Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3623/2023 18.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Gəncə "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qanunsuz tikilinin sökülməsi, sübutetmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və X5 ibarət tərkibdə, İddiaçı cavabdeh Gəncə "xxxx" MMC-yə qarşı tikilinin sökülməsi və sahənin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 aprel 2023-cü il tarixli, 2(104)-817/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati bi nasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. X2 ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.1995-ci il tarixli müqaviləyə əsasən Gəncə şəhəri, Xaraba yeri, Mərkəz küçəsində yerləşən “Yoldaşlıq” kooperativinin “Reklam” mağazası tikinti sahəsi ilə birlikdə 0,2 ha torpaq sahəsində yerləşən tikinti kooperativ mağazası X6 tərəfindən İddiaçı satılmışdır.
2. Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********57 nömrəli məktubun surətinə görə, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Məmməd Xələfov küçəsinin kəsişməsində, "Xaraba yeri" adlanan ərazidə yerləşən əmlak kompleksinin arxiv materialları tərəflərindən araşdırılmış, naturada müayinə işləri aparılmış dır. Araşdırma zamanı sözügedən əmlak kompleksinin tərkib hissəsi olan ümumi sahəsi 44,0 kv metr olan "A” Literli, ümumi sahəsi 150,0 kv metr olan "B” Liter, ümumi sahəsi 10 kv metr olan "C” Literli və ümumi sahəsi 5,0 kv metr olan “Ç” Literli qeyri yaşayış binalarının hal-hazırda heç birinin mövcud olmadığı müəyyən edilmişdir. Əmlak kompleksinin yerləşdiyi 0,23095 hektar torpaq sahəsi dövlətin mülkiyyətindədir.
3. İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 Saylı Gəncə Ərazi İdarəsinin 31.10,2022-ci il tarixli, **********95 nömrəli məktubuna əsasən, Kirovabad şəhər XDS İKnin 1988-ci il tarixli 82 saylı qərarı və Baş memarın xx.xx.1988-ci il tarixli Kirovabad şəhər planından çıxarışına əsasən “Xaraba yeri ” adlanan ərazidə “Yoldaşlıq” kooperativinin yaradılması üçün 0,2 ha torpaq sahəsi ayrılmışdır. Gəncə şəhəri XDS İK-nin xx.xx.1991-ci il tarixli qərarına və Gəncə şəhər İcariyyə Komitəsinin xx.xx.1991 -ci il tarixli 2 saylı qərarından çıxarışına əsasən “Yoldaşlıq” kooperativinə məxsus olan Kəpəz rayonu, X17 prospekti ilə Məmməd Xələfov küçəsinin kəsişməsi, “Xaraba yeri” adlanan ərazidə yerləşən 0,2 ha torpaq sahəsi “Mino” kiçik müəssisəsinə satılmışdır. “Mino” kiçik müəssisəsi ilə “Əlixan” sahibkar mağazasının müdiri X9 arasında bağlanmış xx.xx.1991ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 0,2 ha torpaq sahəsində yerləşən tikintisi başa çatmamış “Reklam” mağazası “Əlixan” sahibkar mağazasına satılmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2-437/08 saylı qətn aməsinin surətindən görünür ki, iddiaçı X7 cavabdeh DƏDRX-in Gəncə Ərazi İdarəsinə qarşı iddiası təmin edilərək cavabdeh təşkilatın iddiaçının Gəncə şəhəri “Xarabayeri” yaşayış massivinin mərkəz küçəsində inşa etdirdiyi 44,1 kv metr mağaza, 150,2 kv metr anbar, 9,8 kv metr gözətçi otağı, 8,8 kv metr çardaq, 6,0 kv metr hamam-tualet tikililərinin xüsusi mülkiyyət hüququ üzrə onun adına rəsmiləşdirilməsindən imtinası onun hüquqlarını məhdudlaşdıran hərəkət hesab edilmiş və həmin tikililərə dair “Əlixan” sahibkar dükanının adına mülkiyyət hüququnun qeydə alınması cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhər Ərazi İdarəsinə tapşırılmışdır. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(104)-428/2011 saylı qətnaməsindən görünür ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməs inin qeyd olunan qətnaməsindən maraqlı şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iddia tələbi rədd edilərək iddiaçı X7 cavabdeh təşkilatın X7 Gəncə şəhəri “Xarabayeri” yaşayış massivinin mərkəz küçəsində inşa etdirdiyi 44,1 kv metr mağaza, 150,2 kv metr anbar, 9,8 kv metr gözətçi otağı, 8,8 kv metr çardaq, 6,0 kv metr hamam-tualet tikililərinin xüsusi mülkiyyət hüququ üzrə onun adına rəsmiləşdirilməsindən imtinası onun hüquqlarını məhdudlaşdıran hərəkət hesab edilməsi və həmin tikililərə dair “Əlixan” sahibkar dükanının adına mülkiyyət hüququnun qeydə alınmasının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhər Ərazi İdarəsinə tapşırılması barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli, 2(102)-2882/11 saylı qərarı ilə yuxarıda adı çəkilən Gəncə Apelyasiya Məhkəməsinin qərarından iddiaçı X11 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi MK-nın xx.xx.2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. “Əlixan” sahibkar dükanının adına xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhəri 1 saylı Dövlət notariat kontorunun xx.xx.2011-ci il tarixli 4Ə-2-295 saylı alqı-satqı müqaviləsinə əsasən bu əmlak kompleksi X1. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)-5563/2017 saylı qətnaməsinə əsasən, Gəncə şəhərinin Kəpəz rayonunun X17 küçəsi ilə Məmməd Xələfov küçəsinin kəsişməsində, “Xaraba yeri" adlanan ərazidə, 0,2 ha torpaq sahəsində inşa edilm iş 44,1 kv metr mağaza, 150,2 kv metr anbar, 9,8 kv metr gözətçi otağı, 8,8 kv metr çardaq, 6,0 kv metr hamamdan ibarət tikililərinin “Əlixan” sahibkar dükanının adına rəsmiləşdirilməsi barədə DƏDRX-in 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış, Gəncə şəhər 1 saylı notariat kontorunun xx.xx.2011-ci il tarixli 4Ə-2-295 saylı alqısatqı müqaviləsi, müqavilə əsasında əmlak kompleksi barədə X3 adına 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ******* saylı çıxarış etibarsız hesab edilməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 17.01,2018-ci il tarixli qətnaməsi ilə cavabdeh X7 apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx. 2017-ci il tarixli, 2(043)-5563/2017 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)-5309/2018 saylı qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin 17.01,2018-ci il tarixli, 2(104)-575/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı iddiası üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)-5563/2017 saylı icra vərəqəsi və qətnaməsi tərəflərindən icra edilmişdir.
4. Gəncə İnzibatı Məhkəməsinin 03 mart 2021-ci il tarixli qərarına əsasən İddiaçı iddiası üzrə obyektinin sökülməsinə görə Gəncə şəhər Kəpəz RİH-dən 160000 manat pul tutularaq İddiaçı verilməsi qərara alınmış, həmin qərar yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. 5. 29.04.201 9-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən Cavabdeh icarəsində olan Zərifə Əliyeva prospekti 281 (Gəncə şəhəri Kəpəz rayonu, V.Xuluflu küçəsi) ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə və onun yerləşdiyi 20.5 ha torpaq sahəsi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Gəncə "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sahibi olduğu obyektin istifadəsində olan torpaq sahəsinin zəbtindən azad edilməsinə və orada inşa edilmiş qanunsuz tikililərin sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu Ş.İ.Xətai prospekti ilə M.Xələfov küçəsinin kəşisməsində "Xaraba yeri" adlanan ərazidə yerləşən obyekti mən 1995-ci ildə notariat kontoru vasitəsi ilə alqı-satqı müqaviləsi əsasında almışdır. Satıcı olan mülkiyyətçi X.Tağıyev şəxsi möhürü ilə imzasını təsdiqlədiyi yazdığı aktı əsasında obyekt kompleksi o imzası ilə akt əsasında öz sahibliyinə qəbul etmişdir. Obyektin bəzi yaranan problemlər ucbatından Gəncə 3 saylı Ərazi İdarəsində qeydiyyatı dayandırıldı. Obyektin yarımçıq qalan sahəsini yararlı vəziyyətə salıb Kənd Təsərrüfatı sahəsi olan tərəvəz yetişdirmək üçün istixana qurmuşlar. Lakin 15 iyun 2016-ci ilin iyun ayında Gəncə Kəpəz rayon İcra Hakimiyyətinin göstərişi ilə yenidən qurma və abadlıq işləri adı ilə yol çəkilişi işləri üçün onlarla razılaşmadan, xəbərdarlıq etmədən sahibi olduğu obyekt sökülüb dağıdılmışdır. Bu səbəbdən Gəncə "xxxx" MMC 2017-2018-ci illərdə obyektin istifadəsində olan torpaq sahəsinin 13 sota qədərini zəbt edərək özləri üçün bina tikmişlər. Bu barədə "xxxx" MMC-nin rəhbərlətinə dəfələrlə müraciət edib binaların sökülməsini zəbt edilmiş torpaqların istifadələrinə qaytarılmasını bildirib, söküləcəyinə söz versələr də əməl etməmişdir. "xxxx" tez-tez müdiriyyət dəyişir, son vaxtlar "xxxx" rəhbərinə müraciət edib məhkəmədən kənar mübahisəni həll etməyini bildirsə də o, mübahisənin həllinə razılaşmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir.
8. Gəncə Şəhər Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2(125)-1224/2022 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim X.Səfərli) iddia təmin edilməmiş və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmuşdur.
9. Birinc i instansiya məhkəməsi hesab etmişdir, həmin daşınmaz əmlakın mülkiyyətə verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilə onun mahiyyətindən irəli gələn hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. Lakin iddiaçı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə əsaslandırdığı tələb hüququnun dövlət reyestrinə daxil edilməsi və (ya) mülkiyyət hüququnun yaranmasını, habelə həmin müqavilənin qüvvədə olmasını və (ya) hüquqi nəticələr, eləcə də tələb hüququ yaratmasını təsdiqləyən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, iddiaçı tərəfdən təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2019cu il tarixli, **********57 nömrəli məktubunda mübahisəli s ahənin dövlət mülkiyyətində olması öz əksini tapmışdır. Bundan başqa, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********57 nömrəli məktubundan və ona əlavə edilmiş sənədlərdən həmin sahəyə dair İddiaçı mübahisəli daşınmaz əmlaka dair qeydə alınan hüququ müəyyən olunmur. Halbuki, mülki icraat qaydasında məhkəmə təqdim edilmiş sübutları araşdıraraq irəli sürülən tələbə münasibət bildirir. Qeyd olanlara əsasən, İddiaçı mübahisəli daşınmaza əmlaka dair tələb hüququ ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun yaranması müəyyən edilmədiyindən iddia təmin edilə bilməz.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4, 567, 646.1, 646.2, 648.1 və 648.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsində icraat
11. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2(125)-1224/2022 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu Ş.İ.Xətai prospekti ilə M.Xələfov küçəsinin kəşisməsində "Xaraba yeri" adlanan ərazidə yerləşən obyekti o, 1995-ci ildə notariat kontoru vasitəsi ilə alqı-satqı müqaviləsi əsasında almış, lakin əmlakı onun adına qeydiyyata alınmamışdır. Əmlak hazırda "xxxx"nin istifadəsində olan torpağın bir hissəsidir ki, bu da, h əmin torpaq sahəsinin onun adına qeydiyyata alınmasına maneədir.
13. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat vermiş, həmçinin göstərmişdir ki, həmin mübahisəli torpaq sahəsində mağaza olmuş, həmin mağaza 2016-cı ildə sökülmüş və bununla bağlı ona kompensasiya verilmişdir. Apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2(125)-1224/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir
14. İddiaçı nümayəndəsi olan oğlu X8 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2(125)-1224/2022 nömrəli qətnaməsinin ləğ v edilməsini və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Cavabdeh Gəncə "xxxx" MMC-nin direktoru Nümayəndə2 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, Gəncə "xxxx" MMC 2018-ci ildən fəaliyyətə başlamışdır. Həmin mübahisəli torpaq sahəsi də daxil olmaqla, cəmi 20,5 ha torpaq sahəsi 49 il müddətinə sahibkarlıq məqsədi ilə Gəncə "xxxx" MMC-nin icarəsinə verilmişdir. Torpaq sahəsinin təyinatı sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinat xarakterlidir ki, həmin torpaq sahəsində əmlak kompleksi tikilmiş və hazırda fəaliyyət göstərir. Həmin torpaq sahəsində olan əmlak kompleksi isə ASC “Xalq” Bankın ipotekasındadır. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və Gəncə Şəhər M əhkəməsinin 21 noyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
16. Cavabdeh Gəncə "xxxx" MMC-nin nümayəndəsi (vəkil) Vəkil1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək qeyd etmişdir ki, mübahisə olunan torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, 49 il müddətinə Gəncə "xxxx" MMCnin icarəsinə verilmiş və orada əmlak kompleksi tikilmişdir. Mübahisə edilən torpaq sahəsi Gəncə "xxxx" MMC-nin icarəsində olan 20,5 ha torpağın daxilindədir. İddiaçının həmin torpaq sahəsinə dair heç bir sənədi yoxdur. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və Gəncə Şəhər Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2(125)-1224/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
17. Gə ncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 aprel 2023-cü il tarixli, 2(104)-817/2023 nömrəli qətnaməsi ilə (hakim L.S.Süleymanovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.T. Həsənovdan və Ş.Q.Rzaquliyevdan ibarət tərkibdə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 21 noyabr 2022ci il tarixli, 2(125)-1224/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin torpaq sahəsi dövlətin mülkiyyətindədir. Bu hal Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********57 nömrəli məktubu ilə təsdiq edilir.
19. Digər tərəfdən, müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi də da xil olmaqla, cəmi 20,5 ha torpaq sahəsi 49 il müddətinə sahibkarlıq məqsədi ilə Gəncə "xxxx" MMCnin icarəsinə verilmişdir. Torpaq sahəsinin təyinatı sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinat xarakterlidir ki, həmin torpaq sahəsində əmlak kompleksi tikilmiş və hazırda fəaliyyət göstərir.Həmin torpaq sahəsində olan əmlak kompleksi isə ASC “Xalq” Bankın ipotekasındadır.
20. İddiaçı xx.xx.1995-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, 0,2 hektar torpaq sahəsinin ona aid olduğunu bildirsə də, həmin müqavilə ilə kooperativ mağazasının satılması və həmin kooperativ mağazaya görə İddiaçı 900000 manat alınması müəyyən etmişdir.
21. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4, 567, 646.1, 646.2, 648.1 və 648.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
22. İddiaçı kassasiya şikayəti verərək, Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 aprel 2023-cü il tarixli, 2(104)-817/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyində dair mövqeni aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir. Cavabdeh "xxxx" MMC-nin direktoru iddiaçının obyektinin torpaq sahəsinin bir hissəsinin MMC-yə qatılmasını ağayana bildirir ki, bazar o cümlədən onun obyektinin torpaq sahəsində tikilmişdir. Sonra isə mübahisəyə aid olmayan izahat verib, göstərilir ki, MMC həmin torpağı 49 il müddətinə icarəyə götürmüşdür, tikilən bazar əmlak kompleksi "Xalqbank‘‘ın girovundadır. Söhbət torpaq sahəsinin zəbtindən, yəni cinayətdən getdiyi halda torpağın girovda olub-olmamasının məsələyə heç bir aidiyyatı yoxdur. Apellyasiya məhkəməsi cavabdeh MMC-nin onun obyektinın torpağını zəbt etməsini, zəbt etmişsə, hansı ölçüdə zəbt etməsini, yəni işin araşdırılmalı olan mahiyyətini diqqətdən kənar qoymuş, demək olar ki, bu iş üzrə məkəhmə prossesi aparmamışdır. Apellyasiya məkhəməsi obyektimin to rpağının zəbtinə hüquqi qiymət vermək əvəzinə “torpaq dövlətindir” - deyib qanunsuz qətnaməni qüvvəsində saxlamışdır. Qətnamədən belə çıxır ki, istənilən şəxs istənilən obyektin özəlləşdirilməmiş torpaq sahəsini zəbt etsə, torpaq zəbtinə məruz qalan obyekt sahibi susmalıdır.
24. İddiaçı şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəlləsinin 146.1, 152.1, 152.2, 152.3 və 157.8-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının:
26. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
27. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünl ük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
28. Maddə 60, 1-ci hissə. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
29. Maddə
245. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hi ssəsinə mülkiyyət hüququ əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
32. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi ist inad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 106.1 işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
36. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Maddə
416. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kasasiya baxışının hədləri:
39. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliy in tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
40. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
42. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının iddiaçı tərəfindən tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiy a instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. İddiaçının kassasiya şikayətində göstərdiyi dəlillər iddia ərizəsində irəli sürdüyü dəlillərə uyğun olmaqla birinci və apellyasiya instansiyası məhkəmələrində işə baxılan zaman da irəli sürülmüş, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun huquqi qiymət verilmişdir, məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.
45. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçının tələb etdiyi torpaq sahəsi onun mülkiyyətində olan qeyri-yaşayış sahəsi (əmlak kompleksi) ilə bağlı olmuş, torpaq sahəsinə hüquq dövlət qeydiyyatına alınmamış, əmlak kompleksinin qanunsuz olaraq sökülməsinə iddiaçıya Gəncə şəhər Kəpəz RİH-dən 160000 manat kompensasiya verilməsi qət olunmuşdur. Bununla da iddiaçının əmlak kompleksinə olan hüququna xitam verilmiş, müvafiq olaraq həmin əmlak kompleksi ilə bağlı torpaq sahəsinə ehtimal olunan hüquqları aradan qalxmışdır. Bu baxımdan da apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı hazırkı iddia tələblərini irəli sürməyə subyektiv hüquqa malik olmamışdır.
46. Odur ki, qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-c u maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməs Mülki kollegiyasının 2(104)-817/2023 nömrəli iş üzrə 27 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.