Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1376/2021 29.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iclas katibliyi və İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı miras əmlakın qiymətləndirilək satılması və satıldıqdan sonra əldə olunan vəsaitin vərəsələrin paylarına uyğun bölüşdürlməsi tələbinə dair ilk, cavabdehlər X2 və Cavabdeh2 İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə qəbul edilmiş iddianın təmini tədbiri barədə Şəki Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(075)-708/2021 nömrəli qərardadından cavabdehlər X2 və Cavabdeh2 tərəfindən verilmiş şikayətlərə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X1 miras qalmış “VAZ-21723” markalı, **-BO-*** dövlət nömrə nişanlı minik avtomobilinin qiymətləndirilərək satılması və satıldıqdan sonra əldə olunan vəsaitin vərəsələr arasında paylarına uyğun bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 19 may 2021-ci il tarixdə iddia tələbinin dəyişdirilməsi və dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək mərhum həyat yoldaşı X1 ona miras qalmış “VAZ-21723” markalı, **-BO-*** dövlət nömrə nişanlı minik avtomobilinin cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 19 may 2021-ci il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinin dəyişdirilməsi və dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Həmçinin, cavabdehlər X2 və Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş 3000 manatın, X6 tərəfindən verilmiş 10000 manatın 2/6 hissəsinin, onun qalıq əmək haqqından, yəni 7161,44 manatın yarısının 2/6 hissəsinin alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Daha sonra cavabdehlər X2 və Cavabdeh2 məhkəməyə iddia tələblərinin həcminin artırılması barədə ərizə təqdim edərək, İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş 3000 manatın, X6 tərəfindən verilmiş 10000 manatın 2/6 hissəsinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən verilmiş 2000 manatın 2/6 hissəsinin, onun qalıq əmək haqqından, yəni 4960,37 manatın yarısının 2/6 hissəsinin alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Cavabdehlər X2 və Cavabdeh2 iddia tələblərinin həcminin artırılması barədə ərizələri məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı 19 may 2021-ci il tarixdə məhkəməyə daxil olmuş iddianın təmini tədbiri barədə ərizəsində hazırki iddia tələbinə baxılıb iş üzrə qərar qanuni qüvvəsini alanadək mərhum həyat yoldaşından miras qalmış, hazırda cavabdehlərin istifadəsində olan **-BO- *** dövlət qeydiyyat nişanlı, “VAZ-21273” markalı minik avtomobilinin üzərinə həbs qoyulması və həmin avtomoilin saxlanma meydançasına gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim E.Mehdiyev) 19 may 2021-ci il tarixli, 2 (075)- 708/2021 nömrəli qərardadına əsasən iddianın təmin tədbiri barədə ərizənin qismən təmin edilməsi, iddia tələbinə baxılıb iş üzrə çıxarılacaq qətnamə qanuni qüvvəsini alanadək, mərhum X1 miras qalmış “VAZ-21723” markalı, **-BO-*** dövlət nömrə nişanlı minik avtomobilinin üzərinə həbs qoyulması qərara alınmışdır. Cavabdehlər X2 və Cavabdeh2 ayrı-ayrılıqda Şəki Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli tarixl, 2(075)-708/2021 nömrəli qərardadından şikayət vermişlər. Cavabdehlər X2 və Cavabdeh2 şikayətləri onunla əsaslandırılmışlar ki, hər iki qərardadı qanunsuz və əsassız hesab edirlər. Belə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və nəticədə qanunsuz və əsassız qərardadlar qəbul etmişdir. Belə ki, onlar istifadəsi qadağan edilən “VAZ-21723" markalı, **-BO-*** dövlət nömrə nişanlı minik avtomobilinin mülkiyyətçisidir. Şəki Rayon Məhkəməsinin qərardadı onların mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Ona görə də Şəki Rayon Məhkəməsinin 19 may 2021 -ci il tarixli 2(075)-708/2021 nömrəli qərardadının ləğv edilməsini və İddiaçı vəsatətlərinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş edirlər. Şəki Rayon Məhkəməsinin (hakim E.Mehdiyev) 02 iyun 2021-ci il tarixli və 08 iyun 2021-ci il tarixli, 2(075)-708/2021 nömrəli qərardadları ilə şikayətlər təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayətlərə etiraz edərək bildirdi ki, qeyd olunan avtomobil mərhum (şəhid) ərinə məxsus olmaqla, hazırda cavabdehlərin istifadəsindədir. Ona görə də hazırki mübahisə yekunlaşana qədər avtomobilin üzərindən həbsin götürülməməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər (qarşılıqlı iddiaçılar) məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi şikayət ərizəsini iddiaçı tərəfin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayətlər təmin edilməməli və Şəki Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(075)-708/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 157.1 və 157.2-ci maddələrinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Göründüyü kimi qanunvericiliyə əsasən iddianın təmin edilməsinə əsas məqsəd məhkəmənin gələcəkdə qəbul ediləcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi hallar ilə bağlıdır və həmin qərardadla iş mahiyyəti üzrə həll oluna bilməz. İddianı təmin etmə tədbiri barədə qərardad qəbul edilərkən məhkəmə iddiaçının iddia tələbinin əsaslılığını və həmin iddia ilə bağlı gələcəkdə qəbul ediləcək qətnamənin icrasına maneələr yarada bilən cavabdehin hansı qanunazidd hərəkətlər edə biləcəyi haqqında şübhələrin əsaslı olub-olmamasını müəyyən etməlidir. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158-ci maddəsində iddianı təmin etmək üçün görülə bilən tədbirlər göstərilmişdir və bu tədbirlər sırasında cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq da nəzərdə tutulmuşdur. Həmçinin, qanunvericilikdə müəyyən edilmişdir ki, məhkəmə zəruri hallarda iddianı təmin etmək məqsədi ilə bu Məcəllənin müvafiq maddələrində nəzərdə tutulan digər tədbirləri görə bilər. Məhkəmə iddianın təmin edilməsinin bir neçə növünü tətbiq edə bilər (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.2-ci maddəsi). 158.1-ci və 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi kimi tədbirlər görülə bilər. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin tədbirinin tətbiqinə dair ərizəni təmin edərkən tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddianın məzmunundan da görünür ki, hər iki tərəf məhz mübahisə olunan əmlak tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Həmin əmlakların da üzərinə həbs qoyulması və istifadəsinin qadağan edilməsi isə müvəqqəti xarakter daşıyan bir məhkəmə aktıdır və cavabdehin mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qəbul edilə bilməz. Apellyasiya instansiya məhkəməsi həmçinin hesab edir ki, ümumiyyətlə iddianı təmin etmək tədbirləri iddianın məhkəməyə verilməsi ilə qorunan əmlak mənafelərinin müdafiəsinin sürətləndirilmiş və çevik vasitəsi olduğuna görə bu tədbirlərin tətbiqindən ötrü sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə məhkəməyə təqdim edilməsi tələb olunmur. Əks halda iddianı təmin etmə tədbirləri öz əhəmiyyətini itirmiş olar. Ona görə də işdə iştirak edən şəxsin iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizəsi məhkəməyə daxil olduqda, onun pozulmuş və ya mübahisəli hüququnun mövcudluğunu təsdiq edən sübutların təqdim olunması iddianı təmin etmək haqqında tədbirlərin görülməsi üçün kifayətdir. Məhz bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıdığından və işi qabaqcadan mahiyyəti üzrə həll etmədiyindən, hazırki iş üzrə də iddianın təmini tədbiri iddia tələbinin məzmununa, həddinə və ruhuna uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək etmək hüququ vardır. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Şəki Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli 2(075)- 708/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Mülki Prosessual Məcəllənin 402-ci maddəsinin tələbinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardadlardan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Cavabdehlər X2 və Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(075)-708/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1376/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1376/2021
29.06.2021 · Sair mülki iş - Digər - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver