Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3606/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxs Dövlət X2 Sumqayıt şəhər şöbəsinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Dövlət X2 Sumqayıt şəhər şöbəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(105)-4051/2019 nömrəli qətnaməsindən maraqlı şəxs Dö vlət X2 Sumqayıt şəhər şöbəsinin vəkili və nümayəndəsi Vəkil kassasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Dövlət X2 Sumqayıt şəhər şöbəsini maraqlı şəxs qoymaqla ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxx 1977-ci ildən xx xxxxxx 1979-cu ilədək və 1981-ci ilin mart ayından 1989-cu ilin oktyabr ayının sonuna kimi Füzuli rayonu, Gorazıllı kəndi, Qafqaz adına üzümçülük sovxozunda fəhlə işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6683/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ərizəsi təmin edilmişdir. (hakim Ceyhun Məmmədov) Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-4051/2019 saylı, xx xxxxxx 2019-cu iltarixli qətnaməsi ilə maraqlı şəxs şəxs Dövlət X2 Sumqayıt şəhər şö bəsinin apellyasiya şikayəti şikayəti təmin edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-6683/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elman Rəhimov (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə, Telman Quliyev) Maraqlı şəxs Dövlət X2 Sumqayıt şəhər şöbəsinin vəkili və nümayəndəsi Vəkil kassasiya şikayəti verərək iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək ərizənin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul edilmiş, şahid ifadələrinə düzgün qiymət verilmə mişdir. Belə ki, faktı təsdiq edən şahidlərin özlərinin də həmin təşkilatda işləyib-işləməməsinə diqqət yetirilməmişdir. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs Dövlət X2 Sumqayıt şəhər şöbəsinin vəkili və nümayəndəsi Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Ərizəçi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün MülkiProsessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi. HÜQUQİ MƏSƏLƏLƏR Mülki-Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyasımaraqlı şəxsin nümayəndəsinin izahatı nı dinləyib, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətitəmin edilməməli,Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(105)-4051/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarına, o cümlədən şahid ifadələrinə əsasən ərizəçinin öz tələbinin əsası olan faktiki halları məhkəməyə təqdim etmiş sənədlər və şahid ifadələri ilə sübuta yetirməsini müəyyən edərək, ərizəni təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış, gəldiyi nəticəni də Mülki Prosessual Məcəllənin 307.1,307.2.11, 308-ci maddələri, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununa əsasən əmək pensiyalarının təyi n olunması üçün sosial sığorta stacının müəyyən edilməsi və hesablanması Qaydaları”nın 2.5-ci bəndi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi müəyyən etdiyi işin hallarına uyğun olaraq prosessual və maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Ərizəçi onun xx xxxxx 1977-ci ildən xx xxxxxx 1979-cu ilədək və 1981-ci ilin mart ayından 1989-cu ilin oktyabr ayının sonuna kimi Füzuli rayonu, Gorazıllı kəndi, Qafqaz adına üzümçülük sovxozunda fəhlə işləməsinin hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsini xahiş edib. İşin apelyasiya instansiyası tərəfindən müəyyən edilən halı da ondan ibarətdir ki, ərizəçi xx xxxx 1961-ci ildə Füzuli rayonu Gorazıllı kəndində anadan olub, xx xxxxx 1977ci ildən xx xxxxxx 1979-cu ilədək və 1981-ci ilin mart ayın dan 1989-cu ilin oktyabr ayının sonuna kimi Füzuli rayonu, Gorazıllı kəndi, Qafqaz adına üzümçülük sovxozunda fəhlə işləyib, hazırda həmin faktın təsdiqini ərizəçi məhkəmədən kənar yolla əldə edə bilmir. Mülki-Prosessual Məcəllənin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki-Prosessual Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Mülki-Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qayd ada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Dövlət X2 kollegiyasının 6 nömrəli, xx xxxxxxxx 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydaları”nın 2.5-ci bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların, o cümlədən qaçqın və məcburi köçkünlərin sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Göründüyü kimi, apelyasiya instansiyası işin müəyyən edilmiş hal ına uyğun olaraq qeyd edilən prosessual və maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası faktı təsdiq edən şahidlərin özlərinin də həmin təşkilatda işləyib-işləməməsinə diqqət yetirilməməklə şahid ifadələrinə düzgün qiymət verilməməsi barədə kassasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, maraqlı şəxs apelyasiya şikayətində belə bir dəlil irəli sürməmiş, birinci instansiya məhkəməsinin qətnaməsini tamam başqa əsaslarla mübahisələndirmişdir. Baxmayaraq ki, həmin hal artıq birinci instansiya məhkəməsində dindirilən şahidlərlə bağlı da artıq mövcud idi. Belə olan halda, apelyasiya şikayətində irəli sürülməyən dəlillərin apelyasiya instansiyası tərəfindən nəzərə alınmaması barədə kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Bu baxımdan, apelyasiya instansiya sı məhkəməsi sübutları, o cümlədən şahid ifadələrini Mülki Prosessual Məcəllənin 88 maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-cu maddə lərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət X2 Sumqayıt şəhər şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(105)-4051/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3606/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3606/2020
01.07.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver