Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3617/2024 29.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “Çinar-AN" Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icra edilməməsi ilə vurulan zərər, əldən çıxmış fayda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi ), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh “Çinar-AN" Mənzil Tikinti Kooperativinə qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 may 2024-cü il tarixli, 2(105)-629/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Az ərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2018-ci il tarixli 126 №-li müqaviləyə əsasən, alıcı İddiaçı ümumi sahəsi 77.21 kv.m olan mənzil üçün 42465 manat məbləğində pulu satıcı Cavabdeh MTK-ya ödəməyi, satıcı Cavabdeh MTK isə alıcı İddiaçı Xırdalan şəhəri Bakı-Quba avtomagistralının 14-cü km-nin Qərb hissəsində 10 bloklu çoxmərtəbəli evin F blokunda 10-cu mərtəbəsində yerləşən 2 otaqdan ibarət ümumi sahəsi 77.21 kv.m. olan mənzili tikib təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən mənzilin dəyəri 42465 manat müəyyən edilmişdir.
2. Maliyyə arayışına əsasən, Xırdalan şəhəri Bakı-Quba avtomagistralının 14-cü km-nin Qərb hissəsində 10 bloklu çoxmərtəbəli evin F blokunda 10-cu mərtəbəsində yerləşən 2 otaqdan ibarət ümumi sahəsi 77.21 kv.m. olan mənzilə görə 42465 manat İddiaçı tərəfindən Cavabdeh MTK-ya tam ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xırdalan şəhərinin BakıQuba avtomagistralının 14-cü kilometrinin qərb hissəsində 10 bloklu çoxmərtəbəli yaşayış binasının F blokunda 10-cu mərtəbədə sahəsi 77,21 kvm olan mənzilin ona təhvil verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı iddia predmetinin dəyişdirilməsi barədə ərizə verərək, qeyd etmişdir ki, cavabdehin elektron qaydada məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, müqavilədə nəzərdə tutulmuş mənzil ondan başqa müxtəlif şəxslərə satılmışdır. Yaranmış vəziyyətdə gələcəkdə qətnamənin icrasının mümkünlüyünü nəzərə alaraq cavabdehə ödədiyi 42465 manat və dövlət rüsumu olaraq ödədiyi 100 manatı tələb etmək zərurəti yaranıb. Cavabdeh müqavilə öhdəliklərinə əməl etməməklə ona əlavə zərər vurmuşdur. İnternet resurslarından əldə etdiyi məlumatlardan görünür ki, ABB illik depozit faizi 6% olmuşdur.Beləliklə il ərzində 42465 manatın illik 6 faizlik dərəcəsinə görə (42465x6%) 2548 manat gəlirdən (əldən çıxmış fayda) məhrum olmuşdur. Ödənişdən 5 il ötdüyünü nəzərə alsaq (2548x5)=12740 manat faydadan məhrum olmuşdur. 12740 manat itirilmiş minumum məbləğdir. Təkcə 2022-ci ilin infilyasiya dərəcəsi 14 faiz olmuşdur. Yəni infılyasiya dərəcəsinə görə 2022-ci ildə ona vurulan zərər 42465 *14%=5946 manat təşkil etmişdir. Göründüyü kimi cavabdeh ödədiyi məbləğdən qanunsuz olaraq faydalanmış və ona minimum 42465+12465=54930 manat real zərərin və dövlət rüsumu olaraq ödədiyi 100 manat cəmi 55030 manatın zərər vurmuşdur. Göstərilənləri rəhbər tutaraq Cavabdeh MTK-dan 55030 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
5. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh qarşılığında öhdəliyini tam yerinə yetirsə də, cavabdeh öz öhdəliyini yerinə yetirməmiş, mənzili iddiaçıya təhvil verməmişdir. Komendant iddiaçıya zəng vuraraq mənzilə görə nəzərdə tutulmuş kommunal xərcləri ödəməyi tələb etdiyi üçün o, Bakı şəhərinə gəlmiş, komendantla binaya girdikdə mənzilə başqaları tərəfindən qapı qo yulduğunu görmüşdür. Həmin evə qapı qoyan şəxs bildirmişdir ki, 2016cı ildə bağlanan müqaviləyə əsasən mənzil ona təhvil verilmişdir. Cavabdehin elektron qaydada məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizədən aydın olmuşdur ki, müqavilədə nəzərdə tutulmuş mənzil ondan başqa müxtəlif şəxslərə satılmışdır. Yaranmış vəziyyətdə gələcəkdə qətnamənin icrasının mümkünlüyünü nəzərə alaraq cavabdehə ödədiyi 42465 manat və dövlət rüsumu olaraq ödədiyi 100 manatı tələb etmək zərurəti yaranmışdır. Cavabdeh müqavilə öhdəliklərinə əməl etməməklə iddiaçıya əlavə zərər vurmuşdur. İddiaçının internet resurslarından əldə etdiyi məlumatlara əsasən, ABB illik depozit faizi 6% olmuşdur. Beləliklə, il ərzində 42465 manatın illik 6 faizlik dərəcəsinə görə (42465x6%) 2548 manat gəlirdən (əldən çıxmış fayda) məhrum olmuşdur. Ödənişdən 5 il ötdüyü nəzərə alınarsa, iddiaçı (2548x5)=12740 manat faydadan məhrum olmuşdur. 12740 manat itirilmiş minimum məbləğdir. Təkcə 2022-ci ilin infilyasiya dərəcəsi 14 faiz olmuşdur. Yəni infilyasiya dərəcəsinə görə 2022-ci ildə iddiaçıya vurulan zərər 42465*14%=5946 manat təşkil etmişdir. Göründüyü kimi cavabdeh ödədiyi məbləğdən qanunsuz olaraq faydalanmış və ona minimum 42465+12465=54930 manat real zərərin və dövlət rüsumu olaraq ödədiyi 100 manat cəmi 55030 manatın zərər vurmuşdur. Odur ki, həmin mübahisəli mənzildə başqa şəxslərin yaşadığından MTK-dan 55030 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e2(012)-3288/2023 nömrəli, 5 dekabr 202 3-cü il tarixli qiyabi qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia tələbi təmin edilmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixli 126 №-li müqavilənin bağlanmasından 5 ildən çox müddət keçməsinə baxmayaraq, Cavabdeh MTK mənzili iddiaçıya təhvil verməmişdir. Nəzərə alınsa ki, ötən 5 il ərzində mənzil iddiaçıya təhvil verilməmiş, belə olan halda, təhvil verilməsi qeyri-müəyyən müddətə ehtimal olan mənzilə iddiaçının marağının itməsi təbii haldır və buna görə də sifarişçi olaraq iddiaçının müqavilədən imtinası qanuni hesab edilməlidir. Həmçinin müqavilədə göstərilmişdir ki, payçı İddiaçı həmin məbləği yəni 42465 manatı tam ödəsədə, həmin mənzilin başqa şəxslərə satılması müəyyən edilmişdir. Cavabdeh müqavilə öhdəliklərinə əməl etməm əklə iddiaçıya əlavə zərər vurduğundan, Cavabdeh MTK-nin təqsirli və səbəbli əlaqəli hərəkətləri nəticəsində iddiaçı heç nə əldə etməmiş, ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MTK-ya ödədiyi məbləğdən qanunsuz olaraq faydalanmış və ona 54930 manat real zərər vurduğundan Cavabdeh MTK-dan tələb etməsi tam qanuni və əsaslıdır
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1, 157.2, 385.1, 431.1, 442, 443.1, 443.2, 443.3, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin ed ilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi müqavilənin etibarlılığını araşdırmadan iddianı tam şəkildə təmin etmişdir. Halbuki, tərəflərindən dəfələrlə vəsatətlə müraciət edilərək, müqavilədəki imzanın cavabdehin həmin dövrdə sədri olmuş Gülməmməd Abbasova məxsus olmadığı, bu müqavilə üzrə şirkətin xəzinəsinə pul ödənilmədiyi bildirilmiş və iş üzrə xəttşünaslıq ekspertizası təyin edilməsi xahiş olunmuşdur. Bundan əlavə, məhkəmə müqaviləni etibarlı müqavilə kimi tanısa da, onu ləğv etmədən cavabdehdən pul tutmuşdur.
11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2 may 2024-cü il tarixli, 2(105)-629/2024 nömrəli qətnaməsi ilə (hakim lər – İ.K.Dəmirov (sədrlik edən və məruzəçi), F.Ə.Məmmədov və L.E.Rəhimli) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu qətnaməsində haqlı olaraq onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə öhdəliklərinə əməl etməməklə iddiaçıya əlavə zərər vurduğundan, Cavabdeh MTK-nın təqsirli və səbəbli əlaqəli hərəkətləri nəticəsində iddiaçı heç nə əldə etməmiş, ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Cavabdeh MTK-ya ödədiyi məbləğdən qanunsuz olaraq faydalanmış və ona 54930 manat real zərər vurduğundan Cavabdeh MT K-dan tələb etməsi tam qanuni və əsaslıdır.
13. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə qeyd etmişdir ki, cavabdeh imzaların həmin dövrdə sədri olmuş Gülməmməd Abbasova məxsus olmadığını mübahisələndirsə də, məhkəmə kollegiyasının iclası imza nümunələrinin təqdim olunması ilə əlaqədar dəfələrlə təxirə salınmış, lakin cavabdeh tərəfindən hər hansı nümunənin məhkəməyə təqdim olunması təmin edilməmişdir. Bununla əlaqəar məhkəmə kollegiyasının 02 may 2024-cü il tarixli, 2(105)-629/2024 nömrəli qərardadı ilə cavabdehin ekspertiza təyin edilməs barədə vəsatəti təmin edilməmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi müqavilə ləğv olunmadan cavabdehdən pul tutulmasının qanunsuz olması baxımından apellyasiya şikayətinin dəlilini əsassız hesab edir. Belə k i, cavabdeh özü ilk dəfə iddia qaldırılarkən müqavilədə göstərilən mənzilin başqa şəxslərə satıldığını, yəni həmin mənzilin iddiaçıya verilməsinin mümkün olmadığını bildirmişdir. Buna görə iddiaçı Mülki Məcəllənin 443.1-ci maddəsinin tələbləri baxımından hazırki iddianı qaldırmaqda haqlı olmuşdur.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 431.1. 442, 443.1, 443.2, 443.3, 449.1, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-629/2024 nömrəli, 02 may 2024- cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsi, digər halda isə kassasiya şikayətində göstərilən xüsusatların araşdırılması üçün yeni baxışa göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnamədə göstərmişdir ki, cavabdeh imzaların həmin dövrdə sədri olmuş Gülməmməd Abbasova məxsus olmadığını mübahisələndirsə də, məhkəmə kollegiyasının iclası imza nümunələrinin təqdim olunması ilə əlaqədar dəfələrlə təxirə salınmış, lakin cavabdeh tərəfindən hər hansı nümunənin məhkəməyə təqdim olunması təmin edilməmişdir. Bununla əlaqədar məhkəmə kollegiyasının 02 may 2024-cü il tarixli, 2(105)-629/2024 nömrəli qərardadı ilə cavabde hin ekspertiza təyin edilməsi barədə vəsatəti təmin edilməmişdir. Halbuki, iş materiallarından görünür ki, məhkəmə iclası iddiaçının vəkilinin vəstəti əsasında məhkəmədə iştirak edə bilməməsi səbəbindən təxirə salınmışdır. Cavabdeh tərəfindən işə onların iştirakı olmadan baxılaraq, ekspertiza təyin edilməsi xahiş edilmiş və imza nümunələrinin ekspertiza tədqiqatına təqdim ediləcəyi bildirilmişdir. Belə olan halda məhkəmə ekpertiza təyin etdikdən sonra ekspertin vəsatəti əsasında imza nümunələrini tələb də bilərdi. Cavabdeh tərəfindən mübahisə predmeti olan müqavilə və maliyyə arayışındakı imzaların saxta olması, yəni bu sənədlərin əhəmiyyətsiz olmasına dair məlumat verilməsinə baxmayaraq, bu istiqamətdə heç bir araşdırma aparmamış və bu halı nəzərə almamışdır.
18. Azərbaycan Respublikasını n Mülki Məcəlləsinin 449.1-cimaddəsinin tələbinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə bu maddəni tətbiq etməli olduğu halda tətbiq etməmişdir.
19. Birinci instansiya məhkəməsi müqavilənin etibarlılığını araşdırmadan iddianı tam şəkildə təmin etmişdir. Halbuki, tərəfimi zdən vəsatətlə müraciət edilərək, müqavilədəki və maliyyə arayışındakı imzanın cavabdehin həmin dövrdə sədri olmuş Gülməmməd Abbasova məxsus olmadığı bildirilmiş və iş üzrə xəttşünaslıq ekspertizası təyin dilməsi xahiş olunmuşdur. Lakin, məhkəmə tərəfimizdən təqdim verilmiş vəsatətə etinasız yanaşaraq, təmin etməmişdir. Bununla da məhkəmə işdə olan sübutları hərtərəfli və tam baxmamışdır. Digər tərəfən məhkəmə iş üzrə ekspertiza təyin etməli olduğu halda bunu etməmişdir
20. Qiyabi icraat qaydasında baxılarkən iddianın əsasları və ya predmeti dəyişdirilə və ya iddia tələblərinin məbləği artırıla bilməz. Prosessual qanunvericiliyin imperativ göstərişlərinə baxmayaraq, işdən də göründüü kimi iddiaçı iddia ərizəsi ilə müraciət edərək mənzil tələbi irəli sürmüş, bundan sonra iddia predmetini də yişərək, pul tələbi irəli sürmüşdür. Məhkəmə isə bu halı nəzərə almadan işə qiyabi icraat qaydasında baxmışdır.
21. İddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir. İşdən görünür ki, iddiaçı qiymətləndirilməyən iddia irəli sürərək, 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Sonradan 54930 manat pul tələbi irəli sürmüş və əlavə dövlət rüsumu ödəməmişdir. Halbuki, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-cü maddəsinə əsasən 54930 manat həcmində iddia tələbi üçün 254,80 manat məbləğində dövlət rüsumu ödənilməli idi. Məhkəmə qanunvericiliyin tələblərinin nəzərə almadan, iddia ərizəsini baxılmamış saxlamalı olduğu halda, işə qiyabi icraat qaydasında baxaraq, qətnamə qəbul etmişdir
22. Məhkəmə cavabdeh tərəfindən ekspertiza ilə bağlı verilm iş vəsatəti təmin etməməklə işin tam və hərtərəfli araşdırılmasına şərait yaratmamışdır.
23. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.3, 449.1, Azərbaycan Respublikasının MPM-in 14.1, 88, 113.2, 241.3-cü maddələrinə də istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
25. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağl anmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.
26. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
27. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
28. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
29. Maddə 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ö dədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır.
30. Maddə 449.1(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya). Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.
31. Maddə 1096.1. Mülki hüquq p ozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
32. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
33. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə et məlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instans iyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul e dilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsində icraat
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkəmənin cavabdeh tərəfindən ekspertiza ilə bağlı verilmiş vəsatəti təmin etməməklə işin tam və hərtərəfli araşdırılmasına şərait yaratmadığ barədə dəlili ilə əlaqədar qeyd edir ki, iş materialları ilə təsdiq edilir ki, cavabdehin məhkəmə-xətçünaslıq ekspertizasının təyin olunmasına dair vəsatəti apellyasiya instansiyası məhkəməsi tərəfindən müzakirə edilərək 02 may 2024-cü il tarixli qərardadla təmin edilməmişdir. Cavabdehin özünün də vəsatətdə qeyd etdiyi məsələ ilə əlaqədar sübut təqdim etmək imkanı olduğu halda birinci və apellyasiya instansiyası məhkəmələrində belə sübutlar təqdim etməsi iş materialları ilə təsdiqlənmir. Belə ki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respubl ikasının Qanununun 21ci maddəsinin ikinci hissəsinə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual, İnzibati Prosessual və İnzibati Xətalar məcəllələrində nəzərdə tutulmuş hallarda fiziki və ya hüquqi şəxslər, həmin şəxslərin vəkilləri və nümayəndələri (qanuni nümayəndələri) məhkəmə ekspertizasının aparılmasını sifariş vermək üçün məhkəmə ekspertizası idarələrinə və ya özəl məhkəmə ekspertlərinə rəsmi müraciət etmək hüququna malikdir. Bu halda məhkəmə ekspertizası həmin şəxslərlə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə ekspertləri arasında bağlanan müqavilə əsasında məhkəmə ekspertizasını sifariş edən şəxslərin hesabına həyata keçirilir. Müqavilədə ekspertin biləbilə yalan rəy verməyə görə məsuliyyət daşıması barədə məlumatlandırıldığı onun imzası ilə təsdiq edilməli dir.
45. Məhkəmə kollegiyası kassasiya şikayətinin işə qiyabi icraat qaydasında baxılarkən iddianın əsasları və ya predmetinin dəyişdirilə və ya iddia tələblərinin məbləğinin artırıla bilməyəcəyi, prosessual qanunvericiliyin imperativ göstərişlərinə baxmayaraq, işdən də göründüyü kimi iddiaçı nıniddia ərizəsi ilə müraciət edərək mənzil tələbi irəli sürdüyü, bundan sonra iddia predmetini dəyişərək, pul tələbi irəli sürdüyü, məhkəmənin isə bu halı nəzərə almadan işə qiyabi icraat qaydasında baxdığı barədə dəlili ilə əlaqədar bildirir ki, işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən iddia predmeti dəyişdirildikdən sonra birinci instansiya məhkəməsinin 05 dekabr 2023-cü il tarixli qərardadı ilə iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiasına qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.Bundan sonra iddianın əsasları və ya predmetinin dəyişdirilməmiş və ya iddia tələblərinin məbləği artırılmamışdır.Birinci instansiya məhkəməsinin qiyabi qətnaməsinin ləğvi haqqında cavabdehin ərizəsi birinci instansiya məhkəməsinin 23 yanvar 2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş, cavabdeh tərəf həmin qərardaddan şikayət verməmişdir.Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, dəlil əsassızdır.
46. Kassasiya şikayətinin dəlillərindən biri də apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsini tətbiq etməli olduğu halda tətbiq etmədiyi barədədir.Məhkəmə kollegiyası həmin dəlili də əsassız hesab edir.Belə ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsini əsaslandırarkən istinad etdiyi maddi hüquq nor malarından biri də Azərbaycan Respublikasının mülki Məcəlləsinin 449.1-ci maddəsidir.
47. O da nəzərə alınmalıdır ki, tikinti fəaliyyəti ilə məşğul olan mənzil-tikinti kooperativlərinin məhz pul vəsaitlərindən istifadə edərək, həmin vəsaitlərdən faydalanaraq tikinti həyata keçirdikləri hər hansı mübahisə doğurmur.
48. Kassasiya şikayətində irəli sürülən tələblərdən biri iddianın baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsi ilə əlaqədardır və əsası kimi iddiaçının dövlət rüsumunu az ödəməsi göstərmişdir.Məhkəmə kollegiyası bununla əlaqədar bildirir ki, Azərbaycan Respublikasının MPM-in 417-ci maddəsində kassasiya instansiyası məhkəməsinin iddia qaldırılarkən dövlət rüsumunun az ödənilməsi əsası ilə ərizəni baxılmamış saxlaya bilməsi səlahiyyəti nəzərdə tutulmamışdır.Digər tərəfd ən isə dəlildə göstərilən məsələ iddianın mahiyyəti üzrə düzgün həllinə təsir göstərən hal deyil.
49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
50. Cavabdehin nümayəndəsi elektron kabinet vasitəsilə kassasiya instansiyası məhkəməsinə başqa mülki iş üzrə qətnamə, ekspertiza rəyi təqdim etsə də məhkəmə kollegiyası bildirir ki kassasiya instansiyası məhkəməsi sübutları qəbul etmir və onların hüquqi qiymətləndirməsini həyata keçirmir, işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
52. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub m əhkəmə kollegiyası qərara aldı: Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 may 2024-cü il tarixli 2(105)-629/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.