Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3619/2025 13.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin icra edilməməsi, mövcud borcun etirafı haqqında mücərrəd müqavilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3430/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 13 yanvar 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh tərəfindən imzalanmış xx.xx.2022-ci tarixli “Akt”a əsasən Cavabdeh İddiaçı borc aldığı 22.600 manat pulu 10 ay ərzində hər ay İddiaçı adına açılmış kart hesabına 500 manat göndərməklə qaytarmağı, 10 aydan sonra isə qalan 17.600 manat pulu 11-ci ay tam şəkildə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi daha sonra, iddia həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək, cavabdehdən 17.000 manat pulun və 158 manat dövlət rüsumuna görə ödənilmiş pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh 1 may 2022-ci il tarixdə iddiaçıdan 22600 manat borc almışdır. Razılaşmaya əsasən cavabdeh 10 ay müddətində hər ay kart hesabına 500 manat ödəməklə borcun 5000 manatını hissə-hissə, qalan 17600 manat hissəsini isə 11-ci ay tam şəkildə ödəməli idi. Lakin iddiaçı bundan sonra dəfələrlə cavabdehə müraciət etsə də, cavabdeh borcu qaytarmamışdır.
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)-685/2025 nömrəli qətnaməsi ilə (hakim Rüstəmli İlkin) iddia təmin edilmiş, 17.000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 158 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutulub İddiaçı ödənilməsi qət edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2022-ci il tarixli əqddən yaranmış öhdəlik Cavabdeh tərəfindən yerinə yetirilməmiş, borc alan 22.600 manat məbləğində pul vəsait ini müqavilə ilə razılaşdırılmış müddətdə tam həcmdə olmaqla borc verən İddiaçı qaytarmamış və bununla da üzərinə düşən öhdəliklərini yerinə yetirməmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 739-cu, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, birinci instansiya məhkəməsi iclasında iştirak edən zaman sədrlik edən hakimə ödənişlərin tam ödədiyini bildirmiş, məhkəmə müvafiq sübutları təqdim etmək üçün iclası təxi rə salmışdır. O, hüquq mühafizə sistemində işlədiyindən və ona xidməti zərurət ilə əlaqədar vacib əhəmiyyət kəsb edən tapşırıq verildiyindən üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməmişdir. Bununla bağlı məhkəməyə rəsmi olaraq teleqramla müraciət edərək, müvafiq sübutların təqdim edilməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin məhkəmə müvafiq teleqramı nəzərə almadan iddia tələbinin təmin edilməsinə dair yekun məhkəmə aktı qəbul etmişdir. Onun iddiaçıya heç bir borcu yoxdur. Ondan faizlə aldığı pulu faizi ilə birlikdə qaytarmışdır. O, pulu 10% ilə almışdır. Hər ay aldığı pulun 10%-ini ödəmişdir. Ödədikcə də yenidən hissə-hissə borca pul almışdır. 2022-ci ildə o, iddiaçıya artıq 70.000 manata yaxın pul ödədiyini bildirmiş və hansı səbəbdən faizlərin bitmədi yini soruşmuşdur. İddiaçı isə etiraz edərək, yenə də onun borcunun qaldığını və ödəmədiyi təqdirdə onu işi ilə hədələməyə başlayacağını bildirmişdir. İddiaçı ona aralarında akt tərtib edilməsini, faizlə deyil, sadəcə həmin aktda onun 22.600 manat borcunun olduğunun, ayda 500 manat ödəyəcəyinin göstərilməsini təklif etmişdir. O, ilk öncə razılaşmasa da, sonra iddiaçı iş yerinə şikayətə gəlmiş, 4 dəfə xahiş edərək geri qaytarmış, bir dəfə də 102 xidmətinə məlumat vermişdir. İşində problem olmasın deyə məcburən razılaşmış və akta imza etmişdir. Hər ay 500 manat ödəyirdi. Ödənişin 7-ci ayında iddiaçı ondan xəbərsiz işlədiyi orqanın rəhbərliyinə şikayət etdi. Barəsində xidməti araşdırılma başlanıldı. Xidməti araşdırmanın nəticəsində məlum oldu ki, onun iddiaçıya borcu yoxdur. Məhkəmə yalnız i ddiaçının göstərdiyi məlumatları sadalamaqla kifayətlənmiş, hər bir sübutu qətnamədə şərh etməmiş, sübutlar əlaqələndirilməmiş və sübutun işə hansı aidiyyətinin olmasını müəyyən etməmişdir. Məhkəmə işə çəkişmə prinsipi əsasında onu məhkəmə prosesinə cəlb etmədən baxmışdır. Nəticə yalnız iddiaçının təqdim etdiyi əsassız sübutlar əsasında qətnamə qəbul edilmişdir. Belə ki, pulun verilib-verilməməsi məsələsi, verilmişdirsə, hansı formada necə və s. bu kimi sual doğuran halların ədalətli şəkildə araşdırılmaması onun hüquqlarını pozmuşdur.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3430/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər X7 (sədrlik edən və məruzəçi), X2 və X6)) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən – cavabdehdən 17.000 manat məbləğində pul, habelə ödənilmiş dövlət rüsumunun 141 manat hissəsinin əvəzi tutularaq iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
10. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək, hüquq normalarını düzgün tətbiq etməmiş, xx.xx.2022-ci il tarixdə tərəflər arasında mövcud borcun etirafı müqaviləsinin bağlanmasına baxmayaraq, həmin tarixdə onların arasında borc müqaviləsinin bağlanması qənaətinə gəlməklə və Mülki Məcəllənin 739-cu maddəsini tətbiq etməklə səhv buraxmışdır. Eyni zamanda, dövlət rüsumunun əvəzi kimi tutulmalı məbləğ də düzgün hesablanmamışdır.
11. Məhkəm ə kollegiyası qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh tərəfindən imzalanmış xx.xx.2022-ci tarixli akta əsasən cavabdeh iddiaçıdan borc aldığı 22.600 manat pulu 10 ay ərzində hər ay iddiaçının adına açılmış kart hesabına 500 manat göndərməklə qaytarmağı, 10 aydan sonra isə qalan 17.600 manat pulu 11-ci ay tam şəkildə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür.
12. Həm bu aktın məzmunundan, həm cavabdehin birinci və apellyasiya instansiya məhkəməsindəki izahatından və apellyasiya şikayətinin məzmunundan (2020-ci ildən hissə-hissə olmaqla 22.600 manat borca pul almışdır), həm də iddiaçı tərəfin bu məsələyə münasibətindən (apellyasiya instansiya məhkəməsindəki icraat zamanı iddiaçının vəkili iddiaçının cavabdehə ayrı-ayrı vaxtlarda müxtəlif məbləğdə borc verdiyini, lakin sonradan onun borcu qay tarmadığını görüb, borcun mövcudluğunun yazılı şəkildə rəsmiləşdirilməsini tələb etdiyini bildirmişdir) xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə hər hansı məbləğdə borcun verilmədiyi, cavabdehin bu tarixdən əvvəl iddiaçı ilə aralarında yaranmış borc münasibətləri üzrə iddiaçıya 22.600 manat borcunun olmasını etiraf etdiyi və etirafa uyğun olaraq həmin məbləğin ödəniş qaydasının razılaşdırıldığı müəyyən edilmişdir. Bununla belə, akt adlandırılmasına baxmayaraq, hüquqi nəticə etibarı ilə xx.xx.2022-ci il tarixdə tərəflər arasında borc müqaviləsi deyil, mövcud borcun etirafı müqaviləsi bağlanmış və həmin müqavilə üzrə cavabdeh bu tarixə iddiaçıya 22.600 manat məbləğində borcunun olduğunu etiraf edərək, onun hissə-hissə ödənilməsi barədə üzərinə öhdəlik götürmüşdür.
13. Hazırda id diaçı həmin borc məbləğinin yalnız 5.600 manat hissəsinin qaytarıldığını, qalan məbləğin isə bu günədək ödənilmədiyini bildirir. Cavabdeh iddiaçıdan 2020-ci ildən hissə-hissə olmaqla 22.600 manat məbləğində pulu borc aldığını etiraf edir, lakin sonradan həmin borcun qaytarıldığını bildirir. Lakin iddiaçı öz mövqeyinin təsdiqi olaraq xx.xx.2022ci il tarixdə onunla cavabdeh arasında bağlanmış mövcud borcun etirafı müqaviləsini təqdim etsə də, cavabdeh öz mövqeyinə uyğun olaraq həmin müqavilədə göstərilən borcun ödənilməsini sübuta yetirə bilmir. Cavabdeh birinci instansiya məhkəməsindəki icraat zamanı xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçıya 40.000 manat məbləğində pulun ödənilməsini təsdiq edən çeklərin (ödəniş qəbzlərinin) olduğunu, apellyasiya şikayətində iddiaçın ın müraciəti əsasında barəsində başlanmış xidməti araşdırma nəticəsində borcunun olmadığının məlum olduğunu, bunun təsdiqi olaraq müvafiq “whatsapp “yazışmalarının və sübutların əlavə edildiyini bildirsə də, onun apellyasiya şikayətinə əlavə etdiyi ödəniş qəbzlərinin əksəriyyəti xx.xx.2022-ci il tarixdən əvvəlki dövrə aid ödənişləri əks etdirir. Bu tarixdən sonraya aid ödəniş qəbzləri isə iddiaçının etiraf etdiyi 5.600 manatdan xeyli azdır. Bununla belə, iddiaçının etirafı olmadığı halda, məbləğ etibarı ilə 5.600 manat pulun ödənilməsi ilə bağlı cavabdehin hər hansı sübutu mövcud deyil.
14. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləni bağlamağa iddiaçı tərəfindən məcbur edildiyini (hədələmə, o cümlədən iş yerinə şikayətlərin edilməsi) bildirsə də, bu halı, o cümlədən iddiaçının müraciəti ə sasında bu məsələ ilə bağlı barəsində xidməti araşdımanın aparılmasını təsdiq edən hər hansı sübutu da məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilənlər, o cümlədən ötən dövr ərzində həmin müqavilə üzrə 5.600 manat məbləğində pulun ödənilməsi onun həm bu, həm də pulun verilib-verilməməsi, verilmişdirsə, hansı formada və necə verilməsi kimi məsələlərin araşdırılmaması barədə dəlillərinin əsassız olduğunu təsdiq edir. Belə ki, sübutların olmaması, habelə ötən dövr ərzində ödənişlərin edilməsi səbəbindən qeyd edilən istiqamətdə araşdırmanın aparılmasına, o cümlədən müqavilə tarixindən əvvəl hansı məbləğdə pulun ödənilməsinin müəyyən edilməsinə hər hansı zərurət qalmır.
15. Digər tərəfdən ödənilmiş pulun məbləği ilə də bağlı cavabdeh ziddiyyətli fikirlər söyləyir. Belə ki, cavabdeh birinci inst ansiya məhkəməsindəki icraat zamanı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında 40.000 manat, apellyasiya şikayətində isə 70.000 manat pulun cavabdehə ödənildiyini bildirir. Nəticədə ümumi borcdan da artıq məbləğdə fərq yaranır.
16. Məhkəmə kollegiyası cavabdeh tərəfindən təqdim edilmiş audioyazıya münasibətdə qeyd etmişdir ki, cavabdeh birinci instansiya məhkəməsində iştirak etmiş və bu audioyazını həmin icraat zamanı təqdim etməmiş, buna maneə olan hallar barədə də hər hansı məlumat verməmişdir. Hazırkı mərhələdə audioyazının təqdim edilməsi ilə bağlı isə hər hansı üzrlü hal müəyyən edilməmişdir. Qeyd edilənlər öz növbəsində bu audioyazının sübut kimi qiymətləndirilməsini istisna edir. Digər tərəfdən o hal da nəzərə alınmalıdır ki, həmin audioyazı sübut kimi qiymətləndirildiyi təqdirdə be lə, onun məzmunu heç bir halda cavabdehin hazırda iddiaçıya 17.000 manat məbləğində borcunun olmaması qənaətinə gəlmək üçün hər hansı əsas yaratmır.
17. Bununla belə, məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Hüquqi nəticə etibarı ilə tərəflər arasında xx.xx.2022-ci il tarixdə mövcud borcun etirafı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıya 22.600 manat məbləğində borcunun olduğunu etiraf etmiş və bu məbləği 10 ay ərzində hər ay iddiaçının adına açılmış kart hesabına 500 manat göndərməklə qaytarmağı, 10 aydan sonra isə qalan 17.600 manat pulu 11-ci ay tam şəkildə ödəməyi barədə üzərinə öhdəlik götürmüş, lakin ötən dövr ərzində borc məbləğindən ümumilikdə 5.600 manat ödəniş etmişdir. Bununla da həmin müqavilə üzrə ü zərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməyərək, onun şərtlərini pozmuşdur. Buna görə, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və bu səbəbdən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, hazırda həmin müqavilə üzrə qalıq qalmış (22.600 manat – 5.600 manat = 17.000 manat) 17.000 manat məbləğində borcu iddiaçıya ödəməlidir.
18. Eyni zamanda, məhkəmə kollegiyası tutulmalı olan borcun ümumi məbləğinin 17.000 manat olmasını nəzərə alıb belə qənaətə gəlmişdir ki, cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun bu məbləğə uyğun olan, yəni (120 manat + 7.000 x 0,3 faiz = 141) 141 manat məbləğində hissəsinin ə vəzi tutulmalı, qalan (158 -141 = 17) 17 manat hissəsi iddiaçıya aid edilməlidir.
19. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 443.1, 448.1, 448.2, 882.1, 882.2, 882.4, 882.5-ci, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin baxılması üçün yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, MM-nin 385.1, 386.1, 739.1-ci maddə lər pozulmuşdur. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli “Borc tələbi barədə” bildirişə əsasən iddiaçı xx.xx.2022-ci il tarixli razılaşmaya istinadən ona ödənilməli olan borc məbləğinin qaytarılmadığını, bununla da ona maddi və mənəvi ziyanın vurulduğunu bildirmiş və 10 gün müddətində borcun qaytarılmasını cavabdehdən tələb etmişdi. Faktiki olaraq isə cavabdeh göstərilən məbləğdə ümumilikdə 22.600 manatı müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə borcun etiraf edilməsindən öncə 2020-ci ilin yanvar və fevral aylarında cavabdehdən 10% olmaqla götürmüş və aralarında razılaşmaya əsasən üzərinə əlavə edilmiş faizlə birlikdə bu 28500 manat qaytarmışdır. 30 aprel 2022-ci il tarixlərində İddiaçı cavabdehinə telefonuna “votsap” səsi ataraq aralarında müqavilə bağlanmasa, ond an şikayət edəcəyi ilə bağlı təhdid mesajları göndərmişdir. xx.xx.2022-ci il tarixində İddiaçı faizə pul verməyini ört-basdır etmək məqsədi ilə Cavabdehla sözügedən etirafın edilməsinə nail olmuş, faktiki faizlə pul verməsi məsələsinin ört-basdır etmişdir.
22. İddiaçı Samir Tənəkirova faiz ilə pul verməsi məsələsi barədə Daxili İşlər Nazirliyinin X12 xidməti yoxlama aparılmışdır. Sözügedən borcun etiraf edilməsindən sonra Cavabdeh Əcəmi metrosunun yaxınlığında dostu hazırda Bakı Baş Polis idarəsinin metropolitendə mühafizə şöbəsinin polis nəfəri vəzifəsində xidmət aparan X1 iştirakı ilə 2022-ci ilin avqust ayında Nəsimi rayonu 3-cü mikrorayon dairəsində 3500, sentyabr ayının əvvəllərində 6000 min manat pulun, 2022-ci ilin noyabr ayının əvvəllərində Dövlət sərhəd xidmətinin əməkdaşı X3 işti rakı ilə 3000 manat, həmin ayın axırlarında 9000 manat pulu Əcəmi metrosunun yaxınlığında Aysel Məmədovaya təhvil verməsi, ümumilikdə 21500 eyni zamanda borcun etiraf edilməsi, aktında 5600 manat olmaqla ümumilikdə 27100 manat pulu qaytarmışdır. İddiaçı Cavabdeh dostu İlkinin yanında bildirmişdir ki, Sahibin ona borcu qalmamışdır. Məhkəmə şahidlərin bu hal üzrə dindirilməsini təmin etməmiş, iddiaçı isə hüquqi savadı kifayət etmədiyindən şahidlərin dindirilməsi ilə bağlı vəsatət verməmişdir. Göründüyü kimi, Aysel Məmmədov yalnız 5000 manat pulun etiraf aktında qeyd olunmasını istinad edərək elə bu səbəbdən də digər vəsaitin Sahib tərəfindən qaytarılmasını sübuta yetirmək imkanının perspektivsiz olduğundan və cavabdehin özünü müdafiə etmək imkanlarının baxımından zəif mövqeyindən istifadə et miş borcun etirafı edilməsi aktında 5000 manatın Cavabdeh tərəfindən qaytarılmasını sübut edəcəyindən ehtiyat edərək sonradan iddia həcminin azaldılması barədə ərizə təqdim etmiş, cavabdehdən 17,000 manat pulun və 158 manat dövlət rüsumuna görə ödənilmiş pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daxili İşlər Nazirliyinin X13 Vəkil sorğusu əsasında müəyyən edilmişdir ki, göstərilən məsələ ilə bağlı İddiaçı şikayət ərizəsi Daxili işlər naziri tərəfindən nəzarətə götürülmüş araşdırılmış və müəyyən edilmişdir ki, Cavabdeh iddiaçıya borcu ödənilmişdir. Məhkəmə bu faktın araşdırılması üçün təşəbbüs göstərməmişdir.
23. Kollegiya cavabdeh birinci instansiya məhkəməsindəki icraat zamanı xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçıya 40.000 manat məbləğində pulun ödənilməsini təsdiq edən çeklərin (ödəniş qəbzlərinin) olduğunu, apellyasiya şikayətində iddiaçının müraciəti əsasında barəsində başlanmış xidməti araşdırma nəticəsində borcunun olmadığının məlum olduğunu, bunun təsdiqi olaraq müvafiq “votsap” yazışmalarının və sübutların əlavə edildiyini bildirsə də, onun apellyasiya şikayətinə əlavə etdiyi ödəniş qəbzlərinin əksəriyyəti xx.xx.2022-ci il tarixdən əvvəlki dövrə aid ödənişləri əks etdirdiyini bildirmişdir. Nə qədər borcun verilməsi və nə qədər ödənilməsi məsələsi araşdırılmamışdır. Lakin buna baxmayaraq, məhkəmə tərəfindən borcun etiraf edilməsindən sonra Sahib Tənəkiyevin iddiaçıya ödəmələrin etməsi ilə bağlı sübutların tədqiq edilməsinə təşəbbüs göstərməmiş, cavabdeh tərəfindən qalan borcun şahidlərin iştirakı ilə qayta rılmasına hüquqi qiymət verilməmiş, eləcə də məsələnin dərin tədqiq edilməsi üçün Daxili İşlər Nazirliyinin X12 aparılan araşdırma ilə bağlı mövqeyinə hüquqi qiymət verməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə iddiaçının vəkili və nümayəndəsi tərəfindən etiraz verilərək şikayətin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Təqdim edilmiş yeni sübutla bağlı qeyd edilmişdir ki, cavabdeh birinci instansiya məhkəməsində iştirak etmiş və audioyazını həmin icraat zamanı təqdim etməmiş, buna maneə olan hallar barədə də hər hansı məlumat verməmişdir. Hazırki mərhələdə audioyazının təqdim edilməsi ilə bağlı isə hər hansı üzrlü hal müəyyən edilməmişdir. Qeyd edilənlər öz növbəsində bu audioyazının sübut kimi qiymətləndirilməsini istisna edir. Digər tərəfdən o hal da nəzərə alınmalıdır ki, həmin audioyazı sübut kimi qiymətləndirildiyi təqdirdə belə, onun məzmunu heç bir halda cavabdehin hazırda iddiaçıya 17.000 manat məbləğində borcunun olmaması qənaətinə gəlmək üçün hər hansı əsas yaratmır. Beləliklə hüquqi nəticə etibarı ilə tərəflər arasında xx.xx.2022-ci il tarixdə mövcud borcun etirafı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıya 22.600 manat məbləğində borcunun olduğunu etiraf etmiş və bu məbləği 10 ay ərzində hər ay iddiaçının adına açılmış kart hesabına 500 manat göndərməklə qaytarmağı, 10 aydan sonra isə qalan 17.600 manat pulu 11-ci ay tam şəkildə ödəməyi barədə üzərinə öhdəlik götürmüş, lakin ötən dövr ərzində borc məbləğindən ümumilikdə 5.600 manat ödəniş etmişdir. Bununla da həmi n müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməyərək, onun şərtlərini pozmuşdur. Buna görə, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və bu səbəbdən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, hazırda həmin müqavilə üzrə qalıq qalmış (22.600 manat– 5.600 manat = 17.000 manat) 17.000 manat məbləğində borcu iddiaçıya ödəməlidir Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
26. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
27. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür;
28. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
29. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
30. Maddə 882.2. bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.
31. Maddə 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir;
32. Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, forma ya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən qətnaməni yoxlayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. İlk növbədə məhkəmə kollegiyas ı MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.
39. Kassatorun kassasiya instansiyası mərhələsində təqdim etdiyi sübutlarla (səs yazısı, araşdırma materialları və s) bağlı qeyd edilir ki, MPM-nin 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxaraq kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxladığından bu mərhələdə yeni sübutlar qəbul edilmir və sübutlar üzrə araşdırma aparılmır.
40. Kassasiya şikayətində m addi hüquq pozuntusu kimi MM-nin 385.1, 386.1, 739.1-ci maddələrinin pozulduğu qeyd edilsə də, bu normaların pozuntusunun nədə ifadə olunduğu əsaslandırılmamış, iddianın əsaslı olduğunun sübutlarla təsdiq edilmədiyi, sübutlara düzgün qiymət verilmədiyi, faktiki halların tam araşdırılmadığı göstərilmişdir. Halbuki MPMnin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Prosessual pozuntularla bağlı hissədə normalar sadalansa da, həmin normaların pozuntusunun nədə ifadə olunduğu əsaslandırılmamışdır
42. Apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlillərinə, işin hallarına tətbiq edilməli olan maddi hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilmişdir.
43. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
44. Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3430/2025 nömrəli, 24 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.