Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3613/2020 29.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Zakir qızına qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh1 Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməs indən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Zakir qızına qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Balakən rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Z.Tahirov, iş № 2(019)-922/2019) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Zakir qızına qarşı “evə köçürülmə” tələbinə dair iddiası təmin edilərək İddiaçı uşaqları - xx xxx 2008-ci ildə doğulmuş X5 və xx xxxxxxxx 2011-ci ildə doğulmuş X4 ilə birlikdə Balakən rayonu Tülü kəndində yerləşən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Zakir qızına məxsus 99.6 kv.m sahədən ibarət fərdi yaşayış evinə köçürülməsi qət edilmiş dir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər G.Abbasov (sədrlik edən və məruzəçi), E.Hüseynov və M.Hüseynov, iş № 2(107)723/2020) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Zakir qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(019)922/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə gönd ərilməsini xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamas ını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı cavabdehlərin oğlu X6 ilə 2006-cı ildə qeyri-rəsmi nikahla evlənmiş, cavabdehlərin birgə nikah dövründə inşa etdikləri Balakən rayonu Tülü kəndində yerləşən evinə cavabdehlərin razılığı ilə gəlin köçmüş və cehiz əşyalarını da həmin evə gətirmişdir. Şəlalə X1 ilə nikahlarını xx.xx.2008-ci ildə rəsmiləşdirmiş, onların birgə nikahından xx.xx.2008-cı ildə X5 və xx.xx.2011-ci ildə X4 adında iki övladları olmuşdur. 2016-cı ilin martın 4-də iddiaçının əri Əfqan keçirdiyi ağır yol qəzasında vəfat etmişdir. Bundan sonra da iddiaçı uşaqları ilə mübahisəli evdə yaşamaqda davam etmiş, cavabdehlər xx.xx.2019-cu ildə uşaqları ilə birlikdə iddiaçını evdən qovmuşlar. İddiaçı 2006-cı ildən xx.xx.2019-cu il tarixə kimi cavabdehlərin razılığı ilə mübahisəli evdə yaşamış, cavabdehlərin ailə üzvü kimi cavabdehlərlə ümumi t əsərrüfat aparmış, qazancları və çıxarları, yemək-içməkləri bir olmuşdur. İddiaçının özü və uşaqları cavabdehlərə məxsus həmin evdə qeydiyyatdadırlar. Uşaqları həmin mübahisəli evdə doğulub, böyümüşlər. Hazırda cavabdehlər onu və uşaqları həmin evə buraxmırlar. İddiaçının daimi yaşayış yeri sözügedən evdir, onun əmlakı da həmin evdədir. Cavabdehlər iddiaçını evə buraxmadıqlarından o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı uşaqlarının, yəni xx xxx 2008-ci il tarixdə doğulmuş X5 və xx xxxxxxxx 2011-ci il tarixdə doğulmuş X2 qeydiyyatda olduqları yer və daimi yaşayış yeri Balakən rayonu Tülü kəndində yerləşən cavabdehlərə məxsus fərdi yaşayış evidir. İddiaçı və onun uşaqları iradələrindən asılı olmayaraq, həmin evdən istifadə edə bilmirlər, cavabdehlər tərəfindən onlar ın həmin evə köçürülməsinə və həmin evdən istifadə etməsinə maneələr yaradılır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1, 27.2, 27.3, 11.1, 11.2, 157.8-ci, xx xxxxxxx 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123, 53, 54-cü maddələrini tətbiq etmişdir. Cavabdeh1 kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə etmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, tərəflər arasında mübahisəli hüquq münasibətləri 2006-c ı ildə yarandığından və həmin vaxt mübahisəli Balakən rayonu Tülü kəndində yerləşən mübahisəli fərdi yaşayış evinə cavabdehlərin mülkiyət hüququ dövlət qeydiyyatına alınmadığından (Cavabdeh1 1982-ci ildə tikilmiş həmin evə mülkiyyət hüququ yalnız xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır) mübahisəyə xx xxxxxxx 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (köhnə redaksiyada) 123-cü maddəsinin 1-ci hissəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Mənzil Məcəlləsinin (köhnə redaksiyada) 53-cü maddəsində göstərilən şəxslər mülkiy yətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Göründüyü kimi, İddiaçı 2006-cı ildə mübahisəli evə heç bir qeyd-şərt göstərilmədən həmin evə faktik mülkiyyət hüquqları əsasında sahiblik və ondan istifadə edən cavabdehlərin razılığı ilə köçürülmüş, həmin şəxslərlə və orada yaşayan digər şəxslərlə birlikdə ümumi təsərrüfatı aparmaqla orada yaşamışdır. İddiaçının uşaqları da sözügedən evdə doğulub orada yaşamışlar. İddiaçı və onun uşaqlarının qeydiy yatda olduğu və daimi yaşadığı ünvan sözügedən ev olduğundan o, uşaqları Əlağa Əzimov və Zəhra Əzimova həmin evdə yaşamaq hüququ əldə etmişlər. Apelyasiya məhkəməsi hazırkı kassasiya şikayətinin dəlilləri ilə eyni olan dəlillərə münasibətdə qeyd etmişdir ki, mübahisəli Balakən rayonu Tülü kəndində yerləşən mübahisə predmeti olan 99.6 kv.metrlik ev 1982-ci ildə tikilmiş və birgə nikah dövründə birgə gəlirlər hesabına tikilən ev kimi cavabdehlərin ümumi sahiblik və istifadəsində olmuşdur. Sözügedən ev Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********68-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tari xli Çıxarışa ev 28 №li reyestr kitabının 23 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə Cavabdeh1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı mübahisə predmeti olan Balakən rayonu Tülü kəndində yerləşən evə gəlin köçərkən, yəni 2006-cı ildə həmin evə dair hər hansı bir şəxsin mülkiyyət hüquqları qeydə alınmamışdır. Tərəflər 2006-cı ildən Balakən rayonu Tülü kəndində yerləşən 99.6 kv.metrlik yaşayış evində bərabər yaşamış, son illərdə yaranmış ailədaxili narazılıqlar səbəbindən iddiaçının həmin mənzildə yaşamasına cavabdehlər tərəfindən maneələr yaradılmış və o, iradəsinin ziddinə olaraq evdən getmək məcburiyyətində qalmışdır. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş m aterialları ilə təsdiq olunmur. Apelyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbayca n Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh1 kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3613/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3613/2020
29.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver