Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3610/2025 06.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X1 (qəyyumu Qanuni nümayəndə) Cavabdeh qarşı iş üzrə QƏRARDADI Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər İspəndiyar Əsəd oğlu Şəfiyev (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və X3 ibarət tərkibdə, iddiaçı X1 (qəyyumu Qanuni nümayəndə) Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş mənzilin ½ hissəsinə iddiaçının mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üz rə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 23 iyun tarixli 2(104)-909/2025 nömrəli qətnaməsindən iddiaçı (vəkil Nümayəndə1) tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, müəyyən etdi: Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və qanunla müəyyən olunmuş prosessual şərtlər mövcud olduqda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Qanunvericilik kassasiya şikayətinə münasibətdə də riayət edilməli olan forma və məzmunla bağlı tələblər nəzərdə tutmuşdur. MPM-in 407.1.4-c ü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. Göründüyü kimi, MPM-də kassasiya şikayətinə münasibətdə riayət edilməli olan forma və məzmunla bağlı tələblər nəzərdə tutmuşdur. Şikayətin əsaslandırılmış olması, məzmunla bağlı tələblərin tərkibinə daxildir. Qanunvericinin iradəsi ona yönəlmişdir ki, istənilən şikayət deyil, yalnız əsaslandırılmış şikayət üzrə kassasiya mümkün hesab edilməlidir. Başqa sözlə, şikayət qəbul edilmiş məhkəmə aktından ümumi formada narazılığı ifadə etməməli, apellyasiya məhkəməsinin gəldiyi nəticənin qanunsuzluğu və əsassızlığı ilə bağlı konkret dəlillərə istinadı özündə əks etdirməlidir. Xüsusilə nəzərə alınmalıdır ki, kassasiya şikayəti məhz kassasiya məhkəməsinə ünvanlanır. Belə olan halda isə əsaslandırma ilə bağlı tələbə münasibətdə ümumilikdə məhkəmə sistemi daxilində kassasiya məhkəməsinin rolu, kassasiya məhkəməsinin səlahiyyətləri və bu instansiyada həyata keçirilən icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla qiymət verilməlidir. Bu mənada, kassasiya şikayətinin mümkünlüyünə dair tələblərin daha sərt ola biləcəyinin yolverilənliyi nəzərə alınmalıdır. Məlumdur ki, məhkəmə sistemi daxilində ədalət mühakiməsinin həyata keçirilməsi prosesində Ali Məhkəmə hüquq məhkəməsi r oluna malikdir. O, mübahisənin müəyyən olunmuş hallarına apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ona görə də, kassasiya şikayətində dəlillərin olması vacib şərt kimi çıxış edir, başqa sözlə, şikayət məhz hüququn məhkəmə tərəfindən düzgün tətbiq edilmədiyinin əsaslandırılmasına dair dəlilləri özündə əks etdirməlidir. Hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər isə ilk növbədə ümumi hüquqi prinsiplərin, eləcə də maddi və prosessual hüquq normalarının mübahisəyə düzgün tətbiq edilmədiyindən ibarət ola bilər. Mübahisənin həllinə tətbiq edilməli olan qanunvericilik normalarının məhkəmə tərəfindən tətbiq edilməməsi və ya natamam tətbiq edilməsi, tətbiq edilməli olmayan normaların tətbiq edilməsi, yaxud da normal arın düzgün təfsir edilməməsi hüququn düzgün tətbiq olunmadığı nəticəsini yaradır. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların müəyyənləşdirilmədiyinə, eləcə də işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarının sübut olunmadığına dair dəlillər də müvafiq maddi və prosessual hüquq normalarına istinadla və onların düzgün tətbiq edilmədiyi ilə əlaqələndirilməklə təqdim olunmalıdır. Beləliklə, kassasiya şikayətində məhz yol verildiyi güman olunan hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər əks etdirilməlidir. Bu qaydada əsaslandırma elə bir şikayətin verilməsini nəzərdə tutur ki, şikayətdə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olduğu işin halları ilə əlaqəli şəkildə ətra flı təsvir edilməli, normaların yalnız sadalanması (qeyd olunması) ilə kifayətlənilməməli, onların hansı mənada tətbiq edilməli olduğuna dair münasibət əks olunmalı, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticənin konkret hansı normalara və nəyə görə zidd olduğu, beləliklə də, hüququn düzgün tətbiq edilmədiyi lazımi qaydada əsaslandırılmalıdır. Maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmədiyinə dair dəlillər həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında (qərardadlarında) əks olunmuş hüquqi mövqelərə istinadla əsaslandırıla bilər. Bu baxımdan hazırkı iş üzrə verilmiş kassasiya şikayəti nəzərdən keçiriləndə müəyyən olunur ki, iddiaçı şikayətdə ümumən işin hallarını izah etmiş, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğunu b ildirmiş, lakin apellyasiya məhkəməsi tərəfindən maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını əsaslandırmamış, bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verməmiş, bununla da şikayətin məzmunu ilə bağlı tələblərə əməl etməmişdir. MPM-in 408.1.5-ci maddəsinə əsasən kassasiya şikayəti kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyrimümkün hesab edilməli, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şikayət verən şəxs prosessual müddətlərlə bağlı qanunvericiliyin tələblərini nəzərə almaqla MPM-in 408.5-ci maddəsinə uyğun olaraq nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və MPM-in 404-1.2, 408.1.5 və 408.3cü maddələrini rəhbər tutaraq, qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 23 iyun tarixli 2(104)-909/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəmə sinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3610/2025
Ali Məhkəmə Qərardad — İş №2(102)-3610/2025
06.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver