Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3605/2022 23.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə üzrə QƏRARİ (Açar sözlər: istifadə hüququnun tanınması, mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı fərdi yaşayış evinə istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-359/2022 nömrəli iş üzrə 3 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tə rəfindən verilmiş kassasiya şikayətinə 23 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. XXX rayonu, XXX kəndində yerləşən 2 otaqdan ibarət, ümumi sahəsi 82,4 m2 olan fərdi yaşayış evinin (bundan sonra – mübahisəli ev) texniki pasportunda evin sahibi X5 (bundan sonra – cavabdehin atası) göstərilmişdir.
2. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh1 (bundan sonra – cavabdeh) xx.xx.2002-ci ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan XXX, XXX və XXX adlı uşaqları anadan olmuşdur.
3. Cavabdehin atası xx.xx.2008-ci ildə ildə ölmüşdür. 4. 29 yanvar 2016-cı ildə XXX rayonu, XXX kəndində yerləşən 0,2130 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə X5 (bundan sonra – cavabdehin atası) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, torpaq sahəsi üzərində yerləşən mübahisəli evə dair cavabdehin atasının adına Çıxarış verilmişdir.
5. Yevlax Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında nikah pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, onun və azyaşlı oğlu X1 mübahisəli evə istifadə hüququnun tanınması və köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə rəsmi nikaha daxil olduqdan sonra cavabdehin atasının sahibliyində olan mübahisəli evə gəlin köçmüş, cehiz əşyalarını bu evə yerləşdirmiş, ev ə qeydiyyata düşmüşdür. Onlar ailə olaraq 2016-cı ilədək birlikdə yaşamışlar. İddiaçının üç uşağı həmin fərdi yaşayış evində doğulmuş, orada yaşamış və məktəbə getmişlər. Qayınatası vəfat etdiyi günədək onlar mehriban yaşamışlar. Qayınatasının vəfatından sonra isə iddiaçı 7 il həmin evdə yaşamışdır. Həmin fərdi yaşayış evinə mülkiyyət sənədləri xx.xx.2016-cı il tarixində alınmış, həmin fərdi yaşayış evinə aid torpaq sahəsi Cavabdeh2, X2, Cavabdeh3 mülkiyyətində olmuşdur. X4 da 2010-cu il tarixində vəfat etdiyindən, hazırda torpağın mülkiyyətçilləri Cavabdeh2 və Cavabdeh3dır ki, onlar da həmin evdə yaşamaqla, ata və analarına aid olan mirası qəbul etmişlər. Digər Cavabdeh1 isə onun keçmiş həyat yoldaşıdır. Cavabdehlər ata və analarına aid olan mirasda yaşamaqla həmin mirası qəbul ediblər. C avabdeh1 ilə ailə münasibətləri pozulduğundan, iddiaçı həmin evdə yaşaya bilmir. Bu günə kimi iddiaçının cehiz əşyaları qeydiyyatda olduğu mübahisəli evdədir. Həmin fərdi yaşayış evinə istifadə hüququnun tanınmasını və köçürülməyini istəyir. Yaşamağa başqa yeri yoxdur. Cavabdehlər evin rəsmi mülkiyyətçisi olmasalar da, onların həmin əmlaka gözlənilən mülkiyyət hüquqları mövcuddur.
8. Yevlax Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(039)-178/2021 nömrəli mülki iş üzrə 26 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakim:Günay Cavadova) iddia rədd edilmişdir.
9. Məhkəmə öz mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, iddiaçı mübahisəli yaşayış evinə köçən zaman ev mülkiyyətçiyə bərabər tutulan “qanuni gözləntiyə” malik olan, iddia ərizəsi verilən zaman isə artıq mülkiyyə t hüququnu qeydə alınmış mərhum qaynatasının, yəni cavabdehin atasının mülkiyyətində olmuşdur. Lakin iddiaçı evə köçərkən onunla cavabdehin atası arasında evdə yerləşən yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı barədə notariat qaydasında təsdiqlənən yazılı razılaşma mövcud deyil. Başqa sözlə, iddiaçının mübahisəli evdə yerləşən yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələri, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın Protokolu nsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimovanın Azərbaycana qarşı” işi üzrə qəbul etdiyi 27 sentyabr 2007-ci il tarixli qərarı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldızın Türkiyəyə qa rşı” işi üzrə qəbul etdiyi xx.xx.2004-cü il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci, 157-ci, 158.1.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci, 228-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-930/2021 nömrəli iş üzrə 27 may 2021-ci il tarixli qətnaməsi ilə (bundan sonra – apellyasiya instansiyası məhkəməsinin qətnaməsi) apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(075)-179/2021 nömrəli qətnaməsi dəyişdirilməd ən saxlanılmışdır. (hakimlər İmanverdi Şükürov (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Ələddin Məcidov)
13. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətində evin mülkiyyətçisi olmuş mərhum qayınatasının onun evə köçürülməsinə razılığının olduğunu qeyd etsə də, həmin halı sübut edəcək hər hansı sənəd təqdim etməmişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
14. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər: Aqil Abbasov (sədrlik edən və məruz əçi), Elşanə Vəliyeva və Elşad Şamayev) 2(102)-5700/2021 nömrəli iş üzrə 13 dekabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına göndərilmişdir.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr mübahisənin qanuni və əsaslı həllinə təsir edən iddiaçının ərinin mirası qəbul edibetməməsi halını araşdırmadan iddianı rədd etməklə düzgün nəticəyə gəlməmişlər. Çünki, iddiaçının əri cavabdeh atasından qalan evi miras kimi qəbul etməsi halı müəyyən edilərsə, hazırki iddianın həlli Mülki Məcəllənin 228.2-ci maddəsinin tələbləri baxımından deyil, həmin Məcəllənin 1255-ci maddəsinin tələbləri nəzərə alınmaqla “S.Süleymanovun şikayəti üzrə” Azərbaycan Respublikası Kon stitusiya Məhkəməsi Plenumunun 02 aprel 2010-cu il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə uyğun olaraq Mülki Məcəllənin 228.5-ci maddəsinin tələbləri baxımından həll edilməlidir və bu zaman mülkiyyətçi ilə yazılı razılaşmanın olmasına zərurət yoxdur.
17. İddia ərizəsində və apellyasiya şikayətində iddiaçı evin miras olaraq cavabdehlər tərəfindən qəbul edilməsini göstərsə də, nə birinci, nə də apellyasiya instansiya məhkəməsi işin həmin halına əhəmiyyət verməyib. Halbuki iddianın və apellyasiya şikayətinin bu dəlillərinə qiymət verilməsi iddianın obyektiv və qanuni həlli, eləcə də qətnamənin əsaslılığı baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
18. Bundan əlavə, apellyasiya məhkəməsi Yevlax Rayon Məhkəməsinin 2(039)178/2021 saylı, 26 yanvar 2021-ci il tarixli qətnaməsin dən verilmiş şikayətə baxsa da, nəticədə Şəki Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(075)-179/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etməklə, iddiaçı tərəfindən barəsində apellyasiya şikayəti verilməyən qətnamə üzrə qərar qəbul etməklə prosessual hüquq normalarını pozmuşdur. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
19. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər: Mahir Əsədli (sədrlik edən və məruzəçi), Rövşən Rəfiyev və Vəzirxan Məlikov) 2(107)-359/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (bundan sonra – apellyasiya instansiyası məhkəməsinin ikinci qətnaməsi) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia ərizəsi təmin edilmişdir.
20. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, iddiaçı mübahisəli evə köçən zaman ev mülkiyyətçiyə bərabər tutulan “qanuni gözləntiyə” malik olan, iddia ərizəsi verilən zaman isə artıq mülkiyyət hüququ qeydə alınmış iddiaçının mərhum qayınatası- X3 mülkiyyətində olmuşdur. X5 xx.xx.2008-ci ildə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən ölənin arvadı (əri), övladları qanun üzrə 1-ci növbə vərəsə hesab edilirlər. Həmin Məcəllənin 1243.21243.3-cü maddələrinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlaka idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. İddiaçı bildirmişdir ki, qayınatasının ölümündən sonra da cavabdeh olan əri Cavabdeh1lə mübahisə predmeti olan evdə yaşamaqda davam ediblər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə görə də qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Bu baxımdan məhkəmə kollegiyası qeyd etmişdir ki, işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi mübahisənin qanuni və əsaslı həllinə təsir edən iddiaçının əri olan cavabdehin mirası qəbul edib-etməməsi halını araşdırmadan iddianı rədd etməklə düzgün nəticəyə gəlməmişlər. Kollegiyanın iclasında izahat verən iddiaçının əri cavabdehin atasından qalan evi miras kimi qəbul etməsi halı müəyyən edilmişdir. Belə ki, izahatında bu gün də o mübahisəli evdə yaşadığını qeyd etmiş, başqa yaşayış yerinin olmadığını bildirmişdir. Ona görə kollegiya qeyd etmişdir ki, hazırki iddianın həlli Mülki Məcəllənin 228.2-ci maddəsinin tələbləri baxımından deyil, həmin Məcəllənin 1255-ci maddəsinin tələbləri nəzərə alınmaqla “S.Süleymanovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2010-cu il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə uyğun olaraq Mülki Məcəllənin 228.5-ci maddəsinin tələbləri baxımından həll edilməlidir. Həmin qərara əsasən isə mülkiyyətçi ilə yazılı razılaşmanın olmasına zərurət yoxdur. “S.Süleymanovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olub ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı Mülki Məcəllənin 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və Mülki Məcəllənin 27.2ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəalarında digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalınmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlə rinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilə ilə deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh kassasiya şikayəti verərək (Vəkil2 tərəfindən tərtib olunmuş) apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yeni apellyasiya baxışına göndərilməsi bar ədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassator şikayətini əsaslandırarkən qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları tətbiq edilir. Bu zaman isə yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi üçün mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma tələb olunur. Lakin, hazırki iş üzrə iddiaçı ilə cavabdehin atasının, kassatorun və digər cavabdehlərin arasında notariat qaydasında yazılı razılaşma olmamışdır. Eyni zamanda işə baxan apelyasiya məhkəməsi cavabdehin mirası qəbul edib-etməməsini ətr aflı araşdırmamışdır.
23. Kassator şikayətini əsaslandırarkən Mülki Məcəllənin 228.2-ci, Mənzil Məcəlləsinin 30.4-cü, Mülki Prosessual Məcəllənin 77.1, 88-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
25. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
26. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyy ət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Dövlət vərəsəlik hüququna təminat verir.
27. Maddə
43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
29. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:
30. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə s übutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. “S.Süleymanovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı 38. “…mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı Mülki Məcəllənin 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və Mülki Məcəllənin 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəalarında digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının gö stərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalınmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur.” Kassasiya baxışının hədləri
39. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
40. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqey i
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.
42. İşə baxan Apellyasiya Məhkəməsi kassasiya instansiyasının göstərişlərini nəzərə alaraq müəyyən etmişdir ki, iddiaçı mübahisəli evə köçən zaman ev mülkiyyətçiyə bərabər tutulan “qanuni gözləntiyə” malik olan, iddia ərizəsi verilən zaman isə artıq mülkiyyət hüququ qeydə alınmış iddiaçının mərhum qayınatası - X3 mülkiyyətində olmuşdur. X5 xx.xx.2008-ci ildə ölmüşdür. Onun vəfatından sonra ər-arvad həmin evdə uzun illər yaşamaqda davam etmişlər. Ona görə məhkəmənin mövqeyi belə olmuşdur ki, cavabdeh atasından miras qalmış əmlakı qəbul etməklə mülkiyyətçi statusu əldə etmiş və iddiaçının da onun ailə üzvü kimi evə istifadə hüququ yaranmışdır.
43. Azərbaycan Respublikası Mülki Məc əlləsinin 1159-cu maddəsinə əsasən ölənin arvadı (əri), övladları qanun üzrə 1-ci növbə vərəsə hesab edilirlər. Həmin Məcəllənin 1243.2-1243.3-cü maddələrinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlaka idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
44. İşin mübahisəsiz halıdır ki, qayınatasının ölümündən sonra da iddiaçı cavabdeh olan əri Cavabdeh1lə mübahisə predmeti olan evdə yaşamaqda davam etmişlər. Azərbaycan Respubl ikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
45. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, hazırki iddianın həlli Mülki Məcəllənin 228.2-ci maddəsinin tələbləri baxımından deyil, həmin Məcəllənin 1255-ci maddəsinin tələbləri nəzərə alınmaqla “S.Süleymanovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2010-cu il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə uyğun olaraq Mülki Məcəllənin 228.5-ci maddəsinin tələbləri baxımından həll edilməlidir. Həmin qərara əsasən isə mülkiyyətçi ilə yazılı razılaşmanın olmasına zərurət yoxdur. “S.Süleymanovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olub ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı Mülki Məcəllənin 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və Mülki Məcəllənin 27.2ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəalarında digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalınmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmi n olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilə ilə deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır.
46. İşin yuxarıda qeyd olunan faktiki hallarını rəhbər tutan apellyasiya məhkəməsi haqlı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə istinad etməklə iddianı təmin etmişlər.
47. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 48. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irə li gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-359/ 2022 nömrəli, 3 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.