Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1473/2021 15.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Mülki Kоllegiyası hakim Əsədli Mahir Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(075)-708/2021 saylı qərardadından cavabdehlər X3 və Cavabdeh2 tərəfindən verilmiş şikayətlərə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X1 miras qalmış “VAZ-21723” markalı, **-BO-*** dövlət nömrə nişanlı minik avtomobilinin qiymətləndirilərək satılması və satıldıqdan sonra əldə olunan vəsaitin vərəsələr arasında paylarına uyğun bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, cavabdehlər X3 və Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş 3000 manatın, X6 tərəfindən verilmiş 10000 manatın 2/6 hissəsinin, onun qalıq əmək haqqından, yəni 7161,44 manatın yarısının 2/6 hissəsinin alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Sonradan cavabdehlər X3 və Cavabdeh2 məhkəməyə iddia tələblərinin həcminin artırılması barədə ərizə təqdim edərək, İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş 3000 manatın, X6 tərəfindən verilmiş 10000 manatın 2/6 hissəsinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən verilmiş 2000 manatın 2/6 hissəsinin, onun qalıq əmək haqqından, yəni 4960,37 manatınyarısının 2/6 hissəsinin alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Cavabdehlər X3 və Cavabdeh2 iddia tələblərinin həcminin artırılması barədə ərizələri məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı 25 may 2021-ci il tarixdə məhkəməyə daxil olmuş iddianın təmini tədbiri barədə ərizəsində hazırki iddia tələbinə baxılıb iş üzrə qərar qanuni qüvvəsini alanadək mərhum X1 miras qalmış **-BO-*** dövlət qeydiyyat nişanlı, “VAZ-21273” markalı minik avtomobilindən istifadə edilməsinin qadağan edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(075)-708/2021 saylı qərardadı ilə İddiaçı iddanın təmini tədbiri barədə vəsatəti təmin edilmiş, hazırki iddia tələbinə baxılıb iş üzrə çıxarılacaq qətnamə qanuni qüvvəsini alanadək, mərhum X1 miras qalmış “VAZ-21723” markalı, **-BO-*** dövlət nömrə nişanlı minik avtomobilinin istifadə edilməsi qadağan edilmişdir. Həmin qərardaddan cavabdehlər X3 və Cavabdeh2 tərəfindən şikayətlər verilmişdir. Şikayətlər onunla əsaslandırılmışdır ki, istifadəsi qadağan edilən “VAZ-21723” markalı, **-BO-*** dövlət nömrə nişanlı minik avtomobili cavabdehlər X3 və Cavabdeh2 mülkiyyətindədir və bu qərardad onların mülkiyyət hüquqlarını pozur. Odur ki, onlar şikayətlərində Şəki Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(075)-708/2021 saylı qərardadının ləğv edilməsini və İddiaçı iddanın təmini tədbiri barədə vəsatətinin təmin edilməməsini xahiş etmişdirlər. Şəki Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(075)-708/2021 saylı qərardadı ilə Cavabdeh2 şikayəti, Şəki Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(075)-708/2021 saylı qərardadı ilə cavabdeh X2 şikayəti müzakirə olunması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də, cavabdehlərin şikayətləri təmin edilməli, Şəki Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(075)-708/2021 saylı qərardadı ləğv edilməli, İddiaçı iddianı təmin etmək üçün tədbir görülməsi barədə vəsatəti təmin edilməməlidir. Belə ki, qanunun mənasına görə iddianı təmin tədbiri çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə kollegiyası, iddianı təmin etmə tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 mart 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. İddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Həmin Qərarda məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardadı müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1, 158.1.2, 158.1.3-cü mаddələrinə əsаsən iddiаnı təmin etmək üçün cаvаbdehdə və yа digər şəxslərdə olаn cаvаbdehə məxsus əmlаk üzərinə həbs qoyulа, müəyyən hərəkətləri etməyi cаvаbdehə qаdаğаn edə, mübаhisə predmetinə аid olаn müəyyən hərəkətləri etmək bаşqа şəxslərə qаdаğаn edilə bilər. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən, iddianı təmin etmək haqqında ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan baxılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən, hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 13 və 29-cu mаddələrinə əsаsən Аzərbаycаn Respublikаsındа Mülkiyyət tоxunulmаzdır və dövlət tərəfindən müdаfiə оlunur. Mülkiyyət hüquququ, о cümlədən xüsusi mülkiyyət hüququ qаnunlа qоrunur. Hər kəsin mülkiyyətində dаşınаr və dаşınmаz əmlаk оlа bilər. Mülkiyyət hüququ mülkiyyətçilərin təkbаşınа və yа bаşqаlаrı ilə birlikdə əmlаkа sаhib оlmаq, əmlаkdаn istifаdə etmək və оnun bаrəsində sərəncаm vermək hüquqlаrındаn ibаrətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində deyilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya ) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə kollegiyası şikayətə münasibət bildirərək qeyd edir ki, şikayətlərin dəlilləri əsaslıdır. Belə ki, istifadəsi qadağan edilən “VAZ-21723” markalı, **-BO-*** dövlət nömrə nişanlı minik avtomobili cavabdehlər X3 və Cavabdeh2 mülkiyyətindədir və bu qərardad onların mülkiyyət hüquqlarını pozur. Digər tərəfdən avtomobilin istifadə edilməsi gələcəkdə qətnamənin icrasına hər hansı bir maneə deyildir. Belə ki, qanunun mənasına görə iddianı təmin tədbiri çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. İddia ərizəsindən də görünür ki, tələb X1 miras qalmış “VAZ-21723” markalı, **-BO-*** dövlət nömrə nişanlı minik avtomobilinin qiymətləndirilərək satılması və satıldıqdan sonra əldə olunan vəsaitin vərəsələr arasında paylarına uyğun bölüşdürülməsi barədə qətnamə çıxarılmasıdır. Məhkəmə kollegiyası şikayətin bu dəlilinə münasibət bildirərək qeyd edir ki, şikayətin həmin dəlili birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsaslıdır. Bu yanaşma “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 14.03.2018-ci il tarixli qərarında (Qərar) da öz təsdiqini tapmışdır. Belə ki, Qərarın 1-ci hissəsində qqeyd olunmuşdur ki, “məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir Ona görə də, cavabdehlərin şikayətləri təmin edilməli, Şəki Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(075)-708/2021 saylı qərardadı ləğv edilməli, İddiaçı iddianı təmin etmək üçün tədbir görülməsi barədə vəsatəti təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 157, 159, 160, 264, 268, 398, 400 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehlər X3 və Cavabdeh2 şikayətləri təmin edilsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(075)-708/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı iddianı təmin etmək üçün tədbir görülməsi barədə vəsatəti təmin edilməsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1473/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1473/2021
15.07.2021 · Sair mülki iş - Digər - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver