçı tərəfindən oraya digər bir seyf qapısının qoyulmaması iddiaçının öz izahatı ilə də təsdiq edilmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi məhkəmə əmtəəşünaslıq ekspertiza sının 07 iyun 2023-cü il tarixli, 10/174-9/251 nömrəli rəyində qeyd edilmiş, bir ədədinin mövcudluğu ümumiyyətlə müəyyən edilməmiş, 2 ədəd seyf qapısı üçün nəzərdə tutulmuş cəmi 1400 manat pul vəsaitinin iddiaçı tərəfindən evə sərf edilməsi qənaətinə gəlmişdir.
45. Bundan əlavə məhkəməyə təqdim edilmiş fotoşəkillərlə, tərəflərin izahatları ilə iddiaçıya təhvil verilərkən həmin fərdi yaşayış evində elektrik işləri üzrə işıq xətlərinin, ümumi su xəttinin Mingəçevir şəhəri, 20 Yanvar döngəsində 0,06 ha torpaq sahəsində yerləşən 17 nömrəli fərdi yaşayış evinin iddiaçıya təhvil verilməsinədək cavabdeh tərəfindən həyata keçirilməsinin müəyyən edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi həmin işlərə görə müəyyən edilmiş xərclərin də cavabdehdən iddiaçının xeyrinə tutulmalı olması nəticə sinə gələrkən səhvə yol vermişdir.
46. Həmçinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 07 iyun 2023-cü il tarixli, 10/174-9/251 nömrəli rəyində Mingəçevir şəhəri, 20 Yanvar döngəsində 0,06 ha torpaq sahəsində yerləşən 17 nömrəli fərdi yaşayış evinin təmirinə hər birinin dəyəri 40 manat olmaqla, cəmi 5600 manat dəyərində 140 rulon divar kağızının işlənildiyi qeyd edilsə də İddiaçı məhkəmə kollegiyasının iclasında verdiyi izahatında həmin fərdi yaşayış evinin birinci mərtəbəsində yalnız mətbəxə, ikinci mətbəsində isə uşaq otağına divar kağızının vurulduğunu, evin digər otaqlarını divar kağızının vurulması üçün hazır vəziyyətə gətirsə də digər otaqlara divar kağızının vurulmadığını göstərmişdir. Məhkəmə kollegiyasının iclasında verdikləri izahatlarında isə işdə iştirak edən şəxslər iddiaçı tər əfindən fərdi yaşayış evinin 2 otağına, yəni mətbəxə və uşaq otağına vurulan divar kağızlarının sayının cəmi 6 rulon olmasını qəbul etmişlər. Beləliklə birinci instansiya məhkəməsi hər biri 40 manat olmaqla, cəmi 240 manat dəyərində 6 rulon divar kağızından əlavə olaraq hesablanmış 134 rulon divar kağızı üçün 5360 manat pul vəsaitinin də cavabdehdən iddiaçının xeyrinə ödənilməli olması nəticəsinə gələrkən işin hallarını tam diqqətə almamışdır.
47. Məhkəmə kollegiyası tərəfindən mübahisəli fərdi yaşayış evinə baxış keçirilərkən İddiaçı evin ikinci mərtəbəsinin döşəməsində apardığı təmirin evin ikinci mərtəbəsinin döşəməsinin yalnız diklə örtülməsindən ibarət olduğunu, yəni evin ikinci mərtəbəsinə onun tərəfindən laminatın vurulmadığı müəyyən edilmiş, bundan başqa İddiaçı məhkəmə kollegiyası nın iclasında verdiyi izahatında evin ikinci mərtəbəsinə ümumiyyətlə atapleniya panellərini quraşdırmadığını, evin ikinci mərtəbəsindəki qapıları isə kreditlə aldığından sonradan onları götürdüyünü göstərmişdir. Həmçinin cavabdehin fərdi yaşayış evini icra məmurları vasitəsi ilə iddiaçıdan təhvil almasına dair videogörüntülərdən evin ikinci mərtəbəsindəki hamam və ayaqyolunun ümumiyyətlə təmirsiz vəziyyətdə olması müşahidə edilmişdir. 48. "xxxx" MMC tərəfindən verilmiş 07 iyul 2025-ci il tarixli mütəxəssis rəyi ilə məhkəmə əmtəəşünaslıq ekspertizasının 07 iyun 2023-cü il tarixli, 10/174-9/251 nömrəli rəyində qeyd edilmiş laminatın vurulması, istilik avadanlığı və radiatorların quraşdırılması, qapıların quraşdırılması, hamam və ayaqyolunun təmir edilməsinə dair xərclərin ünvan 4da yerləşən fərdi yaşayış evinin hər iki mərtəbəsinə aid edildiyi müəyyən edilmişdir.
49. Birinci instansiya məhkəməsi isə həmin halları araşdırmadan məhkəmə əmtəəşünaslıq ekspertizasının 07 iyun 2023-cü il tarixli, 10/174-9/251 nömrəli rəyinə istinad etməklə həmin rəylə müəyyən edilmiş 59257 manat məbləğin bütünlükdə cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir. 50. "xxxx" MMC tərəfindən verilmiş 07 iyul 2025-ci il tarixli rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, həmin rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir.
51. Kollegiya qeyd etmişdir ki, evin ikinci mərtəbəsinə iddiaçı tərəfindən laminatın vurulmadığı, evin ikinci mərtəbəsindəki hamam və ayaqyolunun iddiaçı tərəfindən ümumiyyətlə təmir edilmədiyi, evin i kinci mərtəbəsində iddiaçı tərəfindən istilik avadanlığı və radiatorların quraşdırılmadığı, evin ikinci mərtəbəsinə iddiaçı tərəfindən qapıların quraşdırılmasına baxmayaraq, sonradan, yəni evin cavabdehə təhvil verilməsi ərəfəsində iddiaçı tərəfindən evin ikinci mərtəbəsinə quraşdırdığı qapıların çıxarılaraq özü ilə aparılmasına baxmayaraq, birinci instansiya məhkəməsi həmin hissələrdə də işin faktiki hallarını tam araşdırmadan evin ikinci mərtəbəsi üzrə həmin xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması nəticəsinə gəlmişdir. 52. "xxxx" MMC tərəfindən verilmiş 07 iyul 2025-ci il tarixli rəylə ünvan 4da yerləşən fərdi yaşayış evində ümumi su və kanalizasiya xətlərinin çəkilməsinə 1500 manat xərc çəkilməsinin müəyyən edilməsinə baxmayaraq, tərəflərin məhkəmə iclasındakı izahatlarında n kanalizasiya xətlərinin məhz iddiaçının özü tərəfindən çəkilməsi, lakin ümumi su və kanalizasiya xətləri üzrə həmin 1500 manat məbləğin fərdiləşdirilməməsi müəyyən edilmişdir.
53. Ümumi su xətlərinin cavabdeh, kanalizasiya xətlərinin isə iddiaçı tərəfindən çəkilməsi nəzərə alınaraq, məhkəmə kollegiyası həmin hissə üzrə 1500 manat xərcdə tərəflərin bərabər iştirakını, kanalizasiya xətlərinə görə iddiaçının cavabdehdən cəmi 750 manat pul vəsaitini tələb etməkdə haqlı olması qənaətinə gəlmişdir.
54. Apellyasiya instansiyası məhkəməsi tərəfindən fərdi yaşayış evinin iddiaçı tərəfindən icra məmurları vasitəsi ilə cavabdehə təhvil verildiyi vaxt cərəyan yuvalarından müəyyən hissələrinin boş olmasına münasibətdə qeyd edilmişdir ki, qiymətləndirici tərəfindən işıq sistemi və elektrik işlərinə üm umilikdə 1500 manat vəsaitin sərf edilməsi, həmin xərclərin cavabdeh tərəfindən çəkilməsi müəyyən edildiyindən adıçəkilən xərcin tərkib hissəsini təşkil edən işıq yuvaları üzrə ayrıca bir hesabatın aparılması zərurəti müəyyən edilməmişdir.
55. İddiaçı tərəfindən mübahisəli mənzilin həyətində olan bütün ağacların kəsilməsi, mənzildə ətək lövhələrinin yararsız olması və su qızdırıcısının olmamasının müəyyən edilməsinə münasibətdə qeyd edilmişdir ki, işdə olan məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/174-9/251 saylı rəyindən evin həyətindəki ağaclar, mənzilin ətək lövhələri və su qızdırıcısı ilə bağlı hər hansı bir yaxşılaşdırma xərci müəyyən edilməmiş, beləliklə həmin əşyalarla bağlı birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən iddiaçının xeyrinə hər hansı bi r yaxşılaşdırma xərci qət edilməmişdir.
56. Məhkəmə kollegiyası evin sanitar qovşağının qismən yararsız olmasına münasibətdə isə qeyd etmişdir ki, Mingəçevir şəhəri, 20 Yanvar döngəsində 0,06 ha torpaq sahəsində yerləşən 17 nömrəli fərdi yaşayış evinin cavabdeh tərəfindən icra məmurları vasitəsi ilə iddiaçıdan təhvil alındığı vaxt aparılmış videoçəkilişdən evin sanitar qovşağının yalnız tavan hissəsinin yerində olmadığı, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/174-9/251 saylı rəyi ilə evin sanitar qovşağının tavan hissəsi üzrə hər hansı bir yaxşılaşdırma xərcinin hesablanmadığı müəyyən edilmişdir. Beləliklə evin sanitar qovşağının qismən yararsız olan tavan hissəsi üzrə birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən iddiaçının xeyrinə hər hansı bir yaxşılaşd ırma xərci qət edilməmişdir.
57. Beləliklə məhkəmə kollegiyasının araşdırması nəticəsində ünvan 4da yerləşən fərdi yaşayış evində və həmin evin yerləşdiyi həyətyanı sahədə ekspertiza tədqiqatı ilə müəyyən edilmiş 59257 manat məbləğində yaxşılaşdırma işlərindən işıq sistemi və elektrik işlərinə ümumilikdə 1500 manat, ümumi su xətləri üzrə 750 manat, 01 ədəd seyf qapısı 700 manat olmaqla, cəmi 2950 manatına dair hissəsinin fərdi yaşayış evinin iddiaçıya təhvil verilməsinədək cavabdehin özü tərəfindən icra edildiyi, ekspertiza tədqiqatı ilə yaxşılaşdırma xərci kimi qeyd edilmiş 2 ədəd seyf qapıdan 1 ədədinin ümumiyyətlə mövcud olmadığı, 59257 manat məbləğində yaxşılaşdırma işlərinin tərkibinə daxil edilmiş evin ikinci mərtəbəsindəki hamam və ayaqyolunda iddiaçı tərəfindən heç bir yaxşılaşdırm a işlərinin aparılmadığı, 59257 manat məbləğində yaxşılaşdırma işlərinin tərkibinə daxil edilmiş evin ikinci mərtəbəsinə iddiaçı tərəfindən laminat və plintusunun ümumiyyətlə vurulmadığı, 59257 manat məbləğində yaxşılaşdırma işlərinin tərkibinə daxil edilmiş evin ikinci mərtəbəsində iddiaçı tərəfindən istilik avadanlığı və radiatorların quraşdırılmadığı, 59257 manat məbləğində yaxşılaşdırma işlərinin tərkibinə daxil edilmiş evin ikinci mərtəbəsində iddiaçı tərəfindən quraşdırılmış qapıların sonradan iddiaçının özü tərəfindən oradan götürülməsi, 59257 manat məbləğində yaxşılaşdırma işlərinin tərkibinə daxil edilmiş hər biri 40 manat olmaqla, cəmi 5360 manat dəyərində 134 rulon divar kağızının isə iddiaçı tərəfindən həmin fərdi yaşayış evinə ümumiyyətlə işlədilmədiyi, nəticədə 59257 manat ya xşılaşdırma işlərinin tərkibindəki 17.039,5 manatın, həmin məbləğə mütənasib dövlət rüsumunun iddiaçının cavabdehdən tələb etməsinin əsaslı olmadığı müəyyən edilmişdir.
58. Lakin məhkəmə kollegiyası 42.217.5 manat məbləğində təmir xərclərinin, həmin məbləğə mütənasib dövlət rüsumunun tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməli olmasına dair cavabdehin apellyasiya şikayətində irəli sürülmüş tələbi əsaslı hesab etməmişdir.
59. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 157.2, 157.6, 157.7,
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 91.1, 9.3, 14.2, 77.1, 119.1, 217.1-217.4, 218.1, 372.6, 372.7, 384, 402.1, 420-ci maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və on a qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
60. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-2871/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün göndərilməsini xahiş etmişdir.
61. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin sübut növündə istinad etdiyi 07 iyul 2025-ci il tarixli "xxxx" MMC-nin rəyində qeyd edilmişdir ki, divar kağızı olmadan mübahisəli evin təmirinə 40400 manat vəsait sərf etmişdir. Lakin rəydən həmin 40400 manat vəsaitin hansı xərcləri əhatə etməsi müəyyən olunmur. Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı hər hansı izahatı, dəlili olmadığı halda təmir xərcindən 17039 manat vəsaitdən qalan xərcin məhz iddiaçı tərəfindən xərcləndiyi qənaətinə gələrkən öz qulluq mövqeyinə istinad etmişdir. Məhkəmə göstərmişdir ki, «48. Eyni zamanda kollegiya qeyd etməyi vacib hesab edir ki, məhkəmə kollegiyası tərəfindən mübahisəli fərdi yaşayış evinə baxış keçirilərkən iddiaçı evin ikinci mərtəbəsinin döşəməsində apardığı təmirin evin ikinci mərtəbəsinin döşəməsinin yalnız diklə örtülməsindən ibarət olduğunu, yəni evin ikinci mərtəbəsinə onun tərəfindən laminatın vurulmadığı müəyyən edilmiş, bundan başqa iddiaçı məhkəmə kollegiyasının iclasında verdiyi izahatında evin ikinci mərtəbəsinə ümumiyyətlə atapleniya panellərini quraşdırmadığını, evin ikinci mərtəbəsindəki qapıları isə kreditlə aldığından sonradan onları götürdüyünü göstərmişdir. Həmçinin cavabdehin fərdi yaşayış evini icra məmurları vasitəsi ilə iddiaçıdan təhvil almasına dair video görüntülərdən evin ikinci mərtəbəsindəki hamam və ayaqyolunun ümumiyyətlə təmirsiz vəziyyətdə olması müşahidə edilmişdir». İş materiallarında olan 07 may 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 1-ci mərtəbə üzrə tikili sahəsi 114.2, 2-ci mərtəbə üzrə 117.6 kv.m-ir. Qətnamədə həmin hal bu şəkildə təsvir olunmuşdur: «54. Məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/174-9/251 saylı rəyi ilə müəyyən edilmiş laminatın və plintusun materialla birlikdə döşəməyə vurulması xərci evin hər iki mərtəbəsini əhatə edir. Belə ki, birinci mərtəbəyə sərf olunan vəsait 2565 manat; ikinci mərtəbəyə sərf olunan vəsait 2565 manat olaraq göstərilmişdir» Halbuki, tərtib olunmuş smetadan görünür ki, 225 kv. metr sahəyə laminatın döşəməyə vurulması cilalanması ilə birlikdə 1125 mana t, laminat 225 kv.metr ərazini əhatə etməklə 3375 manat, plintusun vurulması (materialla birlikdə 210 kv. metr ərazini əhatə etməklə 630 manat təşkil etmişdir. İlkin ekspert rəyinə əsasən bu işlərin dəyəri 5630 (1125+3375+630) manat müəyyən olunsa da, məhkəmə həmin dəyəri 2565 və 2565 manat müəyyən etmiş və azalma məbləğini 2565 manat qəbul etmişdir. Beləliklə, məhkəmə öz qətnaməsində plintusun ümumiyyətlə vurulmadığını, laminatın isə 2-ci mərtəbəyə vurulmadığını göstərsə də qiymət fərqində bunu nəzərə almamışdır. Məhkəmə seyf qapılarının dəyəri olan 1400 manat, işıq xəttinin çəkilməsi kimi 1500 manat, ümumi su xətti üçün 750 manat, 134 rulon divar kağızının dəyəri 5360 manat, 2-ci mərtəbə laminatın dəyəri 2565 manat, istilik sisteminin, avadanlığın (radiatorların) dəyəri 1630 manat, 2-ci mərtəbəyə quraşdırıldığı iddia edilən 5 ədəd qapının dəyəri 2000 manat və 2-ci mərtəbədəki hamam və ayaqyolunun təmirinə çəkilmiş xərc 1834 manat, cəmi 17039 manat vəsaiti 59257 manat ekspert rəyində müəyyən edilmiş məbləğdən azaltmaqla işin hallarını subyektiv mülahizəsinə əsasən dəyərləndirmiş, iş üzrə işin hallarına uyğun gəlməyən qətnamə qəbul etmişdir.
62. Yəni məhkəmənin apellyasiya şikayəti üzrə nəzərə aldığı məbləğlər (1400+1500+750+5360+2565+1630+2000+1834) bundan ibarət olmuşdur. Məhkəmə əlavə olaraq hesablanmış 134 rulon divar kağızı üçün 5360 manat pul vəsaitinin də cavabdehdən iddiaçının xeyrinə ödənilməməli olması nəticəsinə gələrkən işin hallarını tam diqqətə almamışdır. İş üzrə məhkəmənin qiymətləndirməli olduğu 07 iyun 2023-cü il tarixli məhkəmə mühəndis –texniki ekspert izasının rəyində 140 rulon divar kağızı ilə bərabər məhz 140 rulon divar kağızının vurulması ilə bağlı xərclər də smetaya daxil edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli rəydə qeyd olunan Smetadan görünür ki,
1. Divarların keyfiyyətli şpaklyovkalanması, cilalanması və divar kağızının yapışdırılması 690 kv. m sahədə, kv.m 8 manat olmaqla 5520 manat məbləğdə,
2. Şpaklyovka (astar, üz)-57 kisə olmaqla, kisəsi 8 manat olmaqla 456 manat,
3. Cilalayıcı kağız 10 ədəd olmaqla, 1 ədədi 5 manat olmaqla 50 manat,
4. Divar kağızı 140 rulon olmaqla, rulon qiyməti 40 manat olmaqla 5600 manat,
5. Divar kağızı yapışqanı 28 qutu olmaqla, 1 ədədinin qiyməti 7 manat olmaqla 196 manat qiymətləndirilmişdir. Məhkəmə kollegiyası cəmi 6 rulon divar kağızı təmirdə istifadə olunduğu qənaətinə gəlsə də, divar k ağızının vurulması ilə bağlı çəkilmiş xərcləri buna mütənasib azaltmamışdır. Bununla da iddiaçının əsassız varlanması ilə nəticələnən məhkəmə qətnaməsi qəbul edilmişdir.
63. Həmçinin ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/174-9/251 saylı rəyində ünvan 4da yerləşən fərdi yaşayış evinin həyətindəki söhbətgahın quraşdırılmasına ümumilikdə tikinti materialları- 1400 manat; usta xərci-600 manat olaraq göstərilmişdir. Həmçinin həmin ekspert rəyində həyətyanı torpaq sahəsinin hamarlanması və beton materialı ilə hamarlanması(0.10)- qalınlıqda- 2000 manat, beton 3600 manat, armatur 3750 manat məbləğində, cəmi 8350 manat, yaşayış evinin fasad divarının üzlük bəzək daşı ilə (kabançik) üzlənməsi, kabançik, kafel üçün yapışqan üçün -1388 manat, yaşayış evinin yan və arxa divarlarının mata ilə üz lənməsi və boya ilə rənglənməsi, boya, kafel üçün yapışqan- 2306 manat təmir xərci hesablanmışdır. Hansı ki, həmin məbləğlərin cavabdehdən tutulması da qət edilmişdir. İşə baxan apellyasiya məhkəməsi Ali Məhkəmənin göstərişlərini nəzərə almamış, mübahisəli mənzilə baxış keçirsə də cavabdehin yararlana bildiyi konkret təmir işlərinin dairəsi ilə bağlı hər hansı hərəkət etməmiş, keçiriləcək əlavə ekspertiza qarşısında belə bir araşdırma aparılması qoyulmamış, nəticədə heç bir maraq olmayan işlərin dəyəri də ona münasibətdə təmin edilmişdir.
64. Cavabdeh evi iddiaçıya təhvil verərkən həyətyanı torpaq sahəsi olub və gələcəkdə orada ağaclar əkməklə həyəti gözəlləşdirmək planı olub. Həmçinin həyətdə becərəcəyi ağaclarda olub. Hazırda isə həyət betonlandığından yayda həyətdə istirahət etmək qətiy yən mümkün deyildir. Hansı ki, həmin həyətin əvvəlki vəziyyətə qaytarılması üçün yetərincə böyük vəsait tələb olunur. Bu işlərdən onun yararlanması mümkün deyildir. Digər tərəfdən bu xərclər fərdi yaşayış evinin qanunvericilikdə və doktrinada qəbul edilən “tərkib hissə” anlayışına və prinsipinə zidd olmaqla, nəzərə alınmışdır ki, Əşyanın tərkib hissələri mürəkkəb əşyanı təşkil edən elə bitişik əşyalardır ki, onlar olmadan mürəkkəb əşyanın əmələ gəlməsi və iqtisadi baxımdan ondan gözlənilən faydanı verməsi mümkün olmur. Tərkib hissələr əsas əşya ilə bir bütün – vahid əşya əmələ gətirmək üçün birləşən və bununla da meydana gələn yeni obyektə mürəkkəb əşya olma xüsusiyyətini verən parçalardır. Fərdi yaşayış evinin divara kabançikin vurulması, divarının boya ilə boyanması, həyətin betonlanması nın evdən mənim faydalanmağımla heç bir bağlılığı yoxdur. Məhkəmə kollegiyası isə Yüksək məhkəmənin bu tələblərinə riayət etməmişdir.
65. Məhkəmə ilkin ekspert rəyində qeyd olunan 59257 manat məbləğdən 17039 manat azaltma etmişdir. Ekspert rəyində evin sahəsi 225 kv. metr nəzərdə tutduğundan nəzəri olaraq evin sahəsindən artıq material və zəhmət haqqı həmin məbləğin artıq göstərilməsinə səbəb olmuş və məhkəmə bu halı da nəzərə almamışdır. Eyni hal laminatın döşəməyə vurulmasında, tavana alçipan təbəqələrinin quraşdırılmasında, alüminium profilin sayında, tavanın şraklyovkalanması, cilalanması və boya ilə rənglənməsi, şpaklyovka ölçüsündə nəzərə alınmamış, həmin sahənin 225 kv. metr kimi qəbul edilmişdir. Məhkəmə evin sanitar qovşağının yalnız tavan hissəsinin yerində olmadığını göstərsə də buna görə yaxşılaşdırma xərcinin hesablanmadığı qənaətinə gəlsə də ilkin ekspert rəyində “Tavanda alüminium təbəqələrdən asma tavanın quraşdırılması, alüminium təbəqə, alüminium profil, şurup olmaqla -338 manat (120+150+60+8) xərci ümumi məbləğdən çıxmamışdır. İlkin ekspert rəyində Ümumi su və kanalizasiya xətlərinin, divar daxili və döşəməaltı istilik xətlərinin, qaz xəttinin çəkilməsi (materialla və müvafiq ləvazimatla birlikdə)-1500 manat müəyyən edilmişdir. Məhkəmə kanalizasiya xəttinin iddiaçı tərəfindən çəkildiyi qənaətinə gəlməklə ümumi məbləğin tam yarısını iddiaçının xeyrinə təyin etmişdir. Məhkəmə göstərmişdir ki, mənzilin ətək lövhələri və su qızdırıcısı ilə bağlı hər hansı bir yaxşılaşdırma xərci müəyyən edilməmişdir. Plintus üçün 630 manat, su krantının smestitelin, hamam d uşunun, trapların xrom istilik radiatorunun quraşdırılması üçün 1000 manat, «Kombi» istilik sisteminin avadanlığının quraşdırılması (materialla) birlikdə 1200 müəyyən edilmiş və qətnamə qəbul edilərkən əsas məbləğdən bu məbləğlər çıxılmamışdır. Qətnamədə İstilik sisteminin, avadanlığın (radiatorların) dəyəri 1630 manat azaldıldığı (qətnamənin 68-ci bəndi) göstərilsə də bu hissədə də düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, ilkin ekspert rəyində istilik sisteminin avadanlığı, radiator və isti döşəmə xətlərinin quraşdırılması üçün 1500 manat, radiator üçün biri 120 manat olmaqla 1680 manat müəyyən edilmişdir. Evdə hər hansı isti döşəmə xətti mövcud deyildir. Radiatorlar yalnız 1-ci mərtəbədə quraşdırılmış, mənzildə olan yerlərindən də görünür ki, onlar cəmi 6 ədəd olmuşdur. Şəki Apellyasi ya Məhkəməsinin Mülki Kollegiyası 2(107)-1006/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadla iş üzrə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Əvvəlki ekspertiza növü məhkəmə mühəndis–texniki ekspertizası olduğundan məhkəmənin əlavə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etməsi qanunsuz olmuş və nəticədə mötəbər olmayan sübutlardan istifadə etməyə məcbur qalmışdır. Belə ki, keçirilmiş əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizasının 07 may 2025-ci il tarixli, 10/8327-9/8627 №-li rəyi məhkəməyə daxil olsa da qətnamənin 47, 49, 50, 51, 52, 53, 54,55, 56, 57, 58, 59, 60,61, 63, 66, 67-ci bəndlərindən görünür ki, işdəki sübutlar 07 iyun 2023-cü il tarixli, 10/174- 9/251 nömrəli ekspert rəyi və "xxxx" MMC tərəfindən verilmiş 07 iyul 2025-ci il tarixli rəyin müqayisəli tədqiqi ilə ap arılmışdır. Məhz 07 iyun 2023-cü il tarixli ekspert rəyində mübahisəli fərdi yaşayış evinin birinci və ikinci mərtəbəsində yerləşən tikililərin sahələri qeyd olunmuşdur. Yaşayış evində 13 tikili qeyd olunmuşdur. Tikili sahəsi 238.8 kv. metr qeyd olunmuşdur. (07 iyun 2023-cü il tarixli ekspert rəyinin 2-ci səhifəsi) Həmin rəydən görünür ki, 59257 manat dəyərində smeta tərtib olunmuşdur.
66. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadına əsasən verilmiş 07 may 2025-ci il tarixli ekspert rəyində mübahisəli fərdi yaşayış evinin birinci və ikinci mərtəbəsində yerləşən tikililərin sahələri qeyd olunmuşdur. Yaşayış evində 12 tikili və açıq eyvan tikilisi qeyd olunmuşdur. Tikili sahəsi 231.8 kv. metr qeyd olunmuşdur. (07 may 2025-ci il tarixli ekspert rəyinin 4-cü səhifəsi) Həmin rəyd ən görünür ki, əlavə ekspertiza evdə aparılmış son təmir işləri nəzərə alınmaqla tərtib olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardada əsasən qarşısına qoyulmuş suallardan 4, 5, 6, 7-ci suallar cavablandırılmışdır. Məhz həmin rəydə tikililərin sahələri ilkin rəydən fərqli göstərilmiş və bu mübahisəli fərdi yaşayış evinin texniki pasportundakı texniki göstəricilərə qismən uyğun olmuşdur. İlkin rəydə qeyd olunan texniki göstəricilər isə ümumiyyətlə uyğun olmamışdır. Məhz bu fərqlərə istinad edərək məhkəmədə təkrar məhkəmə tikinti texniki ekspertizanın keçirilməsi barədə vəsatət verilsə də keçirilmiş ekspertiza rəyinin fərdi yaşayış evinin texniki pasportunda qeyd olunan ölçülərinə uyğun gəlmədiyini göstərilsə də məhkəmə işin bu halını nəzərə almadan məhz fərdi yaşayış evinin texniki pasportu nda qeyd olunan göstəricilərinə uyğun gəlməyən ilkin ekspert rəyindəki ölçülərə uyğun mütəxəssis rəyi almışdır.
67. İşə yenidən Şəki Apellyasiya Məhkəməsində baxılarkən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının məcburi göstərişləri icra olunmamışdır. Belə ki, məhkəmə kollegiyası yüksək instansiya məhkəməsinin tələblərini icra edərək «iddiaçı tərəfindən həyata keçirilən və hazırda cavabdehin yararlana biləcəyi konkret təmir işlərinin dairəsi müəyyən edilərək ona uyğun obyektiv, ədalətli və istinad olunan prosessual hüquq normalarının tələblərinə cavab verən əsaslandırılmış məhkəmə aktı» qəbul etməli olduğu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələblərini pozmuşdur.
68. Məhkəmə kollegiyası iddiaçının gördüyü işlərə dair araşdırman ı aparmadan yaşayış evinin təmiri ilə bağlı verilmiş xx.xx.2023-cü il tarixli rəyi əsas tutaraq 17 sentyabr 2024-cü il tarixdə əlavə ekspertiza keçirilməsi barədə qərardad qəbul etmişdir. Məhkəmə iddiaçının icra etdiyi və cavabdehin yararlana biləcəyi işlərin dairəsini müəyyən etmədən, konkret olaraq keçirilmiş məhkəmə texniki-tikinti ekspertizanın mənzilin təmirinə ümumiyyətlə çəkilmiş xərclərdən mıbahisələndirilən bir neçə təmiri çıxmaqla yekun nəticəyə gəlmişdir.
69. Əşyanın tərkib hissələri mürəkkəb əşyanı təşkil edən elə bitişik əşyalardır ki, onlar olmadan mürəkkəb əşyanın əmələ gəlməsi və iqtisadi baxımdan ondan gözlənilən faydanı verməsi mümkün olmur. Tərkib hissələr əsas əşya ilə bir bütün – vahid əşya əmələ gətirmək üçün birləşən və bununla da meydana gələn yeni obyektə mürəkkəb əşya olma xüsusiyyətini verən parçalardır. Məsələn, torpaq, daş, qum, armatur, qapı, pəncərə, dam örtüyü birləşərək fərdi yaşayış evini meydana gətirirlər. Sadalanan tərkib hissələrin əsas əşyadan ayrılması əşyanın maddi bütünlüyünü və iqtisadi funksiyasını pozmadan mümkün olmur. Beləliklə, bir iqtisadi məqsəd üçün birləşmiş müxtəlif növlü əşyalar vahid (mürəkkəb) əşya hesab olunurlar. Çöl divara vurulmuş kabançik, həyətin betonlanması, çöl divarın boyanması cavabdeh üçün heç bir iqtisadi əhəmiyyət daşımamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
70. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
71. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülki yyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.
72. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
73. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
74. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
75. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan son ra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
76. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
77. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
78. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
79. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
80. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
81. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçı cavabdehin mülkiyyətində olan daşınmaz əşyaya qoyduğu yaxşılaşdırmaların əvəzini tələb etməkdə haqlıdır. Yaxşılaşdırmaların dəyəri tərəflər arasında mübahisəli olduğundan ekspertiza tədqiqatları aparılmaqla müəyyənləşdirilmişdir. Sonuncu dəfə işə baxan apellyasiya instansiyası məhkməsi sübut qismində qəbul etdiyi rəy əsasında rayon məhkəmə sinin müəyyənləşdirdiyi məbləğdən 17.039.5 manat təmir xərcini çıxaraq, iddianı həmin hissədə rədd etmiş, qətnaməni qalan hissədə dəyişdirmədən saxlamışdır.
82. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
83. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götü rmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
84. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
85. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
86. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kass asiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1280/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.