Məhkəmə qərarları › İş №2(102)-3610/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3610/2023

04.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3610/2023 04.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh7, X9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı (üçüncü şəxslər kimi Kürdəmir rayon Ərəbqubalı Bələdiyyəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ərazi İdarəsi cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınmaqla, cavabdehlərin həmin torpaq sahəsindən əmlakları ilə birlikdə məcburi qaydada çıxarılması və cavabdehlər tərəfindən torpaq sahəsindən istifadəyə edilən maneələrin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkə məsinin Mülki kollegiyası, hakimlər X10 (məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh7, X9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı (maraqlarına toxunan üçüncü şəxs kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ərazi İdarəsi cəlb edilməklə) qarşı “torpaq sahəsinin qanunsuz sahiblikdən qaytarılması və cavabdehlərin həmin sahədən məcburi qaydada çıxarılması” tələbinə dair iddiasına mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)21/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh7, X9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən verilmiş kass asiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 23 may tarixli 05 nömrəli qərarı ilə ailə başçısı kimi İddiaçı (bundan sonra mətndə iddiaçı) başda olmaqla 8 nəfərdən ibarət ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsal etmək üçün Kürdəmir rayonu, Çölqubalı kəndi ərazisindən 3,38 ha torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə görə onlara JN 0001 KOD 90602028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir.

2. Kürdəmir rayon Çölqubalı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 8 saylı iclasınaın qərarı ilə Çölqubalı kənd sakinləri Əliyev Oqtay mayıl oğlunun ailə üzvlərinə düşən 2,66 hektar və X11 ailə üzvlərinə düşən 4,21 hektar çöl torpaq sah ələrinin əkinə yararsız, yəni şoran olduğu üçün kəndin şimal hissəsindəki Baş Şirvan Kollektorunun yuxarı hissəsində olan 6,87 hektar bələdiyyə torpağı ilə dəyişdirilməsi qərara alınmışdır.

3. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "xxxx" MMC-nin Ağsu Layihə-Tədqiqat İdarəsinin xx.xx.2020-ci il tarixli, 07/102 nömrəli mütəxəssis rəyindən görünür ki, Kürdəmir rayonu Çölqubalı kəndi ərazisində JN-0001 KOD 90602028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı mülkiyyətinə verilmiş 3,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi elektron məlumat bazasında mövcuddur və həmin torpaq sahəsinin 0,41 ha hissəsi X9 tərəfindən, 0,36 ha hissəsi Cavabdeh2 tərəfindən, 0,88 ha hissəsi Cavabdeh3 tərəfindən, 0,24 ha hissəsi Cavabdeh 4 tərəfindən, 0,24 ha hissəsi Cavabdeh5 tərəfindən və 0,52 ha hissəsi isə Cavabdeh7 tərəfindən naturada istifadə edilir. Həmin torpaq sahəsinin zəbt olunubolunmamasını müəyyənləşdirmək mütəxəssisin səlahiyyətləri daxilində deyil.

4. Mütəxəssis rəyində daha sonra qeyd edilmişdir ki, tərəflərin iştirakı ilə JN-0001 KOD 90602028 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə Kürdəmir rayonu Çölqubalı kəndi ərazisində İddiaçı mülkiyyətinə verilmiş İİ hissəli 3,38 ha pay torpaq sahəsinin 1K nömrəli çevrəsində göstərilmiş mübahisəli 2,66 ha pay torpaq sahəsində çöl ölçü işləri aparılmışdır.

5. Kürdəmir rayonu Çölqubalı kəndi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan (JN-0001 KOD 90602028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı) 3,38 hektar kənd təsərrüfatı təyinatlı tor paq sahəsi naturada cavabdehlər tərəfindən istifadə edilir.

6. X9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Kürdəmir rayonu keçmiş Çölqubalı Bələdiyyəsi tərəfindən verilmiş torpaq sahələrinə aid hüquqmüəyyənedici sənədlər təqdim olunmadığından üst-üstə düşməni müəyyən etmək mümkün olmadı.

7. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "xxxx" MMC-nin Ağsu Layihə Tədqiqat İdarəsinin xx.xx.2020-ci il tarixli, 07/102 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, JN-0001 (Kod 9********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı mülkiyyətinə verilmiş 1 K saylı çevrədə göstərilən 2.66 ha torpaq sahəsi ilə naturada olan torpaq istifadəçiliyi arasında uyğunsuzluq mövcuddur. Mövcud xəritə materialları ilə natura arasın dakı bu cür uyğunsuzluğun aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında aparılan uçot işləri başa çatdıqdan və torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanmasından sonra mümkün olacaqdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Kürdəmir rayonunun Çölqubalı kəndi ərazisində yerləşən JN-0001 KOD 90602028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə mülkiyyətdə olan 3,38 hektar torpaq sahəsinin cavabdehlər X9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh 4 və Cavabdeh5 qanunsuz sahibliyindən geri alınmaqla, həmin torpaq sahəsində cavabdehlər X9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Əvəz oğlu tərəfindən inşa edilmiş fərdi yaşayış evlərinin onların öz vəsaitləri hesabına sökülərək əmlakları ilə birlikdə torpaq sahəsindən məcburi qaydada çıxarılmaları və cavabdehlər tərəfindən mülkiyyətində olan torpaq sahəsindən istifadəyə edilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı sonradan iddianın həcminin artırılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin Cavabdeh7 tərəfindən qanunsuz zəbt edildiyini bildirib Cavabdeh7 iş üzrə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir.

10. İddiaçı işin faktiki hallarına istinad edərək movgeyini belə əsaslandırmişdır ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 23 may tarixli 05 nömrəli qərarı ilə ailə başçısı kimi o, başda olmaqla 8 nəfərdən ibarət ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsal etmək üçün Kürdəmir rayonu, Çölqubalı kəndi ərazisindən 3,38 ha torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə görə onlara JN 0001 KOD 90602028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Dövlət aktına əsasən onun ailə üzvlərinə verilən torpaq sahəsindən bir müddət təyinatı üzrə istifadə edəndən sonra X5 sədri Qədim Məmmədov mülkiyyətində olan torpaq sahəsinin ona məxsus olmadığını və həmin torpaq sahəsini Çölqubalı bələdiyyəsinin qərarı ilə ayrı-ayrı vətəndaşlara, yəni cavabdehlər X9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh 7 Bələdiyyə mülkiyyətində olan torpaq sahəsi kimi satmış və ona ailə üzvləri ilə birlikdə Çölqubalı bələdiyyəsinin mülkiyyətində olan və başqa ərazidə yerləşən torpaq sahəsi ilə əvəzləşdirib 2,66 hektar pay torpaq sahəsi verildiyini bildirmiş və hətta bu barədə ona heç bir məlumatı olmadan və ona heç bir məlumat verilmədən saxta tərtib edilmiş sənədlər təqdim etmişdir. O, keçmiş Bələdiyyə sədri Qədim Məmmədovla razılaşmamış və bununla bağlı dəfələrlə aidiyyəti orqanlara müraciət etsə də bu günə kimi mülkiyyətində olan torpaq sahəsindən təyinatı üzrə istifadə edə bilməmişdir. Cavabdehlər X9, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hazırda onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3,38 hektar torpaq sahəsini qanunsuz zəbt edərək həmin torpaq sahəsində özlərinə fərdi yaşayış evi tikmiş, hansı k i, Qanunvericiliyin tələbinə görə pay torpaq sahəsində ancaq yüngül konstruksiyalı tikinti işləri aparıla bilər. Cavabdeh5 və Cavabdeh7 isə mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini qanunsuz zəbt edərək orada yonca bitkisi əkib becərməklə məhsul əldə edirlər. O, uzun müddət aidiyyəti orqanlara müraciət edib heç bir müsbət nəticə əldə etmədiyinə görə X5 sədri Qədim Məmmədovun ona verdiyi saxta sənədləri araşdırmaq üçün DƏDRX-nin 16 saylı Ucar Ərazi idarəsinə müraciət etmişdir. Orada ona X5 sədri Qədim Məmmədov tərəfindən verilən Kürdəmir rayonu Çölqubalı bələdiyyə torpaqlarının yerquruluşu planından çıxarışın saxta tərtib edildiyini və ona pay torpağı əvəzi kimi verilməsi üçün nəzərdə tutulan torpaq sahəsinin örüş sahəsi kimi DƏDRX-nin sistemində olduğunu və çıxarışdakı DT və XK-nin Kürdəmir rayon şöbəsinin müdiri G. Əsədovun və çıxarışı tərtib edən A.Allahverdiyevin imzalarının olmadığını bildirmişlər. Həmçinin həmin sənədlər heç bir dövlət orqanında qeydiyyata alınmayıb. Buradan o, belə bir nəticəyə gəlmişdir ki, X5 sədri onun mülkiyyətində olan torpaq sahəsini hansı saxtakarlıqla satıbsa ona pay torpaq sahəsi əvəzi olaraq veriləcək pay torpaq sahəsinin də sənədlərini həmin qayda ilə saxtalaşdırıb. Çölqubalı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 8 saylı qərarına əsasən ona və ailə üzvlərinə verilən 2,66 hektar pay torpaq sahəsinin kəndin başqa ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahəsi ilə dəyişdirilməsi qərara alınsa da əvəzlənməsi nəzərdə tutulan torpaq sahəsi də ümumi istifadədə olan örüş sahəsi olduğuna görə torpaqların dəyişdirilməsi mümkün olm amışdır. Bundan sonra o, Dövlət aktına əsasən mülkiyyətlərində olan torpaq sahəsinin ona və ailəsinə qaytarılmasında ona kömək etmək üçün şəxsən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının İ müavininin qəbulunda olmuş və İ müavin də ona keçmiş bələdiyyə sədri Qədim Məmmədovun pay torpağını əvəzləmə yolu ilə ona və ailə üzvlərinə verilməsi nəzərdə tutulan torpaq sahəsinin həqiqətən də örüş sahəsi olduğunu bildirmiş və ona mülkiyyətlərində olan torpaq sahəsinin tələb edilməsi ilə bağlı məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Cavabdehlər X9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh7 tərəfindən qanuni mülkiyyətlərində olan 3,38 hektar pay torpaq sahəsini qanunsuz olaraq zəbt edib həmin torpaq sahəsində yaşayış evi və əkin əkmələri nəticəsində o, ailə üzvləri ilə birlikdə uz un müddətdirki pay torpaq sahəsindən istifadə edə bilmirlər. Həmçinin cavabdehlər mülkiyyətlərində olan torpaq sahəsini qanunsuz zəbt edib istifadə etməklə yanaşı həmin torpaq sahəsində fərdi yaşayış evi tikməklə onlara xeyli miqdarda maddi ziyan vurur və həmin torpaq sahəsinin özlərinə məxsus olmasını bildirib mülkiyyətlərində olan torpaq sahəsindən istifadə etmələrinə imkan verməyəcəklərini bildirdiklərinə görə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışlar. Cavabdehlərin hər birinin ayrı-ayrılıqda mülkiyyətlərində pay torpaq sahələri var. Ona görə də Kürdəmir rayonunun Çölqubalı kəndi ərazisində yerləşən JN-0001 KOD 90602028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə mülkiyyətlərində olan 3,38 hektar torpaq sahəsinin cavabdehlər X9, Cavabdeh2, Cavabdeh3, Cav abdeh4, Cavabdeh5 və Cavabdeh7 qanunsuz sahibliyindən geri alınmaqla, həmin torpaq sahəsində cavabdehlər X9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 tərəfindən inşa edilmiş fərdi yaşayış evlərinin və digər tikililərin onların öz vəsaitləri hesabına sökülərək əmlakları ilə birlikdə toraq sahəsindən məcburi qaydada çıxarılmaları və cavabdehlər tərəfindən mülkiyyətlərində olan torpaq sahəsindən istifadəyə edilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Cavabdeh X9 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, 2007-ci ilin əvvəllərində Kürdəmir rayonunun keçmiş Çölqubalı Bələdiyyəsinə müraciət edib ona əkin əkmək üçün torpaq sahəsi verilməsini xahiş etmişdir. Çölqubalı Bələdiyyəsi onun müraciətini nəzərə alaraq özünün xx.xx.2007-ci il tarixli, 1 nömr əli iclasının qərarı ilə Çölqubalı kəndi ərazisindən ona əkin məqsədi ilə 25 il müddətinə 0,40 hektar torpaq sahəsi vermişdir. Bundan sonra o, xx.xx.2007-ci il tarixdə Çölqubalı bələdiyyəsi ilə 1 saylı Torpaq icarəsi müqaviləsi bağlayıb əkin üçün ona verilən torpaq sahəsindən təyinatı üzrə istifadə etməyə başlamışdır. Fərdi yaşayış evi olmadığına görə X1 icarəyə götürdüyü 0,40 hektar torpaq sahəsində fərdi yaşayış evi tikmiş və hazırda ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Torpaq sahəsi Bələddiyyə tərəfindən ona veriləndə həmin torpaq sahəsinin İddiaçı torpaq sahəsi olduğunu bildirmiş, lakin Çölqubalı Bələdiyyəsinin sədri X3 Oktayın mülkiyyətində olan torpaq sahəsini başqa torpaq sahəsi ilə əvəzləşdirib ona başqa ərazidən torpaq sahəsinin veriləcəyini bildirmişdir. Onun başqa yerdə yaşayış evi yoxdur və o, hazırda yaşadığı evdən çıxmayacağını bildirib iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Cavabdeh2 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, 2007-ci ildə Çölqubalı bələdiyyəsinə müraciət edərək əkin məqsədi ilə Çölqubalı kəndinin ərazisindən icarəyə torpaq sahəsi götürmüş və hazırda həmin torpaq sahəsindən uzun müddətdir ki, istifadə edir. Torpaq sahəsi ona icarəyə veriləndə həmin torpaq sahəsinin İddiaçı məxsus olmasını bilməmişdir. İcarəsində olan torpaq sahəsində müəyyən tikililər tikmiş və onun həmin torpaq sahəsindən çıxması mümkün deyil. Torpaq sahəsi Bələdiyyə tərəfindən ona veriləndə həmin torpaq sahəsinin İddiaçı torpaq sahəsi olduğunu bildirmiş, lakin Çölqubalı Bələdiyyəsinin sədri X4 Oktayın mülkiyyətində olan torpa q sahəsini başqa torpaq sahəsi ilə əvəzləşdirib ona başqa ərazidən torpaq sahəsinin veriləcəyini bildirmişdir. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Cavabdeh3 da Cavabdeh2 ilə eyni məzmunda izahat verib iddianı qəbul etmədiyini bildirmiş və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Cavabdeh4 iddianı qəbul etməyərək göstərmişdir ki, 2006-ci ildə Kürdəmir rayonunun keçmiş Çölqubalı Bələdiyyəsinə müraciət edib ona əkin əkmək üçün torpaq sahəsi verilməsini xahiş etmişdir. Çölqubalı Bələdiyyəsi onun müraciətini nəzərə alaraq özünün xx.xx.2006-cı il tarixli, 1 nömrəli iclasının qərarı ilə Çölqubalı kəndi ərazisindən ona əkin məqsədi ilə 25 il müddətinə 0,50 hektar torpaq sahəsi vermişdir. Bundan son ra o, xx.xx.2006-cı il tarixdə Çölqubalı bələdiyyəsi ilə 1 saylı Torpaq icarəsi müqaviləsi bağlayıb əkin üçün ona verilən torpaq sahəsindən təyinatı üzrə istifadə etməyə başlamışdır. X1 icarəyə götürdüyü 0,50 hektar torpaq sahəsində fərdi yaşayış evi tikmiş və hazırda ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Torpaq sahəsi Bələdiyyə tərəfindən ona veriləndə həmin torpaq sahəsinin İddiaçı torpaq sahəsi olduğunu bildirmiş və həmin torpaq sahəsinin şoran olmaqla əkinə yararsız olduğuna görə İddiaçı həmin torpaq sahəsindən imtina etdiyinə Çölqubalı Bələdiyyəsinin sədri X4 Oktayın mülkiyyətində olan torpaq sahəsini başqa torpaq sahəsi ilə əvəzləşdirib ona başqa ərazidən torpaq sahəsinin veriləcəyini bildirmişdir. Onun başqa yerdə yaşayış evi yoxdur və o, hazırda yaşadığı evdən çıxmayacağını bildirib iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Cavabdeh5 iddianı qəbul etməyərək göstərmişdir ki, 2007-ci ildə keçmiş Çölqubalı Bələdiyyəsinə ərizə ilə müraciət edib ona Bələdiyyə mülkiyyətindən icarəyə torpaq sahəsi verilmiəsini xahiş etmişdir. Çölqubalı Bələdiyyəsi onun müracitəni nəzərə alıb ona İddiaçı imtina etdiyi pay torpaq sahəsindən icarəyə torpaq sahəsi vermişdir. X5 sədri X4 Oktayın mülkiyyətində olan torpaq sahəsini başqa torpaq sahəsi ilə əvəzləşdirib ona başqa ərazidən torpaq sahəsinin veriləcəyini bildirmişdir. Sölqubalı Bələdiyyəsi tərəfindən ona verilən torpaq sahəsi hazırda onun icarəsində olmaqla, torpaq sahəsində əkin işləri ilə məşğul olur. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Cavabdeh7 iddianı qəbul etməyərək göstərdi ki, oğlu Zeynalov Anar 2007-ci ildə keçmiş Çölqubalı Bələdiyyəsinə ərizə ilə müraciət edib ev tikməsi üçün ona həyətyanı torpaq sahəsi və kənd təsərrüfatı məhsulları istehsal etmək üçün icarəsinə 0,50 hektar torpaq sahəsi verilməsini xahiş etmişdir. X2 müracitəni nəzərə alıb ona İddiaçı imtina etdiyi pay torpaq sahəsindən ev tikmək üçün həyətyanı torpaq sahəsi və kənd təsərrüfatı məhsulları istehsalı üçün icarəsinə 0,50 hektar torpaq sahəsi vermişdir. X5 sədri X4 Oktayın mülkiyyətində olan torpaq sahəsini başqa torpaq sahəsi ilə əvəzləşdirib ona başqa ərazidən torpaq sahəsinin veriləcəyini bildirmişdir. Çölqubalı Bələdiyyəsi tərəfindən oğlu Anara həyətyanı torpaq sahəsi və kənd təsərrüfatı məhsulları istehsalı üçün verilən torpaq sahəsi əkinə ya rarsız olduğı üçün Anar həmin torpaq sahəsini sonradan istəmədiyinə görə hazırda həmin torpaq sahəsindən özü istifadə edir. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Kürdəmir Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli 2(041)-261/2020 saylı qətnaməsi ilə (sədrlik edən M.Bayramov) iddia tələbi təmin edilərək İddiaçı və onun ailə üzvlərinə JN-0001 KOD 90602028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən verilmiş və Kürdəmir rayonunun Çölqubalı kəndi ərazisində yerləşən 3,38 hektar torpaq sahəsi cavabdehlər X9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh7 qanunsuz sahibliyindən geri alınsın, həmin torpaq sahəsində cavabdehlər X9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Əşraf oğlu və Cavabdeh7 tərəfindən i nşa edilmiş fərdi yaşayış evləri və digər tikililər cavabdehlərin öz vəsaitləri hesabına sökülərək əmlakları ilə birlikdə həmin toraq sahəsindən məcburi qaydada çıxarılmaları və cavabdehlər tərəfindən həmin torpaq sahəsindən istifadəyə edilən maneələrin aradan qaldırılması, cavabdehlər X9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh7 müştərək qaydada 495,80 (dörd yüz doxsan beş manat səksən qəpik manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kapital Bank ASC-nin Xətai filialında olan kod 200071, VÖEN **********, kod SWİFT AİİBAZ2X, Mühbir hesab AZ37NABZ********************, KADASTR VƏ YERQUR LAYİHA TADQ MAR, hesab AZ23AİİB********************, VÖEN ********** nömrəli hesaba keçirilməsi qət edilmişdir.

18. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 28 may tarixli qərarına əsasən İddiaçı və onun ailə üzvlərinə Çölqubalı kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 3.38 sahəsi verilmişdir, iş materiallarında olan Kürdəmir rayon X7 Planından çıxarışın surətindəki sxemdə isə 2,66 hektar torpaq sahəsinin pay torpağı əvəzi kimi İddiaçı verilməsi göstərilmişdir. X8 xx.xx.2006-cı il tarixli 8 saylı iclasının qərarına əsasən Çölqubalı kənd sakini İddiaçı və onun ailə üzvlərinə düşən 2,66 hektar çöl payı torpaq sahəsi əkinə yararsız, yəni şoran olduğu üçün dəyişdirilərək kəndin şimal hissəsindəki Baş Şirvan Kollektorunun yuxarı hissəsində olan 6,87 hektar bələdiyyə torpağı ilə dəyişdirilməsi qərara alıns a da, Çölqubalı Bələdiyyəsinin həmin qərarı icra edilməmiş və çöl pay torpaq sahəsi əvəzi kimi iddiaçıya verilməsi nəzərdə tutulmuş torpaq sahəsi iddiaçıya verilməmişdir. Bundan əlavə, hazırda cavabdehlərin qanunsuz zəbt edərək həmin torpaq sahəsində yaşayış evi və digər tikililər tikdikləri və əkin işləri apardıqları torpaq sahəsi JN-0001 KOD 90602028 nömrəli, xx.xx.1998-ci il tarixli Dövlət Aktına əsasən İddiaçı və onun ailə üzvlərinə verilməklə onların mülkiyyətinə verilməsinə baxmayaraq cavabdehlər iddiaçı və onun ailə üzvlərinin də olan torpaq sahəsini qanunsuz olaraq zəbt edib həmin torpaq sahəsində və digər tikililər tikib iddiaçının və onun ailə üzvlərinin qanunla qorunan mülkiyyət hüquqlarını pozmuşlar. Məhkəmə bu baxımdan iş üzrə subutları araşdıraraq müəyyən etmişdir ki, Kürdəmi r rayonu Çölqubalı kəndi ərazisindəki mübahisəli torpaq sahəsi (3,38 hektar) iddiaçının və onun ailə üzvlərinin mülkiyyətində olmaqla, həmin torpaq sahəsi Kürdəmir rayon Aqrar Komissiyasının l998-ci il 23 may tarixli, 05 nömrəli qəraına əsasən verilmiş və həmin torpaq sahəsinə görə iddiaçıya JN-0001 KOD 90602028 nömrəli dövlət aktı verilmişdir. İddiaçıya və onun ailə üzvlərinə verilmiş 3,38 hektar torpaq sahəsi elektron məlumat bazasında mövcuddur. Elektron məlumat bazasında cavabdehlərə aid heç bir sənədin olmadığı müəyyən edilmişdir. Beləliklə iddiaçı və onun ailə üzvləri onların mülkiyyətinə verilən torpaq sahəsini tam qanuni əsaslarla əldə etmişlər.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Kostitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsi 5-ci maddəs inin 1-ci bəndinə, 68ci maddəsinə, 111-ci maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2, 180.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 78.1, 80, 88, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

30. Qətnamədən cavabdehlər Cavabdeh5, Cavabdeh7, X9 və Cavabdeh3 birgə apellyasiya şikayəti verərək qətnamənin Kürdəmir Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2(041)-261/2020 saylı qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər.

31. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1185 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respub likası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin 16 saylı Ucar Ərazi İdarəsinin 01 mart 2023-cü il tarixli 3-21-3-36/2-758/2023 nömrəli mütəxəssis rəyinə əsasən, JN-001 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3.38 ha torpaq sahəsi elektron bazada təqdim olunan AzCad məlumatlarında JN-1K (2.66 ha) hissəsi Çölqubalı kəndi ərazisində və JN -1V (0.72 ha/0.67 ha) hissəsi Ərəbqubalı kəndi ərazisində təsbit edilərək göstərilmişdir. 32. "Kürdəmir rayonu Əzizbəyov adina təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi"ndə göstərilən, JN-001 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3,38 ha (2,66 ha, 0,72 ha) torpaq sahəsi ilə iddiaçı və cavabdehlərin naturada göstərdikləri torpaq sahələri arasında uyğunsuzluq, konfiqurasiya və bucaq fərqləri olduğu üçün mütəxəssis tərəfindən islahat layihəsinə uyğun araşdırma aparılması mümkün olmamışdır.

33. Mütəxəssis rəyinə əsasən, X14 ilə Çölqubalı bələdiyyəsi arasında 12 yanvar 2007-ci il tarixli torpaq icarə müqaviləsi ilə icarəsində olan 0,50 ha torpaq sahəsinin koordinatlar əks olunan sxemi təqdim olunmadığı üçün iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3,38 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı.

34. Mütəxəssis rəyinə əsasən, Cavabdeh5 ilə Çölqubalı bələdiyyəsi arasında 12 yanvar 2007-ci il tarixli torpaq icarə müq aviləsi ilə icarəsində olan 0,50 ha torpaq sahəsinin koordinatlar əks olunan sxemi təqdim olunmadıği üçün iddiaçı və ailəüzvlərinin mülkiyyətinə verilmiş 3,38 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadi.

35. Mütəxəssis rəyinə əsasən, Cavabdeh4 Əvəz oğlu ilə Çölqubalı bələdiyyəsi arasında 12 yanvar 2007-ci il tarixli torpaq icarə müqaviləsi ilə icarəsində olan 0,50 ha torpaq sahəsinin koordinatlar əks olunan sxemi təqdim olunmadığı üçün iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3,38 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı.

36. Mütəxəssis rəyinə əsasən, JN-001 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Akti" ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3,38 ha torpaq sahəsi elektron bazada təqdim olunan A zCad məlumatlarinda JN-1K (2,66 ha) hissəsi Çölqubali kəndi ərazisində və JN-1V (0,72 ha/0,67 ha) hissəsi Ərəbqubalı kəndi ərazisində təsbit edilərək göstərilmişdir və cavabdehin baxış zamani naturada göstərdikləri torpaq sahələri ilə üst-üstə düşmür.

37. Əlavə olaraq bildirilmişdir ki, JN-001 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3,38 ha torpaq sahəsi elektro bazada təqdim olunan AzCad məlumatlarında JN-1K hissəsi 0,67 ha olaraq göstərilmişdir.

30. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 may 2023-cü il tarixli, 2(106)-21/2023 nömrəli qətnaməsi ilə (hakim C.F.İmanov (sədrliyi və məruzəsi ilə) hakimlər T.S.Kərimov, P.T.Əhmədov ibarət tərkibdə) cavabdehlər Cavabdeh5, Cavabdeh7, X9 və Cavabdeh3 tərəfindən ver ilmiş birgə apellyasiya şikayətinin qismən təmin edilməsi,Kürdəmir Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2(041)-261/2020 saylı qətnaməsinin dəyişdirilməsi, JN-0001 KOD 90602028 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” na əsasən İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olmaqla, Kürdəmir rayonu, Çölqubalı kəndində yerləşən 3.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisəli 2.66 ha hissəsinin zəbt olunmuş 0.88 ha hissəsindən Cavabdeh3 inşa etdiyi tikililər sökülməklə, 0.24 ha hissəsindən Cavabdeh4, 0.36 ha hissəsindən Cavabdeh2, 0.41 ha hissəsindən X6 inşa etdiyi tikililər sökülməklə, 0.52 ha hissəsindən Cavabdeh7, 0.24 ha hissəsindən Cavabdeh5 çıxarılması, cavabdehlər tərəfindən İddiaçı mülkiyyətində olan həmin torpaq sahəsindən istifadə sinə yaradılan maneələr aradan qaldırılması, iş üzrə təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 manat ekspertiza xərci cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti üzrə işin faktiki halları düzgün müəyyən edilsə və maddi hüquq normalarının düzgün tətbiq edilsə də mahiyyət etibarı ilə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir ki, bu əsasla cavabdehlərin apellyasiya şikayəti qismən təmin olunaraq qətnamə dəyişdirilməlidir.Göründüyü kimi qeyd edilən mübahisəli torpaq sahəsi JN-001 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Akti" ilə İddiaçı və ailə üz vlərinin mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin ölçüləri mütəxəssizlər tərəfindən yerində müəyyən edilmişdir. İddiaçının Kürdəmir rayonunun Çölqubalı kəndində mülkiyyətində 2.66 ha və Ərəbqubalı kəndində 0.67 ha kənd təsərrüfat təyinatlı torpağının olması işin mübahisəsiz halıdır.Cavabdehlərin isə qeyd edilən ərazidə mülkiyyətlərində hər hansı torpaq sahələrinin olmasına dair hər hansı mülkiyyət sənədi yoxdur. Cavabdehlər tərəfindən məhkəməyə təqdim edilən icarə müqaviləsi isə qanuni deyildir. Çünki həmin torpaq sahələri cavabdehlərə verilərkən yerində təhkim aktları verilməmişdir. Ümumiyyətlə cavabdehlərə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin müəyyən bir hissəsinin icarəyə verilməsi qanunsuz olmuşdur.Cavabdehlər özləri məhkəmə iclasında bildirmişlər ki, qeyd edilən müba hisəli ərazidə onlara icarəyə torpaq ayrılarkən həmin ərazinin iddiaçıya məxsus olmasını bilmişlər. Həmçinin etiraf etmişlər ki, həmin ərazidə bağ salmış və evlər tikmişlər.Lakin məhkəmə araşdırması zamanı cavabdehlər tərəfindən iddiaçıya məxsus torpaq sahəsində bağ salınması müəyyən olunsa da onlardan yalnız Cavabdeh3 və X9 tərəfindən həmçinin ev də inşa edilməsi müəyyən olunmuşdur.Araşdırma zamanı müəyyən olunmuşdur ki, JN-0001 KOD 90602028 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” na əsasən İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olmaqla, Kürdəmir rayonu, Çölqubalı kəndində yerləşən 3.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisəli 2.66 ha hissəsinin 0.88 ha hissəsi Cavabdeh3, 0.24 ha hissəsi Cavabdeh4, 0.36 ha hissəsi Cavabdeh2, 0.41 ha hissəs i X9, 0.52 ha hissəsi Cavabdeh7 və 0.24 ha hissəsi Cavabdeh5 tərəfindən faktiki olaraq istifadə edilir.

32. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2-ci maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68, 84, 111-ci maddələrinə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. Cavabdehlər Cavabdeh7, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 (Vəkil1) birgə kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)-21/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

35. Cavabdehlər və onların vəkili şikayəti onunla əsaslandırılmışdır ki, Belə ki, iş üzrə verilmiş mütəxəssis rəyi ilə iddiaçının ona məxsus olduğunu bildirdiyi torpaq sahəsi ilə cavabdehlərin istifadəsində olan torpaq sahəsinin üst-üstə düşməsi müəyyən edilməmişdir.

36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

37. Cavabdehlərin özlərinə məxsus torpaq sahələrinin onlara ayrılması barədə bələdiyyə qərarları mövcuddur. Həmin qərarlar mülkiyyət hüququnun onların xeyrinə qeydiyyata alınması üçün əsasdır. 38. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 5.1-ci maddəsinəəsasən, bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncamverilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur.

39. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sa həsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Hesab edirlər ki, iddiaçı mübahisə etdiyi torpaq sahəsinin üst-üstə düşməsi baxımından ona məxsus torpaq sahəsi olduğunu sübuta yetirə bilmədiyi üçün cavabdehlərə qarşı hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik deyil.

42. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir.

43. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bil ər.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008- ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: 45. “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək im kanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci(xarici)cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ;müdafiə hüququ”.

46. MPM-nin 88-cimaddəsiməhkəmənin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsini tələb edir.

47. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsitəfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğu nluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir.

48. Sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin.

49. Sübutların qiymətləndirilməsi zamanı ilk addımlardan biri də sübutun özünün mümkünlüyünün araşdırılmasıdır. Sübutların m ümkünlüyündən bəhs edən MPM-in 81-ci maddəsində deyilir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

50. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.

51. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011- ciiltarixliQərarı).

52. Beləliklə, iddiaçının ona məxsus olduğunu bildirdiyi dövlət aktındakı torpaq sahəsi ilə cavabdehlərə məxsus torpaq sahələrinin üst-üstə düşməsi iş materialları ilə müəyyən olunmur. Lakin iddianı əsaslı hesab etməklə Apellyasiya Məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı səhv nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsasdır.

53. Hesab edirlər ki, iddiaçı mübahisə etdiyi torpaq sahəsinin üst-üstə düşməsi baxımından ona məxsus torpaq sahəsi olduğunu sübuta yetirə bilmədiyi üçün cavabdehlərə qarşı hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik deyil.

54. Beləliklə, iddiaçının ona məxsus olduğunu bildirdiyi dövlət aktındakı torpaq sahəsi ilə ca vabdehlərə məxsus torpaq sahələrinin üst-üstə düşməsi iş materialları ilə müəyyən olunmur. Lakin sübuta yetməyən iddianı təmin etməklə Apellyasiya Məhkəməsi prosessual hüquq normalarının pozulmasına yol vermiş və bu hal düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur

55. Kassatorlar şikayyətlərinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.1-ci 152.1,157.2-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68, 84, 111-ci maddələrinə,“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 5.1, 6.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 81-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. İddiaçı tərəf kassasiya şikayətlərinə qarşı etiraz verərək kassasiya şikayətini n təmin olunmaması və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

35. Maddə

13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

36. Maddə 29 İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Ə mlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

37. Maddə 152.1.Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

38. Maddə 157.2. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi

39. Maddə

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

40. Maddə 84

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.

3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.

4. Zərərin ödənilməsinə dair mübahisələrə müvafiq məhkəmədə baxılır.

5. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər.

41. Maddə 111.

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolu

42. Maddə

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəl xalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

43. Maddə 4.1 Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir süb utun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

50. Maddə 418.3 Pros essual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlər Cavabdeh5, Cavabdeh4, X9, Cavabdeh3 və Cavabdeh7 tərəfindən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı kassatorlara aid hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Apellyasiya instansiyası mə hkəməsi müəyyən etmişdir ki, JN-0001 KOD 90602028 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” na əsasən İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olmaqla, Kürdəmir rayonu, Çölqubalı kəndində yerləşən 3.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisəli 2.66 ha hissəsinin 0.88 ha hissəsi Cavabdeh3, 0.24 ha hissəsi Cavabdeh4, 0.36 ha hissəsi Cavabdeh2, 0.41 ha hissəsi X9, 0.52 ha hissəsi Cavabdeh7 və 0.24 ha hissəsi Cavabdeh5 tərəfindən faktiki olaraq istifadə edilir.

55. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yu xarıdakı nəticəyə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

57. Ona görə də cavabdehlər Cavabdeh5, Cavabdeh4, X9, Cavabdeh3 və Cavabdeh7 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayəti verən şəxslərə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.

58. Göstəri lənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdehlər Cavabdeh5, Cavabdeh4, X9, Cavabdeh3 və Cavabdeh7 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin və Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 may 2023-cü il tarixli 2(106)-21/2023 nömrəli qətnaməsi kassasiya şikayəti verən şəxslərə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar