Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3617/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair ilk və iddiaçı Cavabdeh İddiaçı qarşı “evdən istifadə hüququnun tanınması” tələbinə qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququ, yaşayış sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 may 2023-cü il tarixli, 2(106)61/2023 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) C avabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İmişli rayonu Xəlfəli kəndində 0,4999 ha torpaq sahəsi paylı mülkiyyətdə, onun üzərində yerləşən 110,9 kv.m. sahəsi olan fərdi yaşayış evi ümumi birgə mülkiyyətdə olmaqla İddiaçı, X4, X10, X5, X2, X8 və X11 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
2. X9 və İsayeva (Mustafayeva) Südabə Marif qızı 09 iyun 2008-ci il tarixdə nikaha daxil olmuşlar.
3. İddiaçı Cavabdeh X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, siyahı üzrə əmlakların ona qaytarılması tələbi ilə yanaşı, cavabdehlə birgə nikahları dövründə əldə etdikləri İmişli rayonu Xəlfəli kəndində yerləşən 1 mərtəbəli 4 ota qlı fərdi yaşayış evinin dəyəri olan 40000 manatın ikidə bir hissəsinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 25 avqust 2020ci il tarixli qətnaməsi ilə, iddia evin dəyərinin yarısının cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində, tələb sübut olunmadığı əsası ilə rədd etmişdir. Həmin qətnamədən Cavabdeh verdiyi apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 fevral 2021-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 04 oktyabr 2021-ci il tarixli qərarı ilə təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin uşaqları ilə birlikdə iddiaçıya məxsus İmişli rayonunun Xəlfəli kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının oğlu Faxrəddin İsayevlə 2006-cı ildə faktiki nikah münasibətlərinə girmiş, evləndikdən sonra iddiaçıya məxsus evdə yaşamış, sonradan ailə münasibətləri pozulduğundan ayrılmışlar. Lakin cavabdeh iddiaçıya məxsus evdə yaşamağa davam edir. İddiaçı cavabdehlə birlikdə yaşamaq istəmir. Cavabdeh iddiaçını evi yandıracağı ilə hədələyir və aralarında mütəmadi olaraq mübahisələr yaranır. Dəfələrlə cavabdehdən ona məxsus evdən çıxmasını tələb etsə də, nəticəsi olmamışdır.
6. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, y aşadığı İmişli rayonunun Xəlfəli kəndində İddiaçı istifadəsində olan zəbt edilmiş bələdiyyə mülkiyyətində olan torpaq sahəsində 2012-ci ildə X9 ilə birgə nikahda olduqları dövrdə tikilmiş 1 mərtəbəli 4 otaqlı evə istifadə hüququnun tanınması və İddiaçı adına verilmiş Daşınmaz Əmlakın reyestr nömrəsi **********22-10301 olan çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə iddiaçının faktiki yaşadığı ev İmişli rayonunun Xəlfəli kəndində 2012-ci ildə X9 ilə birgə nikahda olarkən İddiaçı istifadəsində olan zəbt edilmiş bələdiyyə mülkiyyətindəki torpaq sahəsində tikilmişdir. İmişli rayonu Xəlfəli, Kürdmahmudlu və Hacalmuradlı kəndləri üzrə icra nümayəndəliyinin verdiyi 22 iyul 2020-ci il tarixli arayı şdan görünür ki, həmin 1 mərtəbəli 4 otaqlı ev 2012-ci ildə birgə nikahları dövründə tikilmişdir. Xəlfəli bələdiyyəsinin verdiyi arayışdan görünür ki, həmin ev nikah dövründə tikilmişdir. Lakin İddiaçı ona və uşaqlarına həmin evdə yaşamağa imkan vermir. İddiaçı heç bir dövlət orqanından icazə almadan zəbt etdiyi həyətdə saxta sənəd hazırlamaqla JN-104A Kod 90716018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə olan evi deyil, həmin şəhadətnamə ilə mülkiyyətində olan həyətyanı torpaq sahəsinin qarşısında olan özbaşına zəbt edilməklə, qanunsuz tikinti işləri apardığı evi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi ilə əlbir olmaqla mülkiyyətinə keçirmişdir. Faktiki olaraq həmin birgə nikah dövründə tikilən ev bələdiyyənin mülkiyyətindədir və həmi n yeri özbaşına zəbt etməklə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparmaqla cinayət törətmiş, saxta yolla daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır.
8. İmişli Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 2(036)-68/2022 nömrəli qətnaməsi ilə (hakim Q.H.Hacıyev) ilk iddia təmin edilərək, Cavabdeh uşaqları ilə birlikdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********22-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan torpaq sahəsi və üzərində i nşa edilmiş fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir, Cavabdeh isə həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə və ya mülkiyyətin bir hissəsinə dair heç bir hüquq müəyyənedici və digər texniki sənədləri yoxdur və mülkiyyətdən pay hüququ olan hüquq sahibi deyildir.
10. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********22-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evini keçmiş əri X9 ilə birgə nikahları dövrdə əldə etməsi iddiasına İmişli Rayon Məhkəməsinin 23 avqust 2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə baxılaraq həll edildiyindən həmin faktlar yenidən mübahisələndirilə bilməz.
11. Digər tərəfdən, Cavabdeh iddia t ələbinə etirazının əsası qismində mübahisələndirilən fərdi yaşayış evinə İddiaçı daha əvvəl qanuni gözləntiyə sahib olmasını bildirsə də, həmin xüsusatı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə, “İnsan Hüquqlarının və X3 haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.4, 164.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək, İmişli Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 2(036)-68/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddi a tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İş üzrə apellyasiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin 16 dekabr 2022 tarixli mütəxəssis rəyinə və 31 mart 2023-cü il tarixli ekspert rəyinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 dekabr 2019-cu il tarixdə verilmiş **********22-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyət hüququ əsasında paylı m ülkiyyətində olmaqla İmişli rayonunun Xəlfəli kəndində yerləşən 0,4999 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin koordinatları elektron məlumat bazasında mövcud deyildir. Ona görə də Xəlfəli kəndində vətəndaşların istifadələrində olan həyətyanı torpaq sahələrinin elektron uçotu işləri aparılan zaman tərtib olunmuş yerquruluşu planından istifadə etməklə İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyət hüququ əsasında paylı mülkiyyətində olan 0,4999 ha həyətyanı torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. JN-104A Kod 90716018 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İmişli rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 13 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinə İmişli rayonunun Xəlfəli kəndində verilmiş 0,50 ha həyətyanı torpaq sah əsinin koordinatları müəyyən edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 dekabr 2019-cu il tarixdə verilmiş **********22-10301 reyestr nömrəli çıxarışdakı döngə nöqtələrinin koordinatları elektron məlumat bazasında mövcud olmadığı üçün Xəlfəli kəndində vətəndaşların istifadələrində olan həyətyanı torpaq sahələrinin elektron uçotu işləri aparılan zaman tərtib olunmuş yerquruluşu planından, İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyət hüququ əsasında paylı mülkiyyətində olan 0,4999 ha həyətyanı torpaq sahəsinin koordinatlarından istifadə etməklə JN-104A Kod 90716018 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən döngə nöqtələrinin koordinatl arının 3818 kv.metr hissəsinin üst-üstə düşməsi müəyyən edildi. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 dekabr 2019-cu il tarixdə verilmiş **********22-10301 reyestr nömrəli çıxarışdakı döngə nöqtələrinin koordinatları elektron məlumat bazasında mövcud olmadığı üçün Xəlfəli kəndində vətəndaşların istifadələrində olan həyətyanı torpaq sahələrinin elektron uçotu işləri aparılan zaman tərtib olunmuş yerquruluşu planından istifadə edilməklə İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyət hüququ əsasında paylı mülkiyyətində olan 0,4999 ha həyətyanı torpaq sahəsi üzərində inşa olunmuş üç fərdi yaşayış evinin olduğu müəyyən edildi. İlk iddia üzrə Cavabdeh uşaqları ilə bir likdə yaşadığı, əmlakları yerləşən evin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 dekabr 2019-cu il tarixdə verilmiş **********22-10301 reyestr nömrəli çıxarışdakı döngə nöqtələrinin koordinatları elektron məlumat bazasında mövcud olmadığı üçün Xəlfəli kəndində vətəndaşların istifadələrində olan həyətyanı torpaq sahələrinin elektron uçotu işləri aparılan zaman tərtib olunmuş yerquruluşu planından istifadə edilməklə İmişli rayonunun Xəlfəli kəndində yerləşən 0,4999 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin hüdudları daxilində olması müəyyən olundu. İlk iddia üzrə İddiaçı boşaldılmasını tələb etdiyi ev, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 dekabr 2019-cu il tarixdə verilmiş **********22-10301 reyestr nömrəli çıxarışdakı döngə nöqtələrinin koordinatları elektron məlumat bazasında mövcud olmadığı üçün Xəlfəli kəndində vətəndaşların istifadələrində olan həyətyanı torpaq sahələrinin elektron uçotu işləri aparılan zaman tərtib olunmuş yerquruluşu planından istifadə edilməklə İmişli rayonunun Xəlfəli kəndində yerləşən 0,4999 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin hüdudları daxilində olan Cavabdeh yaşadığı evin olması müəyyən olundu.
15. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 may 2023-cü il tarixli, 2(106)-61/2023 nömrəli qətnaməsi ilə (hakim T.S.Kərimovun sədrl iyi və məruzəsi ilə, hakimlər S.F.Həsənovdan və P.T.Əhmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, İmişli Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli qətnaməsinin verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
16. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında formalaşan hüquq münasibətlərinin iddiaçı və cavabdeh İddiaçı oğlu Faxrəddin İsayevlə iddiaçı və Cavabdeh arasında 09 iyun 2008ci il tarixdə rəsmi nikahın bağlandığı andan yarandığından, mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi qaydasında öz hüquqi həllini tapmalıdır. Qarşılıqlı iddia üzrə iddiaçının üzərində istifadə hüququnun tanınmasını tələb etdiyi mübahisəli fərdi yaşayış evinin məhz keçmiş əri ilə 2012-ci ildə birgə nikahları dövründə inşa olunmasına dair arqumentləri sübuta yetməmişdir. Buna dair iddiaçı tərəfindən hər hansı bir inandırıcı, mötəbər sübutlar verilməmişdir. Digər tərəfdən, mübahisəli fərdi yaşayış evinin qarşılıqlı iddia üzrə iddiaçı ilə keçmiş əri tərəfindən birgə nikahları dövründə, birgə vəsaitləri hesabına inşa olunması əsası ilə həmin əmlakın bölgüsü tələbinə dair iddiasının sübuta yetməməsi əsası ilə rədd edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Bunlardan da savayı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh özü iddiasında mübahisəli evin cavabdeh İddiaçı tərəfindən zəbt edilmiş torpaq sahəsində özbaşına inşa edildiyini bildirib, bununla sonuncunun cinayət əməli törətməsinə diqqəti cəlb etməyə çalışmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Mülki Məcəllənin 152.1, 157.2, 228.1, 228.2-ci, Mülki Prosessual Məcəllənin 76.1, 76.2, 77.1, 82.3, 88, 103.1, 103.2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci, 08 oktyabr 2013-cü maddələri ilə əsaslandırmışdır.
18. X7 Məhkəməsinin Mülki kollegiyasının 24 may 2023-cü il tarixli, 2(106)-61/2023 nömrəli qərardadı ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməklə, İmişli Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli 2(036)-68/2022 nömrəli qətnaməsi qarşılıqlı iddianın təmin olunmayan “İmişli rayonu, Xəlfəli kəndində İddiaçı adına v erilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********22-10301 olan çıxarışın ləğv edilməsi” hissədə ləğv olunmuş, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “İmişli rayonu Xəlfəli kəndində İddiaçı adına verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********22-10301 olan çıxarışın ləğv edilməsi” tələbi hissədə işin icraatına, mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
19. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 may 2023-cü il tarixli, 2(106)61/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş et mişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cü, Mülki Məcəllənin 228.2, 228.5-ci, Mülki Prosessual Məcəllənin 77.1,88, 220.4-cü maddələri pozulmuşdur. Belə ki, qətnamə ilə cavabdeh mənzilindən istifadə etmək hüququndan məhrum olunmuş, evin cavabdehin həyat yoldaşı Faxrəddin İsayevlə birgə nikahları dövründə inşa olunması nəzərə alınmamışdır. Məhkəmə maddi hüquq normanı düzgün tətbiq etməmiş, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən cavabdehin yaşayış sahəsindən istifadə hüququnun olmasını nəzərə almamışdır.
21. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyi şdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
22. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Qətnamə işin müəyyən edilmiş hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır. Kassasiya baxışının hədləri:
23. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
24. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassator tərəfindən tam mübahisələndirildiyindən, kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
25. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hü quq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstə rilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 28. “Məhkəmə qətnaməs i haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzr ə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır.
30. İlk olaraq qeyd olunmalıdır ki, cavabdeh kassasiya şikayətində qarşılıqlı iddiasının təmin olunmasını xahiş etsə də, həmin tələb üzrə icraata apellyasiya məhkəməsinin qərardadı ilə xitam verildiyi ndən və qeyd olunan qərardaddan şikayət verilmədiyindən qarşılıqlı iddianın əsaslılığı hazırki kassasiya baxışının predmetini təşkil etmir və şikayət bu hissədə təmin olunmamalıdır.
31. İlk iddia üzrə isə qeyd edilməlidir ki, apellyasiya məhkəməsi mübahisəli yaşayış sahəsinin iddiaçının mülkiyyətində olmasını əsas götürərək, mübahisəyə Mülki Məcəllənin 228.2-ci maddəsini tətbiq etməklə iddianı təmin etmişdir.
32. Lakin iş materialları ilə müəyyən olunur ki, İmişli rayonu Xəlfəli kəndində olan 0,4999 ha torpaq sahəsi və üzərində yerləşən 110,9 kv.m. sahəsi olan fərdi yaşayış evi iddiaçı ilə yanaşı daha 6 nəfərin, o cümlədən cavabdehin əri X2 mülkiyyətindədir. Cavabdehlə əri arasında ailə münasibətləri pozulsa da, nikahın pozulmasını təsdiq edən sənəd iş materiallarında mövcud deyildir.
33. Həmçinin apellyasiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə ekspertizasının rəyindən müəyyən olunur ki, həmin torpaq sahəsində üç fərdi yaşayış evi yerləşir. İddiaçının nümayəndəsi (cavabdehin əri) Faxrəddin İsayev isə apellyasiya məhkəməsində verdiyi ifadəsində iddiaçıya aid olan torpaq sahəsində 2 evin yerləşdiyini qeyd etmişdir.
34. Məhkəmə kollegiyasının qənaətinə görə torpaq sahəsinin və üzərində olan evin ümumi mülkiyyətdə olmaqla, cavabdehin ərinin də mülkiyyətçilərin biri olması iş üçün mühüm əhəmiyyət kəsb edən haldır ki, apellyasiya məhkəməsi bu hala hüquqi qiymət verməmişdir.
35. İlk olaraq məhkəmə, paylı mülkiyyətçilərdən birinin (hazırki iddiaçının) Mülki Məcəllənin 213.6-cı maddəsinə əsasən bu iddianı verməyə subyektiv hüququnun olub-olmaması məsələsinə hüquqi qiymət verməli dir. Qeyd olunan maddəyə görə isə, ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb etmək hüququna malikdir.
36. Bundan əlavə, tərəflər arasında mübahisəli yaşayış sahəsi ilə bağlı hüquq münasibətləri yarandığı dövr, habelə cavabdehin faktiki yaşadığı və çıxarılması tələb olunan mübahisəli yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan 110,9 kv.m. sahəsi olan, ya da ki, ümumi torpaq sahəsi üzərində tikilərək, qeydiyyata alınmamış fərdi yaşayış evi olması müəyyən olunmalıdır. Belə ki, bu hallardan asılı olaraq cavabdehin yaşayış sahəsinin ərinin payı olan hissəsinə Mülki Məcəllənin 228-ci maddəsi və ya Mənzil Məcəllənin 30-cu maddəsi tətbiq olunmaqla, istifadə hüququnun yaranıb-yaranmaması nəticəsinə gəlmək olar.
37. Bu zama n nəzərə alınmalıdır ki, “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyinə görə, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir.
38. Beləliklə, mübahisəli ev dövlət qeydiyyatına alınan 110,9 kv.m. sahəsi olan tikili olduğu halda, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında irəli sürülən mövqeyə əsasən mübahisəyə həmin evin qeydə alındığı tarixdə (işdə olan Çıxarışa əsasən dövlət qeydiyyatı 26 dekabr 2019-cu ilə aiddir), dövlət qeydiyyatına alınmayan tikili olduğu halda isə, cavabdehin həmin tikiliyə köçdüyü dövrdə qüvvədə olan maddi hüquq norması tətbiq olunmalıdır.
39. Beləliklə müəyyən olunur ki, apellyasiya məhkəməsi cavabdehin hazırda istifadəsində olan və mübahisələndirilən fərdi yaşayış evinin Hüquqların dövlət qeydiyyatına alınmış daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda əksini tapan 110,9 kv.m. sahəsi olan fərdi yaşayış evi, ya da ki, mülkiyyətdə olan torpaq sahəsində qeydiyyata alınmayan ev olmasını araşdırmamış, cavabdehin ərinin torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 110,9 kv.m. sahəsi olan evin ümumi mülkiyyətçilərindən biri olmasını nəzərə almamış, tərəflər arasında həmin yaşayış sahəsi ilə bağlı mübahisəli hüquq münasibətləri yaran an dövrdə qüvvədə olan maddi hüquq normasını tətbiq etməmişdir.
40. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
41. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İs paniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
42. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblər inə cavab vermir.
43. Həmçinin qeyd olunmalıdır ki, iş materiallarında olan Elektron Məhkəmə Sistemindən çıxarışa əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılması nəticəsində rayon məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, yeni qətnamə çıxarılmışdır (i.v. 185). Lakin, mübahisələndirilən qətnamənin nəticə hissəsinə gəldikdə müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmənin elan etdiyi nəticə, yazılı tərtib olunan qətnamənin nəticəsindən fərqlənir ki, bu da qətnamənin ləğvi üçün müstəqil əsasdır.
44. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
45. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən tərəflərin mübahisəli yaşayış sahəsinə ilə bağlı hüquq münasibətlərinin yaranması dövrü müəyyən edilməli, həmin dövrdə qüvvədə olan maddi hüquq normasına uyğun olaraq cavabdehin yaşayış sahəsindən istifadə hüququnun yaranıbyaranmaması, yarandığı halda bu hüquqa xitam verilib-verilməməsi məsələlərini araşdırmalı, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməklə qərar qəbul edilməlidir.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 may 2023-cü il tarixli, 2(106)-61/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.