Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3610/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti, Cavabdeh1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın yekunları barədə müqavilənin ləğv edilməsi; hərracın qanunvericiliyə uyğun keçirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti, Cavabdeh1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “hərracın yekunları barədə müqavilənin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-4069/2024 nömrəli qətnaməsindən İddiaçı şikayətinə 27 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-261/2020 nömrəli, 09 yanvar 2020-ci il tarixli qətnaməsi ilə əsas borc üzrə 7977,13 ABŞ dolları, faiz borcu üzrə 7061,10 ABŞ dolları, cərimə borcu üzrə 200 ABŞ dolları olmaqla, cəmi 15238 ABŞ dolları 23 sent məbləğində pulun (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində manatla), ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 10 manat rüsumun və 20 manat xidmət haqqının və iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dö vlət rüsumunun 25 manatının cavabdehlər X4, İddiaçı və X1 müştərək qaydada tutularaq Cavabdeh2 QSC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan Sumqayıt şəhəri, X qəsəbəsində yerləşən 06 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 113.48 kv.m-dən ibarət 186 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, evin satışından əldə edilmiş vəsait hesabına Banka olan borcların ödənilməsi, evin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğin X4, İddiaçı və X2 ümumi qaydada tutularaq Banka ödənilməsi, Banka olan borc ödənildikdən sonra evin satışından əldə edilmiş vəsaitdən artıq qalan məbləğin İddiaçı qaytarılması, ipoteka predmetinin ilkin satış qiymətinin 65881 manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissəd ə təmin edilməməsi qət edilmişdir.
2. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-164/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli, 2(060)-261/2020 saylı qətnaməsinə ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişiklik edilmiş, ipoteka predmeti olan İddiaçı məxsus Sumqayıt şəhəri, X qəsəbəsində yerləşən 06 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 113.48 kv.m-dən ibarət 186 saylı fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 80000 manat məbləğində müəyyən edilmiş, qətnamə iddianın təmin edilmiş qalan hissələrində dəyişdirilmədən saxlanılmışdır.
3. Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli, 01 nömrəli bildirişinin surə tinə əsasən, Sumqayıt şəhəri, X qəsəbəsində 0,06 ha torpaq sahəsində yerləşən 186 saylı fərdi yaşayış evinə dair açıq hərracın keçirilməsi xx.xx.2022-ci il tarixə saat 11:00-17:00-dək (növbəlik əsasında) təyin edilmişdir. Əmlakın ilkin satış qiyməti 80000 manat müəyyən edilmişdir. Hərracın keçirilməsi vaxtı və yeri barədə xx.xx.2022-ci ildə bildiriş tərtib olunmuşdur.
4. Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli, 02 nömrəli bildirişinin surətinə əsasən, Sumqayıt şəhəri, X qəsəbəsində 0,06 ha torpaq sahəsində yerləşən 186 saylı fərdi yaşayış evinə dair açıq hərracın keçirilməsi xx.xx.2022-ci il tarixə saat 11:00-17:00-dək (növbəlik əsasında) təyin edilmişdir. Əmlakın ilkin satış qiyməti 80000-15%=68000 manat müəyyən edilmişdir. Hə rracın keçirilməsi vaxtı və yeri barədə xx.xx.2022-ci il tarixli bildiriş tərtib olunmuşdur. 5. “Birja Yenilikləri” qəzetinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli tirajlarının surətinə əsasən, Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən Sumqayıt şəhəri, X qəsəbəsində 0,06 ha torpaq sahəsində yerləşən 186 saylı fərdi yaşayış evinə dair açıq hərracın keçirilməsi, xx.xx.2022-ci il tarixli tirajında isə hərracın baş tutmaması elan edilmişdir.
6. Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən Cavabdeh2 QSC, X4, İddiaçı, X3 və Cavabdeh1nə ünvanlanmış ipoteka predmetinin əldə olunmasına dair xx.xx.2022-ci il tarixli təklifinə əsasən, ipoteka predmeti təkrar hərracdakı satış qiymətindən 25 faizdən az olmayan qiymətlə, yəni 51000 manata ipoteka saxlayana təklif olun muşdur.
7. Hərracın yekunları barədə xx.xx.2022-ci il tarixli, 60/01 saylı protokolun surətinə əsasən, İddiaçı məxsus Sumqayıt şəhəri, X qəsəbəsində 0,06 ha torpaq sahəsində yerləşən 186 saylı fərdi yaşayış evi 51000 manata Cavabdeh2 QSC tərəfindən əldə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı (bundan sonra “iddiaçı”) cavabdehlər Cavabdeh2 QSC (bundan sonra “Bank”), Cavabdeh1 (bundan sonra “İcra İdarəsi”) və "xxxx" MMC-yə (bundan sonra “Hərrac Mərkəzi”) qarşı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətçisi olduğu Sumqayıt şəhəri, X qəsəbəsi ünvanında yerləşən 186 saylı evə dair X7 arasında bağlanmış müqavilənin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia onunla əsaslandırıl mışdır ki, İcra İdarəsi Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-164/2021 saylı icra sənədinə əsasən iddiaçının mülkiyyətçisi olduğu 186 saylı fərdi evin açıq hərracdan satılması məqsədilə xx.xx.2022-ci ildə 109/37 saylı sifarişli məktubla Hərrac Mərkəzinə müraciət etmişdir. Müraciətin əsasında Hərrac Mərkəzi “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən sifarişi aldığı gündən 5 gün müddətində iddiaçıya sifarişli poçt göndərişi ilə bildiriş göndərməli idi. X8 iddiaçıya bildiriş göndərməmişdir.
10. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 415, 416-cı, “İpoteka haqqında” Qanunun 42, 43 və 44-cü maddələrinə istinad etmişdir.
11. İddiaçının nümayəndəsi X4 bildirmişdir ki, o, 2013-cü ildə Bankdan 20000 ABŞ dolları məbləğində kredit götürmüşdür. O vaxt ı da bu məbləğ 16000 manat təşkil edirdi. Həmin krediti devalvasiya olduğuna görə hətta artıq məbləğdə, yəni 32000 manat qaytarmışdır. Sadəcə 5000 manat banka borcu qalmışdı. İlk hərracın Sumqayıtda hansı formada keçirildiyindən xəbərləri olmayıb. Sonra onlara məlumat vermişlər ki, iki günə ikinci hərrac olacaq, pulu gətirməsəniz eviniz satışa çıxarılacaq. Onların evi də dənizin kənarındadır. Əvvəl 1 mərtəbəli idi, hazırda isə ev 3 mərtəbəlidir. Evin qiyməti, ümumilikdə 8 sot torpaqda olmaqla 350000 manat təşkil edir. Onlara xəbərdarlıq edilmədən necə hərrac keçirilib, ev necə satışa çıxarılıb bilmirlər. Hazırda isə o, əsas məbləği ödəmək istəyir, amma bank razılaşmır. İlk hərrac barədə onlara heç bir xəbərdarlıq olmayıb. İkinci hərracdan xəbəri var idi. Hərracın keçirilməsindən təxminən 2 gün əvvəl xəbəri olmuşdur.
12. Bankın nümayəndəsi müddətin ötürülməsi barədə ərizə təqdim edərək, ərizəsində göstərmişdir ki, iddiaçıya hərrac keçirilərkən bildirişlər göndərilmiş, iddiaçı hərracların keçirilməsindən xəbərdar olmuş və hətta hərracın keçirildiyini bilərək, dəfələrlə banka müraciətlər etmiş, razılığa gəlmək üçün cəhdlər etsə də, nəticəsi olmamışdır. Mülki Məcəlləsinin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən 1 il ərzində əqdi mübahisə edə bilər. Baxmayaraq ki, 2 ilə yaxın zaman keçmişdir. Mülki Məcəllənin qeyd edilən normasına və iddia ərizəsində qeyd edilənlərə əsasən iddiaçının (i ddia qaldırmaq üçün) müəyyən olunmuş müddəti ötürdüyü açıq-aşkar məlumdur.
13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-632/2024 saylı, 29 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Nərgiz Tağıyeva).
14. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə 15238 ABŞ dolları 23 sent məbləğində pulun (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində manatla) borclulardan tutulması, tutmanın ipoteka predmetinə yönəldilərək açıq hərracdan satılması və satışdan əldə olunan pul hesabına borcun ödənilməsi qət edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 80000 manat məbləğində müəyyən edilmişdir. Sumqayıt Şəhəri İ cra İdarəsinin sifarişi əsasında "xxxx" MMC-nin təşkilatçılığı ilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində iki hərrac keçirilmişdir. Hərracların keçirilməsi ilə bağlı “Birja Yenilikləri” qəzetində elanlar verilmiş, eyni zamanda xx.xx.2022-ci il il tarixində iştirakçılara hərracın keçiriləcəyi yer, tarix və sair aidiyyəti məlumatları özündə əks etdirən bildirişlər göndərilmişdir. Hərrac baş tutmadığından xx.xx.2022-ci il tarixli təkliflə ipoteka predmeti təkrar hərracdakı satış qiymətindən 25 faizdən az olmayan qiymətlə, yəni 51000 manata ipoteka saxlayana təklif olunmuşdur. Hazırda iddiaçı hərrac təşkil edilərkən bildirişlərin göndərilməməsinə istinad edərək hərracın nəticələrinin etibarsız hesab edilməsini xahiş edir.
15. Birinci instansiya məhkəməsinin mövqeyinə görə qanunveric iliyə əsasən ipoteka predmeti olan əmlakın likvid qiymətlə satışa çıxarılması, ümumilikdə 2 hərracın keçirilməsi imkanı, birinci və təkrar hərrac baş tutmadığı halda ilkin satış qiymətinin ardıcıl olaraq 15 və 25 faiz azaldılması və ən nəhayət, təkrar hərracın baş tutmadığı halda ipoteka saxlayanın əmlakı 30 gün müddətində əldə etməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin hərrac təşkil edilərkən hərrac təşkilatının əsas vəzifələrindən biri kimi hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə başlanğıc qiyməti haqqında məlumatları əks etdirən bildirişlərin tərəflərə göndərilməsi müəyyən edilmişdir.
16. Hərracın keçirilməsi qaydalarının pozulması ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinin yeni redaksiyasın a əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Qanunla müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.
17. Hazırki işin hallarına görə də Hərrac Mərkəzi tərəfindən Sumqayıt şəhəri, X qəsəbəsində 0,06 ha torpaq sahəsində yer ləşən 186 saylı fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə birinci dəfə açıq hərracda satışa çıxarılmışdır. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə xx.xx.2022-ci ildə bildiriş tərtib olunmuşdur. Keçirilən ilkin hərracda alıcı olmadığına görə hərrac baş tutmamışdır. xx.xx.2022-ci il tarixə təkrar hərrac təyin edilmiş və əmlak 15% aşağı qiymətə təklif olunmuşdur. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə xx.xx.2022-ci il tarixli bildiriş tərtib olunmuşdur. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan “Birja Yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixlərinə olan buraxılışında dərc olunmuşdur. Lakin alıcı olmadığına görə bu hərrac da baş tutmamış, bu barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixli buraxılışında elan verilmişdir. İddiaçının ünvanına göndərilmiş mək tublar “XXX” tərəfindən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində imza edilərək qəbul edilmişdir. Bundan sonra Hərrac Mərkəzi hər iki hərracda əmlaklar satılmadığına görə ipoteka saxlayan Banka, ipoteka qoyan iddiaçıya təklif məktubu göndərərək, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə, yəni 51000 manata almağı Banka təklif etmişdir.
18. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının keçirilən hərraclar barədə ona bildiriş göndərilməməsi ilə bağlı dəlilləri əsassız olmaqla öz təsdiqini tapmamışdır. Belə ki, hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər iddiaçıya göndərilm iş və həmin bildirişlər onun yetkinlik yaşına çatmış ailə üzvü tərəfindən imza edilərək qəbul edilmişdir. “Poçt haqqında” Qanunun 1.0.10-cu maddəsinə əsasən isə sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Beləliklə, hərrac təşkilatı qeyd edilən şəxslərə bildiriş göndərməklə və qəzetlərdə elan dərc etdirməklə üzərinə qoyulmuş öhdəliyi yerinə yetirmişdir. Hərracın keçirilməsi ilə bağlı formal pozuntular isə hərracın nəticələrinin etibarsız hesab edilməsi, əmlakı qanuni əsaslarla əldə etmiş mülkiyyətçinin hüquqlarının pozulması ilə nəticələnə bilməz.
19. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Cavadov və V.Aslanovun şika yəti üzrə” 30 dekabr 2008-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş, ümumiyyətlə, hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.
20. Birinci instansiya məhkəməsi cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı qeyd etmişdir ki, hazırkı iş üzrə iddia əsassız olması səbəbi ilə təmin edilmədiyindən iddia müddətinin (kəsici müddətin) tətbiqi məsələsinin araşdırılması zərurəti aradan qalxmışdır.
21. Birinci instansiya məhkəm əsi gəldiyi nəticəni Mülki Məcəllənin 415.2, 416-cı, “İpoteka haqqında” Qanunun 36.1, 36.2, 41.2, 41.3, 41.5, 42.1, 43.5, 43.7-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Cavadov və V.Aslanovun şikayəti üzrə” 30 dekabr 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:
22. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır.
24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4069/2024 nömrəli, 10 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhk əməsinin qətnamənin dəyişdirilmədən saxlanılmasını qət etmişdir (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov, Məhəmməd Rüstəmli).
25. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya baxışı zamanı işdə olan materiallar nəzərdən keçirilərkən iş üzrə hərracın nəticələri üzrə tərtib olunmuş protokolun (iddiaçı onu müqavilə kimi təqdim edir) ləğvi üçün əsas ola biləcək, tərəflərdən birinin hüquq və mənafelərini pozan hər hansı əsaslar müəyyən edilməmişdir. Hərrac prosesi qanunun tələblərinə uyğun keçirilmiş, prosesin bütün mərhələləri barədə iddiaçıya lazımi qaydada məlumatlar göndərilmiş, həmin bildirişlər onun yetkinlik yaşına çatmış ailə üzvü tərəfindən imza edilərək qəbul edilmişdir. 26. “Poçt haqqında” Qanunun 1.0.10-cu maddəsinə əsasən isə sifarişli p oçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Beləliklə, hərrac təşkilatı qeyd edilən şəxslərə bildiriş göndərməklə, qəzetlərdə və internet resurlarında elanlar dərc etdirməklə üzərinə qoyulmuş öhdəliyi yerinə yetirmişdir. Hərracın keçirilməsi ilə bağlı formal pozuntular isə hərracın nəticələrinin ləğv edilməsi və əmlakı qanuni əsaslarla əldə etmiş mülkiyyətçinin hüquqlarının pozulması ilə nəticələnə bilməz
27. Apellyasiya instansiya məhkəməsi qənaətinə görə hərracın nəticələri üzrə tərtib olunmuş protokolun (müqavilənin) ləğv edilməsi üçün qanunla müəyyən olunmuş əsaslar müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Belə ki, hərracların təşkili, keçirilməsi, eləcə də ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı hərracın nəticələrinin ləğvi üçün əsas verə biləcək hər hansı pozuntuya yol verilməmişdir.
28. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 415.2, 416-cı “İpoteka haqqında” Qanunun 36.1, 36.2, 41.2, 41.3, 41.5, 42.1, 43.5 və 43.7-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri:
29. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti hərrac barədə iddiaçıya məlıumat verilməməsinə istinad edilməklə, iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
31. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Maddə
416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olu nmuş sayılır. Maddə 41.2.Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında ela n dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndəriş (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi m əbləğində beh ödəməlidir. Maddə 42.3.İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən o ol unmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı və həmin müddət uzadılmasın. Maddə 43.4.İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyi nə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hər racın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Maddə 43.8.İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Maddə
44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmi n sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədl ərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-ol unmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
33. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.
34. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən m übahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi, eləcə də apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib, apellyasiya şikayətinin dəlillərinə qiymət verib.
37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayan apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 25-27-ci bəndində əks edilən qiymətləndirməsi ilə razılaşır.
38. Belə ki, iddia tələbi hərracın nəticələrinin ləğv edilməsi barədədir. İddiaçı tələbinin faktiki əsası kimi Hərrac Mərkəzi tərəfindən ona hərrac barədə məlumat verilməməsinə istinad etmişdir.
39. İşin məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən hallarına görə isə iddiaçının istinad etdiyi bu hallar təkzib edilmiş, ipoteka qoyana (iddiaçıya) bildiriş göndərilməsi, üstəlik, hərrac barədə KİV-də elan verilməsi təsdiq edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçının nümayəndəsi özü də məhkəmə baxışında sonuncu hərrac barədə məlumatlı olduğunu etiraf etmişdir.
40. Göründüyü kimi, iddiaçı hərracın qanunvericiliyə uyğun qaydada keçirilməməsinə (ipoteka qoyana bildiriş göndərilməməsi) istinad etsə də, işin məhkəmələr tərəfindən müəyyən edilən halları bunun əksini, yəni hərracın “İpoteka haqqında” Qanunun və Mülki Məcəllənin yuxarıda qeyd ed ilən normaları baxımından qanuni olmasını göstərir, bu da iddianın təmin edilməsini istisna edir.
41. Bu baxımdan, işin müəyyən edilmiş halları tələbin hüquqi əsasını təşkil edən maddi hüquq normalarının dispozitiv şərtlərinə uyğun olmadığından iddia tələbinin təmin edilməsi istisna edildiyi üçün iddianın təmin edilməməsi barədə gəlinən nəticə də əsaslı və qanuni olmuşdur.
42. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4069/202 4 nömrəli, 10 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.