Məhkəmə qərarları › İş №2(102)-361/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-361/2025

25.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-361/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: uşaq tələbi, uşağın ananın yanında qalması 25.02.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X2 (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “uşaq və aliment” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-1014/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə cavabdehin faktiki nikahından xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X5 adlı iki uşaqları anadan olmuşdur.

2. Tərəflər arasında ailə münasibətləri pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı məhkəməyə müraciət edərək, cavabdeh ilə birgə nikahlarından olan hər iki uşağın yetkinlik yaşına çatanadək onun himayəsində qalması, saxlanılmaları üçün hər uşağa görə hər ay 220 manat olmaqla, cəmi 440 manat alimentin və mediasiya xərcinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh ilə 2011-ci il tarixdə el adəti ilə ailə qursalar da, nikahlarını rəsmiləşdirməmişlər. Birgə nikahdan iki qızları var. Cavabdeh onu davamlı döyərək təh qir etmişdir. Onun bu davranışı, eyni zamanda evə hər gün sərxoş gəlməsi uşaqların travma alması ilə nəticələnmişdir. Cavabdeh uşaqları öz valideynlərinin himayəsinə verərək qayğılarına qalmır və öz qeyri-stabil həyatını yaşayır. Cavabdehin ailəsi uşaqlara təzyiq edərək ev işləri görmələrinə məcbur edir. Münasibətlər pisləşdiyindən iddiaçı evdən çıxıb getməli olmuşdur. İddiaçının uşaqlarla danışmasına və görüşməsinə cavabdeh və ailəsi icazə vermir.

5. Cavabdeh məhkəmənin hazırlıq iclasında verdiyi izahatında iddiaçının əxlaqi keyfiyyətlərinin uşaqları böyütmək üçün uyğun olmadığını, uşaqların onun himayəsinə verilməsini və qəyyumluq və himayəçilik orqanına müraciət edilərək rəy alınmasını xahiş etmişdir.

6. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2(045)-30/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, xx.xx.2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək iddiaçının yanında saxlanılması və cavabdehdən hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi, alimentin tutulmasının xx.xx.2023-cü il tarixdən hesablanması, məhkəmə xərcinin iddiaçının özünə aid edilməsi, mediasiya xərcinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, ekspertiza xərcinin iddiaçı və cavabdehdən müştərək qaydada tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim T.Məmmədov).

7. Goranboy RİHB yanında Qəyyumluq və himayəçilik komissiyası uşaqların atalarının – cavabdehin yanında qalmasını məqsədəmüvafiq hesab etməsi barədə rəy vermişdir.

8. Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 1 dekabr tarixli, 11/538 nömrəli rəyində, u şaqlardan xx.xx.2016-cı il təvəllüdlü Gülər Quliyevanın hər iki valideynə eyni dərəcədə bağlılığı olsa da, xx.xx.2014-cü il təvəllüdlü Ayan Quliyevanın atasına bağlılığının daha çox olması, uşaqların uzun müddət ünsiyyətdə olmamalarının onlara neqativ təsir göstərə biləcəyi, hər iki valideyn ilə mütəmadi görüşlərin psixoloji cəhətdən məqsədəmüvafiq olduğu qeyd olunmuşdur.

9. İddiaçı məhkəmənin baxış iclasında verdiyi izahatında yaşca kiçik olan qızının – Quliyeva Gülərin hazırda onun yanında olduğunu, uşağın atası ilə görüşməsinə etiraz etmədiyini, lakin böyük qızı ilə görüşünə icazə verilmədiyini bildirmişdir.

10. Goranboy RİHB yanında Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, rəy verilən zaman uşaqlar atanın yanında qalma q istədiklərini bildirsələr də, sonradan ana ilə görüş təyin olunmuş və görüşün nəticəsində bəlli olmuşdur ki, Gülər anası, Ayan isə atası ilə qalmaq istəyir.

11. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, uşaqlardan xx.xx.2014-cü il tarixdə doğulmuş Ayan Quliyeva hazırda atasının yanındadır və ona bağlılığı daha çoxdur. Bu səbəbdən, həmin uşağın fikri, atasına bağlılığı və yaşı nəzərə alınmaqla atasının yanında qalması məqsədəmüvafiqdir.

12. Digər uşaq - Gülər azyaşlı olmaqla onun ana qayğısına, nəvazişinə ehtiyacı vardır. O, hazırda anasının yanında qalır və anasının yanında qalmaq istəyi vardır. Bu səbəbdən onun anası ilə qalmasınn uşağın mənafeyinə xidmət edəcəyi qənaətinə gəlinmişdir.

13. İddia tələbinin alimentin tutulması ilə bağlı hissəsinə dair məhkəmə qeyd e tmişdir ki, xx.xx.2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tərəflərin ailə və maddi vəziyyəti, digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla cavabdehdən hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir.

14. Məhkəmə mövqeyini BMT-nin 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiyasının 3 və 18-ci, Ailə Məcəlləsinin 52, 60.4, 100.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

15. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin ləğv edilməsi, xx.xx.2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək onun yanında saxlanılması və iddiaçıdan hər uşaq üçün hər ay 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayətinin dəlilləri aşağıdakı kimi olmuşdur: 1) İddiaçının əxlaqi keyfiyyətləri uşaqların onun yanında qalması üçün uyğun deyil. 2) İddiaçı birinci instansiya məhkəməsindəki icraatın gedişində qızı Gülər Quliyevanı uşaqlarla həyətdə oynayan zaman gizlincə götürüb getmiş və o gündən bəri atası ilə görüşməyə qoymur. 3) X8 rayonu ndakı məktəblərdən birinin şagirdi olsa da, anasının yanında qaldığı üçün məktəbə gələ bilmir və təhsildən geri qalır. 4) İşə baxan birinci instansiya məhkəməsi uşaqların kimin yanında qalması məsələsini həll edərkən uşaqların bir-birinə bağlılığını nəzərə almadan hərəsinin bir valideynin yanında qalması qənaətinə gəlmişdir. 5) Birinci instansiya məhkəməsi Goranboy RİHB yanında Qəyyumluq və himayəçilik komissiyasının rəyində qeyd olunan uşaqların atanın yanında qalmaq istəməsi barədə istəklərini nəzərə almamış və qətnamədə bununla bağlı mövqeyini əsaslandırmamışdır. 6) Goranboy RİHB yanında Qəyyumluq və himayəçilik komissiyası iddiaçının Ucar rayonunda yerləşən evinə baxış keçirsə də, iddia ərizəsindən də göründüyü kimi iddiaçı Gəncə şəhərində kirayədə yaşayır. Bu isə özlüyündə onun mənzil -məişət şəraitinin uşaqların yaşaması üçün uyğun olmadığını göstərir.

17. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. İddiaçının apelyasiya şikayətinin dəlilləri aşağıdakı kimi olmuşdur: 1) Cavabdeh və ailəsi qızı Ayanı qorxudaraq, anası ilə görüşməsinə icazə vermirlər. Onlar Ayanı məcbur etmişlər ki, Məhkəmə Ekspertizası Mərkəzində atası ilə qalmaq istədiyini bildirsin. Bu səbəbdən, yenidən qəyyumluq orqanının rəyi alınmalıdır. 2) İddiaçı ilə qalan qızı X11 şəhərindəki məktəblərin birində təhsilini davam etdirir. Buna baxmayaraq, atasının yanında qalan digər uşağı qaldığı yerdə ev işləri görməyə məcbur edir, onun təhsil almasına mane olurlar.

19. Gən cə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(104)-1014/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya qətnaməsi “iddianın qalan hissədə rədd edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X4 iddiaçının himayəsində saxlanılması, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi, alimentin tutulmasının başlanğıc tarixinin uşağın cavabdehdən alınıb iddiaçıya verildiyi tarixdən hesablanması və qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər: L.S üleymanov- sədrlik edən və məruzəçi, Ş.Rzaquliyev və İ.Həsənov).

20. Gəncə ŞİHB yanında Qəyyumluq və Himayəçilik Komissiyasının tərtib etdiyi iddiaçının həyat şəraitinin müəyyən edilməsinə dair aktda, iddiaçının yaşadığı evdə azyaşlı uşağın təlim-tərbiyəsi ilə məşğul olunması və normal mühitdə böyüməsi üçün hər bir şərait olduğu qeyd olunmuşdur.

21. Həmin Komissiyanın psixoloqu tərəfindən verilmiş rəydə uşaqların hazırda anası ilə yaşadığı və ananın – iddiaçının yanında qalmaq istədikləri qeyd olunmuşdur.

22. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, uşaqlar birinci instansiya məhkəməsində icraat zamanı dindirilərkən 10 yaşına çatmamış idilər və onların fikrinin nəzərə alınması mütləq deyildi. İkincisi isə, onlar 10 yaşına çatmış olsalar belə, hazırkı işdə digər diqqətəlayiq hallarla yanaşı qiymətləndirildikdə uşağın atasını daha çox istəməsi əsası ilə atasının yanında saxlanması da məqsədəmüvafiq deyil. Belə ki, Ayan adlı uşaq məhkəmədə dindirilərkən və Goranboy RİHB yanında Qəyyumluq və himayəçilik komissiyası rəy verərkən, o, atasının yanında yaşamışdır ki, anası ilə ünsiyyətinə maneələr atanın uşağa təsirinin qaçılmaz olduğuna dəlalət edir.

23. Bununla belə, Ayan adlı uşağın öz iradəsi ilə sonradan anasının yanına gəlməsi və psixoloq tərəfindən tərtib edilmiş rəy ilə uşaqların ananın yanında qalmaq istəyi məlum olmuşdur.

24. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, uşaqların bir-birindən ayrı saxlanılması da onların emosional-iradi sferalarına neqativ təsir göstərə bilər.

25. Bir valideynin mənzil-məişət şəraitinin digərindən üstün olması uşağın ondan alınması üçün həlledici əsas sayıla bilməz. Uşaqla bağlı məsələlərdə vacib olan uşağın üstün maraqlarının təmin edilməsidir ki, uşağın üstün maraqları termini də onun rifahını, normal şəraitdə yaşamasını nəzərdə tutur.Belə ki, iddiaçının həyat şəraitinin müayinə edilməsinə dair aktla onun hal-hazırda kirayədə yaşadığı mənzildə azyaşlı uşaqların təlimtərbiyəsi ilə məşğul olunması və normal mühitdə böyüməsi üçün şəraitin olduğu müəyyən olunmuşdur.

26. Kollegiya qeyd etmişdir ki, tərəflərin birgə nikahlarından doğulmuş Ayan adlı uşağın 10 yaşı olmaqla, azyaşlıdır və ana qayğısına, nəvazişinə, xüsusi diqqətə ehtiyacı vardır. Onun ana qayğısına, nəvazişinə daha çox ehtiyac duyduğu bir yaş dövründə anasının himayəsindən alınması və ana qayğısından kənarda saxlanılması həmin uşağın mənafeyi, həmç inin onun psixoloji vəziyyətinə mənfi təsir baxımından əlverişli deyildir.

27. O da əlavə olunmuşdur ki, BMT-nin 1959-cu il tarixli “Uşaq Hüquqları Bəyannaməsinin” 6-cı prinsipində göstərilən azyaşlı uşağın anasından ayrılmasına əsas verən heç bir müstəsna şərait hazırkı işdə mövcud deyildir.

28. Məhkəmə kollegiyası mövqeyini Ailə Məcəlləsinin 52, 60.4, 78-ci, “Uşaq hüquqları haqqında” Qanunun 3 və 5-ci maddələrinə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli qərarına istinad edərək əsaslan dırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayətinin ilkin dəlilinə görə, apellyasiya instansiyası məhkəməsi Ailə Məcəlləsinin 52-ci maddəsinin tələbini pozmaqla qətnamə qəbul etmişdir. Belə ki, uşaqlardan Ayan Quliyeva birinci instansiya məhkəməsində dindirilən zaman atasının yanında qalmaq istədiyini bildirsə də, kollegiya işin bu halını nəzərə almamışdır. Eləcə də digər uşaq Gülər Quliyevanın atasının yanında niyə qalmaq istəmədiyi, anasının yanında qalmaq istəməsinin səbəbləri araşdırılmamış, uşaqların hə r ikisinin ananın yanında qalması barədə qətnamə qəbul edilmişdir. Apellyasiya baxışı zamanı artıq 10 yaşa çatmış Ayanın və 7 yaşı olmuş Gülərin yenidən dindirilməsi barədə vəsatət təmin edilməmişdir. Apellyasiya instansiya məhkəməsi uşağın iradəsinin ziddinə qətnamə qəbul edərək 52-ci maddənin tələbini pozmuşdur.

31. Şikayətin digər dəlili belə olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi qüvvədən düşmüş hüquq normasına istinad etmişdir. Belə ki, BMT-nin 1959-cu il tarixli “Uşaq Hüquqları Bəyannaməsinin” 6-cı prinsipində qeyd olunan “istisna hallar olmadıqca, uşaq anadan ayrılmamalıdır” cümləsindəki “ana” ifadəsi, dövlətimiz tərəfindən ratifikasiya edilmiş 1989-cu il tarixli “Uşaq Hüquqları haqqında Konvensiyanın” 9-cu maddəsində “valideynlər” ifadəsi ilə əvəz edilmişdir.

32. Kassator onu da qeyd etmişdir ki, işə baxan məhkəmə kollegiyası “Məhkəmə Ekspertizası Mərkəzinin”, Goranboy RİHB yanında Qəyyumluq və himayəçilik komissiyasının və qızı Ayan Quliyevanın mövqeyi ilə zidd olan Gəncə ŞİHB yanında Qəyyumluq və himayəçilik komissiyasının rəyini hansı əsaslarla üstün tutaraq ona istinad etməsini qətnamədə əsaslandırmamışdır. Belə ki, Gəncə ŞİHB yanında Qəyyumluq və himayəçilik komissiyası uşaqların fikirlərini və kimin yanında qalmaq istəmələri məsələsini müəyyən edərkən, cavabdeh komissiyaya dəvət olunmamış, iştirakı təmin edilməmişdir.

33. Digər bir dəlilə görə, apellyasiya icraatı zamanı polis orqanı iddiaçının yanında qalmaq istəməyən Ayan Quliyevanı atasına alıb vermişdir. Bundan sonra Ayan verdiyi video-müsahibədə anasının yanında qalmaq istəmədiyini, ora zorla apa rıldığını, təhsildən yayındırdığını və s. kimi məsələləri qeyd etsə də, məhkəmə həmin videogörüntülərə baxış keçirilməsi ilə bağlı vəsatəti əsassız olaraq təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının 21 iyul 1992-ci il tarixdə qoşulduğu BMT-inin 20 noyabr 1989-cu ildə imzalanmış “Uşaq hüquqları haqqında konvensiyası”

35. Maddə 3. 1.Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən.

2. İştirakçı dövlətlər uşağın valideyn lərinin, qəyyumlarının və ya qanuna görə onun üçün məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər.

36. Maddə 9.

1. İştirakçı dövlətlər təmin edirlər ki, uşaq və valideynləri onların arzusuna zidd olaraq ayrı düşməsinlər, amma məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanların tətbiq edilən qanuna və prosedurlara müvafiq surətdə belə ayrılığın uşağın ən yaxşı mənafeyi üçün zəruri olduğunu müəyyənləşdirdikləri hallar istisna təşkil edir. Belə müəyyənləşdirmə bu və ya digər konkret halda, məsələn, valideynlər uşaqla qəddarcasına rəftar etdikdə və ya onun qayğısına qalmadıqda və ya valideynlər bir -birindən ayrı yaşadıqda və uşağın yaşayış yeri barədə qərar qəbul edilməli olduqda zəruri ola bilər.

2. Bu maddənin 1-ci bəndinə uyğun hər cür araşdırma zamanı bütün əlaqədar tərəflərə araşdırmada iştirak etməyə və öz nöqteyi-nəzərini şərh etmək imkanı verilir.

3. İştirakçı dövlətlər valideynlərinin birindən və ya hər ikisindən ayrı düşmüş uşağın hər iki valideynlə müntəzəm şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququna hörmət bəsləyirlər, amma bu münasibətlərin və əlaqələrin uşağın ən yaxşı mənafeyinə zidd olduğu hallar istisna təşkil edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

37. Maddə 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşam aq hüququna malikdir.

38. Maddə

52. Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.

39. Maddə 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz.

40. Maddə 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə müba hisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamas ına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə əsas olmadığından kassasiya şikayəti təmin edilməməlidir.

47. İlk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.

48. Mübahisələndirilən qətnamə ilə məhkəmə tərəflərin faktiki nikah münasibətindən doğulmuş x x.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 ananın himayəsinə verilməsini uşaqların üstün maraqlarını nəzərə almaqla məqsədəuyğun hesab edilmişdir.

49. Kassasiya şikayətinin dəlilləri bundan ibarətdir ki, məhkəmə mübahisəni həll edərkən apellyasiya instansiyası mərhələsində 10 yaşı tamam olmuş Ayan Quliyevanın atası ilə qalmaq istəyini nəzərə almamış, 7 yaşlı Gülər Quliyevanın niyə görə anası ilə qalmaq istədiyini uşağı təkrar dindirərək araşdırmamış, bu barədə vəsatəti əsassız olaraq təmin etməmiş, “Məhkəmə Ekspertizası Mərkəzinin”, Goranboy RİHB yanında Qəyyumluq və himayəçilik komissiyasının rəylərini və cavabdehin təqdim etdiyi sübutları nəzərə almamışdır.

50. İşdən görünür ki, apellyasiya icraatı zamanı İddiaçı ünvan 1 ünvanında yaşaması müəyyən edildiyindən, Gəncə Şəhəri İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası iş üzrə üçüncü şəxs qismində işə cəlb olunmuş, həmin Komissiya tərəfindən müvafiq olaraq İddiaçı ünvan 1 ünvanında yaşayış şəraitinin müayinə edilməsi, həmin Komissiyaya mübahisəyə dair əsaslandırılmış rəy tərtib edilməsi həvalə edilmişdir.

51. Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının aparıcı mütəxəssisi- Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçisi-psixoloqu tərəfindən tərtib edilmiş Psixoloji Rəyində qeyd edilmişdir ki, azyaşlıların atası Cavabdeh anaları İddiaçı qarşı uzun müddət dəvam edən fiziki və mənəvi şiddəti, tez-tez baş verən ailədaxili mübahisələrə şahid olan yetkinlik yaşına çatmayanlar Ayan və Gülərin atalarına qarşı güvən hi ssi zədələnməsi müəyyən olunmuşdur. Onların həyatının erkən dönəmlərində ən önəmli fiqurlardan biri olan ata, övladlarına güvən hissini aşılamaq əvəzinə qorxu və təşviş yaradan olması bir çox psixoloji narahatlıqlara zəmin yaradır. Atanın anaya qarşı olan aqressiyasını görərək böyüyən uşağın sevgi və güvən hissi mübahisəyə çevrilir, dava-dalaş anlayışları ilə qarışır. Zehnində bir-birilə əlaqələndirdikləri bu anlayışlar yeniyetməlik, yetkinlik yaşında da öz təsirini göstərəcəkdir. Dəyər verdikləri və həyatı öyrənməklərində onlara rəhbərlik etməli olan ata övladlarının qarşısında analarına göstərdiyi fiziki və mənəvi şiddəti gördükcə uşaq kədər və ya aqressiyasını göstərməmək üçün emosiyalarını sərbəst buraxa bilmir. Davamlı şəkildə bunu yaşayan fərd, yetkin yaşlarında da, psixosomatik nara hatlıqlar yaşaya bilir. Depressiya, təşviş pozuntuları, şəxsiyyətlərarası münasibətlərdə problemlər, evlilik problemləri riski də, çoxalır. Gələcəkdə şəxsi münasibətlərində uğursuzluq, həyata və insanlara qarşı güvənsizlik hissi kimi formalaşır. Hal-hazırda yetkinlik yaşına çatmayanlar anası İddiaçı yanında qalırlar. Analarının onlara göstərdiyi qayğı və sevgini duyaraq onlar hal-hazırda yaşam tərzindən narazı deyillər. Uşaqlar anaları X1 yanında qalmaqla inkişaf edirlər, formalaşırlar, mövcud həyat tərzinə uyğunlaşırlar. Əqli, əməli və sosial cəhətdən tərbiyə olunurlar, həyatı və şəxsiyyəti inkişafı baxımından emosional olaraq analarına daha çox bağlanırlar. Odur ki, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X5 anaları İddiaçı yanında qalmaq istədiklərini bildirmişlə r.

52. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən rəyi, uşaqların bir-birindən ayrı saxlanılmasının onların emosional-iradi sferalarına neqativ təsir göstərə biləcəyini, bir valideynin mənzil-məişət şəraitinin digərindən üstün olmasının uşağın ondan alınması üçün həlledici əsas sayılmadığını, uşaqların ana qayğısına, nəvazişinə daha çox ehtiyac duyduğu yaşda olmalarını nəzərə alınaraq hər iki uşağın ananın himayəsinə verilməsi barədə iddiaçının tələbini əsaslı hesab etmişdir.

53. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qətnamədə öz mövqeyini kifayət qədər əsaslandırmış, mübahisə həll edilərkən uşaqların üstün maraqları əsas götürülməklə ananın himayəsinə verilməsi Azərbaycan Respublik ası Ailə Məcəlləsinin 60.4-cü maddəsinin, BMT-nin “Uşaq hüquqları haqqında konvensiyasının tələblərinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun”“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə uyğundur.

54. Ali Məhkəmənin istinad edilən qərarında qeyd edilmişdir ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşma çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” ifadəsi uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə 10 yaşına çatmış uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur

55. Sözügedən qərarda həmçinin qeyd edilmişdir ki, uşaqla bağlı mübahisələr həll edilərkən qəyyumluq və himayə orqanının və məhkəmə-psixoloji ekspertizasının rəyləri məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və onlar məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə MPM-in 88-ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir.

56. Apellyasiya instansiyası məhkəməsi Gəncə Şəhəri İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını işə cəlb edərək uşaqların sərbəst fikrinin valideynlərin və kənar şəxslərin iştirakı və təzyiqi olmadan həmin komissiyanın mütəxəssisi (uşaqlarla iş üzrə məsləhətçi psixoloq) tərəfindən yenidən öyrənilməsini təmin etdiyindən cavabdehin apellyasiya instansiyası mərhələsində təqdim etdiyi, məhkəmə iclas zalında uşaqların təkrar dindirilməsi barədə vəsatətinin təmin edilməməsi pozuntu kimi qiymətləndirilə bilməz.

57. Gəncə Şəhəri İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının p sixoloji rəyində psixoloqun suallarına uşaqlar tərəfindən verilmiş cavablardan görünür ki, onlar atalarının spirtli içki qəbul etdikdən sonra analarını döyməsinin şahidi olmuş, Gülər Quliyeva bu zaman qorxub ağladığını, ümumiyyətlə atası ilə ünsiyyətdə olmaq istəmədiyini bildirmiş, Ayan Quliyeva isə anasının yanında qalmaq istəsə də atası ilə ünsiyyətini davam etdirəcəyini bildirmişdir.

58. Bundan əlavə iş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Goranboy rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, cavabdeh Polis Şöbəsinə müraciət edərək qızı Ayanın iddiaçı tərəfindən döyüldüyünü, qaçırılaraq Gəncə şəhərinə aparıldığını bildirmiş, aparılmış tədqiqat zamanı Ayan Quliyeva izahat verərkən anasının ona zor tətbiq edərək qaçırmadığın ı, anası ilə öz razılığı və istəyi ilə Gəncə şəhərinə getdiyini, Həncə şəhərində bacısı və anası ilə kirayədə yaşadıqlarını bildirmişdir. Tədqiqat zamanı Ayan Quliyevanın anası tərəfindən döyülməsi faktı öz təsdiqini tapmamışdır.

59. İşdə olan sübutlar məhkəmə tərəfindən düzgün qiymətləndirilərək uşaqların ananın himayəsindən alınması üçün “Uşaq hüquqları haqqında konvensiya”da və Ailə Məcəlləsində nəzərdə tutulmuş əsasların (uşaqla qəddarcasına rəftar etmək, onun qayğısına qalmamaq, ananın əxlaqi və digər şəxsi keyfiyyətlərinin uşaqları tərbiyə etməyə uyğun olmaması) mövcudluğu müəyyən edilməmişdir.

60. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsaslı olmadığından şikayət təmin edilməməli, mübahisələndirilən qətnamə dəyişdirilmədən s axlanılmalıdır.

61. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)1014/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar