Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3612/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdehnə və Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə (XXX oğlu, X18, X10, X19, X15 və X11 cəlb edilməklə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun bərpası, mənzil verilməsi, kassasiya instansiyası məhkəməsinin göstərişləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “mülkiyyət hüquqlarına müdaxil ə nəticəsində maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-318/2024 nömrəli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs XXX oğlunun kassasiya şikayətinə 27 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 saylı mənzili xx.xx.2015-ci il tarixdə X6 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. X17 27 dekabr 2016-cı il tarixdə vəfat etmişdir. Bundan sonra X1i varisi kimi XXX oğluna 24 saylı Notariat Kontoru tərəfindən ünvan 1, 1 saylı mənzilindən tam pay alması barədə xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qeyd edilən şəhadətnamə əsasında mübahisəli mənzilə XXX oğlunun hüquqları dövlət reyestrində qeydə alınmış və ona xx.xx.2017-ci il tarixli çıxarış verilmişdir
2. X2 X, X12 və X8 özünə məxsus ünvan 1 evin 1 nömrəli mənzilinə istifadə hüquqları itirilmiş hesab edilməsinə dair Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
3. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli sərəncamına əsasən ünvan 1 ünvanlarda yaşayış binasının tikintisi üçün Cavabdehnə icazə verilmişdir.
4. Cavabdeh ilə XXX oğlu arasında şifahi razılaşma olmuş, XXX oğluna mülkiyyətində olan mənzilin əvəzinə həmin binadan 142.7 kv.m sahədən də artıq sahəyə malik ümumilikdə 3 mənzil verilməsi razılaşdırılmışdır.
5. Cavabdeh ilə XXX oğlu arasında ünvan 1, 1 saylı mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzilə dair müqavilə bağlanmasına dair xx.xx.2017-ci il tarixli, 3M-505 nömrə reyestrli Müqavilə bağlanmışdır. Həmin müqavilənin 3.5-ci bəndinə görə mülkiyyətçi XXX oğlu ona 2 (iki) il müddətinə aylıq 1200,0 manat kirayə haqqının ödənilməsi və yeni tikilən binadan yeni mənzillərin – A blokunun 8-ci mərtəbəsində yerləşən 2 ədəd 2 otaqlı, 1 otağının ümumi sahəsi 60,8 kv.m olan, 10-cu mərtəbədə 2 ədəd, 2 otaqlı, 1 otağının ümumi sahəsi 60,8 kv.m olan, B blokunun 8-ci mərtəbəsində 1 ədəd 3 otaqlı ümumi sahəsi 136,4 kv.m olan və 1 ədəd 2 otaqlı ümumi sahəsi 87,9 kv.m olan (ümumi sahə 467. 5 kv.m ) verilməsi, lakin mülkiyyətçi XXX oğlu da verilən mənzillərin müqabilində 1(bir) il müddətinə 201 7-ci ilin dekabr ayının 12-dən başlayaraq hər ay 2500,0 manat, cəmi 30000 (otuz min) manat Cavabdehnə ödəməyi müqabilində mübahisəli ünvan 1, 1 saylı, ümumi sahəsi 142, 7 kv.m mənzilə dair hüquqlarını Cavabdehnə ötürür.
6. Mənzil Cavabdeh MMC tərəfindən sökülən zaman İddiaçı Rusiya Federasiyasında olmuş, xx.xx.2017-ci il tarixində Azərbaycan Respublikasına qayıtmış, mübahisəli mənzilin söküldüyünü, anasının vəfatından sonra qardaşı XXX oğlunun 24 saylı Dövlət Notariat Kontorunda vərəsəlik şəhadətnaməsi alaraq mübahisəli mənzili adına keçirtdiyini öyrənmiş və X18, XXX oğlu, 24 saylı Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında ya ranmış bütün hüquqi nəticələrin ləğv edilməsi və mirasın bölüşdürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1, 1 saylı mənzilinə 24 saylı notariat kontoru tərəfindən cavabdeh XXX oğluna xx.xx.2017-ci il tarixində verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilərək X7 miras qalmış olan ünvan 1, 1 saylı mənzilin o və digər vərəsələr arasında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3281/2019 saylı 05 aprel 2019-cu il tarixli qətnaməsi ilə XXX oğlunun adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” etibarsız hesab edilərək həmin şəhadətnamədən irəli gələn bütün hüquqi nəticələr, o cümlədən ünvan 1 nömrəli evin 1 nömrəli mənzilə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndə XXX oğlunun adına aparılmış qeyd və həmin qeyd əsasında ona verilmiş “Reyestrdən çıxarış” ləğv edilmiş, mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddət uzadılmış, miras qalmış əmlakda (mənzildə) mərhum X6 vərəsələri İddiaçı, X18, XXX oğlu, X10, X19, X15 və X3 hər birinin payı 1/7 hissədə müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.
8. Həmin qətnamə əsasında ünvan 1 evin 1 nömrəli mənzili 1/7 hissədə İddiaçı, 1/7 hissədə X9, 1/7 hissədə XXX oğlunun, 1/7 hissədə X4, 1/7 hissədə X13, 1/7 hissədə X5 və 1/7 hissədə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 24 oktyabr 2019-cu il tarixdə qeydiyyata alınmış və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
9. Cavabdeh ilə XXX oğlu arasında “mənzilə dair hüquqların ötürülm əsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzilə dair müqavilə bağlanmasına dair xx.xx.2017-ci il tarixli, 3M-505 nömrə reyestrli Müqavilənin ləğvi”nə dair xx.xx.2021-ci il tarixli, 3M-179 nömrə reyestrli saziş bağlanmışdır. Sazişə görə tərəflər elan ediblər ki, bir-birlərinə qarşı heç bir irad və pul tələbi mövcud deyil. Tərəflər bu sazişi bağlamaqla bildirirlər ki, qeyd edilən müqavilə ləğv edilir və mənzil ilkin vəziyyətə qaytarılır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi (iddia tələbinin həcminin artırılması barədə ərizə) ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh MMC, AR Nazirlər Kabineti, Bakı Şəhər İcra Hakimiyyəti və Nərimanov Rayon icra Hakimiyyətindən 1/7 hissədə m ülkiyyətçisi olduğu ünvan 1 evin 1 nömrəli mənzilinin Cavabdeh MMC tərəfindən sökülərək, yerində onun icazəsi olmadan çoxmərtəbəli yaşayış binasının tikilməyi nəticəsində məruz qaldığı zərərin əvəzi olaraq Cavabdeh MMC-nin üzərinə ünvan 1 yerləşən ünvanda tikilmiş, Cavabdeh MMC məxsus çox mənzilli yeni yaşayış binasından 1, 2 və ya 3 otaqlı mənzillə təmin olunmağı üçün müqavilə bağlanması və mənzilin ona təhvil verilməsi vəzifəsinin qoyulması, eləcə də mirasın açıldığı andan hesablanmaqla 5 il üçün aylıq 500 manat kirayə haqqı məbləğində cəmi 30000 manat pulun, məruz qaldığı mənəvi zərərin əvəzi olaraq 50.000 manat pulun, həmçinin sökülmüş mənzilin hər kv.metrinə görə 2500 (iki min beş yüz) manatın cavabdehlərdən müştərək qaydada tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahi ş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının X14 və qeyrilərinə qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında yaranmış bütün hüquqi nəticələrin ləğv edilməsi, cavabdehlərin ləyaqətsiz vərəsə hesab olunaraq miras payından məhrum olunmaları, miras əmlakının qəbul edilməsi üçün prosessual müddətin bərpa edilməsi və mirasın bölüşdürülməsi” tələblərinə dair iddiası Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3281/2019 nömrəli 05 aprel 2019cu il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, XXX oğlunun adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, həmin şəhadətnamədən irəli gələn bütün hüquqi nəticələr, o cümlədən ünvan 1 nömrəli evin 1 nömrəli mənzilinə dair “Hüquqların dövlət qeyd iyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində XXX oğlunun adına aparılmış qeyd və həmin qeyd əsasında ona verilmiş “reyestrdən çıxarış” ləğv edilmişdir. Mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddət uzadılmışdır. Miras qalmış ünvan 1 nömrəli evin 1 nömrəli mənzilində mərhum X6 vərəsələri İddiaçı, X18, XXX oğlu, X10, X19, X15 və X3 hər birinin payı 1/7 hissədə müəyyən edilmişdir. Həmin mənzilə iddiaçının mülkiyyət hüququ tanınmışdır.
12. Cavabdeh bina tikintisi ilə məşğul olan şirkətdir. Cavabdeh MMC hələ məhkəmə mübahisəsinin davam etdiyi dövrdə digər vərəsə və mənzilin cəmi 1/7 hissəsində mülkiyyət hüququ olan iddiaçını qardaşı XXX oğlu ilə razılığa gələrək iddiaçının da mülkiyyətçisi olduğu ünvan 1 nömrəli evin 1 nömrəli mənzili ilə bağlı alqı-satqı müqaviləsi bağlayaraq, əvə zində XXX oğluna həmin binadan 86 kv.metr, 210 kv.metr, 74 kv.metr və 140 kv.metrdən ibarət olan mənzillər vermişdir. Bundan əlavə, binanın tikintisi davam etdiyi müddət üçün MMC aylıq kirayənin əvəzi olaraq iddiaçıya heç bir məbləğ ödəməmişdir. İddiaçı dəfələrlə cavabdeh MMC-yə müraciət edərək dəymiş zərərin əvəzi olaraq, həmin binadan üç otaqlı mənzil verilməsini tələb etsə də, cavabdeh MMC ona yalnız 30 kv.metrlik mənzil verə biləcəyini bildirib, zərərin qalan hissəsinin ödənilməsindən imtina etmişdir. Mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan daşınmaz əşya sökülərkən onun razılığı alınmamışdır.
13. Cavabdeh MMC məhz həmin dövrdə mənzilinin faktiki olaraq XXX oğlunun mülkiyyətində olmasını iddia etsə də, mənzilin vərəsəlik hüququ əsasında XXX oğluna keçdiyini və vərəsələr aralarında məhkəmə mübahisəsi olduğundan məlumatlı idi. MMCnin təqsirli hərəkətləri nəticəsində iddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan daşınmaz əşyadan məhrum olmuş və əlavə olaraq beş il ərzində qeydiyyatda olduğu evdən qeyriqanuni uzaqlaşdırılaraq 30.000 manat (aylıq 500 manat məbləğində kirayə pulu olmaqla) məbləğində maddi zərərə məruz qalmışdır.
14. Həmçinin cavabdeh MMC-nin təqsirli hərəkətləri nəticəsində iddiaçı 50.000 (əlli min) manat məbləğində mənəvi zərərə məruz qalmışdır. Belə ki, iddiaçı dəfələrlə MMC-yə müraciət edərək mülkiyyətçi olduğunu, onun icazəsi olmadan ona məxsus əşyanın söküldüyünü və ona zərər dəydiyini bildirsə də, cavabdeh MMC zərəri ödəməkdən imtina etmişdir. MMC-nin tikdiyi çoxmənzilli bina pilot layihə olub və pilot layihəyə ilə bağlı Nazirlər Kabineti qərar, Bakı şəhər İcra Hakimiyyəti və Nərimanov Rayon İcra Hakimiyyəti isə icazə verib. Bu onu sübut edir ki, iddiaçının mülkiyyətinin dağıdılaraq yerində çoxmənzilli binanın tikilməsinə görə məsuliyyəti Cavabdeh MMC ilə yanaşı, Nazirlər Kabineti, Bakı Şəhər İcra Hakimiyyəti və Nərimanov Rayon İcra Hakimiyyəti də daşıyır. Belə ki, onların səhv qərarları və icazələri nəticəsində iddiaçının mülkiyyəti sökülmüş və yerində çoxmənzilli bina tikilmişdir. Buna görə də Cavabdeh MMC, Nazirlər Kabineti, Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti müştərək məsuliyyət daşımalıdırlar.
15. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.5, 1096.1 və 1097.1-ci maddələrinə istinad etmişdir.
16. Birinci instansiya məhkəməsində XXX oğlu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir.
17. Birinci instansiya məhkəməsində Cavabdeh nümayəndəsi iddianı qismən qəbul edərək bildirmişdir ki, ünvan 1 nömrəli ünvanda yeni binanın inşası davam edir. ünvan 1 nömrəli evin 1 nömrəli mənzilinin ümumi sahəsi 142.7 km olmaqla yeddi mülkiyyətçisi vardır. Həmin mülkiyyətçilərin hamısı Cavabdeh MMC-yə yaxınlaşarsa, onlarla 180 kv.mlik mənzilə dair müqavilə bağlamağa razıdırlar. Lakin mülkiyyətçilərin hər biri ilə ayrıayrılıqla müqavilə bağlamaq qeyri-mümkündür.
18. Cavabdeh Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndəsi İcra Hakimiyyətinə münasibətdə iddianı qəbul etməyərək, rədd olunmasını xahiş etmişdir.
19. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs XXX oğlu bildirmişdir ki, iddiaçı onun bacısıdır. ünvan 1 nömrəli evin 1 nömrəli mənzilinin ümumi sahəsi 142.7 km olmaqla yeddi mülkiyyətçisi vardır. Cavabdeh bütün mülkiyyətçiləri MMC-yə dəvət edərək müqavilə bağlamağa etiraz etmir. Lakin iddiaçı məhz onunla ayrıca müqavilə bağlanmağını istəyir. Hər birinin payı həmin mənzilə 1/7 hissədədir.
20. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(005)1206/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı 1/7 hissədə mülkiyyətçisi olduğu ünvan 1 nömrəli evin 1 nömrəli mənzilinin Cavabdeh tərəfindən sökülərək yerində çoxmərtəbəli yaşayış binasının tikilməsi nəticəsində məruz qaldığı zərərin əvəzi olaraq, Cavabdeh MMC-nin üzərinə ünvan 1 nömrəli ünvanda tikilmiş, Cavabdeh MMC-yə məxsus çox mənzilli yeni yaşayış binasından 1 otaqlı mənzillə təmin olunmağı üçün müqavilə bağlanması və mənzilin ona təhvil verilməsi vəzifəsinin qoyulması, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. (hakim Gültəkin Əsədova)
21. Birinci instansiya məhkəməsi mülkiyyət hüuquq və deliktlə bağlı hüquq normalrına istinadən hesab etmişdir ki, iddiaçının 1/7 hissədə mülkiyyətçisi olduğu ünvan 1 nömrəli evin 1 nömrəli mənzili Cavabdeh tərəfindən sökülərək yerində çoxmərtəbəli yaşayış binasının tikilməsi nəticəsində məruz qaldığı zərərin əvəzi olaraq, Cavabdeh MMC-nin üzərinə ünvan 1 nömrəli ünvanda tikilmiş, Cavabdeh MMC məxsus çox mənzilli yeni yaşayış binasından 1 otaqlı mənzillə təmin olunmağı üçün müqavilə bağlanması və mənzilin ona təhvil verilməsi vəzifəsi qoyulmalıdır.
22. İddianın “mirasın açıldığı andan hesablanmaqla 5 il üçün aylıq 500 manat kirayə haqqı məbləğində cəmi 30000 manat pul un” cavabdehlərdən tutulması hissəsi ilə əlaqədar birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı və Cavabdeh MMC arasında hər hansı kirayə haqqının ödənilməsi ilə əlaqədar müqavilə bağlanmamış və müqavilə öhdəliyi yaranmamışdır.
23. İddia tələbinin mənəvi zərərin əvəzi olaraq isə 50.000 manat cavabdehlərdən tutulması hissəsi ilə əlaqədar birinci instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, iddiaçı tərəfindən cavabdehlərin təqsirli hərəkətlərinin təsirindən onun sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, cavabdehlərdən mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi rədd olunmalıdır.
24. İddianın “sökülmüş mülkiyyətin hər kv.metrinə görə 2500 (iki min beş yüz) manatın cavabdehlərdən müştərək qaydada tutulması” hissəsinə münasibətd ə birinci instansiya məhkəməsi göstərmişdir ki, məhkəmə araşdırması zamanı sübutlar təqdim edilmədiyindən bu tələb də rədd edilməlidir.
25. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, 43-cü, Mülki Məcəllənin 6, 16.1, 21, 152.1, 152.5, 152.6, 157.1, 157.2, 157.4, 158.3, 560.1, 560.2, 1096.1, 1096.2, 1097.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 106.1, 217.3, 217.4-cü maddələri, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində birinci icraat
26. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə qətn amə qəbul edilməsini xahiş etmişdir.
27. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə kirayə haqqı, vurulmuş mənəvi və maddi zərərləri nəzərə almaqla iddiaçını ən azı 3 otaqlı mənzillə təmin etməli olduğu halda düzgün olmayan qətnamə qəbul etmişdir.
28. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qeyri-obyektiv, hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan hallar tam sübut edilməmiş, habelə məhkəmənin qət naməsində göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır. Belə ki, mübahisə predmeti olan ünvan 1 nömrəli evin 1 nömrəli 142,7 kv.m olan mənzil sökülən zaman iddiaçının özünün qeyd etdiyi kimi, Azərbaycan Respublikasında olmamış, Bakıya xx.xx.2017-ci ildə gəlmişdir. Həmçinin həmin dövrdə qeyd edilən mənzilin tam paya malik mülkiyyətçisi iddiaçının qardaşı XXX oğlu olmuş, sonuncu ilə MMC arasında mənzilin sökülməsi və əvəzində yeni tikilən binadan yeni mənzilin verilməsi ilə bağlı razılıq əldə edilmişdir. İddiaçı sonradan məhkəməyə müraciət edərək 2019-cu ildə mübahisəli mənzilin 1/7 hissəsinə mülkiyyət hüququ əldə etmişdir. Göründüyü kimi, iddiaçının mülkiyyət hüququ mənzil söküləndən sonra yaranmışdır. Buna görə də mənzilin sökülməsi zamanı iddiaçının razılığının alınması qeyri-müm kün olmuşdur. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçının vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsızlığı, miras əmlakda payın müəyyən edilməsi barədə iddiası ilə bağlı məhkəmə mübahisəsinə baxılan zaman MMC işə cəlb edilməmiş belə bir mübahisənin olmasından xəbərdar olmamışdır. Həmçinin məhkəmə qətnamədə iddiaçının MMC-yə müraciət edərək 3 otaqlı mənzil istəməsi və qarşılığından MMC-nin 30 kv.metrlik mənzil təklif etməsini qeyd etsə də, həmin hal iş materialları ilə təsdiq edilmir.
30. Həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs XXX oğlu da apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini və iddiaçıya 26.0 kv.m yaşayış sahəsinin verilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
31. Apellyasiya şikayəti onunla əsaslandırılmış dır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-3281/2019 saylı qətnaməsilə miras əmlak üzərində bütün vərəsələrin ayrı-ayrılıqda 1/7 hissədə bərabər payları müəyyən edilmişdir. Miras əmlak 142.7 kv.m sahəyə malik olub, cavabdeh tərəfindən həmin əmlakın əvəzi olaraq təxminən 182.4 kv. m sahəni təşkil edən hər biri 60.8 kv.m olan 3 ədəd 2 otaqlı mənzil təklif edilib. Məhkəmə qətnamə çıxararkən iddiaçıya 1 otaqlı mənzil verilməsi öhdəliyini cavabdehin üzərinə qoyub. Lakin, ona təklif olunan 182.4 kv.m yaşayış sahəsində 1 otaqlı mənzil yoxdur, bundan başqa, 1 otaqlı mənzillər özü 58 kv.m sahəyə malikdir. Belə olan halda iddiaçıya 2 nəfərin yaşayış sahəsi verilmiş olur ki, 7 nəfər vərəsədən birinin hüququ pozulur, 1 nəfər paydan məhrum olur. Məhkəmə 182.4 kv.m yaşayış s ahəsini 7 nəfər arasında bölməklə hər bir payçıya 26.0 kv.m yaşayış sahəsi nəzərdə tutulmaqla iddiaçıya 26.0 yaşayış sahəsi üzrə payın verilməsi öhdəliyini cavabdehin üzərinə qoymalı idi.
32. Apellyasiya baxışında iddiaçı iddiadan qismən imtina edilməsi barədə ərizə ilə müraciət edərək iddia ərizəsinin «sökülmüş mülkiyyətin hər kv.m-nə görə 2500 manatın cavabdehlərdən müştərək qaydada tutularaq ona verilməsi hissəsindən imtina etmişdir.
33. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-424/2022 nömrəli, 05 aprel 2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata iddia tələbinin “sökülmüş mülkiyyətin hər kv.m-nə görə 2500 manatın cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı verilməsi” hissəsində xitam verilməsi qərara alınmışdır.
34. Bakı Apellyasiya Məhkəməsi Mülki kolleg iyasının 2(103)-424/2022 nömrəli, 05 aprel 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh MMC-nin və müstəqil tələb irəli sürməyən üçüncü şəxs XXX oğlunun apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(005)-1206/2021 saylı qətnaməsi “iddianın təmin olunmuş” hissəsində dəyişdirilmiş, İddiaçı 1/7 hissədə mülkiyyətçisi olduğu ünvan 1 nömrəli evin 1 nömrəli mənzilinin Cavabdeh tərəfindən sökülərək yerində çoxmərtəbəli yaşayış binasının tikilməsi nəticəsində məruz qaldığı zərərin əvəzi olaraq, ünvan 1 nömrəli ünvanda tikilmiş, Cavabdeh MMC-yə məxsus çoxmənzilli yeni yaşayış binasından 28 kv.metr ümumi sahədən ibarət mənzillə təmin olunmağı üçün müqavilə bağlanması və mənzilin ona təhvi l verilməsi vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulmuş, qətnamə qalan hissələrdə (imtina olunmuş hissə istisna olmaqla) dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov, Vahid Sadıqov)
35. Apellyasiya instansiyası məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində «İddiaçı 1/7 hissədə məxsus olan mənzilə görə ona həmin mənzilin yerində inşa ediləcək binadan 1 otaqlı mənzilin verilməsi» hissəsi istisna olmaqla digər hissələrində (imtina olunmuş hissə istisna olmaqla) gəldiyi nəticə işin hallarına uyğundur və ədalətlidir. Belə ki, işin materiallarına əsasən mübahisəli ev sökülən zaman iddiaçı Azərbaycan Respublikasının ərazisində olmamış və onun həmin ev üzərində mülkiyyət hüquqları qeydə alınmamışdır. Bu iş materiallarında olan Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx.xx.2018- ci il tarixli və onun ləğv edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3281/2019 saylı 05 aprel 2019-cu il tarixli qətnamələrinin məzmunu ilə təsdiq edilir. Həmin qətnamələrdə əksini tapmış iddia tələbində iddiaçı göstərmişdir ki, o, xx.xx.1967-ci il tarixində doğulmuş və 1990-cı il tarixində anası X17 və onların bütün ailəsi (5 qardaş 2 bacıdan ibarət) Bakıya gəlmiş, 1992-ci il tarixindən ünvan 5 ünvanına qeydiyyata düşmüş və orada yaşamışlar. Anası X17 xx.xx.2016-cı il tarixində rəhmətə getmişdir. Anası vəfat etməmişdən əvvəl o, Rusiya Federasiyasına getmiş, orada olan zaman sənədlərini itirmiş və bu səbəbdən də uzun müddət Azərbaycan Respublikasına qayıda bilməmişdir. Vətəninə, evinə qayıtmaq üçün o, Rusiya Federasiyasında olan Azərbaycan Səfirliyinə sənədlərini itirdiyini, bu səbəbdən də Azərbaycana qayıda bilmədiyini, bunun üçün də ona müvafiq sənədin verilməsi üçün müraciət etmişdi. Müraciəti əsasında ona xx.xx.2017-ci il tarixin AA seriyalı ******* saylı Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi verilmişdir. Bu şəhadətnamə ilə xx.xx.2017-ci il tarixində Azərbaycan Respublikasına qayıtmışdır. Qayıdan zaman evinə getmiş, lakin evlərinin söküldüyünü görmüşdü. Bununla bağlı araşdırma aparan zaman ona məlum olmuşdur ki, anasının vəfatından sonra qardaşı XXX oğluna 24 saylı Dövlət Notariat Kontorunda vərəsəlik şəhadətnaməsi verilmişdir. Sonuncu da bunun əsasında müvafiq Çıxarış almışdır. İşin mübahisəsiz hallarına görə İddiaçı digər vərəsələr ilə aralarında olan mübahisə 2019- cu ildə məhkəmə tərəfindən araşdırılmış və paylar müəyyən edilmişdir. Qətnamə əsasında da İddiaçı yalnız xx.xx.2019-cu il tarixdən ünvan 1 evin 1 nömrəli mənzilin 1/7 hissəsinin mülkiyyətçisi kimi tanınmışdır.
36. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mənzil sökülən zaman onun mülkiyyətçisi XXX oğlunun olmasına dair müvafiq Çıxarış olduğu üçün cavabdehin onunla şifahi müqavilə bağlayaraq müəyyən razılaşmalara gəlməsində cavabdeh MMCnin heç bir təqsirli və ya qanunsuz hərəkətləri olmamışdır. Həmçinin, iş materiallarına əsasən məhkəmə qətnaməsi əsasında XXX oğlunun adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilib, həmin şəhadətnamədən irəli gələn bütün hüquqi nəticələr ləğv edildikdən sonra İddiaçı ünvan 1 evin 1 nömrəli mənzili 1/7 hissədə xx.xx.2019-cu ildə mülkiyyət payı dövlət reyestrində qeydə alınmışdır. Buna baxmayaraq iddiaçının mülkiyyət hüquqları bərpa olunmaqla qeydiyyata alındığı ev artıq sökülmüşdür və cavabdeh MMC tərəfindən tikinti işlərinə start verilərək davam olunurdu. Buna görə də apellyasiya şikayətinin cavabdehlərin təqsirli hərəkətləri nəticəsində iddiaçının mülkiyyət hüququ ilə ona məxsus olan daşınmaz əşyadan məhrum olması və 3 il ərzində qeydiyyatda olduğu evdən qeyri-qanuni uzaqlaşdırılmaqla ona maddi zərər vurması kimi dəlilləri tam əsassızdır.
37. Apellyasiya instansiyası məhkəməsi mənəvi ziyan vurulması hissəsi ilə bağlı iddiaçının apellyasiya şikayətinin dəlillərini də əsassız hesab etmişdir.
38. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən cavabdehlərin təqsirli hərəkətlərinin təsirindən onun sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmamasına dair nəticəsi də işin araşdırılmış hallarına tam uyğundur.
39. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin kirayə haqqı, vurulmuş mənəvi və maddi zərərləri nəzərə almaqla ən azı iddiaçının 3 otaqlı mənzillə təmin etməli olmasına dair dəlili ilə bağlı göstərmişdir ki, əvvəla iddiaçıya maddi və mənəvi zərər vurulmasının təsdiq olunmamasına hüquqi qiymət verilmişdir. İkincisi də iddia tələblərindən görünür ki, iddiaçı tələbində Cavabdeh MMC-yə məxsus çox mənzilli yeni yaşayış binasından 1, 2 və ya 3 otaqlı mənzillə təmin olunmağı üçün müqavilə bağlanması və mənzilin ona təhvil verilməsi vəzifəsinin qo yulmasını göstərmişdir. Başqa sözlə, iddiaçının tələbi bu hissədə konkret olmayaraq hansı otaqlı mənzilin verilməsi məsələsinin həllini məhkəmənin üzərinə qoyduğunu müəyyən etmək mümkün deyildir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək cavabdehin üzərinə 1 otaqlı mənzillə təmin olunmağı üçün müqavilə bağlanması və mənzilin ona təhvil verilməsi vəzifəsini qoysa da, iddiaçı apellyasiya şikayətində məhkəmənin ona 1 otaqlı mənzil verilməsi zamanı yalnız mənzilin nominal dəyərinin nəzərə alınmasını göstərmişdir. Yəni iddiaçı ona 3 otaqlı mənzil verilməli olmasını göstərsə də, bunu konkret tələb kimi göstərməmiş və ona məhz 3 otaqlı mənzil verilməli olmasını əsaslandırmamışdır.
40. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçı tələbində Cavabdeh MMC-ə mə xsus çox mənzilli yeni yaşayış binasından 1, 2 və ya 3 otaqlı mənzillə təmin olunmasi kimi tələbi anlaşılan deyildir. Belə ki, ünvan 1 evin 1 nömrəli mənzilinin Cavabdeh MMC tərəfindən sökülməsi ilə iddiaçının həmin mənzildə olan mülkiyyət payının əvəzlənməsi mütləqdir və bu hissədə tələbi qanunidir. Həmçinin hazırki mövcud vəziyyədə iddiaçının mülkiyyət payının yeni tikilmiş yaşayış binasındakı yaşayış sahəsi ilə əvəzlənməsi ilə bağlı məhkəmənin qənaəti də düzgündür. Lakin birinci instansiya məhkəməsinin iddiaçıya 1/7 hissədə məxsus olan mənzilə görə ona həmin mənzilin yerində inşa ediləcək binadan məhz 1 otaqlı mənzilin verilməsini hansı əsasla müəyyən etdiyi aydın deyildir. Üçüncü şəxsin izahatlarına və apellyasiya şikayətinin dəlillərinə əsasən mübahisəli mənzildə iddiaçıya 1/7 hissədə düşən pay üçüncü şəxslə razılaşdırılmış 182.4 kv.m sahəyə münasibətdə 26 kv.m (182.4: 7) hissə təşkil edir. İşin materiallarına əsasən üçüncü şəxs bu hesablamanı ona təklif edilən hər birinin sahəsi 60,80 kv.m olan 3 mənzilin sahəsinə nisbətdə götürmüşdür (60,80+60,80+60,80= 182,4).
41. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsi Cavabdeh MMC-nin üzərinə ünvan 1 nömrəli ünvanda tikilmiş, yeni yaşayış binasında 1 otaqlı mənzillə təmin olunması qənaətinə gələrkən nəzərə almamışdır ki, həmin binada olan 1 otaqlı mənzilin sahəsi iddiaçının mülkiyyət payına uyğun sahədən çoxdur və bu da digər paylı mülkiyyətçilərin hüqüqlarının birbaşa pozulması ilə nəticələnə bilər.
42. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh MMC tərəfin izahat və təqdim etdiyi sənədlərə əsasən mübahisəli mənzilin payçılarına ümumilikdə 178 kv.m yaşayış sahəsi verilməsi nəzərdə tutulub. Belə ki, tikilmiş yeni binanın A blokunun 8ci mərtəbəsində hər birinin sahəsi 60,80 kv.m olan iki mənzil (satış sahələri 69,10 və 68,67 kv.m) 11-ci mərtəbəsində 60,80 kv.m olan bir mənzil (satış sahəsi 69,10 kv.m) ayrılmışdır. Lakin iddiaçı ilə digər altı vərəsə arasında mübahisə olduğundan müqavilələr indiyə kimi bağlanmayıb. Cavabdeh MMC-nin təklif etdiyi mənzillərin satış sahələrinin ölçüsü baxımından iddiaçıya düşən pay 29,5 kv.m (69,10+68,67+69,10=206,87: 7) təşkil edir.
43. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tar ixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü bəndində dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilməsi nəzərdə tutulsa da, bu müddəalar qanunun analogiyası prinsipinə əsasən hazırki işin hallarına tətbiq edilməlidir. Belə ki, dövlət ehtiyaclarında dövlət satınalmasının məqsədi qazanc deyil, yaranmış dövlət zərurətləridir, sosial ehtiyaclar üçün satınlama da isə sahibkar tikinti şirkətinin məqsədi gəlir və qazanc əldə etməklə yanaşı, mülkiyyətinə müdaxilə edilmiş şəxsin yaşayış şəraitinin daha da və əlavə sahələr verilməklə yaxşılaşdırılmasından ibarətdir. Bu səbəbdən də iddiaçıya kompensasiya edilməli yaşayış sahəsinin sahəsinə 20% əlavə sahə verilməsi tarazlaşdırılmış ədalətli balansa uyğundur. ünvan 1 evin 1 nömrəli mənzili 142.7 kv.metr ümumi sahədən ibarət olmaqla 1/7 hissədə iddiaçıya məxsus olduğundan həmin mənzilin sökülüb yerində tikilmiş Cavabdeh MMC-yə məxsus çoxmənzilli yaşayış binasından onun payına mütənasib, cavabdeh və üçüncü şəxsin təklif etdiyi sahələr üzrə ortalama 28 kv.metr ümumi sahədən ibarət mənzillə təmin olunması işin hallarına uyğun olmaqla ədalətli olardı.
44. Apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən iddiaçıya düşən paydan artıq sahəsi olan mənzillə təmin edilməsinin digər 6 vərəsənin mülkiyyət paylarına müdaxilə və mülkiyyət hüquqlarının pozulması ilə nəticələnə bilməsini nəzərə almasını göstərmişdir.
45. Ape llyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 157.1, 157.2, 157.8, 158.4-cü, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 88, 107, 119.1, 217.1 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. c)Kassasiya instansiyası məhkəməsində birinci icraat
46. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv, iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
47. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)4608/2022 saylı, 6 sentyabr 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunaraq iş yeni apellyasiya baxışına qaytarılmışdır.
48. Ali Məhkəmənin mövqeyi belə olmuşdur: - iddiaçının kassasiya şikayətinin dəlillərindən biri inşa edilən yaşayış binasında 28 kv.metr ümumi sahədən ibarət mənzilin mövcud olmadığı və həmin qətnamənin icra edilməyəcəyi ilə bağlıdır; - həmin dəlil əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçıya 28 kv.metr ümumi sahədən ibarət mənzil verilməsi öhdəliyini şirkətin üzərinə qoysa da, həmin ölçülərə məxsus mənzilin olması halı yoxlanılmamışdır; - Mənzil Məcəlləsinin 13.3. maddəsi mənzilə anlayış vermişdir. Həmin normada deyilir ki, bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir; - apellyasiya instansiyası məhkəməsi iddiaçıya verilməsi qət edilmiş sahəyə uyğun mənzilin olub-olmaması, belə bir mənzil sahəsinin binanın layihəsində nəzərdə tutulubtutulmamasını yoxlamamışdır; - nəzərə alınmalıdır ki, mənzil yaşayış sahəsi kimi istifadə olunur. Mənzil Məcəlləsinin 12.2. maddəsinə əsasən yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür; - yaşayış binasında hansısa sahənin 28 kv.m ölçüdə ayrılaraq iddiaçıya verilməsi mənzil ayrılması anlamına gəlmir. Ayrılan mənzil müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara (mənzilin pəncərəsi, havalandırma sist emi, kanalizasiya sistemi, mətbəxin quraşdırılması üçün lazım olan texniki şərtlər, onların havalandırması və.s.) uyğun olmalıdır. Ona görə mübahisə iddiaçıya vərəsə olaraq payına düşən sahəyə uyğun sahənin ayrılması ilə bitmir, mübahisə iddiaçının əmlakının əvəzi olaraq yaşayış sahəsi, mənzillə təmin olunması ilə həll edilə bilər; - buna görə işə yenidən baxılarkən məhkəmə Cavabdeh MMC-nin mübahisəli ünvanda inşa etdiyi yaşayış binasının layihə sənədlərini tələb edərək öyrənməli, iddiaçının payına uyğun ayrıca mənzilin olub-olmaması məsələsini aydınlaşdırmalıdır; - məhkəmə mübahisənin həll edərkən (o cümlədən ayrıca mənzilin sahəsi ilə bağlı məsələni) işin faktiki hallarından çıxış etməlidir. O cümlədən, məhkəmə Cavabdeh MMCnin iddiaçının əmlak hüquqlarının pozulmasından vaxtında məlumatl ı olub-olmaması, şirkətin vicdanlı olub-olmaması məsələsini aydınlaşdırmalıdır; - yeni məhkəmə baxışı zamanı məhkəmə iddiaçının anası X6 nə vaxt vəfat etməsi (xx.xx.2016-cı il tarixdə), şirkətin həmin ünvanda nə vaxt ev inşa etməyə başlamasına razılıq verilməsi (xx.xx.2016-cı il tarixli sərəncamla) tarixlərini müqayisə etməli, şirkətin sökülməsi nəzərdə tutulan ərazidə əmlak hüquqları olan şəxslər barədə vaxtında məlumatlı olub-olmaması, əgər məlumatlı deyildisə, nəyə görə keçən illər ərzində iddiaçının qardaşı iş üzrə üçüncü şəxs XXX oğlu ilə yazılı müqavilə bağlanmaması məsələlərini aydınlaşdırmalı, həmin məlumatları digər sübutlarla məcmu halında qiymət verməklə vicdanlılıq məsələsi həll edilməlidir; - şirkətin vicdanlılığı məsələsinin aydınlaşdırılması həm veriləcək mənzilin sahəsi ilə bağlı mübahisələri həll etmiş olur, həm də iddiaçının digər tələblərinə-kirayə haqqı, maddi və mənəvi zərər və s. tələblərinə münasibət bildirməyə köməklik etmiş olur. Şirkətin vərəsənin hüquqlarının pozulmasından məlumatlı olmaması iddiaçının həmin tələbləri gələcəkdə öz qardaşına qarşı irəli sürməsi üçün hüquqi zəmin yaradır. Çünki, məhkəmələrin gəldiyi qənaət ondan ibarətdir ki, iddiaçı-vərəsənin əmlak hüquqlarını onun qardaşı XXX oğlu pozmuşdur; - bundan başqa, iddiaçıya əmlakının əvəzi olaraq mənzil sahəsi ayrılarkən onun qardaşı XXX oğluna nə qədər sahənin veriləcəyi ilə bağlı şifahi razılaşmanın əhəmiyyəti yoxdur. Çünki şirkətin iddiaçının qardaşı ilə əldə etdiyi razılaşma digər mülkiyyətçi üçün məcburi deyil. Ona görə həmin razılaşmadan çıxış edərək iddiaçıya 1/7 hissədə pay ayrıl ması əsaslı hesab oluna bilməz. İddiaçı öz əmlakının əvəzi olaraq şirkətdən mənzil sahəsi tələb etməkdə haqlıdır. Ona görə kassator haqlı olaraq şikayətində qeyd etmişdir ki, mənzil sahəsi verilərkən onların sökülmüş evlərinin sahəsi, yerləşmə yeri, dəyəri və.s nəzərə alınmalı idi. Həm də belə yanaşma digər vərəsələrin əmlak hüquqlarını pozmur. ç)Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
49. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-535/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin olunmamış, cavabdehin apellyasiya şikayəti təmin, üçüncü şəxsin apellyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi qismən-iddianın təmin olunmuş hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd olunmuş, qətnamə qalan mübahis ələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Yusifov, Pərviz Hüseynov)
50. Apellyasiya instansiyası məhkəməsi mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq qeyd etmişdir ki, tərəflərin izahat və təqdim edilən sənədlərə əsasən mübahisəli mənzilin payçılarına ümumilikdə 182 kv.m yaşayış sahəsi verilməsi nəzərdə tutulub. Belə ki, tikilmiş yeni binanın A blokunun 8-ci mərtəbəsində hər birinin sahəsi 60,80 kv.m olan iki mənzil (satış sahələri 69,10 və 68,67 kv.m) 11-ci mərtəbəsində 60,80 kvm olan bir mənzil (satış sahəsi 69,10 kv.m) ayrılmışdır. Buna baxmayaraq iddiaçı ilə digər altı vərəsə arasında mübahisə olduğundan müqavilələr indiyə kimi bağlanmayıb. Cavabdeh MMC-nin təklif etdiyi mənzillərin satış sahələrinin ölçüsü baxımından iddiaçıya düşən pay 29,5 kv.m (69,10+68,67+69,10=206,87: 7) təşkil edir.
51. Göründüyü kimi, birinci instansiya məhkəməsi Cavabdeh MMC-nin üzərinə ünvan 1 nömrəli ünvanda tikilmiş, yeni yaşayış binasında 1 otaqlı mənzillə təmin olunması üçün müqavilə bağlanması vəzifəsi qoyulması qənaətinə gələrkən nəzərə almamışdır ki, həmin binada olan 1 otaqlı mənzilin sahəsi iddiaçının mülkiyyət payına uyğun sahədən çoxdur və bu da digər paylı mülkiyyətçilərin və cavabdehin hüquqlarının birbaşa pozulması ilə nəticələnə bilər.
52. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, birinci instansiya məhkəməsi qismən təmin edərkən, eləcə də iddiaçı iddiasını əsaslandırarkən ona istinad ediblər ki, Cavabdeh MMC ilə artıq mübahisəli mənzilin mülkiyy ətçisi kimi müstəqil tələblər irəli sürməyən 3-cü şəxs XXX oğlu arasında mübahisəli ünvan 1, 1 saylı mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzilə dair müqavilə bağlanmışdır. Odur ki, iddiaçı ilə MMC arasında ayrıca müqavilə bağlanmalıdır.
53. Baxmayaraq ki, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili birinci instansiya məhkəməsində icraat zamanı izahatında bildirmişdir ki, tikilən yeni binada ən kiçik sahəsi olan mənzilin sahəsi 60,0 kv.metrdən başlayır. Cavabdeh MMC-nin iddiaçıya haqqı çatandan artıq sahəli mənzil vermək öhdəliyi yoxdur və belə öhdəliyin cavabdehin üzərinə qoyulması MMC-nin hüquqlarının pozulmasına səbəb ola bilər. ünvan 1 nömrəli evin 1 nömrəli mənzilinin ümumi sahəsi 142.7 km olmaqla yeddi nəfər paylı mülkiyyətçisi vardır. 2017-ci ildə 3-cü şəxs XXXlə müqavilə bağlanarkən isə MMC vicdanlı hərəkət etmişdir, belə ki, həmin zaman XXXin vərəsə olaraq tam mülkiyyət hüququna dair sənədləri əsasında onunla müqavilə bağlanmışdır. ünvan 1 nömrəli evin 1 nömrəli mənzilinin ümumi sahəsi 142.7 kv.m olmaqla yeddi mülkiyyətçisi vardır. Cavabdeh bütün mülkiyyətçiləri MMC-yə dəvət edərək müqavilə bağlamağa etiraz etmir. Həmin mülkiyyətçilərin hamısı Cavabdeh MMC-yə yaxınlaşarsa, onlarla 182 kv.m-lik mənzilə dair müqavilə bağlamağa razıdırlar. Lakin hər biri ilə ayrı-ayrılıqla müqavilə bağlamaq qeyri-mümkündür. Çünki onların paylarına uyğun mənzil sahəsi yoxdur.
54. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, yeni apellyasiya baxışı zamanı iddiaçının vəkili və nümayəndəsinin şifahi vəsatəti təmin olunaraq Bakı apellyasiya məhk əməsinin sorğusu əsasında Bakı şəhəri 52 saylı Notariat Ofisi tərəfindən təqdim edilmiş sənədlərə əsasən Cavabdeh ilə XXX oğlu arasında mübahisəli ünvan 1, 1 saylı mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzilə dair müqavilə bağlanmasına dair xx.xx.2017-ci il tarixli, 3M-505 nömrə reyestrli Müqavilə bağlanmışdır. Həmin müqavilənin 3.5-ci bəndinə görə mülkiyyətçi XXX oğlu aylıq 1200,0 manat kirayə haqqı və yeni tikilən binadan yeni mənzillərin (ümumi sahə 467. 5 kv.m) verilməsi, mülkiyyətçi XXX oğlu da artıq sahə üçün 1(bir) il müddətinə 2017-ci ilin dekabr ayının 12-dən başlayaraq hər ay 2500,0 manat Cavabdehnə ödəməyi müqabilində ünvan 1, 1 saylı, ümumi sahəsi 142, 7kv.m mənzilə dair hüquqlarını Cavabdehnə ötürür.
55. Sorğu əsasında Bakı şəhəri 52 saylı Not ariat Ofisi tərəfindən təqdim edilmiş sənədlərə əsasən Cavabdeh ilə XXX oğlu arasında “mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzilə dair müqavilə bağlanmasına dair xx.xx.2017-ci il tarixli, 3M-505 nömrə reyestrli Müqavilənin ləğvi”nə dair xx.xx.2021-ci il tarixli, 3M-179 nömrə reyestrli saziş bağlanmışdır. Sazişə görə qeyd edilənxx.xx.2017-ci il tarixli, 3M-505 nömrə reyestrli Müqavilə ləğv olunur və tərəflərin ləğv olunmuş müqavilə üzrə bir-birinə tələbi yoxdur.
56. Beləliklə, apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisəli mənzil cavabdeh MMC tərəfindən sökülən zaman iddiaçı Rusiya Federasiyasında olmuş xx.xx.2017-ci il tarixində Azərbaycan Respublikasına qayıtmış, mübahisəli mənzilin söküldüyünü, anasının vəfatından sonra qardaşı XXX oğlunun 24 saylı Dövlət Notariat Kontorunda vərəsəlik şəhadətnaməsi alaraq mübahisəli mənzili adına keçirtdiyini öyrənmiş və cavabdehlər X14, XXX oğluna, 24 saylı Dövlət Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında yaranmış bütün hüquqi nəticələrin ləğv edilməsi və mirasın bölüşdürülməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1, 1 saylı mənzilinə 24 saylı notariat kontoru tərəfindən cavabdeh XXX oğluna xx.xx.2017-ci il tarixində verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilərək X7 miras qalmış olan həmin mənzilin o, və digər vərəsələr arasında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
57. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3281/2019 saylı 05 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx.xx.2018- ci il tarixli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, XXX oğlunun adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” etibarsız hesab edilərək həmin şəhadətnamədən irəli gələn bütün hüquqi nəticələr, o cümlədən ünvan 1 nömrəli evin 1 nömrəli mənzilə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndə XXX oğlunun adına aparılmış qeyd və həmin qeyd əsasında ona verilmiş “Reyestrdən çıxarış” ləğv edilmiş, mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddət uzadılmış, miras qalmış əmlakda ünvan 1 nömrəli evin 1 nömrəli mənzildə mərhum X6 vərəsələri İddiaçı, X18, XXX oğlu, X10, X19, X15 və X3 hər birinin payı 1/7 hissədə müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.
58. Həmin qətnamə əsasında ünvan 1 evin 1 nömrəli mənzili 1/7 hissədə İddiaçı, 1/7 hissədə X9, 1/7 hissədə XXX oğlunun, 1/7 hissədə X4, 1/7 hissədə X13, 1/7 hissədə X5 və 1/7 hissədə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 24 oktyabr 2019-cu il tarixdə qeydiyyata alınmış və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
59. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, tikilən yeni binada ən kiçik sahəsi olan mənzilin sahəsi 60,0 kv.metrdən başlayır. Cavabdeh MMC-nin iddiaçıy a haqqı çatandan artıq sahəli mənzil verməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması MMC-nin və digər mülkiyyətçilərin hüquqlarının pozulmasına səbəb ola bilər.
60. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, 2017-ci ildə üçüncü şəxs XXXlə müqavilə bağlayarkən Cavabdeh MMC-nin vicdanlı hərəkət etmədiyi barədə iş materiallarında hər hansı sübut yoxdur.
61. Belə ki, Cavabdeh ilə iddiaçının qardaşı (hazırkı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs) XXX oğlu arasında ünvan 1, 1 saylı mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzilə dair müqavilə bağlanmasına dair xx.xx.2017-ci il tarixli, 3M-505 nömrə reyestrli Müqavilə bağlanarkən XXX oğlu mənzilin tam hüquqla mülkiyyətçisi olmuşdur. XXX oğlu mənzilin mülkiyyətçisi olması barədə sənədlər isə sonradan mübahisələndirilmiş, yəni Bakı Apellyasiya Məhkəməsinin 2(103)3281/2019 saylı 05 aprel 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, XXX oğlunun adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” etibarsız hesab edilərək həmin şəhadətnamədən irəli gələn bütün hüquqi nəticələr, o cümlədən mənzilə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndə XXX oğlunun adına aparılmış qeyd və həmin qeyd əsasında ona verilmiş “Reyestrdən çıxarış” ləğv edilmiş, mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddət uzadılmış, miras qalmış əmlakda ünvan 1 nömrəli evin 1 nömrəli mənzildə mərhum X6 vər əsələrinin hər birinin 1/7 hissədə payı müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.
62. Apellyasiya instansiyası məhkəməsi əsasən hesab etmişdir ki, iddiaçının 20% də əlavə olunmaqla cəmi 28 kv.metr sahəli mənzil əvəzində daha artıq sahəli mənzil (60,0 kv.m sahəsi ) verilməsi tələbi əsassız olduğu üçün təmin oluna bilməz.
63. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçının bu tələbi əsassız olduğundan həmin tələblə əlaqəli olan digər tələbləri də təmin olunmamalıdır. d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
64. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
65. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 31 may 2023cü il tarixli 2(102 )-2219/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 yanvar 2023-cü il tarixli 2(103)535/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
66. Ali Məhkəmənin mövqeyi belə olmuşdur: - apellyasiya instansiyası məhkəməsi Cavabdeh ilə XXX oğlu arasında bağlanmış ünvan 1, 1 saylı mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzilə dair xx.xx.2017-ci il tarixli, 3M-505 nömrə reyestrli Müqavilənin şərtlərinin icra edilib–edilmədiyini araşdırıb hüquqi qiymət verməmişdir. Məhz həmin müqavilədən görünür ki, haliyyədə iddiaçının da 1/7 paya sahib olduğu ünvan 1, 1 saylı, ümumi sahəsi 142,7 kv.m mənzilə dair hüquqlarını Cavabdehnə ötürülməsini XXX o ğlu ona 2 (iki) il müddətinə aylıq 1200,0 manat kirayə haqqının ona ödənilməsi və yeni tikilən binadan yeni mənzillərin- A blokunun 8-ci mərtəbəsində yerləşən 2 ədəd 2 otaqlı, 1 otağının ümumi sahəsi 60,8 kvşm olan, 10-cu mrtəbədə 2 ədəd, 2 otaqlı, 1 otağının ümumi sahəsi 60,8 kv.m olan, B blokunun 8-ci mərtəbəsində 1 ədəd 3 otaqlı ümumi sahəsi 136,4 kv.m olan və 1 ədəd 2 otaqlı ümumi sahəsi 87,9 kv.m olan (ümumi sahə 467. 5 kv.m ) verilməsi, lakin mülkiyyətçi XXX oğlunun da verilən mənzillərin müqabilində 1(bir) il müddətinə 2017-ci ilin dekabr ayının 12-dən başlayaraq hər ay 2500,0 manat, cəmi 30000 (otuz min) manat Cavabdehnə ödəməyi müqabilində razılaşdırmışlar; - apellyasiya instansiyası məhkəməsi həmin müqavilənin icra edilib-edilməməsi məsələsinə araşdırıb hüquqi qiymət verməmişdir; - apellyasiya instansiyası məhkəməsi işə əvvəlcə kassasiya qaydasında baxmış məhkəmə tərkibinin göstərişinə uyğun olaraq CavabdehMMC-nin vicdanlı olduğunu müəyyənləşdirsə də, iddiaçının da 1/7 paya sahib olduğu ünvan 1, 1 saylı, ümumi sahəsi 142,7 kv.m mənzilə dair hüquqlarını Cavabdehnə ötürülməsi qarşılığında iddiaçının qardaşı XXX oğlunun əldə etdiklərini müəyyənləşdirməmişdir. Bu ona görə əhəmiyyətlidir ki, şirkətin vərəsənin hüquqlarının pozulmasından məlumatlı olmaması iddiaçının həmin tələbləri gələcəkdə öz qardaşına qarşı irəli sürməsi üçün hüquqi zəmin yaradır. Çünki, məhkəmələrin gəldiyi qənaət ondan ibarətdir ki, iddiaçı-vərəsənin əmlak hüquqlarını onun qardaşı XXX oğlu pozmuşdur; - Cavabdeh ilə XXX oğlu arasında “mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi v ə yeni mənzilə dair müqavilə bağlanmasına dair xx.xx.2017-ci il tarixli, 3M-505 nömrə reyestrli Müqavilənin ləğvi”nə dair xx.xx.2021-ci il tarixli, 3M-179 nömrə reyestrli saziş bağlanmışdır. Həmin sazişə görə tərəflər elan edirlər ki, bir-birlərinə qarşı heç bir irad və pul tələbi mövcud deyil. Tərəflər bu sazişi bağlamaqla bildirirlər ki, qeyd edilən müqavilə ləğv edilsin və mənzil ilkin vəziyyətə qaytarılsın; - apellyasiya instansiyası məhkəməsi iş üzrə iddia ərizəsinin 03 mart 2020-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olduqdan sonra, yəni tərəflər arasında məhkəmə mübahisəsi davam etdiyi halda Cavabdeh ilə XXX oğlu arasında “Mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzilə dair müqavilə bağlanmasına dair xx.xx.2017-ci il tarixli, 3M505 nömrə r eyestrli Müqavilənin ləğvi”nə dair xx.xx.2021-ci il tarixli, 3M-179 nömrə reyestrli saziş bağlanmasının doğurduğu nəticələri nəzərə almaqla mübahisəyə hüquqi qiymət verməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi bu hala hüquqi qiymət verməmişdir; - həmin sazişdə göstərilir ki, mənzil ilkin vəziyyətə qaytarılsın. Apellyasiya məhkəməsi onu araşdırıb hüquqi qiymət verməli idi ki, mənzil ilkin vəziyyətə qaytarılıbmı və ya ilkin vəziyyətə qaytarılma mümkündürmü? - ilkin vəziyyətə qaytarma mümkün deyilsə, Cavabdeh ilə XXX oğlu arasında bağlanmış ünvan 1, 1 saylı mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzilə dair xx.xx.2017-ci il tarixli, 3M-505 nömrə reyestrli Müqavilədə öhdəlik kimi göstərilənlərdən fərqli olaraq, Cavabdeh bütün mülkiyyətçilərin hamısın ın Cavabdeh MMC-yə yaxınlaşarsa, onlarla mübahisəli 142.7 km mənzilin əvəzində 20% artıq sahəsi olan mənzilə, yəni 182 kv.mlik mənzilə dair müqavilə bağlamağa razı olmasını bildirməsinin hüquqdan sui-istifadə halı olub-olmamasına apellyasiya məhkəməsi hüquqi qiymət verməmişdir; - belə ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; - apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən onu da nəzərə almalıdır ki, işə kassasiya qaydasında baxan əvvəlki məhkəmə tərkibinin göstərişlərindən biri də belə olmuşdur ki, iddiaçıya əmlakının əvəzi olaraq mənzil sahəsi ayrılarkən onun qardaşı XXX oğluna nə qədər sahənin veriləcəyi ilə bağlı şifahi razılaşmanın əhəmiyyəti yoxdur. Çünki şirkətin iddiaçının qardaşı ilə əldə etdiyi razılaşma digər mülkiyyətçi üçün məcburi deyil. Ona görə həmin razılaşmadan çıxış edərək iddiaçıya 1/7 hissədə pay ayrılması əsaslı hesab oluna bilməz. İddiaçı öz əmlakının əvəzi olaraq şirkətdən mənzil sahəsi tələb etməkdə haqlıdır. Buna görə də kassator haqlı olaraq şikayətində qeyd etmişdir ki, mənzil sahəsi verilərkən onların sökülmüş evlərinin sahəsi, yerləşmə yeri, dəyəri və s. nəzərə alınmalıydı. Həm də belə yanaşma digər vərəsələrin əmlak hüquqlarını pozmur. e) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
67. Üçüncü apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsi nin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və qiymətləndirmə ekspertizaları təyin edilmişduir.
68. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/1413-9/1359 nömrəli ekspert rəyinə əsasən ünvan 1ndə evin 1 saylı mənzili faktiki olaraq sökülmüş və yerində hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının inşa olunmuşdur.
69. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-318/2024 nömrəli, 03 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı və Cavabdeh MMC-nin apellyasiya şikayətləri təmin edilməmiş, üçüncü şəxs XXX oğlunun apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1206/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmiş, İddiaçı 1/7 hissədə mülkiyyətçisi olduğ u ünvan 1 evin 1 nömrəli mənzilin Cavabdeh MMC tərəfindən sökülərək yerində çoxmərtəbəli yaşayış binası tikilməsi nəticəsində məruz qaldığı zərərin əvəzi olaraq ünvan 6 ünvanlarda Cavabdeh MMC tərəfindən inşa edilmiş yaşayış binasının “A” blokunun 10cu mərtəbəsində 60.8 kv.metr sahəsi olan 1 otaqlı mənzil ilə təmin edilməsi üçün müqavilənin bağlanması və mənzilin ona təhvil verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, Fərrux Qasımov)
70. Apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq qeyd etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək iddiaç ının məruz qaldığı zərərin əvəzi olaraq cavabdeh tərəfindən inşa edilmiş yeni yaşayış binasından 1 otaqlı mənzil ilə təmin olunmağı üçün müqavilə bağlanması və mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə düzgün nəticəyə gəlsə də, Cavabdeh mübahisəli ünvanda inşa etdiyi yaşayış binasında iddiaçının payına uyğun ayrıca mənzilin olub-olmaması məsələsini aydınlaşdırmamışdır.
71. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh MMC ilə üçüncü şəxs arasında xx.xx.2017-ci il tarixli müqavilənin ləğvi barədə saziş bağlansa da, sazişdə göstərilən şərtlərə əməl edilməmişdir. Belə ki, iddiaçının 1/7 hissədə mülkiyyətçisi olduğu ünvan 1, 1 saylı, ümumi sahəsi 142,7 kv.m mənzil ilkin vəziyyətə gətirilməmiş və bunun həyata keçirilməsi artıq mümkün d eyil. Artıq həmin mənzilin yerində Cavabdeh tərəfindən hündürmərtəbəli, çoxmənzilli yaşayış binası inşa edilmişdir.
72. Üçüncü apellyasiya baxışı zamanı cavabdeh MMC də məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, sökülmüş mənzilin və kirayə haqqının əvəzi olaraq ünvan 7 ünvanında tikilən yeni tikilinin A blokunun 8-ci mərtəbəsində yerləşən 2 ədəd iki otaqlı, 1 otağının ümumi sahəsi 60.8 kv.m olan, 10-cu mərtəbədə 2 ədəd 1 otaqlı, 1 otağının ümumi sahəsi 60.8 kvm olan, B blokunun 8-ci mərtəbəsində yerləşən 1 ədəd 3 otaqlı, ümumi sahəsi 136.4 kv.m olan və 1 ədəd 2 otaqlı ümumi sahəsi 87.9 kv.m olan, mənzillərin ümumi sahəsi 467.5 kv.m mənzil ayrılmışdır. Bundan əlavə, XXX oğlu Cavabdehnə 40.000 manat pul ödəmişdir. Məhkəmənin qərarına müvafiq olaraq mənzillərin təhvil verilməsi plan laşdırılır.
73. Beləliklə aydın olur ki, Cavabdeh üçüncü şəxs XXX oğlu ilə bağladığı xx.xx.2017-ci il tarixli müqavilənin şərtlərinə əməl etməyə razıdır.
74. Apellyasiya instansiyası məhkəməsi həmçinin göstərmişdir ki, birinci apellyasiya icraatı zamanı cavabdeh MMC məhkəməyə müraciət edərək işin həlli üçün barışıq sazişinə dair aşağıdakı təklifi vermişdir: iddiaçı ilə sahəsi 68,67 kv.m olan mənzilə dair alqı-satqı müqaviləsi bağlanılsın o şərtlə ki, həmin mənzilin 25 kv.metr sahəsinə görə o, heç bir ödəniş etmir, mənzilin qalan hissəsinin hər kv.m-ə görə isə 1.500 manat ödəyir və iddia ərizəsindən imtina edir (iş v 346, İ cild).
75. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili bildirmişdir ki, binanın tikintisi dövründə 1 kv.m. 1.100-1.200 manatdan olmuşdur. Üçüncü şəxs XXX oğlu tərəfindən 40.0 00 manat təxminən 35-40 kv.m sahə üçün ödənilib.
76. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırda cavabdeh MMC tərəfindən sökülmüş mənzilin əvəzinə ümumilikdə 467.5 kv.m sahəsi olan mənzillərin ayrıldığı, həmin sahəyə görə üçüncü şəxs tərəfindən əlavə 40.000 manat ödənildiyi, cavabdeh MMC tərəfindən inşa edilmiş binada həmin dövr üçün 1 kv.m sahənin dəyərinin yuxarıda göstərilənlərə əsasən təqribən 1.200 manat olduğu nəzərə alınsa (üçüncü şəxs və cavabdeh həmin ödənişin müqabilində konkret olaraq veriləcək sahə, sahənin 1 kv.m-in qiyməti barədə müqavilə təqdim etməmişlər) belə qənaətə gəlinir ki, üçüncü şəxs tərəfindən cavabdehə təqribən 33 kv.m sahənin dəyəri ödənilmişdir.
77. Belə olan halda, 434,5 kv metr sahənin (467,5 - 33) iddiaçının 1/7 payına düşən hissəsi təqribən 62 kv.m edir. Bu sahəyə uyğun olaraq cavabdeh MMC tərəfindən ünvan 7 ünvanında tikilən yeni tikilinin A blokunun 10-cu mərtəbədə 2 ədəd 1 otaqlı mənzillər ayrılmışdır. İşin halları nəzərə alınarsa, məhz həmin mənzillərdən birinin iddiaçıya təqdim edilməsi ədalətli hesab edilməlidir.
78. Apellyasiya instansiyası məhkəməsi iddiaçının ona vurulmuş mənəvi zərərin və kirayə haqqının ödənilməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, ünvan 1, 1 saylı mənzilə dair xx.xx.2017- ci il tarixli müqavilə imzalanarkən və mənzil sökülən zaman onun mulkiyyətçisinin XXX oğlunun olmasına dair müvafiq çıxarış olmuşdur. Həmin vaxt cavabdeh gələcəkdə mənzilə dair iddiaçı tərəfindən mübahisə açılacağı, mənzil üzərində onun da mülkiyyət hüququnun tanınacağı barədə məlumatlı ol a bilməzdi. Odur ki, cavabdeh tərəfindən iddiaçıya mənəvi zərərin vurulması barədə dəlillər əsassızdır.
79. Apellyasiya instansiyası məhkəməsinin kirayə haqqı ilə bağlı mövqeyi belə olmuşdur ki, həm Cavabdeh nümayəndəsi və vəkili, həm də üçüncü şəxs XXX oğlunun məhkəmə iclasında verdiyi izahata əsasən aralarında olan razılığa görə xx.xx.2017-ci il tarixli müqavilədə nəzərdə tutulan kirayə pulu mənzillərin sahəsinin artırılmasına sərf edilmişdir. Belə ki, qeyd olunan müqavilədə kirayə haqqının məbləği 1.200 manat və 24 aylıq ödənilməsi nəzərdə tutulmuş, bu isə 28.800 manat məbləğində vəsait edir. Həmin vəsait isə təqribən 24 kv.m sahənin (28.800 / 1.200) dəyərini təşkil edir. Belə olan halda, kirayə haqqının mənzillərin sahəsinin artırılmasına sərf edilməsi iddiaçının mənafeyinə də uyğund ur, çünki onun payına düşən mənzilin də sahəsi artmış olur. Belə ki, qeyd olunan 22 kv.m sahə yuxarıda göstərilən 434,5 kv metr sahənin tərkibində yer alır. Odur ki, kirayə haqqı tələbi ilə bağlı da iddiaçının dəlilləri əsassızdır.
80. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh məhkəməyə ünvanladığı ümumi sahəsi 467.5 kv.m mənzillərin ayrıldığı, məhkəmənin qərarına müvafiq olaraq mənzillərin təhvil verilməsinin planlaşdırıldığı barədə müraciətini nəzərə alaraq hesab etmişdir ki, həm cavabdehin, həm də üçüncü şəxs XXX oğlunun apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməlidir.
81. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, üçüncü şəxs mənzil ilə birlikdə ona məxsus qeyri-yaşayış sahəsinin söküldüyünü, sökülən qeyri-yaşayış sahəsinin əvəzinə verilən sahənin də 4 67.5 kv.m sahəyə daxil edildiyini bildirsə də, məhkəməyə bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Bundan başqa, cavabdeh və üçüncü şəxs arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədə hər hansı qeyriyaşayış sahəsinin sökülməsi göstərilməmiş, yalnız ümumi sahəsi 142,7 kv.m olan ünvan 1 1 saylı mənzilin sökülməsi barədə razılıq əldə edilmiş, həmçinin, qeyd olunan müqavilənin ləğv edilməsi barədə bağlanmış xx.xx.2021-ci il tarixli sazişdə də məhz həmin mənzilin ilkin vəziyyətə qaytarılması razılaşdırılmışdır.
82. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 16.1, 152.1, 157.1, 157.2, 560.1, 1096.1, 1096.2, 1097.1 və 1097.3-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
83. Mübahisə pr edmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs XXX oğlu (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddiaçıya 28.0 kv.m yaşayış sahəsi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
84. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-dən ona artıq mənzil sahəsi verilməsi üçün həmin 28.800 manat məbləğ XXX tərəfindən qəbul edilməyib. XXXin Cavabdeh MMC-dən qəbul etmədiyi 28.800 manat kirayə haqqının əvəzində ona A blokunda 10-cu mərtəbədə yerləşən digər 1 ədəd 2 otaqlı(sahəsi 60,8 kv.m) mənzil ayrılmışdır. XXX oğlu ona əlavə mənzil verilməsi üçün Cavabdeh MMC-yə 40.000 manat pul ödəyib. Həmin 40.000 manat ödənişin əvəzində ona 8-ci mərtəbədə 1 ədəd 2 ota qlı (sahəsi 87,9 kv.m) mənzil ayrılmışdır. Sökülmüş evdən kənar həmin evə aid olmayan XXXə məxsus tikili (mağaza tikilisi) nəzərə alınaraq MMC-nin əvvəlki rəhbərliyi tərəfindən qarşılıqlı razılıq əsasında ona B blokunda 8-ci mərtəbədə yerləşən 1 ədəd 3 otaqlı (sahəsi 136,4 kv.m) mənzil ayrılmışdır. Belə olan halda 7 nəfər hüquq sahibinin olması əsas tutularaq iddiaçıya 26 kv m. yaşayış sahəsi düşür. Həmçinin yeni binada yaşayış sahələrinin hazırkı qiymətlərinin artması iddiaçının əldə edəcəyi 26 kv.m yaşayış sahəsinin əvvəlki sökülmüş sahəyə münasibətdə daha çox dəyərə malik olması da onun xeyrinə qiymətləndirilməlidir. Bu səbəbdən qətnamə qəbul edilərkən XXXin əlavə ödənişləri, sökülmüş evə aid olmayan tikilisi, evdə yaşayan tək şəxs olaraq yaşayış sahəsindən məhrum edilməsi ilə əlaqədar ona ödənilməli olan aylıq kirayə haqlarından imtina etməsi nəticəsində əlavə yaşayış sahəsi alması nəzərə alınmalı idi, yəni sökülmüş 142,7 kv m. yaşayış sahəsi əvəzində A blokunda yerləşən 8-ci mərtəbədə 2 ədəd 2 otaqlı(sahəsi 60,8 kv. m), 10-cu mərtəbədə 1 ədəd 2 otaqlı(sahəsi 60,8 kv.m) mənzillər, yəni 182,4 kv.m yaşayış sahəsi üzrə iddiaçıya digər hüquq sahiblərini nəzərə alaraq 26 kv.m yaşayış sahəsi ayrılması, digər 3 mənzilin 142,7 kv.m olmluş yaşayış sahəsinə görə ayrılmadığı nəzərə alınmalı idi. Lakin məhkəmə digər hüquq sahiblərinin mülkiyyət dairəsinə daxil olaraq, onların mülkiyyət hüququnu pozaraq, yalnız XXXin ödədiyi 40.000 manat ödənişi 33 kv.m yaşayış sahəsinin əvəzi kimi nəzərə alıb (467,5-33) 434,5 kv.m ümumi yaşayış sahəsindən 1/7 hissədə iddiaçıya 60,8 kv.m sahəsi olan bir mənzili ayırmışdır. Bununla da, məhkəmə XXXin mülkiyyət hüququnu pozmuşdur. Məhkəmə 1/7 hissdə yaşayış sahəsini 434,5 kv.m sahədən deyil, 182,4 kv.m sahədən ayırmalı idi. Beləliklə, məhkəmə Mülki Məcəllənin 157.1, 157.2-ci maddələrinin tələblərini pozub, həmin normaları səhv tətbiq etmişdir. Bundan əlavə, üçüncü şəxs XXX almalı olduğu kirayə haqqından imtina edərək 1 mənzil, mağaza tikilisinə görə daha bir mənzil və 40.000 manat ödəməklə 3-cü mənzil əldə etdiyi halda məhkəmə həmin mənzillər hesabına da faktiki olaraq bölgü apararaq onun və qardaşlarının mülkiyyət hüququnu pozmuşdur, iddiaçıya ona qanunla düşməli olan ölçüdən daha çox mənzil sahəsi (mənzil) ayırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
85. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi verərə k, kassasiya şikayətinin təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazda iş üzrə qəbul edilmiş məhkəmə aktlarına istinad edilməklə, apellyasiya instansiyası məhkəməsini sonuncu qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğun olduğu göstərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.1 Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əm lakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1097.3 Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticə lərin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya i nstansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
86. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, ara şdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
87. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
88. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
89. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
90. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
91. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, həmin tələb üzrə işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, hazırki iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarlarında verdiyi göstərişlərə əməl edərək, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
92. Buna görə də məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 71-80-ci bəndlərində əks edilən qiymətləndirməsi ilə razılaşır və hər hansı əlavə şərhə zərurət görmür.
93. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, üçüncü şəxs şikayətində sökülmüş evdən kənarda həmin evə aid olmayan və ona məxsus tikilinin (mağaza tikilisinin) və əlavə olaraq 40000 manat pul ödəməsinin nəzərə alınaraq MMC-nin əvvəlki rəhbərliyi tərəfindən qarşılıqlı razılıq əsasında ona daha artıq sahə verilməsi, iddiaçıya artıq sahə verilməklə üçüncü şəxsin və digər hüquq sahiblərinin mülkiyyət hüquqlarının pozulmasına istinad etmişdir.
94. Məhkəmə kollegiyası bu dəlilləri əsassız sayır. Əvvəla, üçüncü şəxsin 40000 manat pul ödəməsi nəzərə alınıb. Üçüncü şəxsin sökülmüş evdən kənarda evə aid olmayan və ona məxsus tikil inin (mağaza tikilisinin) olması isə sübut edilməyib. (bax: 7577, 81-ci bəndlər)
95. Bundan başqa, iddiaçıya artıq sahə verilməklə üçüncü şəxsin və digər hüquq sahiblərinin mülkiyyət hüquqlarının pozulması barədə dəlillə bağlı qeyd edilməlidir ki, işdən görünür ki, iddiaçının hüquqları mülkiyyətçi olaraq bərpa edilmişdir. Bununla da digər mülkiyyətçilərin hər hansı hüququnun pozulması irəli sürülən dəlildən görünmür.
96. Həmçinin bu dəlillər hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarlarında şərh edilənlər baxımından da əsassızdır.
97. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
98. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcə llənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs XXX oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-318/2024 nömrəli, 03 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.