Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3613/2023 18.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3613/2023 (Açar sözlər: pul tələbi, öhdəlik münasibətləri, öhdəliyin icra edilməməsi, tapşırıq müqaviləsi) 18 sentyabr 2023-cü il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X24 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)427/2023 nömrəli, 13 mart 2023-cü il tarixl i qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 18 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı ilə cavabdehlər arasında şifahi tapşırıq müqaviləsi bağlanmış, iddiaçı tərəfindən cavadbehlərə xurma məhsulunun alınması üçün satıcıların müəyyən edilməsi və mövsüm zamanı xurmanının alınması üçün beh verilməsi ilə bağlı müvafiq tapşırıq verilmiş, hər yeşik xurmaya 50 qəpik muzd verilməsi razılaşdırılmışdır.
2. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş siyahıya əsasən cavadebhlər tərəfindən 16 adda şəxsə 13.830 manat məbləğində beh verilmişdir. Cavadbehlər həmin məbləğdə behin siyahıda göstərilən şəxslərə yetişdirikləri xurmanın möv süm vaxtı alınması üçün beh olaraq verdiklərini, lakin iddiaçının mövsüm vaxtı məhsulu bazardan aşağı qiymətə almaq istədiyi üçün alqı-satqıların baş tutmadığını əsas gətirərək behlərin satıcılar tərəfindən geri qaytarılmadığını iddia etmişlər.
3. Şəmkir rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı Rasim Məmmədovun HK-1/666 nömrəli material üzrə ”Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 28 dekabr 2021-ci il tarixli qərarına əsasən İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması Cavabdeh1 və Cavabdeh2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsinin tərkibi olmadığından rədd edilmişdir.
4. Həmin HK-1/666 nömrəli material üzrə cavabdehlərin polis şöbəsində verdikləri izahatlarına əsasən, cavabdehlər mövsüm zamanı xurmanının al ınması üçün iddiaçıdan beh verilməsi üçün 11.300 manat pul aldıqlarını etiraf etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 12.400 (on iki min dörd yüz) manat borcun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şəmkir rayonu Düyərli kəndində yaşayır və xırda meyvə biznesi ilə məşğul olur. Mövsümdən mövsümə xurma yığımı ilə məşğul olur. Tovuz rayonundan olan cavabdehləri 3 ilə yaxındır ki, tanıyır. Belə ki, onlar həmişə yaşadıqları kəndlərdə kimdə xurma olması barədə ona məlumat vermiş, o, da gedib bağ sahibləri ilə görüşüb, danı şıb onlardan meyvələrini almışdır. Bununla da cavabdehlərə onun etibarı yaranmışdır. 2021-ci ildə də cavabdehlər ilə razılaşaraq onlara 2021-ci ilin avqust- sentyabr ayında 12.400 manat beh vermiş, cavabdehlər isə bunun qarşılığında Tovuz rayonu ərazisində yerləşən xurma bağlarından xurma yığıb ona satmalarını öhdələrinə götürmüşlər. Məhsul yığımı ərəfəsində cavabdehlər müxtəlif bəhanələr gətirərək xurmanı yığmamış, həmçinin bağ sahiblərinin xurma qutusunu 5 manatdan aşağı verməmələrini də bəhanə etmiş, eyni zamanda verdiyi beh pulu da ona qaytarmamışlar. Cavabdehlərin onu aldatması ilə bağlı Şəmkir rayon X34 Polis Bölməsinə müraciət etmiş, orada cavabdehlər pulu qaytaracaqlarını öhdələrinə götürmüş, lakin hələ də pulunu qaytarmamışlar.
7. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş siyahı da cavabdehlər tərəfindən 16 adda şəxsə 13.830 manat məbləğində behin verildiyi göstərilmişdir.
8. Cavabdehlər məhkəməyə iddiaya qarşı yazılı etiraz ünvanlayaraq göstərmişlər ki, 2021-ci ilin sentyabr-oktyabr aylarında iddiaçıdan hissə-hissə 11.300 manat pul almış, razılaşmaya əsasən həmin pulun müqabilində ayrı-ayrı şəxslərdən yeşiyi 5 manat olmaqla xurma almaq üçün onlara beh vermişlər. Lakin sonradan iddiaçı bildirmişdir ki, xurmanın yeşiyinin hər birinin qiyməti 5 manatdan çox bahadır, hətta 3 manata da almağa razı deyil. Bununla da aralarında olan şifahi razılıq pozulmuş, beh verdikləri şəxslərin də məhsulu xarab olmuşdur. İddiaçı onların barəsində cinayət işinin başlanması üçün Polis Şöbəsinə müraciət etmiş, lakin əməllərində cinayət tərkibinin olmadığı aşkarlanaraq cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Digər tərəfdən iddiaçı ilə aralarında hər hansı bir yazılı formada beh müqaviləsi tərtib edilməmişdir. Onlar iddiaçıdan tapşırığı qəbul etmiş, iddiaçının imtina etməsi səbəbindən tapşırıq yarımçıq qalmışdır. Buna görə də onlar öhdəlik daşımırlar.
9. Birinci instansiya məhkəməsinin iclasında X4 şahid qismində ifadə verərək bildirmişdir ki, o, cavabdehləri bələdçi kimi tanımış, özü isə sürücüdür. Cavabdehlərlə “Tat” kafesi deyilən yerdə görüşmüşlər və 3 nəfər olmuşlar. Cavabdehlər iddiaçıya 1.000 manat qaytarmış, qalanını da qaytaracaqlarını bildirmişlər. İddiaçı behin paylanması üçün cavabdehlərə verəndə görməmişdir. Mal yığmaq üçün gedən zaman onları beh verilməməsi səbəbindən geri qaytarmışlar.
10. X1 və X5 da məhkəmə iclasında eyni məzmunlu ifadə vermişlər.
11. Məhkəmə iclasında X6 şahid qismində ifadə verərək göstərmişdir ki, o, yeşik daşıyandır. Cavabdehlərlə “Tat” kafesi deyilə yerdə görüşmüş, cavabdehlər iddiaçıya 1.000 manat qaytarmış, 12.400 manatı da qaytaracaqlarını bildirmişlər. İddiaçının cavabdehlərə behi verməsini görməmişdir, məhsul götürmək üçün gedəndə onları qovmuşlar ki beh verilməyib.
12. Məhkəmə iclasında X21 şahid qismində ifadə verərək bildirmişdir ki, cavabdehləri bələdçi kimi tanımışdır. Cavabdehlər ona 1.000 manat beh vermişdir. Ona ziyan vurmuşlar.
13. Məhkəmə iclasında X13 şahid qismində ifadə verərək bildirmişdir ki, birinci cavabdehin qohumudur, iddiaçını tanımır, 40 sot bağı, 246 ağacı var, cavabdehlər ona 1.000 manat beh vermişlər.
14. Məhkəmə iclasında X8 şahid qismində ifadə verərək bildirmişdi r ki, cavabdehlər ona 800 manat beh vermişlər. İddiaçını isə malı yığanda tanımışdır. 5.000 manat ziyan vurmuşlar. İddiaçı demişdir ki, bağ onundur ona görə arxayın olmuşdur.
15. Məhkəmə iclasında X9 şahid qismində ifadə verərək bildirmişdir ki, birinci cavabdehin qaynıdır, iddiaçını isə tanımır. Cavabdehlər ona 500 manat beh vermişlər. Malını yığmamışlar, o, da behi qaytarmamışdır.
16. Məhkəmə iclasında X14 şahid qismində ifadə verərək bildirmişdir ki, 2 ha bağı var. Cavabdehlər ona 1.000 manat beh vermişlər. Lakin gedib malı yığmamışlar. 3.500 yeşik olmuş, 700-nü satmışdır.
17. Tovuz Rayon Məhkəməsinin 2(062)-879/2022 nömrəli, 21 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Qafil Baxşıyev) iddia qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada 11.300 manat əsas borc və 123,9 man at dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı cavabdehlərə mövsümi meyvənin yığılması məqsədilə tapşırıq vermiş, bununla əlaqədar ümumilikdə 11.300 manat pul vermişdir. Cavabdehlər isə pulu beh olaraq meyvə sahiblərinə verdiklərini göstərsələr də, iddiaçı həmin şəxslərdən nə meyvə təhvil götürmüş, nə də verilmiş beh geri qaytarılmışdır. Hətta həmin şəxslərin adlarını belə cavabdehlər iddiaçıya verməmişlər.
19. Məhkəmə hesab etmişdir ki, cavabdehlərin tapşırığını yerinə yetirmədiklərindən, onlara verilən pul geri qaytarılmalıdır. 11.300 manatın verilməsi məhkəmə iclası zamanı tam sübuta yetirilmişdir. Lakin iddiaçı 12.400 manat məbləğində behə görə p ulun cavabdehlərdən alınıb ona verilməsi tələbi ilə məhkəmədə iddia qaldırsa da, məhkəməyə 12.400 manat pulun beh formasında cavabdehlərə verilməsi barədə heç bir sübut təqdim etməmişdir. Belə ki, tərəflərin izahatlarından müxtəlif vaxtlarda keçirilmiş məhkəmə iclaslarında dindirilmiş şahidlərin də ifadələrindən, həmçinin polisdən tələb edilmiş və baxış keçirilmiş araşdırma materialından da məlum olur ki, iddiaçı cavabdehlərə beh paylanması üçün 11.300 manat vermişdir. Bu hal məhkəmə tərəfindən müşavirə otağında audio diskə qulaq asarkən də öz təsdiqini tapmışdır.
20. Birinci instansiya məhkəməsi öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1, 777.2, 779.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin əsaslandırmışdır. 14.2, 76.1, 77, 88, 21 7.4-cü maddələrinə istinadla Apellyasiya instansiyası məhkəməsindəki icraat:
21. Qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişlər.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sübut kimi məhkəməyə bağ sahiblərini şahid qismində təqdim etmişlər. Məhkəmə iclasında həmin şahidlər dindirilmiş və şahidlərin hər biri onların göstərdiyi xüsusatları təsdiq etmişlər. Hakim isə öz qətnaməsində həmin şahidlərin ifadələrini yazmaqla kifayətlənmişdir. Yəni, qətnamədə şahid ifadələrinə hüquqi qiymət verilməmişdir. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərarla müəyyən edilmişdir ki, guya o nlar iddia tələbini etiraf etmişlər. Halbuki, etiraf ərizəsi yazılı formada olmalıdır və bu etiraf məhkəmə tərəfindən təsdiq edilərək, məhkəmə iclas protokolunda göstərilməlidir. Onların isə iddiaçıya borcu olmasına dair hər hansı bir etiraf ərizələri olmamışdır. Qətnamədə qeyd edilmişdir ki, onlar qeyd etdikləri ilə bağlı məhkəməyə sübut təqdim edə bilməmişlər. Məhkəmədə 9 nəfər şahidin ifadəsi mötəbər sübut kimi qəbul edilməmişdir. Qeyd olunan şahidlər özlərinə məxsus olan bağ sahələrinin Dövlət aktlarını, həmin torpaq sahələrində xurma ağaclarının olmasına dair icra nümayəndəliyinin müvafiq arayışlarını da məhkəməyə təqdim etmişlər. Bu sübutlar da məhkəmə tərəfindən izahsız və cavabsız qalmışdır. Əslində isə iddiaçı tərəfindən istinad etdiyi halların sübutu olaraq məhkəməyə hər hansı mö təbər sübut təqdim edilməmişdir.
23. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinə qarşı etiraz edərək qeyd etmişdir ki, o, cavabdehlərə əslində 23.000 manatdan yuxarı məbləğdə beh verilməsi üçün pul vermiş, məhkəməyə təqdim etdiyi siyahıda göstərilən şəxslərdən və ondan artıq olan məbləğlərə görə malları vətəndaşlardan almışdır. Lakin, məhkəməyə təqdim etdiyi siyahıda olan şəxslərə də cavabdehlər beh verdiyini bildirmiş, lakin məhsul yığımı zamanı həmin şəxslərlə onu tanış etməyərək, məhsulun yığılmaqla alınmasının qarşısını almışlar. Buna baxmayaraq onun özü araşdırma apararaq cavabdehlərin onu müxtəlif şəxslər vasitəsi ilə aldatdığını və onun verdiyi pulu mənimsədiklərini başa düşmüşdür.
24. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X25 ifadə verərək bildirmişdir ki, o, cavabdehlərlə həmkəndli olmaqla, həm də onları xırda meyvə ticarətində vasitəçi kimi tanıyır. Belə ki, cavabdehlər ondan xurma alacaqlarını bildirmiş, 2021-ci ilin avqust ayında ona 1.000 manat beh vermişlər. Mal yığımı zamanı malın bazarda dəyəri 5 manata olsa da, cavabdehlər 3 manata ala biləcəklərini bildirmiş, o, isə malın 1 yeşiyinin bazarda dəyəri 5 manata olduğundan bu təkliflə razılaşmamışdır. Bundan sonra malının yarısı xarab olmuş, yarısını isə 2-3 manatdan satmışdır. İddiaçını tanımır, onunla hər hansı bir danışığı olmamışdır. Malının bir hissəsinin xarab olmasına, bir hissəsinin isə 2-3 manata satmasına baxmayaraq, malını cavabdehlərə satmamasının səbəbi onlarla arasında mübahisənin olması olmuşdur. Malın bazarda dəyərinin 5 manat olmasına baxmayaraq, 2-3 manata başqa şəxs lərə verməsinin səbəbi isə malının köhnəlməsi olmuşdur. Beh yazılı qaydada verilməmişdir, həmkəndli olduğundan cavabdehlərə etibarı olmuşdur.
25. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X16 ifadə verərək bildirmişdir ki, cavabdehlərlə həmkəndlidirlər. 2021-ci ilin avqust ayında cavabdehlər ondan xurma alacaqlarını bildirib ona 700 manat beh vermişlər. Behi aldıqdan sonra isə o, məhsulu yığımı ilə əlaqədar onları gözləmişdir. Malı 2021-ci ilin oktyabr ayında yığmış, cavabdehlər sonradan ona məhsulu 5 manat deyil 3 manata alacaqlarını bildirdiklərindən məhsulu onlara satmamış, məhsulu xarab olmuş və 402 yeşik məhsulu arxa atmışdır. Məhsulu başqasına da sata bilməmişdir. Sadin ona təxminən malın yığılması üçün 500 yeşik vermişdir.
26. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X15 ifadə verərək bildirmişdir ki, cavabdehləri 4-5 ildir ki, vasitəçilik edib mal yığan şəxslər kimi tanıyır. Onun 3 hektar ərazisi olan bağı vardır. Cavabdehlər onun bağına gələrək ondan xurma alacaqlarını bildirərək ona 1.000 manat beh vermişlər. Daha sonra iddiaçı ona zəng edərək behi onun göndərdiyini bildirmişdir. İddiaçı ona bağa baxmaq istədiyini bildirmiş, o, da etiraz etməmişdir. İddiaçı məhsulu görəndən sonra xırda malı 2 manatdan, böyük malı isə 4 manatdan alması təklifini vermiş, o, isə razılaşmamışdır. 4 manatlıq təklifi mövsüm müddətində verilmişdir. Bir müddətdən sonra onun özü malı iddiaçıya məhsulu 4 manata almasını təklif etsə də sonuncu məhsulu almaqdan imtina etmişdir. Buna görə də malının yarısı itkiyə getmişdir.
27. Məhkəmə kollegiyasının icla sında şahid qismində dindirilmiş X17 ifadə verərək bildirmişdir ki, onun meyvə bağı vardır. Cavabdeh1 və Cavabdeh2 2021-ci ilin avqust ayında ona 1.500 manat beh vermişlər. Həmin məbləğin 300 manatını onların əvvəldən gilasa görə olan borcuna çıxmış, qalan 1.200 manatı isə beh kimi qəbul edərək, Cavabdeh2 bazar qiymətinə xurma verməyə razılaşmışlar. Daha sonra cavabdehlər xurmanı ondan bazar qiymətinə deyil, 3 manata alacaqlarını bildirəndə o, bununla razılaşmamış və meyvəni 4,50 manatdan başqasına satmışdır. Məhkəmənin suallarına cavab olaraq isə bildirmişdir ki, iddiaçı ona zəng etmiş, cavabdehlərin ona nə qədər beh verdiklərini soruşmudur. Lakin, o, həmin şəxsi tanımadığından cavabdehlərin ona 200 manat beh verdiklərini bildirmişdir. Amma cavabdehlər ona 300 manat gilasa olan borcundan çıxmaq şərti ilə 1.200 manat beh vermişdir.
28. İddiaçı şahid Zilman Əliyevin ifadəsinə münasibətdə qeyd etmişdir ki, Zilman ona malı 4 manatdan almağı mövsüm qurtarandan sonra demişdir. Malın yığılması üçün Rizvana yeşik verilməsinin xahiş eləməsi ilə bağlı cavadbeh Sadinin ifadəsi yalandır. O, aldığı bütün malların yeşiyini özü vermişdir. Cavabdehlərə satıcılarla qiymət razılaşmasını aparmasını deməmişdir. Belə ki, cavabdehlər malı tapdıqdan sonra özü gedib məhsula baxıb qiymət razılaşması aparmışdır.
29. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-427/2023 nömrəli, 13 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev və İslam Həsənov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməs i dəyişdirilmədən saxlanılmışdır.
30. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında şifahi tapşırıq müqaviləsi bağlanaraq, iddiaçı tərəfindən cavadbehlərə xurma məhsulunun alınması üçün satıcıların müəyyən edilməsi və mövsüm zamanı xurmanın alınması üçün beh verilməsi ilə bağlı müvafiq tapşırıq verilmiş, hər yeşik xurmaya 50 qəpik muzd verilməsi razılaşdırılmışdır. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş siyahıda cavabdehlər tərəfindən 16 adda şəxsə 13.830 manat məbləğində behin verilməsi işin mübahisəsiz halı olmuşdur ki, cavabdehlər həmin məbləğdə behin siyahıda göstərilən şəxslərə yetişdirikləri xurmanın mövsüm vaxtı alınması ü çün beh olaraq verdiklərini, lakin iddiaçının mövsüm vaxtı məhsulu bazardan aşağı qiymətə almaq istədiyi üçün alqı-satqıların baş tutmadığını əsas gətirərək behlərin satıcılar tərəfindən geri qaytarılmadığını iddia etmişlər.
31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehlər iddiaçının tapşırığına əsasən ondan aldığı pulu malın alınması üçün beh olaraq, adları siyahıda qeyd olunan şəxslərə beh qismində verdiklərini iddia etməklə, behə dair razılaşmanın alıcılarla yazılı qaydada bağlanmadığını bildirmişlər. Cavabdehlərin iddia etdiyi kimi qeyd olunan məbləğdə pul vəsaiti beh qismində verildiyi təqdirdə cavabdehlərlə həmin şəxslər arasında bağlanmış beh razılaşması yazılı qaydada bağlanmadığından əhəmiyyətsiz əqd olmuşdur. Behə dair razılaşmaların şifahi qaydada bağlandığı qəbul edildiyi halda cavabdehlər qanunvericiliyin tələbinə riayət etməməklə behə dair razılaşmaları yazılı qaydada bağlamaqla, həmçinin Mülki Məcəllənin 781-ci maddəsinin tələbini pozaraq mövsüm zamanı həmin şəxslərin əksəriyyəti ilə bağlı lazımı məlumatları iddiaçıya təqdim etməmişlər ki, bununla da vəkalət verən qismində iddiaçının verdiyi tapşırığı icra etməmiş hesab olunmaqla yanaşı, işin qeyd edilən halları ümumiyyətlə cavabdehlərin siyahıda göstərilən şəxslərə beh vermələrini şübhə altına almışdır.
32. Birinci instansiya məhkəməsində məhkəməyə təqdim edilmiş siyahıda göstərilən beh verilmiş şəxslərdən yalnız şahid qismində Zilman Əliyev adlı şəxs dindirilmiş, cavabdeh tərəfindən təqdim edilmiş və birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş digər şahidlərin adı isə qeyd olunan siyah ıda olmamışdır. Buna görə də apellyasiya instansiyası məhkəməsində cavabdehlərə siyahıda qeyd olunan 16 nəfər şəxsin şahid qismində məhkəməyə təqdim edilməsi təklif edilmiş, cavabdehlər isə məhkəməyə həmin şəxslərdən yalnız X18, X10, X11, təkrar olaraq isə X7 şahid qismində məhkəməyə təqdim etməklə, digər şəxsləri məhkəməyə təqdim edə bilməmişlər. Təqdim edilmiş şahidlərdən X2 başqa digər şahidlər isə iddiaçını tanımadıqlarını bildirmişlər. Şahidlərin ifadəsi isə ziddiyyətli olmaqla, mötəbər hesab olunmamaqdadır. Belə ki, şahidlər cavabdehlərin onlara beh verdiklərini, lakin məhsulu bazar dəyərindən aşağı qiymətə almaq istəmələri səbəbindən razılaşmanın pozulduğunu və məhsullarının əksər hissəsinin məhv olduğunu iddia etmişlər ki, şahidlərin malın bir yeşiyinin 5 manata alan başqa alıcılar ın olmamasına baxmayaraq, məhsulun bir yeşiyini cavabdehlərin təklif etdiyi 3 manata satmağa razı olmamaqla, mallarının xarab olmasına rəvac vermələri inandırıcı olmamışdır.
33. Məhkəmə kollegiyası Mülki Məcəllənin 492.2-ci maddəsinə istinad edərək bildirmişdir ki, hazırkı işdə iş üzrə dindirilmiş şahidlər cavabdehlərin təqsiri üzündən müqavilənin icra edilmədiyini və buna görə də məhsullarının xarab olmasını bildirsələr də xarab olmuş məhsullarına görə onlara dəymiş zərəri də indiyədək tələb etməmişlər. Digər tərəfdən məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində cavabdehlərdən 1.500 manat beh almasına baxmayaraq, iddiaçının ona zəng vurduğu zaman cavabdehlərin ona 200 manat beh verməsi ilə bağlı doğru olmayan məlumatı iddiaçıya bildirməsini etiraf etmiş, bunu isə ağlabatan hesab olunmayan, iddiaçının tanımaması arqumenti ilə əsaslandırmışdır ki, bu hallar həmin şahidlərin ifadəsinin mötəbər olmamasını təsdiq etmişdir.
34. Bundan başqa, məhkəmə iclasında iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş siyahıda 500 manat beh verilməsi göstərilən Zərifə adlı şəxs cavabdehlərdən Cavabdeh1 anası, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Oqtay adlı şəxs isə qaynı olmuşdur ki, yuxarıda qeyd olunan və bu faktlar da iddiaçının cavabdehlər tərəfindən tapşırıq müqaviləsinin icra edilməməsi ilə əlaqədar ona zərər vurması ilə bağlı iddiasının əsaslı olmasını təsdiq etmişdir.
35. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini, Mülki Məcəllənin 329.1, 337.4, 337.5, 491.1, 491.2, 492.1, 492.2, 777.1, 777.2, 779.1, 781-ci maddələrinə və Mülki Prosessual Məcəllən in 14.2, 76.1, 77, 88, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
36. Qətnamədən cavabdehlər (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə qərar qəbul edilməsini, bu mümkün olmadıqda işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir.
37. Kassasiya şikayəti iddia ərizəsinə etiraz və apelyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, onlar yuxarıda göstərdiklərinin sübutu kimi məhkəməyə bağ sahiblərini şahid qismində təqdim etmişlər. Məhkəmə iclasında həmin şahidlər dindirilmiş və şahidlərin hər biri onların g östərdiyi xüsusatları təsdiq etmişlər. Hakim isə öz qətnaməsində həmin şahidlərin ifadələrini yazmaqla kişayətlənmişdir. Yəni qətnamədə şahid ifadələrinə hüquqi qiymət verilməmişdir. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərarla müəyyən edilmişdir ki, guya onlar iddia tələbini etiraf etmişlər. Hamıya məlumdur ki, etiraf ərizəsi yazılı formada olmalıdır və bu etiraf məhkəmə tərəfindən təsdiq edilərək, məhkəmə iclas protokolunda göstərilməlidir. Onların isə iddiaçıya borclarının olmasına dair hər hansı bir etiraf ərizələri olmamışdır. Əlavə olaraq qeyd olunmalıdır ki, qənamədə qeyd edilmişdir ki, onlar qeyd etdikləri ilə bağlı məhkəməyə sübut təqdim edə bilməmişlər. Görəsən məhkəmə də onların dediklərini təsdiq edən 9 nəfər şahidin ifadə si niyə mötəbər sübüt kimi qəbul edilməmişdir. Əslində isə iddiaçı tərəfindən istinad etdiyi halların sübutu olaraq məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
38. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
39. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
40. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
41. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
42. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
43. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onla r bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
44. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
45. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
46. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kredi tora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
47. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
48. Maddə 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir.
49. Maddə 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır.
50. Maddə 492.1. Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır.
51. Maddə 492.2. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur.
52. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
53. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müq avilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir..
54. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.
55. Maddə 781.Vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir.
56. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı form ada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
60. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 6
1. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
62. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
63. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
64. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallar ına uyğun olmamasına istinad etməyə yol verilmir.
65. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
66. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
67. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
68. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbi q olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
69. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
70. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən tam mübahisələndiril diyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
72. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayə tinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
73. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
74. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin M əcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
75. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etm işdir.
76. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
77. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-427/2023 nömrəli, 13 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.