Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3611/2023 18.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər:mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X11 ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin 15 may 2023-cü il tarixli 2(104)-1302/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 18 sentyabr 2023-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakılar ı müəyyən etdi: İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 09 sentyabr 2020-ci il tarixli ********** nömrəli çıxarışın və Mənzilin 03 sentyabr 2020-ci il tarixli **********06-05101-093035 reyestr nömrəli Texniki Pasportun surətinə əsasən Gəncə şəhəri Kəpəz rayonu Qurtuluş küçəsi 1-ci döngə ev 53 mənzil 30 İddiaçı1 (1/2 hissə) və İddiaçı2 (1/2 hissə) (bundan sonra iddiaçılar) xüsusi mülkiyyətindədir.
2. Yaşayış yeri üzrə qeydiyyat haqqında 20 oktyabr 2022-ci il tarixli arayışına əsasən, Gəncə şəhəri, Kəpəz rayonu, Aydınbəyov küçəsi, 1-ci döngə, ev 53, mənzil 30-da 05 oktyabr 2003-cü il tarixdən X12 və iddiaçılar qeydiyyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar Cavabdeh (bundan sonra cavabdeh) qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməsiyə müraciət edərək, xüsusi mülkiyyətlərində olan Gəncə şəhəri Kəpəz rayonu,Qurtuluş küçəsi,1-ci döngə, ev 53, mənzil 30 (bundan sonra mübahisəli mənzil) ünvana köçürülmələri və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbini onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil ümumi mülkiyyət hüququ əsasında bərabər paylarla iddiaçılara məxsusdur. Onlar həmin mənzili birinin anasından, diqərinin isə nənəsidən hədiyyə kimi alıblar. Köçmək istərkən həmin mənzildə yaşayan qardaşı Mehman Tağıyevin həyat yoldaşı olan cavabdehin zorakılığı ilə qarşılaşmışlar. Lakin həmin mənzildə yaşayan cavabdeh iddiaçıların mənzilə dair sərəncam verməl ərinə və ondan istifadə etmələrinə mane olur.
5. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 27 fevral 2023-cü il tarixli 2(125)-760/2023 nömrəli qətnaməsi ilə (hakim X.Səfərli) iddia tələbi təmin edilmişdir.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli mənzil ümumi mülkiyyət hüququ əsasında bərabər paylarla iddiaçılara məxsusdur. Mübahisəli mənzildə yaşayan cavabdeh iddiaçıların qeyd edilən yaşayış sahəsindən istifadə hüquqlarını pozur. İddiaçılar mülkiyyətində olan mənzilə öz mülahizəsinə görə sahiblik və ondan istifadə etmək hüququna malikdir, lakin cavabdehin hərəkətləri onlara mülkiyyətində olan əmlaka dair qanundan irəli gələn hüquqlarının həyata keçirməsinə mane olur. Bu səbəbdən iddiaçılar hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. İddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalıdır.
7. Məhkəmə həmin nəticəyə gələrkən Mülki Məcəllənin 152.1, 152.5, 215.2 və 215.4-cü, və MPM-in 14.2, 119.1, 217.4 və 218.3-cü maddələrinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.
9. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Aydınbəyov küçəsi 1-ci döngə, 49A nömrəli evin 18 nömrəli mənzili X2 adına rəsmiləşdirilmiş və qeydiyyat vəsiqəsi verilmişdir. Mübahisəli mənzili isə orderlə onun mərhum atası X8 istifadə üçün verilmişdir. Mehman Tağıyev orderlə atasına verilmiş evdə yaşamış və ailə qurduqdan sonra da həmin evə gəlin gətirmişdir. İki övladı da həmin mən zildə anadan olmuşdur. Anası və bacısı Rəsmiyyə Əsgərova birlikdə Mehman Tağıyevin adına olan evdə yaşamışdır. X9 10 iyul 2002-ci il tarixdə vəfat etmişdir.Tağıyev Məhəmmədəli arvadı Tağıyeva Lətifədən 1990-cı ildə ayrıldığından Məhəmmədəli ilə birlikdə yalnız övladı Mehman həmin mənzildə yaşamışdır. 2019-cu ildə anası Tağıyeva Lətifə belə razılığa gəlmişdir ki, Mehman Tağıyev həmin mənzili öz adına rəsmiləşdirsin. Ona görə də Mehman Tağıyevin adına anası Lətifə Tağıyeva etibarnamə vermişdir. Mənzilə dair tərəflər razılığa gəldikdən sonra cavabdeh yaşadığı həmin mənzildə təmir işləri aparmağa başlamışdır. X13 08 noyabr 2022-ci ildə vəfat etmişdir. 2022-ci ilin axırlarında məlum olmuşdur ki, yaşadıqları mənzilin mülkiyyətçiləri iddiaçılardır. Sonradan isə məlum olmuşdur ki, X13, İddiaçı1, X12 və İddiaçı2 razılıq ərizələrinə əsasən mənzili X5 adına qeydiyyata alınmış və sonuncunun adına 24 avqust 2020-ci ildə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinin 01 sentyabr 2021-ci il tarixli 2V-588 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X4 miras qalmış mənzilin ¾ hissəsinə X6, İddiaçı1 və X7 vərəsəlik hüquqları tanınmışdır. 2V-589 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X4 qalan miras əmlaka vərəsəliyi faktiki qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş X1 vərəsəsi qızı İddiaçı2 miras əmlakdan ¼ hissəyə vərəsəlik payı verilmişdir. 3M-487 nömrəli miras payın bağışlanması müqaviləsinə əsasən X13 və X12 öz vərəsəlik hüququnu iddiaçılara bağışlamışdı r. Nəticədə iddiaçılara mübahisəli mənzilə 09 sentyabr 2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Əslində mənzilin özəlləşdirilməsi qeyri-qanuni olmuşdur. Belə ki, Tağıyev Mehman həmin mənzilin orderində kirayəçinin ailə üzvü kimi qeydiyyata alınmışdır. Tağıyev Mehman 23 yanvar 2004-cü il tarixdə cavabdeh ilə ailə qurmuş, 19 noyabr 2005ci il tarixdə isə nikahları rəsmiləşdirilmiş və birgə nikahlarından iki uşaqları anadan olmuşdur. Cavabdeh və onların yetkinlik yaşına çatmayan övladları mənzildən istifadə hüququ əldə etmişlər və nəticədə hər birinin həmin mənzillə dair istifadə hüquqları ilə yanaşı gözlənilən mülkiyyət hüququ var. X9 ilə X6 16 oktyabr 1990-cı il tarixdə nikahları pozulduğuna görə sonuncun adına vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi qanu nsuzdur. Mehman Tağıyev isə daima həmin evdə yaşasada saxta vərəsəlik şəhadətnaməsi verilmişdir. Məhəmmədəli Tağıyev öldüyü zaman mülkiyyətində heç bir daşınmaz əmlak olmamışdır. Göründüyü kimi, Tağıyev Məhəmmədəli ölmüş şəxs kimi dövlət tərəfindən ona hər hansısa bir əmlak bağışlanması mümkün olmadığından mənzilin özəlləşdirilməsi, onunla nikahda olmayan Lətifə Tağızadənin birgə nikahda əldə edilmiş əmlak kimi həmin mənzili öz adına rəsmiləşdirməsi, daha sonra həmin mənzili bağışlaması qanunsuzdur. Həmçinin, X14 10 iyul 2002-ci il tarixdə, qızı X3 isə 26 dekabr 2017-ci il tarixdə vəfat etmişdir. Bu zaman atasının adına daşınmaz əmlak olmadığı halda miras qalmış hər hansısa əmlakı qəbul etməsi mümkün deyildi. İddiaçıların mənzilə köçməsi üçün əsas olmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, bağışlama müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsızlığına dair iddia qaldırmışdır. Həmin iddianın təmin olunması qarşı tərəfin iddiasının əsassız olması nəticəyinə gəlməyə əsas verəcəkdir. Belə ki, dövlət mülkiyyətində olan evə gəlin köçmüş və həmin mənzillə bağlı gözlənilən mülkiyyət hüququ var, iddiaçılar isə qanunsuz yolla sənədlər əldə etmişlər.
10. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(104)-1302/2023 nömrəli iş üzrə 15 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Muradov Rəhman (sədrlik edən və məruzəçi), Məmmədov Ədil və Mehtiyev Fikrət) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır
11. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin həmin evə gəlin köçməsi, hazırda həmin evdə yaşaması, eləcədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, bağışlama müqaviləsinin və mülkiyyət hüququna dair çıxarışın etibarsızlığı barədə iddia qalıdırılması barədə apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil. Belə ki, mübahisəli mənzil hazırda iddiaçıların paylı mülkiyyətindədir və bu hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Mülki qanunvericiliyə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Bu da onu deməyə əsas verir ki, iddiaçılar mülkiyyətlərində olan daşınmaz əmlaka (mənzilə) dair öz istədikləri kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququ na malikdir və bu hüquqlar dövlət tərəfindən qorunur.
12. Məhkəmə hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsaslar yoxdur.
13. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 139.1, 140, 152.1 və 157.4-cü, MPM-in 372.6 və 372.7 maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməs ini xahiş etmişdir.
15. Cavabdeh kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, iddiaçıların mənzilə köçməsi üçün əsas olmuş qanun üzrə vərəsəlik şəhadətnamələrinin, bağışlama müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsızlığına dair iddia qaldırmışdır. İddiaçılar çıxarış alınarkən qanunsuzluğa yol verilmiş, daşınmaz əmlak dövlət mülkiyyəti olduğu halda dövlət tərəfindən ölü şəxsə bağışlanılmış, bunun əsasında mülkiyyət hüququna dair çıxarış alınmış, daha sonra nikahı pozulmuş qadın ölən ərinə varis olmuş, qanunsuz vərəsəlik şəhadətnaməsi alınmış, hətta bu zaman ölmüş şəxsin vərəsəsi ola biləcək əriini gizlədilmiş, əldə edilmiş qanunsuz çıxarış və vərəsəlik şəhadətnaməsi əsasında bağışlama müqaviləsi bağlanaraq, daşınmaz əmlaka mülkiyyət hüququ əldə edilmi şdir.
16. Cavabdeh qeyd etmişdir ki, Gəncə şəhər Məhkəməsinin 2(125)-1484/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə mənzilə dair iddiaçıların mülkiyyət hüququna dair xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindəki qeydlər ləğv edilmişdir.
17. İddia ilə bağlı məhkəmənin gələ biləcəyi nəticənin hazırki işə heç bir aidiyyatı yoxdur. Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli və Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnamələrinin qəbul edilməsi üçün əsas olmuş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyesytrindəki qeydlər ləğv edilmişdir. Bu isə həmin qətnamələrin əsassız olduğunu göstərir. Məhkəmə qətnamə çıxararkən ləğv edilməsi “an məsələsi” olan fakta istinad etməklə əslində q anunun aliliyini pozmağa cəhd etmişdir.
18. Cavabdeh Gəncə şəhər Məhkəməsinin 2(125)-1484/2023 saylı xx.xx.2023cü il tarixli qətnanməsini kassasiya şikayətinə əlavə etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası 20.
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir.Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq,əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 22.
140. Reyestrin məz mununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə,həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 23. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 24. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə m ülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 25. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs,o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə olunur.
26. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 27. 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 28. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sü but etməlidir. 29.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 30. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 31. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 32. 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 33. 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayət ində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 34. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 35. 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının cavabdeh tərəfindən tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasi bətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. İddiaçının kassasiya şikayətində göstərdiyi dəlillər iddia ərizəsində irəli sürdüyü dəlillərə uyğun olmaqla birinci və apellyasiya instansiyası məhkəmələrində işə baxılan zaman da irəli sürülmüş, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun huquqi qiymət verilmişdir, məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.
40. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı işə apellyasiya instansiyası məhkəməsində baxılandan sonra Gəncə şəhər məhkəməsinin 30 may 2023cü il tarixli qətnaməsi ilə mübahisənin predmeti olan mənzilə dair iddiaçıların daşınmaz əmlakın dövlət reyestrindəki qeydlər ləğv olunsa da, bu hal iddiaçıların miras əmlak olan həmin mənzilə hüquqlarına xitam verilməsi anlamına gəlmir, həmin mənzil mirası qəbl etmiş vərəsələr kimi iddiaçıların mülkiyyyətində olmasını istisna etmir.
41. Odur ki, qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə ə sasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1302/2023 nömrəli iş üzrə 15 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.