Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3609/2022 23.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehKKK əməliyyat şirkətinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: istehsalatda bədbəxt hadisənin baş verməsində təqsirli olan işçi ilə əmək müqaviləsinə xitam verilməsi üçün onun əməlində cinayət tərkibinin zəruri olmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehKKK əməliyyat şirkətinə qarşı əmrin ləğv edilməsi və işə bərpa olunması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2( 103)-1266/2022 nömrəli, 22 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı əmək müqaviləsi əsasındaKKK əməliyyat şirkətində Baş mexanik vəzifəsində işləmişdir. 10 fevral 2020-ci il tarixdə saat 15:40 radələrindəKKK əməliyyat şirkətinin cari təmir sexində elektrik qaz qaynaqçısı işləyən X9 şirkətin Aşağı Meşovdağı neftin kompleks hazırlanması sexinin ərazisində yerləşən yol qızdırıcısının ilanvari borusunda yaranmış nasazlığı aradan qaldırmaq məqsədilə qazla kəsmə zamanı əmələ gəlmiş partlayış nəticəsində ağır kəllə-beyin travması, alın sümüyünün qəlpəli basılmış sınığı, sağ dirsək sümüyünün və sağ baldır sümü yünün açıq sınığı xəsarətlərini almışdır.
2. Əmək Müfəttişliyinin 12 fevral 2020-ci il tarixli əmri ilə hadisənin araşdırılması üçün Təhqiqat komissiyası yaradılmışdır. Müvafiq araşdırmanın nəticələri barədə tərtib olunmuş Təhqiqat aktında hadisənin baş verməsinə səbəb olaraq bir sıra işçilərin, o cümlədən şirkətin Baş mexaniki vəzifəsində işləyən İddiaçı nəzarətsizliyi göstərilmiş və qeyd olunmuşdur ki, şirkətin Baş mexaniki şirkətin rəhbərliyi tərəfindən təsdiq edilmiş “Baş Mexanikin vəzifə təlimatı”nın 2-ci (Vəzifə öhdəlikləri) bölməsinin 10-cu (avadanlığın təmiri və istismarı zamanı təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə və...nəzarət edir) və 24-cü (avadanlığın təmiri və onların işlək vəziyyətdə qalmasını həyata keçirən şirkətin bölmələrinin işlərinə rəhbərlik edir) abz aslarının tələblərinə əməl etməmişdir (4.1-ci bənd).
3. X8 Xidməti tərəfindən iddiaçının barəsində MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə ona inzibati tənbeh tətbiq olunaraq 1000 manat cərimə edilmişdir.
4. İşəgötürənin 03 mart 2020-ci il tarixli, 02X-OK nömrəli əmri ilə, bir sıra işçilərlə bağlanmış əmək müqavilələrinə, o cümlədən, iddiaçı ilə bağlanmış 11 aprel 2016cı il tarixli, 0109 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 04 mart 2020-ci il tarixdən xitam verilmişdir.
5. Şirvan Şəhər Prokurorluğunun “Cinayət işi üzrə icraata xitam verilməsi haqqı nda” 29 aprel 2020-ci il tarixli qərarına əsasən, baş vermiş hadisə ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən xitam verilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, yanğın və texnoloji partlayışların tədqiqi ekspertizası üzrə 16 aprel 2020-ci il tarixli rəyə əsasən, baş vermiş hadisədə iddiaçı tərəfindən texniki təhlükəsizlik və ya əməyin mühafizəsinin başqa qaydalarının, qüvvədə olan normativ aktların tələblərinin pozulması hallarının mövcudluğu müəyyən olunmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona tətbiq olunmuş Əmək Məcəlləsinin 70-ci maddəsinin üzərindən götürülməsi və işə bərpa olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1997-ci ildənKKK əməliyyat şirkətində çalışmışdır. Son 15 il şirkətdə müxtəlif rəhbər vəzifələrdə işləmiş, işlədiyi bütün dövrlərdə şirkətin daxili qaydalarına əməl etmiş, rəhbərliyin tapşırıqlarını və digər istehsalat öhdəliklərini vaxtında və texniki təhlükəsizlik qaydalarına uyğun olaraq yerinə yetirmişdir. Lakin 2020-ci il fevral ayının 10-da başqa departamentin (şöbənin) istismarında olan neft qızdırıcısının demontajı zamanı naməlum səbəblərdən qaz partlayışı olmuş və onun rəhbəri olduğu şöbənin nəzdindəki təmir sexinin qaynaqçısı xəsarət almışdır. Bununla bağlı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi tətbiq edi lməklə işdən azad olunmuşdur. Həmin əmr qanunsuzdur. Belə ki:
1. X4 apardığı təhqiqat üzrə tərtib olunmuş akta əsasən, ona Əmək Məcəlləsinin maddələrinə uyğun olaraq İXM-in 198.0.1-ci maddəsi tətbiq edilmiş və Əmək Müfəttişliyinin xx.xx.2020-ci il tarixli qərarı ilə 1000 manat məbləğində cərimə olunmuşdur. Şirkət bunu əsas tutaraq ona başqa cəza tətbiq edə bilərdi;
2. Qəza baş vermiş neft qurğusunda demontaj işlərinin aparılmasını rəhbəri olduğu şöbənin təmir sexinin rəisinə tapşırmışdır. Təmir işlərinin aparılması birbaşa onun vəzifə səlahiyyətidir;
3. Hadisə vaxtı özü hadisə yerində olmamış, şirkətin Baş mühəndisinin verdiyi digər vacib tapşırığın icrası ilə məşğul olmuşdur.
8. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3894/2020 nömrəli, 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəlilov) iddia təmin olunmamışdır.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Əmək Müfəttişliyinin 12 fevral 2020-ci il tarixli **********9 nömrəli əmri ilə hadisənin araşdırılması üçün yaradılmış təhqiqat komissiyası tərəfindən hadisə hərtərəfli araşdırılmış və nəticədə müvafiq təhqiqat aktı tərtib edilərək təsdiq edilmişdir. Təhqiqat aktı şirkətə 03 mart 2020-ci il tarixdə **********2 nömrəli məktubla rəsmi qaydada təqdim edilmişdir. Təsdiq edilmiş təhqiqat aktına əsasən hadisənin baş verməsinə səbəb olaraq təhqiqat aktının 4.1-ci bəndinə əsasən, şirkətin Baş mexaniki İddiaçı, 4.2-ci və 4.6-cı bəndlərinə əsasən mühəndis X6 4.3-cü və 4.6-cı bəndlərinə əsasən, neftin hazırlanması və nəqli sexinin rəisi X7, 4.4-cü və 4.6-cı bəndlərinə əsasən neftin h azırlanması və nəqli sexinin nasos stansiyaları üzrə böyük ustası X3 cavabdehliyini, 4.5-ci bəndinə əsasən kirayə (cari) təmir sexinin rəisi X1 nəzarətsizliyi göstərilmiş və beləliklə adıçəkilən işçilər özlərinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetrimədiyi və bundan əlavə təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi ilə əmək vəzifələrinin və Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini kobud şəkildə pozmuşlar.
10. Şirkətdə istehsalatda bədbəxt hadisə baş vermiş və bu qəza iddiaçı tərəfindən ona həvalə edilmiş işin lazımınca yerinə yetirilməməsi səbəbindən olmuşdur. İddiaçı tərəfindən təmirə bağlanmış sobanın ilanvari borusunun yuyulması işin mübahisə edilməyən halıdır. İddiaçı bu barədə ona verilmiş tapşırığın qanunsuz olduğunu bildirmiş, lakin həmin qanunsuz əmri icra etməmək barədə əmri verən şəxsə hər hansı irad bildirməmişdir.
11. Beləliklə, iddiaçı qüvvədə olan əmək qanunvericiliyinə və işəgötürən ilə onun arasında bağlanmış əmək müqaviləsinin müddəalarına zidd olaraq əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Qeyd olunan faktı təsdiq edən təhqiqat aktı və inzibati xəta haqqında protokol mövcuddur. İddiaçı öz əmək funksiyalarını yerinə yetirərkən istehsalatda qəza törətmişdir ki, bu da müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirən hüquqazidd hərəkət hesab edilməlidir. Odur ki, iddia ərizəsi əsassız olduğuna görə təmin edilməməlidir.
12. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 70, 71, 72, 296-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
13. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.
14. İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilən dəlillərə uyğun əsaslandırmış, qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır, məhkəmə maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, işi obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmişdir.
15. Apellyasiya icraatı zamanı Əmək Müfəttişliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2541/2021 nömrəli, 13 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Eyvazov (sədrl ik edən və məruzəçi), Z.Şirinov və F.Talışinski) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin olunaraq, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin 03 mart 2020-ci il tarixli, 02X-OK nömrəli əmri iddiaçıya aid hissədə ləğv edilmiş, iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması və ona məcburi işburaxma günlərinə görə əmək haqqı ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qət edilmişdir.
17. Apellyasiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ümumi sözlərlə iddiaçının əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini və əmək vəzifələrini pozmasını qeyd etmiş, lakin pozuntunun xarakterini və konkret olaraq nədə ifadə olunmasını ümumiyyətlə göstərməmiş, qətnaməni əsaslandırmamışdır. Məhkəmə yalnız hadisə ilə bağlı X2 aktının mövcudluğunu, bu səbəbdən də əmrin qanuni olmasını qeyd etməklə kifayətlənmiş, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, həmçinin iddiaçının işdən azad olunması ilə bağlı cavabdehdən zəruri sənədləri tələb etməmiş, sonuncu isə belə sənədləri məhkəməyə təqdim etməmişdir.
18. Halbuki, işdən göründüyü kimi baş vermiş hadisə ilə bağlı Şirvan Şəhər Prokurorluğunda CM-in 162-ci maddəsi ilə cinayət təqibi başlanmış, müvafiq araşdırma aparılmış, şahidlər dindirilmiş, ekspertizalar təyin olunmuş, nəticədə cinayət hadisəsinin olmaması əsası ilə cinayət işi üzrə icraata xitam verilmişdir.
19. Məhkəmə kollegiyası MPM-in 82.4-cü maddəsinə istinadla qeyd etmişdir ki, cin ayət təqibi orqanının cinayət hadisəsinin olmaması, baş vermiş hadisə ilə əlaqədar qüvvədə olan normativ aktların tələblərinin pozulmaması barədə qüvvədə olan qərarı vardır və həmin qərar mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
20. Cinayət təqibi zamanı baş vermiş hadisədə iddiaçı tərəfindən texniki təhlükəsizlik və ya əməyin mühafizəsinin başqa qaydalarının, qüvvədə olan normativ aktların tələblərinin pozulması hallarının mövcudluğu müəyyən olunmamışdır. Cavabdeh isə hadisə baş verdikdən sonra tam, hərtərəfli və obyektiv araşdırma aparmadan, həmçinin cinayət təqibinin nəticəsini gözləmədən (Əmək Məcəlləsinin 62-ci maddəsinə əsasən işçi bu müddət ərzində işdən kənar edilə bilərdi) iddiaçı barəsində mübahisələndiril ən əmri qəbul etmiş, eyni zamanda əmri əsaslandırmamışdır (əmri ümumi sözlərlə əsaslandırmağa çalışmış, pozuntunun konkret olaraq nədən ibarət olması göstərilməmişdir).
21. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 2, 70, 71, 300-cü, MPM-in 14.2, 77.1, 81, 82.4-cü maddələrinə istinadla əsaslandırmışdır c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
22. Cavabdehin nümayəndəsi Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 aprel 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
23. Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-5356/2021 nömrəli, 01 noyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər Abiddin Hüseynov (sədrlik edən v ə məruzəçi), Əhməd Nurməmmədov və Zaur Əliyev) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün göndərilmişdir.
24. Kassasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi cinayət təqibini həyata keçirən orqanın iş üzrə icraata xitam verilməsinə dair qərarda ifadə etdiyi mövqeyi və həmin araşdırma üzrə verilmiş ekspertiza rəyində müəyyən olunmuş nəticəni mötəbər (həlledici) sübut kimi qəbul etmiş, iş üçün əhəmiyyətli olan digər sübutlara ümumiyyətlə qiymət verməmişdir. Halbuki, iş üzrə mübahisələndirilən əmrin verilməsinə əsas məhz baş vermiş bədbəxt hadisənin təhqiqat aktı olmuşdur.
25. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda cinayət hadisəsinin olmadığı barədə ibtidai araşdırma orqanının gəldiyi nəticə ümumiyyətlə hadisənin baş verməməsi anlamına gəlmir. Həmin qərarda ifadə edilmiş mövqe cinayət işinin mövcudluğunu, həmin icraatda təqibin davam etdirilməsini istisna etsə də, mülki və ya əmək münasibətləri daxilində araşdırmanın aparılmasını və həmin qanunvericilik sahələrinin tələblərinə uyğun hüquqi nəticələrin tətbiqini istisna etmir. Baxılan iş üzrə istehsalatda qəzanın baş verdiyi, həmin hadisə nəticəsində bir nəfər işçinin xəsarət aldığı və işəgötürənin hadisə ilə bağlı zərərə məruz qaldığı işin mübahisə olunmayan hallarıdır.
26. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, cavabdeh cinayət təqibinin nəticəsini gözləmədən, Əmək Məcəlləs inin 62-ci maddəsinə əsasən işçini bu müddət ərzində işdən kənarlaşdırmadan iddiaçı barəsində mübahisələndirilən əmr qəbul etmişdir. Halbuki Əmək Məcəlləsinin istinad olunan maddəsi işçinin işdən kənarlaşdırılmasını işəgötürənin hüququ kimi müəyyən edir, hətta işçi işdən kənarlaşdırıldığı halda belə işəgötürənin işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq etmək səlahiyyəti verir.
27. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 62, 70, 71, 217-ci maddələrinə istinadla əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
28. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1266/2022 nömrəli, 22 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlə r İlham Kərimli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Elşən Kazımov) apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
29. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarına əlavə edilmiş təhqiqat aktından və inzibati xəta haqqında protokoldan göründüyü kimi şirkətdə istehsalatda bədbəxt hadisə baş vermiş və bu qəza iddiaçı tərəfindən ona həvalə edilmiş işin lazımınca yerinə yetirilməməsi səbəbindən olmuşdur. Nəticədə iddiaçı qüvvədə olan əmək qanunvericiliyinə və işəgötürən ilə onun arasında bağlanmış əmək müqaviləsinin müddəalarına zidd olaraq əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və əmək vəzifələrini kobud şəkildə pozmuşdur.
30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında olan cinayət işinin icraatına xitam verilməsi barədə qərarda cinayət hadisəsinin olmadığı barədə ibtidai araşdırma orqanının gəldiyi nəticə, ümumiyyətlə hadisənin baş verməməsi anlamına gəlmir. Həmin qərarda ifadə edilmiş mövqe cinayət işinin mövcudluğunu, həmin icraatda təqibin davam etdirilməsini istisna etsə də, mülki və ya əmək münasibətləri daxilində araşdırmanın aparılmasını və həmin qanunvericilik sahələrinin tələblərinə uyğun hüquqi nəticələrin tətbiqini istisna etmir. Belə ki, baxılan iş üzrə istehsalatda qəzanın baş verdiyi, həmin hadisə nəticəsində bir nəfər işçinin xəsarət aldığı və işəgötürənin hadisə ilə bağlı zərərə məruz qaldığı işin mübahisə olunmayan hallarıdır.
31. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiy a məhkəməsi iddia tələbini rədd etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
32. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 62, 70, 71, 217-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
33. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın təmin edilməsini xahiş etmişdir.
34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. Əmək müqaviləsi üzrə iddiaçının ü zərinə götürdüyü hər hansı öhdəliyi icra etməməsi əmrdə öz əksini tapmamış, buna dair hər hansı bir sübut olmamış, cavabdeh yalnız ümumi sözlərlə əmri əsaslandırmağa çalışmışdır.
35. Həm Nəsimi Rayon Məhkəməsi, həm də Bakı Apellyasiya Məhkəməsi məhkəmədə dindirilmiş şahid ifadələrini yalnız qətnaməyə köçürməklə kifayətlənmiş, həmin ifadələrə heç bir hüquqi qiymət verməmişdir. Halbuki birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələri ilə də təsdiq olunur ki, iddiaçı aksiyanın keçirilməsinə qəti şəkildə etiraz etmiş və aksiyaya yığışan işçilərin iş başına qayıtmalı olduqlarının vacibliyini bildirmişdir.
36. Məhkəmə ümumi sözlərlə iddiaçının əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini və əmək funksiyalarının pozulmasını qeyd etmiş, lakin pozuntunun xarakterini və nədə ifadə olunmasını ümumiyyətlə göstərməmiş, qətnaməni əsaslandırmamışdır. Məhkəmə yalnız hadisə ilə bağlı X2 aktının mövcudluğunu, bu səbəbdən də əmrin qanuni olmasını qeyd etməklə kifayətlənmiş, işçinin işdən azad olunması ilə bağlı cavabdehdən zəruri sənədləri tələb etməmiş, sonuncu belə sənədləri məhkəməyə təqdim etməmişdir. Halbuki, baş vermiş hadisə ilə bağlı Şirvan şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 162-ci maddəsi ilə cinayət təqibi başlanmış və zəruri araşdırma aparılmışdır. Məhkəmə cavabdehin hadisə baş verdikdən sonra tam və obyektiv araşdırma aparmadan, həmçinin cinayət təqibinin nəticəsini gözləmədən iddiaçı barəsində tez tələsik bir əmr verməsinə, bu baxımdan da əmri əsaslandırmamasına ümumiyyətlə hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Cavabdeh kassasiya şikayətinə etiraz edərək, Bakı Apellyasiya Məhkəməsi tərəfindən obyektiv, tam və hərtərəfli araşdırma aparılaraq, heç bir maddi və prosessual hüquq normasını pozmadan qanuni və ədalətli qətnamə qəbul edildiyini bildirmiş, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
38. Maddə
10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: b) Əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək;... c) əməyin təhlükəsizliyi normalarına əməl etmək.
39. Maddə
12. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır:... c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulm uş əsaslarla və qaydada pozmaq.
40. Maddə 70, “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
41. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər h ansı formada ziyan dəymiş olsun.
42. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
43. Maddə
72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir:... ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması.
44. Maddə
300. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən iş çi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 45 Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 46 Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 47 Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtə rəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 48 Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 49 Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 50 Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 41 8.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 51 Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 52 Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri 53 Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 54 Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 55 Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 56 Belə ki, iddia tələbinin hüquqi əsaslarından biri kimi Əmək Məcəlləsinin 300cü maddəsi çıxış edir. Həmin normada işçinin məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi üçün vacib şərtlər kimi:
1. İşəgötürənin əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq xitam verməsi;
2. Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən əmək müqaviləsinə xitam verilməsi;
3. Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verilməsi müəyyən edilmişdir. 57 İşə baxmış məhkəmə kollegiyası da işin hallarını bu normanın dispozisiya şərtləri əsasında yoxlayaraq, əmrin ləğv olunması üçün əsasların olmadığını müəyyən etmiş və əmrin qanunauyğun olduğu barədə nəticəyə gəlmişdir. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, 10 fevral 2020-ci il tarixdə saat 15:40 radələrindəKKK əməliyyat şirkətinin cari təmir sexində elektrik qaz qaynaqçısı işləyən X5 iş zamanı xəsarət alması ilə nəticələnən bədbəxt hadisənin tədqiq edilməsi üçün Əmək Müfəttişliyinin 12 fevral 2020-ci il tarixli əmri ilə komissiya yaradılmış və müvafiq araşdırmanın nəticələri barədə tərtib olunmuş Təhqiqat aktında hadisənin baş verməsinə səbəb olaraq bir sıra işçilərin, o cümlədən şirkətin Baş mexaniki vəzifəsində i şləyən İddiaçı nəzarətsizliyi göstərilmişdir. Qeyd olunmuşdur ki, şirkətin Baş mexaniki şirkətin rəhbərliyi tərəfindən təsdiq edilmiş “Baş Mexanikin vəzifə təlimatı”nın 2-ci (Vəzifə öhdəlikləri) bölməsinin 10-cu (avadanlığın təmiri və istismarı zamanı təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə və...nəzarət edir) və 24-cü (avadanlığın təmiri və onların işlək vəziyyətdə qalmasını həyata keçirən şirkətin bölmələrinin işlərinə rəhbərlik edir) abzaslarının tələblərinə əməl etməmişdir. X8 Xidməti tərəfindən iddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati tənbeh tətbiq edilərək cərimə edilmişdir. 58 İşin bu halları, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi üçün Əmək Məcəlləsin in 70-ci maddəsinin “ç” bəndində müəyyən edilmiş dispozisiya şərtlərinə uyğundur. Belə ki, həmin normada əmək müqaviləsiniə xitam verilməsi üç müstəqil əsas:
1. İşçinin öz əmək funksiyasını yerinə yetirməməsi;
2. İşçinin əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi;
3. Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması müəyyən olunmuşdir. 59 Əmək Məcəlləsinin 72-ci maddəsinin “ç” bəndində işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hallarından biri kimi işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi nəzərdə tutulub. 60 10 fevral 2020-ci il tarixdəKKK əməliyyat şirkətinin işçisi Ayaz Cəfərovun iş zamanı xəsarət alması ilə nəticələnə n bədbəxt hadisənin baş vermə səbəblərindən biri kimi həmin şirkətdə Baş mexanik işləyən iddiaçının “Baş mexanikin vəzifə təlimatı”ndan irəli gələn tələblərə əməl etməməsi müəyyən olunub. 61 Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi üçün təkcə həmin normada qeyd olunan halın baş verməsi kifayət etmir. Çünki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə görə, Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgö türənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 62 İşə baxmış məhkəmələr işin hallarını bu normanın tələbləri üzrə də araşdırmış, müəyyən etmişlər ki, 10 fevral 2020-ci il tarixdə əmək xəsarəti almış Ayaz Cəfərovun müalicə və müayinəsi üçün xərclərKKK əməliyyat şirkəti tətəfindən çəkilmişdir.
45. Kassatorun “əmək müqaviləsi üzrə iddiaçının üzərinə götürdüyü hər hansı öhdəliyi icra etməməsi əmrdə öz əksini tapmamış, buna dair hər hansı bir sübut olmamışdır” dəlili əsassızdır. Çünki mübahisələndirilən əmrdə iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi üçün zəruri olan əsaslar, Əmək Məcəlləsinin və vəzifə təlimatının müvafiq normalarına, habelə bədbəxt hadisənin araşdırılması barədə tərtib olun muş akta istinad edilməklə qeyd olunmuşdur. 46. “Məhkəmə ümumi sözlərlə iddiaçının əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini və əmək funksiyalarının pozulmasını qeyd etmiş, lakin pozuntunun xarakterini və nədə ifadə olunmasını ümumiyyətlə göstərməmiş, qətnaməni əsaslandırmamışdır” dəlili də əsassızdır. Çünki, yuxarıda qeyd olunduğu kimi məhkəmələr tərəfindən iddiaçının hansı pozuntuya yol verməsi, xarakteri və nəticəsi konkret olaraq göstərilmişdir.
47. Kassatorun işə baxmış məhkəmənin yalnız hadisə ilə bağlı X2 aktının mövcudluğunu əsas tutması, bu səbəbdən də əmrin qanuni olmasını qeyd etməklə kifayətlənib baş vermiş hadisə ilə bağlı Şirvan şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 162-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsinə hüquqi qiymət verməməsi barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əvvəla cinayət təqibinə xitam verilməsi, işəgötürənin baş vermiş bədbəxt hadisənin Əmək Müfəttişliyi tərəfindən aparılmış araşdırmanın nəticələri barədə tərtib olunmuş akt əsasında tədbir görməsinə maneə deyildir. Əksinə əməyin mühafizəsi tələblərinin pozulmasına yol vermiş şəxsləri cəzalandırmaq işəgötürənin borcudur.
48. Çünki Əmək Məcəlləsinin 217-ci maddəsinin 5-ci hissəsinə görə, bədbəxt hadisələrin araşdırılmasının, uçotunun aparılması bu maddədə nəzərdə tutulmuş qaydalar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktla tənzimlənir.
49. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 4.5-ci bəndinə görə, işəgötürən bədbəxt hadisələrin xüsusi təhqiqat materiallarını öyrənməyə, Təhqiqat komissiyası tərəfindən təklif edilmiş bədbəxt hadisəyə gətirib çıxarmış səbəblərin aradan qaldırılması haqqında tədbirlərin yerinə yetirilməsinə və əməyin mühafizəsi tələblərinin pozulmasına yol vermiş şəxslərin cəzalandırılması barədə müvafiq əmr (sərəncam) verməyə borcludur.
50. İşçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi səbəbindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi, yalnız cinayət tərkibli hərəkət və ya hərəkətsizlikdən asılı edilməyib, mütləq dispozisiya şərti kimi müəyyən olunmayıb. İntizam tənbehi verilməs i üçün müəyyən olunmuş əməllərin cinayət məsuliyyətinə səbəb ola biləcək qədər ictimai təhlükəli olması tələb olunmur.
51. Bundan başqa, Şirvan şəhər Prokurorluğunun bəhs olunan hadisə ilə əlaqədar texniki təhlükəsizlik qaydalarının pozulması halının mövcud olmadığını müəyyən edən cinayət təqibinə xitam verilməsi barədə qərarının baxılan işə təsirinə, bu iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarında qiymət verilmişdir və kassatorun cinayət təqibinə xitam verilməsi barədə qərara istinadla irəli sürdüyü dəlilin əlavə araşdırılmasına zərurət yoxdur.
52. Kassatorun digər dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olma ması ilə bağlı dəlillərə aid olduğundan, həmin dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır.
53. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
54. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1266/2022 nömrəli, 22 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.