Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-132/2024 15.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X9 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Quba regional “Asan xidmət” mərkəzində Notariat ofisinə, Cavabdeh3, Cavabdeh4 və azyaşlı qızları Cavabdeh5 və Cavabdeh6 və Cavabdeh7 qarşı “Quba rayonu, Notariat Kontoru tərəfindən X4 1/8 pay, Cavabdeh3 üçün 1/8 pay, X11 üçün 1/8 pay hesabı ilə verilmiş xx.xx.2013-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında 2V/01-383 saylı şəhadətnamənin və reyestr qeydinin ləğv olunması” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(027)-924/2023 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu, Gərəy kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin 1/8 hissəsinə X3, 1/8 hissəsinə Cavabdeh3 və 1/8 hissəsinə X5 “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin verilməsinə dair Quba notariat kontorunda edilmiş xx.xx.2013-cu il tarixli, 2V/01-383 reyestr nömrəli qeydin ləğv edilməsi, həmin qeyd əsasında verilmiş xx.xx.2013- cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi, mirası qanun üzrə qəbul etmək üçün olan üç aylıq müddəti ötürmüş X3 miras varisi olmaması və Quba regional “ASAN XİDMƏT” mərkəzinin Notariat ofisi tərəfindən İddiaçı tam həcmdə şəhadətnamə veriilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində İddiaçı iddia tələbini dəqiqləşməsinə dair ərizə ilə müraciət edərək, Quba rayonu, Notariat Kontoru tərəfindən X4 1/8 pay, Cavabdeh3 üçün 1/8 pay, X11 üçün 1/8 pay hesabı ilə verilmiş 2V/01-383 saylı şəhadətnamənin reyestr qeydinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı, atası Əliyev Məcnun Mərdəli oğlunun xx.xx.2011-ci il tarixdə vəfatından 17 gün sonra 10 yanvar 2012-ci il tarixdə Quba rayon notariat kontoruna ərizə təqdim edərək, atasının mirasını qanun üzrə qəbul etmiş və mirasını qəbul etdiyi əmlakları idarə etməyə başlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2.-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsi, vərəsə, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsi, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. X1, bacıları Cavabdeh3 və X11 mərhum atası Əliyev Məcnun Mərdəli oğlunun mirasını qanun üzrə qəbul etmək üçün qanunvericiliklə müəyyənləşdirilmiş olan üç aylıq müddəti ötürdüklərindən Quba rayon notariat kontoru onlara vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişdir. Cavabdeh3 və X11 mirasın qəbulu üçün olan ötürülmüş üç aylıq müddətin bərpa olunması və Quba rayon notariat kontorunun notariusu Zaur Dəmirovun üzərinə vəzifə olaraq onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməsindən ötrü Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişlər. X1 mirasın qəbulu üçün ötürülmüş üç aylıq müddətin bərpa olunmasından ötrü Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etməyib. Sumqayit İnzibati-İqtisadi Məhkəməsi iddiaçılar Cavabdeh3 və X7 iddialarını xx.xx.2013-cü il tarixli, 2-1(85)-493/2013 nömrəli qərarı ilə təmin etmişdir. Quba rayon notariat kontorunun xüsusi notariusu Zaur Dəmirov xx.xx.2013-cü il tarixli, 2-1(85)-493/2013 nömrəli qərarı icra etmək üçün Cavabdeh3, X8 və mirasın qəbulu üçün olan 3 aylıq müddəti ötürərək müddəti bərpa edilməmiş X6 2 əmlak üçün ümumilikdə 4 ədəd aşağıda göstərilən 2V/01-385, 2V/01-386 reyestr nömrəli mülkiyyət hüququ haqqında və 2V/01-385, 2V/01-383 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr vermişdir. xx.xx.2014-cü il tarixdə Quba rayon notariat kontorunda İddiaçı vərəsəlik şəhadətnaməsi verilən zaman onun üçün ayrılmış miras payının niyə 1/8 olmasını notariusdan soruşduqda, notarius ona Sumqayit İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2-1(85)- 493/2013 nömrəli qərarının surətini vermişdir. İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına apellyasiya şikayəti verərək, Sumqayit İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2-1(85)-493/2013 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası işi araşdıraraq iddiaçılar X5 və Cavabdeh3 cavabdeh Quba rayon notariusuna qarşı vərəsəliyin qəbulu müddətinin üzrlü keçməsini və vərəsəlik şəhadətnaməsi verilməsi üçün kifayət qədər dəlillərin olmasını nəzərə alaraq cavabdeh Quba rayon notariat kontorunun üzərinə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək öhdəliyinin qoyulması barədə iddiaları mümkün sayılmadığı, Sumqayit İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2-1(85)- 493/2013 nömrəli qərarını Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 oktyabr 2014-cü il tarixli, 2-2(105)-210/2014 nömrəli qərardadı ilə ləğv etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərardadından narazı olan X11 və Cavabdeh3 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 fevral 2015-ci il tarixli, 2-1(102)-92/2015 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 oktyabr 2014-cü il tarixli, 2-2(105)-210/2014 nömrəli qərardadı dəyişdirmədən qüvvəsində saxlamışdır. İddiaçı Quba notariat kontoru tərəfindən pozulmuş vərəsəlik hüquqlarının bərpa olunmasından ötrü xx.xx.2018-ci il tarixdə Quba Rayon Məhkəməsinə cavabdehlər Quba rayon notariat kontoruna, ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, X10, X11 və Cavabdeh3 qarşı qanunsuz olaraq əldə etmiş olduqları vərəsəlik şəhadətnamələrini reyestr qeydlərinin ləğv olunaraq, vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 23 aprel 2018-ci il tarixli, 2(027)-740/2018 nömrəli qətnaməsi ilə iddiası təmin edilərək, 2V/01-384 və 2V/01-386 nömrəli şəhadətnamələrin reyestr qeydləri ləğv olunaraq, şəhadətnamələr etibarsız hesab edilmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(027)-740/2018 nömrəli qətnaməsindən apellyasiya şikayəti verimədiyi üçün qətnamə hüquqi qüvvəsini alaraq icra vərəqəsi əsasında icraya yönələrək 2V/01-384 və 2V/01-386 nömrəli şəhadətnamələrin reyestr qeydi ləğv edilərək, şəhadətnamələr etibarsız hesab edilmişdir. İddiaçı Quba notariat kontoru tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 2V/01-383, 2V/01-385 nömrəli şəhadətnamələrin də ləğv edilməsi üçün notariusdan şəhadətnamələrin surətini almaq istədiyi zaman məlum olmuşdur ki, anası öz payını qızlarına bağışlamış və Quba notariat kontorunun xüsusi notariusu Zaur Dəmirov tərəfindən xx.xx.2014-cü il tarixdə reyestrdə 4ə/01-359 və 4ə/01-360 nömrə ilə qeyd edilmiş bağışlama müqavilələri imzalamışdır və həmin ərəfədə yəni, xx.xx.2018-ci il tarixdə X11 ölmüş və onun vərəsələrinə Bakı şəhəri 5 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən reyestrdə xx.xx.2014-cu il tarixdə, 2V-85 və 2V-86 nömrələrlə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Bundan başqa xx.xx.2019-cü il tarixdə X10 ölmüşdür. ƏMDK yanında DƏDRXnin 5 saylı Xaçmaz ərazi idarəsinə vəkil sorğusu göndərilmiş və alınmış cavab məktubuna əlavə edilmiş aşağıdakı şəhadətnamələr, həmin şəhadətnamələr əsasında alınmış çıxarışlar və həmin çıxarışlar əsasında isə vərəsələr tərəfindən bir-birilərinə bağışlanma müqavilələrinin təsdiq olunmuş surətləri göndərilmişdir. Aşağıda yerləşdirilmiş sənədlərdən göründüyü kimi Quba notariat kontorunun notariusu Zaur Dəmirov tərəfindən qanunsuz verilmiş şəhadətnamələrə əsasən cavabdehlər Quba rayon notariat kontoruna, ƏMDK-si yanında DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsi, mirası qanun üzrə qəbul etməmiş X10, X11, Cavabdeh3 və Cavabdeh4 hər əmlak üzərində 8 sayda qanunsuzluq etməklə 2 miras əmlak üzərində isə ümumilikdə 16 dəfə qanuunsuz əməliyyatlar aparmışlar. 1) 2V/01-386 saylı xx.xx.2013-cti il tarixli Əliyeva Firəngizə verilmiş Mülkiyyət hüququ haqqında şəhadətnamənin DƏDRX-nin 5 saylı Xaçmaz idarəsinin arxiv surəti 1 vərəq. 2) 2V/01-383 saylı xx.xx.2013-cü il tarixli ümumi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə DƏDRX-nin 5 saylı Xaçmaz idarəsinin təsdiq olunmuş arxiv surəti 1 vərəq. 3) Quba rayonu Gərəy kəndi 0,25 ha torpaq üçün Əliyeva Firəngizə verilmiş ******* nömrəli çıxarışın DƏDRX-nin 5 saylı Xaçmaz idarəsinin təsdiq olunmuş arxiv surəti 1 vərəq. 4) Quba rayonu, Gərəy kəndi 0,25 ha torpaq üçün Cavabdeh3 verilmiş ******* nömrəli çıxarışın DƏDRX-nin 5 saylı Xaçmaz idarəsinin təsdiq olunmuş arxiv surəti 1 vərəq. 5) Quba rayonu, Gərəy kəndi 0,25 ha torpaq üçün Əlizadə İlhaməyə verilmiş çıxarışın DƏDRX-nin 5 saylı Xaçmaz İdarəsinin təsdiq olunmuş arxiv surəti 1 vərəq. 6) 2V-85 saylı xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin DƏDRXnin 5 saylı Xaçmaz idarəsinin təsdiq olunmuş arxiv surəti 1 vərəq. 7) Quba rayonu, Gərəy kəndi 0,25 ha torpaq üçün Cavabdeh4 verilmiş çıxarışın DƏDRX-nin 5 saylı Xaçmaz idarəsinin təsdiq olunmuş arxiv surəti 1 vərəq. 8) 2V/01-385 saylı xx.xx.2013-cü il tarix Əliyeva Firəngizə verilmiş mülkiyyət hüququ barədə şəhadətnamə DƏDRX-nin 5 saylı Xaçmaz idarəsinin təsdiq olunmuş arxiv surəti 1 vərəq. 9) 2V/01-384 saylı xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə DƏDRX-nin 5 saylı Xaçmaz idarəsinin təsdiq olunmuş arxiv surəti 1 vərəq. 10) Quba şəhəri, 33-cü məhəllə 0,04 ha torpaqdakı 1 mərtəbəli ev üçün Əliyeva Firəngizə verilmiş ******* saylı çıxarışın DƏDRX-nin 5 saylı Xaçmaz idarəsinin təsdiq olunmuş arxiv surəti 1 vərəq. 11) xx.xx.2014 tarixidə Quba şəhəri, 33-cü məhəllə 0,04 ha torpaqdakı 1 mərtəbəli ev üçün bağışlama müqaviləsinin DƏDRX-nin 5 saylı Xaçmaz idarəsinin təsdiq olunmuş arxiv surəti 1 vərəq. 12) xx.xx.2014 tarixdə, Quba rayon Gərəy kəndində yerləşən evə və 0,25 ha üçün bağışlama müqaviləsinin DƏDRX-nin 5 saylı Xaçmaz idarəsinin təsdiq olunmuş arxiv surəti 1 vərəq. 13) Quba şəhəri, 33-cü məhəllə, 0,04 ha torpaqdakı 1 mərtəbəli ev üçün Cavabdeh3 verlmiş ******* saylı çıxarışın DƏDRXnin 5 saylı Xaçmaz idarəsinin təsdiq olunmuş arxiv surəti 1 vərəq. 14) Quba şəhəri, 33-cü məhəllə, 0,04 ha torpaqdakı 1 mərtəbəli ev üçün Əlizadə İlhaməyə verlmiş çıxarışın DƏDRX-nin 5 saylı Xaçmaz idarəsinin təsdiq olunmuş arxiv surəti 1 vərəq. 15) 2V-86 saylı xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin DƏDRX-nin 5 saylı Xaçmaz idarəsinin təsdiq olunmuş arxiv surəti 1 vərəq. 16) Quba şəhəri, 33-cü məhəllə, 0,04 ha torpaqdakı 1 mərtəbəli ev üçün Cavabdeh4 verilmiş çıxarışın DƏDRX-nin 5 saylı Xaçmaz idarəsinin təsdiq olunmuş arxiv surəti 1 vərəq. İddiaçı atasından miras qalmış əmlaklar üzərində qanunsuz olaraq 16 hal üzrə edilmiş qanunsuzluqlara görə cavabdehlər ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Quba regional “ASAN XİDMƏT” mərkəzində Notariat ofisinə, Cavabdeh3 və Cavabdeh4 qarşı “mirası qanun üzrə qəbul etməmiş vərəsələrə verilmiş mülkiyyət və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, bağışlama müqavilələrinin, reyestr qeydlərinin ləğv edilərək etibarsız sayılması və ƏMDK yanında DƏDRX-nin reyestrində qeyd edilərək verilmiş çıxarışların, reyestr qeydlərinin ləğv edilərək, çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair 26 oktyabr 2019-cu il tarixli iddia ərizəsi ilə Quba rayon məhkəməsinə müraciət edərək mirası qəbul etməmiş cavabdehlər təfəfindən aşağıdakı siyahıda olan 16 sənəd üzrə miras əmlak üzərində 16 dəfə qanunsuzluq edildiyi üçün göstərilən sənədlərin reyestr qeydlərinin ləğv edərək pozuntuya səbəb olmuş sənədlərin etibarsız hesab edilməsi barədə qətnamə çıxarmağı xahiş etmişdir. İddiaçı iddiası, Quba Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli. 2(027)-305/2020 nömrəli qətnaməsi ilə təmin edilmişdir. Quba Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2(027)-305/2020 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası işi araşdıraraq, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmişdir. Quba rayon notariat kontorunun xüsusi notariusu Zaur Dəmirov tərəfindən 21 sentyabr 2013-cü il tarixdə verilmiş reyestrdə 2V/01-385 nömrə ilə qeyd edilmiş mülkiyyət hüququ haqqında şəhadətnamə (2V/01-384 və 2V/01-386 nömrəli şəhadətnamələr məhkəmə qətnaməsilə etibarsız sayılmışdır) və onların nəticəsi olaraq daşınmaz əmlakın dövlət reystrində aparılmış qeydiyyatlar etibarsız hesab edilmişdir. Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli, RX ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli, **********90 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli, **********90 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli, MH ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli, RX ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli, **********40- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli, **********40-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışlar və bununla bağlı aparılmış qeydiyyatlar, Quba rayon notariat kontorunun xüsusi notariusu Zaur Dəmirov tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş reyestrdə 4ə/01- 359, 4ə/01-360 nömrə ilə qeydə alınmış bağışlama müqavilələri və bununla əlaqədar daşınmaz əmlakın dövlət reystrində aparılmış qeydiyyatlar, Bakı şəhəri 5 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2014-cu il tarixdə verilmiş reyestrdə 2V85, 2V-86 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatlar ləğv edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-1147/2022 nömrəli qətnaməsindən kassasiya şikayəti verilmədiyi üçün, qətnamə hüquqi qüvvəsini alaraq icraya yönəldilmişdir. İddiaçı, Quba regional “ASAN XİDMƏT” mərkəzində Notariat ofisindən vərəsəlik şəhadətnaməsi almaq istədikdə ona bildirilmişdir ki, Quba rayonunun Gərəy kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin 1/8 hissəsinə X3, 1/8 hissəsinə Cavabdeh3 və 1/8 hissəsinə X5 “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin verilməsinə dair Quba notariat kontorunda edilmiş xx.xx.2013-cu il tarixli, 2V/01-383 reyestr nömrəli qeyd əsasında verilmiş xx.xx.2013-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin reyestr qeydi ləğv olunmamış və şəhadətnamə etibarsız hesab edilməyərək qalmışdır. İddiaçı 26 oktyabr 2019-cu il tarixdə Quba rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edən zaman iddia ərizəsində aşağıdakı halları qeyd etmişdir. Lakin ləğv olunmalı sənədlərdə çox sayda rəqəmin olması ilə əlaqədar texniki səbəblərdən aşağıda göstərilən hallar qətnamədə öz əksini tapmadığı üçün 2V/01- 383 nömrəli şəhadətnaməyə qiymət verilməyərək ləğv olunmayaraq qalmışdır. İddia ərizəsində xx.xx.2013-cu il tarixli, 2V/01-383 reyestr nömrəli şəhadətnamənin reyestr qeydinin ləğv olunma səbəbi barədə 16 epizodun 2-ci sırasında olan mətn. İddia ərizəsinin xahiş edirəm hissəsində 16 epizodun 2-ci sırasında xx.xx.2013-cu il tarixli, 2V/01-383 reyestr nömrəli şəhadətnamənin qeydin ləğvi barədə yazılmış mətn. İddia ərizəsinin əlavə edilən sənədlər hissəsində 34 ədəd sənədin 19-cu sırasında xx.xx.2013-cü il tarixli, 2V/01- 383 reyestr nömrəli şəhadətnamənin arxiv surəti yerləşdirilib. Həmin qeydlər 26 oktyabr 2019-cu il tarixli iddia ərizəsində aşağıdakı kimi yazılıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ərarvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-92/2015 saylı, 26 fevral 2015-ci il tarixli qərarı ilə vərəsəliyin qəbulu müddətinin üzrlü keçməsini və vərəsəlik şəhadətnaməsi verilməsi üçün kifayət qədər dəlillərin olmasını nəzərə alaraq cavabdehin üzərinə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək öhdəliyinin qoyulması barədə iddiası mümkün sayılmamışdır. Mərhum Əliyev Məcnun Mərdəli oğlunun mirasını qəbul etməyən X10, X11 və Cavabdeh3, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməli deyildi. Quba rayon notariat kontoru tərəfindən Quba rayonunun Gərəy kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsindən X4 1/8 hissədən ibarət, Cavabdeh3 1/8 hissədən ibarət X8 1/8 hissədən ibarət paylar üçün cəm halda verilmiş xx.xx.2013-cü il tarixli 2V/01-383 nömrə ilə qeyd edilmiş 273-274-275/2012 saylı, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin reyestr qeydi ləğv edilərək etibarsız hesab edilməlidir (şəhadətnamə işə əlavə edilib). Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hazırki vəziyyətdə isə 26 oktyabr 2019-cu il tarixli iddia ərizəsində 2V/01-383 ləğv ediməsi xahiş edilsə də, qətnamədə bu barədə qeyd olmadığından və ya MM-nin 82.3-cü maddəsində deildiyi kimi məhkəmə qətnaməsi ilə müəyyən edilmiş fakt olmadığından yeni iddia ərizəsi ilə xx.xx.2013-cü il tarixli, 2V/01-383 nömrəli şəhadətnamənin reyestr qeydinin ləğv edilərək şəhadətnamənin etibarsız hessab edilməsi üçün müraciət etmək mümkündür. Ona görə də hazırki iddia ərizəsində həmin hallar barədə aşağıda təkrar olaraq heç vaxt qiymət verilməmiş, xx.xx.2013-cü il tarixli 2V/01-383 nömrəli şəhadətnamənin reyestr qeydinin ləğv edilərək şəhadətnamənin etibarsız hessab edilməsi üçün məhkəmədən xahiş edəcəkdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(102)-92/2015 nömrəli, 26 fevral 2015-ci il tarixli qərarı ilə vərəsəliyin qəbulu müddətinin üzrlü keçməsini və vərəsəlik şəhadətnaməsi verilməsi üçün kifayət qədər dəlillərin olmasını nəzərə alaraq cavabdehin üzərinə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək öhdəliyinin qoyulması barədə iddiası mümkün sayılmamışdır. Mərhum Əliyev Məcnun Mərdəli oğlunun mirasını qəbul etməmiş X10, Cavabdeh3 və X8 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməli deyildi. Quba rayon notariat kontorunun notariusu Zaur Dəmirov daha bir qanunsuzluq edərək mirası qanın üzrə qəbul etməmiş X4 birgə nikah dövründə əldə edilməmiş əmlak üçün şəhadətnamə vermişdir. Çünki, Quba rayonu. Gərəy kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi Əliyev Məcnun Mərdəli oğluna, mərhum atası X2 miras qalmış vərəsəlik üzrə mülkiyyət hüququ Quba Rayon Məhkəməsinin 2-103 2006-cı il nömrəli, 05 aprel 2006-cı il tarixli qətnaməsi ilə müəyyən edilmişdir, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1162ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Ona görə də miras qoyan Əliyev Məcnun Mərdəli oğlunun mirasını qanun üzrə qəbul etmiş İddiaçı vərəsəlik hüququnu pozan xx.xx.2013-cü il tarixli, 2V/01-383 nömrə ilə reyestrdə qeyd edilmiş 273-274-275/2012 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin reyestr qeydi ləğv edilərək, şəhadətnamə isə etibarsız hesab edilməlidir. Əliyev Məcnun Mərdəli oğlunun uzun illər boyu problemə çevrilmiş vərəsəlik işi ilə əlaqədar Quba regional “ASAN XİDMƏT” mərkəzinin Notariat ofisində olan zaman ona bildirilmişdir ki, xx.xx.2013-cü il tarixli, 2V/01-383 nömrəli şəhadətnamənin reyestr qeydinin ləğv edilərək şəhadətnamənin etibarsız hesab etmək üçün yazılacaq iddia ərizəsində, artıq miras əmlak tam olaraq qanunsuz hərəkətlərdən təmizləndiyi üçün, notarius tərəfindən İddiaçı tam həcmdə vərəsəlik şəhadətnaməsinin verilməsini də məhkəmədən xahiş etməlidir. Bundan başqa Quba regional “ASAN XİDMƏT” mərkəzinin notariusu Süleyman Məmmədov bildirmişdir ki, “X10, Cavabdeh3 və X11, xx.xx.2011-ci il tarixdə vəfat etmiş Əliyev Məcnun Mərdəli oğlunun mirasını qəbul etmək üçün olan 3 aylıq müddəti ötürərək notariusa xx.xx.2012-ci il tarixdə mirasın qəbulu üçün ərizə verdiklərindən Cavabdeh3 və X8 məhkəməyə müraciət etmək üçün notariusdan imtina məktubu istəmişlər. X10 isə imtina məktubu almaq istəməmişdir. Nəticədə Cavabdeh3 və Əlizadə İlhamənin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-92/2015 nömrəli, 26 fevral 2015-ci il tarixli qərarı ilə vərəsəliyin qəbulu müddətinin keçməsi və vərəsəlik şəhadətnaməsi verilməsi iddiaları mümkün sayılmamışdır. X10 isə məhkəməyə müraciət etmədiyi üçün onun vərəsəlik hüququ itirilmədən qalmışdır. İddiaçı notariusdan soruşduqda ki, AR MM-nin 1246-cı maddəsində yazılmış üç ay ərzində mirası qəbul edə bilər sözünün nədən məcəllədə yazıldığına, notarius Süleyman Məmmədov həmin suala cavab vermədən deyib ki, mirasın qəbulu altı aydır. İddiaçı notariusa deyib ki. mirasın qəbulu üç ay sərbəstdir. Miras hər hansı bir səbəbdən üç ay ərzində qəbul edilmədikdə vərəsə notariusun imtina məktubuna əsasən məhkəməyə müraciət edir. Əsaslar olduqda məhkəmə müddəti bərpa edir. Altı aydan sonra isə notarius vərəsədən mirasın qəbulu üçün ərizə almır. Ədliyyə Nazirliyinin səhifəsindən (Qeydiyyat və Notariat baş idarəsi, Notariat Palatası) vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və hununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Quba rayon notariat kontoru tərəfindən İddiaçı atasının mirasını qanun üzrə qəbul etdiyi üçün verilmiş şəhadətnamələr aşağıdakılardır; Quba şəhəri, məhəllə 33 ünvanında 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2007-ci ildə tikilmiş 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 116.4 kv.m. yaşayış sahəsi 59.3 kv.m olan fərdi yaşayış sahəsidən İddiaçı çatan 1/8 hissədən ibarətdir, haqqında xx.xx.2014-cü il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə reyestrdə 2V/01-156 nömrə ilə qeyd edilmişdir. Quba rayonu. Gərəy kəndində yerləşən 0.25 ha torpaq sahəsi İddiaçı çatan 1/8 hissədən ibarətdir, haqqında xx.xx.2014-cü il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə reyestrdə 2V/01-157 nömrə ilə qeyd edilmişdir. Quba regional “ASAN XİDMƏT” mərkəzinin Notariat ofisi bu şəhadətnamələri geri alaraq, əvəzinə xx.xx.2011-ci il tarixdə vəfat etmiş Əliyev Məcnun Mərdəli oğlunun mirasını qanun üzrə vaxtında qəbul etmiş olduğu və idarə etdiyi əmlaklar üçün İddiaçı tam həcndə mülkiyyət hüququ haqqında vərəsəlik şəhadətmamələri verməlidir. Birinci instansiya məhkəməsində Cavabdeh3 iddiaya etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində keçiriləcək 2(027)924/2023 nömrəli iş üzrə məhkəmə iclasına çağırılmışdır. Lakin səhhətində olan problemlə əlaqədar (arterial təzyiq) iclasda iştirak edə bilmir və məhkəmənin onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Atası Əliyev Məcnun Mərdəli oğlunun və X1nın birinci övladıdır. Valideyinlərinin 3 uşağı olub və hər birini qayğı ilə böyüdüb boya-başa çatdırıblar, təhsil veriblər, köçürdüblər və evləndiriblər. Bir övlad kimi o da, bacısı X11 da çalışmışlar ki, ayaq üstə qalxdıqdan sonra valideynlərinə kömək etsinlər, yaşlı vaxtlarında qayğılarını çəksinlər və valideynlərinin son nəfəslərinə kimi övladlıq borcularını yerinə yetirsinlər və bu borcu geri qaytarmağa çalışmışlar (Ana, ata borcunu qaytarmaq çətindir). O, X1nın vəsiyyətnamə üzrə yeganə vərəsəsidir. Atası Əliyev Məcnun Mərdəli oğlu vəfat etdikdən sonra o əməliyyat olundu (onurğa fəqərəarası disk yırtığı diaqnozu ilə), yataq rejimində olduğuna görə və bəzi sənədlər qəsdən onlardan gizlədildiyi üçün (atasının ölüm haqqında şəhadətnaməsinə baxdıqda aydın görünür. 4 dəfə ölüm şəhadətnaməsi alınıb (ölüm tarixi: xx.xx.2011, verilmə tarixi xx.xx.2012). Quba Rayon Notarial kontoruna 6 ay tamam olmamış müraciət etdilər. Lakin o və bacısı imtina aldı, anasına isə şəhadətnamə verildi. Onlar, yəni o və bacısı notariusun bu haqsız hərəkətindən Sumqayıt İnzibati-İqtisad Məhkəməsində iddia qaldırdılar, məhkəmənin qərarına əsasən Quba Rayon notariusu onlara şəhadətnamə verdi. O, anası və bacısı şəhadətnamələrə əsasən çıxarışlar aldılar. Bir müddət keçdikdən sonra anası notarial qaydada öz hissələrini onlara (ona və bacısına) bağışladı. Sənədlərin hamısı toplanılaraq o və bacısının adına yeni çıxarışlar alındı və bu çıxarışlarda iddiaçının payı açıq saxlanıldı. Bütün sadalanan proseslər bir il yarım vaxt çəkdi. İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsində iddia qaldırdı və məhkəmə tərəfindən İnzibati-İqtisad Məhkəməsinin qərarı ləğv edildi. Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxladı. Vərəsəlik məsələsi ərəfəsində iddiaçı və anası arasında çox böyük qalmaqallı məhkəmə işləri gedirdi (döyülmə faktı üzrə, şərləmə, münaqişəli ailə kimi polis nəzarəti - bir sözlə böyük biabırçılıq. Haradasa 25-30, bəlkə də çox). Məhkəmə iclaslarında iddiaçı həm anası, həm bacısı, həm də onu təhqir edirdi, şərəf və ləyaqətləırini alçaldırdı. Onlar bu biabırçılığa görə analarını öz yanlarında saxlayırdılar, istədiyi vaxt analarını Qubaya aparırdılar və gətirirdilər. Anası neçə dəfələrlə iddiaçını ləyaqətsiz vərəsə etmək üçün vəkilə iddia yazdırmışdı, lakin o ona çox yalvardıqdan sonra anasını yola gətirmişdir. Vəkildən məsləhət alaraq (bacısı xəstə idi və yaşayış yeri üzrə) Yasamal Rayon Məhkəməsində vərəsəlik üzrə iddia qaldırdılar. Həm Yasamal Rayon Məhkəməsi, həm də Bakı Apellyasiya Məhkəməsi bu iddianı Quba Rayon Məhkəməsinə verilməsini tövsiyyə etdilər. 2018-ci ilin avqustunda bacısı Əlizadə İlhamə vəfat etdi. Onun ölümündən sonra anası böyük vərəsə olaraq ona atasından çatacaq miras hissənin müəyyən olunması üzrə Quba Rayon Məhkəməsində iddia qaldırdı. Lakin övladının ölümünə dözməyərək 2019-cu ildə (bacısının ölümündən 6 ay sonra) gözlərini əbədi yumdu. Bacısının və anasının ölümündən sonra indi iddiaçı onu və bacısının uşaqlarını məhkəməyə verərək həm hakimlərin, həm də onların qiymətli vaxtını alır. O, işləyir və öz ailəsi üçün çalışır. Eləcə də bacısının yoldaşı 3 qız uşağını böyüdür. Quba Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(027)-924/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin verilməsinə dair Quba notariat kontorunda edilmiş xx.xx.2013-cu il tarixli, 2V/01-383 reyestr nömrəli qeydin ləğv edilməsi, həmin qeyd əsasında verilmiş xx.xx.2013cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi qət edilmişdir (hakim Vüqar Seyidov). Qətnamədən narazı qalan Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qət edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamənin ləğv olunması üçün ən ciddi əsas odur ki, Azərbaycan Respublikası Quba Rayon Məhkəməsi işə baxarkən ciddi araşdırma aparmamışdır. Kollegiyanın nəzərinə çatdırdırmışdır ki, işə mahiyyəti üzrə baxan məhkəmə orqanı ədalətli və hərtərəfli məhkəmə araşdırması aparmalıdır. İddiaçı dəfələrlə ona hörmətsizlik etmiş, ona bərpa olunmaz mənəvi zərbə vurmuşdur. Onun fikrincə məhkəmə araşdırması zamanı bərabərlik və çəkişmə prinsipi də tam pozulmuşdur. Tərəflərin proses zamanı təqdim etdiyi sübutları nəzərə alması işin mahiyyəti üzrə həll olunması üçün vacibdir. Azərbaycan Respublikası Quba Rayon Məhkəməsinə verilən iddia ərizəsi ona heç göndərilməmişdir. Məhkəmənin gedişatından və məhkəmə araşdırmasından xəbəri olmamışdır. Anasından, atasından sonra Quba rayon Natoriat kontoruna vərəsəliyin qəbul edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Məhkəmə isə bu faktı qətnamə qəbul edilən zaman nəzərə almamışdır. Ona, Cavabdeh3 və digər cavabdehlərə qarşı qaldırılan iddia ərizəsi ilə razı deyil. İddiaçı məhkəməyə müraciət edərək Quba rayon notariat kontorunun “vərəsəlik hüququ üzrə şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilmişdir. Lakin, qeyd olunan iddia ərizəsi və qətnamə ilə çıxarışlar ləğv olunmamışdır. Məlum olduğu kimi, mərhumun vərəsəsi İddiaçı çatan 1/8 hissəsi açıq saxlanmışdır. Belə olduğu halda iddiaçı qismində bütün məhkəmə instansiyalarına böhtan və şər xarakterli, əsassız iddia ərizələri verməklə İddiaçı onları incidir, süründürür və ətraflarındakı insanların yanında rüsvay edir. Ona, Cavabdeh3 və digər cavabdehlərə qarşı qaldırılan iddia ərizəsini qəbul etmir. İddiaçı məhkəməyə müraciət edərək Quba rayon notarit kontoruna qarşı “vərəsəlik qeydinin ləğv olunması və vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilmiş və Quba Rayon Məkəməsinin 23 aprel 2018-ci il tarixli, 2(027)-740/2018 saylı qətnaməsi ilə vərəsəlik qeydi və vərəsəlik şəhadətnamələri ləğv edilmişdir. Lakin, qeyd olunan iddia ərizəsi və qətnamə ilə çıxarışlar ləğv olunmamışdır. Hazırkı məhkəmə qətnaməsi ilə İddiaçı miras əmlakla bağlı iddia qaldırmış və Quba Rayon Məhkəməsinin 2(027)-740/2018 saylı, 23 aprel 2018-ci il tarixli qətnaməsi ilə tərəflərindən alınan cıxarışlar və vərəsəlik şəhadətnamələri ləğv edilmişdir. Qətnamənin ləğv olunması üçün digər bir ciddi əsas odur ki, məsələ məhkəmə tərəfindən tam araşdırmamış və məhkəmə əsaslı olmayan iddia ərizəsini təmin etmişdir. Qeyd etmişdir ki, cavabdeh olaraq ona, Cavabdeh3 qətnamə təqdim edilməmişdir. Məhkəmə baxışı və məhkəmə icraatı barədə məlumatı olmamışdır. Bu isə onun məhkəmə araşdırılması zamanı müdafiə hüququnun birbaşa pozulmasıdır. Bildirmişdir ki, o, ərizədə göstərilən tələbə etiraz edir. Məhkəmə