Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3624/2024 14.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan X1rşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3624/2024 (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümükün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Əliyev Zaur Əli oğlu oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan X1rşı “seçki nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5516/2024 nömrəli, 06 sentyabr 2024-cü il tarix li qərardadından Cavabdeh1 (Vəkili Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 14 oktyabr 2024-cü il tarixində Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1 və Azərbaycan Xalq Cəbhəsi Partiyasına (bundan sonra cavabdehlər, yaxud ad, soyad, AXCP) qarşı “seçki nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, AXCP-nin xx.xx.2023-cü il tarixində Xəzər rayonu, Maştağa qəsəbəsində keçirilmiş Qurultayının nəticələrinin etibarsız hesab olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
2. Bakı şəhəri Nəsimi Rayon M əhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(006)-284/2024 nömrəli, 05 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddianın təmin edilməsi, cavabdeh AXCP-nin xx.xx.2023-cü il tarixdə Xəzər rayonu, Maştağa qəsəbəsində keçirilmiş Qurultayının nəticələrinin etibarsız hesab edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
3. Qətnamədən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2024-cü il tarixində apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-5516/2024 nömrəli, 06 sentyabr 2024-cü il tarixli qərardadı ilə (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Xumar Mərdanova) birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilmişdir.
5. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi qanunla nəzərdə tutulmuş 1 aylıq apellyasiya şikayəti vermə müddətinin ötürülməsini, yəni 1 ay 1 gün müddət keçdikdən sonra apellyasiya şikayətinin verildiyini nəzərə almadan apellyasiya şikayətini işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.
6. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh1 AXCP-nin sədridir. “Elektron M əhkəmə” İnformasiya Sistemindən görünür ki, qətnamə cavabdeh AXCP-nin “elektron kabineti”nə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Qətnamə eyni zamanda, Cavabdeh1 yaşadığı ünvana poçt vasitəsilə göndərilmiş və sonuncu tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Bundan əlavə, apellyasiya şikayətini tərtib edən Vəkil2 birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehlər Cavabdeh1 və AXCP-ni təmsil etmişdir. Hazırda apellyasiya şikayətini də cavabdehin adından məhz o, imzalamışdır.
7. Məhkəmə kollegiyası hesab etmişdir ki, qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulan prosessual müddətin axımı cavabdeh AXCP-nin qətnaməni əldə etdiyi, yəni qətnamənin “elektron kabinet”ə yerləşdirildiyi xx.xx.2024-cü il tarixdən başlamış, apellyasiya şikayəti verilm əsi üçün qanunla müəyyən edilmiş müddətin son günü xx.xx.2024-cü il saat 24:00-dək olmuş, Cavabdeh1 tərəfindən apellyasiya şikayəti isə bundan bir gün sonra - xx.xx.2024-cü il tarixində verilmişdir.
8. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1, 130.3, 133.1, 360, 363.1.3, 366.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
9. Qərardaddan Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının tamamilə ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətinin verilmə müddəti ötürülməmiş, əksinə, vaxtından əvvəl verilmişdir. Apellyasiya şika yətini tərtib edən vəkil və nümayəndə Vəkil2 birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh1 təmsil etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsini Vəkil2 poçt vasitəsi ilə 2 avqust 2024-cü il tarixində almışdır. Çünki Vəkil2 məhkəmə iclaslarında iştirak etsə də, elektron məhkəmə sistemində onun kabinetinə həmin iş əlavə edilməmişdir. Ona görə də məhkəmənin qətnaməsinin alınma tarixi ona poçt vasitəsi ilə çatdırıldığı tarix hesab olunmalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsi eyni zamanda Cavabdeh1 yaşadığı ünvana da poçt vasitəsi ilə göndərilmiş və Cavabdeh1 tərəfindən 8 avqust 2024cü il tarixində qəbul edilmişdir. Bu tarix mübahisələndirilən qərardadda öz əksini tapmışdır. Apellyasiya şikayətinin verildiyi tarix də nəzərə alınsa, yenə də apellyasiya şikayəti vaxtın dan əvvəl verilmişdir. Həmçinin qərardadda qeyd edilmişdir ki, qətnamə AXCP-nin “elektron kabineti”nə xx.xx.2024-cü il tarixində yerləşdirilmiş, şikayət isə xx.xx.2024-cü ildə, yəni bir ay bir gün müddət keçdikdən sonra verilmişdir. Bununla əlaqədar qeyd olunmuşdur ki, AXCP-nin “elektron kabinet”i ümumiyyətlə mövcud deyil. Hətta fərz edilsə ki, qətnamə partiyanın “elektron kabineti”nə xx.xx.2024-cü il tarixində yerləşdirilib, bu halda da nəzərə almaq lazımdır ki, digər Cavabdeh1 qətnaməni poçt vasitəsi ilə xx.xx.2024-cü il tarixdə qəbul etmişdir. Bu halda da qətnamədən apellyasiya şikayəti vermək üçün nəzərdə tutulan müddət keçməmiş və şikayət vaxtından əvvəl verilmişdir. Apellyasiya şikayəti cavabdehlərdən biri olan Cavabdeh1 tərəfindən verildiyi üçün şikayətin verilmə tarixi qətnamənin m əhz Cavabdeh1 çatdırıldığı tarix hesab olunmalıdır. Digər cavabdeh AXCP apellyasiya şikayəti vermədiyinə görə, qətnamənin ona və ya məhkəmənin iddia etdiyi kimi onun “elektron kabineti”nə yüklənməsi tarixi nəzərə alınmamalıdır. Şərh olunanlara əsasən mübahisələndirilən qərardad qanunsuz və əsassızdır və buna görə də ləğv edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
11. Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.
12. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.
13. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
14. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatla şdırılmış elektron imza vasitələrindən istifadə edilir.
15. Maddə 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir.
16. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
17. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
18. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin əri zəsinə əsasən buraxılmış müddəti bərpa edir.
19. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
20. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
21. Maddə 227.4. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ə rzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir.
22. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.
23. Maddə 363.1.3. Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
24. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessu al əsasların olması daxildir.
25. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir.
26. Maddə 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər.
27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
29. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
30. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu.
31. Maddə 3.2. İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndə rilir.
32. Maddə 5.2. Sənədlərin elektron dövriyyəsi zamanı göndərilən sənədlərin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi tələb olunur. Kassasiya baxışının hədləri:
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin a ktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Belə ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 şikayəti üzrə apellyasiyanı qeyri-mümkün sayarkən mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh1 AXCP-nin sədridir. “Elektron Məhkəmə” İnformasiya Sistemindən görünür ki, qətnamə cavabdeh AXCP-nin “elektron kabineti”nə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Qətnamə eyni zamanda Cavabdeh1 yaşadığı ünvana poçt vasitəsilə göndərilmiş və sonuncu tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Bundan əlavə, apellyasiya şikayətini tərtib edən Vəkil2 birinci inst ansiya məhkəməsində işə baxılarkən cavabdehlər Cavabdeh1 və AXCP-ni təmsil etmişdir. Hazırda apellyasiya şikayətini də cavabdehin adından məhz o, imzalamışdır. Qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulan prosessual müddətin axımı cavabdeh AXCP-nin qətnaməni əldə etdiyi, yəni qətnamənin elektron kabinetə yerləşdirildiyi xx.xx.2024-cü il tarixdən başlamış, apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin son günü xx.xx.2024-cü il saat 24:00-dək olmuş, Cavabdeh1 tərəfindən apellyasiya şikayəti isə bundan bir gün sonra - xx.xx.2024-cü il tarixdə verilmişdir.
37. Məhkəmə kollegiyasının mövqeyinə görə apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qənaətə gəlmişdir.
38. Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
39. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
40. Məhkəmə kollegiyası Cavabdeh1 (Vəkil2) kassasiya şikayətinin - AXCP-nin “elektron kabineti”nin mövcud olmaması barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, “Elektron məhkəmə ” informasiya sistemindən müəyyən edilir ki, cavabdeh AXCP-nin “elektron kabinet”i mövcuddur və qətnamə də məhz cavabdeh AXCP-nin “elektron kabineti”nə xx.xx.2024-cü il tarixdə saat 17:33-də yerləşdirilmişdir (Cild 2, i.v. 244). Odur ki, kassasiya şikayətinin həmin dəlili əsassızdır.
41. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 (Vəkil2) apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiya məhkəməsinə müraciət edərək, kassasiya şikayətində qeyd olunan halların araşdırılmasını və müddətin üzürlü hesab edilmərək bərpa edilməsini xahiş etmək əvəzinə, həmin hallara hüquqi qiymət verilməsi ilə bağlı kassasiya instansiya məhkəməsinə müraciət etməkdə haqlı olmamışdır.
42. Məhk əmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində qeyd olunan həmin və digər dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə çatıb- çatmamasının müəyyən edilməsini zəruri edən işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların, yaxud araşdırılmasına zərurətin olduğu halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən, mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
43. Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edilərək qeyd olunmalıdır ki, məhkəmə “Miraqall Eskolano və digərləri İspaniyaya qar şı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
44. Odur ki, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz.
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prossesual hüquq normala rının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5516/2024 nömrəli, 06 sentyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.