Məhkəmə qərarları › İş №2(102)-3617/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3617/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3617/2021 02.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 aprel 2021-ci il tarixli qərardadından cavabdeh X3 qızının kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: 11 oktyabr 2017-ci il tarixdə İddiaçı X3 qızı və XXX oğluna qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazı-X1 61370 manat və 10000 ABŞ dolları, Cavabdeh2 Tariel oğlundan 6000 manat və 1000 ABŞ dolları məbləğində pulun, həmçinin cavabdehlərdən müştərək qaydada 30 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-42/2019 nömrəli iş üzrə 28 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ə.S.Qəhrəmanov) iddia qismən təmin edilmiş, cavabdeh QazıX1 26600 manat və 10000 ABŞ dolları məbləğində pulun ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11429/2019 nömrəli iş üzrə 06 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.C.Kazımov, A.Ə.İsgəndərov, X.Ə.Sarıyev) cavabdeh X3 qızının apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11429/2019 nömrəli iş üzrə 16 noyabr 2020-ci il tarixli qərardadı ilə (hakimlər E.C.Kazımov, A.Ə.İsgəndərov, X.Ə.Sarıyev) qətnamədən kassasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizə təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11429/2019 nömrəli iş üzrə 08 aprel 2021-ci il tarixli qərardadı ilə (hakimlər E.C.Kazımov, A.Ə.İsgəndərov, X.Ə.Sarıyev) 16 noyabr 2020-ci il tarixli qərardaddan verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan cavabdeh X3 qızı verdiyi kassasiya şikayətində qərardadın ləğv edilib işin kassasiya icraatına qəbul edilməsi və B akı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.09.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normalarının tələbləri pozulmuş, tərəflərin iştirakı təmin edilməmiş, müddətin bərpası üçün göstərilən dəlillər araşdırılmadan qərardad qəbul edilmiş, həmin qərardaddan verdiyi kassasiya şikayəti də təkrar olaraq geri qaytarılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Aşağı dakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, kassasiya şikayəti verilmə müddəti buraxılmışdır. Belə ki, X3 qızı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 noyabr 2020-ci il tarixli qərardadının surətini 01 dekabr 2020-ci il tarixdə rəsmi qaydada almış, kassasiya şikayətini 22 fevral 2021-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh X3 qızı tərəfindən kassasiya şikayəti qanunla müəyyən edilmiş 10 günlük prosessual müddət bitdikdən sonra verilmiş və buraxılmış müddətin bərpasına dair vəsatət təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.0.2-ci maddəsinə əsasən, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 408.1.4-cü maddəsinə əsasən, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır. Beləliklə, apellyasiya məhkəməsi tərəfind ən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar