Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3616/2020 10.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: pul tələbi Açar sözlər: pul tələbi, qanuni qüvvəyə minmiş məhkəmə hökmünün mülki işə baxan məhkəmə üçün məcburiliyi (preyudisiallığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3466/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-37/2018 saylı iş üzrə xx xxx 2018-ci il tarixli hökmünə əsasən, X3 (bundan sonra – cavabdeh) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmlə müəyyən edilmişdir ki, sonuncu tanışı olan İddiaçı (bundan sonra – iddiaçı) Mingəçevir şəhərində məcburi köçkünlər üçün tikilən yeni qəsəbədə ev almasını köməklik edəcəyini yalan vəd edib aldadaraq başqa şəxs vasitəsilə 2014-cü ilin mart ayı ərzində cəmi 6100 manat əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Birinci və apelyasiya instansiyası məhkəmə sində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 4100 manat pulun tutularaq ona verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Mingəçevir şəhərində məcburi köçkünlər üçün tikilən evdə ona mənzil alacağını bildirərək ondan pul istəmiş, bu işin görülməsi üçün 8000 manata razılaşmışlar. Ona görə də xx xxxxxx 2014-cü il tarixdə “xxxxxxx” KB ASC-dən 9500 ABŞ dolları 3 il müddətinə kredit götürmüşdür. Ayrı-ayrı vaxtlarda hissə-hissə cavabdehə 6100 manat pul vermişdir. Sonradan ABŞ dollarının məzənnəsinin qalxması nəticəsində banka olan borcunu ödəyə bilməmiş, cavabdehin bu hərəkətləri nəticəsində banka 24000 manat pul ödəmək məcburiyyətində qalmışdır. Cavabdehin çox borcunun olmasını nəzərə alaraq 11000 m anatı bağışlamış, lakin 13000 manatın verilməsini ondan tələb etmişdir. Sonradan cavabdehin barəsində hökm çıxmış, cinayət mühakimə icraatı zamanı mülki iddia verilməmişdir. Ağdam Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(013)333/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Bayramov) iddia təmin edilmiş, cavabdehdən 4100 manat pulun tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(104)-3466/2019 nömrəl iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – F.Mehtiyev (sədrlik edən və məruzəçi), L.Süleymanov və A.Bayramov) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təminedilm əmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmü ilə cavabdehin iddiaçıya 6100 manat məbləğində zərər vurması təsdiq olunmuşdur. Bu səbəbdən də birinci instansiya məhkəməsi haqlı olaraq 4100 manat məbləğində pulu iddiaçının xeyrinə tutmuşdur. Apelyasiya şikayətinin dəlilinə qiymət verən məhkəmə qeyd etmişdir ki, cavabdeh şikayətində iddiaçıya pulun qaytarılmasını göstərsə də, bunu təsdiq edə biləcək sübutu təqdim edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əs ası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh (vəkil X2) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. Məhkəmə apelyasiya şikayətinin dəlillərinə qiymət verməmişdir. Bundan başqa Mi ngəçevir Şəhər Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmündən də göründüyü kimi, iddiaçı nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı mülki iddiaçı kimi tanınmamışdır. Bu fakt onun pul tələbinin əsassız olmasını sübut edən haldır. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayətində göstərilənlər əsassızdır. O, cinayət işi üzrə Migəçevir ŞPŞ-in xx.xx.2017-ci il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma” barədə qərarı ilə zərərçəkmiş şəxs kimi tanınmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə tərəflər hər hansı üzrlü sə bəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməmə lidir. İş üzrə yeganə cavabdeh olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.1, 1096.2). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1). MPM Məhkəmənin qanuni qüvvəyə min miş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir (maddə 82.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator şikayətdə apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətiin dəlillərinə q iymət verilmədini qeyd edilmişdir. Lakin işdən görünür ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərinə qiymət vermiş, cavabdeh tərəfindən borcun qaytarılması barədə hər hansı bir sübut təqdim edilmədiyi üçün şikayətin dəlillərini əsassız saymışdır. Kassasiya şikayətinin digər dəlili ilə bağlı Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxsin mülki iddiaçı kimi tanınmaması (mülki iddia verməməsi) onun mülki məhkmə icraatı qaydasında tələblə məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Əksinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 180.2ci maddəsinə görə, şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nət icə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3466/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə mini
Məhkəmə qərarları › İş №2(102)-3616/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3616/2020
10.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver