Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3604/2022 15.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, X2 və Cavabdeh8 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3604/2022 (Açar sözlər: mənzilin boşaldılması və cavabdehlərin çıxarılması) Bakı şəhəri 15 iyul 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı “mənzilin boşaldılması və cavabdehlərin çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mül ki kollegiyasının 2(103)-271/2022 nömrəli, 9 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 15 iyul 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 48 saylı evin 30 saylı mənzilinin (mübahisəli mənzil) xüsusi mülkiyyətçisi Cavabdeh5 Bakı şəhəri 14 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2015-ci il tarixli, 2782 reyestr nömrəli etibarnamə əsasında təmsil edən X3 xx.xx.2017-ci il tarixdə bağışlama müqaviləsinə əsasən mübahisəli mənzili İddiaçı (bundan sonra-iddiaçı) bağışlamışdır.
2. Bağışlama müqaviləsi bağlanan məqama yetkinlik yaşına çatmış şəxs olan cavabdehlər mənzilin bağışlanmasına etirazlarının olmaması, mənzildən qeydiyyatdan çıxacaqlarını öhdələrinə götürmələri, gələcəkdə bununla bağlı heç bir iddia və tələbi olmayacağı barədə notariusa ərizə vermişlər.
3. Bağışlama müqaviləsi Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə təqdim edilmiş və mənzilin mülkiyyət hüququ üzrə iddiaçı xx.xx.2017-ci il tarixdə qeydiyyata alınaraq, RX seriyalı, ******* saylı çıxarış verilmişdir.
4. Cavabdehlər iddiaçının xüsusi mülkiyyətində olan mübahisəli mənzildə qeydiyyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X1 və Cavabdeh8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu 2-ci mikrorayon Cavadx an küçəsi 48 saylı evin, 30 saylı mənzilindən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi, həmin mənzildən qeydiyyatdan çıxarılmaları, cavabdehlərin mənzildən çıxarılmaları və mənzilin boşaldılıb ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, qeyd olunan şəxslər Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş ərizə ilə müraciət edərək, həmin mənzilin bağışlanmasına heç bir etirazının olmaması və eləcə də, qeyd olunan mənzilə qeydiyyatdan çıxmalarını öhdələrinə götürmüşlər. Həmin vaxt Cavabdeh3, Cavabdeh4, Cavabdeh8 azyaşlı olmaları nəzərə alınaraq, adıçəkilən şəxslər ərizə verməmişdir. Lakin adını qeyd etdiyi şəxslər üzərlərinə götürdükləri öhdəl ikləri həyata keçirməkdən imtina etmiş, həmin mənzildə hazırda da, qeydiyyatdadırlar. Bundan əlavə Cavabdeh6 ilə X2 faktiki olaraq mənzildə yaşayırlar. Bundan başqa, bağışlama müqaviləsi əsasında mülkiyyətçisi olduğu mənzilə mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Bu səbəbdən məhkəməyə müraciət etmişdir.
7. Cavabdeh3 və Cavabdeh4 xx.xx.2003-cü il və xx.xx.2004-cü il təvəllüdlü olmaqla, yetkinlik yaşına çatmadıqlarından, cavabdehlər siyahısından çıxarılmışlar.
8. Birinci instansiya məhkəməsində Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, həmin mənzili bağışlamaq niyyətləri olmamışdır. Borc aldıqları üçün mənzilə dair bağışlama müqaviləsi bağlanmışdır. Borcu ödəmək istəyirlər. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş et mişdir.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(006)- 1544/2020 saylı qərardadı ilə mülki iş üzrə icraata – cavabdehlərin mənzilindən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi və cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılmaları tələbinə dair hissədə xitam verilmişdir.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-1544/2020 nömrəli iş üzrə 23 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.Ə.Tağıyev) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh6 və Cavabdeh7 mənzilindən çıxarılması, mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh5 Bakı şəhəri 14 saylı notariat kon torunda verdiyi xx.xx.2015-ci il tarixli 2782 reyestr nömrəli etibarnamə əsasında X3 xx.xx.2017-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinə əsasən (mübahisəli mənzili) İddiaçı bağışlamışdır. Bağışlama müqaviləsi bağlanan məqama yetkinlik yaşına çatmış şəxs olan cavabdehlər mənzilin bağışlanmasına etirazlarının olmaması, mənzildən qeydiyyatdan çıxacaqlarını öhdələrinə götürmələri, gələcəkdə bununla bağlı heç bir iddia və tələbi olmayacağı barədə notariusa ərizə vermişlər. Bağışlama müqaviləsi Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRXnin Bakı Ərazi İdarəsinə təqdim edilmiş və həmin İdarə tərəfindən mənzil mülkiyyət hüququ üzrə iddiaçının adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınaraq, sonuncuya RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlə t reyestrindən çıxarış verilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehlər Cavabdeh6 və Cavabdeh7 həmin mənzildə yaşamaları iddiaçının mülkiyyət hüquqlarını, həmçinin mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnu məhdudlaşdırır.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 52.4. 152.5 və MPM-in 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Cavabdehlər Cavabdeh7, Cavabdeh2, Cavabdeh6 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və E.Ə.Mehdiyev) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-271/2022 saylı mülki iş üzrə 9 fevral 2022-ci il tarixli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən- birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh2 aid təmin edilməyən hissəsində ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla iddia tələbinin həmin hissədə təmin olunması qət edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 aid hissədə qeyd etmişdir ki, Cavabdeh2 iddiaçının mülkiyyətində olan mənzildə yaşadığını və 6 mart 2015-ci il də Bakı şəhəri 14 saylı Notariat Kontorunda verilmiş ərizəsində o, (mübahisəli mənzilin) satılmasına, bağışlanmasına, ipoteka qoyulmasına, ipoteka yolu ilə satılmasına heç bir etiraz etməmiş, gələcəkdə bununla əlaqədar heç bir iddia və tələbinin olmayacağını bildirmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh2 qız (Vəkil2 ) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin (mübahisəli mənzilə) olan istifadə hüququ alqı-satqının, girovun və icarənin predmeti ola bilməz. Qeyd edir ki, mübahisəli mənzilin satı lmasına, bağışlanmasına, ipoteka qoyulmasına etiraz etməmiş, lakin mənzildən, mənzilin satılacağı, ipoteka qoyulacağı və ya başqa qaydada özgəninkiləşdirilərkən qeydiyyatdan çıxacağı barədə notarial qaydada təsdiqlənmiş ərizə verməmişdir. Kassator hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmamış, həmin sübutlara tətbiq edilməli hüquq müvafiq olaraq qiymət verilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
20. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan ist ifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
21. Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
27. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki h alları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, Cavabdeh2 mənzildən çıxarılması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində mübahisələndirildiyindən məhkəmə aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Məhkəmə kollegiyası q eyd edir ki, Azərbaycan Respublikasının MPM-in 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
32. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianı Cavabdeh2 mənzildən çıxarılması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində təmin edərkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həq iqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir. Mübahisəli mənzilin digər şəxsə bağışlanmasına razılığın verilməsi cavabdeh tərəfindən hər hansı şərtlə şərtləndirilmədiyindən, yeni mülkiyyətçinin ona qarşı mənzildən çıxarılma tələbi əsaslı olmaqla düzgün olaraq təmin edilmişdir. Digər tərəfdən, kassator özgəninkiləşdirməyə razılıq verdiyindən onun həmin mənzilə dair əvvəlki mülkiyyətçiyə münasibətdə istifadə hüququnun olduğu halda belə onun bundan doğan əsasla yeni mülkiyyətçiyə qarşı h ər hansı tələblə iddia qaldırması üçün əsas təşkil edə bilməz.
33. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-271/2022 nömrəli mülki iş üzrə 9 fevral 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.