Məhkəmə qərarları › İş №2(107)-212/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-212/2022

19.01.2022 · Sair mülki iş - Digər - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-212/2022 19.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və cavabdehlərin vəkili X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ** BO *** dövlət qeydiyyat nişanlı, VAZ 21723 markalı avtomobil tələbinə dair ilk və cavabdehlər X16 və Cavabdeh2 İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası ilə bağlı Şəki Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(075)-708/2021 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(075)-708/2021 nömrəli qətnaməsi ilə (hakim Elçin Mehdiyev) ilk iddia təmin olunmuş, X1 miras qalmış ** BO *** dövlət qeydiyyat nişanlı, VAZ 21723 markalı avtomobilin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilməsi, qarşılıqlı iddia qismən təmin edilmiş, İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilən 3000 manat, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən mərhum X6 qalıq əmək haqqı olaraq ödənilmiş 4960,37 manatın yarısının 2/6 hissəsi, yəni 826,73 manatın alınaraq Cavabdeh1 və Cavabdeh2 ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddialarının qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum həyat yoldaşından miras qalmış ** BO *** dövlət qeydiyyat nişanlı, VAZ 21723 markalı minik avtomobilinin qiymətləndirilərək satılması və satıldıqdan sonra əldə olunan vəsaitin vərəsələrin paylarına uyğun bölüşdürülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəyişdirilməsi və dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək mərhum həyat yoldaşından ona miras qalmış ** BO *** dövlət qeydiyyat nişanlı, VAZ 21723 markalı minik avtomobilinin cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəyişdirilməsi və dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı məhkəməyə daxil olmuş qarşılıqlı iddia ərizələrində, cavabdeh İddiaçı Səfərbərlik və Hərbi XidmətəÇağırış üzrə Dövlət Xidməti tərəfindən verilən 3000 manatın, X30 verilmiş 10000 manatın 2/6 hissəsinin, onun qalıq əmək haqqından yəni 7161,44 manatın yarısının 2/6 hissəsinin alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sonradan məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək cavabdeh İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilən 3000 manatın, X30 verilmiş 10000 manatın 2/6 hissəsinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 5000 manatın 2/6 hissəsinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən verilmiş 2000 manatın 2/6 hissəsinin, onun qalıq əmək haqqından yəni 4960,37 manatın yarısının 2/6 hissəsinin alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə proses tərəflərinin fikirlərini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclası zamanı İddiaçı izahatında göstərmişdir ki, o, mərhum həyat yoldaşı X14 ilə nikahlarını 03 oktybar N1-ci il tarixdə Şəki şəhəri İHB-nın Cəfərabad kənd icra nümayəndəliyində rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahdan iki qız və bir oğlan övladları anadan olmuşlar. Onun həyat yoldaşı X14 10 noyabr 2020-ci il tarixdə İkinci Qarabağ müharibəsi dövründə gedən döyüş əməliyyatlarında şəhid olmuşdur. Ərinin vəfatından sonra o, azyaşlı uşaqları ilə birlikdə cavabdehlərin yaşadıqları ünvandan Zaqatala şəhərinə köçmüşdür. Onunla mərhum X7 birgə nikahları dövründə, yəni 19 fevral N4-cü il tarixdə mərhum X6 adına ** BO *** dövlət nişanlı VAZ 21723 minik markalı avotomobil alınmışdır. Həmin avtomobil onun mərhum əri X14 ilə birgə nikahları dövründə alınmış əmlak olmasına baxmayaraq həmin miras qalmış avtomobil cavabdehlər tərəfindən saxlanılır. O, avtomobilin qiymətləndirilməsi, daha sonra satılaraq əldə olunan vəsaitin vərəsələrin paylarına uyğun bölüşdürülməsinə dair cavabdehlərə müraciət etsə də nəticə əldə edilməmişdir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mərhum həyat yoldaşı əvvəlcə Zaqatala rayonunda yerləşən hərbi hissədə xidmət aparmışdır. N9-cu ilin dekabr ayında ərinin iş yeri Hacıqabul rayonuna dəyişilmişdir. O, isə hamilə olduğuna görə Cəfərabad kəndində cavabdehlərin evində yaşamış və uşağın qırxı çıxmamış həyat yoldaşı onu Hacıqabula aparmışdır. 2020ci ilin sentyabr ayında qaynatası Amiraslan onları Cəfərabad kəndinə gətirmişdir. Onların birgə nikahları dövründə 19 fevral N4-cü il tarixdə alınmış ** BO *** dövlət nişanlı VAZ 21723 minik markalı avotomobil onun mərhum həyat yoldaşının adına rəsmiləşdirilmişdir. X38 tərəfindən 10000 manat pul vəsaiti məhz şəhidin arvadı olan onun və onun himayəsində olan şəhid uşaqları üçün ayrılmışdır. Ruslan Sadıqovun birinci adnasına gəlmiş X31 nümayəndəsi də məhz bu şəkildə məlumat vermişdir. Ərinin şəhid olması ilə bağlı Şəki şəhər İcra Hakimiyyətindən 3000 manat pulu ona əlbəəl verərək yardım etmişlər. Ərinin şəhid olması ilə bağlı xaricdə yaşayan Azərbaycanlılar ona 2 bank kartı göndərmişlər və hər kartda 500 manat olmaqla cəmi 1000 manat pul olmuşdur. Beynəlxalq Bankda da onun adına 3000 manat pul vurulmuş və həmin pulu da çıxartmışdır. Ərinin şəhid olması ilə bağlı sığortadan ödənilmiş 11.000 manatın müvafiq hissəsini almışdır. Ərinin şəhidolması ilə bağlı 4960.37 manat da Daxili qoşunlardan onun hesabıma köçürülmüşdür. Ərinin şəhid olması ilə bağlı 5000 manat Daxili İşlər Nazirliyindən cənab nazir tərəfindən məhz mərhumun həyat yoldaşı olaraq ona göndərilmişdir. Ərinin şəhid olması ilə bağlı Daxili qoşunlardan ona 2000 manat pul verilməmişdir. Mərhum həyat yoldaşı Ruslan mübahisələndirdiyi maşını almağa gedəndə qaynatası Amiraslanla birlikdə getmişdir. Ancaq cavabdehlərin alınmış avtomobilə heç bir aidiyyatları yoxdur. Ona görə ki, avtomaşını mərhum ərinin 12-13-cü cü maaşlarını toplamaqla və bankdan kredit götürüb almışlar. Avtomaşınla bağlı götürülmüş kredit borcunu da mərhum həyat yoldaşı ödəmişdir. X30 ayrılan pul vəsaiti ona cavabdehlərin yanında verilmiş və məhz onun üçün verilmişdir. Həm X30, həm də DİN-dən verilən vəsait sırf şəhidin ailəsinə verilmiş vəsaitdir. Səfərvərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti pulu şəhidin dəfn mərasimi üçün vermişdir. O, yasda İcra Hakimiyyətindən alınan 2000 manat pulu və xaricdə yaşayan Azərbaycanlıların göndərdiyi 1000 manatı qaynanasının bacısına vermişdir. O da Zaqatalada şəhidin 52-ni vermiş və şəhidin 3 az yaşlı uşağına baxır. O, yasın 42-ci günü Zaqatalaya getmişdir. İlk iddianı müdafiə edir. Qarşılıqlı iddianı isə qəbul etmir. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, İddiaçı oğlu X14 ilə nikahlarını 03 oktybar N1-ci il tarixdə Şəki şəhəri İHB-nın Cəfərabad kənd icra nümayəndləyində rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahdan iki qız və bir oğlan övladları anadan olmuşlar. Oğlu 10 noyabr 2020-ci il tarixdə İkinci Qarabağ müharibəsi dövründə gedən döyüş əməliyyatlarında şəhid olmuşdur. Oğlu şəhid olmasınadək 14 il ərzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarda hərbi xidmətdə olmuşdur. Onlar bir ailə kimi mehriban yaşamışlar. Oğlu xidmətdə olduğu dövrdə o, həmişə həm gəlini olan iş üzrə iddiaçının və həm də iddiaçının himayəsində olan 3 nəvəsinin qayğıları ilə maraqlanmış və onların qayğılarını həll etmişdir. Nəvələri məhz onun himayəsi altında məktəbə getmişlər. İddiaçının iddia etdiyi avtomobili o, N4-cü ildə oğlu üçün hədiyyə almışdır. Həmin avtomaşını alanda onu əvvəlcə öz adına almış, sonra isə oğlunun adına keçirtmişdir. Oğlu vəfat edəndən sona qarşılıqlı iddiada göstərilən pul məbləğlərindən məlumatı olmamışdır. Lakin oğlunun şəhid olması ilə bağlı dövlət tərəfindən ödənilən 11000 manat sığorta pulundan öz paylarına düşən hissəni almışlar. Bununla bağlı paylarına düşən Prezident təqaüdü də onlara verilmişdir. Oğlunun şəhid olması ilə bağlı X38 tərəfindən verilən 10000 manat vəsaitin hamısını iddiaçı almışdır. Halbuki X31 əməkdaşları 10.000 manat pulun bölünməli olduğunu demişlər. Lakin İddiaçı həmin pulun ona çatmalı olduğunu bildirmişdir. Bundan başqa oğlunun 40 mərasiminin sabahısı günü iddiaçı uşaqlarını da götürüb onun yaşadığı ünvanı tərk edib getmişdir. İddiaçı onun yaşadığı evdə olan cer-cehizi ilə yanaşı Hacıqabul rayonunda yaşadıqları evdən də əşyaları hazırda özünün yaşadığı evə aparmışdır. Ona oğlunun dəfn mərasimində Şəki şəhər İcra Hakimiyyətindən 3000 manat pul gətirmişlər və həmin pulun alınması ilə bağlı İddiaçı imza etmiş və pulu götürmüşdür. Sonra onlar bununla maraqlandıqda Cəfərabad kənd İcra Nümayəndəsi həmin pulun 1000 manatının şəhidin uşaqları üçün, 1000 manatının dəfn üşün, 1000 manatın isə şəhidin baş daşı üçün nəzərdə tutulduğunu bildirmişdir. Bundan sonra iddiaçı Şəki şəhər İcra Hakimiyyətindən verilmiş 3000 manat puldan 2000 manatını onlara vermişdir. İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş 3000 manat pulu da bütünlükdə özü götürmüşdür. Bundan başqa oğlu şəhid olmamışdan əvvəl onun üçün hesablanmış əmək haqqı qalığının da hamısını iddiaçı özü götürmüşdür. Maşını alanda 4000 manatı borc almış, qalan pulu isə o, yoldaşı və oğlu qoymuşlar. İlk iddianı qəbul etmir, qarşılıqlı iddianı müdafiə edir. Cavabdeh2 və cavabdehlərin vəkili X11 məhkəmə iclasında eyni məzmunlu izahatlar verərək onun göstərdiklərini təsdiq etmişdilər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cavabdehlər Cavabdeh1 və Cavabdeh2 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qanunvericilik mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilməsi ilə şərtləndirilmişdir. Lakin birinci instansiya məhkəməsi bizim mülkiyyət hüquqlarımız kobud şəkildə pozmuş bizim paylı mülkiyyətimizdə olan əmlakın tamamilə bizdən alınıb iddiaçıya verilməsi barədə qərar qəbul etmişdir. Halbu ki, qanunvericiliyin tələbinə görə mülkiyyətçilər arasında payın ayrılması və kompensasiyanın verilməsi barədə razılıq əldə edilmədikdə əmlak açıq hərracda satılmalı və tərəflərin paylarına uyğun şəkildə pul bölünməli idi. İşdə olan 19 fevral N4-cü il tarixli, AC 135885 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili N2-ci il olan VAZ 21723 minik markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobil X6 adına qeydiyyata alınmışdır. Həmin avtomobilin X6 adına qeydiyyata alınması əsasını AA 610827 nömrəli hesab arayış təşkil etmişdir. İşdə olan Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 04 fevral 2021 -ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 10 noyabr 2020-ci il tarixdə vəfat etmiş X6 vərəsələri atası-Şəki rayonu Cəfərabad kəndində qeydiyyatda olan Cavabdeh1 və anası, Şəki rayonu Cəfərabad kəndində qeydiyyatda olan X2 hər biri miras əmlakdan 1/12 hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Şəki RQİ və TBŞ tərəfindən verilmiş 19 fevral N4-cü il tarixli AC135885 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili N2-ci il olan VAZ 21723 minik markalı, ** BO *** dövlət qeydiyyat nişanlı mərhuma məxsus avtomobildən ibarətdir. Ona görə də iddiaçının həmin avtomobili bütövlükdə tələb etməkdə, məhkəmənin də avtomobilin bizdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul etməkdə haqlı olmamışlar. Birinci instansiya məhkəməsi həmçinin onların qarşılıqlı iddiasının X30 verilmiş 10000 manatın 2/6 hissəsinin təmin etməməkdə də düzgün olmayan hüquqi nəticəyə gəlmiş, sadəcə olaraq formal mülahizələrə əsasən qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi X30 verilmiş 10000 manatın 2/6 hissəsinin iddiaçıdan alınaraq onlara verilməsi hissəsində qarşılıqlı iddia ərizəsini təmin etməməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən şəhid ailələrinə verilən 5000 manatın da 2/6 hissəsinin iddiaçıdan alınaraq onlara verilməsi hissəsində təmin etməməkdə haqlı olmamışdır. Birinci instansiya məhkəməsi qətnamədə onlar tərəfindən Daxili İşlər Nazirliyi tərəfindən şəhid ailələrinə 5000 manatın verilməsi ilə bağlı sübutun təqdim edilmədiyini qeyd etsə də İddiaçı həqiqətən də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən şəhid ailələrinə 5000 manatın verilməsini etiraf etmiş lakin sadəcə öz xeyri naminə həmin pulu cənab nazir tərəfindən məhz mərhumun həyat yoldaşı olaraq ona göndərildiyini bildirmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi aydınlaşdırmamışdır ki, subay olmuş şəhidlərə həmin 5000 manat pul vəsaiti məhz cənab nazir tərəfindən kimə göndərilmişdir. Qanunvericilik ailə üzvlərinin dairəsini müəyyənləşdirmişdir və həmin dairəyə ərarvad, valideynlər və uşaqlar daxildir. Ona görə də şəhidin ailə üzvlərinə verilən pul məbləğindən onun valideynlərinin çıxarılması və onların həmin yardımdan məhrum edilməsi ən azından şəhidlərimizə olan hörmətsizlikdir. Ona görə də, Şəki Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(075)-708/2021 nömrəli qətnaməsinin ilk iddianın təmin edilən hissəsində və qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və ilk iddianın tam təmin edilməməsi və onlar tərəfindən verilən qarşılıqlı iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və cavabdehlərin vəkili X12 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(075)-708/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Şəki Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(075)-708/2021 nömrəli qətnaməsi ilk iddianın təmin edilməsi hissəsində ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ** BO *** dövlət qeydiyyat nişanlı, VAZ 21723 markalı avtomobil tələbinə dair ilk iddiası rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin 06 aprel 2021-ci il tarixli, 616 nömrəli məktubundan görünür ki, şəhid olmuş hərbi qulluqçuların dəfn mərasimlərinin təşkili və keçirilməsi məqsədi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəhidin ailəsinə 3000 manat məbləğində pul müavinəti ödənilir. Şəhid baş çavuş X6 dəfn mərasimlərinin təşkili və keçirilməsi məqsədi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun həyat yoldaşı İddiaçı adına 2020-ci ilin noyabr ayında Azərbaycan Beynəlxalq Bankında açılmış hesaba 3000 manat pul köçürülmüşdür. İşdə olan Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 25 noyabr 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 10 noyabr 2020-ci il tarixdə vəfat etmiş X6 vərəsələri ünvan 2ydiyyatda olan İddiaçı, ünvan 2ydiyyatda olan X19, ünvan 2ydiyyatda olan X20, ünvan 2ydiyyatda olan X18r. Onların hər biri miras əmlakdan 1/6 hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş 24 noyabr 2020-ci il tarixli məktubuna əsasən hərbiçi X6 həlak olması ilə əlaqədar Dövlət Sığorta Şirkətinin Şəki filialı tərəfindən veriləcək 11000 manat sığorta pulundan ibarətdir. İşdə olan Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 05 mart 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 10 noyabr 2020-ci il tarixdə vəfat etmiş X6 vərəsələri ünvan 3nında qeydiyyatda olan İddiaçı, ünvan 3nında qeydiyyatda olan X19, ünvan 3nında qeydiyyatda olan X20, ünvan 3nında qeydiyyatda olan X17r. Onların hər biri miras əmlakdan 1/12 hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Şəki RQİ və TBŞ tərəfindən verilmiş 19 fevral N4-cü il tarixli AC135885 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili N2-ci il olan VAZ 21723 minik markalı, ** BO *** dövlət qeydiyyat nişanlı mərhuma məxsus avtomobildən ibarətdir. İşdə olan Elektron Notariat Avtomatlaşdırılmış İnformasiya Sistemi vasitəsi ilə X13 AQİS-dən çıxarışdan görünür ki, X14 ilə İddiaçı arasında 03 oktyabr N1-ci il tarixdə nikah bağlanmış və onların birgə nikahdan 29 sentyabr N2-ci il təvəllüdlü X19, 18 sentyabr N4cü il təvəllüdlü X20 və 02 mart 2020-ci il təvəllüdlü X21 adlı uşaqları vardır. İşdə olan Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 05 mart 2021-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, ünvan 3nında qeydiyyatda olan İddiaçı birgə nikah müddətində əldə etdikləri Şəki RQİ və TBŞ tərəfindən verilmiş 19 fevral N4-cü il tarixli AC135885 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili N2-ci il olan VAZ 21723 minik markalı, ** BO *** dövlət qeydiyyat nişanlı mərhuma məxsus avtomobilin ½ hissəsinə mülkiyyət hüququ vardır. İşdə olan Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 24 noyabr 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 10 noyabr 2020-ci il tarixdə vəfat etmiş X6 vərəsələri atası-Şəki rayonu Cəfərabad kəndində qeydiyyatda olan Cavabdeh1 və anası, Şəki rayonu Cəfərabad kəndində qeydiyyatda olan Cavabdeh2 hər biri miras əmlakdan 1/6 hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş 24 noyabr 2020-ci il tarixli məktubuna əsasən hərbiçi X6 həlak olması ilə əlaqədar Dövlət Sığorta Şirkətinin Şəki filialı tərəfindən veriləcək 11000 manat sığorta pulundan ibarətdir. İşdə olan Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 04 fevral 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 10 noyabr 2020-ci il tarixdə vəfat etmiş X6 vərəsələri atası-Şəki rayonu Cəfərabad kəndində qeydiyyatda olan Cavabdeh1 və anası, Şəki rayonu Cəfərabad kəndində qeydiyyatda olan Cavabdeh2 hər biri miras əmlakdan 1/12 hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Şəki RQİ və TBŞ tərəfindən verilmiş 19 fevral N4-cü il tarixli AC135885 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili N2-ci il olan VAZ 21723 minik markalı, ** BO *** dövlət qeydiyyat nişanlı mərhuma məxsus avtomobildən ibarətdir. İşdə olan 19 fevral N4-cü il tarixli, AC 135885 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili N2-ci il olan VAZ 21723 minik markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobil X6 adına qeydiyyata alınmışdır. Həmin avtomobilin X6 adına qeydiyyata alınması əsasını AA 610827 nömrəli hesab arayış təşkil etmişdir. İşdə olan Cəfərabad Bələdiyyəsi tərəfindən 19 may 2021-ci il tarixdə verilmiş 18 nömrəli arayışdan görünür ki, həqiqətən Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş X6 dəfn mərasimini atası Cavabdeh1 təşkil etmişdir. İşdə olan 07 may 2021-ci il tarixdə Şəki rayonu Cəfərabad kəndində tərtib edilmiş, Şəki şəhər İHB-nın Cəfərabad kəndindəki nümayəndəsi tərəfindən təsdiq edilmiş bir qrup Cəfərabad kənd sakinlərinin imzaladıqları aktdan görünür ki, həqiqətən Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş X6 dəfn mərasimi, qəbirüstü abidəsinin əbədiləşdirilməsi atası Cavabdeh1 tərəfindən həyata keçirilmiş və bu məqsədlə cəmi 7655 manat pul vəsaiti sərf edilmişdir. İşdə olan Şəki şəhər İHB-nın Cəfərabad kəndindəki nümayəndəsi tərəfindən 21 may 2021-ci il tarixdə verilmiş 257 nömrəli arayışdan görünür ki, X14 şəhid olandan sonra qeydiyyatdan çıxana kimi İddiaçı, X19, X20, X5 Sadıqovun atası Cavabdeh1 təsərrüfatında olmuşlar. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin 03 may 2021-ci il tarixli məktubundan görünür ki, Daxili Qoşunların sabiq hərbi qulluqçusu X14 Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəhid olduqdan sonra onun noyabr ayının aylıq pul təminatı 1366,43 manat, birdəfəlik pul müavinəti 1931,67 manat, döyüş əməliyyatlarında iştirakına görə 1662,27 manat olmaqla cəmi 4960,37 manat hesablanaraq arvadı İddiaçı Kapital Bank ASC-nin Şəki filialına köçürülmüşdür. İşdə olan Şəki Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının 24 may 2021-ci il tarixli, 2/642 nömrəli məktubundan görünür ki, X38 tərəfindən verilən 10000 manatınkimə verilməli olması ilə bağlı X31 səlahiyyətli nümayəndəsi ilə əlaqə saxlanılmışdır. Əldə olunan şifahi məlumata əsasən X38 tərəfindən verilən 10000 manat bir qayda olaraq şəhid olmuş hərbi qulluqçuların rəsmi nikahda olan həyat yoldaşlarına, şəhid olmuş hərbi qulluqçuların evli olmadığı halda şəhidin ataanasına verildiyi məlum olmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Şəki Şəhər İcra Hakimiyyətinə təqdim edilmiş rəsmi arayışa əsasən şəhid olmuş hərbi qulluqçuların dəfn mərasimlərinin təşkili və keçirilməsi məqsədi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəhidin ailəsinə 3000 manat məbləğində pul müavinəti ödənilir. Şəhid baş çavuş X6 dəfn mərasimlərinin təşkili və keçirilməsi məqsədi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun həyat yoldaşı İddiaçı adına 2020-ci ilin noyabr ayında Azərbaycan Beynəlxalq Bankında açılmış hesaba 3000 manat pul köçürülmüşdür. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsi tərəfindən verilən məlumata əsasən, şəhid olmuş hərbi qulluqçuların dəfn mərasimlərinin təşkili və keçirilməsi məqsədi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəhidin ailəsinə ödənilən 3000 manat məbləğində pul müavinətlərinin ailə üzvləri kimi konkret olaraq kimə verilməli olması qaydası müəyyən edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin 09 iyun 2021-ci il tarixli məktubundan görünür ki, Daxili İşlər Nazirliyinin X24 müharibəsində şəhid olmuş hərbi qulluqçularının ailə üzvlərinin mövcud problemlərinin həllinə sistemli yanaşmanın təmin edilməsi, onların diqqət və qayğı ilə əhatə olunması və qanunvericiliklə müəyyən edilmiş imtiyaz və güzəştlərdən tam həcmdə istifadə etmələri məqsədi ilə Daxili İşlər Nazirliyində yaradılmış müvafiq komissiya tərəfindən zəruri tədbirlər görülmüş və bu istiqamətdə fəaliyyət davam etdirilməkdədir. Bununla yanaşı Daxili Qoşunların şəhidi X6 ailə üzvlərinə normativ hüquqi sənədlər əsasında ödənilməli olan təminat növlərinin onun vərəslərinə ödənilməsi təmin olunmuşdur. Əlavə olaraq bildirilir ki, şəhid R.Sadıqovun xidmət etdiyi hərbi hissənin hərbi qulluqçuları tərəfindən şəhidin ailə üzvlərinə fərdi qaydada edilmiş maddi köməkliklər barədə Daxili Qoşunların Baş İdarəsinə rəsmi məlumat daxil olmadığından, sözügedən məsələ ilə bağlı hər hansı məlumatın verilməsi mümkün deyildir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 213.2, 213.4, 215.1, 220.2, 215.4, 220.1, 220.2, 220.3, 220.4, 225.1, 1091.1, 1091.2, 1092.1, 1151, 1243.1, 1243.2, 1243.3 və 1246-cı maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.4-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı əri, X19, X20, X15 atası, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlu X14 10 noyabr 2020-ci il tarixdə İkinci Qarabağ müharibəsində şəhid olmuşdur. Onun sağlığında, yəni İddiaçı ilə birgə nikah münasibətlərində olduqları dövrdə 19 fevral N4-cü il tarixdə alqısatqı qaydasında mərhum X6 adına ** BO *** dövlət qeydiyyat nişanlı, VAZ 21723 markalı minik avtomobili qeydiyyata alınmışdır. X14 10 noyabr 2020-ci il tarixdə İkinci Qarabağ müharibəsində şəhid olduqdan sonra X38 tərəfindən İddiaçı 10000 manat pul vəsaiti verilmiş, şəhid baş çavuş X6 dəfn mərasimlərinin təşkili və keçirilməsi məqsədi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun həyat yoldaşı İddiaçı adına 2020-ci ilin noyabr ayında Azərbaycan Beynəlxalq Bankında açılmış hesaba 3000 manat pul köçürülmüşdür. Həmçinin şəhid X8 aid olmuş cəmi 4960,37 manat hesablanaraq arvadı İddiaçı Kapital Bank ASC-nin Şəki filialına köçürülmüşdür. İddiaçı ərinin vəfatından sonra mərhum həyat yoldaşından ona və uşaqlarına miras qalmış, həmçinin özünün də ½ hissə mülkiyyət payının tanındığı ** BO *** dövlət qeydiyyat nişanlı, VAZ 21723 markalı minik avtomobilinin cavabdehlərdən alınaraq ona verilməsini xahiş edir, qarşılıqlı iddianı isə qəbul etmir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhumun dəfn mərasiminin onlar tərəfindən təşkil edilməsinə baxmayaraq dəfn mərasiminin təşkili üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilən 3000 manatın İddiaçı ödənildiyini, övladlarının şəhid olması ilə bağlı X38 tərəfindən verilmiş vəsaitdə, həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 5000 manatda, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən verilmiş 2000 manatda, onun qalıq əmək haqqı olan 4960,37 manatda onların da bir vərəsə kimi paylarının olduğunu əsas gətirərək cavabdeh İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilən 3000 manatın, X30 verilmiş 10000 manatın 2/6 hissəsinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 5000 manatın 2/6 hissəsinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən verilmiş 2000 manatın 2/6 hissəsinin, onun qalıq əmək haqqından yəni 4960,37 manatın yarısının 2/6 hissəsinin alınaraq onlara verilməsini xahiş edirlər. İlk iddianı isə qəbul etmirlər. ** BO *** dövlət qeydiyyat nişanlı, VAZ 21723 markalı minik avtomobili 19 fevral N4cü il tarixdə, yəni İddiaçı ilə birgə nikah münasibətlərində olduqları dövrdə alqı-satqı qaydasında mərhum X6 adına qeydiyyata alınmışdır. X6 vəfatından sonra notariat orqanı həmin əmlakda iddiaçının ½ mülkiyyət payını, digər ½ paya münasibətdə isə 6 vərəsənin payını müəyyən etməklə həmin avtomobilin 10/12 hissəsi İddiaçı və onun himayəsində olan azyaşlı uşaqlarının payı kimi, digər 2/12 hissəsi isə cavabdehlərin payı kimi müəyyən edilmişdir. Mərhumun vərəsələri olan azyaşlı uşaqlarına aid olan payda onların adından çıxış etmək səllahiyyəti qanunvericiliyin tələbinə uyğun olaraq anaya aid edilmişdir. Həmçinin İddiaçı himayəsində olan uşaqları ilə birlikdə mübahisə predmeti olan avtomobildə daha çox paya, yəni 10/12 paya sahib olması, avtomobilin naturada bölünməsinin mümkünsüzlüyü, daha az pay sahibinin özünün daha çox paya sahib tərəfdən əmlakın ona aid hissəsinin dəyərinin ödənilməsini tələb etmək imkanının, əmlakda əhəmiyyətli paya malik iddiaçının cavabdeh tərəfə kompensasiya vermək hüququnun olmasını nəzərə alınaraq məhkəmə hesab edir ki, əmlakda əhəmiyyətli paya malik olan İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 avtomobilin naturada alınaraq ona verilməsini tələb etməkdə haqlıdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilən 3000 manatın, X30 verilmiş 10000 manatın 2/6 hissəsinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 5000 manatın 2/6 hissəsinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən verilmiş 2000 manatın 2/6 hissəsinin, onun qalıq əmək haqqından yəni 4960,37 manatın yarısının 2/6 hissəsinin alınaraq onlara verilməsini xahiş etsələr də X30 10000 manatın, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 5000 manatın, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən 2000 manatın məhz mərhumun bütün vərəsələri üçün ayrılmasına, mərhuma aid mirasın kütləsinə daxil olmasına, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən isə iddiaçıya 2000 manat pulun verilməsinə dair qarşılıqlı iddiaçılar tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Əksinə məhkəməyə təqdim edilmiş sənədlə X30 10000 manatın ailəli olan şəhid olmuş hərbi qulluqçuların rəsmi nikahda olan həyat yoldaşlarına, şəhid olmuş hərbi qulluqçuların evli olmadığı halda şəhidin ata-anasına verildiyi məlum olmuşdur. İddiaçı məhkəmə iclasında verdiyi izahatında ərinin şəhid olması ilə bağlı 5000 manatın Daxili İşlər Nazirliyindən cənab nazir tərəfindən məhz mərhumun həyat yoldaşı olaraq ona göndərildiyini, ərinin şəhid olması ilə bağlı Daxili qoşunlardan ona 2000 manat pulun isə verilmədiyini göstərmişdir. İddiaçı tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilən 3000 manatın, mərhumun qalıq əmək haqqından yəni 4960,37 manatın yarısının 2/6 hissəsinin alınması hissəsində də qarşılıqlı iddia tələbi qəbul edilməməsinə baxmayaraq məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilən 3000 manatın məhz şəhid baş çavuş X6 dəfn mərasimlərinin təşkili və keçirilməsi məqsədi ilə İddiaçı adına açılmış bank hesabına köçürüldüyü, mərhumun qalıq əmək haqqından yəni 4960,37 manat vəsaitin məhz mərhuma aid olmaqla digər vərəsələrin də həmin pul vəsaitində miras paylarının olması müəyyən edilmişdir. İddiaçı tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilən 3000 manatın, mərhumun qalıq əmək haqqından yəni 4960,37 manatın yarısının 2/6 hissəsinin alınması hissəsində də qarşılıqlı iddia tələbi qəbul edilməməsinə baxmayaraq məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilən 3000 manatın məhz şəhid baş çavuş X6 dəfn mərasimlərinin təşkili və keçirilməsi məqsədi ilə İddiaçı adına açılmış bank hesabına köçürüldüyü, mərhumun qalıq əmək haqqından yəni 4960,37 manat vəsaitin məhz mərhuma aid olmaqla digər vərəsələrin də həmin pul vəsaitində miras paylarının olması müəyyən edilmişdir. Həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilən 3000 manatın İddiaçı adına açılmış bank hesabına köçürülməsinə baxmayaraq məhkəmə iclasında tədqiq edilmiş sübutlarla şəhid X6 dəfn mərasimlərinin cavabdehlər tərəfindən təşkil edildiyi, keçirildiyi, şəhidin qəbirüstü abidəsinin məhz cavabdeh tərəfdən qurulduğu, həmin işlərin məhz cavabdehtərəfin vəsaiti ilə həyata keçirilməsi yaşadıqları kənd sakinləri tərəfindən tərtib edilmiş aktla da təsdiq edilmişdir. Şəhidin dəfn mərasimlərinin özü tərəfindən təşkil edilməsi və keçirilməsi ilə bağlı isə İddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmiş, beləliklə iddiaçı Sadıqova X9 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilən 3000 manatı almaqla həmin hissədə əsassız vəsait əldə etmişdir. Bu səbəbdən də şəhidin dəfn mərasimlərinin təşkil etmiş və keçirmiş, qəbirüstü abidəsini quraşdırmış qarşılıqlı üzrə iddiaçılar bu məqsədlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilən 3000 manatı və mərhumun qalıq əmək haqqından yəni 4960,37 manatın yarısının 2/6 hissəsini İddiaçı tələb etməkdə haqlıdırlar. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, ilk iddia təmin edilməli, X1 miras qalmış ** BO *** dövlət qeydiyyat nişanlı, VAZ 21723 markalı avtomobil cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilməli, qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilən 3000 manat, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən mərhum X6 qalıq əmək haqqı olaraq ödənilmiş 4960,37 manatın yarısının 2/6 hissəsi, yəni 826,73 manat alınaraq Cavabdeh1 və Cavabdeh2 ödənilməlidir. Əsaslı olmadığından qarşılıqlı iddia tələbinin İddiaçı X30 verilmiş 10000 manatın 2/6 hissəsinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 5000 manatın 2/6 hissəsinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən verilmiş 2000 manatın 2/6 hissəsinin alınaraq Cavabdeh1 və Cavabdeh2 verilməsinə dair hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən ilk iddianın təmin edilməsi hissəsində gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1-ci mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamənin ilk iddianın təmin olunması ilə bağlı hissəsində ləğv olunmalı olması ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 4 aprel N4-cü il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Hazırki iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum həyat yoldaşından miras qalmış ** BO *** dövlət qeydiyyat nişanlı, VAZ 21723 markalı minik avtomobilinin qiymətləndirilərək satılması və satıldıqdan sonra əldə olunan vəsaitin vərəsələrin paylarına uyğun bölüşdürülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəyişdirilməsi və dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək mərhum həyat yoldaşından ona miras qalmış ** BO *** dövlət qeydiyyat nişanlı, VAZ 21723 markalı minik avtomobilinin cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəyişdirilməsi və dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Yuxarıda göstərilən normaların tələbinə və Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı göstərişlərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, ** BO *** dövlət qeydiyyat nişanlı, VAZ 21723 markalı minik avtomobilinin cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə iddia təmin edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamənin qarşılıqlı iddianın təmin olunmayan hissəsində ləğv olunmalı və qarşılıqlı iddianın həmin hissədə də təmin olunmalı olması ilə bağlı göstərilənlərə münasibət bildirərək qeyd edir ki, qarşılıqlı iddia tələbinin İddiaçı X30 verilmiş 10000 manatın 2/6 hissəsinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 5000 manatın 2/6 hissəsinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən verilmiş 2000 manatın 2/6 hissəsinin alınaraq Cavabdeh1 və Cavabdeh2 verilməsinə dair təmin edilməyən hissəsinə qarşılıqlı iddiaçıların hər hansı bir hüquqlarının olması ilə bağlı məhkəmə kollegiyasına heç bir sübut təqdim edilməmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən ilk iddianın təmin olunması hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Şəki Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(075)-708/2021 nömrəli qətnaməsi ilk iddianın təmin edilməsi hissəsində ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ** BO *** dövlət qeydiyyat nişanlı, VAZ 21723 markalı avtomobil tələbinə dair ilk iddiası rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Şəki Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(075)-708/2021 nömrəli qətnaməsi ilk iddianın təmin edilməsi hissəsində ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ** BO *** dövlət qeydiyyat nişanlı, VAZ 21723 markalı avtomobil tələbinə dair ilk iddiası rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar