Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3618/2020 11.06.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Abbasov X2 Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1852/2016 nömrəli, 06 sentyabr 2016-cı il tarixli qətnaməsindən Cavabdeh və vəkili Vəkil qızının kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: Cavabdeh və vəkili Seyidli X1 Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.09.2016-cı il tarixli 2(104)-1852/2016 nömrəli qətnaməsindən 17 fevral 2020-ci il tarixdə kassasiya şikayəti vermişlər. Kassasiya şikayəti öyrənilərkən müəyyən olundu ki, Cavabdeh oğlu Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.09.2016-cı il tarixli 2(104)-1852/2016 nömrəli qətnaməsindən 14.11.2016-cı il tarixdə kassasiya şikayəti vermiş, şikayət imzalanmadığı və vəkilin orderi əlavə edilmədiyi üçün 14.11.2016-cı il il tarixli qərardadla şikayət geri qaytarılmışdır. (i.v.143, 167) Cavabdeh qərardadın surətini 09.12.2016-cı il tarixdə rəsmi qaydada qəbzə (poçt xəbərnaməsinə) imza etməklə almış, dövlət hesabına vəkillə təmin edilməsi barədə 13.12.2016-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət etmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.13.2016-cı il il tarixli qərardadı ilə ona dövlət hesabına vəkil təyin edilmişdir. Cavabdeh 02.02.2017-ci il tarixdə yenidən Gəncə Apellyasiya Məhkəməsinin 06.09.2016-cı il tarixli 2(104)1852/2016 nömrəli qətnaməsindən kassasiya şikayəti vermiş, 02.02.2017-ci il tarixli qərardadla bu dəfə kassasiya şikayəti cavabdehin özü tərəfindən imzalanmadığı və dövlət rüsumu ödənilmədiyi üçün geri qaytarılmışdır., (iş v. 167, 170, 171, 179, 186.) Cavabdeh 23 oktyabr 2018-ci ildə təkrarən apelyasiya instansiyası məhkəməsinə müraciət edərək, dövlət rüsmunu ödəməsini bildirməklə yanaşı, dövlət hesabına vəkillə təmin edilməsini xahiş etmişdir. (i.v.196) Gəncə Apellyasiya Məhkəməsinin 24 dekabr 2018-ci il tarixli qərardadı ilə cavabdeh dövlət hesablna vəkillə təmin edilmiş, Gəncə şəhəri 1 saylı Vəkil bürosu qərardadı 22 fevral 2019-cu ildə almış və 03 fevral 2020-ci ildə vəkilin imzaladığı kassasiya şikayəti məhkəməyə təqim edilmişdir. Kassasiya şikayətini cavabdeh imzalamadığı və şikayətə dövlət rüsumu əvəz edilmədiyi üçün cavabdehə şikayəti imzalamaq və dövlət rüsumunu ödəmək təkilif edi lmiş, nəhayət, 17 fevral 2020ci ildə kassasiya şikayəti imzalanmış və dövlət rüsumu əlavə edilmişdir. (i.v.224, 228, 231, 241) Mülki Prosessual Məcəllənin 405.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin aktlarından qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Mülki Prosessual Məcəllənin 408.1.4-cü maddəsinə görə kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır. Mülki Prosessual Məcəllənin 408.2-ci maddəsinə görə bu Məcəllənin 408.1.1. və 408.1.3408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən... tərəfindən qaytarılır. Şərh olunan hallardan və qanunvericilik normalarından görünür ki, cavabdeh kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddəti buraxmış və buna apelyasiya məhkəməsi qiymət verməmişdir.. Qeyd olunanlara əsasən hesab edirəm ki, kassasiya şikayəti qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddət ötürülməklə verildiyinə görə icraata qəbul edilə bilməz. Buna görə də kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 405, 407, 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Cavabdeh Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.09.2016-cı il tarixli 2(104)-1852/2016 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şik ayəti geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-3618/2020
Ali Məhkəmə Qərardad — İş №2(102)-3618/2020
11.06.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver