Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3616/2023 18.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qızına qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsindən çıxarma, preyudisiya, ekspert rəyi, dövlət orqanlarının rəyi, sübutların qiymətləndirilməsi, ekspertin (mütəxəssisin) dindirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X23 oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-49/2023 nömrəli, 10 may 2023cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş ka ssasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları
1. Lənkəran rayonu Küvənil kəndində yerləşən 0,1545 ha torpaq sahəsi (bundan sonra – mübahisəli torpaq sahəsi)xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə İddiaçı (bundan sonra – iddiaçı) adına ********** nömrəsi ilə qeydiyyata alınmış, bununla bağlı sonuncuya dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir.
2. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının qanuni qüvvəyə minmiş 2(106)-755/2017 nömrəli, 25 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə hazırkı iş üzrə iddiaçının X3 qarşı cavabdehin Lənkəran rayonu Küvənil kəndində yerləşən və ona məxsus 0,1545 ha torpaq sahəsind ən çıxarılması, həmin torpaq sahəsində olan su quyuları üçün hazırlanmış günlərin götürülməsi, eləcə də torpaq sahəsinə hasarın çəkilməsinə olan maneələrin aradan qaldırılması barədə iddiası təmin edilməmişdir. Məhkəmə tərəfindən işdə olan sübutlar, o cümlədən ekspert rəyi əsasında müəyyən edilmişdir ki, iddiaçının cavabdehin çıxarılmasını tələb etdiyi mübahisəli torpaq sahəsi dövlət aktına əsasən X2 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi nəinki zəbt olunmamış, həmin torpaq sahəsi cavabdehə daha öncə ayrılmaqla onun mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin zəbt etmiş olduğu mübahisəli torpaq sahəsindən çıxa rılması, torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa olunması və zəbt olunmuş torpaq sahəsinin naturada iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun şəxsi mülkiyyətində 0,1545 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Cavabdehin özbaşına hərəkətləri nəticəsində faktiki olaraq, mülkiyyətindən istifadə etmək hüququndan məhrum edilmişdir. Belə ki, cavabdeh torpaq sahəsini qanunsuz zəbt edərək, qeyri-kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olur. Torpaq sahəsinin zəbt olunması barədə hüquq mühafizə orqanlarına dəfələrlə müraciət etmiş və araşdırma zamanı cavabdeh özü də izahatında bunu etiraf etmişdir. Cavabdeh torpaq sahəsinin ona məxsus olduğunu iddia edir.
4. Məhkəmə baxışı zamanı cavabdeh iddianı qəbul et məyərək, izahatında bildirmişdir ki, torpaq sahəsi ona məxsusdur. 20 ildir həmin torpaq sahəsini əkib-becərir. İddiaçı torpağa dair sənədi qanunsuz yolla əldə etmişdir. Ona görə də torpaq sahəsindən çıxmayacaq.
5. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(049)-63/2020 nömrəli, 03 mart 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən T.Məmmədov) iddia qismən təmin edilmiş, cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması qət edilmişdir.
6. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh həmin torpaq sahəsinin ona məxsus olduğunu iddia etmiş, iddiaçının çıxarışı qanunsuz yolla əldə etdiyini bildirmişdir. 19 fevral 2019-cu il tarixli qərardadla iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin cavabdeh öz hərəkətləri ilə dəfələrlə e kspertizanın keçirilməsinə mane olmuş, ekspertizanın keçirilməsi mümkün olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 97.5-ci maddəsinə əsasən hesab etmişdir ki, cavabdeh tərəfindən mübahisəli torpaq sahəsi zəbt edilmişdir. İddiaçı torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa olunması tələbini irəli sürsə də, torpaq sahəsinin əvvəllər hansı vəziyyətdə olmasına dair məhkəməyə hər hansı sübut təqdim etmədiyindən iddia qeyd edilən hissədə təmin edilməməlidir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 140, 152.1, 152.5-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 111-ci, MPM-in 14.2, 77.1, 8 8, 97.5 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
8. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
9. İş üzrə məhkəmə-mühəndislik ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2021-ci il tarixli, 10/1502 saylı rəyi üzrə ekspert belə qənaətə gəlmişdir ki, iddiaçının mülkiyyətində olan mübahisəli torpaq sahəsi cavabdeh tərəfindən hasarlanaraq zəbt edilmişdir. Ekspert rəyi "xxxx" MMC tərəfindən verilmiş 15 mart 2021-ci il tarixli rəy əsasında (həmin rəyin mətni köçürülməklə) tərtib edilmişdir.
10. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegi yasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-122/2021 nömrəli mülki iş üzrə 16 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.Zeynalov (sədrlik edən və məruzəçi) Z.Allahyarov və M.Həsənov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
12. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
13. Kassasiya şikayəti iddiaya etirazın və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmi şdir ki, cavabdehin mülkiyyətində olan torpaq sahəsi Aşağı Nüvədi ərazisində yerləşir və ancaq ondan istifadə edir. İddiaçının mülkiyyətində olan torpaq isə Küvənil kəndi ərazisində yerləşir və cavabdehin mülkiyyətində olan torpaq sahəsindən 5-6 km aralı məsafədədir. Bu hal kənd bələdiyyəsi tərəfindən yaradılmış xüsusi komissiya tərəfindən də təsdiq olunmuşdur. Bundan başqa, “Torpaq münasibətlərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-ci il tarixli, 818 saylı Fərmanının yerlərdə icrası ilə əlaqədar dövlət səviyyəsində yaradılmış işçi komissiyası Aşağı Nüvədi ərazi vahidi üzrə torpaq mülkiyyətçilərinin faktiki yerləşmə vəziyyəti elektron kadastr uçotu qaydasında dürüst dəqiqləşmə işi aparmış və bu əsasda elektron baza xəritəsi hazırlanmışdır. Hazırlanmış xəritədə cavabdehin mülkiyyət və istifadəsində olan pay torpaq sahəsi Aşağı Nüvədi ərazisində, iddiaçının mülkiyyətində olan torpaq sahəsi isə Küvənil kəndində yerləşməsi faktı öz əksini tapmışdır. Məhkəmə prosessual qanunvericiliyin tələblərinə zidd olaraq qeyri-mötəbər sübutlar əsasında nəticəyə gəlmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-797/2022 nömrəli mülki iş üzrə 28 yanvar 2022-ci il tarixli qərarı ilə (hakimlər S.Hacıyev (sədrlik edən və məruzəçi) A.Abbasov və E.Şamayev) ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
15. Kassasiya instansiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən işə əlavə edilmiş Şirv an Apellyasiya Məhkəməsinin 2(106)755/2017 nömrəli, 25 sentyabr 2017-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə müəyyən edilmiş halları nəzərə almamışdır. Məhkəmə tərəfindən işdə olan sübutlara istinad edilməklə, cavabdeh tərəfin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin zəbt edilməsi qənaətinə gəlinmiş, lakin işdə olan sübutlara MPM-in 88-ci və 103.1-ci maddələrinin tələbləri baxımından qiymət verməmiş və sübutlar arasında olan ziddiyyətlərə aydınlıq gətirməmişdir. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
16. Yeni apellyasiya baxışı zamanı əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
17. Həmin ekspertiza üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publ ik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, Qiyas Quliyev tərəfindən tərtib olunmuş mütəxəssis rəyində aşağıdakılar qeyd olunmuşdur: 18. “Araşdırma zamanı məlum oldu ki, mülki işin mübahisə predmeti JN-176 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında verilmiş pay torpaq sahəsidir. Müəyyən olundu ki, torpaq islahatı zamanı Lənkəran rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 03 nömrəli qərarı əsasında JN-176 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə 0,22 ha pay torpaq sahəsi (2 yerdə olmaqla 0,1545 ha və 0,0685 ha) X17 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş və həmin torpaq sahəsi 2006-cı ildə daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında digər şəxsə Aşağı Nüvədi qəsəbəsində yaşayan X1. Son olaraq sözügedən 0,22 ha torp aq sahəsini X5 2015-ci ildə daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında hazırkı mülki işdə iddiaçı qismində olan İddiaçı satın almışdır. Qeyd olunan 0,22 ha torpaq sahəsinin mübahisəli ərazidə yerləşən 0,1545 ha hissəsinə dair əvvəl yaranmış hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı İddiaçı ərizəsi Ərazi İdarəsində icraata qəbul edilərək sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən 15 oktyabr 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli müvafiq Çıxarış və **********53 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib olunmuşdur. Sözügedən torpaq sahəsinin yerləşmə yerinin koordinatları əks olunan “Torpaq sahəsinin planı və ölçüsü” sənədi torpaq islahatı zamanı texniki, qüsurlu hazırlanmış, naturaya uyğun gəlməyən D WG faylına əsasən tərtib olunmuşdur. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar Torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS-ə) və AZCAD-a miqrasiya edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********53 reyestr nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-176 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) əsasən İddiaçı mülkiyyətində olan Lənkəran rayonunun Küvənil kəndində yerləşən 0,1545 ha torpaq sahəsinin sərhədləri və koordinatları Torpaqların elektro n kadastr uçotu informasiya sisteminə əsasən müəyyən edildi. Araşdırma zamanı məlum oldu ki, İddiaçı mülkiyyətində olan həmin 0,1545 ha torpaq sahəsi elektron kadastr uçotu informasiya sistemində Küvənil kəndi ərazisində yerləşməklə iddiaçının iddia etdiyi yerdə deyil, iddia olunan yerdən 185-190 metr aralı faktiki istifadə vəziyyətinə uyğun öz əksini tapmışdır. Yəni elektron uçot işləri nəticəsində tərtib edilmiş rəqəmsal kadastr xəritəsində torpaq sahələri faktiki istifadə vəziyyətlərinə uyğun işlənilərək sözügedən 0,1545 ha torpaq sahəsinin yerləşdiyi yer isə digər torpaq mülkiyyətçisinin uzunmüddətli faktiki istifadə vəziyyətinə uyğun öz əksini tapmışdır. Eyni zamanda araşdırma zamanı iddiaçı tərəfindən həmin torpaq sahəsi satın alındığı tarixdən bəri istifadə edilməməsi müəyyən olundu. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********15 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh, X18, X19, X4 və X6 ümumi birgə mülkiyyətlərində olan Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində yerləşən 0,0299 ha torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edildi. Mövcud baza məlumatlarına əsasən araşdırma zamanı həmin 0,0299 ha torpaq sahəsinin Lənkəran rayonunun Küvənil kəndi ərazisindəki mübahisəli yerdə deyil, qonşu Aşağı Nüvədi qəsəbəsində yerləşməsi müəyyən edildi. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********87 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh, X18, X19, X4 və X6 ümumi birgə mülkiyyətlərində olan Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində yerləşən 0,221 ha torpaq sahəsinin sərhədləri və ko ordinatları müəyyən edildi. Mövcud baza məlumatlarına əsasən araşdırma zamanı həmin 0,221 ha torpaq sahəsinin Lənkəran rayonunun Küvənil kəndi ərazisindəki mübahisəli yerdə deyil, qonşu Aşağı Nüvədi qəsəbəsində yerləşməsi müəyyən edildi. Hazırkı iş üzrə mübahisə predmeti olan İddiaçı iddia etdiyi torpaq sahəsi Lənkəran rayonunun Küvənil kəndində yerləşir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********53 reyestr nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-176 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) əsasən İddiaçı mülkiyyətində olan Lənkəran rayonunun Küvənil kəndində yerləşən 0,1545 ha torpaq sahəsi elektron kadastr uçotu informasiya sistemində Küvənil kəndi ərazisində yerləşməklə iddiaçının iddia etdiyi yerdə deyil, iddi a olunan yerdən 185-190 metr aralı yerləşir. Tədqiqat zamanı mülki işdə cavabdeh qismində olan Cavabdeh mübahisəli ərazidən istifadə etmədiyini bildirdi. Həmin mübahisəli torpaq sahəsinin digər şəxs X7 tərəfindən istifadə olunduğu müşahidə olundu. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na əsasən ərazidə aparılmış elektron uçot işləri nəticəsində tərtib edilmiş rəqəmsal kadastr xəritəsində İddiaçı iddia etdiyi sözügedən 0,1545 ha torpaq sahəsi hazırki iş materiallarında adıç əkilməyən şəxs-X8 və ailə üzvlərinin (JN-162 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) faktiki istifadələrində olan torpaq sahəsi öz əksini tapmış və həmin məlumatlar Torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS-ə) və AZCAD-a miqrasiya edilmişdir.
19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/7660 saylı, 24 yanvar 2023-cü il tarixli, Təhmasib Kərimov tərəfindən verilmiş ekspert rəyi yuxarıda göstərilən mütəxəssis rəyi müəyyən ixtisarla köçürülməklə tərtib edilmiş və qeyd edilmişdir ki, iddiaçının mülkiyyətində olan, mübahisəli torpaq sahəsinin kim tərəfindən zəbt edilməsinin, istifadə olunmasının müəyyən olunması hüquqi xarakterli məsələ olmaqla, ekspertizanın predmetinə aid deyil və məhkəmə tərəfindən həll edilə bilər.
20. Apellyasiya instansiyası məhkəməsinin 03 may 2023-cü il tarixli iclasında iştirak edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X10 izahatında bildirmişdir ki, o, 24 yanvar 2023-cü il tarixli ekspert rəyini Əmlak Məsələləri Dövlət Xidmətinin “kadastr.az” sistemi ilə, həmçinin iş materialları əsasında araşdırma apararaq vermişdir. Rəyin nəticə hissəsində 1-ci və 5-ci sualların cavabları üzrə 1-ci abzası təqdim edilmiş mütəxəssis rəyində olduğu kimi göstərmişdir. Mütəxəssis rəyində iddiaçının mülkiyyətində olan torpaq sahəsinin iddia edilən yerdə deyil, əmin yerdən təxminən 185-190 metr aralıda yerləşdiyi qeyd olunmuşdur. Lakin onun özü tərəfindən aparılan araşdırma nəticəsində müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan torpaq sa həsi yolun kənarında birinci sırada yerləşən torpaq sahəsidir və həmin torpaq sahəsinin yaxınlığında bir idarənin inzibati binası yerləşir. Ərazinin tərpənməz oriyentirlərinə istinadən onun tərəfindən aşkarlanmışdır ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə onun iddia etdiyi torpaq sahəsi üst-üstə düşür. Lakin mütəxəssis rəyində iddiaçının mülkiyyətində olan torpaq sahəsinin iddia olunan yerdən 185-190 metr aralıda, yoldan içərilərə doğru yerləşməsinin qeyd olunma səbəbini bilmir. Ekspert qərardadın 6-cı sualı üzrə ekspert rəyində göstərilmiş nəticə, yəni iddiaçının torpaq sahəsinin digər şəxs X7 tərəfindən istifadə olunmasının müşahidə edilməsi ilə bağlı verilmiş suala cavab olaraq bildirmişdir ki, həmin hissəni yalnız mütəxəssisin verdiyi rəy əsasında yazmışdır.
21. Həmin məh kəmə iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssisi X14 izahatında bildirmişdir ki, Ərazi İdarəsinin 10 noyabr 2022-ci il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyinin verilməsi zamanı tədqiqatı Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı əsasında aparılmış elektron uçot xəritələrinə uyğun olaraq həyata keçirmişdir. İddiaçının mülkiyyətində olan torpaq sahəsi Aqrar İslahat Komissiyasının vətəndaşlara verdiyi pay torpaq sahələrindəndir. İlkin sənədlərdəki koordinatlardan görünür ki, həqiqətən də, ekspertin bildirdiyi kimi, iddiaçının mülkiyyətində olan torpaq sa həsi yolun kənarında yerləşməli olsa da, hazırkı faktiki istifadə ilə bağlı hazırlanmış elektron xəritələrə görə yolun kənarında yerləşmir. O da mütəxəssis rəyini məhz həmin xəritələrə uyğun vermişdir. İddiaçının ilkin sənədləri ilə işlənmiş sonuncu xəritələr arasındakı ziddiyyətin səbəbi ona məlum deyil. Mübahisəli torpaq sahəsinə baxış keçirilməsi üçün gedərkən onu ilk öncə özünü Ağazadə Abdullayev kimi təqdim edən şəxs qarşılamış, mübahisəli ərazinin girişində qıfıllı qapı olmuş, torpaq sahəsinə baxış keçirilməli olduğu bildirilərkən, özünü Ağazadə Abdullayev kimi təqdim etmiş şəxs açarın onda olmadığını bildirmiş, kənarda maşında əyləşmiş Cavabdeh açarı götürərək qıfılı açmışdır. Lakin torpaq sahəsinin kimin istifadəsində olması soruşulduqda Ağazadə Abdullayev onun öz istifadəsində old uğunu bildirmişdir. Bu səbəbdən də mütəxəssis rəyində mübahisəli torpaq sahəsinin Cavabdeh tərəfindən deyil, X7 tərəfindən istifadə olunduğunun müşahidə edildiyini qeyd etmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin 2(106)-49/2023 nömrəli, 10 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər S.Mayılov (sədrlik edən və məruzəçi) İ.Əsədov və T.Heydərov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi mütəxəssis Qiyas Quliyevin rəydəki nəticəyə gəlmək üçün əsas götürdüyü faktiki halları (onu Ağazadə Abdullayev kimi təqdim etmiş şəxsin qarşılaması, sonucunun onları qarşılamış olsa da, mübahisəli ərazinin girişində qıfıllı qapı olması, Ağazadə Abdullayevin açarın onda olmadığı nı bildirməsi, kənarda maşında əyləşmiş Cavabdeh açarı götürərək qıfılı açması) nəzərə alaraq belə qənaətə gəlmişdir ki, Ağazadə Abdullayev mübahisəli torpaq sahəsinin öz istifadəsində olduğunu bildirsə də, açarın onda olmaması onun torpaq sahəsinə faktiki sahiblik etmədiyini, sonuncu dəfə mütəxəssis tərəfindən mübahisəli torpaq sahəsinə baxış keçirilənədək Cavabdeh özünü torpağın sahibi kimi təqdim etməsi torpaq sahəsinin əslində Cavabdeh sahibliyində və istifadəsində olduğunu göstərir. Bu zaman həm də nəzərə alınmalıdır ki, İddiaçı əvvəllər X3 qarşı torpaq sahəsindən çıxarılma barədə iddiası olmuş, lakin Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 sentyabr 2017-ci il tarixli, 2(106)-755/2017 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, müəyyən olunmuşdur ki, iddiaçının mülk iyyətində olan torpaq sahəsi X7 tərəfindən tutulmamışdır. Həmin iş üzrə 11127 nömrəli, 28 iyul 2017-ci il tarixli ekspert rəyində mübahisəli torpaq sahəsinin kəndin digər vətəndaşları tərəfindən istifadə edildiyi qeyd olunmuşdur. İddiaçının nümayəndəsi (vəkil) X12 da məhkəmənin iclasında X11 Əliyevanın qohum olduğunu, onlardan birinə qarşı iddia qaldırdıqda torpaq sahəsinin digəri tərəfindən idarə edildiyini bildirdiklərini, bununla da məhkəmənin yanlış yönləndirilməsinə cəhd etdiklərini qeyd etmişdir. Əslində torpaq sahəsi hazırda həqiqətən də Cavabdeh tərəfindən istifadə edilir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi və iddianın rədd ed ilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, əgər müvafiq ekspertiza təyin edilmişdirsə, həmin torpağa ekspertiza mərkəzindən gələn ekspert baxış keçirməklə, bu mübahisəyə aydınlıq gətirməli idi. Belə ki, hər hansı bir torpaq sahəsinin zəbt olunması faktını müəyyən etmək üçün müvafiq məlumat bazasına, texniki və digər vasitələrə malik təşkilatın rəyi əsaslı ola bilər. Lakin həmin təşkilatın işdə heç bir rəyi yoxdur. Məhkəmənin hansı səbəbdən qeyd olunan təşkilatın rəyini və ya zərurət yaranarsa, müvafiq ekspertizaların rəylərinin alınmasından ötrü tədbir görməməsi qeyri-müəyyən qalmışdır. Bununla bağlı, cavabdehin verdiyi vəsatətlər də baxılmamış qalmışdır. Bundan başqa, iddiaçının mülkiyyət sənədində qeyd olunan torpaqla cavabdehin istifadə etdiyi torpaq sahəsi eyni deyil. Cavabdeh heç kimin torpağını zəbt etməmiş, özünə məxsus torpaqdan istifadə etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Torpaq Məcəlləsi
28. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hü quqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Prosessual Məcəllə
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə
60. Qanunla nəzərdə tutulmuş hallarda məhkəmə qətnamə çıxaranadək onlara tapşırılmış vəzifələrin həyata keçirilməsi, fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, habelə dövlət və ictimai mənafelərin müdafiəsi məqsədi ilə iş üzrə rəy vermək üçün dövlət orqanlarını və yerli özünüidarə orqanlarını prosesdə iştirak etməyə cəlb edə bilər.
31. Maddə 64.1. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərini n və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməl idir.
36. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
37. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.
38. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
39. Maddə 102.3. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.
40. Maddə 103.1. Ekspertin rəyi məhkəmə ü çün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
41. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.
42. Maddə 175.1. Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini dinləməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur.
43. Maddə 175.2. Zəruri hallarda iş üzrə sübutların tədqiqi zamanı məhkəmə mütəxəssisin məsləhəti və şərhini dinləyir.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasın a, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
45. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 417.1.3. Apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər
47. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
48. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu
49. Maddə
1. Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur: məhkəmə ekspertizası - təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır;
50. Madd ə
12. Ekspert məhkəmə ekspertizasının aparılmasından aşağıdakı hallarda imtina edir:...verilən suallar ekspertin zəruri biliyindən kənara çıxdıqda.
51. Maddə
26. Məhkəmə ekspertinin (ekspertlərinin) rəyində aşağıdakılar göstərilir:...istifadə edilən metodlar göstərilməklə tədqiqatın məzmunu və nəticələri; tədqiqatın nəticələrinin qiymətləndirilməsi, qoyulmuş suallar üzrə yekun nəticələrinin əsaslandırılması və dürüst ifadə olunması. Kassasiya baxışının hədləri
52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edi lərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Hazırkı icraat üzrə apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında verilmiş göstərişlərdən biri ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən işə əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-755/2017 nömrəli, 25 sentyabr 2017-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə müəyyən edilmiş halları nəzərə almamışdır.
55. İş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Mə hkəməsi Mülki kollegiyasının qanuni qüvvəyə minmiş 2(106)-755/2017 nömrəli, 25 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə hazırkı iş üzrə iddiaçının X3 qarşı cavabdehin Lənkəran rayonu Küvənil kəndində yerləşən və ona məxsus 0,1545 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində olan su quyuları üçün hazırlanmış günlərin götürülməsi, eləcə də torpaq sahəsinə hasarın çəkilməsinə olan maneələrin aradan qaldırılması barədə iddiası təmin edilməmişdir. Məhkəmə tərəfindən işdə olan sübutlar, o cümlədən ekspert rəyi əsasında müəyyən edilmişdir ki, iddiaçının cavabdehin çıxarılmasını tələb etdiyi mübahisəli torpaq sahəsi dövlət aktına əsasən X2 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi nəinki zəbt olunmamış, həmin torpaq sahəsi cavabdehə daha öncə ayrılmaqla onun mülkiyyə tindədir.
56. Beləliklə, iddiaçının tərəf olduğu digər iş üzrə mübahisə predmeti olan torpaq sahəsinin həmin iş üzrə cavabdehin mülkiyyətində olduğu və zəbt edilmədiyi müəyyən edilmişdir. Eyni zamanda hazırkı iş üzrə mübahisə predmeti olan torpaqla həmin torpaq sahələrinin eyni olduğu da işin mübahisəsiz halıdır. Hətta apellyasiya instansiyası məhkəməsi baxılan qətnamədə iddiaçının nümayəndəsinin izahatına istinad edərək, mövqeyini onunla əsaslandırmışdır ki, Ağazadə Abdullayevlə hazırkı iş üzrə cavabdeh qohumdur, onlardan birinə qarşı iddia qaldırdıqda torpaq sahəsinin digəri tərəfindən idarə edildiyini bildirir, bununla da məhkəmənin yanlış yönləndirilməsinə cəhd edirlər.
57. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə iddiaçının tərəf olduğu başqa iş üzrə müəyyən edilmiş halların MPM-in 82.3-cü maddəsinə əsasən hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olub-olmadığı barədə heç bir hüquqi dəyərləndirmə aparmamışdır. Həmin maddənin tələblərinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
58. Bununla yanaşı, nəzərə alınmalıdır ki, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılm asına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı imzalanmışdır.
59. Həmin Fərmanla “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir.
60. Göründüyü kimi Fərmanla yaradılan torpaqların elektron kadastr uçotu informasiya sisteminin və rəqəmsal kadastr xəritəsinin əsas məqsədlərindən biri məhz torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılması olmuşdur. Fərmanın 2.3-cü bəndinə əsasən dig ər məsələlər yanaşı, həmin sistem və xəritə hazırlanarkən torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır. Fərmanın icrası qaydasında Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar Torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) və AZCAD-a inteqrasiya edilmişdir.
61. Yeni apellyasiya baxışı zamanı təyin edilmiş əlavə ekspertiza ü zrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssisi tərəfindən verilmiş rəydə və həmin rəyi təkrarlayan Məhkəmə Ekspertizası Mərkəzinin rəyində qeyd edilmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********53 reyestr nömrəli çıxarışa (ilkin hüquq müəyyənedici sənəd JN-176 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) əsasən İddiaçı mülkiyyətində olan 0,1545 ha mübahisəli torpaq sahəsi elektron kadastr uçotu informasiya sistemində Küvənil kəndi ərazisində yerləşməklə iddiaçının iddia etdiyi yerdə deyil, iddia olunan yerdən 185-190 metr aralı faktiki istifadə vəziyyətinə uyğun öz əksini tapmışdır. Yəni elektron uçot işləri nəticəsində tərtib edilmiş rəqəmsal kadastr xəritəsində torpaq sahələri faktiki istifadə vəziyyətlərinə uyğun işlənərək sözügedən 0,1545 ha torpaq sahəsinin yerləşdiyi yer isə digər torpaq mülkiyyətçisinin uzunmüddətli faktiki istifadə vəziyyətinə uyğun öz əksini tapmışdır.
62. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/7660 saylı, 24 yanvar 2023-cü il tarixli, Təhmasib Kərimov tərəfindən verilmiş ekspert rəyi yuxarıda göstərilən mütəxəssis rəyi müəyyən ixtisarla köçürülməklə tərtib edilmiş və qeyd edilmişdir ki, iddiaçının mülkiyyətində olan, mübahisəli torpaq sahəsinin kim tərəfindən zəbt edilməsinin, istifadə olunmasının müəyyən olunması hüquqi xarakterli məsələ olmaqla, ekspertizanın predmetinə aid deyil v ə məhkəmə tərəfindən həll edilə bilər.
63. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsinin 03 may 2023-cü il tarixli iclasında rəy vermiş ekspert və mütəxəssis dindirilmişdir.
64. Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X10 izahatında bildirmişdir ki, o, 24 yanvar 2023-cü il tarixli ekspert rəyini Əmlak Məsələləri Dövlət Xidmətinin “kadastr.az” sistemi ilə, həmçinin iş materialları əsasında araşdırma apararaq vermişdir. Rəyin nəticə hissəsində 1-ci və 5-ci sualların cavabları üzrə 1-ci abzası təqdim edilmiş mütəxəssis rəyində olduğu kimi göstərmişdir. Mütəxəssis rəyində iddiaçının mülkiyyətində olan torpaq sahəsinin iddia edilən yerdə deyil, həmin yerdən təxminən 185-190 metr aralıda yerləşdiyi qeyd olunmuşdur. Lakin onun özü tərəfindən aparılan araşdırma nəticəsində müəyyən olunmuş dur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi yolun kənarında birinci sırada yerləşən torpaq sahəsidir və həmin torpaq sahəsinin yaxınlığında bir idarənin inzibati binası yerləşir. Ərazinin tərpənməz oriyentirlərinə istinadən onun tərəfindən aşkarlanmışdır ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə onun iddia etdiyi torpaq sahəsi üst-üstə düşür. Lakin mütəxəssis rəyində iddiaçının mülkiyyətində olan torpaq sahəsinin iddia olunan yerdən 185-190 metr aralıda, yoldan içərilərə doğru yerləşməsinin qeyd olunma səbəbini bilmir. Ekspert qərardadın 6-cı sualı üzrə ekspert rəyində göstərilmiş nəticə, yəni iddiaçının torpaq sahəsinin digər şəxs X7 tərəfindən istifadə olunmasının müşahidə edilməsi ilə bağlı verilmiş suala cavab olaraq bildirmişdir ki, həmin hissəni yalnız mütəxəssisi n verdiyi rəy əsasında yazmışdır.
65. Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssisi X14 izahatında bildirmişdir ki, ilkin sənədlərdəki koordinatlara görə, həqiqətən də, ekspertin bildirdiyi kimi, iddiaçının mülkiyyətində olan torpaq sahəsi yolun kənarında yerləşməli olsa da, hazırkı faktiki istifadə ilə bağlı hazırlanmış elektron xəritələrə görə yolun kənarında yerləşmir. O da mütəxəssis rəyini məhz həmin xəritələrə uyğun vermişdir. İddiaçının ilkin sənədləri ilə işlənmiş sonuncu xəritələr arasındakı ziddiyyətin səbəbi ona məlum deyil. Mübahisəli torpaq sahəsinə baxış keçirilməsi üçün gedərkən onu ilk öncə özünü Ağazadə Abdullayev kimi təqdim edən şəxs qarşılamış, mübahisəli ərazinin girişində qıfıllı qa pı olmuş, torpaq sahəsinə baxış keçirilməli olduğu bildirilərkən, özünü Ağazadə Abdullayev kimi təqdim etmiş şəxs açarın onda olmadığını bildirmiş, kənarda maşında əyləşmiş Cavabdeh açarı götürərək qıfılı açmışdır. Lakin torpaq sahəsinin kimin istifadəsində olması soruşulduqda Ağazadə Abdullayev onun öz istifadəsində olduğunu bildirmişdir. Bu səbəbdən də mütəxəssis rəyində mübahisəli torpaq sahəsinin Cavabdeh tərəfindən deyil, X7 tərəfindən istifadə olunduğunun müşahidə edildiyini qeyd etmişdir.
66. Nəzərə alınmalıdır ki, iş üzrə ekspert rəyləri mülki iş üzrə əldə edilən sübutlar sırasında olmaqla, MPM-in 88-ci maddəsinə əsasən onların da məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin hallarından asılı olaraq, yaxud qanunun birbaşa göstərişinə əsasən məhkəmə işə baxılması zam anı ekspertiza təyin etmişsə və ya müvafiq dövlət orqanlarından rəylər almışsa, hər bir halda alınmış rəyi məhkəmə prosesi zamanı tədqiq etməli, tərəflərlə müzakirə etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir. Məhkəmənin sübutlardan biri kimi ekspert rəyi və ya onun müəyyən hissələri ilə razılaşmamaq hüququ olduğu kimi, MPM-in 103.2-ci maddəsinə əsasən, bu halı qəbul etdiyi qətnamədə və ya qərardadda əsaslandırmaq vəzifəsi də vardır.
67. MPM-in 97.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xüsusi bilik tələb olunan sualları izah etmək üçün təyin edə bilər. MPM-in 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. 68. “Məhkəmə ekspertizas ı fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən məhkəmə ekspertizası - təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır (maddə 1). Ekspert qarşısında qoyulan suallar ekspertin zəruri biliyindən kənara çıxdıqda ekspert məhkəmə ekspertizasının aparılmasından imtina etmək hüququ vardır (maddə 12).
69. Eyni zamanda MPM-in 60-cı maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda məhkəmə qətnamə çıxaranadək onlara tapşırılmış vəzifələrin həyata keçirilməsi, fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, habelə dövlət və ictimai mənafelərin müdafiəsi məqsədi ilə iş üzrə rəy vermək üçün dövlət orqanlarını və yerli özünüidarə orqanlarını prosesdə iştirak etməyə cəlb edə bilər.
70. Göründüyü kimi ekspert qarşısında yalnız xüsusi bilik tələb edən suallar qoyula və bu suallar ətrafında rəy verilə bilər. Rəy vermiş ekspertin bundan kənar, tədqiqat zamanı müşahidə etdiyi faktlar və hallar əsasında gəldiyi subyektiv qənaət, habelə məhkəmənin səlahiyyətlərinə aid olan hüquqi dəyərləndirməsi ekspertizanın predmetinə aid olmadığı üçün sübut əhəmiyyətinə malik deyildir. Bu mövqe eyni qaydada MPM-in 60cı maddəsində müəyyən edilmiş dövlət orqanlarının rəylərinə da aiddir.
71. Həmçinin ekspert və ya dövlət orqanları tərəfindən verilmiş rəylərdə anlaşılmazlıqlar, ziddiyyətlər və qeyri-müəyyənliklər varsa, MPM-in 175-ci maddəsində ifadə edilmiş məhkəmə baxışının bilavasitəliyi və ş ifahiliyi prinsipinə görə hakim bu məsələni aydınlaşdırmaq üçün təqdim olunmuş rəyi tədqiq etməli, zərurət yaranarsa, ekspertin izahatını və mütəxəssisin məsləhət və şərhini dinləməklə həmin məsələlərə aydınlıq gətirməlidr. MPM-in 206-cı maddəsinə müvafiq olaraq zərurət olarsa məhkəmə əlavə və ya təkrar ekspertiza təyin edə bilər.
72. Lakin nəzərə almaq lazımdır ki, ekspertin və ya dövlət orqanının nümayəndəsinin məhkəmə iclasında dindirilməsi məhz verilmiş rəydə mövcud olan anlaşılmazlıqların (sualların) aradan qaldırmasına yönəldiyi üçün həmin rəyin məzmunun dəqiqləşdirilməsinə yönəlməli, faktiki olaraq rəydə qeyd olunanlardan tam fərqli nəticələr əsasında, yaxud rəydə əhatə olunmamış suallar üzrə yeni (əlavə) rəy verilməsinə səbəb olmamalıdır. Çünki MPM-in 102.1 və 102.2-ci maddələrin ə əsasən ekspertin rəyinin kifayət qədər aydın və ya tam olmaması əlavə ekspertiza təyin edilməsi, məhkəmənin fikrinə görə əsassız olması isə təkrar ekspertiza keçirilməsi üçün əsasdır.
73. Lakin baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərinə zidd olaraq işin hallarını ekspert rəyində xüsusi biliklər tələb edən məsələ üzrə verilmiş nəticələr əsasında deyil, belə rəylərin predmetinə aid olmayan və rəyin məzmunu ilə tam ziddiyyət təşkil edən, rəy vermiş şəxslərin tədqiqat zamanı müşahidə etdiyi faktlar və hallar əsasında gəldiyi subyektiv qənaət əsasında müəyyən etmişdir.
74. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, yuxarıda göstərilən prosessual hüquq pozuntuları ilə əlaqədar apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında verilmiş və MPM-in 420-ci maddəsinə əsasən məcburi olan göstərişləri, habelə bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan prosessual hüquq normalarının tələbləri nəzərə alınmaqla yeni məhkəmə aktı qəbul edilməlidir.
75. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-49/2023 nömrəli mülki iş üzrə 10 may 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarıl