Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3613/2024 06.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Ləğv prosesində olan Cavabdeh2 ASC-yə, Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığorta Fonduna və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ipotekaya xitam verilməsi barədə” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ipotekaya xitam verilməsinin əsasları, əsas öhdəlik üzrə iddia müddəti keçdiyi halda ipotekaya xitam verilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhlima n Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 iyul 2024-cü il tarixli, 2(103)3407/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Cavabdeh2 ASC tərəfindən 1.1.X2 ilə bağlanılmış 29 may 2009-cu il tarixli kredit müqaviləsi ilə illik 16%-lə 12 ay müddətində 100.000 manat, 1.2.X2 ilə bağlanılmış 30 iyun 2009-cu il tarixli kredit müqaviləsi ilə illik 16%-lə 12 ay müddətində 85.000 manat, 1.3.X6 ilə bağlanılmış 29 dekabr 2010-cu il tarixli kredit müqaviləsi ilə illik 14%-lə 12 ay müddətində 216.000 manat; 1.4.X9 ilə bağlanılmış 04 fevral 2010-cu il tarixli kredit müqaviləsi ilə illik 16 %-lə 12 ay müddətinə 49000 manat, 1.5.X9 ilə bağlanılmış 13 dekabr 2010-cu il tarixli kredit müqaviləsi ilə illik 14%-lə 6 ay müddətinə 4000 manat, 1.6.X9 ilə bağlanılmış 10 yanvar 2011-ci il tarixli kredit müqaviləsi ilə illik 14%-lə 12 ay müddətinə 120.000 manat, 1.7.X9 ilə bağlanılmış 14 iyun 2011-ci il tarixli kredit müqaviləsi ilə illik 12%-lə 12 ay müddətinə 20.000 manat, 1.8.X8 ilə bağlanılmış 26 aprel 2010-cu il tarixli kredit müqaviləsi ilə illik 15%-lə 12 ay müddətinə 25000 manat, 1.9.X8 ilə bağlanılmış 28 dekabr 2010-cu il tarixli kredit müqaviləsi ilə illik 15%-lə 6 ay müddətinə 110.000 manat, 1.10. X8 ilə bağlanılmış 28 oktyabr 2010-cu il tarixli kredit müqaviləsi ilə illik 14%-lə 12 ay müddətinə 61.000 manat, 1.11. "xxxx" MMC ilə bağlanılmış 03 dekabr 2010-cu il tarixli kredi t müqaviləsi ilə illik 14%-lə 12 ay müddətinə 308.600 manat məbləğində kredit verilmişdir.
2. İddiaçı Cavabdeh2 ASC ilə bağladığı 28 yanvar 2011-ci il tarixli, FP/Q 011011 saylı ipoteka müqaviləsi ilə mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, H.Pənahov küçəsində istifadədə olan 0,06195 ha torpaq sahəsində yerləşən 2 ədəd 2 mərtəbəli, 7 otaqlı, 307,4 kv.m yaşayış, 538,7 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evi X4 ilə bağlanmış 13 oktyabr 2009-cu il, Mehman Əliyevlə bağlanmış 26 aprel 2010-cu il tarixli, 21 may 2010-cu il tarixli, 28 dekabr 2010-cu il tarixli, Zaur Namazovla bağlanmış 04 fevral 2010-cu il, 30 noyabr 2010-cu il tarixli, 13 dekabr 2010-cu il tarixli, Natiq Mehtiyevlə bağlanmış 29 may 2010-cu il, 22 fevral 2010-cu il tarixli, Emin Heydərovla b ağlanmış 29 dekabr 2010-cu il tarixli, habelə "xxxx" MMC ilə bağlanmış 03 dekabr 2010-cu il, 06 dekabr 2010-cu il və 15 dekabr 2010-cu il tarixli müqavilələr əsasında verilən kreditlərin və onlara hesablanmış faizlərin qaytarılmasının təminatı olaraq Cavabdeh2 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 iyin 2018-ci il tarixli qətnaməsi ilə Ləğv prosesində olan Cavabdeh2 ASC-nin X1, X3, X7, X5, "xxxx" MMC-yə və iddiaçıya qarşı yuxarıda qeyd edilən “kredit müqavilələri üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Emin Heydərovdan 29 dekabr 2010-cu il tarixli təminatsız kredit müqaviləsi üzrə 107.911,21 manat məbləğində əsas, 19.552 manat məbləğində faiz borcu olmaqla, cəmi 127. 463,21 manat məbləğində borcun, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Ləğv prosesində olan Cavabdeh2 ASC-nin xeyrinə tutulması, tutmanın kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş iddiaçıya məxsus olan Fərdi yaşayış evinə yönəldilməsi, onun açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına kredit borcu və dövlət rüsumunun ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyana - iddiaçıya qaytarılması, ipoteka predmeti olan Fərdi yaşayış evinin ilkin satış qiymətinin 1.780.000 manat məbləğində müəyyən edilməsi, Fərdi yaşayış evi satıldıqda iddiaçının 1 (bir) ay ərzində həmin evi tərk etmədiyi halda onun məcburi qaydada çı xarılması, iddia tələbinin qalan hissədə kredit müqavilələri üzrə iddia müddəti ötürülməsi əsası ilə rədd edilməsi qət edilmişdir.
4. Emin Heydərov 29 dekabr 2010-cu il tarixli müqavilə üzrə məhkəmə qətnaməsi ilə müəyyən edilən borc öhdəliyini tam ödəmişdir.
5. Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığorta Fondunun Kreditlərin idarə edilməsi departamentinin 04 avqust 2023-cü il tarixli arayışa əsasən Cavabdeh2 ASC ilə Mehman Əliyev arasında bağlanmış xx.xx.2010-cu il tarixli və xx.xx.2010-cu il tarixli, Zaur Namazovla bağlanmış xx.xx.2010-cu il və xx.xx.2010-cu il tarixli, Natiq Mehtiyevlə bağlanmış xx.xx.2010-cu il və xx.xx.2010-cu il və "xxxx" MMC ilə bağlanmış xx.xx.2010-cu il tarixli kredit müqavilələri üzrə öhdəliklər yerinə yetirilmədiyi üçün ipoteka ilə yükl ü edilmiş əmlakın girovdan azad edilməsinin mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Ləğv prosesində olan Cavabdeh2 ASC-yə, Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığorta Fonduna və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh2 ASC arasında Fərdi yaşayış evinə dair bağlanmış xx.xx.2011-ci il tarixli FP/Q-011-011 saylı ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, həmin ipoteka müqaviləsi üzrə ona məxsus olan fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsi və bu barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınm az əmlakın reyestrində müvafiq qeydlərin aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ASC ilə Natiq Mehdiyev arasında xx.xx.2009-cu il tarixli və xx.xx.2009-cu il tarixli, Emin Heydərov arasında xx.xx.2010-cu il tarixli, Zaur Namazov arasında xx.xx.2011-ci il tarixli və xx.xx.2011-ci il tarixli, Mehman Əliyev arasında xx.xx.2010-cu il tarixli və xx.xx.2010-cu il tarixli, "xxxx" MMC arasında xx.xx.2010-cu il tarixli, eləcə də xx.xx.2009-cu il tarixli, xx.xx.2010-cu il tarixli, xx.xx.2010cu il tarixli, xx.xx.2010-cu il tarixli, xx.xx.2010-cu il tarixli, xx.xx.2010-cu il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2010-cu il tarixli kredit müqavilələri üzrə öhdəliklərin təmin edilməsi üçün sözü gedən ipoteka müqaviləsi bağlanmış və mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olan fərdi yaşayış evi Cavabdeh2 ASC-nın xeyrinə ipoteka ilə yüklü edilmiş, bu barədə DƏDR-də qeydiyyat aparılmışdır. İddiaçı Ləğv prosesində olan Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Natiq Mehdiyevdən xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə 99.000 manat, xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə 84.000 manat əsas borcların, cavabdeh Emin Heydərovdan xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə 117.911,21 manat əsas, 19.552 manat faiz borcu olmaqla, cəmi 137.463,21 manat borcun, cavabdeh Zaur Namazovdan, xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə 12.560 manat, xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə 2.061 manat faiz borclarının, cavabdeh Mehman Əliyevd ən xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə 109.000 manat əsas borcun, xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə 60.000 manat əsas, 8.450 manat faiz olmaqla cəmi 68.540 manat borcun, "xxxx" MMC-dən xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə 279.377 manat əsas, 2.865,26 manat faiz borcu olmaqla, cəmi 282.242,26 manat borcun tutulması, qeyd edilən kredit müqavilələri üzrə tutmanın mülkiyyət hüququ üzrə ona məxsus Fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərracdan satılması, bankın kredit tələbinin satılmış əmlak hesabına ödənilməsi, tələb yönəldilən fərdi yaşayış evinin satıldıqdan 1 ay sonra boşaldılması, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bak ı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 iyin 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Emin Heydərovdan xx.xx.2010-cu il tarixli təminatsız kredit müqaviləsi üzrə 107911,21 manat məbləğində əsas, 19552 manat məbləğində faiz borcu olmaqla, cəmi 127463,21 manat məbləğində borcun, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın kredit müqaviləsinin təminat qismində ipoteka ilə yüklü edilmiş, ona məxsus olan Fərdi yaşayış evinin açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına kredit borcu və dövlət rüsumunun ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin Fərdi yaşayış evini n ilkin satış qiymətinin 1.780.000 manat məbləğində müəyyən edilməsi, Fərdi yaşayış evi satıldıqda onun 1 ay ərzində həmin evi tərk etmədiyi halda onun məcburi qaydada çıxarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış (likvid) qiymətinin ******* manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilərək, ******* manat məbləğində müəyyən edilmiş, qətnamə X2, X9, X8, İddiaçı və "xxxx" MMC-yə aid kredit müqavilələri üzrə borcların tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi M ülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-1539/2022 saylı Qərarına əsasən iddiaçı Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. ƏSF-nun Kreditlərin idarə edilməsi departamenti tərəfindən ona verilmiş xx.xx.2023-cü il tarixli arayışda qeyd edilir ki, Cavabdeh2 ASC ilə X6 arasında bağlanmış xx.xx.2010-cu il tarixli Kredit müqaviləsi üzrə borc öhdəliyinin mövcud deyildir. ƏSF-nun Kreditlərin idarə edilməsi departamenti tərəfindən onun xəbərdarlıq məktubuna verilmiş xx.xx.2023-cü il tarixli arayışda isə qeyd edilir ki, Cavabdeh2 ASC ilə X8 arasında bağlanmış xx.xx.2010-cu il tarixli və xx.xx.2010cu il tarixli kredit müqavilələri üzrə, X9 arasında bağlanmış xx.xx.2010-cu il tarixli və xx.xx.2010-cu il tarixli kredit müqavilələri üzrə, X2 arasında bağlanmış xx.xx.2009-cu il tarixli və xx.xx.2010-cu il tarixli kredit müqavilələri üzrə və "xxxx" MMC arasında bağlanmış xx.xx.2010cu il tarixli kredit müqavilələri üzrə öhdəliklər yerinə yetirilmədiyi üçün əmlakın girovdan azad edilməsi məqsədəmüvafiq hesab edilmir.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(011)6532/2023 nömrəli qətnaməsi ilə (hakim P.Zamanlı) iddia tələbi təmin edilmişdir.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 148, 151-ci, Mülki Məcəllənin 152.1, 152.5, 269.1, 269.2, 269.5, 367.1, 372.1, 376-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırılmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. Cavabdeh Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 iyul 2024-cü il tarixli, 2(103)-3407/2024 nömrəli qətnaməsi ilə (hakim İ.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər E.Kazımov və N.Cəfərov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir.
12. Apellyasiya instansiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, ayrı-ayrı fiziki şəxslərin müxtəlif məqsədlərlə 2009-2011-ci il tarixlərdə, ən çox 24 ay müddətinə LPO Cavabdeh2 ASC ilə bağladıqları kredit müqavilələrinin təminatı olaraq iddiaçı ilə LPO Cavabdeh2 ASC arasında xx.xx.2011-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsi ilə iddiaçıya məxsus Fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Sözü gedən ipoteka müqaviləsinin müddəti bağlanılmış kredit müqavilələrinin müddəti ilə müəyyən edilmişdir.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 fevral 2022-ci il tarixli qərarında göstərilmişdir ki,.. Mülki Məcəllənin 376-cı maddəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddətinin keçdiyi təsbit edilmişdir. Əsas tələb üzrə iddia müddətinin keçməsi səbəbindən onun məcburi icrası mümkün olmadığından, bu tələblə bağlı olan girov və ipotekaya da məcburi tutmanın yönəldilməsi istisna edilmişdir. Beləliklə, əlavə öhdəlik kimi ipoteka müstəqil deyil, əsas öhdəlikdən asılıdır və əsas öhdəlik üzrə pozulmuş hüquqların məhkəmə qaydasında bərpası imkanı məhkəmə tərəfindən Mülki Məcəllənin 375.2-ci maddəsi tətbiq edilərək aradan qalxırsa, bu halda əsas öhdəliyin təminatı olan ipoteka üzrə də pozulmuş hüquqların məhkəmə qaydasında müdafiə imkanı itirilmiş olur. Bununla yanaşı o da göstərilməlidir ki, girov (ipoteka) hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əmlak hüququ olaraq müddətsiz xarakter daşıyır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında da vurğulanmışdır ki, əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır. Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümum i prinsiplərindən biridir və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilikdən çıxış edərək belə qənaətə gəlir ki, əsas tələb üzrə iddia müddəti keçdiyi halda əlavə tələb olaraq ipotekaya məcburi tutma yönəldilə bilməsə də, ipotekaya xitam verilmir və ipoteka predmetinin yüklülüyü davam edir.
14. Göründüyü kimi ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur.
15. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan hallarını düzgün müəyyən etməyər ək yanlış nəticəyə gəlmişdir.
16. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, əsas tələb üzrə iddia müddəti keçdiyi halda əlavə tələb olaraq ipotekaya məcburi tutma yönəldilə bilməsə də, ipotekaya xitam verilmədiyindən və ipoteka predmetinin yüklülüyü davam etdiyindən hazırkı tələb təmin edilə bilməz.
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 269.1, 269.2, 269.5, 367.1, 372.1, 376-ci, “İpoteka haqqında” Qanunun 48.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 202 2-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
18. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 iyul 2024-cü il tarixli, 2(103)-3407/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Konstitusiyasının 13, 25, 60, 148, 151-ci, Mülki Məcəllənin 152.1, 152.5, 269.1, 269.2, 269.5, 367.1, 372.1, 376 və 739-cu, Mülki Prosessual Məcəllənin 1, 8, 9, 14-cü maddələrinin pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir.
20. Belə ki, fərdi yaşayış evinin qeyri-müəyyən müddətə yüklü qalması, qeyr imüəyyən müddət çərçivəsində mülkiyyətçinin fərdi yaşayış evinə dair öz mülkiyyət hüquqlarını tam həyata keçirə bilməməsi iddiaçının fərdi marağına uyğun deyil, eyni zamanda bu vəziyyət tərəflərin maraqları arasında mütənasiblik (ədalətli balansın qorunması) meyarına da ziddir. Belə ki, ipoteka saxlayanın bu hüquqla bağlı qeydə alınmış üstün hüququndan istifadə edərək qeyri-müəyyən müddətə hərəkətsizlik etməsi, yəni müqavilədə göstərilən və qanunla müəyyən edilmiş müddət ərzində kreditin qaytarılması üçün tədbirlər görməməsi, məsələn məhkəməyə müraciət etməməsi iddiaçının mülkiyyət hüququnun qeyri-müəyyən müddətə məhdudlaşdırılması ilə nəticələnə bilər. Cavabdeh Əmanətlərin Sığortlanması Fondunun fərdi yaşayış evini yüklülükdən azad etməməsi Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı P rotokolunun 1-ci maddəsində nəzərdə tutulan 2-ci qaydanın tətbiqi kimi, yəni mülkiyyətə nəzarətin həyata keçirilməsi vasitəsi kimi qəbul edilə bilərdi. Lakin məhkəmə qeyd edir ki, istifadə edilən hər bir vasitənin tətbiqi şəxsin əmlakından istifadəyə nəzarət etmək üçün nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi məqsədəuyğunluğu arasında ağlabatan mütənasiblik mütləq gözlənilməlidir. Bu tədbirlərin həyata keçirilməsi mütənasibliyi tədbirin müddəti, mülkiyyət hüququna malik olan şəxsin əmlaka olan ehtiyacının zəruriliyi və s. amillərlə müəyyən edilə bilər. Yuxarıda da şərh edildiyi kimi, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün tətbiq edilən tədbirin müddət qeyri-müəyyən ola bilməz, belə tədbirin müddəti hər hansı konkret müddətlə məhdudlaşdırılmalı, yaxud belə müddət ağlabatanlıq me yarlarına cavab verməlidir. LPO Cavabdeh2 ASC ilə bağlanmış kredit müqavilələri üzrə öhdəliyin icrası müddətlərinin keçməsi və qanunla müəyyən edilmiş müddət ərzində borcların qaytarılması, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi üçün tədbirlərin görülməməsi nəticəsində fərdi yaşayış evinin ipoteka yüklülüyündə qalması mülkiyyətə nəzarətin qeyri-müəyyən müddətə qüvvədə qalması deməkdir ki, bu da heç bir ağlabatanlıq meyarına uyğun deyil və mülkiyyət hüququnun məhdudluğu on illər boyu davam edə bilməz. Beləliklə şərh edilənlər əsasında iddia tələbi və onunla bağlı kassasiya şikayəti əsaslı olduğundan təmin edilməlidir.
21. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
22. Cavabdeh Əmanətlərin S ığortalanması Fondu kassasiya şikayətinə qarşı etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
23. Etiraz Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 11 fevral 2022-ci il tarixli qərarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, kredit münasibətlərində iddia müddətinin tətbiqi əmlakın ipoteka yüklülüyündən azad olunması üçün əsas deyildir. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Girov (ipoteka) hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əmlak hüququ olaraq müddətsiz xarakter daşıyır. Kassasiya baxışının hədləri:
24. Azərbaycan Respu blikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
25. Kass ator apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: 26. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 48.1-ci maddəsinə əsasən ipotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.2-1. ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda.
27. Azərbaycan Respublikası Mülki Pr osessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına, habelə cavabdehin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə kollegiyası həmin dəyərləndirmə ilə razılaşır.
30. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin halları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 11 fevral 2022-ci il tarixli qərarının qəbul edilməsi üçün əsas olmuş işin halları ilə eynilik təşkil edir. 31. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Resp ublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” həmin Qərarda isə Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur.
32. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri üzrə əlavə əsaslandırma aparılmasını prosessual qənaət prinsipinə əsasən zərurət bilmir və hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həll i üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 iyul 2024-cü il tarixli, 2(103)-3407/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.