Məhkəmə qərarları › İş №2(102)-361/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-361/2021

22.02.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-361/2021 22.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-361/21 (Açar sözlər: vakansiyalar üzrə işə qəbul edilməsi) Bakı şəhəri, 22 fevral 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və X1 ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı İddiaçı vəkili Vəkil oğlunun, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili X7 oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövl ət Neft Şirkətinə qarşı “işə qəbul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2019-cu il tarixli, 2(103)-13127/2019 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. X2 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin X3 tərəfindən elan olunan Sumqayıt QİS-də Yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin rəisi vakansiyası üzrə, “Azəriqaz” İB-nin “Asan Xidmət”də mühəndis vakansiyası üzrə və Zaqatala RQİİ-də Baləkən Xidmət Sahəsi üzrə Təbii qazın qəbulu və satışı xidmətinin rəisi vakansiyası üzrə müsabiqələrdən keçdiyi üçün həmin vakansiyalar üzrə müsabiqənin son tarixindən nəzərə alınmaqla (vakansiya seçimi razılığına əsasən) işə qəbul olunmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılıb ki, İddiaçı xx xxxx 2007-ci il tarixindən xx xxx 2015-ci il tarixinədək Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Azəriqaz” İB-nin Ağsu RQİİ-nin Şamaxı Xidmət Sahəsində müxtəlif vəzifələrdə və son olaraq da Təbii qazın qəbulu və satışı xidmətinin rəisi vəzifəsində işləmişdir.

3. İşlədiyi müddət ərzində vəzifə təlimatına uyğun vəzifə öhdəliklərini yerinə yetirdiyi üçün iddiaçıya heç bir intizam tənbehi olmamışdır.

4. ARDNŞ-nin X3 tərəfindən elan olunan vakansiyalara işə qəbul olunmaq üçün iddiaçı xx.xx.2018-ci il tarixində Sumqayıt QİS-də Yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin rəisi, xx.xx.2018-ci il tarixində “Azəriqaz" İB-nin “Asan Xidmət"ində mühəndis, xx.xx.2019-ci il tarixində Zaqatala RQİİ-də Balakən Xidmət Sahəsi üzrə Təbii qazın qəbulu və satışı xidmətinin rəisi vakansiyalar üzrə elektron qaydada müraciət etmişdir.

5. İddiaçının sənədlərinə baxış keçirilmiş və müvafiq olaraq xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərində bildiriş göndərilərək müraciətinin qəbul olunması bildirilmişdir.

6. Müraciət etdiyi vakansiyalara iddiaçıya xx.xx.2019-cu il tarixində Sumqayıt QİSdə Yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin rəisi, xx.xx.2019-cu il tarixində “Azəriqaz” İB-n in "Asan Xidmət”ində mühəndis və xx.xx.2018-cı il tarixində Zaqatala RQİİ-də Balakən Xidmət Sahəsi üzrə Təbii qazın qəbulu və satışı xidmətinin rəisi vakansiyaları üzrə bildiriş göndərilərək test imtahanlarına dəvət olunmuşdur.

7. İddiaçı xx.xx.2019-cu il tarixində iştirak etdiyi test imtahanında Sumqayıt QİS-də Yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin rəisi vakansiyası üzrə 40 sualdan 24-nə düzgün cavab, o cümlədən sahə üzrə 20 sualdan 18nə düzgün cavab, xx.xx.2019-cu il tarixində iştirak etdiyi test imtahanında “Azəriqaz” İB-nin “Asan Xidmət”ində mühəndis vakansiyası üzrə 40 sualdan 22-nə düzgün cavab, o cümlədən sahə üzrə 20 sualdan 17-nə düzgün cavab, xx.xx.2019-cu il tarixində iştirak etdiyi test imtahanında Zaqatala RQİİ-də Balakən Xidmət Sahəsi ü zrə Təbii qazın qəbulu və satışı xidmətinin rəisi vakansiyası üzrə 40 sualdan 29-na düzgün cavab, o cümlədən sahə üzrə 20 sualdan 19-na düzgün cavab verib müsabiqənin 2-ci mərhələsinə keçmişdir.

8. İddiaçı müraciət etdiyi hər üç vakansiya üzrə müsabiqənin birinci mərhələsi olan test imtahanlarından keçdiyi üçün xx.xx.2019-ci il tarixində Sumqayıt QİS-də Yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin rəisi, xx.xx.2019-ci il tarixində “Azəriqaz” İB-nin "Asan Xidmət"ində mühəndis və xx.xx.2019-cı il tarixində Zaqatala RQİİ-də Balakən Xidmət Sahəsi üzrə Təbii qazın qəbulu və satışı xidmətinin rəisi vakansiyaları üzrə müsahibəyə dəvət olunmuşdur.

9. İddiaçı müsahibədə iştirakının təyin olunduğu xx.xx.2019-cu il tarixində Sumqayıt QİS-də Yaşayış yerlərində qaz xə tləri və məişət qaz cihazlarına nəzarət xidmətinin rəisi, xx.xx.2019-ci il tarixində “Azəriqaz” İB-nin “Asan Xidmət"ində mühəndis və xx.xx.2019- cu il tarixində Zaqatala RQİİ-də Balakən Xidmət Sahəsi üzrə Təbii qazın qəbulu və satışı xidmətinin rəisi vakansiyası üzrə müsahibələrdə iştirak edərək verilən bütün suallara doğru cavab vermişdir.

10. Buna baxmayaraq, ARDNŞ-nin “Azəriqaz” İB-nin Ağsu RQİİ-i tərəfindən verilən xx xxxx 2016-cı il tarixli, ARDNŞ-nin “Azəriqaz” İB tərəfindən verilən xx.xx.2017-ci il tarixli və eyni mövzulu xx.xx.2018-ci il tarixli xasiyyətnamələr əsas gətirilərək işə qəbul olunmamışdır. 11. xx xxxx 2016-cı il tarixli xasiyyətnamədə iddiaçının şəxsi və peşəkarlıq kefiyyətlərinin aşağı səviyyədə olması barədə həqiqətə uyğun olmayan, böhtan xarakterli, işlədiyi müddət ə rzində vəzifə təlimatına uyğun öhdəliklərini yerinə yetirmədiyi qeyd olunmuş, lakin qeyd olunanları təsdiq edən hər hansı bir məlumat verilməmişdir. Amma faktiki olaraq işlədiyi səkkiz illik müddət ərzində iddiaçı vəzifə təlimatına uyğun öhdəliklərini yerinə yetirdiyi üçün heç bir intizam tənbehi almamışdır.

12. Digər iki xasiyyətnamədə isə əmək fəaliyyətinə başladığı tarixin xx.xx.2015-ci il tarixində olduğu göstərilsə də, debitor borcun və qaz itkilərinin hesablanması xx.xx.2015-ci il tarixindən aparılmış və həqiqətə uyğun olmayan rəqəmlər yazılaraq, hesabatın hansı zaman intervalında aparıldığı da qeyd olunmamışdır.

13. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ hissəsinə istinad etmişdir.

14. Cavabdeh Azərbaycan Respublikasının Döv lət Neft Şirkətinin nüməyəndəsi iddiaya etiraz olaraq, iddia müddətinin tətbiqi barədə ərizə təqdim verib iddiaçının iddia tələbində qeyd olunan müsahibələrin nəticələrinin mübahisələndirilməsi ilə bağlı qanunla nəzərdə tutulmuş iddia müddətinin ötürüldüyünü bildirmişdir.

15. Nərimanov rayon Məhkəməsinin 09 avqust 2019-cu il tarixli, 2(005)3444/2019 saylı qətnaməsi ilə iddia təmin olunmamışdır. (hakim Vüqar Quliyev)

16. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları qiymətləndirib müəyyən etmişdir ki, İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2015-ci tarixinədək Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində və onun tərkibində olan idarələrdə müxtəlif vəzifələrdə işləmiş, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin İnsan Resursları Departamenti tərəfindən elan olunan vakansiyalara işə qəbul olunmaq üçün müxtəlif müraciətlər etmiş, onun müraciət etdiyi vakansiyaların bəziləri üzrə müsabiqənin birinci mərhələsi olan test imtahanlarını keçsə də, elan olunmuş müsahibələrdə verilən suallara verdiyi cavab müsahibə qrupu üzvləri tərəfindən dolğun və qənaətbəxş hesab edilmədiyindən onun müsahibədən keçməsi mümkün olmamışdır.

17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı iddia tələbində qeyd olunan “Azəriqaz” İB, 42000902 nömrəli “Mühəndis (Asan Xidmət, Sabirabad Rayonu)” vakansiyası üzrə müsahibə qrupunun hesabat protokolu xx xxxxx 2019-cu il tarixdə və “Azəriqaz” İB Sumqayıt Qaz İS, 42000039 nömrəli “Xidmət Rəisi (Sumqayıt şəhəri) YYQXMQNX” vakansiyası üzrə müsahibə qrupunun hesabat protokolu xx xxxxx 2019-cu il tarixdə qəbul edilmişdir. Buna ba xmayaraq, iddiaçı əmək qanunvericiliyinin tələblərinə müvafiq olaraq 1 aylıq iddia müddəti ərzində iddia qaldırmalı olduğu təqdirdə, xx.xx.2019cu il tarixdə məhkəməyə müraciət etmiş və bununla da 1 aylıq iddia müddətini ötürmüşdür. İddia müddətinin axımı ümumi qaydada davam etmişdir.

18. Birinci instansiya məhkəməsi hesab etdmişdir ki, iddiaçı iddia müddətini ötürdüyü üçün iddia tələbi həmin hissələrdə təmin edilməməlidir. 19. “Azəriqaz İB” Zaqatala RQİİ, 42001156 nömrəli “Xidmət Rəisi (Balakən rayonu, Təbii qazın qəbulu və satışı xidməti)” vakansiyasına işə qəbulla bağlı iddiaya münasibətdə isə birinci instansiya məhkəməsi qeyd edib ki, əmək müqavilələri sərbəst bağlanır.

20. Birinci instansiya məhkəməsinin mövqeyinə görə elan olunmuş müsahibələrdə verilən suallara iddiaçının verdiyi ca vab müsahibə üzvləri tərəfindən qənaətbəxş hesab edilmədiyindən, iddiaçı ilə əmək müqaviləsi bağlanmayıb və belə olan halda əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

21. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsi, Əmək Məcəlləsinin 42, 50-ci maddəsinin 1, 5, 7-ci hissələri, Mülki Prosessual Məcəllənin 375.1, 375.2, 377.1, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

22. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın yenidən baxılmasını xahiş etmişdir.

23. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, şikayətdə əlavə olaraq birinci instansiya məhkəməsində icraat vaxtı id diaçının iştirakının təmin edilməməsinə istinad edilmişdir.

24. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2019-cu il tarixli, 2(103)-13127/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Şeyda Məhərrəmova (sədrlik edən və məruzəçi) Məmməd Məmmədov, Elşad Şamayev)

25. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətində müsahibələrin düzgün keçirilmədiyini bildirsə də, bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir.

26. Apellyasiya məhkəməsi iddiaçının məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı şikayətinin dəlillərin i əsasız hesab edərək, bunu onunla əsaslandırmışdır ki, iddiaçı məhkəmə tərəfindən lazımi qaydada məlumatlandırılıb, lakin məhkəmə iclaslarına gəlməyib. Məlumatlı olduğu məhkəmə iclaslarına getməməsinin məsuliyyətini isə cavabdeh özü daşıyır və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edib.

28. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmaqla şikayətdə işin faktiki hallarına və maddi və prosessual hüquq normalarının pozulmasına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının dəlilləri

29. Kassasiya şikayətinə yazılı etirazı daxil olmuşdur. Etirazda şikayətin dəlillərinin əsassız olmasına istinad edilmişdir. c) Kassasiya icraatı iştirakçılarının izahatları

30. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

31. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili X7 oğlu kassasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini kollegiyadan xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 35 (İV). Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 42 (1). Əmək müqavilələri sərbəst bağlanır.“ Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.“ Maddə 50 (1). Yerinə yetiriləsi işin, əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq bəzi vəzifələri tutmaq üçün işəgötürən müəyyən olunmuş qaydada müsabiqə elan edə bilər. Maddə 50 (5). Müvafiq vəzifəni tutmaq üçün elan olunmuş müsabiqənin qalibi ilə işəgötürən“müəyyən edilmiş qaydada müddətli və ya müddətsiz əmək müqaviləsi bağlayır. Maddə 50 (7). Keçirilmiş müsabiqənin nəticələri ilə razılaşmayan iddiaçı müsabiqə komissiyasının qərarı qəbul edildiyi gündən bir ay müddətində məhkəməyə müraciət edə bilər. Məhkəmə, müsabiqənin qanunvericiliyin tələblərini pozmaqla və ya qeyri-obyektiv keçirildiyini müəyyən etdikdə onun nəticələrini ləğv edir. Bu halda qətnamədə göstərilən hallar aradan qaldırılmaq şərti ilə müsabiqə yenidən keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.“ Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nətic ələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin möv qeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

36. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

37. İddia tələbi işə qəbul barədədir. İddiaçı test və müsahibə mərhələlərini keçdiyi üçün müvafiq vakansiyalar üzrə vəzifəyə təyin edilməsini xahiş edir. Başqa sözlə, iddiaçı cavabdehin onunla əmək müqaviləsi bağlamalı olmasını bildirir.

38. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Dövlət Neft Şirkətinin İnsan Resursları Departamenti tərəfindən elan olunan vakansiyalara işə qəbul olunmaq üçün müraciət etmiş, iddiaçı müraciət etdiyi vakansiyaların bəziləri üzrə müsabiqənin birinci mərhələsi olan test imtahanlarını keçsə də, müsahibələrdə verilən suallara verdiyi cavab müsahibə qrupu üzvləri tərəfindən dolğun və qənaətbəxş hesab edilməmiş və bu səbəbdən onun müsahibədən keçməsi mümkün olmamışdır.

39. Nəzərə alınmalıdır ki, tətbiq edilən qanunvericiliyə görə də əvvəla, müvafiq vəzifəni tutmaq üçün elan olunmuş müsabiqənin qalibi olmaq tələb edilir. İşin müəyyən edilmiş halından isə görünü r ki, iddiaçı müsabiqənin qalibi olmayıb. Bundan başqa, əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

40. Bu baxımdan, iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq düzgün nəticəyə gəlmişdir.

41. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2(103)-13127 /2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. 2019-cu il tarixli,

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar