Məhkəmə qərarları › İş №2(102)-3617/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3617/2020

02.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3617/2020 02.07.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Maraqlı şəxs1 vəkili X2 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, qətnaməsindən Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, xnömrəli MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs1 və Tərtər rayon İcra Hakimiyyətinin Qəyyumçuluq və Himayəçilik şöbəsinə qarşı ərizə ilə müraciət edərək, xx xxxxxx 1927-ci il təvəllüdlü anası X1 2007-2008-ci illərdən fəaliyyət qadiliyyətsiz hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin (hakim N.Əsgərov) xx xxxxxxx 2018-ci il tarixli, X nömrəli qətnaməsi ilə ərizə rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-F.Mehtiyev (sərlik edən və məruzəçi), L.Süleymanov və A.Bayramov) xx xxxx 2019-cu il tarixli, X nömrəli qətnaməsi ilə Tərtər Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ərizəçi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qətnamənin ləğv edib, işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xah iş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs1 vəkili H.Həsənov kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual M əcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarında olan: Tərtər rayon məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli X saylı qətnaməsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1927-ci il təvəllüdlü, anası X1 fəaliyyət qabiliyyətsiz hesab edilməsi və onun anası X1 qəyyumu təyin edilməsinə dair qətnamə qəbul edilməsi barədə işə baxılmış və xx xxxxxx 1927-ci il tarixli ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan X4 2007-2008-ci illərdən fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilmiş və Ərizəçi tələbinin onun anası Matariya Kazımovanın üzərində qəyyum təyin edilməsinə dair hissəsinə xitam verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx xxxx x 2017-ci il tarixli X saylı qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Tərtər rayon məhşkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(061)-1067/2018 saylı qətnaməsi X1 2007-2008-ci illərdə fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi hissəsində ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, xx xxxxxx 1927-ci ildə ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli X saylı qətnaməsinin surətindən görünür ki, Ərizəçi kassasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası X5 verdiyi xx xxxxxx 2016-cı il tarixli 377 saylı rəyin surətindən görünür ki, X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası X5 verdiyi xx xxxxxxxx 2016-cı il tarixli 429 saylı rəyin surətindən görünür ki, ehtimal etmək olar ki, X4 2007-2008-ci illərdə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. X3 qəyyum təyin edilməsi barədə Tərtər rayon İH başçısının xx xxxxxx 2016-cı il tarixli 147 saylı qərarının surətindən görünür ki, xx xxxxxx 1927-ci il təvəllüdlü, məhkəmə qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş X3 lazımi qulluq edilməsi, qayğı göstərilməsi, müalicənin təmin edilməsi, hüquq və vəzifələrinin qorunması məqsədi ilə qızı Ərizəçi ona qəyyum təyin edilmişdir. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə ərizəni təmin etməməkdə haqlı olmuşdur. Belə ki, Ərizəçi ərizəsində göstərmişdir ki, Matariya Kazımova anası olmaqla uzun illərdir ki ateskleroz və qocalıq, ağıl zəifliyi xəstəliyindən əziyyət çəkir. 2009-cu ildən sonra onun səhhətində xüsusilə ağırlaşmalar başlamışdır. 2012-ci ildən hal-hazıra kimi, 2 saylı Ağdam Rayonlararası Psixiatriya xəstəxanasında mütəmadi olaraq, müalicə olunur. Son 10-15 illər ərzində Matariya Kazımova öz hərəkətlərinin mənasını şüurlu surətdə dərk etmək və özünü idarə etmək iqtidarından məhrum edilmişdir. O, hətta doğma adamları tanımır. 2016-cı ildə o, anasının fəaliyyət qabiliyyətsizliyi barədə, birinci instansiya məhkəməsinə müraciət etmiş və qanuni qüvvəsini almış məhkəmə qətnamələri il ə onun iddiası təmin edilərək anası Matariya Kazımova fəaliyyət qabiliyyətsiz hesab edilmişdir. Həmin işə baxılarkən məhkəmə ekspertiza təyin etmiş və ekspert rəyində göstərilmişdir ki, Matariya Kazımovanın 2007-2008-ci illərdən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Buna baxmayaraq birinci instansiya məhkəməsi ərizəni rədd etmişdir. Belə ki, ərizəçinin istinad etdiyi dəlilə, yəni əvvəlki məhkəmə qətnaməsində istinad olunan ekspert rəyinin yenidən sübut kimi qəbul edilməsi üçün mötəbər əsaslar yoxdur. Çünki, Matariya Kazımovanın 2007-2008-ci illər ərzində fəaliyyət qabiliyyətsiz hesab olunması ehtimallara əsaslanmışdır. Halbuki, Azərbaycan Respublikası MPM-in 103.1-ci maddəsinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilm iş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Apelyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının istinad etdiyi məhkəmə qərarındaki ekspert rəyi kifayət qədər güclü olmamaqla ehtimallara əsaslanır. Bununla belə iddiaçının həmin illərdə xəstə və müalicə olunmasını da təsdiq edə biləcək mötəbər sübutlar təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən yenidən təyin etdiyi ekspertizanın keçirilməsi ona görə mümkün olmamışdır ki, Matariya Kazımova müayinəyə getməmişdir (və ya getməsi təmin edilməmişdir) ki, bu da iddianın rədd edilməsi üçün əsas olmuşdur. Azərbaycan Respublikası MPM-in 97.5-ci maddəsinə görə, tərəf ekspertizanın keçi rilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. O na görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar