Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3612/2020 21.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, cavabdehin vəkili Hüseynov Orxan Mehdixan oğlunun iştirakı ilə, Şəki Apelyasiya Məhkəməsinin MK-nın xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(033)-441/2019 nömrəli (hakim T.Həsənov) qətnaməsi ilə iddia t ələbi təmin edilərək, Cavabdeh Zaqatala Regional Birliyinin Qİİ-nin xx xxxxxx 2018-ci il tarixli 299-K saylı əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh nə altıncı dərəcəli əl ilə qaynaqda elektrik qaynaqçısı vəzifəsinə bərpa olunması və ona məcburi proqula görə əmək haqqı ödənilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin MK-nın xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Mahmudov (sədrlik edən, məruzəçi), Ə.Məcidov və M.Əsədli, 2(107)-607/2020 saylı mülki iş) hazırki iş Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(033)-441/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh Zaqatala X5 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X6 istismar İdarəsinin xx xxxxxx 2018-ci il tarixli, 299-k saylı əmrinin lə ğv edilərək, işinə bərpa olunmaqla məcburi proqula görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır: O, “Cavabdeh” X7 idarəsinin xx xxxx 2006-cı il tarixli, 17 saylı əmrinə əsasən idarənin qəza dispeçer xidmətinə çilingər peşəsinə işə qəbul edilmişdir. İdarənin xx xxxxxxxx 2008-ci il tarixli 74 saylı əmrinə əsasən qaynaqçı işinə keçirilmişdir. İşlədiyi müddətdə işinə vicdanla yanaşmış, üzərinə düşən vəzifənin öhdəsindən ləyaqətlə gəlmişdir. Müdiriyyət tərəfindən barəsində heç bir inzibati tənbeh tədbiri görülməmişdir. Cavabdeh X6 İstismar İdarəsi rəisinin 299-K saylı, xx xxxxxx 2018-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən (heç bir üzürlü səbəb olmadan işə gəlməməsi) onunla bağlanmış əmək müqaviləsi ləğv edilərək tutduğu işdən azad edilmişdir. Cavabdeh onu işdən azad edərkən heç bir qanunvericilik normalarına əsaslanmamış, səbəbsiz yerə onu işdən azad etmişdir. Belə ki, hələ 2018-ci ildə cavabdeh orqanın Ağdaş sahəsinin rəhbərliyi heç bir əsas göstərmədən ona deyirdi ki, onunla işləmək istəmirlər. Get xəstəlik vərəqinə (bülletenə) çıx və sonra da özünə pensiya düzəltdir. O, pensiyaya hələ çox vaxt qaldığını, qüsursuz işləməyini, onunla işləmək istəməməsinin səbəbini ondan soruşanda və qısa cavab verərək bildirmişdir ki, sadəcə onun işdən çıxmasını istəyirlər. Özü çıxmasa bir bəhanə ilə onu işdən çıxaracaqlar. Həmin vaxtdan rəhbərlik onu naryada yazmır, hər dəfə onunla kobud rəftar edirdi. Nəhayət xx xxxxxx 2018-ci il tarixdə onun işə gəlməyinə, işə da vamiyyət tabelinə imza etməyinə baxmayaraq ona deyildi ki, bu gündən işdən azaddır. O, birbaşa cavabdeh X6 İstismar İdarəsinə gedərək işə buraxılmamağının səbəbini onlardan soruşanda ona dedilər ki, səbirli ol yaxın günlərdə onu işinə bərpa edəcəklər. Bu bəhanələrlə onu 2019-cu ilin fevral ayının 10-na kimi işə bərpa edəcəklərinə arxayın etmişlər. İşdən azad olunması ilə əlaqədar İdarə və Həmkarlar İttifaqı tərəfindən heç bir iclas keçirilməmiş, keçirilibsə belə o, həmin iclasa dəvət olunmamış və iştirak etməmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar ona heç bir xəbərdarlıq edilməmiş, müqavilənin ləğv edilməsi barədə ona məktub göndərilməmişdir. xx xxxxxxxx 2011-ci il Cavabdeh Həmkarlar İttifaqı Komitəsi tərəfindən, xx xxxxxxxx 2014-cü il tarixdə "Nefçilər günü” münasibəti ilə Birliyin Baş Direktoru və xx xxxxx 2018-ci il tarixdə yenə də Birliyin Baş direktoru tərəfindən Fəxri Fərmanlarla təltif olunmuşdur. Cavabdeh onu Əmək Məcəllləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etsə də əmək kitabçasında əmək vəzifələrinin kobud şəkildə pozulması əsasını yazmışdır. Halbuki Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi iki hissədən ibarət olmaqla “yaxud” sözü ilə ayrılır və "əmək vəziflərinin kobud şəkildə pozulması” ikinci hissəyə aid olmaqla 72-ci maddədə nəzərdə tutulur. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etsə də, əslində həmin Məcəllənin 72-ci maddəsini tətbiq etmişdir ki, həmin maddədə sadalanan halların heç biri baş verməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Zaq atala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsində qeyd etmişdir ki, iddiaçı ona məxsus zəruri sənədləri xx.xx.2018-ci il tarixində imza etməklə götürmüş, lakin iddia ərzəsini 1 (bir) ay ərzində verməli olduğu halda iddia ərizəsini poçt vasitəsilə 1 təqvim ayı sonra, yəni xx.xx.2019-cu il tarixdə vermişdir. Məhkəmə, xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinə kimi olan müddəti 1 aylıq təqvim müddəti kimi nəzərə almaqda kobud səhvə yol vermiş, cavabdeh qismində məhkəməyə verilmiş Cavabdeh İBnın hüquq və mənafeyini vaxtı ötmüş tələbdən qorumamışdır. İddiaçı ona məxsus əmək kitabçasını və digər zəruri sənədləri xx.xx.2018-ci il tarixində aldıqdan sonra işə bərpa tələbinə dair iddia ərizəsini xx.xx.2019-cu il tarixdə poçt vasitəsilə məhkəməyə göndərmişdir ki, qeyd olunan tarixlərdəki aralıq müddəti də 1 təqvim ayı deyil, 2 təqvim ayı təşkil edir. İddiaçı tərəfindən iddia müddətinin ötürülməsinin məhkəmələr tərəfindən üzrlü hesab edilməsinə əsas kimi iddiaçının yaşlı və uzun müddət cavabdeh təşkilatda işləməsi, xəstə olması, onun savadsız olması göstərilmişdir.İddia müddətinin ötürülməsinin üzrlü hesab edilməsinə dair iddiaçı tərəfindən hər hansı təsdiqedici sənəd məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası MM-nin 382-ci maddəsi iddiaçının «ağır xəstə» olması halında onun tərəfindən ötürülmüş iddia müddətini üzrlü sayır. İddiaçı isə həmin müddətlərdə (xx.xx.2018-xx.xx.2019-cu illər aralığında) nəinki ağır xəstəlik, heç yüngül xəstəlik belə keçirməmişdir. İddiaçı savadsız da deyil. Belə ki o, peşəsi üzrə tələb olunan orta təhsilə malikdir, hüquqi məzmunda 3 vərəqəlik iddia ərizəsi ilə məhkəməyə müraciət etmək kimi potensiala malikdir və sərbəst şəkildə yazıb oxuya bilir. Bunun üçün onun məhkəməyə təqdim etmiş olduğu iddia ərizəsinə və ərizəsinin sonunda öz dəsti xətti ilə yazmış olduğu ad və soyadına baxmaq kifayətdir. Məhkəmələr iş üzrə obyektiv olmamış, Cavabdeh İB-yə qarşı qərəzli mövqe tutmuş, iddia müddətini ötürmüş iddiaçını heç bir təsdiqedici sübuta söykənmədən müdafiə etmişlər. İddiaçı xx.xx.2018-ci il tarixindən etibarən səhhəti ilə bağlı işə çıxa bilmədiyini xx.xx.2018-ci il tarixli yazılı izahatında təsdiq etmişdir. Belə ki, iddiaçı tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli yazılı izahatdan görünür ki, xx.xx.2018 - xx.xx.2018-ci il tarixi aralığında tabeldə çəkilmiş imzalar ona məxsus olmuş, lakin həmin günlər sə hhəti ilə əlaqədar işə çıxmamışdır. Həmin izahatın doğruluğunu da öz imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in 20532 nömrəli xx.xx.2019-cu il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Ağdaş XS-nin TBX-də işləyən işçilərin davamiyyət jurnalının 66-122-ci səhifələrində xx.xx.2017-ci il saat 09:00 tarixindən xx.xx.2018-ci il saat 09:00 tarixinədək 5-ci sırada olan imzalar İddiaçı tərəfindən icra olunmuşdur. Habelə, XX-nin Ağdaş XS üzrə rəis müavini və Ağdaş rayonu üzrə TBX-nin mühəndis-texniki heyəti tərəfindən tərtib olunmuş xx.xx.2018; xx.xx.2018; xx.xx.2018; xx.xx.2018 və xx.xx.2018-ci il tarixli yazılı aktlardan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək işə davamiyyət jurnalına qol çəkmiş, lakin işdə olmamı şdır. Habelə, xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinə qədər, eyni zamanda da 2018-ci ilin avqust, sentyabr, oktyabr, noyabr aylarında işə gəlmədiyi üçün adına naryad-buraxılış vərəqəsi yazılmamış və XX-yə təqdim olunmuş müvafiq aylar üzrə iş vaxtının uçotu tabelində ona iş buraxma qeyd edilmişdir. 2018-ci ilin yuxarıda qeyd olunmuş müvafiq ayları üzrə iş vaxtının uçotu tabelində iddiaçıya iş buraxmanın qeyd edilmiş olması ilə əlaqədar iddaçı tərəfindən hər hansı bir etiraz (pretenziya) da edilməmişdir. Bu hal isə bir daha onu təsdiq edir ki, iddiaçı həqiqətən qeyd olunan tarixlərdə işdə olmamış və iş buraxdığı dövrlər üçün də əmək haqqını tələb etməmişdir. Əmək müqaviləsinə iddiaçının mülkiyyətçiyə maddi ziyan vurması ilə əlaqədar xitam verilməmişdir. Zaqatala Rayon Məhkəməsi nin xx.xx.2019-cu il tarixli 2(033)-441/2019 saylı qətnaməsinin 5-ci vərəqəsinin 1-ci abzasında, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(107)-:607/2020 saylı qətnaməsinin 7-ci vərəqəsinin 8-ci abzasında məhkəmə qeyd etmişdir ki, XX-nin əmək müqaviləsinin ləğv edilməsi haqqında 299-K nömrəli xx.xx.2018-ci il tarixli əmrin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurduğundan onunla xx.xx.2018-ci il tarixdə bağlanmış 84 nömrəli əmək müqaviləsi ləğv edilməklə işdən azad olunmuşdur. Məhkəmə faktları səhv təfsir etmişdir. a) XX-nin Həmkarlar Təşkilatının sədri tərəfindən XX-nin sədrinin adına xx.xx.2018 -ci il tarixində 02 nömrəli məktub göndərilməklə, XX-nin Ağdaş XS-nin TBX-də əl ilə qaynaqda elektrik qaynaqçısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etirazın edilməmiş olduğu göstərilmişdir. Daha sonra XX-nin Həmkarlar Təşkilatının xx.xx.2018-ci il tarixli 02 nömrəli razılıq məktubu əsas götürülməklə XX-nin rəisi xx.xx.2018-ci il tarixində 260-Ü nömrəli nömrəli əmr qəbul etmiş olduğu əmrlə XX-nin Ağdaş XS-nin TBX-də əl ilə qaynaqla elektrik qaynaqçısı İddiaçı ilə bağlanmış xx.xx.2018-ci il tarixli 14 nömrəli əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi və bu istiqamətdə sənədləşmə işlərinin xx.xx.2018-ci il tarixə qədər yekunl aşdırılması tapşırılmışdır. XX-nin xx.xx.2018-ci il tarixli 260-Ü nömrəli əmri əsas götürülməklə XX-nin rəisi xx.xx.2018-ci il tarixində 299-K nömrəli əmr qəbul etmiş, əmrlə XX-nin Ağdaş XS-nin TBXdə əl ilə qaynaqda elektrik qaynaqçı İddiaçı ilə bağlanmış xx.xx.2018-ci il tarixli 84 nömrəli əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2018-ci il tarixindən ləğv edilmişdir. xx.xx.2018-ci il tarixli 299-K nömrəli əmrlə əmək müqaviləsinə xitam verilərkən işçi İddiaçı istifadə etmədiyi 09,17 təqvim gününün pul əvəzinin ödənilməsi əmr edilmişdir (müqaviləyə xitam verilərkən təminat). İşçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin və SOCAR-ın SAP (X1) proqramının tələbləri daxilində xitam verilmişdir. Qeyd etmiş olduqlarımdan da gö ründüyü kimi, iş materiallarına əlavə edilmiş 14.12.18-ci il tarixli 299-K nömrəli əmri məhkəmələr səhf təfsir etmiş, “müqaviləyə xitam verilmə əsası ilə “müqaviləyə xitam verilərkən təminatı biri-birindən ayırd edə bilməmişlər. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Hüseynov Orxan Mehdixan oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş, o, məhkəməyə teleqram vuraraq işə onun iştirakı olmadan baxaraq kassasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və Apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: İddiaçı 299-K nömrəli xx xxxxxx 2018-ci il tarixli əmrə əsasən həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (heç bir üzrlü səbəb olmadan işə gəlməməsi) onunla bağlanılan əmək müqaviləsinə xitam verilməklə işdən azad edilmişdir. İddiaçının işdən azad olunmasına əsas, onun tez-tez işə çıxmaması ilə bağlı olmuşdur. İddiaçı iddia ərizəsində qeyd edir ki, bu hallar müdiriyyətin günahından baş vermiş və ona işə gəlməməyi, büllitenə çıxaraq evdə qalmağı, pensiy aya çıxmasını təhrik etmişlər. Deməli, iddiaçı etiraf edir ki, işəgötürənin günahı ucbatından işə çıxmamışdır. İddiaçının işə çıxmaması sayı o qədər çox olmuşdur ki, belə faktların davamiyyət kitabında imzaların ekspertizasını keçirmək yolu ilə bərpa etmək mümkün deyil. Bu işdə belə ekspertizaya zərurət olmamışdır. Həmin jurnalda imza işçiyə aid ola da bilər, olmaya da bilər. Ekspert müəyyən imzaların iddiaçıya aid olmasını təsdiq etdi, lakin işçinin özünün etiraf etdiyi kimi aylarla işə gəlməməklə əmək haqqı almadığı vaxtlar mövcuddur. Beləki, XX-nin Ağdaş XS-nin işçilərinin iştirakı ilə tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktdan görünür ki, Ağdaş rayonu üzrə TBX-nin əl ilə qaynaqda elektrik qaynaqçısı İddiaçı 2018-ci il iyul ayı ərzində işə getmədiyi üçün adına naryad-buraxılış vərəq əsi yazılmamış və XX-nə təqdim olunmuş iyul ayı üzrə iş vaxtının uçotu tabelində ona işburaxma qeyd edilmişdir. XX-nin Ağdaş XS-nin işçilərinin iştirakı ilə tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktdan görünür ki, Ağdaş rayonu üzrə TBX-nin əl ilə qaynaqda elektrik qaynaqçısı İddiaçı 2018-ci il avqust ayı ərzində işə getmədiyi üçün adına naryad-buraxılış vərəqəsi yazılmamış və XX-nə təqdim olunmuş avqust ayı üzrə iş vaxtının uçotu tabelində ona işburaxma qeyd edilmişdir. XX-nin Ağdaş XS-nin işçilərinin iştirakı ilə tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktdan görünür ki, Ağdaş rayonu üzrə TBX-nin əl ilə qaynaqda elektrik qaynaqçısı İddiaçı olu 2018-ci il sentyabr ayı ərzində işə getmədiyi üçün adına naryad-buraxılış vərəqəsi yazılmamış və XX-nə təqdim olunmuş sentyabr ayı üzrə iş vaxt ının uçotu tabelində ona işburaxma qeyd edilmişdir. XX-nin Ağdaş XS-nin işçilərinin iştirakı ilə tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktdan görünür ki, Ağdaş rayonu üzrə TBX-nin əl ilə qaynaqda elektrik qaynaqçısı İddiaçı 2018-ci il oktyabr ayı ərzində işə getmədiyi üçün adına naryad-buraxılış vərəqəsi yazılmamış və XX-nə təqdim olunmuş oktyabr ayı üzrə iş vaxtının uçotu tabelində ona işburaxma qeyd edilmişdir. XX-nin Ağdaş XS-nin işçilərinin iştirakı ilə tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktdan görünür ki, Ağdaş rayonu üzrə TBX-nin əl ilə qaynaqda elektrik qaynaqçısı İddiaçı olu 2018-ci il noyabr ayı ərzində işə getmədiyi üçün adına naryad-buraxılış vərəqəsi yazılmamış və XX-nə təqdim olunmuş noyabr ayı üzrə iş vaxtının uçotu tabelində ona işburaxma qeyd edilmişdir. Ağdaş Rayon Mərkəzi Xəstəxanasının xx xxxxxxx 2018-ci il tarixli 1109 nömrəli məktubundan görünür ki, İddiaçı Əliyyəddin oğlu xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Ağdaş RMX PHŞ-ə xəstə kimi müraciət etməmişdir. İddiaçı özü də işə çıxmadığını və ona əmək haqqı yazılmadığını təsdiq etmişdir. Əgər bu faktın mövcudluğu təsdiq olunursa, onda məhkəmə sübutetmə ilə bağlı tərəflərin üzərinə düşən vəzifələri bölüşdürməli və bunun nəticəsindən asılı olaraq qərar qəbul etməlidir. Davamiyyət jurnalında iddiaçının adının qarşısındakı imzaların bir neçəsinin ona məxsus olması mübahisəni həll edə bilməz. İşçi aylarla işə çıxmadığı üçün ona naryad yazılmamış və əmək haqqı almamışdır. İşəgötürən həmin halları əsas tutaraq işçini işdən azad etmişdir. Belə olan təqdirdə işçi sübut etməlidir ki, o, işəgöt ürənin günahı ucbatından işə çıxmamışdır. Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. İşçi aylarla işə gəlmirsə, əmək haqqı almırsa, bu barədə heç bir orqana şikayət etmirsə, irad bildirmirsə və ancaq işdən azad olunduqdan sonra əvvəlki işinə bərpa olunmaq barədə iddia verirsə, onda işə gəlməməsi ilə bağlı halların onun iradəsindən asılı olmayaraq baş verməsini, işəgötürənin günahından baş verməsini sübuta yetirməlidir. Əks təqdirdə belə iddia təmin oluna bilməz. Deməli qeyd olunan məsələrlə bağlı işə baxan məhkəmələr prosessual normaları (sübutetmə ilə bağlı) d üzgün tətbiq etməmişlər. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. İşçinin aylarla işə gəlməməsi halı təsdiq olunursa, belə davranışın müəssisəyə ziyan vurması istisnasızdır. Hətta ziyanın vurulması nəzərə alınmasa belə yuxarıda qeyd olunduğu kimi işçinin gün ərzində işə çıxmaması özü işçinin işdən azad olunması üçün müstəqil əsasdır. Bundan başqa, X6 İstismarı İdarəsinin X4 heyətinin xx xxxxxx 2018-ci il tarixli 02 nömrəli protokolunun nəticə hissəsindən görünür ki, X6 İstismarı İdarəsinin Ağdaş rayonu üzrə Təmir bərpa xidmətitinin əl i lə qaynaqda elektrik qaynaqçısı İddiaçı Əlyəddin oğlu ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilməməsi qərara alınmışdır. X6 İstismarı İdarəsinin Həmkarlar Təşkilatının üzvləri tərəfindən tərtib edilmiş aktdan görünür ki, X6 İstismarı İdarəsinin xx.xx.2018-ci il tarixli 01/QM-1838 saylı müraciətinə əsasən Ağdaş XS-nın TBX-nin əl ilə qaynaqda elektik qaynaqçısı İddiaçı Əlyəddin oğluna 12.12.2018-ci il tarixdə X4 heyətinin saat 10:00-da keçiriləcək iclası və iclasının gündəliyi barədə məlumat verilmişdir. İşə baxan məhkəmələr iddiaçının işdən azad olunması məsələsinin həmkarlar təşkilatının müzakirəsinə çıxarılması üçün işəgötürən tərəfindən təqdimat deyil məktub yazılmasını nöqsan kimi qeyd et mişlər. Nəzərə almaq lazımdır ki, analoji işlərdə məsələnin formal tərəfləri deyil, mahiyyəti ilə bağlı dəyərləndirmə aparılmalıdır. Məsələn, belə bir müraciətin olub-olmaması, həmin məsələnin həmkarlar təşkilatında müzakirəyə çıxarılıbçıxarılmaması, bu barədə işçiyə məlumat verilib-verilməməsi. İş üzrə həqiqəti müəyyən edən hallar bunlardan ibarətdir. İşəgötürənin həmkarlar təşkilatına hansı qaydada müraciət etməsi mahiyyəti həll edən məsələ deyil. Bundan başqa, işçinin iddia müddətini ötürməklə məhkəməyə müraciət etməsi halı işin mübahisəsiz halıdır. İşə baxan 1-ci instansiya məhkəməsi işçinin uzun müddət cavabdeh təşkilatda işləməsini (13 il) və 54 yaşında olmasını müstəsna hal kimi qiymətləndirərək ötürülmüş iddia müddətini bərpa etmiş, apellyasiya məhkəməsi 1-ci instansiya məhkəməsini n mövqeyi ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, bu məsələdə də məhkəmələrin mövqeyi ilə razılaşmaq olmaz və əlavə hüquqi dəyərləndirməyə zərurət var. Çünki qanunvericiliyin (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382-ci maddəsi) tələblərinə görə iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. Qanunvericinin xüsusi olaraq qeyd etdiyi müstəsna halların geniş təfsiri mülki dövriyyənin sabitliyini pozmuş olar. Adi halda hamının malik ola biləcəyi hallar (54 yaşın olması, bir müəssisədə 13 il işləmək) müstəsna hal kimi dəyərləndirilə bilməz. Müstəsna hallar həmin şəxsin şəxsiyyəti ilə bağlı ola n, tez-tez təkrarlanmayan, işçiyə başqalarından daha qayğılı, diqqətli yanaşma tələb edən xüsusi hallardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Nəticə: Qətnamə ləğv olunaraq mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh İB-nin kassasiya şikayəti təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İşə apelyasiya qaydasında yenid ən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3612/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3612/2020
21.07.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver