Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3608/2024 04.10.2024 ALİ MƏHKƏMƏ QƏRARDAD (kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi haqqında) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1013/2012 nömrəli, 2 oktyabr 2012-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 405.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası m əhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. İşdə olan 29 noyabr 2012-ci il tarixli qəbzdən (səh.194) görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1013/2012 nömrəli, 2 oktyabr 2012-ci il tarixli qətnaməsinın surətini cavabdehin nümayəndəsi X1 həmin tarixdə almışdır. Buna baxmayaraq, kassasiya şikayəti apelyasiya instansiya məhkəməsinə 4 aprel 2024-cü ildə təqdim edilmişdir. Göründüyü kimi, qətnamənin rəsmən alındığı vaxtdan 12 il ötməsinə baxmayaraq apelyasiya məhkəməsi kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin keçib-keçmədiyinə hüquqi qiymət vermədən işi Ali Məhkəməyə göndərmişdir. Odur ki, şikayətin icraata qəbulundan imtina edilməli və qeyd olunan prosessual məsələnin həlli məqsədilə mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. MPM-nin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. MPM-nin 408.1.4-cü maddəsinə görə, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 405 və 408-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1013/2012 nömrəli, 2 oktyabr 2012-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-müm kün hesab edilsin və şikayəti mümkünlüyünün araşdırılması məqsədilə iş həmin məhkəməyə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-3608/2024
Ali Məhkəmə Qərardad — İş №2(102)-3608/2024
04.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver