Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3623/2022 16.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X5 və İsmayılova Məlahət Əsabəli qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mirasın qəbul edilməsi faktının müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər X5 və İsmayılova Məlahət Əsabəli qızına qarşı “mirasın ¼ hissəsinin qəbulu faktının müəyyən edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)-96/2022 nömrəli qətnaməsindən cavabdeh İsmayılo va Məlahət Əsabəli qızı tərəfindən verilmiş kassasiya şikayətinə 16 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 2 aprel 1936-cı il tarixdə anadan olmuşdur.
2. X12 və X1 iddiaçının valideynləridirlər.
3. X14 16 aprel 1937-ci il tarixdə Şəki şəhərində ölmüşdür.
4. Şəki rayon 1 saylı X21 tərəfindən iddiaçıya göndərilən məktubda X3 vəfatından sonra miras qalmış Şəki şəhəri C.Məmmədquluzadə küçəsi ½ saylı evə vərəsələr arasında mübahisə olduğuna görə vərəsəlik işinin həll edilməsinin mümkün olmadığını göstərmişdir.
5. Şəki Rayon Məhkəməsinin 2 (075)-92/2009 saylı 12 fevral 2009-cu il tarixli qətnaməsi ilə, iddiaçı X7 iddiası təmin edilərək X8 və X4 1947-ci ildə Şəki şəhərində vəfat etmələri, X7 atasından miras qalmış əmlakı qəbul etməsi faktları təsdiq edilmiş, Şəki şəhəri Cəlil Məmmədquluzadə küçəsi döngə 1-də mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən, X9 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 2 mərtəbəli, 2 otaqlı, 39 kv/m yaşayış, 28,4 kv/m köməkçi sahədən ibarət fərdi yaşayış evi Qurban Xəlilovun vərəsələri arasında qanun üzrə vərəsəlik qaydasında bölünmüş, evin və torpaq sahəsinin ½ hissəsinə X7 mülkiyyət hüququ tanınmış, həmin hissənin onun adına qeydiyyata alınması DƏDRX-nin Şəki şəhər ərazi idarəsinə tapşırılmış, miras əmlakın qalan hissəsi Qurban Xəlilovun adına açıq buraxılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə m əhkəməyə müraciət edərək, ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən mərhum atası X6 miras qalmış ¼ hissə miras evdən və torpaq sahəsindən mirasın qəbulu hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Şəki Rayon Məhkəməsinin 30 iyul 2013-cü il tarixli, 2(075)-855/2013 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ünvan 2 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən mərhum atası X6 miras qalmış ¼ hissə miras evdən və torpaq sahəsindən mirasın qəbulu faktı müəyyən edilmişdir.
8. Birinci instansiya məhkəməsi qətnaməni əsaslandırarkən qeyd etmişdir ki,iddiaçının atası, yəni miras qoyan 1937-ci ildə vəfat etmiş, miras da həmin il açılmışdır. Buna görə də, hazırkı mübahisəyə mirasın açıldığı zaman qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin(1923-19 64-cü illərdə qüvvədə olmuş) müddəaları tətbiq olunmalıdır.
9. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, iddiaçı atası vəfat edənədək onunla birgə yaşamış, sonuncu vəfat etdikdən sonra mirası qəbul etmiş, atasının vəfatından sonra mirasdan imtina etməsi ilə bağlı hər hansı bir orqana rəsmi qayda məlumat verməmişdir. Bununla da həmin mirası qəbul etmiş sayılmalıdır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin (1923-1964) 488 və 499-cu maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdehlər apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı 21 dekabr 2016-cı il tarixdə ölmüş, X15 onu n hüquqi varisi qismində cəlb edilmişdir.
13. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər: Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və A.Mahmudov) 2(107)-96/2022 nömrəli, 02 fevral 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmiş və əlavə olaraq qeyd etmişdir ki, cavabdehlər apellyasiya şikayətində göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onların göstərdikləri əsaslı hesab edilə bilməz.
15. Cavabdehlərin apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə qiymət verən məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı 26 aprel 2011- ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” ilə ünvan 2 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən mərhum atası X6 miras qalmış ¼ hissəni miras kimi qəbul etmişdir. Onun adına həmin əmlakın ½-in 1/2-nə 17 may 2011-ci il tarixli, ******* nömrəli çıxarış verilmişdir. İddiaçı həmin çıxarış əsasında ½-in ½ olan payını 25 may 2011-ci il tarixli müqavilə ilə X13 bağışlamışdır. X2 qeyd olunan mirasın ¾ hissəsinə mülkiyyət hüququ əldə etmişdir
16. Məhkəmə kollegiyası qətnaməsini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci, Azərbaycan SSR Mülki Məcəlləsinin 488 və 499-cu maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri c) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh İsmayılova Məlahət Əsabəli qızı kassasiya şikayət i verərək (Vəkil tərəfindən tərtib olunmuş) apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilib və iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassator şikayətini əsaslandırarkən bildirmişdir ki, məhkəmələr iş üzrə cavabdehlərin atalarından miras qalmış əmlakda payı olduğunu və açıq qalmış hissənin cavabdehlərin atalarına məxsus olmasını araşdırmamışdır. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, iddia ərizəsi ilə eyni əsaslardan çıxış etmişdir. Tətbiq edilən hüquq Azərbaycan SSR Mülki Məcəlləsi
20. Maddə
488. Mirasqoyanın uşaqları, (o cümlədən övladları), əri (arvadı) və əmək qabiliyyəti olmayan valideynləri, eyni zamanda miras qoyanın ölümündən əvvəl ən azı bir il müddətində onun himayəsində olmuş əmək qabiliyyəti olmayan digər şəxslər onun qanun üzrə vərəsələri hesab olunurlar.
21. Maddə
499. Mirasın açıldığı yerdə olan mirasçı miras açıldığı gündən etibarən 3 ay içində müvafiq notarial orqana özünün mirasdan imtinası barədə məlumat verməmişsə, mirası qəbul etmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüv vəsi yoxdur.
25. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
28. Maddə 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
29. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etmək lə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
30. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh X10 tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının predmetini qətnamənin ona münasibətdə qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 33. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktl ardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
34. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
36. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh İsmayılova Məlahət Əsabəli qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)96/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.