Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3621/2025 09.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: tapşırıq müqaviləsi üzrə pul tələbi, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı əmlakın qaytarılması və ya onun dəyərinin pul şəklində tutulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 avqust 2025-ci il tarixli 2(103)-3940/2025 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 08 dekabr 2025-ci il tarixdə y azılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) Cavabdeh (bundan sonra “cavabdeh”) satması üçün qızıl-zinyət əşyaları vermişdir.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mingəçevir Şəhər Polis Şöbəsinin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna əsasən araşdırma zamanı cavabdeh Mingəçevir ŞPŞ-yə dəvət olunsa da, o, Bakı şəhərində yaşadığı üçün gələ bilməyəcəyini, həmçinin borcunun 15000 manat deyil, təxminən 6000 manat civarında olduğunu və hissə-hissə ödəyə biləcəyini bildirmişdir.
3. Cavabdeh tərəfindən təqdim edilmiş sms yazışmasından görünür ki, cavabdeh iddiaçıya siyahı göndərmiş, iddiaçı da siyahını “düzdür” cavabı ilə təsdiq etmişdir. Həmin siyahıda aşağıkılar göstərilmişdir: fevral ayı -1260, martın 01-də 1800, ayın 8-də -870 -10 qramlıq, ayın 10-da 1180+1600, ayın ortası – 2000, 500-qalıq sepdən. 300- komplekt 200bibi son 250 – tros sep 240- ciyciyə 150 saat 120 m – bilərzik. 4. “Flash kart”-da olan cavabdehin səsyazısında bildirilir ki, “Afiqə müəllimə, görürsüz fevral ayı – 1260, görürsüz qabağından xətt çəkilib verilib, martın 1 – 1800, qabağından xətt çəkmişəm verilib, ayın 8də - 870 manat bax altından xətt çəkmişəm verilib, ən aşağıda var biri 1450 manat görürsüz qabağından minus çəkmişəm verilib, mən verdiklərimin qabağından xətt çəkmişəm, yəni bunlar verilib. Burda qalıb ayın ortasının 2000 manatı, və qalıq 500 manat sepdən, 300 manat komplekt, nə bilim bibimin 200 manat son pulu, 250 tros sep, bunlar aylıq verilənlərdi, və bunların içində içi bibim daxil olmaqla bunun 1000 m anata yaxını aprelin 1 ya 2-si verilir. O, qabağında minus çəkdiklərimin hamısını ödəmişəm, qəbzləri də atmışam. Mən indi 10000 manatın hamısını verən deyiləm ki, iyul ayına kimi hamı az-az verəcək məndə verəcəm, nəcə bölübdü elə. Mən demirəm ki mənim ona borcum yoxdur, demişdim ki, aprelin 1-nə kimi verəcəm, lakin o, ayın 22 mənimlə qırğına çıxdı”. 5. 09.03.2024-cü il tarixli ödəniş qəbzinə əsasən İddiaçı məxsus 416973******2681 saylı kart hesabına MilliÖn elektron ödəmə sistemi vasitəsilə 870 manat pul köçürülmüşdür. 6. 11.03.2024-cü il tarixli ödəniş qəbzinə əsasən İddiaçı məxsus 416973******2681 saylı kart hesabına MilliÖn elektron ödəmə sistemi vasitəsilə 1450 manat pul köçürülmüşdür. 7. 11.03.2024-cü il tarixli ödəniş qəbzinə əsasən X1 məxsus son rəqəmi 67050389 saylı kart hesabına M illiÖn elektron ödəmə sistemi vasitəsilə 1750 manat pul köçürülmüşdür. 8. 11.03.2024-cü il tarixli ödəniş qəbzinə əsasən 409858******7850 saylı kart hesabına MilliÖn elektron ödəmə sistemi vasitəsilə 50 manat pul köçürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə verdiyi sep 2280 manat (25 qram), kolye- bilərzik-üzük-sırğa komplekti - 2500 manat + 1500 manat (18 qram, 15 qram), sep - 1600 manat (22 qram), qalın sep - 1800 manat (18 qram), üzüksırğa komplekti - 1200 manat (12 qram), bibi tros sep - 3600 manat (36 qram), tək qaş brilliant üzük, klon - 700+300 manat (4 qram, 3 qram), tros sep - 2500 manat (25 qram), ciyciyə - 2400 manat (24 qram), sep - 1500 manat (15 qram), bilərzik- 1200 manat (12 qram) - qızıl-zinət əşyalarının əvvəlki vəziyyətində ona qaytarılması, bu mümkün olmadıqda, ona 15000 (on beş min) manat pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə şifahi razılaşmaya əsasən satmaq üçün qızıl-zinət əşyaları təhvil vermişdir. Hazırda cavabdehin iddiaçıya 15.000 məbləğində borcu vardır. Təhvilvermə faktını təsdiq edən və cavabdeh tərəfindən qızıl-zinət əşyalarının alınmasını qəbul etdiyi, həmçinin onları satmağa öhdəlik götürdüyü yazışmalar mövcuddur. Cavabdeh həmin yazışmalarda qızıl-zinət əşyalarını satdıqdan sonra onların satışından əldə etdiyi pulu iddiaçıya verəcəyini bir daha təsdiq etmişdir. Lakin hazırkı günədək cavabdeh nə qızıl-zinət əşyalarını, nə də onların satışından əldə edilmiş pulu iddiaçıya verməmişdir.
11. İddiaçı məhkəmə baxışında əlavə olaraq bildirmişdir ki, iddia ilə bağlı ancaq “whatsapp” yazışmaları və cavabdehə məxsus səs yazıları mövcuddur. O, xalası ilə birlikdə yaşamış, xalası vəfat etdikdən sonra ondan və anasından ona bəzi qızıl-zinət əşyaları qalmışdır. Həmin qızılları satıb dəyişmək üçün işlədiyi xəstəxananın texniki işçisi olan bir nəfərə vermişdir. O, ona Gülnar adında digər texniki işçinin (iş üzrə cavabdehin) qızılları istədiyini bildirmişdir. O, Gülnar xanımla 2022-ci ilin may ayından işləməyə başlamış, ara-sıra gecikmələr olmuşdur. Bir ara cavabdehin 4 ay gecikdirməsi olmuşdur. Cavabdeh ona deyirdi ki, bu gün sabah verəcək, lakin sonra başa düşmüşdür ki, cavabdeh onu aldadır, süründürür. Cavabdeh ya deyir di anası istəyir, ya bibisi, ya gəlini. Bunndan başa düşmüşdür cavabdeh yalan danışır. Fevral ayına kimi dözmüş, fevral ayında isə bütün münasibətləri korlamışdır. Bundan sonra, lombarddan 3 ədəd qızıl boyunbağı götürüb ona satdıqdan sonra, lombardın sahibi onunla əlaqə saxlayaraq həmin qızıl boyunbağıların ona daha ucuz qiymətə geri satıldığını bildirmişdir. O, bundan sonra cavabdehə bu hərəkətlərinə görə onunla işləməyəcəyini bildridikdə, cavabdeh ona heç bir ödəniş etməmişdir. Həmişə qızılların miqdarına baxıb, aralarında olan razılaşmaya əsasən qızılın miqdarına uyğun pul təyin edirdi, məsələn 5 qramlıq qızılı (5 manatlıq) 5 aya verirdi, həmişə fərqli olurdu. Qızılların üzərinə az məbləğdə pul qoyub qiymət deyirdi. Cavabdehin ona fevral ayında 4000 manata yaxın borcu qalmış, o, cavabde hə bildirmişdir ki, ona təcili aprel ayına kimi pul lazımdır, o, isə deyirdi ki, toya istəyən var, 5 günə istəyən var. O, cavabdehə qramı 87 manatdan olan qızıl vermiş, çoxdan onunla işlədiyi üçün üstünə pul qoymurdu. Cavabdeh isə onun pulunun üstünə pul qoyub satırdı. O, polis idarəsinə şikayət edəndə və iş Xətai RPİ-də olanda cavabdeh borcunun 10000 manat olduğunu demişdir, daha sonra müstəntiq işin əsas hissəsinin Mingəçevir PŞ-də olduğundan ora müraciət etməyi bildirmiş, artıq orada cavabdeh borcunun 6000 manat olduğunu etiraf etmiş, hal-hazırda isə 1880 manat olduğunu bildirir.
12. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 iddiaya etirazında bildirmişdir ki, cavabdehin iddiaçıya 2023-cü ilin oktyabr ayından 2024-cü ilin fevral ayınadək olan borcu 7100 manat olmuşdur. Əslində isə həmin bo rc 3270 manatdır və mart ayında həmin borcdan iddiaçının cavabdehə göndərdiyi 2 müxtəlif kart hesabına edilmiş ödənişlərlə borc ödənilmişdir. Cavabdehin iddiaçıya 1880 manat borcu qalıb. 2023-cü ilin oktyabr ayında verdiyi qızıllara görə qalıq borc 4350 manatdır. 2750 manat isə 2024-cü ilin fevral ayında verdiyi qızıllara aid borcdur. Lakin sms yazışmalarından görünür ki, mart ayının 1-ə olan borc 6000 manat olubdur, sonra cavabdeh 09 mart 2024-cü il tarixdə saat 20:31-də iddiaçının kartına 870 manat, 11 mart 2024-cü il tarixdə saat 18:40-da - 1750 manat, 11 mart 2024-cü il tarixdə saat 18:42-də - 50 manat, 11 mart 2024-cü il tarixdə saat 18:37-də - 1450 manat, ümumilikdə hesablayanda 4120 manat pul göndərib. İddiaçı iddia ərizəsində qeyd etdiklərinə dair heç bir sübut təqdim etməmişdir. 1
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli 2(004)916/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 6540 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, dövlət rüsumunun qalan hissədə iddiaçıya aid olunması qət edilmişdir. (hakim Gülnar Babazadə)
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehə məhz iddia ərizəsində qeyd etdikləri qızılları satmasını sübuta yetirə bilməmişdir. Cavabdeh isə müəyyən qızıl-zinət əşyalarını qəbul etməsi və onları satmağa öhdəlik götürməsi və ona borcunun olmasını barədə iddianı qismən, yalnız 1880 manat hissədə qəbul etmişdir. Lakin iş materiallarında olan sms yazışmalarına əsasən cavabdeh iddiaçıya 6540 (altı min beş yüz qırx) manat borcunun olduğunu etiraf etmişdir. Bu hal məh kəmə iclasında iddiaçının izahatı ilə də öz əksini tapmışdır.
15. Birinci instansiya məhkəməsi iş materiallarında olan “Whatsapp” mobil tətbiqindən çıxarılmış yazışma və maddi operativ yaddaş daşıcıyıcısında olan səsyazmaları əsas götürərək bildirmişdir ki, tərəflər arasında qızılların nisyə alğı-satqısı barədə şifahi razılaşma olmuş, son olaraq isə “Whatsapp” yazışmasında olan siyahı ilə razılığa gəlinmişdir. Həmin siyahıda (səsyazma və ödəniş çekləri nəzərə alınmaqla, üzərində xətt çəkilmiş hissə çıxılmaqla), qalan borc məbləğinin (1180+1600+2000+500+300+200+250+240+150+120) 6540 manat olması müəyyən edilir. Belə ki, iddiaçı qalıq məbləğin 15000 manat olmasını, siyahının mart ayına olan siyahı olmasını, qızıllar üçün növbəti ayların da ödənişlərinin qaldığını bildirsə də, hansı qızıl ü çün neçə aylıq hissəvi alğı-satqı müqaviləsi bağlandığını, növbəti aylar üzrə nə qədər borcun qalmasına dair mötəbər sübut təqdim etməmişdir. Eləcə də cavabdeh qalıq məbləğin 1880 manat olmasını bildirsə də, yazışmada göstərilən qalıq 6540 manat məbləğin onun tərəfindən ödənilməsini təsdiq edən sübut təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş qəbzlərdən də aydın olmuşdur ki, sözügedən ödənişlər SMS yazışmasında olan üzərindən xətt çəkilmiş hissəyə aiddir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 600.1, 601.1, 1091-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı apellyasiya şikayəti verərək onun qismən – iddianın təmin edilməyən hissəsində ləğv edil məsini və iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin əşyaların bir hissəsinin, yəni mart ayında ödənilməli olan hissəsinin tərəflər arasındakı razılaşdırılmış siyahını və bununla bağlı tərəflər arasındakı “Whatsapp” vasitəsilə yazışmaları, həmçinin fləşkartda təqdim olunan səs yazıları ilə təsdiq edildiyini və həmin dəlilləri mötəbər sübut kimi qəbul etmişdir. Lakin məhkəmə həmin dəlillərlə cavabdehin mart ayında ödəməli olduğu razılaşdırılmış məbləği ödəmədiyini, gecikdirdiyini, digər əşyaların isə ödəniş vaxtının iyun-iyul aylarında başlayacağını etiraf etməsini nəzərə almamışdır. İddia tələbindən görünür ki, iddiaçı nisyə alğı-satqı müqaviləsinin tələblərinə əməl edərək, 15000 manat dəyərində qızıl-zinət əşyalarını hissə-hissə cavabdehə vermişdir. Qətnamədən də görünür ki, cavabdeh iddia ərizəsində qeyd olunan həmin əşyaları qəbul etdiyini inkar etməmişdir. Cavabdeh yalnız 2024-cü ilin mart ayında ödəməli olduğu borcun 6.540 manat olmasını mübahisələndirsə də, digər aylar üzrə, yəni 2024-cü ilin apreldekabr ayları üzrə borcunun olmasını da inkar etməmiş və bununla bağlı həmin əşyaların ödəmə vaxtının çatmadığını səs yazısında bildirmişdir. Bununla da məhkəmə mübahisəni tərəflərin qarşılıqlı münasibətlərinə uyğun düzgün təhlil etməmiş və sübutlara düzgün hüquqi qiymət verməmişdir.
19. Apellyasiya baxışında iddiaçı əlavə olaraq bildirmişdir ki, məhkəmə haqlı olaraq 6.540 manat tutub, amma həmin pul 2024-cü ilin aprelin 01-dək ödənilməli vəsait idi. “Whatsa pp” danışığında da cavabdeh aşkar şəkildə bildirir ki, qalan pullar iyun-iyul ayında ödənilməlidir. Yəni cavabdeh 15.000 manat borcu etiraf edir, amma iyun-iyun ayına cavabdehin borcu 6.540 manat çıxıldıqdan sonra 10.000 manat yox, 8460 manat qalmışdır.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3940/2025 nömrəli, 12 avqust 2025-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, cavabdehdən qızıl-zinət əşyalarının dəyəri olaraq 15000 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 135 manat olmaqla, cəmi 15135 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova, Sabit Bəhrəmza də)
21. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterini düzgün müəyyən etməmiş və maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, birinci instansiya tərəflər arasında münasibətləri nisyə alğı-satqı müqaviləsindən doğan münaisbətlər kimi qiymətləndirmiş və əsassız varlanma ilə bağlı qanunvericilik normalarına da istinad etmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əvvəla, bu normalar biri digərini inkar edən normalar hesab olunur, birinci halda öhdəlik müqavilədən, digər halda isə qanundan əmələ gəlir. Qanundan irəli gələn öhdəlik kimi əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün isə aşağıdakı şərtlər müəyyən edilməlidir: cavabdehin əmlak əl də etməsi; həmin əmlakı iddiaçının əmlakı hesabına əldə etməsi; əldə etmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud bu cür varlanmanın həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənməsi.
23. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməli, alıcı isə əşyanı qəbul edib onun dəyərini (nisyə allğı-satqı zamanı isə müəyyən müddət sonra) ödəməlidir.
24. Halbuki hazırkı işdə iddiaçı qızıl-zinət əşyalarını nağd və ya nisyə olaraq cavabdehə satmamışdır (mülkiyyətinə verməmişdir), sonuncu həmin əşyaları iddiaçının tapşırığı ilə başqa şəxslərə nağd və ya nisyə satıb pulunu iddiaçıya ödəmiş, həm də özü qazanc əldə etmişdir. Yəni tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır.
25. Belə ki, iş in müəyyən olunmuş hallarına görə cavabdeh mütamadi olaraq iddiaçıya məxsus müxtəlif çeşiddə qızıl-zinət əşyalarını həm nağd, həm də nisyə digər şəxslərə (özünün tapdığı müştərilərə) satmış və onların dəyərini iddiaçıya ödəmişdir. Cavabdeh həmin ödənişlərin bir qismini 2024-cü il mart ayının 31-dək həyata keçirilməsini öhdəsinə götürsə də, tam ödəniş etməmiş və həmin tarixə 6.540 manat borcu yaranmışdır. İş üzrə təqdim olunan siyahıdan və ümumi yazışmalardan aydın olur ki, cavabdeh 2024-cü il martın 31-dək ödənilməli olan ümumi məbləğdən 3930 manat ödəmiş və 6540 manat borcu qalmışdır.
26. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, “Whatapp” yazışmalarına (i.v. 54) əsasən cavabdeh tərəfindən iddiaçıya siyahı göndərilmiş, iddiaçı da siyahını “düzdür” cavabı ilə təsdiq etmişdir. Həm in siyahıda aşağıkılar göstərilmişdir: fevral ayı 1260, martın 01-də 1800, ayın 8-də -870 - 10 qramlıq, ayın 10-da 1180+1600, ayın ortası 2000, 500-qalıq sepdən, 300- komplekt, 200 - bibi son, 250 - tros sep, 240- ciyciyə, 150 saat, 120 m - bilərzik.
57. Cavabdehin səs yazısından müəyyən olunur ki, iddiaçı cavabdehdən qızıl-zinət əşyalaraının pulunu tələb etmiş, cavabdeh isə cavabında Afiqə adlı şəxsə aşağıdakı məzmunda cavab vermişdir: “Afiqə müəllimə, görürsüz fevral ayı – 1260, görürsüz qabağından xətt çəkilib verilib, martın 1 – 1800, qabağından xətt çəkmişəm verilib, ayın 8də - 870 manat bax altından xətt çəkmişəm verilib, ən aşağıda var biri 1450 manat görürsüz qabağından minus çəkmişəm verilib, mən verdiklərimin qabağından xətt çəkmişəm, yəni bunlar verilib. Burda qalıb ayın ortasın ın 2000 manatı, və qalıq 500 manat sepdən, 300 manat komplekt, nə bilim bibimin 200 manat son pulu, 250 tros sep, bunlar aylıq verilənlərdi, və bunların içində içi bibim daxil olmaqla bunun 1000 manata yaxını aprelin 1 ya 2-si verilir. O, qabağında minus çəkdiklərimin hamısını ödəmişəm, qəbzləridə atmışam. Mən indi 10000 manatın hamısını verən deyiləm ki, iyul ayına kimi hamı az-az verəcək, mən də verəcəm, nəcə bölübdü elə. Mən demirəm ki, mənim ona borcum yoxdur, demişdim ki, aprelin 1-nə kimi verəcəm, lakin o, ayın 22 mənimlə qırğına çıxdı.”
27. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə göstərilən sıyahıdan və ümumi yazışmalardan aydın olur ki, cavabdeh 2024-cü il martın 31-dək ödənilməli olan ümumi məbləğdən 3930 manat ödəmiş və 6540 manat borcu qalmışdır.
28. Göründüyü kimi tərəflər arasında 2024-cü ilin mart ayında mübahisə yarandıqda cavabdeh iddiaçıya cəmi 6540 manat borclu olduğunu etiraf edir. Bundan əlavə, cavabdeh iyul ayına ödənilməli olan 10000 manat borcunu da etiraf etsə də, buna rəğmən öhdəliyini tam icra etməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
29. Bununla belə, iddiaçı cavabdehin iyul ayına olan borcunun 10.000 manat yox, 8460 manat olduğunu bildirdiyindən, apellyasiya instansiyası məhkəməsi göstərilən dövr üçün cavabdehin öhdəliyinin məhz həmin həddə müəyyən edilməsini əsaslı hesab etdiyini göstərmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulamışdır ki, işin hallarına əsasən qızıl-zinət əşyaları artıq satılmışdır. Belə olduqda isə iddiaçı alternativ olaraq, həmin əşyaların dəyərinin tutulmasını xahiş etdiyində n 15000 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
31. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 390.1, 442, 777.1, 777.2, 777.4, 778.1, 778.2, 779.1, 782.1, 783.1, 783.2-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslanmdırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlillər
32. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
33. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi sübutları düzgün qiymətləndirməmişdir. Belə ki, iddiaçı birinci instansiya məhkəməsində icraat zamanı 4000 manat dəyərində qızıl komplekti cavabdehə verdiyini sübut edə bilməmişdir. Sadəcə bunu sürücü ilə göndərdiyini və sürücünü şahid qismində məhkəmə iclasına gətrirəcəyini bildirmişdir. Buna baxmayaraq, bir neçə məhkəmə iclası olsa da, sürücü gəlib şahid qismində izahat verməmişdir. Bundan əlavə, apellyasiya məhkəməsi iddia tələbinin tam təmin olunmasında mötəbər sübutu kimi qəbul etdiyi “whatsapp” yazışmalarında və səs yazılarında tərəflərin hansı əşyanın nə vaxt və necə ödənilməli olması, əşyanın qiyməti, çəkisi və digər əhəmiyyətli hallar barədə razılığa gəlmələri ilə bağlı sübutların olub-olmaması məsələlərinə diqqət yetirməmişdir. Mülki işdə olan və yuxarıda qeyd edilən sübutlarla tərəflərin qanunvericiliyin tələblərinə uyğun olaraq nisyə alğı-satqı müqavi ləsinin tələblərinə əməl etməklə, hər bir əşyanın dəyəri və hər bir əşyanın dəyərinin hansı qaydada və müddətdə ödənilməsini aralarında müəyyən edilib-edilməməsi hallarına apellyasiya məhkəməsi hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsəl ən, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurla rla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 777.4. Bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəti cəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Maddə 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyas ı məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt ə sas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
36. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, qətnamə tam yoxlanılır.
37. Məhkəmə ko llegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və hər iki apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
40. İddiaçı cavabdehə verdiyi qızıl əşyalarını və ya onların dəyərini tələb edir.
41. Apellyasiya instansiyası məhkəməsi müəyyən edib ki, cavabdeh mütamadi olaraq iddiaçıya məxsus müxtəlif çeşiddə qızıl-zinət əşyalarını həm nağd, həm də nisyə olmaqla digər şəxslərə (özünün tapdığı müştərilərə) satmış və onların dəyərini iddiaçıya ödəməmişdir.
42. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq düzgün nəticəyə gəlib.
43. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırkı qərarın 2130-cu bəndlərində əks edilən hüquqi dəyərləndirməsi ilə razılaşır.
44. Belə ki, həmin bəndlərdə əks edilənlərdən görünür ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri süb utları ətraflı araşdırmış, onları qanunvericiliyin tələbinə uyğun qiymətləndirmiş, eləcə də sübut etmə yükünü düzgün müəyyən etməklə əsaslı və qanuni qətnamə qəbul etmiş və iş üzrə gəldiyi nəticəni də maddi və prosessual hüquq normaları baxımından tam əsaslandırmışdır.
45. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayır. Cavabdeh şikayətində apellyasiya instansiyası məhkəməsinin sübutlara düzgün qiymət verməməsinə istinad etmişdir. Lakin işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəflərin, o cümlədən cavabdehin istinad etdiyi “Whatapp” yazışmalarına qiymət vermiş və işin hallarına da həmin sübutlar əsasında müəyyən etmişdir.
46. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qə tnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3940/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.