işi ilə bağlı xəbəri olmadığına dair Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Həmin işə bağlı Quba Rayon Məhkəməsinin hakimi Vüqar Seyidov tərəfindən baxmış və müddətin buraxılmasına dair qanunsuz qərar qəbul etmişdir. Belə ki, məhkəməyə təqdim edilən iddia ərizəsi və məhkəmə baxışından xəbər olmayıb. Həmçinin məhkəmənin qəbul etdiyi yekun qətnaməni almamışdır. Sonradan İddiaçı ona qarşı qaldırılan əsassız və böhtan xarakterli digər iddia ərizələrinin araşdıılması zamanı Quba Rayon Məhkəməsinin 2(027)-740/2018 saylı, 23 aprel 2018-ci il tarixli qətnaməsi qəbul olunduğu təsadüfən məlum olmuşdur. Göründüyü kimi, Quba Rayon Məhkəməsi onun Konstitusion hüququ olan məhkəmədə müdafiə hüququ və ədalətli məhkəmə araşdırması hüququndan məhrum etmişdir. O, öz hüquqlarını məhkəmədə müdafiə edə bilmədiyinə görə çox çətin vəziyyətə düşmüşdür. Qeyd etmişdir ki, əslində qətnamədə göstərilənlərdən fərqli olaraq məhkəmə tərəfindən tam və hərtərəfli araşdırma aparılmamışdır. Qətnamədə ləğv olunması üçün ən ciddi əsas odur ki, Quba Rayon Məhkəməsi işə baxarkən ciddi araşdırma aparmayaraq möhtəbər subutları nəzərə almamışdır. Məhkəmə baxışından xəbəri olmadığı üçün o, öz hüquqlarını qoruya bilmədiyinə görə çox çətin vəziyyətə düşmüşdür. İddiaçı işin araşdırılması zamanı özünün qeyd etdiyi kimi, mübahisələndirilən hər iki əmlakda hal-hazırda heç birində yaşayış yoxdur. Əmlakların heç birində qaz, su, işıq və konalizasiya qoşulmayıb. Mülkiyyətçilərin payları üzrə bölgü aparılmamış, əmlakın açarları ondadır və əmlakların hər ikisi miras qoyanın sağlığında olan vəziyyətdədir. Əmlakın qorunması və nəzarəti qanunsuz olaraq onun tərəfindən aparılır. Qeyd olunanlar onu göstərir ki, cavabdeh olaraq onun, Cavabdeh3 və digər cavabdehlərin mülkiyyət hüquqları iddiaçı tərəfindən pozulur. Belə ki, İddiaçı pay bölgüsünə sahib olduqları mülklərə onları buraxmayaraq həmin mülklərdən istifadə etməklərinə imkan vermir. Bu isə Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində qeyd edilmiş mülkiyyət hüququnun pozulmasına gətirib çıxarır. Qətnamə qəbul edilən zaman İddiaçı onlara vurduğu maddi ziyan kim tərəfindən ödəniləcəyi nəzərə alınmamışdır. Qeyd olunan məsələ birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və bu məsələyə münasibət bildirilməmişdir. Qeyd etmişdir ki, Quba rayon notarit kontoru və işə baxan məhkəmə tərəfindən İddiaçı mirası qəbul etmiş şəxs kimi tanımamış və vərəsəlik hüququ haqqında şəhadətnamələr verməmişdir. Bunun nəticəsi olaraq birinci instansiya məhkəməsi əsası olmayan bir qətnamə qəbul etmişdir. Mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Buna görə də məhkəmə tərəfindən yenidən onun, Cavabdeh3 iddia ərizəsi təqdim edilmədiyi üçün hüquqlarının hansı səpkidə pozulacağından xəbərdar olmadığı üçün işin halları hərtərəfli araşdırılmalıdır. Bildirmişdir ki, Quba Rayon Məhkəməsinin 2(027)- 924/2023 nömrəli, 18 may 2023-cü il tarixli qətnaməsi ilə cavabdeh olaraq hüquqları pozulmuşdur. Heç bir əsası olmayan qətnamə ilə onların illərdir məhkəmə çəkişmələrinə, notarit kontorlarına, çıxarışların alınmasına və ödənilən dövlət rüsmalarına dair çəkdikləri vəsaitlər qətnamədə öz əksini tapmamışdır. İşə apellyasiya qaydasında yenidən baxılması mülki məhkəmə icraatının bir mərhələsi olmaqla, aşağı məhkəmələr tərəfindən işlərə baxılması zamanı buraxılan səhvlərin aradan qaldırılması üçün əlavə hüquqi zəmin rolunu oynayır. Mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Quba Rayon Məhkəməsinin 2(027)-924/2023 nömrəli, 18 may 2023-cü il tarixli qətnaməsi ilə iddiaçının maraqlarını təmin edən qərarın çıxarmasını göstərir. Bu isə cavabdehlərin ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. İşə apellyasiya qaydasında yenidən baxılması məhkəmə icraatının bir mərhələsi olmaqla, aşağı məhkəmələr tərəfindən işlərə baxılması zamanı buraxılan səhvlərin aradan qaldırılması üçün əlavə hüquqi zəmin rolunu oynayır. Hesab edir ki, həmin qanuni və əsaslı apellyasiya məhkəməsi tərəfindən qəbul edilən məhkəmə aktı ilə onların pozulmuş hüquqları bərpa olunmalıdır. Heç bir kompensasiya ödənilmədən onun ailəsinə məxsus evdən qeydiyyatdan çıxarılmağı qanunsuzdur. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən apellyasiya şikayəti mümkün hesab edilməklə baxılması üçün təyin edilmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh3 məhkəməyə teleqram ünvanlayaraq ağır xəstə olduğu üçün məhkəmə iclasında iştirak edə bilmədiyini, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisi 10 yanvar 2024-cü il tarixli məktub ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək hesab edir ki, Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(027)-924/2023 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Quba regional “Asan xidmət” mərkəzində Notariat ofisinə, Cavabdeh3, Cavabdeh4 və azyaşlı qızları Cavabdeh5 və Cavabdeh6 və Cavabdeh7 qarşı Quba rayonu, Notariat Kontoru tərəfindən X4 1/8 pay, Cavabdeh3 üçün 1/8 pay, X11 üçün 1/8 pay hesabı ilə verilmiş xx.xx.2013-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında 2V/01-383 saylı şəhadətnamənin və reyestr qeydinin ləğv olunması” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdən görünür ki, Əliyev Məcnun Mərdəli oğlunun vərəsələri olan qızları İlhamə Əlizadə və Cavabdeh3 atalarından qalmış mirasa dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün notariat kontoruna müraciət etmiş, lakin notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Qeyd edilən qərarla razılaşmadıqlarından İlhamə Əlizadə və Cavabdeh3 Quba rayon notariat kontoruna qarşı cavabdehin üzərinə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək öhdəliyinin qoyulmasına dair ərizə ilə Sumqayıt-İnzibati İqtisadi Məhkəməsinə müraciət etmişlər. İş materiallarında olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-493/2013 nömrəli, 17 iyul 2013-cü il tarixli qərarının surətindən görünür ki, iddia təmin edilərək X8 və Cavabdeh3 vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Quba rayon notariat kontorunun üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 23 oktyabr 2014-cü il tarixli, 2-2(105)-210/2014 nömrəli qərardadının surətindən görünür ki, üçüncü şəxs İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-493/2013 nömrəli, 17 iyul 2013-cü il tarixli qərarı ləğv edilmiş, iddiaçılar X11 və Cavabdeh3 cavabdeh Quba rayon notariusuna qarşı vərəsəliyin qəbulu müddətinin üzürlü keçməsini və vərəsəlik şəhadətnaməsi verilməsi üçün kifayət qədər dəlillərin olmasını nəzərə alaraq cavabdehin üzərinə vərəsəlik haqqında şəhadətnamə vermək öhdəliyinin qoyulması barədə iddiası mümkün sayılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 fevral 2015-ci il tarixli, 2-1(102)-92/2015 nömrəli qərarından görünür ki, iddiaçılar X11 və Cavabdeh3 vəkilləri X12 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 23 oktyabr 2014-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanmışdır. Məhkəmə kollegiyasının araşdırması əsasında müəyyən olunur ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş Əliyev Məcnun Mərdəli oğlundan miras qalmış miras kütləsinə aşağıdakı əmlaklar daxildir.
1. DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixində verilmiş, MH ******* saylı çıxarışa əsasən Quba rayonu, Gəray kəndində yerləşən 0,25 ha torpaq sahəsi
2. ƏMDKY DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixində verilmiş MH0019615 olan çıxarışa əsasən Quba şəhəri, 33-cü məhəllədə yerləşən 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2007-ci ildə tikilmiş 1 mərtəbəli 3 otaqlı, ümumi sahəsi 116,4 kv.m., yaşayış sahəsi 57.1, yardımçı sahəsi 59,3 kv.m. olan fərdi yaşayış evi. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 23 aprel 2018-ci il tarixli, 2(027)- 740/2018 nömrəli qətnaməsindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli, 26 aprel 2007-ci il qeydiyyat tarixli və MH seriyalı, ******* nömrəli, 09 sentyabr 2008-ci il qeydiyyat tarixli çıxarışlarla 24 dekabr 2011-ci il tarixdə vəfat etmiş Əliyev Məcnun Mərdəli oğluna məxsus olan və ondan miras qalmış Quba rayonu, Gəray kəndində yerləşən 0,25 ha torpaq sahəsi və Quba şəhəri, məhəllə 33 ünvanında 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2007-ci ildə tikilmiş 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 116,4 kv.m, yaşayış sahəsi 57,1 kv.m, yardımçı sahəsi 59,3 kv.m olan fərdi yaşayış evinə dair X10, Cavabdeh3 və X5 adına Quba rayon notariat kontorunun xüsusi notariusu Zaur Dəmirov tərəfindən tərtib edilmiş, 21 sentyabr 2013-cü il tarixdə reyestrdə 2V/01-384 və 2V/01-386 (əslində 383) nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)- 305/2020 nömrəli qətnaməsindən görünür ki, Quba rayon notariat kontorunun xüsusi notariusu Zaur Dəmirov tərəfindən 21 sentyabr 2013-cü il tarixdə verilmiş reyestrdə 2V/01- 385, 2V/01-386 nömrə ilə qeyd edilmiş mülkiyyət hüququ haqqında şəhadətnamələr və bununla əlaqədar aparılmış qeydiyyatlar etibarsız hesab edilmiş, Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il qeydiyyat tarixli, RX seriyalı ******* nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il qeydiyyat tarixli, **********90 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli, **********90 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli, MH seriyalı ******* nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il qeydiyyat tarixli, RX seriyalı ******* nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il qeydiyyat tarixli, **********40-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli, **********40-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli Çıxarışlar və bununla bağlı aparılmış qeydiyyatlar, Quba rayon notariat kontorunun xüsusi notariusu Zaur Dəmirov tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş reyestrdə 4ə/01-359, 4ə/01-360 nömrə ilə qeydə alınmış bağışlama müqavilələri və bununla əlaqədar aparılmış qeydiyyatlar, Bakı şəhəri 5 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2014-cu il tarixdə verilmiş reyestrdə 2V85, 2V-86 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və bununla bağlı aparılmış qeydiyyatların ləğv edilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 02 avqust 2022-ci il tarixli, 2(105)-1147/2022 nömrəli qətnamənin surətindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-305/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, Quba rayon notariat kontorunun xüsusi notariusu Zaur Dəmirov tərəfindən 21 sentyabr 2013-cü il tarixdə verilmiş reyestrdə 2V/01-385, 2V/01-386 nömrə ilə qeyd edilmiş mülkiyyət hüququ haqqında şəhadətnamələr və bununla əlaqədar aparılmış qeydiyyatlar etibarsız hesab edilmiş, Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il qeydiyyat tarixli, RX seriyalı ******* nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il qeydiyyat tarixli, **********90 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli, **********90 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli, MH seriyalı ******* nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il qeydiyyat tarixli, RX seriyalı ******* nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il qeydiyyat tarixli, **********40- 10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli, **********40-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli Çıxarışlar və bununla bağlı aparılmış qeydiyyatlar, Quba rayon notariat kontorunun xüsusi notariusu Zaur Dəmirov tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş reyestrdə 4ə/01- 359, 4ə/01-360 nömrə ilə qeydə alınmış bağışlama müqavilələri və bununla əlaqədar aparılmış qeydiyyatlar, Bakı şəhəri 5 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2014-cu il tarixdə verilmiş reyestrdə 2V85, 2V-86 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və bununla bağlı aparılmış qeydiyyatlar ləğv edilmiş, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilmiş, qətnamə qanuni qüvvəsini almışdır. İşin araşdırılmış hallarına əsasən müəyyən olunur ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri mövcuddur. Belə ki, işin 1-ci cildinin 135 və 136-cı vərəqlərində olan Quba rayon notariat kontorunun xüsusi notariusu tərəfindən Zaur Dəmirov 21 sentyabr 2013-cü il tarixdə verilmiş reyestrdə 2V/01-385 və 2V/01-386 nömrə ilə qeyd edilmiş mülkiyyət hüququ haqqında şəhadətnamələrə əsasən yuxarıda miras kütləsi kimi göstərilən 0,04 ha torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinin, eləcə də Quba rayonu, Gəray kəndində yerləşən 0,25 torpaq sahəsinin ½ hissəsinə X3 mülkiyyət hüququ müəyyən edilmişdir. Yuxarıda qeyd olunduğu kimi qanuni qüvvəsini almış məhkəmə qətnamələrin əsasən həmin 2V/01-385 və 2V/01-386 nömrə ilə qeyd olunmuş mülkiyyət hüququ haqqında şəhadətnamələr və bunlarla əlaqədar aparılmış qeydiyyatlar etibarsız hesab edilmişdir. Qanuni qüvvəsini almış apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə 2V/01-385 nömrə ilə qeyd edilmiş mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsızlığı aşağıdakı kimi əsaslandırılmışdır: ”... Miras əmlakda payların müəyyən edilməsi mübahisə predmeti olmamışdır. İşdən göründüyü kimi notarius miras əmlaklara dair vərəsəlik şəhadətnaməsi verərkən kobud qanun pozuntusuna yol verərək miras əmlakları ərlə arvadın birgə mülkiyyəti kimi qiymətləndirib və ona uyğun da həmin əmlakların ½ hissəsinə dair şəhadətnamə vermişdir. Halbuki, işdən göründüyü kimi 0,25 ha torpaq sahəsi mərhum Məcnun Əliyevə atası Mərdəli Əliyevdən miras qalmış və bu fakt məhkəmə qətnaməsilə təsdiq edilmişdir. Eləsə də, 0,04 ha torpaq sahəsi də Respublikada aparılan torpaq islahatı zamanı əvəzsiz olaraq Məcnun Əliyevə verilmişdir”. Bundan əlavə iş materiallarının 2-ci cildinə əlavə edilmiş Quba Rayon Məhkəməsinin 23 aprel 2018-ci il tarixli, 2(027)-740/2018 nömrəli qətnaməsinə əsasən İddiaçı cavabdeh Quba rayon notariat kontoruna qarşı “vərəsəlik qeydinin ləğv edilməsi və vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin olunaraq, həmin qətnamə ilə Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli, 26 aprel 2007-ci il qeydiyyat tarixli və MH seriyalı, ******* nömrəli, 09 sentyabr 2008-ci il qeydiyyat tarixli çıxarışlarla 24 dekabr 2011ci il tarixdə vəfat etmiş Əliyev Məcnun Mərdəli oğluna məxsus olan və ondan miras qalmış Quba rayonu, Gərəy kəndində yerləşən 0,25 ha torpaq sahəsi və Quba şəhəri, məhəllə 33 ünvanında 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2007-ci ildə tikilmiş 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 116,4 kv.m., yaşayış sahəsi 57,1 kv.m, yardımçı sahəsi 59,3 kv.m. olan fərdi yaşayış evinə dair X10, Cavabdeh3 və X5 adına Quba rayon notariat kontorunun xüsusi notariusu Zaur Dəmirov tərəfindən tərtib edilmiş, 21 sentyabr 2013-cü il tarixdə reyestrdə 2V/01-384 və 2V/01-386 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnmələr etibarsız hesab edilmişdir. Məhz həmin qətnamənin məzmunundan aşkar şəkildə göründüyü kimi iddiaçının hazırkı iş üzrə verdiyi tələb üzrə qətnamə çıxarmış, lakin birinci instansiya məhkəməsi texniki səhvə yol verərək 2V/01-383 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əvəzinə 2V/01-386 nömrəni qeyd etmişdir. Belə ki, bu işin 1-ci cildinin 43-cü vərəqində olan 2V/01- 383 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin məzmunu ilə də tam təsdiq olunur. Bundan əlavə qanuni qüvvəsini almış Quba Rayon Məhkəməsinin 23 aprel 2018-ci il tarixli 2(027)-740/2018 nömrəli qətnaməsinin hazırkı iddia tələbində göstərilən əsasla icra olunmaması mübahisələndirilmir. Bununla əlaqədar hazırkı iş üzrə iddiaçı Quba Rayon Məhkəməsinin 23 aprel 2018ci il tarixli, 2(027)-740/2018 nömrəli qətnaməsində yol verilmiş yanlışlığın MPM-nin 228.2ci maddəsinə əsasən aradan qaldırılması üçün həmin məhkəməyə ərizə ilə müraciət edə bilər. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Qərarına zidd olaraq iddianın təmin olunmasını onunla əsaslandırmışdır ki, X11, Cavabdeh3 və X10 miras əmlakın qanunla müəyyən edilmiş qəbulu müddətini ötürmüşlər. Belə ki, Konstitusiya Məhkəməsinin həmin qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından vu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibərlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.2, 384.0.5, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Quba Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(027)-924/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Quba regional “Asan xidmət” mərkəzində Notariat ofisinə, Cavabdeh3, Cavabdeh4 və azyaşlı qızları Cavabdeh5 və Cavabdeh6 və Cavabdeh7 qarşı “Quba rayonu, Notariat Kontoru tərəfindən X4 1/8 pay, Cavabdeh3 üçün 1/8 pay, X11 üçün 1/8 pay hesabı ilə verilmiş xx.xx.2013-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında 2V/01-383 saylı şəhadətnamənin və reyestr qeydinin ləğv olunması” tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.