Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3616/2025 13.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (ünvan 2 ofisi maraqlı şəxs qismində cəlb edilməklə) mülki iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik hüququ; miras kütləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3155/2025 nömrəli, 29 iyul 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin hal ları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. İddiaçı ilə Cavabdeh1 bacı qardaşdırlar və anaları X8 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir;
3. Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Emin Quliyev (Bakı) küçəsi 43 saylı evin 21 saylı mənzil Cavabdeh1 adına ilkin qeydiyyatdan keçmiş, X3 isə sözügedən mənzildə qeydiyyatda olmuşdur;
4. Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli sərəncamı ilə mübahisələndirilən mənzildə yaşayan Cavabdeh1 mənzilin kirayə müqaviləsinin dəyişdirilməsi barədə müraciəti əsasında mənzilin kirayəçisi Cavabdeh1 atası Tofiq Süleymanov xx.xx.1991-ci ildə qeydiyyatdan çıxmış, mənzilin kirayə müqaviləsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 85-ci maddəsinə əsaslanmaqla dəyiş dirilmiş və mənzilin kirayəçisi Cavabdeh1 hesab edilmişdir. Eyni zamanda Cavabdeh1 tərəfindən verilən yaşadığı həmin mənzilin özəlləşdirilməsinə dair mənzildə qeydiyyatda olan anası Maral Süleymanova tərəfindən də mənzilin oğlunun adına özəlləşdirilməsi barədə razılıq ərizələri verilmişdir;
5. Cavabdeh1 xx.xx.2024-cü il tarixlı bağşılama müqaviləsi əsasında mənzili oğlu X7 bağışlamış və sonuncunun adına qeydiyyata alınmaqla mülkiyyətinə keçmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (ünvan 2 ofisi maraqlı şəxs qismində cəlb edilməklə) iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, vərəsə kimi mirasın qəbul edilməsi müddətinin ötürülməsinin üzürlü h esab edilməsi, vərəsə kimi tanınması, miras əmlakın bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, atası X4 X3 ilə xx.xx.1970-ci il tarixdə nikahlarını Qaradağ rayon Qeydiyyat şöbəsində qeyd etdirmişlər. Birgə nikahdan xx.xx.1971-ci ildə o, xx.xx.1975-ci il tarixdə qardaşı Cavabdeh1 doğulmuşdur. Atası Qaradağ rayon sement zavodunda fəhlə işləmiş və iş yerindən order əsasında 2 otaqlı mənzil almışdır. Atası həmin mənzilə xx.xx.1975-ci il tarixdə qeydiyyata düşmüşdür. Həmin mənzildə atası, anası, o və qardaşı qeydiyyatda olmaqla yaşamışlar. xx.xx.1991-ci il tarixdə atası Tofiq Süleymanov və o, həmin ünvandan qeydiyyatdan çıxmışlar. Atası 2005ci il tarixdə vəfat etmişdir. X3 isə mənzildə qeydiyyatda olmaqla vəfat edənə qədər həmin ünvanda yaşamış və xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Qeyd edilən mənzildən order əsasında istifadə olunmuş, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Qeyd etdiyi və birgə yaşadıqları mənzil anası X1 1997-ci ildə onun xəbəri (razılığı) olmadan qardaşı Cavabdeh1 adına keçirilmiş və hüquqmüəyyənedici sənəd verilmişdir. Anasının vəfatından sonra, eləcə də anasının sağlığında həmin evə gedibgəlməsinə qardaşı və qardaşının arvadı Cavabdeh2 mane olmuş, faktiki buna imkan verməmişlər. Nəticədə, anasına məxsus olan əmlak və mənzil onun əlindən alınmışdır. Anasının sağlığında qeyd edilən 2 otaqlı mənzilin qardaşı Cavabdeh1 adına necə və hansı qaydada rəsmiləşdirilməsi müəmmalıdır. Bu faktın aydınlaşdırılması məqsədi ilə müvafiq səlahiyyətli orqanlara müraciət etsə də, heç bir hüquqi əsas tapmaq mümkün olmamışdır. Hesab edir ki, anasının sağlığında onu qeyd edilən ünvandan qeydiyyatdan çıxarmaqla mənzilin qanunsuz yolla qardaşı Aslanın adına xüsusi mülkiyyətinə keçirilməsinə bilərəkdən şərait yaradılmışdır. Anası savadsız olduğundan aparılan əməliyyatların mahiyyətini başa düşməmişdir. Anasının vəfatından sonra vərəsəlik açılmamışdır. Çünki artıq sözügedən mənzil qardaşı Aslanın mülkiyyətində olmuşdur. Həmin ünvana müvafiq səlahiyyətli orqanların qanunsuz himayədarlığı ilə qardaşı Aslanın arvadı Cavabdeh2 bacısı Heydərova Kəmalə, onun əri Güloğlan Heydərov, uşaqları Yusif və Heydər Heydərovlar qeydiyyata alınmışlar. Bu qanunsuzluqlar barədə 38-ci Polis bölməsinə müraciət etsə də, heç bir nəticə olmamışdır. X2 mülkiyyətində hər hansı daşınmaz əmlakının olub -olmaması barədə sorğu verilsə də, 1 saylı Bakı Ərazi İdarəsindən verilmiş cavabda ünvan 1 ünvanı ilə bağlı müvafiq məlumat və sənədlərin surəti təqdim edilməmişdir. Bildirilmişdir ki, qeyd edilən ünvan X6 (qardaşı Aslanın oğlu) adına ünvan 2 Ofisinin 4Ə-49 reyestr nömrəli xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsinə əsasən qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Eyni məzmunlu cavablar ünvan 2 Ofisindən və Ədliyyə sahəsində xidmətlər baş idarəsi tərəfindən də verilmişdir. Halbuki 45 saylı notariat ofisinin notariusu şifahi və yazılı müraciətlərinə baxmayaraq hüququnun pozulduğunu bilsə də, bağışlanma müqaviləsini icra etmişdir. Hesab edir ki, daşınmaz əmlak olan mənzilin anasının sağlığında hər hansı yolla qardaşı Cavabdeh1 mülkiyyətinə verilməsi faktı araşdırılıb hüquqi qiym ət verilməlidir. Qardaşı Cavabdeh1 hərəkətləri əsassız varlanmağa yönəlmişdir. Qanun üzrə birinci növbə vərəsə kimi qarşısında qanunsuz olaraq maneələr yaradılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, order əsasında atasına verilmiş mənzil sağlığında, yəni xx.xx.1997-ci il tarixdə qardaşı Cavabdeh1 adına ilkin qeydiyyata alınmışdır. Hesab edir ki, həmin mənzil daşınmaz əmlakın reyestrində qeydə alınarkən qanun pozğunluğuna yol verilmiş, anasının və onun razılıqları alınmamışdır. Bir övlad kimi müntəzəm təmasda olmuşdur. Cavabdehlər isə anasına qarşı həmişə münasibətləri pis olmuş, ona qayğı göstərməmiş, onun bütün qızıl-zinət əşyalarını, pullarını (təqaüd pulları) mənimsəmişlər. Qardaşı Aslan anasının sağlığında 2019-cu ildə qeyd edilən mənzildən çıxmış, orada formal qeydiyyatda olsa da, başqa ünvanda kirayədə yaşamış və hazırda da orada yaşayır. Cavabdeh2 anasının sağlığında evdən oğurluq etdiyinə görə 2020-ci ildə anası onu evdən qovmuşdur. Həmin ünvanda yerləşən anası tərəfindən tikdirilmiş həyət evində qalırdı. Anası onu oradan da uzaqlaşdırmaq istəyirdi. Lakin cavabdeh anasının yaşlı və xəstə olmasından istifadə edərək həmin yaşayış sahəsindən çıxmamış, əslində oranı zəbt etmişdir. Hazırda isə həmin otağı kirayəyə verərək pul qazanır. Vərəsəlik hüququnun pozulmasını 2024-cü ilin aprel ayında, yəni mənzil bağışlandıqdan sonra bilmişdir.
8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-184/2025 nömrəli xx.xx.2025- ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Kamran Əsədov).
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Em in Quliyev küçəsi 43 saylı evin 21 saylı mənzili Cavabdeh1 tərəfindən Bakı şəhəri Tİ və MHQİ-nin verdiyi xx.xx.1997-ci il tarixli 30/124003 saylı qeydiyyat vəsiqəsinə əsasən X7 bağışlanmışdır. Həmin bağışlama müqaviləsi qüvvədə olmaqla, bağışlama müqaviləsi əsas götürülərək mənzil X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
10. Məhkəmə həmçinin qeyd etmişdir ki, həmin bağışlama müqaviləsi mübahisələndirilməmişdir və həmin bağışlama müqaviləsi qüvvədə olduğundan, iddiaçının tələbi əsassızdır.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14-cü, 77.1-ci, 217-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçıı apellyasiya şikayəti verə rək qətnamənin ləğv və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun şəkildə əsaslandırmışdır.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3155/2025 nömrəli, 2025ci il 29 iyul tarixli qətnaməsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)184/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamənin qəbul edilməsi və iddianın təmin edilməməsi qət edilmişdir (hakimlər Sabit Bəhrəmzadə - sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Vahid Sadıqov).
15. Birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticənin əsaslandırılması ilə razılaşmayan məhkəmə kollegiyası hüquqi mövqeyinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh1 ona məxsus mənzilin oğluna ba ğışlanmasına dair müqaviləni mübahisələndirsə də və hətta həmin bağışlama müqaviləsi ləğv edilsə belə həmin daşınmaz əmlak iddiaçıya münasibətdə hər hansı vərəsəlik kütləsini təşkil edə bilməz. Bu hüquq yaranmadığı üçün məhz hazırkı iddia tələbi təmin edilə bilməz.
16. Kollegiya daha sonra qeyd etmişdir ki, yəni sözügedən əmlak Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli sərəncamı ilə mənzildə yaşayan Cavabdeh1 mənzilin kirayə müqaviləsinin dəyişdirilməsi barədə müraciəti əsasında Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Emin Quliyev (Bakı) küçəsi 43 saylı evin 21 saylı mənzilin kirayə müqaviləsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 85-ci maddəsinə əsaslanmaqla dəyişdirilmiş və mənzilin kirayəçisi Cavabdeh1 hesab edilmiş, daha sonra isə Cavabdeh1 tərəfindən v erilən yaşadığı Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Emin Quliyev (Bakı) küçəsi 43 saylı evin 21 saylı mənzilin özəlləşdirilməsinə dair və həmin mənzildə qeydiyyatda olan anası Maral Süleymanova tərəfindən də mənzilin oğlunun adına özəlləşdirilməsi barədə verdiyi razılıq ərizəsi əsasında Cavabdeh1 adına özəlləşdirilməklə mülkiyyətinə keçmişdir.
17. Belə olan haldada iddiaçının mübahisələndirdiyi əmlak yuxarıda qeyd edilənlərə əsasən nə onun anası mərhum Maral Süleymanovun, nədəki atası Tofiq Süleymanovun mülkiyyətində olmadığından, ümumiyyətlə miras əmlak hesab edilmir.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu; Mülki Məcəlləsinin 139.1, 139.3, 140, 152.1 və 157.8-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.2, 217.2, 217.4, 384.0.2 və 385.1-ci m addələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı (vəkil-Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti iddia tələbinin və apelyasiya şikayətinin dəlillərinə uyğun şəkildə əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, bağışlama müqaviləsi doğurdan da bağışlama olub ya olmayıb buna məhkəmələr aydınlıq gətirməyiblər. Belə ki, təkçə hərfi məna ilə tövsif etmişdilər. İddiaçının anasının və atasının nikahına 1985-ci il tarixdə xitam verilmiş, belə olan halda qanuni vərəsə iddiaçı olmalı olduğu halda, onun razılığı olmadan və iddiaçı vərəsəlikdən imti na etmədiyi halda, iddiaçını qanunsuz olaraq vərəsəlik hüququndan məhrum etmişdilər. Sözügedən qanun pozuntusuna görə iddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib və məhkəmə prosessi xx.xx.2025-ci il tarixinə təyin edilib. Məhkəmələr işə qərəzli və subyektiv baxmış, iddiaçı tərəfindən təqdim olunmuş sübutlara düzgün qiymət verməmiş, bununla da yanlış qərarlar qəbul etmişdilər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
25. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şi kayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya in stansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Qanuna əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (mira s passivi) toplusu daxildir (§ 24-25).
35. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq müəyyən etmişdir ki, mübahisəli mənzil 1997-ci ildə özəlləşdirmə nəticəsində Cavabdeh1 mülkiyyətinə keçmiş, o, xx.xx.2024-cü il tarixdə mənzili oğlu Rəvan Süleymanova bağışlamış, hazırda mənzil sonuncunun mülkiyyətindədir.
36. Belə olan halda məhkəmə bu qənaətə gəlmişdir ki, sözügedən mənzil miras kütləsinə daxil olmadığı üçün iddiaçının həmin daşınmaz əşyaya vərəsəlik hüququ yaranmamışdır.
37. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldi yi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
38. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kas sasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
40. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3155/2025 nömrəli, 29 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.