Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3621/2021 23.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ iş № 2(102)-3621/2021 İddiaçılar: İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdehlər: Bakı şəhəri İcra Hakimiyyəti, Cavabdeh2 MTK, Cavabdeh3 MTK, Cavabdeh4 MMC, "xxxx" MMC və "xxxx" MMC İddia tələbi: mülkiyyət hüquqlarının müdafiəsi və müqavilə öhdəliklərinin yerinə yetirilməsi Açar sözlər: öhdəliyin yaranması, öhdəliyin icrası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegi yasının 16 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 MTK-nın kassasiya şikayətinə dair işə 23 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları "xxxx" MMC ilə İddiaçı3 arasında bağlanmış 21 dekabr 2006-cı il tarixli müqaviləyə əsasən, MMC Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küşəsi 18 ünvanında inşa edilən 14 mərtəbəli binasının 23 saylı 2 otaqlı, ümumi sahəsi 94 kv.m-dən ibarət olan mənzilini İddiaçı3 təhvil verməyi, sonuncu isə mənzilin pay haqqını ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri 42.300 ABŞ dolları müəyyən edilmişdir. "xxxx" MMC ilə İddiaçı1 arasında bağlanmış 01 avqust 2007-ci il tarixli müqaviləyə əsasən, MMC Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal y aşayış massivi, M.Xiyabani küşəsi 18 ünvanında inşa edilən 14 mərtəbəli binasının 12 saylı 2 otaqlı, ümumi sahəsi 91 kv.m-dən ibarət olan mənzilini İddiaçı1 təhvil verməyi, sonuncu isə mənzilin pay haqqını ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri 57.000 ABŞ dolları müəyyən edilmişdir. "xxxx" MMC ilə İddiaçı2 arasında bağlanmış 04 fevral 2008-ci il tarixli müqaviləyə əsasən, MMC Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küşəsi 18 ünvanında inşa edilən 14 mərtəbəli binasının 21 saylı 3 otaqlı, ümumi sahəsi 117 kv.m-dən ibarət olan mənzilini İddiaçı2 təhvil verməyi, sonuncu isə mənzilin pay haqqını ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri 51.998 manat müəyyən edilmiş, həmin məbləğ tam ödənilmişdir. "xxxx" MMC ilə İddiaçı4 arasında bağlanmış 19 yanvar 2010 -cu il tarixli müqaviləyə əsasən, MMC Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küşəsi 18 ünvanında inşa edilən 14 mərtəbəli binasının 52 saylı 3 otaqlı, ümumi sahəsi 112 kv.m-dən ibarət olan mənzilini İddiaçı4 təhvil verməyi, sonuncu isə mənzilin pay haqqını ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri 37.000 manat müəyyən edilmiş, həmin məbləğdən 30.000 manat ödənilmişdir. Azərbaycan Respublikası Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2013-cü il tarixli hökmü ilə "xxxx" MMC-nin direktoru X2 və qeyriləri tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə mütəşəkkil dəstə yaradaraq həmin dəstənin üzvləri ilə birlikdə etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə ayrı-ayrı şəxslərin əmlakını ələ keçir ib zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq, vəzifəli şəxs kimi rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmiş, qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla aparılan tikinti işlərinin dayandırılması barədə müvafiq dövlət orqanlarının qərarlarını qərəzli olaraq icra etməmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, X2 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küşəsi 18 ünvanında inşa edilən binada eyni mənzili bir neçə şəxsə satmaqla dələduzluq etmiş və 960 nəfərin pulunu mənimsəməklə onlara ziyan vurmuşdur. Azərbaycan Respublikası Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2015-ci il tarixli hökmü ilə mülki iddiaçılar İddiaçı3 iddiası qismən, İddiaçı4 iddiası tam təmin edilmiş, Cavabdeh2 MTK tərəfindən İddiaçı3 12.900 manat, İddiaçı4 30.000 manat ödənilməsi hökm edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 mart 2016-cı tarixli qərarı ilə hökm həmin hissədə ləğv edilərək mülki iddia üzrə icraata xitam verilmiş, həmin qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2016-cı il tarixli qərarı ilə dəyişdirilərək, mülki iddialar baxılmamış saxlanılmışdır. Eyni zamanda, Bakı Şəhəri İcra Hakimiyyəti, Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Mərkəzi Bank, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Yasamal Rayon İcra Hakimiyyəti, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, R abitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi, "xxxx" ASC, "xxxx" ASC, "xxxx" ASC, “Azəriqaz” İstehsalat Birliyi və Cavabdeh2 MTK arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh2 MTK-nın rəhbərliyi aldadılmış payçıların "xxxx" MMC ilə bağladıqları müqavilə əsasında almalı olduqları mənzilin sahəsinə uyğun 85.000 kvadrat metr mənzil verməyi öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 30 iyul 2019-cu il tarixdə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri İcra Hakimiyyətinə, “Şərur MTK-ya, Cavabdeh3 MTK-ya, Cavabdeh4 MMC-yə, "xxxx" MMC-yə və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin üzərinə İddiaçı1 "xxxx" MMC ilə bağladığı 01.08.2007-ci il tarix li müqavilə əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 91 kv.metr olan mənzillə təmin etmək, İddiaçı2 "xxxx" MMC ilə bağladığı 04.02.2008-ci il tarixli müqavilə əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 127 kv.metr olan mənzillə təmin etmək vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. 09 sentyabr 2019-cu il tarixdə iddiaçılar İddiaçı3 və İddiaçı4 cavabdehlər Bakı şəhəri İcra Hakimiyyətinə, “Şərur MTK-ya, Cavabdeh3 MTK-ya, Cavabdeh4 MMC-yə, "xxxx" MMC-yə və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin üzərinə İddiaçı3 "xxxx" MMC ilə bağladığı 21.12.2006-cı il tarixli müqavilə əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi ndə və ya ona yaxın ərazidə sahəsi 94 kv.metr olan mənzillə təmin etmək, İddiaçı4 "xxxx" MMC ilə bağladığı 19.01.2010-cu il tarixli müqavilə üzrə sonrakı pay haqqını (37.000 manat - 30.000 manat = 7.000 manat) 7.000 manatı qəbul edərək onu Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 112 kv.metr olan mənzillə təmin etmək vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-213/2020 nömrəli iş üzrə 23 yanvar 2020-ci il tarixli qərardadı ilə hər iki mülki iş eyni icraatda birləşdirilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-149/2020 nömrəli iş üzrə 31 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.S.Məmmədov) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Bakı şəhəri İcra Hakimiyyəti, “Şərur MTK, Cavabdeh3 MTK, Cavabdeh4 MMC, "xxxx" MMC və "xxxx" MMC-yə qarşı mülkiyyət hüquqlarının müdafiəsi və müqavilə öhdəliyinin yerinə yetirilməsi tələbinə dair iddiaları rədd edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, iddiaçılar ilə "xxxx" MMC arasında ayrı-ayrılıqda bağlanmış müvafiq "xxxx"lərə əsasən MMC Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi və ya ona yaxın ərazidə mənzilləri alıcılara verməyi, payçılar (iddiaçılar) isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşlər. "xxxx" MMC-nin rəhbərliyinin dələduzluq hərəkətləri nəticəsində vətəndaşların pozulmuş mənzil hüquqlarının bərpa edilməsi üçün Cavabdeh2 MTK ilə digər aidiyyəti qurumlar arasında imzal anmış razılaşmaya əsasən Cavabdeh2 MTK özünə yaxın olan tikinti şirkətlərinin binalarından zərəçəkmiş şəxslərə 85000 kv.m mənzil sahəsi verməsini üzərinə götürmüşdür. Nəticə etibarilə, cavabdeh Cavabdeh2 MTK tərəfindən 1036 nəfər vətəndaşa 86.000 kv.m yaşayış sahəsi təhvil verilmişdir. Göründüyü kimi, razılaşma əsasında Cavabdeh2 MTK tərəfindən üzərinə götürülən öhdəlik yerinə yetirilmişdir. Habelə, iddiaçılar istinad etdikləri müvafiq "xxxx"lər cavabdeh MTK ilə deyil, "xxxx" MMC arasında bağlanmışdır. Zərərçəkmiş alıcıların mənzil problemlərinin həll edilməsi məqsədilə Cavabdeh2 MTK üzərinə götürdüyü öhdəliyi tam olaraq icra etmişdir. Qeyd edilən razılaşmadan savayı, iddiaçılar ilə cavabdeh arasında öhdəliyin əmələ gəlməsinin digər əsasları mövcud olmamışdır. Halbuki, Mülki Məcəllənin 386 -cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Belə olduğu halda, "xxxx" MMC tərəfindən vurulmuş zərər nəticəsində Cavabdeh2 MTK-nin iddiaçılar qarşısında öhdəliyinin yarandığını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən iddia tələbi əsassız bilinib rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçılar həmin qətnaməni apellyasiya qaydasında mübahisələndirmiş, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, şikayətlərini iddia ərizələrinin məzmununa uyğun əsaslandırmışlar. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8125/2020 nömrəli iş üzrə 16 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.C.Kazımov, A.Ə.İsgəndərov, X.Ə.Sarıyev) iddiaçıların apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddialar təmin edilmiş, cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti, Cavabdeh2 Mənzil-Tikiniti Kooperativi və Cavabdeh2 MTKnın rəhbərliyinə yaxın olan şəxslər tərəfindən idarə olunan tikinti şirkətlərinin, o cümlədən Cavabdeh3 MTK, Cavabdeh4 MMC, "xxxx" MMC və "xxxx" MMC-nin üzərinə İddiaçı1 "xxxx" MMC ilə bağladığı 01.08.2007-ci il tarixli müqavilə əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 91 kv.metr olan mənzil ilə;. - X1 "xxxx" MMC ilə bağladığı 04.02.2008- ci il tarixli müqavilə əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 127 kv.metr olan mənzil ilə; İddiaçı3 "xxxx" MMC ilə bağladığı 21.12.2006-cı il tarixli müqavilə əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 94 kv.metr olan mənzil ilə; İddiaçı4 "xxxx" MMC ilə bağladığı 19.01.2010-cu il tarixli müqavilə üzrə sonrakı pay haqqını 7.000 manatı qəbul edərək onu Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 112 kv.metr olan mənzil ilə təmin etmək vəzifəsinin qoyulması qət edilmişdir. Apellyasiya instansiyası hesab etmişdir ki, hazırki iş üzrə, iddia tələbinin faktiki əsası tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə dü zgün olmamışdır. Əvvəla, birinci instansiya məhkəməsi "xxxx" MMC-nin rəhbərliyinin dələduzluq hərəkətləri nəticəsində vətəndaşların pozulmuş mənzil hüquqlarının bərpa edilməsi üçün Cavabdeh2 MTK ilə digər aidiyyəti qurumlar arasında imzalanmış razılaşmaya əsasən Cavabdeh2 MTK özünə yaxın olan tikinti şirkətlərinin binalarından zərəçəkmiş şəxslərə 85000 kv.m mənzil sahəsi verməsini üzərinə götürdüyündən, nəticə etibarilə cavabdeh Cavabdeh2 MTK tərəfindən 1036 nəfər vətəndaşa 86.000 kv.m yaşayış sahəsi təhvil verildiyinə görə cavabdehlərin öhdəliklərini tam icra etdiyi qənaətinə gəlsə də buna dair, yəni Cavabdeh2 MTK tərəfindən 1036 nəfərə ümumilikdə 86.000 kv.m yaşayış sahəsinin təhvil verilməsi mötəbər sübutlarla təsdiq edilmir. Belə ki, məhkəmə bu qənaətə gələrkən “X4” MMC-nin auditoru X6 tərəfindən mübahisəli yaşayış sahələrinin dəqiqləşdirilməsi məqsədi ilə aparılmış auditin nəticələri barədə 10.06.2020-ci il tarixli Aktı əsas götürmüşdür. Lakin cəmi iki vərəq yarımdan ibarət həmin aktda Cavabdeh2 MTK tərəfindən aldadılmış şəxslərə həqiqətən 85272.3 kv.metr yaşayış sahəsi verilməsi yalnız söz-mülahizə olaraq söylənilmişdir. Əks halda həmin aktda audit konkret olaraq hansısa mötəbər sənədə istinad etməli idi. Ancaq aktda bundan əvvəl eyni əsaslı digər iş üzrə "xxxx" MMC-nin auditi tərəfindən tərtib olunmuş 08 oktyabr 2018-ci il tarixli akta istinad olunmuşdur. Lakin sonuncu akt da hazırki iddianın əsaslılığını qətiyyən istisna etmir. MTK tərəfindən də 1036 nəfərə ümumilikdə 86.000 kv.m yaxud 85272.3 kv.m. yaşayış sahəsinin təhvil verilməsinə dair sənədlər - yaşayış yaxud qeyri yaşayış sahəsi verilmiş 1036 şəxs barədə məlumatlar, müqavilələr əsasında aparılmış maliyyə əməliyyatlarını əks etdirən kassa-ödəniş qəbzləri və ya maliyyə arayışları, müqavilələrin qeydiyyat kitabları və.s məhkəməyə təqdim edilməmişdir. İkincisi, iddiaçılar "xxxx"ləri cavabdeh MTK ilə deyil, "xxxx" MMC arasında bağlasalar da, zərərçəkmiş alıcıların mənzil problemlərinin həll edilməsi məqsədilə Cavabdeh2 MTK üzərinə öhdəlik götürmüş və götürdüyü öhdəliyi də tam olaraq icra etməsinə dair məhkəməyə mötəbər sübut təqdim etməlidir. Əgər "xxxx" MMC tərəfindən vurulmuş zərər nəticəsində Cavabdeh2 MTK üzərinə öhdəlik götürməmişdirsə, onda qeyd etdiyi sayda şəxslərə hansı səbəbdən yaşayış yaxud qeyri yaşayış sahəsi təqdim edirdi. Göründüyü kimi, cavabdeh MTK müqavilə üzrə üzərinə götürdüyü 85.000 kv.m yaşayış sahəsini tikərək əlavə ödənişlər olmadan və ya "xxxx" MMC-yə edilən ödənişləri nəzərə almaqla zərərçəkmiş şəxslərə təhvil vermək öhdəliyini icra etməmişdir. Bu səbəbdən həmin öhdəliyin icrası barədə hazırki iddialar əsaslıdır və təmin edilməlidir. Üçüncüsü, işdə olan Bakı Apellyasiya Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli qətnaməsindən və Ali Məhkəmənin həmin qətnaməni dəyişdirilmədən qüvvədə saxlayan 23 iyul 2019-cu il tarixli qərarından görünür ki, həmin işdə apellyasiya icraatı zamanı məhkəmənin qərardadı əsasında iş üzrə keçirilmiş audit yoxlamasının nəticəsi ilə "xxxx" MMC tərəfindən verilmiş 08.10.2018-ci il tarixli “audit aktından” və ona əlavə edilmiş siyahılardan müəyyən edilmişdir ki, "xxxx" MMC-nin rəhbərliyi tərəfindən aldadılmış şəxslərə Cavabdeh2 MTK v ə ona yaxın hüquqi şəxslər tərəfindən aldadılmış şəxslərə "xxxx" MMC-nin vurduğu zərərin əvəzinin ödənilməsi məqsədi ilə mənzillərin verilməsi zamanı iddiaçılara mənzillər verilməmiş, zərər başqa qaydada ödənilməmiş, halbuki, digər şəxslərə dəymiş zərərin həcmindən artıq ölçüdə sahələr verilmiş, nəticədə iddiaçılara ümumilikdə 1.255,70 kv.metr yaşayış sahəsi və 870 kv.metr qeyri yaşayış sahəsi Cavabdeh2 MTK və ona yaxın hüquqi şəxslər tərəfindən verilməmişdir. Göründüyü kimi, həmin məhkəmə aktlarından da bəlli olur ki, hazırki iddialar da, həmin işdəki iddialarla eyni əsaslı və məzmunlu olmuşdur. Lakin birinci instansiya məhkəməsi nədənsə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə qanuni qüvvədə olan həmin məhkəmə aktlarının mövcudluğunu hazırki iş üzrə nəzərə almamış və on lara əhəmiyyət verməmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh2 MTK-nın nümayəndəsi kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh2 MTK "xxxx" MMC-nin rəhbərliyi tərəfindən aldadılmış payçılara öz hesabına 85.600 kvadrat metr mənzil verməklə bütün öhdəliyini yerinə yetirmişdir. Hazırki iddiaçılarla MTK arasında hər hansı müqavilə olmadığından onlar qarşısında heç bir öhdəliyin icrasından da söhbət gedə bilməz. Kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçılar və vəkilləri isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Hazırki mübahisə iddiaçılarla "xxxx" MMC arasında bağlanmış mənzil tikintisi müqavilələri bağlı yaranmışdır. Həmin müqavilələr üzrə "xxxx" MMC tərəfindən öhdəliklərin yerinə yetirilməməsi, yəni mənzillərin alıcılara-iddiaçılara təhvil verilməməsi işin mübahis ələndirilməyən halıdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə "xxxx" MMC-nin direktoru X2 və qeyriləri etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə ayrı-ayrı şəxslərin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq əməlini törətməkdə təqsirli bilinmişlər. "xxxx" MMC-nin rəhbərliyi tərəfindən aldadılmış 1036 nəfər zərərçəkmiş şəxs qismində tanınmışdır. Hazırki iş üzrə iddiaçılardan İddiaçı4 və İddiaçı3 cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş, yekun məhkəmə aktı ilə iddiaları baxılmamış saxlanılmışdır. Bundan sonra, İddiaçı4 mülki icraat qaydasında iddia qaldırmış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə İddiaçı4 tərəfindən mənzil tikintisi üçün "xxxx" MMC-yə ödənilmiş pul vəsaitinin sonuncudan alınaraq İddiaçı4 ödənilməsi qət edilmişdir. Bununla bərabər, 16 dövlət orqanı və Cavabdeh2 MTK arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh2 MTK-nın rəhbərliyi zərərçəkmiş şəxslərin "xxxx" MMC ilə bağladıqları müqavilə əsasında almalı olduqları mənzillərin sahəsinə uyğun 85.000 kvadrat metr mənzil verməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 MTK ilə başqa zərərçəkmiş şəxslər arasında oxşar məzmunlu əvvəlki mübahisəsi zamanı məhkəməyə təqdim edilmiş 08 oktyabr 2018-ci il tarixli audit rəyindən görünür ki, "xxxx" MMC-nin rəhbərliyi tərəfindən aldadılmış şəxslərə Cavabdeh2 MTK və ona yaxın hüquqi şəxslər tərəfindən "xxxx" MMC-nin vurduğu zərərin əvəzinin ödənilməsi məqsədi ilə mənzillərin verilməsi zamanı həmin iş üzrə iddiaçılara mənzillər verilməmiş və zərər başqa qaydada ödənilməmişdir. Hazırda iddiaçılar da Cavabdeh2 MTK-nın onları mənzillə təmin etmək öhdəliyini yerinə yerinə yetirmədiyinə istinad edərək, "xxxx" MMC ilə bağladıqları müqavilələrdə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq, müvafiq ərazidə və ölçüdə mənzillərin verilməsini tələb edirlər. Cavabdeh2 MTK isə iddiaya etiraz edərək, onun və ona yaxın hüquqi şəxslər tərəfindən "xxxx" MMC-nin rəhbərliyi tərəfindən aldadılmış şəxslərə 85.272 kv.m yaşayış sahəsi verərək öhdəliyin tam icra edildiyini bildirir. Mülki Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icra sını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli o lan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Sadalanan müddəaların mənasına görə, məhkəmə yalnız o sübutları qəbul edə bilər ki, həmin sübut müəyyən faktı təsdiq etsin. İşin hər hansı bir faktı yalnız qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməlidirsə, digər vasitələrlə həmin fakt sübuta yetirilə bilməz. İşin halını müəyyən edən sübuta isə müvafiq hüquq normaya əsasən qiymət verilməlidir. Əvvəla, iddiaçılardan İddiaçı4 "xxxx" MMC ilə bağladığı mənzil tikintisi müqaviləsi üzrə ödədiyi pulun MMC-dən onun xeyrinə tutulması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Həmin qətnamə ilə Cavabdeh2 MTK-ya qarşı pul tələbinə dair hissədə iddia rədd edilmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi mülki iş üzrə aldığı audit rəyinə istinad edərək belə qənaətə gəl mişdir ki, Cavabdeh2 MTK və ona yaxın hüquqi şəxslər "xxxx" MMC-nin rəhbərliyi tərəfindən aldadılmış şəxslərə 85.000 kv. metr yaşayış sahəsi verilməsini üzərinə götürmüş və 85272.3 kv. metr yaşayış sahəsi verərək öhdəliyi tam icra etmişdir. Həmin audit rəyi ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi yeni audit rəyi almadan digər mülki iş üzrə audit rəyinə istinad edərək iddiaları təmin etmişdir. Halbuki, həmin audit rəyi ilə hazırki iş üzrə iddiaçılara mənzil verilməsini və ya verilməməsini mübahisəsiz qaydada müəyyən etmək mümkün deyildir. Həmin audit rəyində bəzi alıcılara bağladığı müqavilələrdə nəzərdə tutulmuş mənzillərin ölçülərinə uyğun verildiyi, bəzi alıcılara həmin ölçüdən artıq verildiyi, bəzilərinə isə ümumiyyətlə verilmədiyi barədə gəlinən nəticə ümumi olaraq ifadə ed ilmiş və yalnız həmin rəyin alındığı mülki iş üzrə iddiaçılara mənzil verilmədiyi konkret olaraq göstərilmişdir. Apellyasiya məhkəməsi mülki prosessual qanunvericiliyin sübutların aid edilməsi və sübuların mümkünlüyü barədə müddəalarına əməl etmədən, digər məhkəmə mübahisəsi üzrə alınmış və hazırki iş üzrə iddiaçılarla bağlı xüsusatları aydınlaşdırmayan audit rəyinə istinad etməklə, qanuni və əsaslı hesab edilməyən nəticəyə gəlmiş, eyni zamanda İddiaçı4 iddiasını təmin edərkən yuxarıda qeyd edilən məhkəmə qətnaməsinin hazırki iş üzrə preyudisial əhəmiyyətə malik olmasını nəzərə almamışdır. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların pro sessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddənin məzmununa görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiqi, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Həmin Məcəllənin 217.3- cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 418.1-ci maddəsinə əsasən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, mübahisə üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Buna görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Mülki Prosessual Məcəllənin 14 və 217ci maddəsinin tələblərinə uyğun olmadığından qanuni, əsaslı sayıla bilmədiyi üçün kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv olunmalı və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3621/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3621/2021
23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver