Məhkəmə qərarları › İş №2(102)-3615/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3615/2022

29.06.2022 · Sair mülki iş - Digər - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3615/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ilk, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ iş № 2(102)-3615/2022 (açar sözlər: avtomobilin qaytarılması, pul tələbi, miras əmlakın bölüşdürülməsi) Bakı şəhəri, 29 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “avtomobilin qaytarılması” barədə ilk, X5 və Cavabdeh2 İddiaçı qarşı “mirasa daxil olan pulun tutulm ası” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-212/2022 nömrəli, 19 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdehlərin kassasiya şikayətlərinə 29 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra “iddiaçı”) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra “cavabdehlər”) övladı X3 ilə 03 oktyabr 2011-ci il tarixdə rəsmi nikaha daxil olublar. İddiaçının bu nikahdan üç yetkinlik yaşına çatmayan övladı var. X3 10 noyabr 2020-ci il tarixdə vətənin bütövlüyü uğrunda gedən müharibədə həlak olmuş, ona “şəhid”, ailəsinə isə “şəhid ailəsi” statusu verilmişdir.

2. İddiaçı ilə birgə nikah münasibətlərində olduqları dövrdə, yəni, 19 fe vral 2014-cü il tarixdə, ** BO *** dövlət qeydiyyat nişanlı, VAZ 21723 markalı minik avtomobili alqı-satqı qaydasında mərhum X2 adına qeydiyyata alınmışdır. X2 vəfatından sonra notariat orqanı həmin əmlakda iddiaçının ½ mülkiyyət payını, digər ½ paya münasibətdə isə 6 vərəsənin payını müəyyən etməklə həmin avtomobilin 10/12 hissəsi iddiaçının və onun himayəsində olan azyaşlı uşaqlarının payı kimi, digər 2/12 hissəsi isə cavabdehlərin payı kimi müəyyən edilmişdir.

3. X2 dəfn mərasimlərinin təşkili və keçirilməsi məqsədi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 2020-ci ilin noyabr ayında iddiaçının hesabına 3000 manat məbləğində pul müavinəti köçürülmüşdür.

4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Daxili Qoşunların sabiq hərbi qulluqçusu X3 şəhid olduqdan sonra onun noyabr ayının aylıq pul təminatı 1366,43 manat, birdəfəlik pul müavinəti 1931,67 manat, döyüş əməliyyatlarında iştirakına görə 1662,27 manat olmaqla cəmi 4960,37 manat hesablanaraq iddiaçının hesabına köçürülmüşdür.

5. Bundan başqa, X16 tərəfindən 10000 manat pul vəsaiti iddiaçıya verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Şəki Rayon Məhkəməsinə əvvəl iddia, sonradan isə iddia tələbinin dəyişdirilməsi və dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək mərhum həyat yoldaşından ona miras qalmış ** BO *** dövlət qeydiyyat nişanlı, VAZ 21723 markalı minik avtomobilinin cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X3 10 noyabr 2020-ci il tarixdə İkinci Qarabağ müharibəsi dövründə gedən döyüş əməliyyatlarında şəhid olmuşdur. Ərinin vəfatından sonra o, azyaşlı uşaqları ilə birlikdə cavabdehlərin yaşadıqları ünvandan Zaqatala şəhərinə köçmüşdür. Birgə nikahları dövründə, yəni 19 fevral 2014-cü il tarixdə ərinin adına ** BO *** dövlət nişanlı VAZ 21723 minik markalı avotomobil alınmışdır. Buna baxmayaraq, miras qalmış avtomobil cavabdehlər tərəfindən saxlanılır.

8. İddiaçı avtomobilin qiymətləndirilməsi, daha sonra satılaraq əldə olunan vəsaitin vərəsələrin paylarına uyğun bölüşdürülməsinə dair cavabdehlərə müraciət etsə də, nəticə əldə edilməmişdir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

9. İddiaçı tələbinin hüquqi əsası kim i Mülki Məcəllənin 225.1-ci maddəsinə istinad etmişdir.

10. Cavabdeh ilk iddiya etiraz edərk göstəriblər ki, iddiaçının iddia etdiyi avtomobili o, 2014-cü ildə oğlu üçün hədiyyə almışdır. Həmin avtomaşını alanda onu əvvəlcə öz adına almış, sonra isə oğlunun adına keçirtmişdir. Maşını alanda 4000 manatını borc almış, qalan pulu isə o, yoldaşı və oğlu qoymuşlar.

11. Cavabdehlər də qarşılıqlı iddia, sonradan isə qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək iddiaçıdan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilən 3000 manatın, X10 verilmiş 10000 manatın 2/6 hissəsinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 5000 manatın 2/6 hissəsinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəf indən verilmiş 2000 manatın 2/6 hissəsinin, onun qalıq əmək haqqının, yəni 4960,37 manatın yarısının 2/6 hissəsinin alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.

12. Cavabdehlər qarşılıqlı iddia tələblərini onunla əsaslandırmışlar ki, övladı X3 şəhid olanadək 14 il ərzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarda hərbi xidmətdə olmuşdur. Onlar bir ailə kimi mehriban yaşamışlar. Oğlu xidmətdə olduğu dövrdə o, həmişə həm gəlini olan iş üzrə iddiaçının və həm də iddiaçının himayəsində olan 3 nəvəsinin qayğıları ilə maraqlanmış və onların qayğılarını həll etmişdir. Nəvələri məhz onun himayəsi altında məktəbə getmişlər. Oğlu vəfat edəndən sona qarşılıqlı iddiada göstərilən pul məbləğlərindən məlumatı olmamışdır. Lakin oğlunun şəhid olması ilə bağlı dövlət tərəfindən ödənilən 11000 manat sığorta pulundan öz paylarına düşən hissəni almışlar. Bununla bağlı paylarına düşən Prezident təqaüdü də onlara verilmişdir.

13. Oğlunun şəhid olması ilə bağlı X16 tərəfindən verilən 10000 manat vəsaitin hamısını iddiaçı almışdır. Halbuki X11 əməkdaşları 10000 manat pulun bölünməli olduğunu demişlər. Lakin iddiaçı həmin pulun ona çatmalı olduğunu bildirmişdir. Bundan başqa, oğlunun 40 mərasiminin sabahısı günü iddiaçı uşaqlarını da götürüb onun yaşadığı ünvanı tərk edib getmişdir. Ona oğlunun dəfn mərasimində ünvan 2iyyətindən 3000 manat pul gətirmişlər və həmin pulun alınması ilə bağlı iddiaçı imza etmiş və pulu götürmüşdür. Sonra onlar bununla maraqlandıqda, Cəfərabad kənd İcra Nümayəndəsi həmin pulun 1000 manatının şəhidin uşaqları üçün, 1000 manatının dəfn üçün, 1000 manatın isə şəhidin baş daşı üçün nəzərdə tutulduğunu bildirmişdir.

14. Sonradan iddiaçı ünvan 2iyyətindən verilmiş 3000 manat puldan 2000 manatını onlara vermişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş 3000 manat pulu da bütünlükdə iddiaçı özü götürmüşdür. Bundan başqa oğlu şəhid olmamışdan əvvəl onun üçün hesablanmış əmək haqqı qalığının da hamısını iddiaçı özü götürmüşdür.

15. İddiaçı qarşılıqlı iddiaya etiraz etmişdir. Etirazın dəlilləri: - X16 tərəfindən 10000 manat pul vəsaiti məhz şəhidin arvadı olan onun və onun himayəsində olan şəhid uşaqları üçün ayrılmışdır. Ruslan Sadıqovun birinci adnasına gəlmiş X11 nümayəndəsi də məhz bu şəkildə məlumat vermişdir. Ərinin şəhid olması ilə bağlı ünvan 2iyyətindən 300 0 manat pulu ona əlbəəl verərək yardım etmişlər. Ərinin şəhid olması ilə bağlı xaricdə yaşayan Azərbaycanlılar ona 2 bank kartı göndərmişlər və hər kartda 500 manat olmaqla cəmi 1000 manat pul olmuşdur. Beynəlxalq Bankda da onun adına 3000 manat pul vurulmuş və həmin pulu da çıxarmışdır; - ərinin şəhid olması ilə bağlı sığortadan ödənilmiş 11.000 manatın müvafiq hissəsini almışdır. Ərinin şəhid olması ilə bağlı 4960.37 manat da Daxili qoşunlardan onun hesabına köçürülmüşdür. Ərinin şəhid olması ilə bağlı 5000 manat X17 tərəfindən məhz mərhumun həyat yoldaşı olaraq ona göndərilmişdir; - ərinin şəhid olması ilə bağlı Daxili Qoşunlardan ona 2000 manat pul verilməmişdir; - mərhum həyat yoldaşı avtomaşını almağa gedəndə qayınatası Amiraslanla birlikdə getmişdir. Ancaq cavabdehlərin alınmış av tomobilə heç bir aidiyyatları yoxdur. Ona görə ki, avtomaşını mərhum ərinin 12-13-cü maaşlarını toplamaqla və bankdan kredit götürüb almışlar. Avtomaşınla bağlı götürülmüş kredit borcunu da mərhum həyat yoldaşı ödəmişdir; - X10 ayrılan pul vəsaiti ona cavabdehlərin yanında verilmiş və məhz onun üçün verilmişdir. Həm X10, həm də DİN-dən verilən vəsait sırf şəhidin ailəsinə verilmiş vəsaitdir. Səfərvərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti pulu şəhidin dəfn mərasimi üçün vermişdir. O, yasda İcra Hakimiyyətindən alınan 2000 manat pulu və xaricdə yaşayan Azərbaycanlıların göndərdiyi 1000 manatı qayınanasının bacısına vermişdir.

16. Şəki Rayon Məhkəməsinin 2(075)-708/2021 saylı, 05 oktyabr 2021-ci il qətnaməsi ilə ilk iddia təmin olunmuş, mərhum X1 miras qalmış ** BO *** dövlət qeydiy yat nişanlı, VAZ 21723 markalı avtomobilin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilən 3000 manat, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən mərhum X2 qalıq əmək haqqı olaraq ödənilmiş 4960,37 manatın yarısının 2/6 hissəsinin, yəni 826,73 manatın alınaraq Cavabdeh1 və Cavabdeh2 ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddialarının qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. (hakim Elçin Mehdiyev)

17. Birinci instansiya məhkəməsi iş materiallarında olan sənədlərə əsasən müəyyən etmişdir ki, iddiaçının əri, X6, X7, X4 atası, cavabdehlərin övladı X3 10 noyabr 2020-ci il tarixdə İkinci Qaraba ğ müharibəsində şəhid olmuşdur. Onun sağlığında, yəni iddiaçı ilə birgə nikah münasibətlərində olduqları dövrdə 19 fevral 2014-cü il tarixdə alqısatqı qaydasında mərhum X2 adına ** BO *** dövlət qeydiyyat nişanlı, VAZ 21723 markalı minik avtomobili qeydiyyata alınmışdır. X3 10 noyabr 2020-ci il tarixdə İkinci Qarabağ müharibəsində şəhid olduqdan sonra X16 tərəfindən iddiaçıya 10000 manat pul vəsaiti verilmiş, dəfn mərasimlərinin təşkili və keçirilməsi məqsədi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçının adına 2020-ci ilin noyabr ayında Azərbaycan Beynəlxalq Bankında açılmış hesaba 3000 manat pul köçürülmüşdür. Həmçinin şəhidə aid olmuş cəmi 4960,37 manat hesablanaraq arvadı olan iddiaçının Kapital Bank ASC-nin Şəki filialına köçürülmüşdür.

18. Həmçinin müəyyən edilib ki, X2 vəfatından sonra notariat orqanı avtomobildə iddiaçının ½ mülkiyyət payını, digər ½ paya münasibətdə isə 6 vərəsənin payını müəyyən etməklə həmin avtomobilin 10/12 hissəsini iddiaçı və onun himayəsində olan azyaşlı uşaqlarının payı kimi, digər 2/12 hissəsi isə cavabdehlərin payı kimi ayırmışdır.

19. Birinci instansiya məhkəməsinin ilk iddiaya münasibətdə mövqeyi ondan ibarət olmuşdur ki, mərhumun vərəsələri olan azyaşlı uşaqlarına aid olan payda onların adından çıxış etmək səllahiyyəti qanunvericiliyin tələbinə uyğun olaraq anaya aid edilmişdir.

20. İddiaçının himayəsində olan uşaqları ilə birlikdə mübahisə predmeti olan avtomobildə daha çox paya, yəni 10/12 paya sahib olması, avtomobilin naturada bölünməsinin mümkünsüzlüyü, daha az pay sahibinin özünün daha çox paya sahib tərəfdən əmlakın ona aid hissəsinin dəyərinin ödənilməsini tələb etmək imkanının, əmlakda əhəmiyyətli paya malik iddiaçının cavabdeh tərəfə kompensasiya vermək hüququnun olmasını nəzərə alaraq birinci instansiya məhkəməsi hesab edib ki, əmlakda əhəmiyyətli paya malik olan iddiaçı cavabdehlərdən avtomobilin naturada alınaraq ona verilməsini tələb etməkdə haqlıdır.

21. Birinci instansiya məhkəməsi bu hissədə gəldiyi nəticəni Mülki Məcəllənin 213.1-213.4, 215.1 215.2, 215.4, 220.1-220.4, 225.1-ci maddələri ilə əsaslandırmışdır.

22. Qarşılıqlı iddia tələbi ilə bağlı isə birinci məhkəməsi qeyd etmişdir ki, iddiaçının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilən 3000 manatın, mərhumun qalıq əmək haqqından yəni 4960,37 manatın yarısının 2/6 hissəsinin alınm ası hissəsində qarşılıqlı iddia tələbini qəbul etməməsinə baxmayaraq, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilən 3000 manatın məhz şəhid baş çavuş X2 dəfn mərasimlərinin təşkili və keçirilməsi məqsədi ilə iddiaçının adına açılmış bank hesabına köçürüldüyü, mərhumun qalıq əmək haqqından yəni 4960,37 manat vəsaitin məhz mərhuma aid olmaqla digər vərəsələrin də həmin pul vəsaitində miras paylarının olması müəyyən edilmişdir

23. Həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilən 3000 manatın iddiaçının adına açılmış bank hesabına köçürülməsinə baxmayaraq məhkəmə iclasında tədqiq edilmiş sübutlarla şəhid X2 dəfn mərasimlərinin cavabdehlər tərəfindən təşkil edildiyi, keçirildiyi, şəhidi n qəbirüstü abidəsinin məhz cavabdeh tərəfdən qurulduğu, həmin işlərin məhz cavabdeh tərəfin vəsaiti ilə həyata keçirilməsi yaşadıqları kənd sakinləri tərəfindən tərtib edilmiş aktla da təsdiq edilmişdir. Şəhidin dəfn mərasimlərinin özü tərəfindən təşkil edilməsi və keçirilməsi ilə bağlı isə iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Beləliklə iddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilən 3000 manatı almaqla həmin hissədə əsassız vəsait əldə etmişdir. Bu səbəbdən də şəhidin dəfn mərasimlərini təşkil etmiş və keçirmiş, qəbirüstü abidəsini quraşdırmış cavabdehlər bu məqsədlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilən 3000 manatı və mərhumun qalıq əmək haqqından yəni 4960,37 manatın yarısının 2/6 hissə sini iddiaçıdan tələb etməkdə haqlıdırlar.

24. Qarşılıqlı iddianın təmin edilməyən hissəsi ilə bağlı məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, X10 10000 manatın, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 5000 manatın, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən 2000 manatın məhz mərhumun bütün vərəsələri üçün ayrılmasına, mərhuma aid mirasın kütləsinə daxil olmasına, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən isə iddiaçıya 2000 manat pulun verilməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Əksinə, məhkəməyə təqdim edilmiş sənədlə X10 10000 manatın ailəli olan şəhid olmuş hərbi qulluqçuların rəsmi nikahda olan həyat yoldaşlarına, şəhid olmuş hərbi qulluqçuların evli olmadığı halda şəhidin ataa nasına verildiyi məlum olmuşdur.

25. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 1091.1, 1091.2, 1092.1, 1151, 1243.1, 1243.2, 1243.3, 1246-cı, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

26. Cavabdehlər аpellyаsiyа şikаyəti verərək qətnamənin ilk iddianın təmin edilən, qarşılıqlı iddianın rədd edilən hissəsində ləğv, ilk iddianın rədd, qarşılıqlı iddianın tam təmin edilməsini xahiş etmişlər.

27. Apellyasiya şikayətinin dəlilləri: - qanunvericilik mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsini yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilməsi ilə şərtləndirilmişdir. Lakin birinci instansiya məhkəməsi onların mülk iyyət hüquqlarını kobud şəkildə pozmuş, onların paylı mülkiyyətlərində olan əmlakının tamamilə alınıb iddiaçıya verilməsi barədə qərar qəbul etmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə mülkiyyətçilər arasında payın ayrılması və kompensasiyanın verilməsi barədə razılıq əldə edilmədikdə əmlak açıq hərracda satılmalı və tərəflərin paylarına uyğun şəkildə pul bölünməli idi; - buna görə də iddiaçı həmin avtomobili bütövlükdə tələb etməkdə, məhkəmə də avtomobilin onlardan alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul etməkdə haqlı olmamışlar; - birinci instansiya məhkəməsi həmçinin qarşılıqlı iddianın X10 verilmiş 10000 manatın 2/6 hissəsini təmin etməməkdə də düzgün olmayan hüquqi nəticəyə gəlmiş, sadəcə olaraq formal mülahizələrə əsasən qətnamə qəbul etmişdir; - Azərbaycan Respubli kası Daxili İşlər Nazirliyi tərəfindən şəhid ailələrinə verilən 5000 manatın da 2/6 hissəsinin iddiaçıdan alınaraq onlara verilməsi hissəsində təmin etməməkdə məhkəmə haqlı olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi qətnamədə Daxili İşlər Nazirliyi tərəfindən şəhid ailələrinə 5000 manatın verilməsi ilə bağlı sübutun təqdim edilmədiyini qeyd etsə də, iddiaçı həqiqətən də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən şəhid ailələrinə 5000 manatın verilməsini etiraf etmiş, lakin sadəcə öz xeyri naminə həmin pulun X17 tərəfindən məhz mərhumun həyat yoldaşı olaraq ona göndərildiyini bildirmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi aydınlaşdırmamışdır ki, subay olmuş şəhidlərə həmin 5000 manat pul vəsaiti məhz kimə göndərilmişdir; - qanunvericilik ailə üzvlərinin dai rəsini müəyyənləşdirmişdir və həmin dairəyə ər, arvad, valideynlər və uşaqlar daxildir.

28. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-212/2022 saylı mülki iş üzrə 19 yanvar 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Şəki Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(075)-708/2021 nömrəli qətnaməsi ilk iddianın təmin edilməsi hissəsində ləğv edilmiş, ilk iddia rədd edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli, Ayaz Mahmudov)

29. Apellyasiya instansiyası məhkəməsi ilk iddianın rədd edilməsi hissəsində qənaətini onunla əsaslandırmışdır ki, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir.

30. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istə nilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Göstərilənlərə əsasən məhkəməmə kollegiyası hesab etmişdir ki, avtomobilinin cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə iddia təmin edilə bilməz.

31. Apellyasiya instansiyası məhkəməsi ilk iddiaya münasibətdə öz mövqeyini Mülki Məcəllənin 220.1-220.6, 213, 217-ci maddələri, Azərbaycan Respu blikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 4 aprel 2014-cü il tarixli Qərarı ilə əsaslandırmışdır.

32. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianın təmin olunmayan hissəsində apellyasiya şikayətini dəlilləri ilə razılaşmayarq qeyd etmişdir ki, cavabdehlər bu hissədə tələblərinini əsası kimi sitnad etdiyi hallara dair heç bir sübut təqdim edilməmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianın təmin olunmayan hissəsində mövqeyini MPM-nin 9.1, 9.3, 88-ci maddələri ilə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. İddiaçı (Vəkil1) kassasiya şikayətində apellyasiya instansiyası mə hkəməsinin qətnaməsinin ilk iddianın rədd edilməsi barədə hissəsinin ləğv edilməsi və ilkin iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

35. İddiaçının şikayətinin dəlilləri: - apellyasiya instansiyası məhkəməsi avtomobilin şəhidin həyat yoldaşından və azyaşlı uşaqlarından cavabdehin qanunsuz almasına və qanunsuz sahiblik və istifadə etməsinə heç bir qiymət verməmiş, habelə bu hissədə heç bir maddi hüquq norması tətbiq etməmişdir; - apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, həmin nəqliyyat vasitəsi şəhid olmuş X2 iddiaçı ilə birgə nikah dövründə, yəni 19 fevral 2014-cü il tarixdə əldə edilmişdir. Məhz həmin dövrdən iddiaçının həmin əmlaka mülkiyyət hüququ yaranmışdır. Nəqliyyat vasitəsi də həmin dövrdən X3 şəhid olana qədər, sonuncuların istif adəsində olmuşdur. Cavabdehlərin isə həmin nəqliyyat vasitəsinin, X2 şəhid olduqdan sonra cüzi hissəsinə, yəni 2/12 hissəsinə hüquqları yaranmışdır. - nəqliyyat vasitəsinə, onun alındığı 19 fevral 2014-cü il tarixdən mülkiyyət hüququna malik olan iddiaçının və üç azyaşlı şəhid övladının mülkiyyət hüquqları apellyasiya instansiyası məhkəməsi tərəfindən kobud şəkildə pozulmuşdur; - apellyasiya instansiyası məhkəməsi hətta 24 may 2021-ci il tarixli, 2/642 nömrəli məktubunun məzmununa da diqqət yetirməmişdir. Həmin məktubdan görünür ki, X16 tərəfindən verilən 10000 manat bir qayda olaraq şəhid olmuş hərbi qulluqçuların rəsmi nikahda olan həyat yoldaşlarına, şəhid olmuş hərbi qulluqçuların evli olmadığı halda şəhidin ata-anasına verildiyi məlum olmuşdur X16 aşkar şəkildə şəhidin ilk növbədə ail əsi, həyat yoldaşı və övladlarının maddi təminatına üstünlük verməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi buna zidd olaraq, fərqli mövqedən çıxış etmiş və öz mövqeyini heç bir maddi hüquq norması ilə əsaslandırmamışdır.

36. Cavabdehlər də (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv, qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişlər.

37. Cavabdehlərin kassasiya şikayətinin dəlilləri: - miras əmlakın yalnız bir hissəsi, sığorta pulu və nəqliyyat vasitəsi vərəsələr arasında bölüşdürülmüşdür. Digər əmlaklar, yəni X16 tərəfindən ayrılmış 10000 manat pul, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən köçürülmüş 3000 manat pul, hesablanaraq köçürülmüş 4960,37 manat əmək haqqı, ünvan 2iyyətindən ayrılmış 3000 manat pul, Daxili İşlər Nazirliyindən ayrılmış 5000 manat pul miras əmlak sayılmasına baxmayaraq, yalnız mərhumun həyat yoldaşı tərəfindən tam olaraq qəbul edilmişdir. Digər vərəsələr isə nəzərə alınmamışdır. Məhz buna görə də hesab edirlər ki, vərəsəlik açılmadan bir başa mərhumun həyat yoldaşına verilmiş əmlakdan cavabdehlərə düşən miras payı alınaraq cavabdehlərə verilməlidir; - işə baxan məhkəmə şəhid X2 vərəsələrini işdə olan sübutlarla (vərəsəlik şəhadətnamələri ilə) müəyyən etsə də, eyni zamanda bütün miras əmlakların iddiaçının izahatı ilə müəyyən etsə də, qarşılıqlı iddia tələbini qismən təmin etmiş, digər hissəni, yəni X16 tərəfindən ayrılmış 10000 manat pul, ünvan 2iyyətindən ayrılmış 3000 manat pul və Daxili İşlər Nazirliyindən ayrılm ış 5000 manat pula aid hissədə təmin etməmişdir. b)

38. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı etirazlar daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyy ətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan son ra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş p rosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tama milə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ilk iddianın təmin edilməməsi barədə hissəsini, cavabadehlər isə qarşılıqlı iddianın təmin edilməyən hissəsinin ləğvini xahiş ediblər. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

41. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.

44. İddiaçının kassasiya şikayəti üzrə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası payl ı mükiyyətdə olan avtomobilin cavabsdehlərdən alınıb iddiaçıya verilməsi abrədə iddianı təmin etməyərkən ona istinad edib ki, payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir.

45. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşır. Belə ki, işin mübahisəsiz halına görə mübahsiədə adı keçən avtomobilin 10/12 hissəsi iddiaçının və onun himayəsində olan azyaşlı uşaqlarının payı kimi, digər 2/12 hissəsi isə cavabdehlərin payı kimi müəyyən edilmişdir.

46. Mülki Məcəllənin 215.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada h əyata keçirilir.

47. Mülki Məcəllənin 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.

48. Paylı mülkiyyətin predmeti avtomobildir. Avtomobil təyinatı dəyişdirilmədən bölünə bilməyən əmlak sırasına daxildir. Başqa sözlə, avtomobilin paylara uyğun sahibliyə və istifadəyə verilməsi özü-özlüyündə mümkün deyil. Mülki Məcəllənin 215.2-ci maddəsinə görə isə paylı mülkiyyətin mülkiyyətçisi yalnız ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Buna görə də iddiaçının (övladları ilə birgə) avtom obil üzərində payının çox olmasına baxmayayarq, onun avtomobili digər paylı mülkiyyətçilərdən tələb etmək hüququ qanunvericilik baxımından istisna edilir.

49. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması isə Mülki Məcəllənin 220-ci maddəsi ilə nizama salınır ki, apellyasiya instansiyası məhkəməsi də bununla bağlı qətnaməsində ətraflı şərh vermişdir.

50. Məhkəmə kollegiyası iddiaçının mülkiyyət hüquqlarının pozulması barədə kassasiya şikayətinin dəlillərini yuxarıda göstərilənlərə əsasən qəbul etmir. Cavabdehlərin avtomobil üzərində vərəsəlik əsasında mülkiyyət hüquqları hazırki iddialara qədər artıq müəyyən edilib. İddiaçıya görə cavabdehlərin payının cüzi olması belə avtomobilin yalnız iddiaçının istifadə və sahibliynə verilməsinə əsas ola bilməz. Çünki yuxarıda qey d edildiyi kimi bunun qanuni əsası yoxdur.

51. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin ilk iddianın təmin edilməməsi barədə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur.

52. Cavabdehlərin kassasiya şikayətinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddianın təmin edilməyən hissəsində də apellyaisya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir.

53. İşdən görünür ki, X10 10000 manatın, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 5000 manatın, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən 2000 manatın məhz mərhumun bütün vərəsələri üçün ayrılmasına, mərhuma aid mirasın kütləsinə daxil olmasına, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən isə id diaçıya 2000 manat pulun verilməsinə dair cavbabdehlər işə mahiyyəti üzrə baxan məhkəmələrə heç bir sübut təqdim etməyiblər. Əksinə, təqdim edilmiş sənədlə X10 10000 manatın ailəli olan şəhid olmuş hərbi qulluqçuların rəsmi nikahda olan həyat yoldaşlarına, şəhid olmuş hərbi qulluqçuların evli olmadığı halda şəhidin ata-anasına verildiyi müəyyən edilmişdir.

54. Cavabdehlər təmin edilməyən hissədə qarşılıqlı iddialarını işə mahiyyəti üzrə baxan məhkəmələrə sübut edə bilməmiş, bununla bağlı heç bir sübut təqdim etməmişlər. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəm ə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.

56. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və cavabdehlərin kassasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-212/2022 nömrəli, 19 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar