Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3600/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı ilkin, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin İddiaçı qarşı qarşılıqlı iddia tələbləri barədə iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə üzrə öhdəliyin icra edilməli olması, əsassız varlanma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh ASC-yə qarşı “mənzilin təhvil verilməsi” barədə ilk, Cavabdeh ASC-nin İddiaçı qarşı “mənzilin dəyərinin ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1479/2024 nömrəli, 22 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh MMC-nin kassasiya şikayətinə 27 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh ASC ilə XX arasında bağlanmış xx.xx.2018-ci il tarixli əvəzləşdirmə müqaviləsinə əsasən, tərəflər Bakı şəhəri, Nərimanov rayonn İcra Hakimiyyəti Başçısının xx.xx.2017 tarixli *** nömrəli sərəncamına əsasən Cavabdeh ASC-nin ünvan 1 və ünvan 2 saylı evin 156 kv.m. sahədən ibarət 4 otaqlı 2 saylı mənzilin tam mülkiyyət hüququ üzrə mülkiyyətçisi XXya mənzilin əvəzinə kompensasiya olaraq həmin ünvanda inşa ediləcək binanın 4-cü mərtəbəsində yerləşən 52.4 kv.m. (eyvan da daxil olmaqla) sahəsi olan mə nzili, həmin binanın 7-ci mərtəbəsində yerləşən 72.7 kv.m. (eyvan da daxil olmaqla) sahəsi olan mənzili, həmin binanın 4-cü mərtəbəsində yerləşən 54.9 kv.m (eyvan da daxil olmaqla) sahəsi olan mənzilin təmirli vəziyyətdə verilməsi və 150.000 AZN manat məbləğində kompensasiyanın ödənilməsi şərti ilə boşaldılaraq sökülməsi və daşınmaz əmlakın dövlət reyestrindəki müvafiq dövlət qeydiyyatının ləğv edilməsi barədə razılığa gəlmişlər.
2. Tərəflər arasında xx.xx.2018-ci il tarixdə bağlanmış xx.xx.2018 tarixli əvəzləşdirmə müqaviləsinə müqavilə tərəfləri Cavabdeh ASC-nin ünvan 1 ünvanlarında inşa edəcəyi çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 72.7 kv.m. (eyvan da daxil olmaqla) sahəsi olan mənzili İddiaçı adına rəsmiləşdirilməsi razılaşdırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, müqavilə üzrə iddiaçıya təqdim olunmalı ünvan 1 ünvanlarında inşa edilmiş çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzilin mətbəx otağına çöl tərəfdən açılmış qapının ləğv edilməsi, mənzilin digər hissələri ilə mətbəx arasında giriş-çıxış qapısının bərpa edilməsi, mühəndis-kommunikasiya şaxtalarının bərpası, mətbəx otağının təhlükəsizlik və memarlıq sənədlərində nəzərdə tutulmuş şəkildə mənzilin sahəsinə daxil edilməsi, mənzilin tam şəkildə, onun içinə daxil olan hissələrilə bərabər (mətbəx, sanitar otaqları, yataq, qonaq otağları və eyvan) iddiaçıya tam təmirli şəkildə təqdim edilməsi və bununla bağlı olaraq hüquqa və qanuna zidd hərəkətlərin edilməsinə son qoyulması, iddianın verilməsinə görə 100 manat və iddianın müvəqqəti təmin edilməsi barədə 10 manat dövlət rüsumunun və hüquqi yardımın göstərilməsi üçün vəkil bürosuna ödənilmiş 171 manat pulun iddiaçıya ödənilməsinin Cavabdeh ASC-yə (bundan sonra “cavabdeh” və ya “ASC”) həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda həmin ünvanda inşa edilən bina hazırdır. Lakin cavabdeh iddiaçıya mənzili təqdim edərkən bildirmişdir ki, mənzilin sahəsi razılaşdırılmış 72.7 kv.m. əvəzinə 81.6 kv.m. təşkil edir. Problemin həlli kimi cavabdeh iddiaçıdan ya yaranmış fərqin hər kv.m. üçün 1.600 AZN olmaqla ödənilməsini tələb etmiş, ya da, mənzilin ayrılmaz hissəsi olan mətbəxi mənzilin tərkibindən çıxaracağını demişdir. Hazırda cavabdeh artıq hörgü işlərini aparıb və mətbəxə çöldən ayrı qapı açmışdır. İddiaçı əlavə olaraq cavabdeh tələb etmişdir ki, mənzilin təmiri ilə bağlı üzərinə götürdüyü öhdəliyi tez bir zamanda icra etməsi üçün ona şərait yaratsın. Cavabdeh tərəfindən inşa zamanı buraxılmış səhvlər ucbatından yaranan fərqin isə iddiaçıya heç bir aidiyyatı olmamışdır. Bu artıq cavabdehin məsuliyyəti olmuşdur. Göründüyü kimi, cavabdehin hərəkətləri hüquqa və qanuna zidd olmuşdur. Bu hərəkətlər heç bir memarlıq qaydalarına da uyğun gəlmir. Cavabdeh tərəfindən aparılan mənzil sahəsinin ölçülməsi hansı üsulla keçirilməsi aydın deyildir.
5. Cavabdehin nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, hazırda ASC tərəfindən razılaşmaya əsasən iddiaç ıya mənzil təhvil verilərkən, mənzilin sahəsinin razılaşdırılmış 72.7 kv.m deyil, 81.6 kv.m. təşkil etdiyi müəyyən edilmişdir. Belə olan halda ASC-nin razılaşdırılmış 72.7 kv.m-dən 10 kv.m-dək çox sahənin əvəzsiz olaraq iddiaçiya verilməsinə dair heç bir öhdəliyi olmamışdır. Əksinə, ASC əvəzləşdirmə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi tam və vaxtında yerinə yetirmiş, bundan boyun qaçırmamışdır. Müqavilə ilə üzərinə götürmədiyi hər hansı öhdəliyə görə ASC cavabdehlik daşımır. ASC haqlı olaraq, yaranmış problemin həlli kimi iddiaçı ilə mübahisəni razılıqla həll edilməsini təklif etsə də, sonuncu razılaşmamış və mübahisənin həlli yolu olaraq məhkəməyə müraciət etmişdir. İddiaçı əvəzsiz qaydada, heç bir haqq ödəmədən, havayı olaraq ASC-dən 10 kv.m-lik sahəni qanunsuz olaraq tələb etmə kdədir.
6. Birinci instnasiya məhkəməsi iddiaçıya məxsus mənzilin mətbəx otağının çıxarılmasını layihəyə uyğunluğunu müəyyən etmək məqsədilə mühəndis-texniki ekspertizası təyin etmişdir.
7. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/158 nömrəli rəyinə əsasən mənzildə holun sahəsi - 13.2 kv.metr, sanitar qovşağın sahəsi - 6.4 kv.metr, yaşayış otağının sahəsi - 15.5 kv.metr, yaşayış otağının sahəsi - 11.5 kv.metr, qonaq otağının sahəsi - 22.7 kv.metr, mətbəx otağının sahəsi - 9.3 kv.metr, eyvanın sahəsi - 3.0 kv.metrdir. Baxış zamanı müəyyən olunmuşdur ki, təqdim olunmuş mənzilin sahəsi 13,2 kv.m. olan holun daxilindən sahəsi 9.3 kv.m. olan mənzilə doğru açılan qapı bağlanmış və mətbəxin daxilindən bloka doğru qapı açılmışdır. Eyni zamanda baxış zamanı mübahisəli mənzilə lay ihə üzrə nəzərdə tutulan mətbəxin kanalizasiya xətləri, havalandırma şaxtası bağlanmış sahənin daxilindən keçdiyi müəyyən olunmuşdur. ünvan 1 ünvanlarında inşa edilmiş çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən iddiaçıya məxsus mənzildən mətbəx otağının çıxarılması təsdiqlənmiş layihəyə uyğun deyil. ünvan 1 ünvanlarında inşa edilmiş çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən iddiaçıya məxsus mənzildə layihə üzrə mətbəx otağında ümumi bina üçün nəzərdə tutulan kanalizasiya və havalandırma sisteminin yerdəyişməsi mühəndis memarlıq standartlarına uyğun deyildir.
8. Cavabdeh də qarşılıqlı iddia ərizəsi verərək, iddiaçıya ünvan 2 ünvanında inşa edilmiş yaşayış binasında təhvil verilmiş mənzilin artıq olan 8.9 kv.m. sahəsinin dəyəri kimi 14.240 manat məbləğində pulun iddiaçıdan tutularaq ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ASC-nin müqavilə üzrə iddiaçıya təhvil verməli olan mənzil sahəsi (72.7 kv.m) yaşayış binasının nəinki 7-ci mərtəbəsində, ümumiyyətlə, həmin binanın bütün mərtəbələrində mövcud olmadığı üçün iddiaçıya sahəsi 81.6 kv.m olan mənzil təhvil verilmişdir. Bu hal Məhkəmə Ekspertiza Mərkəzinin hazırkı iş üzrə verdiyi xx.xx.2023-cü il tarixli 10/158 saylı ekspert rəyində də öz təsdiqini tapmışdır. Belə ki, həmin rəyin əsaslandırıcı hissəsində ekspert tərəfindən mənzilin ölçüləri aşağıdakı kimi müəyyən olunmuşdur: - holun sahəsi – 13.2 kv.m; - sanitar qovşağın sahəsi – 6.4 kv.m; - yaşayış otağının sahəsi – 15.5 kv.m; - yaşayış otağının sahəsi – 11.5 kv.m; - qonaq otağının sahəsi – 22.7 kv.m; - mətbəx otağının sahəsi 9.3 kv.m; - eyvnanın sahəsi 3.0 kv.m. Göründüyü kimi, ASC tərəfindən iddiaçıya müqavilə üzrə ümumi sahəsi 72.7 kv.m. ibarət mənzil təhvil verilməli olduğu halda, həmin sahədən 8.9 kv.m. artıq sahə təhvil verilmiş, sonuncu da 81.6 kv.m sahədən ibarət mənzili qəbul etmişdir. Qeyd olunan hal iddiaçı tərəfindən də mübahisələndirilmir. ASC dəfələrlə iddiaçıya müraciət edərək, ona verməli olduqları 72.7 kv.m-dən artıq verilən 81.6 kv metrlik mənzillərin sahələri arasında olan fərqin, yəni 8.9 kv.metrin real bazar dəyərinin ASC-yə ödənilməsini xahiş etsə də, iddiaçı pulu ödəməkdən imtina etmişdir. Bununla da müəyyən edilir ki, iddiaçı cavabdehin hesabına əsassız varlanmışdır. Bu baxımdan, iddiaçı müqavilə üzrə razılaşdırılmış mənzilin sahəsindən artıq (8.9 kv.m.) olan sahənin dəyərini “ASC-yə ödəməlidir. Çünki ASC mənzilin tikintisinə sərmayə qoyub, hazırda 8,9 kv.m. mənzilin hissəsinin iddiaçıda qalması ASC-nin pul itkisinə səbəb olur. Həmin pul itkisi faydalanan şəxs, yəni iddiaçı tərəfindən bərpa olunmalı, 8.9 kv.m. dəyəri ASC-yə qaytarılmalıdır. Müqavilə şərtlərindən görünür ki, tərəflər mübahisəli mənzilin 1 kv.m-nin dəyərini 1.600 manata razılaşdırmışlar. Belə olan halda iddiaçının ASC-yə ödəməli olduğu vəsait - 14.240 (8.9 kv.m X 1.600 manat) manat təşkil edir.
10. Birinci instansiya məhkəməsi tərəflərin iştirakı ilə xx.xx.2023-cü il tarixdə mübahisəli mənzilə keçirmiş, baxış zamanı müəyyən olunmuşdur ki, mənzil üç otaqdan, bir dəhlizdən, bir sanitar qovşağından və bir eyvandan ibarətdir, təmirsizdir. Binanın layihəsinə əsasən, mənzilə daxil olduqdan sonra sol tərəfdə olması nəzərdə tutulan mətbəxin mənzilə doğru açılan qapısı divarla bağlanmış və mətbəxin daxilindən bloka doğru bir qapı açılmışdır. Həmçinin hazırda layihə üzrə nəzərdə tutulan mətbəxin kanalizasiya xətləri, havalandırma şaxtası da həmin bağlanmış sahənin daxilindən keçdiyi üçün iddiaçı həmin sahədən istifadə edə bilmir.
11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)458/2023 nömrəli qətnaməsi ilə ilk iddia təmin edilmiş, ünvan 1 ünvanlarında inşa edilmiş çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzilin mətbəx otağına çöl tərəfdən açılmış qapının ləğv edilməsi, mənzilin digər hissələri ilə mətbəx arasında olan giriş-çıxış qapısının bərpa edilməsi, mühəndis kommunikasiya şa xtalarının bərpası, mətbəx otağının təhlükəsizlik və memarlıq sənədlərində nəzərdə tutulmuş şəkildə mənzilin sahəsinə daxil edilməsi, mənzilin tam şəkildə, onun içinə daxil olan hissələri ilə bərabər (mətbəx, sanitar otaqları, yataq, qonaq otağları və eyvan) iddiaçıya tam təmirli şəkildə təqdim edilməsi və bununla bağlı olaraq hüquqa və qanunazidd hərəkətlərin edilməsinə son qoyulması öhdəliyinin ilkin iddia tələbi üzrə cavabdehin üzərinə qoyulması, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi qət edilmişdir. (hakim Səbinə Nuriyeva)
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı mübahisəli mənzili yaşayış sahəsi kimi istifadə etmək məqsədilə almışdır. Hazırkı vəziyyətdə qeyd olunan layihə üzrə mətbəx kimi nəzərdə tutulmuş sahənin bağlanması və kanalizasiya xətləri, havalandı rma şaxtasının isə bağlanmış həmin sahədən keçməsi təsdiqlənmiş layihəyə və mühəndis memarlıq standartlarına uyğun olmamaqla iddiaçıya mənzildən təyinatı üzrə istifadə etməsinə - həmin mənzildə təhlükəsiz və sanitar şəraitdə daimi yaşamasına maneələr yaradır.
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mənzilin mətbəx otağına çöl tərəfdən açılmış qapının ləğv edilməsi, mənzilin digər hissələri ilə mətbəx arasında olan giriş-çıxış qapısının bərpa edilməsi, mühəndis kommunikasiya şaxtalarının bərpası, mətbəx otağının təhlükəsizlik və memarlıq sənədlərində nəzərdə tutulmuş şəkildə mənzilin sahəsinə daxil edilməsi, mənzilin tam şəkildə, onun içinə daxil olan hissələrilə bərabər (mətbəx, sanitar otaqları, yataq, qonaq otağları və eyvan) iddiaçıya tam təmirli şəkildə təqdim edilm əsi öhdəliyinin ASC-nin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır.
14. Qarşılıqlı iddia tələbi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyinə görə əsassız varlanma halının mövcud olması üçün bir şəxs tərəfindən buna qanuni və ya müqavilə əsası olmadan digər şəxsin əmlakının əldə edilməsi faktı baş verməlidir. Mübahisəli mənzilin qarşılıqlı iddia üzrə cavabdehə təhvil verilməsinə dair xx.xx.2018-ci il tarixli müqavilənin məzmununa görə, iddiaçıya ASC-nin ünvan 1 ünvanlarında inşa edəcəyi çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 72.7 kv.m. (eyvan da daxil olmaqla) sahəsi olan mənzilin verilməsi nəzərdə tutulmuşdur. Lakin iddiaçıya sonuncunun iradəsinə zidd olaraq yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 72.7 kv.m sahəsi olan mənzili deyil, 82 kv.m olan sahəsi olan m ənzili təhvil vermişdir.
15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, müqavilədə belə bir öhdəlik nəzərdə tutulmadığından qarşılıqlı iddia tələbi üzrə tələb edilən həmin məbləğin iddiaçıdan tutulmasının hüquqi əsası yoxdur. Müqavilə ilə belə bir şərt nəzərdə tutulmadığı, bu barədə iddiaçının razılığının alınmadığı təqdirdə ASC tərəfindən təhvil verilməli olan mənzilin daha artıq həcmdə təhvil verilməsi iddiaçının üzərinə əlavə öhdəlik qoyulması ilə nəticələnməməlidir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.3, 157.4, 385.1, 385.2, 386.1, 425.2, 435, 442, 443.7, 459.1, 1091.1, 1091.2, 1092.1-ci, Mənzil Məcəlləsinin 2.1, 9.1, 9.2.2, 12.2, 29.1-ci, Mülki Prosessual Məcəllənin 14.1, 14.2 və 77.1ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən - qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə üzrə iddiaçıya təhvil verilməli olduğu 72.7 kv.m ibarət mənzil həmin binada mövcud deyil. Belə olan halda iddiaçı cavabdehə əlavə 8.9 kv.m. sahənin pulunu ödəməli, ya da cavabdeh iddiaçıya 72.7 kv.m mənzilin dəyərini ödəməklə müqavilə ləğv olunmalıdır. Cavabdeh əvəzləşdirmə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi tam və vaxtında yerinə yetirmiş, bundan boyun qaçırmamışdır. Müqavilə il ə üzərinə götürmədiyi hər hansı öhdəliyə görə isə ASC cavabdehlik daşımır.
19. Apellyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus mənzilin faktiki ölçülərinin müəyyən edilməsi məqsədilə tikinti-texniki ekspertizası təyin etmişdir
20. Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/2173 nömrəli, 11 iyun 2024-cü il tarixli rəyinə əsasən, ünvan 3 ünvanlarında inşa edilmiş çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən iddiaçıya məxsus mənzilin içdən-içə, mənzilin daxilində olan arakəsmələrin, divarların, sütunların, şaxta sahələrinin və s. altı nəzərə alınmadan, eləcə də azalma əmsalları tətbiq edilmədən ümumi sahəsi faktiki olaraq 72.5 kv.m təşkil edir. Həmin ünvanlarda inşa edilmiş çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən iddiaçıya məxsus mənzilin çöl divarların orta sından hesablanmaqla, mənzilin daxilində arakəsmələrin, divarların, sütunların, şaxta sahələrinin və s. altı da daxil olmaqla, azalma əmsalları tətbiq edilmədən ümumi sahəsi 80.5 kv.m-dir.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1479/24 nömrəli, 22 iyul 2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdirş. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 458/2023 nömrəli qətnaməsi qismən – qarşılıqlı iddianın təmin olunmayan hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə qarşılıqlı iddia tələbi təmin edilməmişdir. (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Vahid Sadıqov, Akif İsgəndərov)
22. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir k i, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı rədd edərkən qarşılıqlı iddia tələbi üzrə cavabdehə sonuncunun iradəsinə zidd olaraq yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 72.7 kv.m sahəsi olan mənzili deyil, 82 kv.m olan sahəsi olan mənzili təhvil verilməsinə, müqavilədə belə bir öhdəlik nəzərdə tutulmadığından qarşılıqlı iddia tələbi üzrə tələb edilən həmin məbləğin cavabdehdən tutulmasının hüquqi əsası olmamasına istinad etmişdir. Halbuki qarşılıqlı iddia tələbi başqa əsasla təmin edilməməli idi.
23. Belə ki, ASC və XX arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, mübahisəli ünvanda inşa ediləcək çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 72.7 kv.m (eyvan da daxil olmaqla) sahəsi olan mənzilin iddiaçının adına rəsmiləşdirilməsi razılaşdırılmışdır. Hazırda ASC iddiaçıya sahəsi 72.7 kv.m olan deyil, 81.6 kv.m olan mənzil təhvil verildiyini bildirirərək qarşılıqlı iddia tələbində əlavə verilmiş sahənin dəyərinin ödənilməsini xahiş edir.
24. Məhkəmə Ekspertiza Mərkəzinin 10/2173 nömrəli ekspert rəyinə əsasən isə müəyyən edilmişdir ki, iddiaçıya məxsus mənzilin içdən-içə, mənzilin daxilində olan arakəsmələrin, divarların, sütunların, şaxta sahələrinin və s. altı nəzərə alınmadan, eləcə də azalma əmsalları tətbiq edilmədən ümumi sahəsi faktiki olaraq 72.5 kv.m-dir. Mənzilin daxilində arakəsmələrin, divarların, sütunların, şaxta sahələrinin və s. altı da daxil olmaqla, azalma əmsalları tətbiq edilmədən ümumi sahəsi 80.5 kv.m-dir.
25. Göründüyü kimi, ASC-nin iddiaçıya verdiyi mənzilin ümumi sahəsi faktiki olaraq 72.5 kv.m-dir. Yaşayış sahə sinə ehtiyacı olan şəxsin həmin münasibətlərə girərkən əldə edəcəyi əsas məqsədlərdən biri mənzilin yaşayış sahəsinin faktiki ölçüsüdür. Formalaşmış məhkəmə təcrübəsinə görə də, analoji işlərdə mənzilin ümumi sahəsi divaraltı sahələr nəzərə alınmadan hesablanır. Beləliklə, müəyyən edilir ki, ASC tərəfindən iddiaçıya müqavilədə nəzərdə tutulandan artıq sahəyə malik olan mənzil təhvil verilməmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ekspert qarşısında mənzilin sahəsi ilə bağlı suallar qoymamış və ekspert tərəfindən mənzilin sahəsi ölçülməmişdir. Ekspert rəyinin məzmunundan görünür ki, ekspert mənzilin sahəsi ilə bağlı iş materiallarında olan mənzillərin mərtəbə üzrə layihə sənədlərinə istina d etmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 390.1, 425.1, 430.1, 442, 448.25, 560.1 və 1091.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki icraat a) Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh dəfələrlə iddiaçıya müraciət edərək, 8.9 kv.m. dəyərinin ASC-yə ödənilməsini xahiş etsə də, cavabdeh pulu ödəməkdən imtina etmişdir. Bununla da müəyyən edilir ki, iddiaçı cavabdehin hesabına əsassız varlanmışdır. Bu baxımdan, iddiaçı müqavilə üzrə razılaşdırılmış mənzilin sahəsindən artıq (8.9 kv.m.) olan sahənin dəyərini ASC-yə ödəməlidir. İşə baxmış məhkəmə qəbul etdiyi qətnaməsində iddiaçının iddiasını təmin etməklə, ASC-nin əlavə olaraq 8,9 kv.m yaşayış sahəsini əvəzsiz olaraq iddiaçıya verməyə məcbur edir ki, bu da maddi və prosessual hüquq normalarının pozulması deməkdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən d igər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına z iyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək i şə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh kassasiya şikayətində ilk iddianın təmin olunan hissəsinin də ləğvini xahiş etsə də, apellyasiya şikayətində həmin hissəni mübahisələndirməyib. Apellyasiya baxışının predmeti və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız qarşılıqlı iddianın təmin edilməyən hissəsi üzrə olub. Bu baxımdan, qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan hissə başa düşülür.
33. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təc rübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən hallar müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.
36. İlk iddia tələbi müqavilə öhdəliklərini yerinə yetirilməsi barədədir. İddiaçı tələbinin əsası kimi cavabdehlə bağlanmış müqaviləyə istinad edib. Cavabdeh isə müqavilənin mövcudluğunu etiraf etməklə yanaşı, öhdəl iyini icra etmir, bunun əsası kimi də iddiaçıya daha artıq sahədən ibarət olan mənzil verilməsinə (əsassız varlanmasına) istinad edərək, həmin artıq sahənin dəyərinin iddiaçıdan tutulması barədə qarşılıqlı iddia vermişdir.
37. İşdən görünür ki, cavabdeh qarşılıqlı iddia tələbinin əsası kimi istinad etdiyi halı sübut edə bilməyib, əksinə, müəyyən edilib ki, cavabdeh iddiaçıya müqavilədə nəzərdə tutulmuş sahədən artıq ölçüdə mənzil verməmişdir. İddiaçıya verilən mənzilin sahəsi müqavilədə nəzərdə tutulan sahəyə uyğun gəlir.
38. Başqa sözlə, iddiaçının cavabdehin hesabına əsassız varlanması halı müəyyən edilməyib. Halbuki cavabdeh iddiaçıya müqavilədə nəzərdə tutulan ölçüdən artıq ölçüdə mənzil verdiyini bildirməklə, iddiaçının əsassız varlanmasına istinad etmişdir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri sübutları ətraflı araşdırmış, iddia tələbi üzrə hansı sübutun mötəbər, hansının isə qeyrimötəbər olduğunu prosessual normalara əsasən müəyyən etmiş, bu barədə gəldiyi nəticəni əsaslandırmış, ekspert rəylərinə düzgün qiymət vermiş, əsaslı hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsaslarını düzgün müəyyən etmişdir.
40. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırkı qərarın 22-27-ci bəndlərində əks edilən hüquqi dəyərləndirməsi ilə razılaşır.
41. Buna görə də hazırda qiymət verilməli olan məsələlər kassasiya şikayətinin dəlilləridir.
42. Kassasiya şika yətinin dəlillərinə gəldikdə, bu dəlillər iddiaçının əsassız varlanmasıl ilə bağlıdır ki, yuxarıda qeyd edilənlər də bu dəlilləri təkzib edir.
43. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1479/2024 nömrəli, 22 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.